Məhkəmə qərarları › İş №1(102)-983/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-983/2024

07.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-983/2024 07.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Məhkum – Məhkum iştirakları ilə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bi linib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 mart 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli 1(101)-1253/2022 nömrəli (hakimlər: Quliyev Əhməd Qəhrəman oğlu (sədrliyi), Paşayev Azər İslah oğlu və Sadıxov Rasim Əkrəm oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə xx.xx.1980-ci il tarixdə X rayonu, X kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, X rayonu, X kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əm əllərini törətməkdə təqsirli bilinərək, ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, Məhkum həbsdə saxlanıldığı 6 ay 2 günün ona təyin edilmiş cəzadan çıxılması və onun üzərində 5 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Məhkum cəzaçəkmə müddətinin əvvəlinin xx.xx.2022-ci il tarixindən hesablanması, Məhkum ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Məhkum narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Hökmdən məhkum olunmuş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Ci nayət Kollegiyasının 2 mart 2023-cü il tarixli 1(103)-580/2023 nömrəli (hakimlər: Mehdiyev Emin Əlixan oğlu (sədrliyi ilə), Rəhimov Elmar Eldar oğlu və Əyyubov Fərid İlham oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1, 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmi ş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla Məhkum qəti olaraq 5 (beş) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Məhkum həbsdə saxlanıldığı 6 ay 2 gün ona təyin edilmiş cəzadan çıxılmış və onun üzərində 5 il 2 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzaçəkmə müddətinin başlanğıcının xx.xx.2022-ci il tarixindən hesablanması nəzərə alınmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 may 2023-cü il tarixli 1(103)-580/2023 nömrəli (hakimlər: Mehdiyev Emin Əlixan oğlu (sədrliyi ilə), Rəhimov Elmar Eldar oğlu və Əyyubov Fərid İlham oğlundan ib arət məhkəmə tərkibində) qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 mart 2023-cü il tarixli 1(103)580/2023 nömrəli qərarının təsviri-əsaslandırıcı və nəticə hissələrində “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsi” sözləri “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsi” kimi oxunması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 mart 2023-cü il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı «R» adlı şəxslə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi, saxlama və daşınması barədə razılığa gəlib cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşmiş, aralarında razılaşmaya görə sonuncunun ona bildirdiyi lakin istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,552 qram narkotik vasitə olan heroin və 1/2 hissədən ibarət narkotik vasitə metadon tərkibli dərman preparatını əldə edib üzərində saxlayaraq daşımış və 21 noyabr 2021-ci il tarixdə saat 03:30-da Bakı şəhəri Nizami rayon polis idarəsinin PPXB-nin əməkdaşları tərəfindən ünvan 2 ünvanın qarşısında özünü şübhəli apardığına görə saxlanılaraq, ünvan 3 ünvanda yerləşən Nizami RPİ-nin 25-ci PŞ-nin inzibati binasına gətirilmiş və inzibati binada üzərinə şəxsi axtarış keçirilən zaman əlində olan palıdı r əngli pul qabından bir ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,552 qram açıq qəhvəyi rəngli, tozşəkilli maddə-kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və təsiredici maddəsinin miqdarı 0,02 qram təşkil edən üzərində «M40» yazısı həkk olunmuş, konvalyutda qəhvəyi rəngli hissədən ibarət narkotik vasitə metadon tərkibli dərman preparatı aşkar edilərək götürülmüşdür. Bundan başqa Məhkum təkrarən şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı «R» adlı şəxslə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi, saxlama və daşınması barədə razılığa gəlib cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşmiş, aralarında razılaşmaya görə sonuncunun ona bildirdiyi lakin istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz ol araq ümumi təmiz çəkisi 11,780 qram olan külli miqdarda narkotik vasitə heroini və təmiz çəkisi 0,420 qram olan psixotrop maddə metamfetamini əldə edib yaşadığı ünvan 5 ünvana daşıyaraq orada saxlamış və həmin külli miqdar narkotik vasitə olan heroini yaşadığı mənzildə satış məqsədilə elektron tərəzidən istifadə etməklə 1 ədəd ağ rəngli polietilen bükümdə təmiz çəkisi 0,170 qram, 24 ədəd sarı rəngli polietilen bükümdə ümumi təmiz çəkisi 11,610 qram olan 25 ədəd ayrı-ayrı bükümlərə bölmüş, təmiz çəkisi 0,420 qram olan psixotrop maddə metamfetamini isə 1 ədəd göy rəngli qapağı olan ağ rəngli plastik qabın içərisinə yerləşdirmiş və 30 noyabr 2021-ci il tarixdə saat 18:00-da Bakı şəhər Sabunçu RPİ-nin 12-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı yaşadığı ü nvan 5 ünvanın yaxınlığında saxlanılaraq ünvan 6 ünvanda yerləşən Sabunçu RPİ-nin 12-ci PŞ-nin inzibati binasına gətirilmiş və inzibati binada üzərində keçirilən şəxsi axtarış zamanı heç bir qanunsuz əşya aşkar edilməsə də özünün təşəbbüsü və razılığı ilə əməliyyat axtarış tədbirlərinin davamı olaraq 30 noyabr 2021-ci il tarixdə saat 20:10-da yaşadığı ünvan 5 ünvanda yerləşən iki otaqlı mənzilinə baxış keçirilən zaman yataq otağındakı masanın üzərindən satış məqsədilə qanunsuz olaraq əldə edib ayrı-ayrı bükümlərə bölərək saxladığı 1 ədəd ağ rəngli polietilen bükümdə təmiz çəkisi 0,170 qram, 24 ədəd sarı rəngli polietilen bükümdə ümumi təmiz çəkisi 11,610 qram narkotik vasitə heroin, 1 ədəd göy rəngli qapağı olan ağ rəngli plastik qabın içərisində təmiz çəkisi 0,420 qram psixotrop maddə met amfetamin və arxa hissəsində «500 g x 0,01 g» yazısı olan «gümüşü» rəngli üzərində heroin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən onun barəsində ədalətsiz və qeyri-obyektiv qərarlar qəbul edilmişdir. Odur ki, məhkum narkotik vasitələrin satışı ilə heç bir zaman məşğul olmadığını, yalnız istifadə etdiyini, 1 qız övladının olmasını, onun hal-hazırda xəstə bacısının himayəsində qalmasını, bacısının xəstə olduğundan qızının ehtiyaclarını qarşılamaqda çətinlik çəkdiyini nəzərə alaraq barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəmə sində Məhkum çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin edilməsini və cəzasının yüngülləşdirilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 mart 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüqu q məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum tərəfindən verilmiş kassasiya şikayətind ə barəsində təyin edilmiş cəzanın ağır olduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini və ya dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddəsində nəzərdə tutulmuş hal ilə əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 mart 2023cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasi ya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının məhkəmə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 mart 2023-cü il tarixli qərarı isə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, apellyasiya məhkəməsinin qərarından görünür ki, apellyasiya məhkəməsində haqlı olaraq Məhkum satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə etmə, saxlama və daşıma, o cümlədən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əh əmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması qərarda göstərilmişdir. Məhkum əməlinə hüquqi qiymət verilməsi məsələsinə dair məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-in 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün məhkəmələr tərəfindən tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində ona təyin edilmiş cəzanın ağır olduğu iddia edilir və təyin edilmiş cəzanın yüngülləşdirilməsi xahiş edilir. Verilmiş kassasiya şikayətində əməlin tövsifi mübahisələndirilməsə də, təyin olunmuş cəzanın ağır o lduğu və şəxsin törətmiş olduğu əməlin ədalətli nəticəsi olmadığı iddia edilir. Məhkəmə kollegiyası bu barədə kassasiya şikayətinin dəlillərinə qiymət verərək aşağıda göstərilənlərin kassasiya instansiya məhkəməsində icraat zamanı hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin etmək məqsədilə gələcəkdə oxşar işlər üzrə də nəzərə alınmasını məqsədə müvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizə də cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Kassasiya məhkəmə kollegiyası məhkəmələrin məhkumun cəzasını yüngülləşdirən hala istinadına, həmçinin yüngülləşdirici halların nəzərə alınmaması barədə kassasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əs asən, cəzanı yüngülləşdirən halların dairəsi qanunla məhdudlaşdırılmır və Cinayət Məcəlləsinin 59-cu maddəsində göstərilməyən başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə; 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Aydın məsələdir ki, yüngülləşdirici halların mövcudluğu yuxarıda qeyd edilən müxtəlif formalarda nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməli dir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyəti olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun o lub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən Məhkum cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halın (himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını) olması, ağırlaşdıran halların isə olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Məhkum islah olunması məqsədini və Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Belə ki, iş materiallarında olan doğum ha qqında şəhadətnamənin surətindən görünür ki, Məhkum himayəsində xx.xx.2005-ci il təvəllüdlü X7 olmaqla bir yetkinlik yaşına çatmayan uşağı vardır. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə al araq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, Məhkum tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olun muş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 2 mart 2023-cü il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar