Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-982/2024 02.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X8 qızının, bəraət almış şəxsin müdafiəçisi Əlizadə Rahim Ələkbər oğlunun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-358/2023 nömrəli, 18 oktyabr 2023-cü il tarixli hökmündən dövlət ittihamçısı Almazov Ramin Pənah oğlu tərəf indən verilmiş kassasiya protestinə, mülki iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Bəraət almış şəxs X6 18 dekabr 1982-ci il tarixdə Cəlilabad rayonunun Kazımabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi sahibkar, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Kazımabad kəndində qeydiyyatda olmaqla yaşayır. 2. 29 aprel 2022-ci il tarixli ittiham aktı ilə X5 qarşı Azərbaycan Respublikası CM-nin 213.1-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittiham irəli sürülmüşdür ona görə ki, o, Rusiya Federasiyasından soyudulmuş “Karp”, “Sazan” və “Xəşəm” nö vlü balıqların alışını təşkil etmiş və həmin balıqların Azərbaycan Respublikasına idxal edib satışından 2019-cu il üzrə dövriyyəsi 937956,36 manat, xərci 478394,83 manat, gəliri 459561,53 manat, ödəməli gəlir vergisi 91912,31 manat olduğu halda, qeyd olunan il üzrə təqdim etdiyi gəlir vergisinin bəyannaməsində dövriyyəni 937956,36 manat, xərcini 926404,86 manat, gəlirini 11551,50 manat və ödəməli olduğu gəlir vergisini 2310,30 manat göstərərək ümumilikdə xeyli miqdar təşkil edən 89602,01 manat fiziki şəxsin gəlir vergisini dövlət büdcəsinə ödəməkdən yayınmışdır. 3. 08 iyun 2022-ci il tarixdə Cəlilabad Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə X6 cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Cəlila bad Rayon Məhkəməsinin 1(073)-03/2023 nömrəli, 16 mart 2023-cü il tarixli hökmü ilə X4 Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsi nəzərə alınmaqla 1 (bir) il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilərək aylıq qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 2 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilməsi, cəzasını əsas iş yeri üzrə çəkməsi, cəzasının əvvəlinin aylıq qazancından dövlət nəfinə tutulmaların aparıldığı vaxtdan hesablanması, mülki iddianın qismən təmin edilərək, X2 83,759,85 manat pulun tutulub Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin hesabına və 341,28 (üç yüz q ırx bir manat iyirmi səkkiz qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi hökm edilmiş, həmçinin məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
5. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Əlizadə Rahim Ələkbər oğlu apellyasiya şikayəti verib, hökmün ləğv edilməsi, X6 barəsində verilmiş mülki iddianın təmin edilməməsi və bəraət hökmünün çıxarılmasını xahiş etmişdir.
6. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-358/2023 nömrəli, 18 oktyabr 2023-cü il tarixli hökmü ilə apellyasiya şikayətinin təmin edilməsi, Cəlilabad Rayon Məhkəməsinin 1(073)-03/2023 nömrəli, 16 mart 2023-cü il tarixli hökmünün ləğv edilməsi, X5 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Re spublikası CPM”) 42.1.2-ci maddəsinə əsasən əməlində cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilməsi, mülki iddiaçının “dövlət büdcəsinə ödənilməkdən yayındırılmış ziyanın (vergi məbləğinin) mülki cavabdeh X2 tutulub dövlət büdcəsinə ödənilməsi” tələbinə dair mülki iddiasının baxılmamış saxlanılması hökm edilmiş, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
7. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin hökmündən dövlət ittihamçısı tərəfindən kassasiya protesti, mülki iddiaçı tərəfindən kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar
8. Kassasiya protestində qeyd edilmişdir ki, mötəbərliyi təsdiq olunmuş bütün sübutların məcmusu ilə X4 ona istinad olunan cina yəti törətməsi tam sübuta yetirilmişdir. Birinci və apellyasiya instansiya məhkəmələrində tədqiq edilmiş ifadələr, baxış və digər istintaq hərəkətlərinin protokolları, ekspertiza rəyləri və digər sübutlarla Ş.Ağayevin ittiham olunan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Lakin apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan mötəbər sübutların olmasına məhəl qoymamış və formal mülahizələrə əsaslanmaqla Ş.Ağayevə Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə bəraət verilməsi ilə nəticələnən qərəzli yanaşması cinayət qanununun normasının düzgün tətbiq edilməməsinə, işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlməsinə əsas vermişdir. Kassasiya protestində göstərilə nləri Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirib, həmin əsaslarla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-358/2023 nömrəli, 18 oktyabr 2023-cü il tarixli hökmünün ləğv edilməsi, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.
9. Kassasiya şikayətində qeyd edilmişdir ki, apellyasiya məhkəməsi kollegiyası işi tam araşdırmamış, birinci instansiya məhkəməsinin hökmündə qeyd olunan faktları, dəlilləri təkzib edərkən əsaslandırılmış dəlillər gətirə bilməmiş, əsassız olaraq mötəbərliliyi şübhə doğuran və mülki iddiaçı tərəfindən tutarlı dəlillərlə əsassızlığı sübut edilən məhkəmə istintaqı zamanı verilmiş ekspert rəylə rinə istinad edərək və onu mötəbər sübut sayaraq təqsirləndirilən şəxsə bəraət vermiş, mülki iddianı baxılmamış saxlamışdır. Məhkəmə kollegiyası sübutların qiymətləndirilməsi ilə bağlı Azərbaycan Respublikası CPM-də əks olunmuş prosessual hüquq normalarına istinad etməsinə baxmayaraq həmin normaları tətbiq etməmiş, sübutların qiymətləndirilməsi üzrə üzərinə düşən vəzifələri yerinə yetirməmiş və nəticədə işin faktiki hallarına uyğun olmayan qərar qəbul etmişdir. Göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-358/2023 nömrəli, 18 oktyabr 2023-cü il tarixli hökmünün ləğv edilməsi, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi xahiş edilir.
10. Bəraət almış şəxsin müdafiəçisi Əlizadə Rahim Ələkbər oğlu kassasiya protestinə v ə mülki iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə qarşı etiraz verərək bildirmişdir ki, X4 vergiləri ödəməkdən yayınmasında, dövlətə hər hansı məbləğdə zərər vurulmasında təqsirliliyi sübuta yetirilmədiyinə görə onun maddi məsuliyyətə cəlb edilməsinə dair qaldırılmış mülki iddianın təmin edilməsi qanunvericiliyə ziddir. Buna görə də Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-358/2023 nömrəli, 18 oktyabr 2023-cü il tarixli hökmünün qüvvəsində saxlanılmasını xahiş etmişdir. III. Hüquqi məsələlər
11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosess ual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
15. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsinin sübutları Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq olaraq tədqiq etmədiyini və bunun nəticəsi olaraq X5 əsassız bəraət verildiyini iddia edərək, kassasiya xahişini Azərba ycan Respublikası CPM-nin 416.1.2 və 416.1.3-cü maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.
16. Mülki iddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsində səhvə yol verildiyini iddia edərək, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirmişdir.
17. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini və mülki iddiaçının kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahi yyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)358/2023 nömrəli, 18 oktyabr 2023-cü il tarixli hökmünü yoxlayıb, araşdırmanın nəticəsi olaraq həmin hökmü qanuni və əsaslı hesab edir.
18. Belə ki, cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
19. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətl ərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliy yət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 29 noyabr 2022-ci il).
21. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsinin əsaslarına gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 33-cü maddəsində müəyyən edilən qaydalara görə, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları həmin Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən Azərbaycan Respublikası CPM-nin 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4).
22. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.
23. Həmin Məcəllənin 145.1 və 145.3-cü maddələrinə əsasən hər b ir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
24. Cinayət-Prosessual Məcəlləsinin 353.3.3-cü maddəsi isə məhkəmədən tələb edir ki, nəticəyə gəlməsi üçün əsaslandığı sübutları və ittihamın əsaslandırılması üçün gətirilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivlərini bəraət hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərsin.
25. Hər iki kassasiya müraciətində apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydala rın pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə araşdırmalarının, onların yekununda çıxarılmış məhkəmə aktlarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq apellyasiya instansiyası məhkəməsi sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmə tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; yekun qərarlar çıxarılarkən yolverilməz sübutların istifadəsindən imtina edilmiş, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə Azərbay can Respublikası CPM-nin 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır.
26. Qeyd edilənlərlə yanaşı məhkəmə kollegiyası eyni zamanda nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.
27. Həmin tövsiyəyə əsaslanaraq məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmetinı yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).
28. Məhkəmə kollegiyası kassasiya müraciətlərində təsvir edilən dəlilləri nəzərdən keçirib qeyd edir ki, X4 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin araşdırması nəticəsində qəbul edilən apellyasiya instansiyası məhkəməsinin hökmündə bu dəlillərə müvafiq əsaslandırma təmin edilməklə ətraflı cavablandırılma verilmişdir.
29. Kassasiya müraciətlərində hazırda mübahisələndirdiyi hökmün nəticələrini təkzib edə biləcək hər hansı yeni və diqqətəlayiq amilə istinad edilmir.
30. Məhkəmə kollegiyası bu halı da hər iki kassasiya müraciətinin əsassız olduğuna dəlalət edən hal kimi qəbul edir və təkrarlayır ki, hazırkı kassasiya müraciətlərində qaldırılan məsələlər üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələr cinayət işinin obyektiv araşdırmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların və formalaşmış məhkəmə təcrübəsinin düzgün təfsirinə əsaslandığınd an, kassasiya müraciətlərində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, eyni zamanda mübahisələndirilən hökmdə onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, apellyasiya instansiyası məhkəməsinin yekun qənaətini şübhə altına almaq üçün əsas müəyyən edilmir.
31. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya müraciətlərində qeyd edilən dəlillər üzrə ətraflı araşdırma aparılmadan apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi hökmünün qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.
32. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya protesti və kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-358/2023 nömrəli, 18 oktyabr 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti və mülki iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-358/2023 nömrəli, 18 oktyabr 2023-cü il tarixli hökmü kassasiya protesti və mülki iddiaçı tərəfindən veril miş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.