Məhkəmə qərarları › İş №1(102)-985/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-985/2019

02.07.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-985/2019 02.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, katib:Nəsibova Samirə Cavid qızı, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, müdafiəçi-vəkil X6 iştirakları ilə, Gəncə Ağır Cinayətlər məhkəməsinin 21 fevral 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəm əsinin Cinayət kollegiyasının 20 iyun 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 21 fevral 2018-ci il tarixli hökmü ilə (hakimlər: F.N.Mahmudov (sədrlik edən və məruzəçi), Z.B.Qasımov və S.Ə.Əzizov) Məhkum- 25 may 1985-ci il tarixdə Şəmkir rayonund anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 11.12.2013-cü il tarixli hökmü ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının qərarı ilə dəyişdirilərək Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 326.2-ci maddələri ilə 2 il 7 ay 7 gün müddətinə azadlıqdan məhrum etmə cəzası məhkum edilmiş, məhkumluğu ödənməmiş, Şəmkir rayonuMuxtariyyət kəndində qeydiyyatda olmaqla yaşayan, Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzanın əvvəli 21.02.2018-ci il. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, X9 ilə birlikdə tamah məqsədi ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını açıq talamaq niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 01 mart 2017-ci il tarixdə saat 10:30 radələrində,Şəmkir şəhəri 20 yanvar küçəsində yerəşən “Həbibli” ticarət mərkəzində Şəmkir rayonunun Təzəkənd kənd sakini X2 əlində götürdüyü qadın əl çantasının üst hissəsinə qoyulmuş və açıq şəkildə gözlə görünən narıncı rəngli p arça materialdan olan pul kisəsini açıq talamaq və kisədə olan pulu bölüşdürmək barədə Ulfət Vəliyevə təklif edərək razılaşmış, onlar birlikdə G8 yaxınlaşmış, və Məhkum içərisində 5 manat olan pul kisəsini çantanın üst hissəsindən götürüb açıq talayaraq oradan qaçmış, G8 pulunun götürülməsini bildirərək ucadan yaxınlıqdakı şəxsləri Məhkum və Z6 tutub saxlamağa çağırmış, mülki paltarda ticarət mərkəzində olan Şəmkir rayonlararası mühafizə şöbəsində polis nəfəri işləyən, polis serjantı X4 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X17 İdarəsinin Yol Patrul Xidməti Alayının 9-cu tağımının yol patrul xidməti inspektoru işləyən, polis baş serjantı X8 onları tutmaq çəqsədi ilə arxalarınca qaçaraq yaxalayan zaman, Z6 yaxalanmaması üçün əlindəki cib bıçağı ilə İkram İbrahimovu vura raq ona sağ əlin 1-ci barmağının distal falanqasının bayır səthinin kəsilmiş yarası ilə nəticələnən və sağlamlığına zərər vurmadığı üçün ağırlıq dərəcəsi təyin edilməyən xəsarət yetirmiş, həmin vaxt bıçaq onun əlindən yerə düşdüyü üçün Məhkum cib bıçağını və pul kisəsini götürərək qaçmış, Z6 isə yaxalanaraq Şəmkir rayon polis şöbəsinə gətirilmiş, nəticədə özgənin əmlakını açıq talamaqla soyğunçuluq cinayət əməlini törətmişlər. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: T.A.Muxtarov (sədrlik edən və məruzəçi), E.İ.Xasməmmədov və Ə.G.Abdullayevdən ibarət tərkibdə) 20 iyun 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayətini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Gəncə Apellyasiya Məhk əməsinin Cinayət kollegiyasının 20 iyun 2018-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ona cəza təyin edilərkən əməlindən səmimi peşiman olması, cinayət əməlini etiraf etməsi nəzərə alındığı hökmdə göstərilsə də, faktiki olaraq bu hallar və cinayət işinin materiallarında olan digər yüngülləşdirən hallar nəzərə alınmamışdır. İstintaq zamanı təqsirini könüllü olaraq boynuna almışdır, cinayətin açılmasına fəal köməklik etmişdir, cinayət nəticəsində dəymiş maddi ziyan zərərçəkmiş şəxsə tam olaraq ödənmişdir, zərərçəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur. Göstərilən halları nəzərə alaraq kassasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 iyun 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Kassasiya şikayətinin dəli lləri birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş və cinayət işinin materiallarında olan cəzanı yüngülləşdirən hallar nəzərə alınmadan cəza təyin edilməsi barədədir və kassasiya şikayətində bu halların nəzərə alınaraq cəza təyin edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən müəyyən edilir ki, məhkəmə Məhkum könüllü gəlib təqsirini roynuna almasını, zərərçəkmiş şəxsin ondan şikayətinin və tələbinin olmamasını, əməlindən səmimi peşiman olmasını, xəstəliyini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzanı yüngülləşdirən hallar kimi, eyni zamanda cinayətlərin residivini Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə aldığını göstərmiş və sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan m əhrum etmə cəzası nəzərdə tutulmuş Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə nisbətən sanksiyanın aşağı həddində ona cəza təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. C M-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddi hüquq normalarının mənasına görə cəza təyin edilərkən təkcə cəzanı yüngülləşdirən hallar deyil, həm də cinayətin ictimai təhlükəliliyini xarakterizə edən hallar, cəzanı ağırlaşdıran hallar da nəzərə alınmaqla cəzanın məqsədlərini təmin edən cəza təyin edilməlidir. Hazırkı cinayət işi üzrə Məhkum onun cəzasını yüngülləşdirən hallar nəzərə alınmaqla onunla birlikdə eyni cinayət əməini törətdiyi digərinə nisbətən yüngül cəza təyin edilmiş, lakin cinayətin residivi və az ağır cinayət kateqoriyasına aid olması, cilah kimi bıçaq işlətməklə törədilməsi kimi hallar cinayəti n ictimai təhlükəlilik dərəcəsini xarakterizə edən hallar kimi nəzərə alınmışdır. Göstərilən halları məcmu halında qiymətləndirməklə məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş azadlıqdan məhrum etmə cəzası cəzanın məqsədləri barədə qanunu tələbinə və törədilmiş cinayətin faktiki hallarına, cəzanı yüngülləşdirən halların məcmusuna uyğun olduğundan birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanması barədə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Ona görə də kassasiya şikayətinin dəlilləri əsassız hesab edilərək təmin edilmədən saxlanmalıdır. Kassasiya şikayətinin təmin edilməsi və cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 iyun 2018-ci il tarixli qərarının dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 iyun 2018-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar