Məhkəmə qərarları › İş №1(102)-983/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-983/2019

19.11.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-983/2019 19.11.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nurlan Sahib oğlu Əliyevin, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X113 və məhkumun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 fevral 2018-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Zeynal Ağayev (sədrlik edən və məruzəçi), Azad Məcidov və Səbuhi Hüseynovdan ibarət tərkibdə) 1(101)-95/2017 nömrəli 12 oktyabr 2017-ci il tarixli hökmü ilə xx xxxx 1972-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.4 (köhnə redaksiyada) və 179.3.2-ci maddələri ilə məhkum edilmiş, «xxxx» ASC «Cənub» filialının müdiri vəzifəsində işləmiş, ünvan 1 ünvanda yaşamış; Məhkum Azərbaycan Respublikası CM-in 179.3.2-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.4-cü maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş əlavə cəza – 2 (iki) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum etmə cəzası 09.01.2015-ci il tarixli hökmü ilə təyin edilmiş 3 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum etmə cəzası ilə qismən toplanaraq ona qəti olaraq 3 (üç) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Onun 08 aprel 2015-ci il tarixdən 17 oktyabr 2015-ci il tarixədək çəkdiyi əlavə cəza - dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum etmə cəzası (6 ay, 9 gün) təyin olunmuş əlavə cəzasından çıxılmaqla, üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 21 (iyirmi bir) gün dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum etmə əlavə cəzası və 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 17 oktyabr 2015-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, «xxxx» ASC «Cənub» filialının müdiri vəzifəsində işləyərkən maddi məsul şəxs olmaqla saxta rəsmi sənədlər əsasında ona etibar edilmiş özgənin küll i miqdarda əmlakını öz qulluq mövqeyindən istifadə edib, vahid qəsdlə mənimsəməklə talamışdır. Belə ki, o, 22 mart 2004-cü il tarixdən 02 sentyabr 2013-cü il tarixədək olan müddətdə «xxxx» ASC «Cənub» filialının müdiri vəzifəsində işləyərkən Azərbaycan Respublikası Mərkəzi X183 18 noyabr 2008-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Banklarda kreditlərin verilməsi» Qaydaları, 10 aprel 2002-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlərin inkassasiyasının təşkili» Qaydaları, «xxxx» ASC Kommersiya Bankının təsisçilərinin (payçılarının) 02 may 2003-cü il tarixli protokolu ilə qəbul edilmiş və Müşahidə Şurasının 11 iyul 2011-ci il tarixli protokolu ilə yeni redaksiyada təsdiq edilmiş «xxxx» ASC «Cənub» f ilialının Əsasnaməsi, Müşahidə Şurasının 02 iyun 2004 və 07 iyun 2006-cı il tarixli protokolları ilə təsdiq edilmiş «Kreditlərin verilməsinin daxili prosedurları və uçotu haqqında» və 05 may 2008-ci il tarixli protokolu ilə təsdiq edilmiş «xxxx» ASCnin filialları tərəfindən mikrokreditlərin verilməsi» Qaydalarının tələblərinə uyğun olaraq, filialın fəaliyyətinə ümumi rəhbərliyin həyata keçirilməsi, işçilər arasında vəzifə bölgüsünün aparılması, filial üzrə bütün əməliyyatların aparılmasına nəzarət edilməsi, filialın əmlakının qorunması, bank tərəfindən icazə verilmiş məbləğlərdə müştərilərə kreditlərin verilməsi və müvafiq müqavilələrin imzalanması, bankın səlahiyyətlərinə aid olan kreditlər üzrə müraciətlərə baxılmasının, lazımi kredit sənədlərinin hazırlanmasının təşkili və təsdiqlənərək bankın kredit komitəsinə göndərilməsi, filial tərəfindən verilmiş, habelə bank tərəfindən verilərək filialın nəzarətinə aid edilmiş kreditlər üzrə monitorinqlərin keçirilməsi, əmanətlərin qəbul edilməsinin təşkili və bunlara dair müqavilələrin bağlanmasına məsul şəxs olmaqla, öz qulluq mövqeyindən istifadə edərək ona etibar olunmuş «xxxx» ASC-nin külli miqdarda əmlakını vahid qəsdlə talama məqsədi ilə özü ilə yaxın, qohumluq, tanışlıq və digər münasibətləri olduğu ayrı-ayrı şəxslərin, o cümlədən X20 adına 20.11.2009-cu il tarixli 20/11 nömrəli kredit müqaviləsi ilə 75.000 (yetmiş beş min) manat, X48 adına 29.12.2009-cu il tarixli 29/12 nömrəli kredit müqaviləsi ilə 5.000 (beş min) manat, X66 adına 29.12.2009-cu il tarixli 29/12B nömrəli kredit müqaviləsi ilə 5.000 (beş min) manat, X104 ad ına 29.12.2009-cu il tarixli 29/12C nömrəli kredit müqaviləsi ilə 5.000 (beş min) manat, 27.12.2011-ci il tarixli 663 nömrəli kredit müqaviləsi ilə 3.500 (üç min beş yüz) manat və 09.04.2012-ci il tarixli 854 nömrəli kredit müqaviləsi ilə 3.350 (üç min üç yüz əlli) manat, X67 adına 29.12.2009-cu il tarixli 29/12 nömrəli kredit müqaviləsi ilə 5.000 (beş min) manat və 30.12.2009-cu il tarixli 30/12 nömrəli kredit müqaviləsi ilə 5.000 (beş min) manat, X5 adına 29.12.2009-cu il tarixli 29/12H nömrəli kredit müqaviləsi ilə 5.000 (beş min) manat, X1 adına 29.12.2009-cu il tarixli 29/12G nömrəli kredit müqaviləsi ilə 5.000 (beş min) manat, 09.02.2012-ci il tarixli 732 nömrəli kredit müqaviləsi ilə 3.300 (üç min üç yüz) manat və 09.04.2012-ci il tarixli 855 nömrəli kredit müqaviləsi ilə 3.250 (ü ç min iki yüz əlli) manat, X90 adına 02.06.2010cu il tarixli 02/06/2010G nömrəli kredit müqaviləsi ilə 50.000 (əlli min) ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 40.190 (qırx min bir yüz doxsan) manat, X30 adına 15.09.2010-cu il tarixli A12 nömrəli kredit müqaviləsi ilə 10.000 (on min) manat, 27.12.2011-ci il tarixli 657 nömrəli kredit müqaviləsi ilə 3.500 (üç min beş yüz) manat və 12.04.2012-ci il tarixli 884 nömrəli kredit müqaviləsi ilə 3.250 (üç min iki yüz əlli) manat, X68 adına 15.09.2010-cu il tarixli 907 nömrəli kredit müqaviləsi ilə 10.000 (on min) manat, X31 adına 15.09.2010-cu il tarixli A1 nömrəli kredit müqaviləsi ilə 10.000 (on min) manat, X105 adına 15.09.2010cu il tarixli A5 nömrəli kredit müqaviləsi ilə 10.000 (on min) manat, X69 adına 15.09.2010cu il tarixli A6 nömrəli kre dit müqaviləsi ilə 10.000 (on min) manat, 28.12.2011-ci il tarixli 670 nömrəli kredit müqaviləsi ilə 3.430 (üç min dörd yüz otuz) manat və 13.04.2012-ci il tarixli 890 nömrəli kredit müqaviləsi ilə 3.300 (üç min üç yüz) manat, X70 adına 15.09.2010-cu il tarixli A7 nömrəli kredit müqaviləsi ilə 10.000 (on min) manat, X32 adına 15.09.2010-cu il tarixli A8 nömrəli kredit müqaviləsi ilə 10.000 (on min) manat, X106 adına 15.09.2010-cu il tarixli A10 nömrəli kredit müqaviləsi ilə 10.000 (on min) manat, 12.04.2012-ci il tarixli 886 nömrəli kredit müqaviləsi ilə 3.100 (üç min yüz) manat və 28.12.2011-ci il tarixli 671 nömrəli kredit müqaviləsi ilə 3.300 (üç min üç yüz) manat, X71 adına 15.09.2010-cu il tarixli A13 nömrəli kredit müqaviləsi ilə 10.000 (on min) manat, X49 adına 15.09.2010-cu il tari xli A14 nömrəli kredit müqaviləsi ilə 10.000 (on min) manat və 12.04.2012-ci il tarixli 885 nömrəli kredit müqaviləsi ilə 3.500 (üç min beş yüz) manat, X33 adına 15.09.2010-cu il tarixli A16 nömrəli kredit müqaviləsi ilə 10.000 (on min) manat və 27.12.2011-ci il tarixli 656 nömrəli kredit müqaviləsi ilə 3.400 (üç min dörd yüz) manat, X91 adına 15.09.2010-cu il tarixli A17 nömrəli kredit müqaviləsi ilə 10.000 (on min) manat, X122 adına 15.09.2010-cu il tarixli A24 nömrəli kredit müqaviləsi ilə 10.000 (on min) manat, X72 adına 23.09.2010-cu il tarixli A35 nömrəli kredit müqaviləsi ilə 10.000 (on min) manat, X34 adına 23.09.2010-cu il tarixli A19 nömrəli kredit müqaviləsi ilə 10.000 (on min) manat, X92 adına 23.09.2010-cu il tarixli A20 nömrəli kredit müqaviləsi ilə 10.000 (on min) manat, X93 adına 23.09.2010-cu il tarixli A21 nömrəli kredit müqaviləsi ilə 10.000 (on min) manat, X73 adına 23.09.2010-cu il tarixli A23 nömrəli kredit müqaviləsi ilə 10.000 (on min) manat, X135 adına 23.09.2010-cu il tarixli A25 nömrəli kredit müqaviləsi ilə 10.000 (on min) manat, X35 adına 23.09.2010-cu il tarixli A67 nömrəli kredit müqaviləsi ilə 10.000 (on min) manat, X74 adına 04.11.2010-cu il tarixli KT59 nömrəli kredit müqaviləsi ilə 80.000 (səksən min) manat və 13.04.2012-ci il tarixli 886 nömrəli kredit müqaviləsi ilə 3.500 (üç min beş yüz) manat, X75 adına 11.11.2010-cu il tarixli A31 nömrəli kredit müqaviləsi ilə 10.000 (on min) manat və 28.12.2011-ci il tarixli 673 nömrəli kredit müqaviləsi ilə 3.280 (üç min iki yüz səksən) manat, X50 adına 11.11.2010-cu il tarixli A32 nömrəli kredit mü qaviləsi ilə 10.000 (on min) manat, X21 adına 11.11.2010-cu il tarixli A33 nömrəli kredit müqaviləsi ilə 10.000 (on min) manat, X36 adına 11.11.2010-cu il tarixli A34 nömrəli kredit müqaviləsi ilə 10.000 (on min) manat, X6 adına 17.12.2010-cu il tarixli 080 nömrəli kredit müqaviləsi ilə 2.500 (iki min beş yüz) manat, X76 adına 20.12.2010-cu il tarixli A86 nömrəli kredit müqaviləsi ilə 10.000 (on min) manat, X94 adına 20.12.2010-cu il tarixli A89 nömrəli kredit müqaviləsi ilə 10.000 (on min) manat, X13 adına 20.12.2010-cu il tarixli A91 nömrəli kredit müqaviləsi ilə 10.000 (on min) manat, X77 adına 23.12.2010-cu il tarixli A94 nömrəli kredit müqaviləsi ilə 200.000 (iki yüz min) manat, 27.05.2011-ci il tarixli 344 nömrəli kredit müqaviləsi ilə 10.700 (on min yeddi yüz) manat və 13.04.2012-ci il tarixli 890 nömrəli kredit müqaviləsi ilə 3.210 (üç min iki yüz on) manat, X37 adına 29.12.2010-cu il tarixli 981 nömrəli kredit müqaviləsi ilə 5.000 (beş min) manat, X95 adına 29.12.2010-cu il tarixli 982 nömrəli kredit müqaviləsi ilə 4.000 (dörd min) manat, X123 adına 10.01.2011-ci il tarixli 110 nömrəli kredit müqaviləsi ilə 15.000 (on beş min) manat, 14.12.2011-ci il tarixli 626 nömrəli kredit müqaviləsi ilə 4.890 (dörd min səkkiz yüz doxsan) manat və 08.02.2012-ci il tarixli 724 nömrəli kredit müqaviləsi ilə 3.500 (üç min beş yüz) manat, X107 adına 25.01.2011-ci il tarixli 133 nömrəli kredit müqaviləsi ilə 2.500 (iki min beş yüz) manat, X108 adına 02.02.2011-ci il tarixli 141 nömrəli kredit müqaviləsi ilə 100.000 (bir yüz min) manat, X7 adına 07.02.2011-ci il tarixli 145 nömrəli kredit müqaviləsi ilə 20.000 (iyirmi min) manat, X78 adına 08.02.2011-ci il tarixli 147 nömrəli kredit müqaviləsi ilə 22.000 (iyirmi iki min) manat, X51 adına 18.04.2011-ci il tarixli 246 nömrəli kredit müqaviləsi ilə 3.500 (üç min beş yüz) manat və 13.04.2012-ci il tarixli 897 nömrəli kredit müqaviləsi ilə 3.200 (üç min iki yüz) manat, X14 adına 30.06.2011-ci il tarixli 465 nömrəli kredit müqaviləsi ilə 150.000 (bir yüz əlli min) manat, X2 adına 07.07.2011-ci il tarixli 492 nömrəli kredit müqaviləsi ilə 2.050 (iki min əlli) manat, X109 adına 08.07.2011-ci il tarixli 453 nömrəli kredit müqaviləsi ilə 38.700 (otuz səkkiz min yeddi yüz) manat və 20.07.2011-ci il tarixli 465 nömrəli kredit müqaviləsi ilə 40.000 (qırx min) manat, X52 adına 05.08.2011-ci il tarixli 509 nömrəli kredit müqaviləs i ilə 40.000 (qırx min) manat, X38 adına 05.09.2011-ci il tarixli 551 nömrəli kredit müqaviləsi ilə 10.000 (on min) manat və 11.04.2012-ci il tarixli 871 nömrəli kredit müqaviləsi ilə 3.200 (üç min iki yüz) manat, X8 adına 05.09.2011-ci il tarixli 552 nömrəli kredit müqaviləsi ilə 10.000 (on min) manat və 11.04.2012-ci il tarixli 868 nömrəli kredit müqaviləsi ilə 3.500 (üç min beş yüz) manat, X9 adına 05.09.2011-ci il tarixli 553 nömrəli kredit müqaviləsi ilə 10.000 (on min) manat və 11.04.2012-ci il tarixli 869 nömrəli kredit müqaviləsi ilə 3.300 (üç min üç yüz) manat, X3 adına 05.09.2011-ci il tarixli 554 nömrəli kredit müqaviləsi ilə 10.000 (on min) manat və 11.04.2012-ci il tarixli 870 nömrəli kredit müqaviləsi ilə 3.420 (üç min dörd yüz iyirmi) manat, «xxxx» MMC-nin direktoru X53 adın a 08.09.2011-ci il tarixli 562 nömrəli kredit müqaviləsi ilə 250.000 (iki yüz əlli min) manat və 10.04.2012-ci il tarixli 863 nömrəli kredit müqaviləsi ilə 3.250 (üç min iki yüz əlli) manat, X39 adına 09.09.2011-ci il tarixli 564 nömrəli kredit müqaviləsi ilə 5.000 (beş min) manat və 09.02.2012-ci il tarixli 729 nömrəli kredit müqaviləsi ilə 3.400 (üç min dörd yüz) manat, X15 adına 09.09.2011-ci il tarixli 565 nömrəli kredit müqaviləsi ilə 5.000 (beş min) manat və 09.02.2012-ci il tarixli 731 nömrəli kredit müqaviləsi ilə 3.100 (üç min yüz) manat, X16 adına 12.09.2011-ci il tarixli 566 nömrəli kredit müqaviləsi ilə 6.300 (altı min üç yüz) ABŞ dolları, yəni həmin dövrün məzənnəsi ilə 4954,95 (dörd min doqquz yüz əlli dörd,95) manat, X22 adına 12.09.2011ci il tarixli 567 nömrəli kredit müqav iləsi ilə 6.300 (altı min üç yüz) ABŞ dolları, yəni həmin dövrün məzənnəsi ilə 4954,95 (dörd min doqquz yüz əlli dörd,95) manat, X79 adına 13.09.2011-ci il tarixli 568 nömrəli kredit müqaviləsi ilə 6.200 (altı min iki yüz) ABŞ dolları, yəni həmin dövrün məzənnəsi ilə 4876.92 (dörd min səkkiz yüz yetmiş altı,92) manat, X136 adına 13.09.2011-ci il tarixli 570 nömrəli kredit müqaviləsi ilə 5.000 (beş min) manat, X137 adına 30.11.2011-ci il tarixli 595 nömrəli kredit müqaviləsi ilə 5.000 (beş min) manat və 13.14.2012-ci il tarixli 887 nömrəli kredit müqaviləsi ilə 3.500 (üç min beş yüz) manat, X124 adına 05.12.2011-ci il tarixli 604 nömrəli kredit müqaviləsi ilə 2.550 (iki min beş yüz əlli) manat, X125 adına 06.12.2011-ci il tarixli 609 nömrəli kredit müqaviləsi ilə 4.855 (dörd min səkkiz yüz əlli beş) manat, X138 adına 07.12.2011-ci il tarixli 611 nömrəli kredit müqaviləsi ilə 3.435 (üç min dörd yüz otuz beş) manat, X10 adına 08.12.2011-ci il tarixli 614 nömrəli kredit müqaviləsi ilə 2.900 (iki min doqquz yüz) manat, X80 adına 20.12.2011-ci il tarixli 637 nömrəli kredit müqaviləsi ilə 3.350 (üç min üç yüz əlli) manat, X23 adına 21.12.2011-ci il tarixli 641 nömrəli kredit müqaviləsi ilə 3.250 (üç min iki yüz əlli) manat, X24 adına 21.12.2011-ci il tarixli 641 nömrəli kredit müqaviləsi ilə 3.500 (üç min beş yüz) manat, X11 adına 21.12.2011-ci il tarixli 642 nömrəli kredit müqaviləsi ilə 3.440 (üç min dörd yüz qırx) manat, X40 adına 22.12.2011-ci il tarixli 646 nömrəli kredit müqaviləsi ilə 3.350 (üç min üç yüz əlli) manat, X41 adına 22.12.2011-ci il tarixli 647 nömrəli kredit müqaviləsi ilə 3.420 (üç min dörd yüz iyirmi) manat, X54 adına 28.12.2011-ci il tarixli 672 nömrəli kredit müqaviləsi ilə 3.500 (üç min beş yüz) manat, 24.01.2012-ci il tarixli 712 nömrəli kredit müqaviləsi ilə 3.500 (üç min beş yüz) manat və 12.04.2012-ci il tarixli 883 nömrəli kredit müqaviləsi ilə 3.370 (üç min üç yüz yetmiş) manat, X126 adına 13.01.2012-ci il tarixli 693 nömrəli kredit müqaviləsi ilə 3.100 (üç min yüz) manat, X239 adına 13.01.2012-ci il tarixli 694 nömrəli kredit müqaviləsi ilə 3.350 (üç min üç yüz əlli) manat, 09.02.2012-ci il tarixli 730 nömrəli kredit müqaviləsi ilə 3.500 (üç min beş yüz) manat və 09.04.2012-ci il tarixli 856 nömrəli kredit müqaviləsi ilə 3.200 (üç min iki yüz) manat, X42 adına 27.01.2012-ci il tarixli 740 nömrəli kredit müqaviləsi ilə 15.000 (on be ş min) manat, X55 adına 06.02.2012-ci tarixli 724 nömrəli kredit müqaviləsi ilə 2.500 (iki min beş yüz) manat, X81 adına 06.02.2012-ci il tarixli 725 nömrəli kredit müqaviləsi ilə 2.500 (iki min beş yüz) manat, X4 adına 07.02.2012-ci il tarixli 728 nömrəli kredit müqaviləsi ilə 3.500 (üç min beş yüz) manat, X56 adına 28.02.2012-ci il tarixli 762 nömrəli kredit müqaviləsi ilə 3.500 (üç min beş yüz) manat, X25 adına 14.03.2012-ci il tarixli A857 nömrəli kredit müqaviləsi ilə 10.000 (on min) manat və 11.04.2012-ci il tarixli 866 nömrəli kredit müqaviləsi ilə 3.345 (üç min üç yüz qırx beş) manat, X12 adına 14.03.2012-ci il tarixli A858 nömrəli kredit müqaviləsi ilə 15.000 (on beş min) manat və 11.04.2012-ci il tarixli 867 nömrəli kredit müqaviləsi ilə 3.420 (üç min dörd yüz iyirmi) manat, X82 adına 10.04.2012-ci il tarixli 862 nömrəli kredit müqaviləsi ilə 3.350 (üç min üç yüz əlli) manat və 17.05.2012-ci il tarixli 958 nömrəli kredit müqaviləsi ilə 3.400 (üç min dörd yüz) manat, X110 adına 11.04.2012-ci il tarixli 872 nömrəli kredit müqaviləsi ilə 3.430 (üç min dörd yüz otuz) manat, X96 adına 12.04.2012-ci il tarixli 873 nömrəli kredit müqaviləsi ilə 3.500 (üç min beş yüz) manat və 12.04.2012-ci il tarixli 875 nömrəli kredit müqaviləsi ilə 1.500 (bir min beş yüz) manat, X26 adına 12.04.2012-ci il tarixli 879 nömrəli kredit müqaviləsi ilə 3.450 (üç min dörd yüz əlli) manat və 18.07.2012-ci il tarixli 1039 nömrəli kredit müqaviləsi ilə 200.000 (iki yüz min) manat, X57 adına 12.04.2012-ci il tarixli 880 nömrəli kredit müqaviləsi ilə 3.330 (üç min üç yüz otuz) manat və 18.07.2012- ci il tarixli 1040 nömrəli kredit müqaviləsi ilə 200.000 (iki yüz min) manat, X58 adına 12.04.2012-ci il tarixli 881 nömrəli kredit müqaviləsi ilə 3.400 (üç min dörd yüz) manat, X127 adına 13.04.2012-ci il tarixli 888 nömrəli kredit müqaviləsi ilə 3.100 (üç min yüz) manat, X128 adına 13.04.2012-ci il tarixli 889 nömrəli kredit müqaviləsi ilə 3.470 (üç min dörd yüz yetmiş) manat, X83 adına 13.04.2012-ci il tarixli 894 nömrəli kredit müqaviləsi ilə 3.310 (üç min üç yüz on) manat, X59 adına 13.04.2012-ci il tarixli 895 nömrəli kredit müqaviləsi ilə 3.500 (üç min beş yüz) manat, X17 adına 13.04.2012-ci il tarixli 898 nömrəli kredit müqaviləsi ilə 3.300 (üç min üç yüz) manat, X60 adına 17.04.2012-ci il tarixli 905 nömrəli kredit müqaviləsi ilə 3.320 (üç min üç yüz iyirmi) manat, X111 adına 17.0 4.2012-ci il tarixli 906 nömrəli kredit müqaviləsi ilə 3.500 (üç min beş yüz) manat, X47 adına 17.04.2012-ci il tarixli 907 nömrəli kredit müqaviləsi ilə 4.950 (dörd min doqquz yüz əlli) manat, X19 adına 18.04.2012-ci il tarixli 912 nömrəli kredit müqaviləsi ilə 4.700 (dörd min yeddi yüz) manat, X43 adına 27.04.2012-ci il tarixli 919 nömrəli kredit müqaviləsi ilə 3.500 (üç min beş yüz) manat, X44 adına 30.04.2012-ci il tarixli A1023 nömrəli kredit müqaviləsi ilə 15.000 (on beş min) manat, X65 adına 15.05.2012-ci il tarixli 947 nömrəli kredit müqaviləsi ilə 3.250 (üç min iki yüz əlli) manat, X84 adına 15.05.2012ci il tarixli 948 nömrəli kredit müqaviləsi ilə 2.950 (iki min doqquz yüz əlli) manat, X27 adına 16.05.2012-ci il tarixli 953 nömrəli kredit müqaviləsi ilə 2.900 (iki min doqquz yüz) manat, X61 adına 17.05.2012-ci il tarixli 957 nömrəli kredit müqaviləsi ilə 3.350 (üç min üç yüz əlli) manat, X85 adına 17.05.2012-ci il tarixli 956 nömrəli kredit müqaviləsi ilə 3.500 (üç min beş yüz) manat, X29 adına 18.05.2012-ci il tarixli 967 nömrəli kredit müqaviləsi ilə 3.500 (üç min beş yüz) manat, X62 adına 18.05.2012-ci il tarixli 968 nömrəli kredit müqaviləsi ilə 3.500 (üç min beş yüz) manat, X97 21.05.2012-ci il tarixli 972 nömrəli kredit müqaviləsi ilə 2.650 (iki min altı yüz əlli) manat, X63 adına 21.05.2012ci il tarixli 973 nömrəli kredit müqaviləsi ilə 2.450 (iki min dörd yüz əlli) manat, X86 adına 23.05.2012-ci il tarixli 984 nömrəli kredit müqaviləsi ilə 3.250 (üç min iki yüz əlli) manat, X98 adına 23.05.2012-ci il tarixli 985 nömrəli kredit müqaviləsi ilə 3.300 (üç mi n üç yüz) manat, X45 adına 24.05.2012-ci il tarixli 991 nömrəli kredit müqaviləsi ilə 4.350 (dörd min üç yüz əlli) manat, X64 adına 24.05.2012-ci il tarixli 992 nömrəli kredit müqaviləsi ilə 3.500 (üç min beş yüz) manat, X28 adına 06.06.2012-ci il tarixli 1024 nömrəli kredit müqaviləsi ilə 3.000 (üç min) manat, X87 adına 07.06.2012-ci il tarixli 1028 nömrəli kredit müqaviləsi ilə 3.400 (üç min dörd yüz) manat, X88 adına 07.06.2012-ci il tarixli 1030 nömrəli kredit müqaviləsi ilə 7.992 (yeddi min doqquz yüz doxsan iki) manat, X129 adına 18.07.2012-ci il tarixli 1036 nömrəli kredit müqaviləsi ilə 200.000 (iki yüz min) manat, X46 adına 18.07.2012-ci il tarixli 1037 nömrəli kredit müqaviləsi ilə 200.000 (iki yüz min) manat və X89 adına 18.07.2012-ci il tarixli 1038 nömrəli kredit müqaviləsi il ə 200.000 (iki yüz min) manat pul vəsaitinin guya həmin şəxslər tərəfindən kredit kimi götürüldüyünü rəsmiləşdirməklə, onların adlarına müvafiq saxta kredit və girov müqavilələri, xəzinə məxaric orderləri, müddətli öhdəçilik, ərizələr, kredit sifarişləri, ödəniş cədvəlləri və digər sənədləri qanunsuz hazırlayaraq, qeyd olunan sənədlərdə vətəndaşların imzalarını adlarından icra etməklə, filialın digər vəzifəli şəxslərinin də xidməti vəzifələrinin icrası ilə əlaqəli sənədləri imzalamasına nail olub, bəzi şəxslərin adına olan əsas kredit sənədlərini isə filial müdirinin müavini və beynəlxalq hesablaşmalar şöbəsinin müdiri vəzifələrində işləmiş X99 imzaladıb onun köməkçilik etməsi nəticəsində və saxta rəsmi sənədlər əsasında ümumilikdə 2.819.543,82 (iki milyon səkkiz yüz on doqquz min, beş yüz qırx üç,82) manat pul vəsaitini götürüb özünün şəxsi ehtiyaclarına xərcləməklə, öz qulluq mövqeyindən istifadə edib «xxxx» ASC-yə külli miqdarda ziyan vurmaqla ona etibar edilmiş özgənin əmlakını mənimsəyərək talamışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Mirpaşa Hüseynov (sədrlik edən və məruzəçi), Həsən Əhmədov və İlqar Murquzovdan ibarət tərkibdə) 1(103)-110/2018 nömrəli 07 fevral 2018-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 fevral 2018-ci il tarixli hökmü Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmış, Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum müdafiəçisi Müdafiəçi verdiyi kassasiya şikayətində xahiş edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 fevral 2018-ci il qərarı ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilsin. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini Məhkum müdafiəçisi Müdafiəçi onunla əsaslandırmışdır ki, Məhkum pulları aldığı dövrdə həmin məbləğləri faizi və dəbbəsi ilə birlikdə hissə-hissə kredit ödənişləri kimi geri qaytarmışdır, onun hərəkətlərində CM-in 179-cu maddəsinin cinayət tərkibinin əlamətləri olmamışdır. Həmçinin məhkəmələr yeni cinayət qanunu ilə ləğv edilmiş cəzanı (CM-in 179.3.2-ci maddəsinin köhnə redaksiyasını) tətbiq etmişdir. Məhkəmə hökm və qərarda alınan pulların geri qaytarılması faktı hüquqi qiymətləndirmə prosesində vurğulamamışdır. Vurğulanan məqam yalnız pulların alınması faktı olmuşdur. Hazırkı işdə təqsir ləndirilən şəxs özünəməxsus "kredit”, yəni faizi ilə birgə qaytarılmasını planlaşdırdığı pul borcu almışdır və daha sona tədricən həmin borcu ödəməyə çalışmışdır. Yüzlərlə insan kimi onun da pulu vaxtında qaytara bilməməsi borcun yığılması ilə nəticələnmişdir, faizlərin dayanmadan artması borc məbləğinin süni şəkildə qat-qat artması ilə nəticələnmişdir. Əsas məqam odur ki, təqsirləndirilən şəxs Məhkum götürdüyü pulu (əsas borcu) və bundan əlavə bankın Standard faiz məbləğini də qaytarmaq niyyətində olmuşdur. İş materiallarında olan (Cild 2-13-dəki) 157 kredit müqavilələrindən görünür ki, hər götürülmüş kredit müqavilələri üzrə “yalnız pulun alınması əməliyyatı deyil” “pulun hissə-hissə, faiz və dəbbə pulu ilə birlikdə banka geri qaytarılması əməliyyatları” da icra edilmişdir. Bu isə pulu qaytarmaq niyyətinin mövcudluğunu sübut edir. Bundan başqa məhkəmələr məhkəmə-mühasibatlıq ekspertiza rəyinin nəticə hissəsinə (qoyulmuş konkret suallara olan cavablara) istinad etsə də rəyin məzmununa hüquqi qiymət verməmişlər, orada qeyd edilmiş məlumatlara əsasən mənimsəmə cinayətinin törədilməsinin qeyri-mümkünlüyü qənaətinə gəlməmişlər. Ekspertin səlahiyyətlərinə kredit işləri üzrə alınmış məbləğlərin cəminin, qaytarılmış və qaytarılmamış məbləğlərin cəminin hesablanması səlahiyyətləri daxildir. Bununla da, ekspert qalıq borc məbləğini göstərə bilər. Lakin, hər hansı məbləğin “dəymiş zərərin əvəzinin ödənilməsi kimi qiymətləndirilməsi” səlahiyyətləri ekspertin səlahiyyətlərinə aid deyil. Bunu öz səlahiyyətləri daxilində məhkəmə həll edir. Banka qaytarılmış pulun cəmi (775.729 manat) dəymiş ziyanın ödənilməsi kimi qiymətləndirilmişdir və “banka dəymiş ziyanın” ümumi məbləği 2.819.543,82 manat olaraq qalmışdır. Yəni, 775.729 manat banka qaytarılmış pul ümumi bankdan alınmış 2.819.543,82 manatın məbləğindən çıxılmamışdır. Çıxılmış olsaydı banka dəymiş ziyanın məbləği də daha az 2.818.768,09 manat göstərilərdi. Hökmdə göstərilmiş 2.819.543,82 manat ziyan məbləği həmin ziyanın vurulması dövründə hissə-hissə qaytarılmış 775.729 manat pulu əks etdirmir. Bu həddindən atıq böyük fərq edir və məhkəmənin qiymətləndirməsinə təsir edir. Qaytarılmış pulu əks etdirən məbləğ 'talanmış əmlakın məbləği” kimi qiymətləndirilə bilməz. Qaytarılmış pul '‘talanmış” hesab edilməli deyildir. Nəzərə alınmalıdır ki, dəymiş ziyanın ödənilməsi özü-özlüyündə ziyanın müəyyən edilməsindən sonra (misa l üçün istintaq zamanı) həmin məbləğin təqsirkar şəxs tərəfindən ödənilməsi deməkdir. İşdən isə görünür ki, kreditlərin alınması ilə eyni dövrlərdə kreditlər üzrə vaxtaşırı ödənişlər olunmuşdur, həmin ödənişlər həm əsas borc, faiz pulu, dəbbə, sığorta ödənişlərini də əhatə etmişdir. Pullar yalnız filial müdiri deyil xəzinədar və digər şəxslərə də etibar edilmişdir. Buna baxmayaraq xəzinədarın hərəkətləri AR CM-nin 308-ci maddəsi ilə tövsif edilmişdir. Pulun hissə-hissə qaytarılması faktları nəzərə alınaraq, eyni qaydada, Məhkum da əməlləri həmin maddə ilə və ya digər oxşar maddələrlə tövsif oluna bilərdi. Mənimsəmə və ya israf etmə cinayətini nəzərdə tutan CM-in 179-cu maddəsi pulun “talanması”, daha sonra isə hissə-hissə, faiz və dəbbə ilə birgə qaytarılması hallarım ehtiva etmir. Məhkum hərəkətləri düzgün tövsif edilməmişdir. Bundan başqa iş üzrə alınmış kreditlər üzrə borclar birdəfəlik ödəmə şəklində minlər, on min manatlarla qaytarılmışdır. Bundan başqa, yeni qanunla əsasən (20 oktyabr 2017-ci il tarixli 816-VOD nömrəli Qanun) Azərbaycan Respublikası CM-in 179.3.2.-ci maddəsinə dəyişikliklər edilmiş və həmin maddə üzrə 7 ildən 12 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Yeni qanuna görə həmin maddə üzrə cəza 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası kimi göstərimişdir. Lakin apellyasiya instansiya məhkəməsinin qərarının çıxarılması zamanı (07.02.2018) yeni qanun qüvvəyə minmiş və apellyasiya instansiya məhkəməsi cəzanın azaldılmış yeni hədlərini nəzərə almamışdır. Göründüyü kimi, cəzanın aşağı və yuxan həddi 2 il azaldılıb. Həmçinin Məhku m 4 uşağı vardır, onlardan 2-si apellyasiya qərarının çıxarılması vaxtı azyaşlı idilər. Bu kimi yüngülləşdirici halların mövcudluğu şəraitində onun barəsində istinad edilən maddənin hazırda qüvvədə olan sanksiyasının ən sərt cəzasını (10 il azadlıqdan məhrum etmə) tətbiq etmək üçün əsas yoxdur. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, məruzəçini, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin olunmalı və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə bax araq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işi n faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Məhkum əməlləri Azərbaycan Respublikası CM-in 179.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Kassasiya şikayətinin başlıca dəlili məhkəmələr tərəfindən hökm və qərar qəbul edilərkən işin faktiki hallarına düzgün hüquqi qiymət verilməməsidir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179-cu maddəsinin mənasına görə mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama kimi başa düşülür. Qeyd olunan maddədə talamanın iki müstəqil forması nəzərdə tutulur: mənimsəmə və israfetmə. Mənimsəmə talamanın müstəqil forması olub, inanılıb tapşırılmış maddi qiymətli şeylərin ayrılması, götürülməsi və onun üzərində qanunsuz sahibliyi müəyyən etmək yolu ilə özünün və ya digər şəxslərin mülkiyyətinə keçirilməsində ifadə olunur. Bu zaman müqavilə münasibətləri və yaxud dövlət və ya ictimai təşkilatların xüsusi tapşırığı ilə əlaqədar əmlak barəsində sahiblik, idarəetmə, sərəncam vermə, daşıma və ya saxlama səlahiyyətlərini həyata keçirən təqsirkar özünün qanuni ixtiyarında olan əmlakı qanunsuz, əvəzsiz öz mülkiyyətinə keçirir. Şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilmiş mənimsəmə və ya israf etmə o halda mövcud olacaqdır ki, həmin ə məllər əmlakın etibar edildiyi və öz qulluq mövqeyinə görə həmin əmlak barəsində müəyyən səlahiyyətlərə malik maddi məsul şəxs tərəfindən törədilmiş olsun. Bu zaman şəxs təhlil edilən cinayəti törədərkən məhz öz qulluq səlahiyyətlərindən istifadə edir Birinci instansiyası məhkəməsinin ittiham hökmündən görünür ki, Məhkum 22 mart 2004-cü il tarixdən 02 sentyabr 2013-cü il tarixədək olan müddətdə «xxxx» ASC «Cənub» filialının müdiri vəzifəsində işləyərkən Azərbaycan Respublikası Mərkəzi X183 18 noyabr 2008-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Banklarda kreditlərin verilməsi» Qaydaları, 10 aprel 2002-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlərin inkassasiyasının təşkili» Qaydaları, «xxxx» ASC K ommersiya Bankının təsisçilərinin (payçılarının) 02 may 2003-cü il tarixli protokolu ilə qəbul edilmiş və Müşahidə Şurasının 11 iyul 2011-ci il tarixli protokolu ilə yeni redaksiyada təsdiq edilmiş «xxxx» ASC «Cənub» filialının Əsasnaməsi, Müşahidə Şurasının 02 iyun 2004 və 07 iyun 2006-cı il tarixli protokolları ilə təsdiq edilmiş «Kreditlərin verilməsinin daxili prosedurları və uçotu haqqında» və 05 may 2008-ci il tarixli protokolu ilə təsdiq edilmiş «xxxx» ASC-nin filialları tərəfindən mikrokreditlərin verilməsi» Qaydalarının tələblərinə uyğun olaraq, filialın fəaliyyətinə ümumi rəhbərliyin həyata keçirilməsi, işçilər arasında vəzifə bölgüsünün aparılması, filial üzrə bütün əməliyyatların aparılmasına nəzarət edilməsi, filialın əmlakının qorunması, bank tərəfindən icazə verilmiş məbləğl ərdə müştərilərə kreditlərin verilməsi və müvafiq müqavilələrin imzalanması, bankın səlahiyyətlərinə aid olan kreditlər üzrə müraciətlərə baxılmasının, lazımi kredit sənədlərinin hazırlanmasının təşkili və təsdiqlənərək bankın kredit komitəsinə göndərilməsi, filial tərəfindən verilmiş, habelə bank tərəfindən verilərək filialın nəzarətinə aid edilmiş kreditlər üzrə monitorinqlərin keçirilməsi, əmanətlərin qəbul edilməsinin təşkili və bunlara dair müqavilələrin bağlanmasına məsul şəxs olmaqla, öz qulluq mövqeyindən istifadə edərək ona etibar olunmuş «xxxx» ASC-nin külli miqdarda əmlakını vahid qəsdlə talama məqsədi ilə özü ilə yaxın, qohumluq, tanışlıq və digər münasibətləri olduğu ayrıayrı şəxslərin adlarına müvafiq saxta kredit və girov müqavilələri, xəzinə məxaric orderləri, müddətli öhdə çilik, ərizələr, kredit sifarişləri, ödəniş cədvəlləri və digər sənədləri qanunsuz hazırlayaraq, qeyd olunan sənədlərdə vətəndaşların imzalarını adlarından icra etməklə, filialın digər vəzifəli şəxslərinin də xidməti vəzifələrinin icrası ilə əlaqəli sənədləri imzalamasına nail olub, bəzi şəxslərin adına olan əsas kredit sənədlərini isə filial müdirinin müavini və beynəlxalq hesablaşmalar şöbəsinin müdiri vəzifələrində işləmiş X99 imzaladıb onun köməkçilik etməsi nəticəsində və saxta rəsmi sənədlər əsasında ümumilikdə 2.819.543,82 (iki milyon səkkiz yüz on doqquz min, beş yüz qırx üç,82) manat pul vəsaitini götürüb özünün şəxsi ehtiyaclarına xərcləməklə, öz qulluq mövqeyindən istifadə edib «xxxx» ASC-yə külli miqdarda ziyan vurmaqla ona etibar edilmiş özgənin əmlakını mənimsəyərək talamışdı r. İşdən görünür ki, Məhkum özünü ona elan olunmuş ittihamda tam təqsirli bilmiş və etdiyi əməldən peşmançılıq çəkdiyini məhkəməyə bildirmişdir. Bundan başqa, onun təqsirli olması iş üzrə dindirilmiş digər təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin verdikləri ifadələri ilə yanaşı, ekspertiza rəyləri, maddi sübutlarla və işin digər materialları ilə tam təsdiq edilir. Bundan başqa, iş materiallarından da göründüyü kimi, nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azə rbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Odur ki, kassasiya şikayətinin bu barədəki dəlili əsassızdır. Kassasiya şikayətinin digər dəlili Məhkum barəsində təyin edilmiş cəzanın ağır olmasıdır. Məhkum cəza təyin edilərkən məhkəmələr tərəfindən cinayət qanunun normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyy ətinə uyğun olmalıdır. Bundan başqa, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Yəni cəzanın məqsədi təkcə məhkumun islah olunması ilə məhdudlaşmır. Qanuna görə təqsirli şəxsə təyin edilən cəza başqalarına xəbərdarlıq baxımından da əhəmiyyətlidir. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Al i Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. İşdən görünür ki, birinci instansiyası məhkəməsi Məhkum cəza təyin edərkən onun himayəsində bir yetkinlik yaşına çatmayan və iki azyaşlı uşağın olmasını, habelə dəymiş maddi ziyanın bir hissəsini könüllü olaraq ödəməsini cəzanı yüngülləşdirən hallar kimi və əməlində cəzanı ağırlaşdıran halların olmamasını nəzərə aldığını bildirməklə ona təqsirli bilindiyi maddənin sa nksiyasında nəzərdə tutulmuş on il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr tərəfindən təqsirləndirilən şəxs Məhkum cəza təyin edərkən yuxarıda qeyd edilmiş cinayət qanunu normalarını düzgün tətbiq edilsə də, ittihamın həcminin müəyyənləşdirilməsi zamanı səhvə yol verilmişdir. Belə ki, Məhkum ümumilikdə 2.819.543,82 (iki milyon səkkiz yüz on doqquz min, beş yüz qırx üç,82) manat pul vəsaitini götürüb özünün şəxsi ehtiyaclarına xərcləməklə, öz qulluq mövqeyindən istifadə edib «xxxx» ASC-yə külli miqdarda ziyan vurmaqla ona etibar edilmiş özgənin əmlakını mənimsəmə ittihamı verilmişdir. Lakin, ibtidai istintaq zamanı təyin edilərək keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 17 may 2016-cı il tarixli rəyi ilə müəyyən edilmişdir ki, alınmış kreditlər üzrə cəmi 775.729 manat pul banka geri qaytarılmışdır. Buna baxmayaraq Məhkum banka qaytarılmış pula görə də ittiham irəli sürülmüş və bununla da onun hüquqi vəziyyəti ağırlaşdırılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum verilmiş ittihamdan onun tərəfindən banka qaytarılmış 775.729 manat məbləğində pul çıxılmalı və ittihamın həcmi azaldılmalıdır. Həmçinin, Məhkum verilmiş ittihamın həcmi azaldıldığından ona təyin edilmiş cəza da yüngülləşdirilməlidir. Azərbaycan Respublikası CPM-in 416.0.21-ci maddəsinin tələbinə görə məhkəmə məsuliyyəti və ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdi kdə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Beləliklə, kassasiya kollegiyası belə nəticəyə gəlir ki, Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayətinin dəlilləri qismən əsaslıdır, ona görə də Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 fevral 2018-ci il tarixli qərarı dəyişdirilməli, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 179.3.2-ci maddəsi ilə təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası endirilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 416.0.21 və 419.10.4-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Cina yət kollegiyasının Məhkum barəsindəki 07 fevral 2018-ci il tarixli qərarı dəyişdirilsin. Məhkum verilmiş ittihamın həcmi 2.819.543,82 (iki milyon səkkiz yüz on doqquz min, beş yüz qırx üç,82) manatdan 2.043.814,82 (iki milyon qırx üç min səkkiz yüz on dörd,82) manata endirilsin. Məhkum Azərbaycan Respublikası CM-in 179.3.2-ci maddəsi ilə təyin edilmiş 2 (iki) il 5 (beş) ay 21 (iyirmi bir) gün müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası 9 (doqquz) il 6 (altı) aya endirilsin. Qalan hissədə qərar dəyişdirilməsin. Kassasiya şikayəti qismən təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar