Məhkəmə qərarları › İş №1(102)-984/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-984/2023

04.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-984/2023 04.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İsgəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkumlar Məhkum1 və Məhkum iştirakları ilə 13 may 1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2ış, hal-hazırda həbsdə ola n Məhkum1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə, 22 avqust 1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 noyabr 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin məhkəmənin 03 may 2021-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 1 ay 15 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, 18 iyun 2021-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 3 ünvanında qeydiyyatda olan, hal -hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 noyabr 2022-ci il tarixli 1(103)-1909/2022 nömrəli qərarından məhkumlar Hənifəyev Orxan Rafiq oğlu və Məhkum tərəfindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 avqust 2022-ci il tarixli hökmü ilə (hakimlər E.H.İsmayılov (sədrlik edən), C.İ.Hüseynov və S.İ.Əliyev) Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli c əzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 13 avqust 2021-ci il tarixdən hesablanmış, həmçinin Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 13 avqust 2021-ci il tarixdən hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkumlar Hənifəyev Orxan Rafiq oğlu və Məhkum tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 noyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: M.Ə.Abbasov (sədrlik edən), E.A.Qaraqurbanlı və H.Ç.Məmmədov) apellyasiya şikayətləri təmin edilməm iş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 avqust 2022-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 noyabr 2022-ci il tarixli qərarından məhkumlar Məhkum1 və Məhkum tərəfindən kassasiya şikayətləri verilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum1 və Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında, özgənin əmlakını ələ keçirmə məqsədi ilə, 12 avqust 2021-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Səbail rayonu, Şıxov qəsəbəsi, Salyan yolu, 32 ünvanında yerləşən ictimai çimərliyin dayanacağında olan Zərərçəkmiş şəxs1 məxsus "Qaz 3302-388 yük” markalı ** CL *** dövlət qeydiyyat nişanlı avtomobilin salonuna qoyulmuş, sonuncuya məxsus 3.000 manat nağd pulu, hər birinin qiyməti 5 manat olan cəmi 10 manat dəyərində iki ədəd 077-539-53- 99 və ***-***-**-** saylı nömrələrlə istifadə etdiyi 600 manat dəyərində bir ədəd "Redmi Note7” markalı, dəyəri 5 manat olan ***-***-**-** saylı nömrə ilə işlətdiyi 500 manat dəyərində bir ədəd "Redmi Note9” markalı mobil telefonlarını, habelə Zərərçəkmiş şəxs1 tanışları Zərərçəkmiş şəxs2 məxsus 350 manat nağd pulu və hər birinin qiyməti 5 manat olan cəmi 10 manat dəyərində iki ədəd ***-***-**-** və ***-***-**-** saylı nömrələrlə istifadə etdiyi 250 manat dəyərində bir ədəd işlənmiş "Samsung A3” markalı mobil telefonu və Zərərçəkmiş şəxs3 məxsus cəmi 150 manat nağd pulu gizli talayıb ələ keçirdikdən sonra gəldikləri "Tofaş- Şahin” markalı 99XU512 dövlət qeydiyyat nişanlı avtomobilə əyləşdikdə, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 onların əmlaklarının Məhkum1 və Məhkum tərəfindən ələ keçirilmələrindən şübhələnib, sonuncunun idarə etdiyi "Tofaş- Şahin” markalı avtomobilin qabaq oturacağında əyləşmiş Məhkum1-ə yaxınlaşaraq taladıqları pul və mobil telefonları geri qaytarmalarını tələb etdikdə, sonuncu, avtomobildən götürdüyü mətbəx bıçağından silah qismində istifadə edib hücum edərək gözləri önündə nümayiş etdirib fırlatmaqla, ələ keçirdikləri özgə əmlaklarını özlərində saxlamaq məqsədi ilə həyat və sağlamlıqları üçün təhlükəli zorakılıq, belə zorakılıq tətbiq edəcəyi hədəsi İlə müşayiət olunan basqın etmiş, həmin vaxt Məhkum onunla həmrəylik nümayiş etdirməklə yanaşı, idarə etdiyi "Tofaş-Şahin” markalı avtomobili hərəkətə gətirib sürətlə oradan uzaqlaşmış, onların cinayət əməllərinin qarşıs ını almaq üçün dayanacağın nəzarətçisi çıxışda avtomobilin önünü dəmir zəncir maneə ilə bağlasa da, Məhkum idarə etdiyi avtomobilin ön hissəsi ilə zəncirə vurub qıraraq oradan uzaqlaşmaqla, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 məxsus ümumilikdə 4.115 manat, Zərərçəkmiş şəxs2 məxsus 610 manat və Zərərçəkmiş şəxs3 məxsus 150 manat məbləğində əmlaklarını ələ keçirib, bu hərəkətləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını ələ keçirmək məqsədilə silah qismində istifadə edilən əşya tətbiq etməklə hücuma məruz qalmış şəxslərin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etməklə quldurluq etmişlər. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instan siya məhkəməsi tərəfindən sübutların tədqiqinə dair cinayət-prosessual qanunun tələbləri pozulmuş, o cümlədən şahidlər məhkəmədə bilavasitə dindirilməmiş, işin həqiqi halları düzgün müəyyən edilməmiş, nəticədə əsassız və qanunsuz olaraq Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib cəzaya məruz qalmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının iclasında hər hansı əlavə araşdırma aparılmamış və məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin yol vermiş olduğu pozuntuları təkrarlamaqla ədalətsiz qərar qəbul etmişdir. Məhkum1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən verilmiş vəsatətləri və iş üzrə keçən şahidlərin məhkəmə iclasında iştirakı təmin edilməmiş, səthi araşdırma aparma nəticəsində o, əsassız və qanunsuz ola raq Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib cəzaya məruz qalmışdır. Faktiki olaraq məhkumlar kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1 və 416.1.2-ci maddələrində nəzərdə tutulmuş pozuntuları yaradan hallar kimi qiymətləndirərək, həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 noyabr 2022-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinə apellyasiya məhkəməsində yeni məhkəmə baxışının təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kas sasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməy ə haqlıdır. Məhkumlar Məhkum və Məhkum1 kassasiya şikayətlərində məhkəmələrin sübutlar və sübutetməyə dair cinayət-prosessual qanunun tələblərini pozmaqla əsassız olaraq onları quldurluq cinayətini törətməkdə - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bildiklərini iddia edərək, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası CPM-in 416.1.1 və 416.1.2-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya məhkumların kassasiya şikayətlərini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid ola n kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 noyabr 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Ədalət mühakiməsinin təqsirsizlik prezupsiyası prinsipi (CPM, maddə 21) şəxsin təqsiri Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. CPM-in 21.2-ci maddəsinə görə bu M əcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə “şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır” (maddə 28.5). Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə topl anmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi m üəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən a şağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: _ məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; _ bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; _ məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Göründüyü kimi cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən cinayət-prosessual qanunun 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM, maddə 349.5) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyin ə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, Cinayət-Prosessual Məcəlləsinin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə əsaslı sayıla bilər. Bu normalarla müqayisə etməklə birinci instansiya məhkəməsinin hökmünü və hökmü dəyişdirilmədən saxlamış, o cümlədən Məhkum və Məhkum1 Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinməsi ilə razılaşmış apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarını yoxladıqda, həmin yekun məhkəmə aktlarının yuxarıda qeyd olunan prosessual normala rın tələblərinə, xüsusilə də Cinayət-Prosessual Məcəllənin 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi qaydalarına və CPM-in 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi, ittihamın sübut olunmasında yaranan, digər sübutlarla aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsi barədə tələblərə cavab vermədiyi müəyyən olunur. Belə ki, Məhkum və Məhkum1 Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə məhkum edilmələrinə dair birinci instansiya məhkəməsinin hökmünə və onun dəyişdirilmədən saxlanılmasına dair apellyasiya instansiyası məhkəməsinin qərarına baxdıqda, aydın olur ki, işin faktiki hallarının yuxarıda - hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş qaydada müəyyən edilməsinə məhz zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 həm ibtidai istintaq dövründə həmdə birinci instansiya məhkəməsində vermiş olduqları ifadələri, eyni zamanda Şahid1 ibtidai istintaqda verdiyi ifadələri əsas olmuşdur. Lakin, ittihamın həllində Şahid1 ibtidai istintaqda verdiyi (xüsusilə də, Tofaş avtomobilinin sağ oturacağında əyləşmiş tanımadığı şəxsin əlində bıçağı zərərçəkmiş şəxslərə tərəf tutaraq onlara zor tətbiq etmək istəməsi haqqında) məlumatların məhkəmələr üçün mühüm sübut olmasına, ibtidai istintaqda onunla Məhkum və Məhkum1 arasında üzl əşdirilmənin keçirilməməsinə, yəni cinayət prosesinin həmin mərhələsində müdafiə tərəfinə şahidə suallar vermək, onun ifadəsini mübahisələndirmək imkanının yaradılmamasına baxmayaraq, Şahid1 nə birinci instansiya məhkəməsində, nə də ki, apellyasiya instansiyası məhkəməsində dindirilməmiş, müdafiə tərəfinə həmin sübutun məhkəmə icraatı mərhələsində də mübahisələndirilməsi (dolayısı ilə Məhkum və Məhkum1ə ittihamdan səmərəli şəkildə müdafiə olunmaq) üçün şərait yaradılmamışdır. Halbuki, cinayət-prosessual qanunun 19.4.5-ci maddəsinə əsasən təqsirləndirilən şəxs onun əleyhinə ifadə vermiş şahidləri məhkəmə istintaqı zamanı dindirmək hüququna malikdir. İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsi də cinayət törətməkdə ittiham olunan hər kəsin onun ə leyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsinə nail olmaq hüququnu ədalətli məhkəmə araşdırması konsepsiyasının mühüm elementi kimi təsbit edir. Avropa İnsan Hüquqları Məhkəməsi bu hüquqa həsr olunmuş bir çox qərarlarında, o cümlədən “Əl-Xavaya və Taheri Birləşmiş Krallığa qarşı iş” üzrə 15 dekabr 2011-ci il tarixli, “Matisına Rusiyaya qarşı iş” üzrə 27 mart 2014-cü il tarixli, “Scholer Almaniyaya qarşı iş” üzrə 18 dekabr 2014-cü il tarixli, “Əfəndiyev Azərbaycana qarşı iş” üzrə 18 dekabr 2014-cü il tarixli, “Yevgeniy İvanov Rusiyaya qarşı iş” üzrə 25 aprel 2013-cü il tarixli qərarlarda bütövlükdə məhkəmə prosesinin “ədalətli məhkəmə araşdırması” standartına uyğun olubolmamasının müəyyən edilməsi baxımından təqsirləndirilən şəxsin onun əleyhinə ifadə vermiş şah idləri məhkəmədə dindirmək hüququna əməl olunmasının xüsusi əhəmiyyət kəsb etdiyini vurğulamış və bir sıra işlərdə, o cümlədən “Əfəndiyev Azərbaycana qarşı iş” üzrə 18 dekabr 2014-cü il tarixli qərarda məhkəmənin ibtidai istintaqda təqsirləndirilən şəxsin əleyhinə ifadə vermiş şahidin məhkəmə iclasına gəlməməsinin həqiqi səbəblərini (bunu istisna edən halların gerçəkdən də olub-olmamasını) araşdırmadan, məhkəmə iclasında iştirakını təmin etmək üçün kifayət qədər və səmərəli tədbirlər görmədən onun ibtidai istintaq zamanı verdiyi ifadələrinin elan edilməsi ilə kifayətlənməsini və həmin sübuta ittihamı təsdiq edən material kimi məhkəmə qərarlarında istinad edilməsini Avropa Konvensiyasının 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə araşdırılması hüququnun pozuntusu kimi qiymətləndirmi şdi. Avropa Məhkəməsinə görə ilk növbədə təqsirləndirilən şəxsin əleyhinə ifadə vermiş şahidin məhkəmə iclasına gəlməsini gercəkdən də istisna edən üzrlü hal mövcud olmalı və bu halın mövcudluğu məhkəmə tərəfindən mötəbərliliklə, müvafiq materiallara istinad olunmaqla müəyyən olunmalı və məhkəmə qərarında təsvir edilməklə əsaslandırılmalıdır. Şahidin məhkəməyə gəlməməsi hər hansı səbəblə bağlı olursa-olsun işə baxan məhkəmə şahidin məhkəmə iclasında iştirakının təmin edilməsi üçün kifayət qədər səy göstərməlidir (“Yevgeniy İvanov Rusiya Federasiyasına qarşı iş” üzrə qərar). Lakin hazırki işdə müəyyən olunur ki, birinci instansiya məhkəməsi məhkəmə baxışında Şahid1 dindirilməsini təmin etməmiş, onun məhkəmə iclasına dəvət edilməsi ilə bağlı rəsmi bildiriş göndərmədiyi halda, Şahid1 məcburi gətirilməsi barədə formal qərar qəbul etmiş, daha sonra həmin qərarı sonuncunun cinayət işində olan ünvanı üzrə polis orqanlarına göndərməklə kifayətlənib, polis orqanlarının şahidin məhkəmə iclasına iştirakının təmin edilib etməməsinin mümkünlüyü barədə cavab məktubu gözləmədən, faktiki olaraq şahidin olduğu yerin müəyyən edilməsi üçün tədbirlər görmədən yekun məhkəmə aktını qəbul etmişdir. Halbuki məhkum edilmiş şəxslər Məhkum və Məhkum1 (nə ibtidai araşdırma dövründə nədəki birinci instansiya məhkəməsində onlara elan olunmuş ittiham üzrə özlərini təqsirli bilməmişlər) ayrı ayrılıqda vermiş olduğu ifadələrində (oxşar ifadə vermişlər) dənizdən çıxıb evə getmək istəyən zaman üç nəfər tanımadığı şəxslərin onlara yaxınlaşaraq telefonlarının oğurlandığını, həmin şəxslərin onların maşınını və üzərilərini axtardıqlarını, lakin heç bir şey aşkar edə bilmədiklərini, onlar heç bir quldurluq cinayəti törətmədiklərini, heç kimi bıçaqla hədələmədiklərini, maşında bıçağın alındığı vaxtdan olduğunu, maşınla surətlə zəncirin üstündən keçməklərinə səbəb isə hadisə zamanı toplanmış insanların sayının çox olması və onların üzərilərinə gəlməklərindən qorxduqları ilə bağlı olduğu qeyd etmişlər. Şahid1 məhkəmədə, o cümlədən apellyasiya baxışında dindirilməsi həm də ona görə xüsusi əhəmiyyət kəsb edirdi ki, iş üzrə keçən şahidlər Şahid2 və Şahid3 fərqli olaraq hadisənin baş vermə mexanizmini bilavasitə görən şəxs məhz adı çəkilən şahid olmuşdur. Yəni başqa sözlə desək məhkum edilmiş şəxslər Məhkum və Məhkum1 quldurluq cinayətini törətmədikləri, heç kimi bıçaqla hədələmədikləri, həmçinin zərər çəkmiş şəxslərin onların avtomobilini və üzəriləri axtardıqları ilə bağlı irəli sürdükləri dəlillərini və ya zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 məhkum edilmiş şəxslərdən O.Hənifəyevin əlində olan bıçağı onlara tərəf tutub fırladaraq, vurub xəsarət yetirəcəyi ilə hədələməsi, onların avtomobilinə yaxınlaşmamalarını tələb etməklə bağlı ifadələrini (bilavasitə verilmiş ittihamı) təsdiq və təkzib edə biləcək yeganə Şahid1dur. Apellyasiya məhkəməsinin Şahid1 məhkəmədə dindirilmədiyi, yuxarıda təsvir edilən, ittihamın həlli üçün mühüm əhəmiyyət kəsb edən hallar üzrə açıq-aydın görünən şübhələr ortada olduğu halda, baxılmış sübutların ittihama dair yekun qənaətə gəlmək üçün kifayət etməsi haqqında nəticə çıxarması məhkəmə qərarının kassasiya qaydasında lə ğv edilməsini və apellyasiya baxışının yenidən keçirilməsini tələb edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1 və 416.1.2-ci maddələrində nəzərdə tutulmuş pozuntular kimi çıxış edir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətlərinin təmin edilməsinə dair məhkumlar Məhkum və Məhkum1 habelə kassasiya şikayətlərinin təmin edilməməsinə dair dövlət ittihamçısı Hüseynli Ayxan Məhəmmədəli oğlunun çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkumların kassasiya şikayətləri təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının olan 01 noyabr 2022-ci il tarixli 1(103)1909/2022 nömrəli qərarı ləğv edilməli, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikas ı Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Məhkumlar Məhkum və Məhkum1-in kassasiya şikayətləri təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum və Məhkum1 barələrində olan 01 noyabr 2022-ci il tarixli 1(103)-1909/2022 nömrəli qərarı ləğv edilsin, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar