Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-985/2020 30.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyev Namiq Qadir oğlu və məhkumun müdafiəçisi Əliyev Arif Sabir oğlunun iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixl i hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 126.1, 127.2.3, 221.3 və 228.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxx 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Quliyev Nizami Fərzi oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Cəlilov Oruc Yusif oğlundan ibarət tərkibdə) xx xxxxxx 2019-cu il tarixli hökmü ilə xx xxxxxx 1966-cı ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşamış Məhkum, Azərba ycan Respublikası Cinayət Məcəlləsinin 126.1, 127.2.3, 221.3 və 228.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 126.1-ci maddəsi ilə 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 127.2.3-cü maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına və CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-nin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzaçəkmə müddətinin başlanğıcının xx xxxxxx 2018-ci il tarixdən hesablanması, cəz asını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Həmin hökmlə həmçinin Nəhmədzadə Tərlan Nadir oğlu və Fərzəliyev Habil Musa oğlu təqsirli bilinərək məhkum edilmişdirlər. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarı ilə (hakim Camalov Etibar Əli oğlu (sədrlik edən, məruzəçi hakim), Əliyev Elşad İbiş oğlu və Bəşirov Kamil Sücəddin oğlundan ibarət tərkibdə) Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmü ilə Məhkum CM-nin 126.1, 127.2.3, 221.3 və 228.1-ci maddələri ilə törətməkdə təqsirli bilinər ək məhkum olunmuşdur ona görə ki, o, qanunsuz olaraq odlu silahı, onun komplekt hissələrini və döyüş sursatını əldə edib daşıyaraq saxlamaqla üzərində gəzdirmiş, bundan başqa həmin odlu silahdan istifadə etməklə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olan və sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş müxtəlif bədən xəsarətləri yetirərək qəsdən sağlamlığa ağır zərər vurmuş, bundan başqa bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq edərək odlu silahdan istifadə etməklə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağl amlığın uzun müddət pozulmasına səbəb olmuş müxtəlif bədən xəsarətləri yetirərək xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmuş, bundan əlavə tətbiq etdiyi həmin odlu silah və döyüş sursatını qanunsuz olaraq satmışdır. Belə ki, Məhkum istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə 1978ci ildə zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və atəşə yararlı olan, BA-4615 №-li, 9 mm kalibrli, yivli odlu döyüş silahı hesab edilən 01 ədəd «Makarov» konstruksiyalı tapançanı, zavod üsulu ilə istehsal olunmuş, istifadəyə və atəş üçün yararlı olan, 9x18 mm kalibrli, Makarov (PM), Steçkin (APS) konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən 08 ədəd patronu və zavod üsulu ilə istehsal olunmuş, Makarov konstruksiyalı silahları n funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, texniki cəhətdən saz, bircərgəli və 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş 01 ədəd sandığı qanunsuz olaraq əldə edib yaşadığı ünvan 2 ünvanına daşıyaraq evdə yerləşən kitab rəfində gizlətməklə saxlamış, xx xxxxx 2015-ci il tarixdə günorta saatlarında tanışı Əliyev Rəsul Ramazan oğlu ilə Şirvan şəhəri, Salyan dairəsində yerləşən avtovağzalın yaxınlığında rastlaşıb bir gün əvvəl mobil telefonda onunla kobud danışmasına iradını bildirdikdən sonra sonuncunun onu təkrarən nalayiq sözlərlə təhqir etdiyinə görə aralarında baş vermiş mübahisə zamanı qisas almaq niyyəti ilə qanunsuz olaraq üzərində gəzdirdiyi odlu silah hesab edilən Makarov konstruksiyalı tapançadan istifadə edib bir dəfə açdığı atəş nəticəs ində zərərçəkmiş şəxs Rəsul Əliyevin sol baldırının yan səthinin aşağı 1/3 hissəsinin dəlib keçən, sol qamış sümüyünün aşağı 1/3 hissəsinin açıq sınığı ilə müşayiət olunan, sağ aşıq-daban oynağının iç səthində bir ədəd kor güllə yarasından ibarət sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş həyat üçün təhlükəli olan xəsarət yetirməklə qəsdən zərərçəkmiş şəxs Əliyev Rəsul Ramazan oğlunun sağlamlığa ağır zərər vurmuşdur. Bundan başqa o, 2018-ci ilin fevral ayının ortalarında tanışı Tağıyev Teyub Eyub oğlunun təşkil etdiyi məclisdə, daha sonra isə mobil telefonda söhbət edərkən sonuncunun onunla kobud danışmasına aydınlıq gətirmək məqsədi ilə xx xxxxxx 2018-ci il tarixdə saat 21 radələrində Şirvan şəhəri, Gülbala Şıxbalaoğlu küçəsində yerləşən ictimai yer sayılan “Naves” adlı kefedə Teyub Tağıyevlə görüşüb sonuncuya telefon danışığı zamanı etdiyi söhbətlərə görə iradını bildirdikdən sonra Teyub Tağıyevin “heç kimdən qorxmuram, mən Odessada oğruların arasında öz sözümü demişəm, sizdən də qorxmuram” deyib nalayiq sözlər işlətməsindən əsəbiləşib, Nəhmədzadə Tərlan Nadir oğlu ilə bir qrup şəxs halında birləşərək ictimai qaydanı kobud surətdə pozan, ucadan nalayiq ifadələrin müşayiəti ilə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək, yəni Tərlan Nəhmədzadə Teyub Tağıyevin bədəninin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri endirərək ona qarşı fiziki zor tətbiq olunmaqla müşayiət edilən qərəzli hərəkətlərlə sonuncuya soldan alın nahiyəsinin əzilmiş yaras ından ibarət yüngül bədən xəsarətləri və burun nahiyəsinin qançırından ibarət dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirdikdən sonra heç bir əsaslı səbəb olmadan üzərində qanunsuz gəzdirdiyi 1978-ci ildə zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz və atəşə yararlı olan, BA-4615 №-li, 9 mm kalibrli, yivli odlu döyüş silahı hesab edilən 01 ədəd «Makarov» konstruksiyalı tapançadan istifadə etməklə bir dəfə havaya, bir dəfə Teyub Tağıyevin ayağı istiqamətində atəş açaraq sonuncunun sol ayağının kubabənzər sümüyünün üst səthinin dəlib keçən sınığı ilə müşayiət olunan, həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş xəsarət yetirməklə xu liqanlıq niyyəti ilə qəsdən zərərçəkmiş şəxs Teyub Tağıyevin sağlamlığa az ağır zərər vurmuş, bundan sonra özündə olan 9 mm kalibrli, odlu döyüş silahı hesab edilən 01 ədəd «Makarov» konstruksiyalı tapançanı üzərində gəzdirməklə həmin tarixdə axşam saatlarında Sabirabad rayonu, Şəhriyar kəndinə qanunsuz daşıyaraq tanışı Fərzəliyev Habil Musa oğluna sonuncunun yaşadığı evdə 1000 manat borcunun əvəzində qanunsuz olaraq satmışdır. Kassasiya şikayətinin dəlilləri: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxx 2019-cu il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi kassasiya şikayəti verərək məhkumun cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məc əlləsinin 59.1-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini ( CM-59.1.12-ci maddəsi), cinayətin digər iştirakçısının ifşa olunmasında fəal iştirak etməsini ( CM-59.1.10-cu maddəsi), CM-nin 59.2-ci maddəsinə əsasən, Dağlıq Qarabağ və onun ətrafında gedən döyüşlərin iştirakçısı olduğunu, müharibə veteranı olmasını, ilk dəfə cinayət törətməsini, qeydiyyatda olduğu yer üzrə müsbət səciyyələndirilməsini, uzun müddət daxili işlər orqanlarında cinayətkarlıqla fəal mübarizə aparmasını yüngülləşdirici hallar kimi qeyd, etməsinə və iş üzrə ağırlaşdırıcı halların olmamasına baxmayaraq, cəzaları qismən toplamaqla təqsirləndirilən şəxsin şəxsiyyətinə və iş üzrə yüngülləşdirici hallara uyğun gəlməyən yuxarı həddə cəza təyin etmiş və bu cəzaların hansı səbəbdən şərti hesab edilə bilmə sinin qeyri-mümkün olmasını və yaxud hansı səbəbdən CM-nin 62-ci maddəsinin tətbiqinin qeyri mümkün olmasını hökmdə və qərarda əsaslandırmamışdır. Həmçinin, hər iki məhkəmə hüquqlarını müdafiə etdiyim şəxs Məhkum 3-cü qrup əlil olması yüngülləşdirici halını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən nəzərə almamış və bu barədə yekun qərarda qeyd etməmişdir. Müdafiəçi qeyd olunanları nəzərə alaraq, kassasiya şikayətinin təmin edilməsini, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2019-cu il tarixli, 1(106)-233/2019 saylı qərarını dəyişdirib, iş üzrə yüngülləşdirici halların mövcudluğunu, agırlaşdırıcı halların olmadığını nəzərə alıb, təqsirləndirilən şəxs Məhkum barəsində təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə cəza təyin e dib, həmin cəzanın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti tətbiq edilməsi və yaxud, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilərək, barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəza növü təyin edilməsi barədə qərar qəbul edilməsin xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkum müdafiəçisi kassasiya şikayətində cinayət əməlinin hüquqi tövsifini mübahisələndirməmiş, təyin olunmuş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hö kmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı Qərarının 8-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədil məsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə əsasən məhkəmənin qəbul etdiyi müstəsna hallar törədilmiş cinayətin məqsəd və motivləri, cinayətin törədilməsində təqsirkarın rolu, təqsirkarın cinayət törədərkən və cinayət törətdikdən sonra davranışı ilə bağlı olmalıdır. Bununla yanaşı, qanunverici CM-nin 62-ci maddəsinin tətbiqinə əsas ola biləcək məsuliyyəti yüngülləşdirən halların dairəsini kon kretləşdirmir, yəni belə hallar həm qanunda birbaşa göstərilən, həm də göstərilməyən, lakin obyektiv məzmununa görə belə hal kimi qiymətləndirilən hallar ola bilər. Azərbaycan Respublikası CM-nin 70.1 və 70.2-ci maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Lənkəran Ağır Cinayətlər Məhkəməsixx xxxxxx 2019-cu il tarixli hökmü ilə Məh kum cəza təyin edərkən törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədi barədə qanunun tələblərini nəzərə alaraq, məhkumun zərərçəkmiş şəxslər Rəsul Əliyev və Teyyub Tağıyevlə barışıq əldə etməsini, cinayətin açılmasında və cinayətin digər iştirakçısının ifşa olunmasında fəal iştirak etməsini CM-nin 59.1-ci maddəsinə, onun Dağlıq Qarabaq və onun ətrafında gedən döyüşlərin iştirakçısı, müharibə veteranı olmasını, ilk dəfə cinayət törətməsini və qeydiyyatda olduğu yer üzrə müsbət səciyyələndirilməsini, uzun müddət daxili işlər orqanlarında cinayətkarlıqla fəal mübarizə aparmasını CM-nin 59.2-ci maddəsinə əsasəncəzanıyüngülləşdirən hallar kimi əsas götürmüş, Cinayət Mə cəlləsinin 61-ci maddəsinə əsasən Məhkum cəzasını ağırlaşdıran halların olmadığını qeyd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Azərbaycan Respublikası CMnin 8, 41, 58 və maddələrinin tələblərinə əməl etməklə məhkumun cəzasını yüngülləşdirən halları, törədilmiş cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, düzgün olaraq nəzərə alıb, ona əməlinə və şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunvericiliyin pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi və Şirvan Ape llyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-985/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-985/2020
30.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver