Məhkəmə qərarları › İş №1(102)-984/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-984/2020

29.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-984/2020 29.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Novruzov Ələsgər Əli oğlu ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İsgəndərov Coşqun Ramiz oğlunun, Məhkum XXX və onun müdafiəçisi Xasayev Vüqar Nəriman oğlunun iştirakları ilə, Məhkum Qusar Rayon Məhkəməsini n xx xxxxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcələsinin (bundan sonra mətndə CM-nin) 206.1 və 206.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və onun müdafiəçisi xxx həmin şikayətə verdiyi əlavəyə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Qusar Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli hökmü ilə (hakim Vəliyev Adil Yaqub oğlu) Məhkum, xx xxxxxxx 1958-ci il tarixdə Ermənistan Respublikası, Qafan rayonunun Gomaran kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, ailəli, əvvəllər məhkum olunmamış, ünvan 1 qeydiyyatda olmaqla həmi n ünvanda yaşayan, CM-nin 206.1 və 206.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 206.1-ci maddəsi ilə 02 (iki) il müddətə, CM-nin 206.2-ci maddəsi ilə 03 (üç) il müddətə, CM-nin 66.2-ci maddəsinə əsasən isə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və CM-nin 70-ci maddəsinə əsasən həmin cəza 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum ümumilikdə külli miqdarda - 19090 manat məzənnəsində, yəni 159 ədəd 1000-lik, 61 ədəd 2000-lik, 28 ədəd 5000-lik əskinaslardan ibarət 12630 manat məzənnəsində cəmi 421000 Rusiya rublu və 38 ədəd 100-lük əskinaslardan ibarət 6460 manat mə zənnəsində cəmi 3800 ABŞ dollarını əynindəki şalvarın sağ arxa cibinin və gödəkcənin iç sol cibinin içərisində yerləşdirib Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük orqanına bəyan etməməklə və X7 Respublikasının Mahaçqala şəhərində istintaqa məlum olmayan mənbədən xx xxxxxx 2018-ci il tarixdə əldə etdiyi 183,472 qram kalium permanqanat prekursorunu 01 ədəd sellofan bağlamaya qablaşdıraraq malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə idarə etdiyi xxx, **-DB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ön panelinin altında, yəni idarə etmə sükanının sağ alt hissəsində olan boşluq hissədə gizlədib Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli Şimal Ərazi Baş Gömrük İdarəsinin xxx gömrük postunda həmin tarixdə, saat 23:30 radələ rində qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Hökmdən Məhkum müdafiəçisi V.N.Xasayev tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əsgərova Ruhiyyə Orucəli qızı (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə) xx xxxx 2020-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsini və onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Müdafiəçi V.N.Xasayev də eyni mövqedən çıxış edərək məhkumun kassasiya şikayət inə verdiyi əlavəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 mart 202-ci il tarixli qərarının ləğv edilməsini və Məhkum barəsindəki cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, xx xxxxxx 2018-ci il tarixdə üstündə gətirdiyi pulun 17000 manatdan aşağı olduğunu düşünərək bu barədə gömrük orqanana bəyannamə verməmişdir ona görə ki, həmin vaxtı o, Azərbaycanda 100 ABŞ dollarını 169 manata, 1 rus publunu isə 0,0246 manata dəyişirdi. Bu səbəbdən də üzərində olan 3800 ABŞ dollarının və 421000 Rusiya publunun 17000 manatdan aşağı olduğunu zənn edərək onun 17000 manatdan cəmi 195 manat artıq olacağını bilməmişdir. Eyni zamanda həmin gün idarə etdiyi avt omaşında aşkar olunmuş 183,472 qram çəkidə olan kalium permanqanat ona məxsus olmamış və həmin maddənin kim tərəfindən və nə vaxt avtomaşına qoyulmasından xəbəri olmamışdır. Sonradan ibtidai istintaq aparılan vaxt müstəntiq ona təzyiq edərək bildirmişdir ki, əgər o, kalium permanqanatın ona məxsus olmasını etiraf etməsə onun barəsində həbs qismində qətimkan tədbiri seçəcək. Buna görə də, o, məcbur olub aşkar edilmiş kimyəvi maddənin ona məxsus olmasını yalandan etiraf etmişir. Göstərilənlərə əsaslanaraq Məhkum onun hər hansı cinayət əməli törətmədiyini iddia edərək kassasiya şikayətinin təmin edilməsini və apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. İş üzrə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinə, cinayət-prose ssual qanunvericiliyinin bir sıra normalarına istinad edərək işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallarını mübahisələndirən məhkumun müdafiəçisi xxx kassasiya şikayətinə əlavəni onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq tədqiq etməmiş və qiymətləndirməmiş və bunun nəticəsi olaraq Məhkum barəsində ədalətsiz qərar qəbul etmişdir. İşə mahiyyəti üzrə baxan məhkəmələr prosessual qanunvericiliyin sübutetməyə dair tələblərini pozaraq işin əsl hallarını əks etdirməyən ifadələrə və istintaq hərəkətlərinin aparılmasına dair protokollara əsaslanaraq onlardan sübut kimi ist ifadə etmiş, apellyasiya instansiyası məhkəməsi isə həm ibtidai araşdırma orqanının, həm də birinci instansiya məhkəməsinin yol verdikləri qanun pozuntularına lazımi şəkildə hüquqi qiymət verməmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs Məhkum avtomobilinin yoxlanması və üzərində şəxsi yoxlamanın Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 99-cu maddəsinin tələblərinin kobud surətdə pozulması ilə aparılması təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, məhkəmədə nümayiş etdirilən videoçəkilişlərlə və məhkəmədə elan olunan sənədlərlə tam sübuta yetirilmişdir. Məhkum həm avtomaşınında, həm də üzərində aparılan yoxlamalar tam qanunsuz olmuş, onun avtomaşınında aparılan baxışda hal hahidlərinin iştirakı təmin edilməmiş, baxışdan əvvəl onlara və Məhkum hüquqları izah edilməmiş, sonrada n tərtib olunmuş protokolların surətləri Məhkum verilməmişdir. Məhkəmələrin əsaslındığı sübutların qanunvericiliyin pozulması ilə əldə edildiyini, buna görə hüquqlarını müdafiə etdiyi şəxsin əsassız və qanunsuz olaraq məhkum olunduğunu iddia edən müdafiəçi Məhkum haqqında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarının ləğv edilməsini və onun barəsindəki cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsini xahiş edir. Hüquqi məsələlər: Göründüyü kimi, Məhkum kassasiya şikayətinin və onun müdafiəçisi xxx tərəfindən həmin şikayətə verilmiş əlavənin əsas dəlili ondan ibarətdir ki, həm ibtidai araşdırma orqanı, həm də işə baxmış məhkəmələr Məhkum ona elan olunmuş ittiham üzrə təqsirli olmasının əsasına qoyulmuş sübutların qanun po zuntusu ilə əldə edilməsinə əhəmiyyət verməmiş, onun təqsirsizliyinə dəlalət edən sübutların tədqiqindən imtina olunmuş, əldə olunmuş sübutlara isə düzgün qiymət verilməyərək yolverilməz sübutlar əsasında sonuncunun barəsində qanunsuz olaraq ittiham hökmü çıxarılmış, apellyasiya instansiası məhkəməsi də əsassız olaraq bu hökmün qüvvədə saxlanılması barədə qərar qəbul etmişdir. Bununla da, məhkum və onun müdafiəçisi apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış qərarın ləğv edilməli olması haqqında tələblərini CPM-nin 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. CPM-nin 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.2. məhkəmə bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.3. məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə; 416.1.11. məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda; Məhkəmə kollegiyası məhkumun və onun müdafiəçisinin müraciətlərini kassasiya qaydasında baxılmalı müraciətlər kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakılar qeyd edir. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-n in 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya ins tansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunveiciliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münas ibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiv a edir. CM-nin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsb it edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-nin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 -146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 138.1-ci maddəsində təsbit edilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” xx xxxxxxxx 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 28.5-ci maddəsi) İş materiallarının təhlili göstərir ki, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələrinin ibtidai araşdırma zamanı hər hansı qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara əsasən müəyyən etdikləri faktiki hallar ondan ibarətdir ki, Məhkum xx xxxxxx 2018-ci il tarixdə ümumilikdə 19090 manat məbləgində (həmin dövrdəki CM-nin 206-cı maddəsinin xxx hissəsinin 1-ci bəndinə əsasən-külli miqdarda) pulu və X7 Respublikasının Mahaçqala şəhərində istintaqa məlum olmayan mənbədən həmin tarixdə əldə etdiyi, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhd udlaşdırılmış 183,472 qram çəkidə kalium permanqanat prekursorunu müvafiq olaraq üstünda və idarə etdiyi xxx **-DB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ön panelinin altında, yəni idarə etmə sükanının sağ alt hissəsində olan boşluq hissədə gizlədib Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, yəni qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. İş materiallarından göründüyü kimi, bu nəticənin əsasında duran sübutlar qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair CPM-nin 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, o cümlədən kassasiya şikayətində irəli sürülmüş iddiaların əksinə olaraq məhkəmələr yekun qərarlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməm iş, iş üzrə Məhkum, şahidlərin ifadələrinin, ekspertiza rəylərinin alınması, müxtəlif istintaq hərəkətlərinin aparılması zamanı, habelə digər sübutların toplanması və araşdırılması zamanı qanunun tələblərinə tam şəkildə əməl etmiş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-nin 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verməmişlər. Bundan başqa, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş və məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmişdir. Məhkəmə baxışları zamanı həmçinin “İnsan Hüquqlarının və X8 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzər də tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, təqsirləndirilən şəxsin lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqların pozulmasına da yol verilməmiş, nəticə etibarı ilə isə ibtidai aradırma orqanı tərəfindən Məhkum əməlinin cinayətin törədildiyi, iş üzrə ibtidai araşdırmanın aparıldığı və birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən yekun məhkəmə aktlarının qəbul edildiyi zamanda CM-nin 206.1 və 206.2-ci maddələri ilə tövsif edilməsi ilə razılaşaraq onun bu maddələrlə təqsirli bilinərək cəzalandırmasını qanuni və əsaslı saymışlar. Həmin dövrdə qüvvədə olmuş CM-nin 206.1-ci maddəsində qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük e yniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə bu Məcəllənin 206.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla malların və digər əşyaların külli miqdarda keçirilməsinə, CM-nin 206.2-ci maddəsində isə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə oluna bilən və Azərbaycan Respublikası gömrük sərhədindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materia lların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, gömrük qanunvericiliyinin tələblərinə əsasən, gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir. Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçir ilməsi zamanı bəyan etməmə və ya düzgün bəyan etməmə bəyannamənin təqdim edilməməsində və ya lazımi qaydada, formada və müddətlərdə təqdim edilməməsində, bəyannamədə göstərilməli olan məmulatların göstərilməməsində və ya təhrif edilməməsində və s. hərəkətlərdə ifadə oluna bilər və həmin hərəkətlər malların və digər əşyaların gömrük sərhədindən qanunsuz keçirilməsi məqsədi ilə edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da qaçaqmalçılığa dair işlər üzrə vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə xx xxxx 2016-cı il tarixdə qəbul etdiyi “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Qərarında bu mövqedən çıxış etmiş və həmin Qərarın 12-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinə aid olan hərəkətlərdən biri kimi bəy an etməmə dedikdə, gömrük bəyannaməsində və ya GM-də nəzərdə tutulmuş malların digər üsulla bəyan edilməsi zamanı malların və bəyan edilməli olan nəqliyyat vasitələrinin buraxılması, onların seçilmiş gömrük proseduruna salınması, gömrük ödənişlərinin hesablanması və tutulması haqqında qərarın qəbul edilməsi üçün zəruri olan məlumatların bilərəkdən göstərilməməsi başa düşülür. Düzgün bəyan etməmə gömrük bəyannaməsində və ya digər müəyyən edilmiş bəyan etmə formasında mallar və nəqliyyat vasitələri, onların gömrük proseduru haqqında məlumatların və yuxarıda göstərilmiş gömrük məqsədləri üçün zəruri olan digər məlumatların bilərəkdən yanlış göstərilməsindən ibarətdir. Həmin Qərarın 1-ci bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, malların və digər əşyaların Azərbaycan Respublikasının gö mrük sərhədindən keçirilməsi qaydaları Azərbaycan Respublikasının Gömrük Məcəlləsi (bundan sonra mətndə GM) və bu sahəyə aid digər normativ-hüquqi aktlarla tənzimlənir. Buna görə, şəxs tərəfindən malların və ya digər əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi əməlləri o halda qaçaqmalçılıq cinayəti hesab edilir ki, təqsirkar CM-nin 206.1-ci maddəsində sadalanan, cinayətin obyektiv cəhətini təşkil edən və GM-də nəzərdə tutulmuş qaydalara zidd olan hərəkətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş olsun. Bu baxımdan qaçaqmalçılıq cinayətinin obyektini hər hansı malların və digər əşyaların dövriyyəsi yox, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi qaydaları ilə tənzimlənən dövlətin normal xarici iqtisadi fəaliyyəti sahəsində yaranan ictimai mün asibətlər təşkil edir. Qərarın 5-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin əməllərində CM-nin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərinin olması məsələsini həll edərkən məhkəmələr qeyri-qanuni keçirilmiş mallar və ya digər əşyaların bu maddədə sadalanan qaçaqmalçılıq əşyalarına mənsubiyyətinin düzgün müəyyən edilməsini yoxlamalıdırlar. Bu zaman gömrük sərhədindən keçirilməsi dövlət nəzarəti altında olan vasitələrin, maddələrin və əşyaların siyahısını müəyyən edən normativ-hüquqi aktların müddəaları nəzərə alınmalıdır (məsələn, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edil məsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında”, “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanunları, Gömrük Məcəlləsinin 82.5-ci maddəsi və sair ). Qərarın 8-ci bəndində izah olunmuşdur ki, gömrük sərhədindən qeyri-qanuni yolla keçirilmiş xarici valyutanın dəyəri həmin valyutanın cinayətin törədildiyi vaxt Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi Azərbaycan Manatına münasibətdə məzənnəsi əsasında tənzimlənir. Adı çəkilən Qərarın 10-cu bəndində qeyd olunmuşdur ki, malların və ya digər əşyaların gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsi dedikdə, həmin malların aşkarlanmasının çətinləşdirilməsi və ya onların həqiqi xassə və ya miqdarının gizlədilməsinə yönəldilmiş istənilən h ərəkətlər etməklə (məsələn, bəzi mallara digər mal görüntüsünün verilməsi, həmin malların xüsusi hazırlanmış və ya quraşdırılmış gizli yerlərdə, insan bədəninin boşluqlarında gizlədilməklə keçirilməsi və sair) keçirilməsi başa düşülür. Qərarın 16-cı bəndnə görə, malların və digər əşyaların gömrük ərazisinə gətirilməsi dedikdə onların gömrük sərhədindən keçirilməsi, bu mallar və digər əşyalarla bağlı onların buraxılmasınadək və maraqlı şəxslərə həmin mallara və digər əşyalara dair sərəncam vermək (onlardan istifadə etmək) icazəsi verilənədək gömrük orqanları tərəfindən Gömrük Məcəlləsində nəzərdə tutulmuş müvafiq hərəkətlərin edilməsi başa düşülür. Buna görə, malların və ya digər əşyaların Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsi zamanı sənədlərdən və ya gömrük eyniləşdirilmə si vasitələrindən aldatma yolu ilə istifadə etməklə, bəyan etməməklə və ya düzgün bəyan etməməklə törədilmiş qaçaqmalçılıq bu cinayətin qeyd olunan qeyri-qanuni üsullardan biri ilə törədilməsinin, o cümlədən, gömrük orqanına qeyd olunmuş sənədlərin daxili gömrük tranziti, malların gömrük proseduruna salınması və ya malların və digər əşyaların buraxılması ilə bağlı gömrük prosedurunun həyata keçirilməsi prosesində təqdim edilməsi zamanı bu faktın aşkarlandığı və bunun qarşısının alındığı andan başa çatmış hesab edilir. Qanunvericiliyin tələblərindən, Ali Məhkəmənin Plenumunun tövsiyələrindən çıxış edib bunları cinayət işinin materialları ilə müqayisəli şəkildə yoxlayan kassasiya kollegiyası vurğulayır ki, Məhkum üzərindən götürülmüş, gömrük orqanlarından yayındırdığı 421000 Rusiya rublu v ə 3800 ABŞ dolları məbləğində pulu da Rusiya Federasiyasının ərazisindən gətirdiyi və gömrük orqanının əməkdşalarına təqdim etdiyi digər mallar kimi bəyan etməli olduğu halda, bunu etməmiş və həmin pul vəsaiti onun üzərində baxış keçirilməsi nəticəsində aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasnının ərazisində idxalına, icracına, tranzit nəql edilməsinə və istehsalına tələb olunan prekursorların siyahılar”ında (İV siyahıda) göstərilən prekursoru natrium permanqanatı idarə etdiyi avtomaşının görünməyən yerində gizlətməklə gizli şəkil də Azərbaycan Respublikasının gömrük sərhədindən keçirmiş və nəticə etibarı ilə CM-nin 206.1 və 206.2-ci maddələrində nəzərdə tutulmuş cinayətin obyektiv cəhətini təşkil edən, qaçaqmalçılığı iki üsulundan istifadə etməklə əməllər törətmişdir. Məhkum birinci instansiya məhkəməsinin məhkəmə iclasında özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməsə də, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən hazırki qərarın “İşin halları” hisəsində təsvir edilən cinayət əməllərini törətməsini etiraf edərək həmin cinayətlərin törədilməsi halları barədə sərbəst şəkildə ifadələr vermiş və bildirmişdir ki, xx xxxxxx 2018ci il tarixdə Mahaçkala şəhərində olarkən xxx küçəsi adlanan araziyə gedərək oradakı valyuta mübadiləsi məntəqələrinin bir indən 3800 ABŞ dolları almışdır. Üzərində olan 421000 Rusiya rublunu isə mübadilə etməmişdir. Bundan sonra Mahaçqala şəhərində yerləşən aptekdən azyaşlı nəvəsi Duyğunun cinsiyyət orqanında olan xəstəliklə, yəni səpgilərlə bağlı 2000 Rusiya rublu dəyərində kalium permanqanat alıb 01 ədəd sellofan bağlamaya bükmüşdür. Belə ki, bildiyinə görə kalium permanqanatın Azərbaycan Respublikasında sərbəst satışına və dövriyyəsinə icazə yoxdur. Ona görə də kalium permanqanatı məhz Rusiya Federasiyasında olarkən alıb idarə etdiyi xxx” avtomaşının ön panelinin altında, yəni idarə etmə sükanının sağ alt hissəsində olan boşluq hissəyə qoymuşdur. Daha sonra Mahaçqala şəhərindən yolda əl edən, əvvəlcədən tanıdığı Rusiya Federasiyası vətəndaşı, azərbaycanlı, təxminən 40 yaşlarında, orta bədən quruluşlu, ağbə niz, təxminən 160 sm boyunda, xxx” adlı bazarda məişət texnikanının satışı ilə məşğul olan xxx adlı şəxsi götürüb Azərbaycan Respublikasına gəlmək üçün yola düşmüşdür. xx xxxxxx 2018-ci il tarixdə saat 23:20 radələrində xxx gömrük postuna çatmışdır. Posta çatmasına az qalmış xxx adlı şəxs avtomobildən düşərək piyada şəkildə sərhədi keçmişdir. O, isə nəqliyyat vasitəsi ilə posta daxil olmuşdur. Posta daxil olduqdan sonra gömrük xidməti əməkdaşı ondan bəyan ediləsi mallarının olub-olmadığını soruşmuşdur. O, isə 3 ədəd elektrik paylayıcı, 10 kq kartof, 1 ədəd rubilnik, 1 litr spirtli içki, 12 ədəd su filtiri, 10 kq yağ və 3 ədəd əl yükünün olduğunu bildirmiş və həmin malları gömrük nəzarətinə təqdim etmişdir. Bundan sonra “xxx markalı ** DB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yoxl anılması üçün rentgen müayinəsinə aparılmış və rentgen yoxlamasından keçdikdən sonra nəqliyyat vasitəsinə gömrük xidməti əməkdaşı tərəfindən onun və iki nəfər hal şahidinin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı nəqliyyat vasitəsinin salonunda, ön panelinin altında-yəni idarə etmə sükanının sağ alt hissəsində olan boşluq hissədə gömrük nəzarətindən gizlətdiyi bir ədəd sellofan paketə bükülmüş şəkildə bağlama aşkar edilmişdir. Həmin bağlamaya onun və hal şahidlərinin iştirakı ilə baxış keçirilmiş və baxış zamanı qeyd edilən bağlamanın içərisində gizlətdiyi, təxminən 185 qram kalium permanqanat aşkar edilmişdir. Bundan sonra gömrük xidməti əməkdaşı üzərini yoxlamaq üçün onu postun şəxsi yoxlama otağına dəvət etmişdir. Şəxsi yoxlama otağında iki nəfər hal şahidinin iştirakı ilə gömr ük xidməti əməkdaşı üzərindəki əşyaları təqdim etməsini təklif etmiş, o da əynindəki gödəkçənin içəri tərəfindəki sol cibindən gömrük nəzarətinə bəyan edilməyən 159 ədəd 1000-lik, 61 ədəd 2000-lik, 28 ədəd 5000lik əskinaslar olmaqla cəmi 421000 Rusiya rublu və 38 ədəd 100-lük əskinaslar olmaqla cəmi 3800 ABŞ dollarını gömrük xidməti əməkdaşına təqdim etmişdir. Daha sonra pulların və kalium permanqanatın aşkar edilərək götürülməsi ilə bağlı protokol tərtib edilmiş və həmin protokol mütəxəssisin iştirakı ilə ona, hal şahidlərinə oxunmuş, həmin protokolun düzgün tərtib olunduğuna əmin olduqdan sonra imza etmişlər. Daha sonra bu işlə bağlı Şimal Ərazi Baş Gömrük İdarəsinə getmiş və orada izahat vermişdir. Bu ifadələrin alınması zamanı Məhkum hər hansı şəxs, o cümlədən müstəntiq tərəfindən təzy iqin, fiziki və ya psixi zorakılığın tətbiq edilməsi, aldadılması, nəyəsəinandırılması və sair bu kimi qanunsuz hərəkətlərin edilməsi iş materialları ilə müəyyən edilmir. Buna görə məhkəmə kollegiyası həmin ifadələrin iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış digər sübutların məcmusu ilə üst-üstə düşməsini nəzərə alaraq hesab edir ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi tamamilə haqlı olaraq Məhkum ibtidai araşdırma zamanı verdiyi bu ifadələrini sübut növü kimi qəbul edərək onun məhkəmə iclasında verdiyi ifadələrini özünümüdafiə xarakterli və məsuliyyətdən yayınmaq məqsədilə verilmiş ifadələr kimi qiymətləndirmişlər. Belə ki, apellyasiya icraatı zamanı məhkəmə iclasında baxış keçirilmiş xxx gömrük postunun idxal gömrük nəzarəti zonasında aparılmış videoçəkil işlərə dair CD diskdə olan videogörüntülərdə Məhkum idarə etdiyi avtomobilin postun idxal gömrük nəzarəti zonasına daxil olduğu və oradan rentgen qurğusuna göndərildiyi, rentgen qurğusundan çıxdıqdan sonra avtomobilə gömrük əməkdaşları tərəfindən baxış keçirildiyi, həmin zaman Məhkum və digər şəxslərin də olduğu müşahidə olunur. Avtomobil rentgen qurğusunda olarkən oraya hər hansı şəxsin daxil olması, avtomobilə hər hansı predmetin qoyması isə videogürüntələrdə müşahidə olunmur. Həmçinin, rentgen qurğusunun müşahidə monitorundan çıxarılmış fotodan görünür ki, avtomobilin işarələnmiş 5 yerində, o cümlədən salonunun ön panelinin alt hissəsində şübhəli predmetlərin olduğu müəyyən edilir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş yo xlama haqqında xx xxxxxx 2018-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 00:00-dan 00-30-dək Azərbaycan Respublikasının vətəndaşı Məhkum üzərinə keçirilmiş şəxsi yoxlama zamanı əynindəki şalvarın sağ arxa cibindən və əynində ki gödəkçənin içəri tərəfindəki üst sol cibindən gömrük nəzarətinə bəyan edilməyən 159 ədəd 1000-lik, 61 ədəd 2000-lik, 28 ədəd 5000-lik olmaqla cəmi 421000 Rusiya rublu və 38 ədəd 100-lük ABŞ dolları əskinasları aşkar edilmişdir. Həmin protokol Məhkum, hal şahidləri Şahid3, Şahid2, mütəxəssis və gömrük işçisi tərəfindən imzalanmışdır. xx xxxx 2018-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və həmin protokola əlavə olunmuş fotocədvəldən görünür ki, hazırkı cinayət işinin istintaqı ilə əlaqədar iş üzrə Məhkum və onun nümayəndəsi və vəkili X2 iş tirakı ilə Məhkum məxsus və idarə etdiyi xxx, ** DB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə saat 14:40-dan 15:00-dək baxış keçirilmişdir. Baxış zamanı Məhkum xx xxxxxx 2018-ci il tarixdə X9 Respublikası Mahaçkala şəhərində yerləşən aptekdən azyaşlı nəvəsi-yəni 1 yaş 3 aylıq olan Duyğunun cinsiyyət orqanında olan xəstəliklə bağlı 2000 Rusiya rublu dəyərində 183,472 qram çəkidə kalium permanqanat alıb onu idarə etdiyi xxx ** DB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ön panelinin altında-yəni idarə etmə sükanının sağ alt hissəsində olan boşluq hissəyə qoyduğunu, həmin kalium permanqanatın gömrük baxışı zamanı aşkar edilərək götürüldüyünü bildirmiş və qeyd edilən kalium permanqanatın aşkar edilərək götürüldüyü yeri əyani olaraq göstərmişdir. Baxış zamanı müəyyən edilmişdi r ki, xx xxxxxx 2018-ci il tarixdə Məhkum aşkar edilərək götürülmüş 183,472 qram çəkidə kalium permanqanatın götürüldüyü yer xxx **-DB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ön panelinin altında-yəni idarə etmə sükanının alt hissəsində olan boşluq hissədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının, məhkəmə-iqtisad ekspertizasının xx xxxxxx 2018-ci il tarixli, 32203/04 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “205031 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsi AR-nın vətəndaşı Məhkum barəsində 01400-1521/18 nömrəli iş üzrə..” yazısı olan paketdə, 01 (bir) ədəd bükümdə, təmiz çəkisi 183,472 qr. olan tünd bənövşəyi rəngli metal parlaql ığına malik narın kristal şəkilli maddə “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorlar”ın İV siyahısına daxil olan kalium permanqanatdır və istifadəyə yararlıdır. Ekspertiza tədqiqatına təqdim edilmiş kalium permanqanat Azərbaycan Respublikasının ərazisindəki apteklərdə satışda olmadığı üçün, qiymətini müəyyən etmək mümkün olmamışdır. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, kalium permanqanatm təmiz çəkisi 183,472 qram olmuş, 1,00 qram tədqiqata sərf edilmiş, 182,472 qram qalıq qalmışdır. Azərbaycan Respublikasının Mərkəzi Bankının xx xxxx 2019-cu il tarixli 20-001402019 saylı məktubundan görünür ki, Mərkəzi Bankın rəsmi məzənnəsinə görə xx.xx.2018ci il tarixdə 1 ABŞ dolları 1.70 manat, 1 Rusiya rublu 0.0255 manat (AZN) təşkil etmişdir. Həmçinin, bildirilmişdir ki, kommersiya banklarında xarici valyutaların Azərbaycan manatına qarşı alış-satış məzənnələri bazar prinsiplərinə uyğun olaraq tələb və təklif əsasında formalaşır. Beləliklə, məhkəmə kollegiyası Məhkum ona elan olunmuş ittiham üzrə cinayət əməllərinin törədilməsinin göstərilən sübutlarla tamamilə təsdiq olunduğunu, bu barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşdığını qeyd edərək məhkumun kassasiya şikayətində, müdafiəçinin isə həmin şikayətə əlavəsində göstərdiyi dəlilləri qəbuledilməz sayır və buna görə də məhkumun, onun müdafiəçisinin və dövlət ittihamçısının çıxışlrını dinləyərək Məhkum kassasiya şikayətinin və müdafiəçinin həmin şikayətə verdiyi əlavənin kassasiya müraciətlərində irəli sürülmüş dəlillərə uyğun olaraq təmin edilməməsini məqsədə uyğun hesab edir. Bununla belə, məhkəmə kollegiyası qeyd edir ki, Məhkum xx xxxxxx 2018-ci il tarixdə qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə ümumilikdə külli miqdarda - 19090 manat məbləğndə pulu qanunsuz keçirdiyinə görə CM-nin 206.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunsa da, xx xxxx 2020-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının x xxx 2020-ci il tarixli xxx nömrəli Qanunu ilə CM-nin 206.1-ci maddəsinin dispozisiyasında“külli” sözü “xeyli” sözü ilə əvəz edilmiş və CM-nin 206-cı maddəsinin “Qeyd” hissəsinin birinci bəndində “xeyli miqdar” dedikdə, əlli min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan məbləğin başa düşülməsi müəyyən olunmuşdur. Qeyd olunduğu kimi, Məhkum cəmisi 19.090 manat məbləgində, yəni həmin dövrdə külli miqdar təşkil edən, hal hazırda isə CM-nin 206-cı maddəsinin “Qeyd” hissəsində “xeyli miqdar” kimi müəyyən edilmiş və bu maddədə nəzərdə tutulmuş cinayətin tərkibinin yaranması üçün nəzərdə tutulmuş miqdardan da az məbləğdə pulu Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük orqanına bəyan etməməklə qaçaqmalçılıq yolu ilə keçirmişdir. Göründüyü kimi, x xxxx 2020-ci il tarixdə qüvvəyə minmiş x xxx 2020-ci il tarixli Qanunla CM-nin 206.1-ci maddəsinə və həmin maddənin “Qeyd” hissəsinə edilmiş dəyişikliklər xxx CM-nin 206.1-ci maddəsi ilə tövsif edilmiş əməllərin cinayət hesab edilməsini aradan qaldırır. CM-nin 10.3-cü maddəsinə ə sasən isə, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Bu tələbə uyğun olaraq yuxarıda göstərilən dəyişikliklərin Məhkum CM-nin 206.1-ci maddəsi ilə tövsif edilmiş əməlinə şamil edilməli olmasını mütləq sayaraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun cəmisi 19.090 manat məbləgində pulu bəyan etməməklə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirməsi əməllərində CMnin 206.1-ci maddəsində nəzərdə tutulmuş qaçaqmalçılıq cinayətinin tərkibi olmadığından kassasiya şikayəti və ona edilmiş əlavə qismən təmin edilməklə onun həmin maddə ilə təqsirli bilinib cəzalandırılmasına dair hissədə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı və onunla bağlı Qusar Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli hökmü ləğv edilməli, bu hissədə cinayət işinin icraatına CPM-nin 42.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq, yəni əməldə cinayət tərkibi olmadığına görə xitam verilməli, məhkuma CM-nin 66.2-ci maddəsinə əsasən CMnin 206.1 və 206.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin məcmusu üzrə həmin maddələrlə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəzanın təyin edilməsinə dair müddəalar yekun məhkəmə aktlar ından xaric edilməli, Məhkum üzərində ona CM-nin 206.2-ci maddəsi ilə təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır, apellyasiya instansiyası məhkəməsinin qərarı qalan hissədə isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.3-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Kasassiya şikayəti və ona edilmiş əlavə qismən təmin edilsin. Məhkum əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsində nəzərdə tutulmuş qaçaqmalçılıq cinayətinin tərkibi olmadığından Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı və onunla bağlı Qusar Rayon Məhkəməsinin xx xxxxxxx x 2019-cu il tarixli hökmü onun həmin maddə ilə təqsirli bilinib cəzalandırılmasına dair hissədə ləğv edilsin və bu hissədə cinayət işinin icraatına CPM-nin 42.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq, yəni əməldə cinayət tərkibi olmadığına görə xitam verilsin. Məhkum CM-nin 66.2-ci maddəsinə əsasən CM-nin 206.1 və 206.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin məcmusu üzrə həmin maddələrlə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəzanın təyin edilməsinə dair müddəalar yekun məhkəmə aktlarından xaric edilsin və Məhkum üzərində ona CM-nin 206.2-ci maddəsi ilə təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Məhkum barəsindəki Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı qalan hissədə dəyişdirilmədən

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar