Məhkəmə qərarları › İş №1(102)-982/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-982/2025

10.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-982/2025 10.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Məhkum X2 müdafiəçisi Bakı şəhəri “Medleks” Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cina yət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 sentyabr 2024-cü il tarixli, 1(106)-745/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Məhkum xx.xx.1961-ci ildə Laçın rayonu Qovuşuq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 120.2.1, 29, 120.2.1, 29, 120.2.3, 29, 120.2.6, 29, 120.2.10-cu maddələri ilə təqsirli bilinib 13 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarı ilə həmin cəza 9 ilə endirilmiş, daha sonra Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 181.2.1, 181.2.5 və 228.2.1-ci maddələri ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, lakin Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarı ilə təyin edilmiş 9 il müddətinə azadlıqdan məhrum etmə cəzası sonuncu hökmlə ona təyin olunmuş cəza ilə qismən toplanaraq qəti olaraq 10 il müddətinə (əvvəlki hökmlə çəkmiş olduğu 1 il 26 gün azadlıqdan məhrum etmə cəzası yeni hökmə əsasən təyin edilmiş cəza müddətinə hesablanaraq, 8 il 11 ay 4 gün müddətinə) azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə isə cəzasının çəkilməmiş 3 ay 22 gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuş, məhkumluğu olan, Laçın rayonu, Qovuşuq kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri Suraxanı rayonu, Dədə Qorqud qəsəbəsi nömrəsiz fərdi yaşayış evində yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.

2. İttiham aktına əsasən Məhkum 16 oktyabr 2023-cü il tarixdə Laçın rayonun Qorçu kəndi yaxınlığında “Dəlidağ” adlanan ərazidə açıq otlaq sahədə özünə məxsus xırdabuynuzlu heyvanları otararkən həmin ərazinin yaxınlığındakı otlaq sahədə Zərərçəkmiş şəxs MMC-yə məxsus, ümumi dəyəri 41.400 manat təşkil edən 23 baş iribuynuzlu heyvanın nəzarətsiz halda otladıqlarını görüb həmin heyvanları gizli yolla talayıb ələ keçirmək, yəni oğurlamaq qərarına gəlmiş, bu məqsədlə həmin gün günorta saatlarında açıq otlaq sahəsindəki heyvanları haraylayıb Qorçu kəndi ərazisində öz heyvanları üçün düzəltdiyi “alaçığın”, yəni heyvan təsərrüfatının yanına gətirmiş, lakin törətdiyi əməlin üstünün açılmasından və cinayət məsuliyyətinə cəlb ediləcəyindən ehtiyat edərək sözügedən 23 baş iribuynuzlu heyvanı öz təsərrüfatına qatmayıb, otlaq sahəsinin yaxınlığındakı meşə sahəsində yerləşdirib bir neçə gün, yəni 19 oktyabr 2023-cü il tarixinədək həmin ərazidə saxlamaqla özgənin xeyli miqdarda əmlakını gizli ol araq talamış, daha sonra ötən müddət ərzində sakitlik olduğunu, yəni heyvanları axtarmaq üçün həmin əraziyə heç kimin gəlmədiyini görüb həmin heyvanları Bakı şəhərinə aparmaq qərarına gəlmiş, bu məqsədlə yükdaşıma fəaliyyəti ilə məşğul olan Elsevər adlı tanışı vasitəsi ilə tanıdığı, cinayətdən xəbərsiz - Laçın rayonunun Qarakeçdi kənd sakini, Şahid2 və həmin rayonun Ağbulaq kənd sakini Şahid1 ilə zəngləşib 800 manat pul müqabilində heyvanları və əşyalarını Laçın rayonundan Bakı şəhərinə daşınmasını razılaşdırıb yük nəqliyyat vasitəsi sifariş etməklə olduğu əraziyə dəvət etmiş, 19 oktyabr 2023-cü il tarixdə özünə məxsus xırda buynuzlu heyvanları, şəxsi əşyaları və həmin 23 baş iribuynuzlu heyvanı - onlardan 12 ədədini Şahid2 idarə etdiyi **-BG-*** dövlət qeydiyyat nişanlı, “Mersedes Benz 12 17” markalı, 11 ədədini isə Şahid1 idarə etdiyi **-BS-*** dövlət qeydiyyat nişanlı, “Mersedes-Benz Atego” markalı yük nəqliyyat vasitələrinə yığıb, özü də Şahid2 idarə etdiyi nəqliyyat vasitəsinə minib Bakı şəhəri istiqamətinə yola düşərək həmin gün gecə saatlarında Hacıqabul rayonu Nəvai qəsəbəsi ərazisində hərəkətdə olarkən Laçın rayon polis şöbəsinin əməkdaşları tərəfindən cinayət başında yaxalanmış, qeyd olunan hərəkətləri ilə Zərərçəkmiş şəxs MMC-yə xeyli miqdarda, yəni 41.400 manat məbləğində ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurlamışdır..

3. Laçın Rayon Məhkəməsinin (sədrlik edən hakim: X4) 27 iyun 2024-cü il tarixli, 1(047)-7/2024 nömrəli hökmü ilə Məhkum CM-in 177.2.4-cü maddəsi ilə təqsirli bilinib 2 (iki) il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 27 iyun 2024-cü il tarixdən hesablanması, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbirinin dəyişdirilməsi, barəsində “həbs” qətimkan tədbiri seçilməsi, onun məhkəmə iclas zalından dərhal həbs edilməsi və barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması hökm edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir.

4. Hökmdən məhkumun müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayəti verərək, Laçın Rayon Məhkəməsinin 1(047)-07/2024 nömrəli, 27 iyun 2024-cü il tarixli hökmünün ləğv edilməsini, Novruz Pənaliyevin barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir.

5. Şirvan Apel lyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X10 (sədrlik edən və məruzəçi), X5 və X3 ibarət məhkəmə tərkibində) 13 sentyabr 2024-cü il tarixli, 1(106)-745/2024 nömrəli qərarı ilə təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, X2 CM-in 177.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Laçın Rayon Məhkəməsinin 1(047)-07/2024 nömrəli, 27 iyun 2024-cü il tarixli hökmünün təqsirləndirilən şəxsin müdafiəçisnin apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

6. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 sentyabr 2024-cü il tarixli, 1(106)-745/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayəti vermişdir. II. Kassasiya şikayətin in dəlilləri və etirazlar:

7. Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətinin dəlilləri qismində bir sıra qanunvericilik normalarına və cinayət işinin faktiki hallarına istinadlar edərək qeyd etmişdir ki, məhkəmələr tərəfindən sübutetməyə dair cinayət-prosessual normaların tələbləri pozulmuş, heç bir fakt və sübuta əsaslanmadan formal əsaslarla barəsində ittiham hökmü çıxarılmış, nəticədə onun bu cinayət işinə heç bir aidiyyətinin olmamasına baxmayaraq o, Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmuşdur.

8. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 sentyabr 2024-cü il tarixli, 1(106)-745/2024 nömrəli qərarının ləğv edilməsini və barəsində Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinə (bundan sonra mətndə: Azərbaycan Respublikası CPM-in və ya CPM-in) əsasən müvafiq araşdırma apararaq onun əməlində cinayət tərkibinin olmadığını müəyyən etməklə həqiqətin ortaya çıxarılmasını, barəsində bəraətverici əsaslarla cinayət işi üzrə icraata xitam verilməsini, bu mümkün olmadığı təqdirdə isə barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə şərti məhkum edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir.

10. Qərardan kassasiya protesti və zərərçəkmiş şəxslər tərəfindən kassasiya şikayəti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:

11. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edərək, məhkəm ə kollegiyasından şikayətinin təmin edilməsini xahiş etdi.

12. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər:

13. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.

14. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

15. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

16. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Az ərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

17. Məhkum müdafiəçisi kassasiya şikayətində məhkumun əməlinin hüquqi tövsifini və cəza təyini məsələsini mübahisələndirsə də, tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş hər hansı hallarla əlaqələndirməmişdir.

18. Bununla belə, kollegiya müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 sentyabr 2024-cü il tarixli, 1(106)-745/2024 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

19. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

20. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

21. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir.

22. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.

23. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən ed ilməsini tələb edir.

24. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”.

25. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olubolmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1).

26. Müdafiəçinin kassasiya şikayətindən görünür ki, məhkumun əməlində oğurluq cinayətinin olması üçün lazım olan tərkib elementləri, yəni obyekt, obyektiv cə hət, subyekt, subyektiv cəhət tam şəkildə mövcud olmamışdır, belə ki, onun həmin heyvanları oğurlamaq niyyəti olmamışdır, cinayət işi materiallarında onun əməlinin CM- in 177.2.4-cü maddəsi ilə tövsif edilməsini təsdiq edən sübutların mövcud olmadığını, onun əsassız və qanunsuz olaraq – həqiqəti əks etdirməyən sübutlar əsasında məhkum olunduğunu iddia etməklə, CM-in 177.2.4-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə əməlində cinayət tərkibinin olmaması haqqında mülahizəsini və həmin mülahizədən irəli gələn apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi haqqında tələbini məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi üzərində qurmuşdur.

27. Bu isə onu göstərir ki, müdafiəçi kassasiya instansiyası məhkəməsini iş üzrə toplanmış sübutları tədqiq edib qiymətlən dirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir.

28. Bununla əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.

29. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə a id edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər.

30. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə kassasiya tələbinin (o cümlədən, əməlində cinayət tərkibinin olmamasına baxmayaraq, Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə məhkum olunmasına dair ittiham hökmünün çıxarılması haqqında iddianın) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və məhkumu n müdafiəçisinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində irəli sürdüyü, konkret dəlillərlə əsaslandırılmayan iddiasını mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi qiymətləndirə bilməz.

31. Məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, kassasiya şikayətinin məzmunu ilə uzlaşan dəlillər müdafiə tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb sübutlar və sübutetmə, cinayəti təşkil edən faktiki halların müəyyən edilməsi, faktiki hallara cinayət qanunu normasının tətbiqi, ibtidai istintaqda və b irinci instansiya məhkəməsində cinayət-prosessual qanunun tələblərinə, o cümlədən təqsirləndirilən şəxsin prosessual hüquqlarına əməl olunması məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində CM-in 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddələr ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.

32. Həqiqətən də, kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, cinayət işi üzrə məhkəməyədək və məhkəmə icraatları Azərbaycan Respublikası CPM-in prinsiplərinə və digə r müddəalarına uyğun olaraq, o cümlədən təqsirləndirilən şəxsin müdafiə hüququ gözlənilməklə həyata keçirilmiş, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin yekun qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum təqsirliliyi barədə yekun nəticələr CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn bütün sübutların məcmusu, o cümlədən Məhkum ibtidai araşdırma zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri, birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, həmçinin şahid ifadələri, ekspertiza rəylər, istintaq hərəkətlərinin protokolları və sair materiallar ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır.

33. Bundan əlavə kollegiya məhkumun barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə şərti məhkum edilməsi ilə bağlı kasssasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya instansiya məhkəməsində cəza təyini ilə bağlı məsələ mübahisələndirilməsə də, məhkəmə cinayət işi materiallarında olan sübutları əlaqəli tədqiq etməklə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə Laçın Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 1(047)-7/2024 nömrəli hökmü ilə təyin edilmiş 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasını qanuni və ədalətli hesab etmişdir.

34. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəza ilə razılaşarkən ona əsaslanmışdır ki, məhkum edilmiş şəxs Məhkum cəza təyin edilərkən birinci instansiya məhkəməsi tərəfindən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.1, 58.3, 59, 61 və 65.2-ci maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 04 saylı qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cəzanı ağırlaşdıran (əməlində cinayətlərin residivinin olmasını) və yüngülləşdirən hallar (cəza təyin edərkən onun təqsirini boynuna almasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlindən səmimi peşman olmasını, zərər çəkmiş şəxsə dəymiş ziyanı ödəməsini), onun şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınmış və ona kifayət qədər ədalətli cəza təyin olunmuşdur. Məhkumun müdafiəçisinin apellyasiya şikayəti ilə əlaqədar cinayət işinə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası da məhkumun barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının həddi ilə razılaşaraq, hökmün dəyişdirilmədən saxlanılması qənaətinə gəlmişdir.

35. Məhkəmə kollegiyası məhkum edilmiş Məhkum şəxsiyyəti, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi bax ımından ona daha yüngül cəza təyin olunmasını və ya barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş cəzanın şərti hesab edilməsini qanunamüvafiq hesab etmir.

36. Adı çəkilən və digər sübutlar hökmdə, eləcə də apellyasiya məhkəməsinin yekun qərarında təsvir edilib müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə ətraflı şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya şikayətində irəli sürülmüş iddia ilə uzlaşan) dəlillərin araşdırılması və araşdırmanın nəticələrinin yoxlanılması üzrə müvafiq olaraq birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində məhkəmələrin çıxardıqları nəticələri təkzib edə biləcək, araşdırmaların obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəl illər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları və kassasiya şikayətində göstərilənləri daha ətraflı şərh etmək, nə də ki, hökmü və apellyasiya məhkəməsinin yekun qərarını şübhə altına almaq üçün əsas görmür.

37. Təsvir edilənlərdən görünür ki, Məhkum Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsi ilə təqsirli bilinməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin nəticəsi qanuni və əsaslıdır, təyin edilmiş cəza isə ədalətlidir, baxılan işdə apellyasiya instansiyası məhkəməsinin yekun qərarının ləğv edilməsinə və məhkumun cinayət işinə əməlində cinayət tərkibinin olmaması əsası ilə bəraət verilməsi və ya onun barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi üçün əsas yoxdur, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual M əcəlləsinin 416.1-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməmişdir.

38. Beləliklə, məhkəmə kollegiyası məhkumun müdafiəçisinin və dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Məhkum barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 sentyabr 2024-cü il tarixli, 1(106)-745/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 sentyabr 2024-cü il tarixli, 1(106)-745/2024 nömrəli qərarı Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar