Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-985/2022 20.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, məhkum Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Vəliyev Elnur Siyahət oğlunun, məhkum Təqsirləndirilən ş əxs5 və onun müdafiəçisi Əfəndiyev Akşin Ramiz oğlunun, məhkum Təqsirləndirilən şəxs4 və onun müdafiəçisi Quliyev Eldəniz Mənaf oğlunun, məhkum Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Bayramov Rüstəm Abbasəli oğlunun və məhkum Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Rzazadə İqbal Kamil oğlunun iştirakları ilə açıq məhkəmə iclasında, Şəki Ağır Cinayətlər Məhkəməsinin 30 iyul 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 179.2.1, 179.2.3-cü maddələri ilə cinayət məsuliyyətindən azad edilməsi və CM-nin 308.1 və 313-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına, Təqsirləndirilən şəxs5 CM-nin 308.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına, Təqsirləndirilən şəxs4 CM-nin 179.2.1 və 179.2.3-cü maddələri ilə cinayət məsuliyyətindən azad edilməsnə və CM-nin 308.1 və 314.1-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına, Təqsirləndirilən şəxs3 CM-nin 308.1 və 313-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına və Təqsirləndirilən şəxs2 CM-nin 314.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 noyabr 2021-ci il tarixli qərarından dövlət ittihamçısı Cəfərzadə İlham Nizami oğlu tərəfindən verilmiş kassasiya protestinə və məhkum Təqsirləndirilən şəxs5, məhkum Təqsirləndirilən şəxs3 müdafiəçisi Bayramov Rüstəm Abbasəli oğlu, məhkum Təqsirləndirilən şəxs2, məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Vəliyev Elnur Siyahət oğlu və məhkum Təqsirləndirilən şəxs4 müdafiəçisi Quliyev Eldəniz Mənaf oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəki Ağır Cinayətlər Məhkəməsinin 30 iyul 2021-ci il tarixli hökmü ilə (hakimlər Əliyev Rəşad Şəmşir oğlu (sədrlik edən) Məmmədov Bilal Mahir oğlu (məruzəçi) və Mirzəyev Nahid Namiq oğlundan ibarət tərkibdə) Təqsirləndirilən şəxs1, xx xxxxx 1966-cı il tarixdə Qəbələ rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, Qəbələ rayonunun Aydınqışlaq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, CM-nin 179.2.1, 179.2.3, 308.1 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 73-1.2-ci maddəsinə əsasən CM-nin 179.2.1 və 1 79.2.3- cü maddələri ilə cinayət təqibinə xitam verilməklə həmin maddələrlə cinayət məsuliyyətindən azad edilmiş, CM-nin 308.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 1 (bir) il müddətə, CM-nin 313-cü maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 1 (bir) il müddətə, CM-nin 66.2-ci maddəsinə əsasən isə cinayətlərin məcmusu üzrə təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 2 (iki) il müddətə rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 1 (bir) il 4 (dörd) ay 20 (iyirmi) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və onun 10 mart 2020-ci il tarixdən, yəni 1 (bir) il 4 (dörd) ay 20 (i yirmi) gün müddətində həbsdə olması nəzərə alınaraq təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkmiş hesab olunmuş, Təqsirləndirilən şəxs5, xx xxxxxx 1968-ci il tarixdə Xocalı rayonunun Kosalar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin Oğuz Meşəbəyliyində meşəbəyi vəzifəsində işləmiş, Xocalı rayonunun Qaragəv kəndində qeydiyyatda olan, Oğuz rayonu, Pioner düşərgəsində məskunlaşmış, CM-nin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 1 (bir) il 4 (dörd) ay 20 (iyirmi) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və onun 10 mart 2020-ci il tarixdən, yəni 1 (bir) il 4 ( dörd) ay 20 (iyirmi) gün müddətində həbsdə olması nəzərə alınaraq təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkmiş hesab olunmuş, Təqsirləndirilən şəxs4, xx xxxxxx 1977-ci il tarixdə Oğuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində iki azyaşlı uşaqları olan, orta təhsilli, Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin Oğuz rayonunun Xaçmaz-Qışlaq Meşəbəyliyində meşəbəyi vəzifəsində işləmiş, əvvəllər Oğuz Rayon Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli hökmü ilə CM-nin 314.1-ci maddəsi ilə təqsirli bilinərək hər ay qazancının 20 (iyirmi) faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzasına məhkum olunmuş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 yanvar 2021-ci il tarixli qərarı ilə həmin hökm dəyişdirilərək əsas cəz a ilə yanaşı barəsində CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilmiş, Oğuz rayonunun Xaçmaz Qışlaq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, CM-nin 179.2.1, 179.2.3, 308.1 və 314.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 73-1.2-ci maddəsinə əsasən CM-nin 179.2.1 və 179.2.3-cü maddələri ilə cinayət təqibinə xitam verilməklə həmin maddələrlə cinayət məsuliyyətindən azad edilmiş, CM-nin 308.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 1 (bir) il müddətə, CM-nin 314.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddət ə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) ay müddətə, CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 1 (bir) il 2 (iki) ay müddətə, CM-nin 66.5 və 69.3cü maddələrinin tələblərinə uyğun olaraq isə Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 yanvar 2021-ci il tarixli qərarı ilə təyin edilmiş hər ay qazancından 20 (iyirmi) faiz dövlət nəfinə tutulmaqla islah işləri cəzasının 4 (dörd) gününün azadlıqdan məhrum etmə cəzasının 1 (bir) gününə hesabı ilə hesablanmaqla və həmin qərarla və yeni hökmlə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 1 (bir) il 4 (dörd) ay 20 (iyirmi) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və onun 10 mart 2020-ci il tarixdən, yəni 1 (bir) il 4(dörd) ay 20 (iyirmi) gün müddətində həbsdə olması nəzərə alınaraq təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkmiş hesab olunmuş, Təqsirləndirilən şəxs3, xx xxxxxxxx 1976-cı il tarixdə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzində baş mühasib vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanda yaşayan, CM-nin 308.1 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək CM-nin 308.1-ci maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 9 (doqquz) ay müddətə, CM-nin 313-cü maddəsi ilə 1 (bir) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 9 (doqquz) ay müddətə, CM-nin 66.2-ci maddəsinə əsasən isə təyin edilmiş cəzaların qismən toplamaq yolu ilə qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 1 (bir) il 4 (dörd) ay 20 (iyirmi) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və onun 10 mart 2020-ci il tarixdən, yəni 1 (bir) il 4 (dörd) ay 20 (iyirmi) gün müddətində həbsdə olması nəzərə alınaraq təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkmiş hesab olunmuş, Təqsirləndirilən şəxs2, xx xxxx 1962-ci il tarixdə Qəbələ rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzində baş meşəbəyi vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, Qəbələ rayonunun Bunud kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, CM-nin 314.2-ci maddəsi ilə nəzərdə tutlmuş əməli törətməkdə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə və əsas cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqs irləndirilən şəxs1 vəzifəli şəxs olmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafeyinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, sair niyyətlə bir qrup şəxs halında rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı cinayətini törətmiş, vəzifəli şəxs olmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə israf etməklə talamışdır. Belə ki, o 28 iyun 2018-ci il tarixdən 16 mart 2020-ci il tarixədək Qəbələ Regional Meşə Təsərrüfatı Mə rkəzinin direktoru vəzifəsində işləyərkən vəzifəli şəxs kimi hazırda qüvvədə olan, SSRİ Nazirlər Şurasının 22 mart 1950-ci li tarixli 1181 saylı qərarı ilə təsdiq edilmiş “SSRİ-də dövlət meşə mühafizəsi haqqında”, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 mart 1995-ci il tarixli 43 saylı qərarına əsasən Azərbmeşə İstehsalat Birliyinin Şura İclasının 20 dekabr 1996-cı il tarixli 39 №li qərarı ilə təsdiq edilmiş “Meşə qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilmə qaydaları haqqında”, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 07 apre 2006-cı il tarixli 171/Ü nömrəli əmri ilə təsdiq edilmiş “Meşələrin qanunsuz qırıntılardan və digər meşə pozuntularından mühafizəsinin vəziyyətinə operativ nəzarətin təşkili barədə”, həmin Nazirliyin xx.xx.2007-ci il ta rixli xxx/Ü nömrəli əmri ilə təsdiq edilmiş “Qırma, nəzarət və seçmə damğalarının verilməsi və istifadəsinə dair” təlimatlara, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xxx/ü saylı 03 avqust 2018-ci il tarixli əmri ilə təsdiq edilmiş Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin Əsasnaməsinə əsasən, meşələrin yanğından qorunması və meşə qaydalarının pozulmasına görə bütün tədbirlərin həyata keçirilməsinə ümumi nəzarət və rəhbərlik etməyə, meşə qaydalarının pozulması və yanğınları haqqında məlumatları aidiyyəti üzrə məhkəməyə, polisə və prokurorluğa göndərməyə, həmçinin mülki iddiaları məhkəməyə təqdim etməyə, meşə təsərrüfatının yerləşdiyi rayonda meşələrin qorunmasına və meşədən düzgün istifadəyə nəzarəti təşkil etməyə və müəyyən edilmiş pozuntuları aradan qaldı rmaq üçün xüsusi tədbirlər görməyə, mərkəzin fəaliyyətinin təşkil edilməsinə, ona rəhbərlik edilməsinə, mərkəzin xidməti ərazisində meşələrin vəziyyəti, istifadəsi və qorunmasına məsul təşkilatisərəncamverici və inzibati-təsərrüfat funksiyaları yerinə yetirən maddi məsul vəzifəli şəxs kimi ona etibar edilmiş Xaçmaz meşəbəyliyinin tabeliyində olan 1 saylı dolayında yerləşən meşədən 2018-ci il ərzində naməlum şəxslər tərəfindən kəsilərək yerində qaldığından müəssisənin balansına keçirilməli olan müxtəlif diametrli 34 ədəd, həcmi 37,32 m3, dəyəri 587,30 manat olan fıstıq ağaclarını, o cümlədən 2019-cu il ərzində ayrı-ayrı şəxslər tərəfindən qanunsuz kəsilmiş, lakin meşədən çıxarıla bilmədiyindən müəssisənin balansına keçirilməli olan müxtəlif diametrli 18 ədəd həcmi 28,82 m3, dəyəri 673,63 ma nat olan fıstıq ağaclarını meşə məhsullarını buraxılış orderi əsasında satmalı olduğu halda, öz qulluq mövqeyindən istifadə edərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşdiyi Xaçmaz meşəbəyliyinin meşəbiyisi vəzifəsində işləyən Təqsirləndirilən şəxs4 ilə birlikdə Xaçmaz kənd sakini Şahid11 verərək meşə fonduna mədaxil edilməli olan ümumilikdə 1260,93 (bir min iki yüz altmış manat doxsan üç qəpik) manat pulu vahid niyyətlə israf etməklə talamışdır. Bundan başqa, o, 28 iyun 2018-ci il tarixdən 16 mart 2020-ci il tarixədək Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru vəzifəsində işləyərkən vəzifəli şəxs kimi hazırda qüvvədə olan, SSRİ Nazirlər Şurasının 22 mart 1950-ci li tarixli 1181 saylı qərarı ilə təsdiq edilmiş “SSRİ-də dövlət meşə mühafizəsi haqqında”, Azərbaycan Res publikası Nazirlər Kabinetinin 02 mart 1995-ci il tarixli 43 saylı qərarına əsasən Azərbmeşə İstehsalat Birliyinin Şura İclasının 20 dekabr 1996-cı il tarixli 39 №li qərarı ilə təsdiq edilmiş “Meşə qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilmə qaydaları haqqında”, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2006-cı il tarixli 171/Ü nömrəli əmri ilə təsdiq edilmiş “Meşələrin qanunsuz qırıntılardan və digər meşə pozuntularından mühafizəsinin vəziyyətinə operativ nəzarətin təşkili barədə”, həmin Nazirliyin 20 aprel 2007-ci il tarixli 215/Ü nömrəli əmri ilə təsdiq edilmiş “Qırma, nəzarət və seçmə damğalarının verilməsi və istifadəsinə dair” təlimatlara, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 529/ü saylı 03 avqust 2018-ci i l tarixli əmri ilə təsdiq edilmiş Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin Əsasnaməsinə əsasən, meşələrin yanğından qorunması və meşə qaydalarının pozulmasına görə bütün tədbirlərin həyata keçirilməsinə ümumi nəzarət və rəhbərlik etməyə, meşə qaydalarının pozulması və yanğınları haqqında məlumatları aidiyyəti üzrə məhkəməyə, polisə və prokurorluğa göndərməyə, həmçinin mülki iddiaları məhkəməyə təqdim etməyə, meşə təsərrüfatının yerləşdiyi rayonda meşələrin qorunmasına və meşədən düzgün istifadəyə nəzarəti təşkil etməyə və müəyyən edilmiş pozuntuları aradan qaldırmaq üçün xüsusi tədbirlər görməyə, mərkəzin fəaliyyətinin təşkil edilməsinə, ona rəhbərlik edilməsinə, mərkəzin xidməti ərazisində meşələrin vəziyyəti, istifadəsi və qorunmasına məsul təşkilatisərəncamverici və inzibati-təsərrüf at funksiyaları yerinə yetirən vəzifəli şəxs olduğu halda, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və həmin mərkəzin Oğuz meşəbəyliyinin meşəbəyisi Təqsirləndirilən şəxs5 üçün qanunsuz üstünlük əldə etmək məqsədilə sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib qeyd edilən normativ hüquqi aktların tələblərini qəsdən pozaraq onlara müraciət etmiş şəxslərin Mərkəzin tabeliyində olan Oğuz meşəbəyliyinin ərazisindən qanunsuz ağac kəsmələrinə şərait yaratmaq üçün meşəbəyliyin dolayılarında cinayətdən xəbərsiz gözətçilərə həmin şəxslərin qanunsuz ağac kəsdiyi vaxtlarda müvafiq ərazilərə getməmələrini tapşıraraq istintaqla müəyyən olunmayan şəxslərin 2019-cu ilin may, iyun və iyul ayları ərzində Oğuz Meşəbəyliyinin 9 saylı dolayısından cəmi 129 ədəd qovaq ağaclarının qanunsuz kəsməsi nəticəsində meşə fonduna 13.419 manat, onlara müraciət etmiş Oğuz rayon sakini Şahid2 göndərdiyi istintaqla müəyyən olunmayan şəxsin Oğuz meşəbəyliyinin 10 saylı meşə dolayısından 2019-cu ilin avqust ayında 1 ədəd qovaq ağacının qanunsuz kəsməsi nəticəsində meşə fonduna 110,10 manat, onlara müraciət etmiş Şahid16 verilməsi üçün Şahid5 tərəfindən 2020-ci ilin yanvar ayında Oğuz meşəbəyliyinin 3 saylı dolayısından cəmi 20 ədəd, həcmi 25,11 m3 olan palıd ağaclarının qanunsuz kəsilməsi nəticəsində meşə fonduna 463 manat, onlara müraciət etmiş Şahid10 Oğuz meşəbəyliyinin 3 saylı dolayısından 2020-ci ilin yanvar ayında cəmi 7 ədəd, həcmi 6,054 m3 olan palıd ağaclarını qanuns uz kəsməsi nəticəsində meşə fonduna 232,30 manat, onlara müraciət etmiş istintaqla müəyyən olunmayan şəxslərin Oğuz meşəbəyliyinin 10 saylı meşə dolayısından 2020-ci ilin yanvar, fevral aylarında ümumilikdə 32 ədəd, həcmi 32,990 m3 olan müxtəlif cinsli ağacların qanunsuz kəsməsi nəticəsində meşə fonduna 127,66 manat, Oğuz rayon sakini Şahid22 göndərdiyi istintaqla müəyyən olunmayan şəxsin 2020-ci ilin yanvar ayında Oğuz meşəbəyliyinin 4 saylı meşə dolayısından 01 ədəd və 07 saylı meşə dolayısından 01 ədəd olmaqla cəmi 2 ədəd qovaq ağacının qanunsuz kəsməsi nəticəsində meşə fonduna 92,11 manat, ümumilikdə isə 191 ədəd müxtəlif cinsli ağacların qanunsuz kəsilməsinə şərait yaradaraq meşə fonduna vahid niyyətlə cəmi 14.444.17 (on dörd min dörd yüz qırx dörd manat on yeddi qəpik) manat ziyan vu rulmasına, dövlətin ekologiya, ətraf mühitin qorunması, təbiətdən istifadənin təşkili sahəsində apardığı siyasətə kölgə salınmasına, əhali arasında nüfuzdan salınıb, vətəndaşların qarşısında etimadsızlığına səbəb olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla Təqsirləndirilən şəxs5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa o, təkrarən yuxarıda qeyd edilən normativ hüquqi aktlara əsasən təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyaları yerinə yetirən vəzifəli şəxs olduğu halda, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və həmin mərkəzin Xaçmaz meşəbəyliyinin meşəbəyisi Təqsirləndirilən şəxs4 üçün qanunsuz üstünlük əldə etmək məqsədilə sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib yuxarıda qeyd edilən normativ hüquqi aktların tələblərini qəsdən pozaraq onlara müraciət etmiş X7 Mərkəzin tabeliyində olan Xaçmaz meşəbəyliyinin 3 saylı dolayısında qanunsuz ağac kəsməsinə şərait yaratmaq üçün sonuncunun qanunsuz ağac kəsdiyi vaxtlarda cinayətdən xəbərsiz meşə gözətcisi Şahid42 müvafiq əraziyə getməməsini tapşıraraq 2019-cu ilin sonlarında 3 saylı meşə dolayısında X7un cəmi 7 ədəd, həcmi 7,36 m3 olan fıstıq ağaclarını qanunsuz kəsməsi nəticəsində meşə fonduna 156,36 manat ziyan vurulmasına, dövlətin ekologiya, ətraf mühitin qorunması, təbiətdən istifadənin təşkili sahəsində apardığı siyasətə kölgə sa lınmasına, əhali arasında nüfuzdan salınıb, vətəndaşların qarşısında etimadsızlığına səbəb olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa o, təkrarən yuxarıda qeyd edilən normativ hüquqi aktlara əsasən təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyaları yerinə yetirən vəzifəli şəxs olduğu halda, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib qeyd edilən normativ hüquqi aktların tələblərini qəsdən pozaraq Qəbələ rayon sakini Şahid27 mərkəzin Bum m eşəbəyliyinin ərazisindən 2020-ci ilin yanvar və fevral aylarında cəmi 61 ədəd, həcmi 48,436 m3 olan müxtəlif cinsli ağacların qanunsuz kəsməsinə şərait yaradaraq meşə fonduna 4330,28 manat ziyan vurulmasına, dövlətin ekologiya, ətraf mühitin qorunması, təbiətdən istifadənin təşkili sahəsində apardığı siyasətə kölgə salınmasına, əhali arasında nüfuzdan salınıb, vətəndaşların qarşısında etimadsızlığına səbəb olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bundan başqa o, yuxarıda qeyd edilən normativ hüquqi aktlara əsasən təşkilatisərəncamverici və inzibati-təsərrüfat funksiyaları yerinə yetirən vəzifəli şəxs olduğu halda, xidməti vəzifələrinin icrası ilə əl aqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin adından fərdi qaydada yaşıllaşdırma xidməti göstərək 2020-ci ilin yanvar ayında müxtəlif yerlərdən əldə etdiyi ağac və ağac məmulatlarının satılması, ağacların doğranması, tinglərin təminatla əkilməsi və daşınması müqabilində maddi nemət olan 49.700 manat pul vəsaitini xidməti otağında özü üçün şəxsən X5 istəyərək, satdığı ağac və ağac məmulatları, o cümlədən 20 fevral 2020-ci il tarixli xxxxx4 saylı meşə məhsullarının buraxılış orderinə 12 m3 palıd ağacının, 02 mart 2020-ci il tarixli 027401 saylı meşə məhsullarının buraxılış orderinə isə 15 m3 fıstıq ağacının satılması, habelə onların doğranması və daşınması, tinglərin təminatla əkilməsi müqabilində X5dan şəxsən 13 yanvar 2020-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu, 8-ci mikrorayonda yerləşən “Pinkhause” restoranında 8.400 manat, 6 fevral 2020-ci il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qəbələ regional meşə təsərrüfatı mərkəzində öz xidməti otağında 5.000 manat, 22 fevral 2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Zəfəran” restoranında 6.300 manat, 9 mart 2020-ci il tarixdə Şamaxı şəhərində yerləşən “Abqora” restoranında 10.000 manat və 10 mart 2020-ci il tarixdə cəmi 20.000 manat pul vəsaitini Ünvan10-də yerləşən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qəbələ Regional Meşə Təsərrüfatı mərkəzində öz xidməti otağında şəxsən almaqla vahid niyyətlə dövlətin ekologiya, ətraf mühitin qorunması, təbiətdən istifadənin təşkili sahəsində apardığı siyasətə kölgə salınmasına, əh ali arasında nüfuzdan salınıb, vətəndaşların qarşısında etimadsızlığına səbəb olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, habelə baş mühasib Təqsirləndirilən şəxs3 rəsmi sənəd olan 02 mart 2020-ci il tarixli 027401 saylı meşə məhsullarının buraxılış orderinin tərtib edilməsi barədə göstəriş verib, həmin orderə gözətçi tərəfindən imzalanması barədə yalan məlumatların daxil edildiyini bildiyi halda idarənin möhürü ilə möhürləyərək, həyata keçirdiyi işlərin tezləşdirilməsi kimi sair niyyətlə Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı cinayətini törətmişdır. T əqsirləndirilən şəxs5 vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin qanunla qorunan hüquqlarına və qanuni mənafeyinə mühüm zərər vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Belə ki, o, 10 aprel 2019-cu il tarixdən 16 mart 2020-ci il tarixədək Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin Oğuz meşəbəyliyinin meşəbəyisi vəzifəsində işləyərkən hazırda qüvvədə olan, SSRİ Nazirlər Şurasının 22 mart 1950-ci li tarixli 1181 saylı qərarı ilə təsdiq edilmiş “SSRİ-də dövlət meşə mühafizəsi haqqında”, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 mart 1995-ci il tarixli 43 saylı qərarına əsasən Azərbmeşə İstehsalat Birliyinin Şura İclasının 20 dekabr 1996-cı il tarixli 39 №li qərarı ilə təsdiq edilmiş “Meşə qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilmə qaydaları haqqında”, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 07 aprel 2006-cı il tarixli xxx/Ü nömrəli əmri ilə təsdiq edilmiş “Meşələrin qanunsuz qırıntılardan və digər meşə pozuntularından mühafizəsinin vəziyyətinə operativ nəzarətin təşkili barədə”, həmin Nazirliyin 20 aprel 2007-ci il tarixli 215/Ü nömrəli əmri ilə təsdiq edilmiş “Qırma, nəzarət və seçmə damğalarının verilməsi və istifadəsinə dair” təlimatlara, “Meşə məhsullarının buraxılış orderi”nin forma və rekvizitləri və onlardan istifadə qaydalarına, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazir liyinin xxx/ü saylı 03 avqust 2018-ci il tarixli əmri ilə təsdiq edilmiş Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin Əsasnaməsinə əsasən, Meşəbəyliyin ərazisində meşələrin meşə pozuntularından, qanunsuz qırıntılardan mühafizəsini təşkil etməyə, meşə gözətçilərinin fəaliyyətinə nəzarət etməyə, illik operativ nəzarət planının hazırlanmasına, sakinlər arasında mütəmadi olaraq maarifləndirici işin aparılmasına, meşə qanunvericiliyinin pozulması hallarının vaxtında aşkar edilməsi və müvafiq pozuntu haqqında protokolların (aktlarının) tərtib olunmasına, meşəbəylikdə qanunsuz ağac qırıntısını aşkar etdiyi hallarda ağacın dib kötüyünü damğalayıb müvafiq protokol (akt) tərtib edərək günahkar şəxslərin məsuliyyətə cəlb edilməsi üçün müəssisəyə və ya hüquq-mühafizə orqanlarına göndərilməsinə və dig ər tədbirlər görməyə məsul təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyaları yerinə yetirən vəzifəli şəxs olduğu halda, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və həmin mərkəzin direktoru Təqsirləndirilən şəxs1 üçün qanunsuz üstünlük əldə etmək məqsədilə sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib qeyd edilən normativ hüquqi aktların tələblərini qəsdən pozaraq onlara müraciət etmiş şəxslərin Mərkəzin tabeliyində olan Oğuz meşəbəyliyinin ərazisindən qanunsuz ağac kəsmələrinə şərait yaratmaq üçün meşəbəyliyin dolayılarında cinayətdən xəbərsiz gözətçilərə həmin şəxslərin qanunsuz ağac kəsdiyi vaxtlarda müvafiq ərazilərə getməmələrini tapşıraraq ist intaqla müəyyən olunmayan şəxslərin 2019-cu ilin may, iyun və iyul ayları ərzində Oğuz Meşəbəyliyinin 9 saylı dolayısından cəmi 129 ədəd qovaq ağaclarının qanunsuz kəsməsi nəticəsində meşə fonduna 13.419 manat, onlara müraciət etmiş Oğuz rayon sakini Şahid2 göndərdiyi istintaqla müəyyən olunmayan şəxsin Oğuz meşəbəyliyinin 10 saylı meşə dolayısından 2019-cu ilin avqust ayında 1 ədəd qovaq ağacının qanunsuz kəsməsi nəticəsində meşə fonduna 110,10 manat, onlara müraciət etmiş Şahid16 verilməsi üçün Şahid5 tərəfindən 2020-ci ilin yanvar ayında Oğuz meşəbəyliyinin 3 saylı dolayısından cəmi 20 ədəd, həcmi 25,11 m3 olan palıd ağaclarının qanunsuz kəsilməsi nəticəsində meşə fonduna 463 manat, onlara müraciət etmiş Şahid10 Oğuz meşəbəyliyinin 3 saylı dolayısından 2020-ci ilin yanvar ayında cəmi 7 ədəd, həcmi 6,054 m3 olan palıd ağaclarını qanunsuz kəsməsi nəticəsində meşə fonduna 232,30 manat, onlara müraciət etmiş istintaqla müəyyən olunmayan şəxslərin Oğuz meşəbəyliyinin 10 saylı meşə dolayısından 2020-ci ilin yanvar, fevral aylarında ümumilikdə 32 ədəd, həcmi 32,990 m3 olan müxtəlif cinsli ağacların qanunsuz kəsməsi nəticəsində meşə fonduna 127,66 manat, Oğuz rayon sakini Şahid22 göndərdiyi istintaqla müəyyən olunmayan şəxsin 2020-ci ilin yanvar ayında Oğuz meşəbəyliyinin 4 saylı meşə dolayısından 01 ədəd və 07 saylı meşə dolayısından 01 ədəd olmaqla cəmi 2 ədəd qovaq ağacının qanunsuz kəsməsi nəticəsində meşə fonduna 92,11 manat, ümumilikdə isə 191 ədəd müxtəlif cinsli ağacların qanunsuz kəsilməsinə şərait yaradaraq meşə fonduna vahid niyyətlə cəmi 14.444.17 (on dörd min dörd y üz qırx dörd manat on yeddi qəpik) manat ziyan vurulmasına, dövlətin ekologiya, ətraf mühitin qorunması, təbiətdən istifadənin təşkili sahəsində apardığı siyasətə kölgə salınmasına, əhali arasında nüfuzdan salınıb, vətəndaşların qarşısında etimadsızlığına səbəb olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Təqsirləndirilən şəxs4 vəzifəli şəxs olmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə israf etmiş, vəzifəli şəxs olmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqəda r özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafeyinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs kimi işə laqeyd münasibəti nəticəsində özunün xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsi ilə müəssisənin hüquqlarına və qanuni mənafeyinə mühüm zərər vurulmasına səbəb olan səhlənkarlıq etmişdir. Belə ki, o 12 sentyabr 2018-ci il tarixdən 16 mart 2020-ci il tarixədək Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin Xaçmaz meşəbəyliyinin meşəbəyisi vəzifəsində işləyərkən hazırda qüvvədə olan, SSRİ Nazirlər Şurasının 22 mart 1950-ci li tarixli 1181 saylı qərarı ilə təsdiq edilmiş “SSRİ-də dövlət meşə mühafizəsi haqqında”, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 mart 1995-ci il tarixli 43 saylı qərarına əsasən Azərbmeşə İstehsalat Birliyinin Şura İclasının 20 dekabr 1996-cı il tarixli 39 №li qərarı ilə təsdiq edilmiş “Meşə qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilmə qaydaları haqqında”, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 07 aprel 2006-cı il tarixli xxx/Ü nömrəli əmri ilə təsdiq edilmiş “Meşələrin qanunsuz qırıntılardan və digər meşə pozuntularından mühafizəsinin vəziyyətinə operativ nəzarətin təşkili barədə”, həmin Nazirliyin 20 aprel 2007-ci il tarixli xxx/Ü nömrəli əmri ilə təsdiq edilmiş “Qırma, nəzarət və seçmə damğalarının verilməsi və istifadəsinə dair” təlimatlara, “Meşə məhsullarının buraxılış orderi”nin forma və rekvizitləri və onlardan istifadə qaydalarına, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xxx/ü saylı 03 avqust 2018-ci il tarixli əmri ilə təsdiq edilmiş Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin Əsasnaməsinə əsasən, Meşəbəyliyin ərazisində meşələrin meşə pozuntularından, qanunsuz qırıntılardan mühafizəsini təşkil etməyə, meşə gözətçilərinin fəaliyyətinə nəzarət etməyə, illik operativ nəzarət planının hazırlanmasına, sakinlər arasında mütəmadi olaraq maarifləndirici işin aparılmasına, meşə qanunvericiliyinin pozulması hallarının vaxtında aşkar edilməsi və müvafiq pozuntu haqqında protokolların (aktlarının) tərtib olunmasına, meşəbəylikdə qanunsuz ağac qırıntısını aşkar etdiyi hallarda ağacın dib kötüyünü damğalayıb müvafiq protokol (akt) tərtib edərək günahkar şəxslərin məsuliyyətə cəlb edilmə si üçün müəssisəyə və ya hüquq-mühafizə orqanlarına göndərilməsinə və digər tədbirlər görməyə, o cümlədən meşə məhsullarının buraxılışına məsul təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyaları yerinə yetirən maddi məsul vəzifəli şəxs kimi ona etibar edilmiş Xaçmaz meşəbəyliyinin tabeliyində olan 1 saylı dolayında yerləşən meşədən 2018-ci il ərzində naməlum şəxslər tərəfindən kəsilərək yerində qaldığından müəssisənin balansına keçirilməli olan müxtəlif diametrli 34 ədəd, həcmi 37,32 m3, dəyəri 587,30 manat olan fıstıq ağaclarını, o cümlədən 2019-cu il ərzində ayrı-ayrı şəxslər tərəfindən qanunsuz kəsilmiş, lakin meşədən çıxarıla bilmədiyindən müəssisənin balansına keçirilməli olan müxtəlif diametrli 18 ədəd həcmi 28,82 m3, dəyəri 673,63 manat olan fıstıq ağaclarını meşə məhsulla rını buraxılış orderi əsasında satmalı olduğu halda, öz qulluq mövqeyindən istifadə edərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşdiyi Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Təqsirləndirilən şəxs1 ilə birlikdə Xaçmaz kənd sakini Şahid11 verərək meşə fonduna mədaxil edilməli olan ümumilikdə 1260,93 (bir min iki yüz altmış manat doxsan üç qəpik) manat pulu vahid niyyətlə israf etməklə talamışdır. Bundan başqa o, yuxarıda göstərilən normativ hüquqi aktlar üzrə Meşəbəyliyin ərazisində meşələrin meşə pozuntularından, qanunsuz qırıntılardan mühafizəsini təşkil etməyə, meşə gözətçilərinin fəaliyyətinə nəzarət etməyə, illik operativ nəzarət planının hazırlanmasına, sakinlər arasında mütəmadi olaraq maarifləndirici işin aparılmasına, meşə qanunvericiliyinin pozulması halla rının vaxtında aşkar edilməsi və müvafiq pozuntu haqqında protokolların (aktlarının) tərtib olunmasına, meşəbəylikdə qanunsuz ağac qırıntısını aşkar etdiyi hallarda ağacın dib kötüyünü damğalayıb müvafiq protokol (akt) tərtib edərək günahkar şəxslərin məsuliyyətə cəlb edilməsi üçün Müəssisəyə və ya hüquq mühafizə orqanlarına göndərilməsinə və digər tədbirlər görməyə məsul vəzifəli şəxs olduğu halda, işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməklə, Xaçmaz meşəbəyliyinin 11 saylı dolayında 2020-ci ilin yanvar-fevral aylarında 08-112 sm diametrində qoz, qızılağac, ağcaqayın, qovaq və yalanqoz cinsindən olmaqla 192 ədəd ağacın kənar şəxslər tərəfindən davamlı şəkildə qanunsuz kəsilməsinə baxmayaraq həmin şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olu nması, meşə pozuntularının qarşısının alınması üçün müvafiq tədbirlər görməyərək nəticədə qeyd olunan dövrdə Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin Xaçmaz meşəbəyliyinin 11 saylı dolayında ümumilikdə 3.445 AZN (üç min dörd yüz qırx beş manat) nırx dəyərində 192 ədəd müxtəlif cinsli ağacların istintaqla müəyyən edilməmiş şəxslər tərəfindən qanunsuz kəsilməsinə və bununla da, meşə fonduna 3.445 AZN (üç min dörd yüz qırx beş manat) ziyan vurulmasına, dövlətin ekologiya, ətraf mühitin qorunması, təbiətdən istifadənin təşkili sahəsində apardığı siyasətə kölgə salınmasına, əhali arasında nüfuzdan salınıb, vətəndaşların qarşısında etimadsızlığına səbəb olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla səhlənkarlıq etm işdir. Bundan başqa o, yuxarıda qeyd edilən normativ hüquqi aktlara əsasən təşkilatisərəncamverici və inzibati-təsərrüfat funksiyaları yerinə yetirən vəzifəli şəxs olduğu halda, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və həmin mərkəzin direktoru Təqsirləndirilən şəxs1 üçün qanunsuz üstünlük əldə etmək məqsədilə sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib yuxarıda qeyd edilən normativ hüquqi aktların tələblərini qəsdən pozaraq onlara müraciət etmiş X7 Mərkəzin tabeliyində olan Xaçmaz meşəbəyliyinin 3 saylı dolayısında qanunsuz ağac kəsməsinə şərait yaratmaq üçün sonuncunun qanunsuz ağac kəsdiyi vaxtlarda cinayətdən xəbərsiz meşə gözətcisi Şahid42 müvafiq ər aziyə getməməsini tapşıraraq 2019-cu ilin sonlarında 3 saylı meşə dolayısında X7un cəmi 7 ədəd, həcmi 7,36 m3 olan fıstıq ağaclarını qanunsuz kəsməsi nəticəsində meşə fonduna 156,36 manat ziyan vurulmasına, dövlətin ekologiya, ətraf mühitin qorunması, təbiətdən istifadənin təşkili sahəsində apardığı siyasətə kölgə salınmasına, əhali arasında nüfuzdan salınıb, vətəndaşların qarşısında etimadsızlığına səbəb olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Təqsirləndirilən şəxs3 sair niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı cinayətini törətmiş, sair niyyətlə qabaqcadan əlbir olan bir qrup şəxs halında rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək təkrarən vəzifə saxtakarlığı cinayətini törətmiş, vəzifəli şəxs olmaqla xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafeyinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Belə ki, o, 27 avqust 2018-ci il tarixdən 16 mart 2020-ci il tarixədək Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin baş mühasibi vəzifəsində işləyərkən Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsini, ona nəzarəti, oper ativ məlumatların təqdim edilməsini, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi, digər bölmə və xidmət sahələri ilə birlikdə təsərrüfatdaxili ehtiyatların aşkara çıxarılması və səfərbər edilməsi məqsədi ilə mühasibat uçotu və hesabatının məlumatları üzrə müəssisənin maliyyə təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsini, daxil olan pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunu təşkil edilməsinə və sair üzrə məsul vəzifəli şəxs olmaqla təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyaları yerinə yetirən vəzifəli şəxs olduğu halda, 2019-cu ilin iyul ayında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzində xidməti otağında işlik fıstıq materialı almaq üçün ona müraciət etmiş Oğuz rayonu, Muxax kənd sakini Şahid20 onun müəssisənin bankdakı hesabına 1490 manat ödəməli olduğunu deyib bu barədə 04 iyul 2019-cu il tarixli 018416 saylı meşə məhsullarının buraxılış orderi tərtib edərək rəsmi sənəd olan orderə zəruri məlumatlar daxil etmiş və Şahid20 30 m3 fıstıq cinsindən işlik material verildiyini verilməsini təmin edib, orderin meşə məhsullarının daşınmasına dair qeydlər hissəsində “10 iyul 2019 fıstıq işlik/iri m3 7,50 Kamaz **-BE-***” sözləri qeyd edərək imza olunmadan qalmış “alıcı qrafasında” Şahid20 imzasını saxtalaşdırmaqla özünü sənədləşmədə nöqsanlara yol verməyən nümunəvi işçi olaraq göstərmək kimi sair niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı cinayətini törətmişdir. Bundan əlavə o, 27 avqust 2018-ci il tarixdən 16 mart 2020-ci il tarixədək Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin baş mühasibi vəzifəsində işləyərkən Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsini, ona nəzarəti, operativ məlumatların təqdim edilməsini, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi, digər bölmə və xidmət sahəl əri ilə birlikdə təsərrüfatdaxili ehtiyatların aşkara çıxarılması və səfərbər edilməsi məqsədi ilə mühasibat uçotu və hesabatının məlumatları üzrə müəssisənin maliyyə təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsini, daxil olan pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunu təşkil edilməsinə və sair üzrə məsul vəzifəli şəxs olmaqla təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyaları yerinə yetirən vəzifəli şəxs olduğu halda, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçünü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib qeyd edilən normativ hüquqi aktların tələblərini qəsdən pozaraq sair niyyətlə, yəni Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru olmuş Təqsirləndirilən şəxs1 yanında özünü nümunəvi işçi kimi onun göstərişlərini dərhal icra edən işçi kimi göstərərək üstünlük əldə etmək üçün sonuncu ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında sonuncunun order tərtib edilməsinə dair göstərişinə əsasən X24 Regional Meşə Təsərrüfatı Mərkəzinin tabeliyində olan 02 mart 2020-ci il tarixli 027401 saylı meşə məhsullarının buraxılış orderini tərtib edərək orderə gözətçi tərəfindən imzalanması barədə bi lə-bilə yalan məlumatlar daxil etməklə dövlətin ekologiya, ətraf mühitin qorunması, təbiətdən istifadənin təşkili sahəsində apardığı siyasətə kölgə salınmasına, əhali arasında nüfuzdan salınıb, vətəndaşların qarşısında etimadsızlığına səbəb olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş və qabaqcadan əlbir olan bir qrup şəxs halında sair niyyətlə rəsmi sənədə bilə-bilə yalan məlumatlar daxil edərək təkrar vəzifə saxtakarlığı cinayətini törətmişdir. Təqsirləndirilən şəxs2 vəzifəli şəxs kimi işə laqeyd münasibəti nəticəsində özunün xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsi ilə dövlətin qanunla qorunan mənafeyinə ağır zərər vurulmasına səbəb olan səhlənkarlıq e tmişdir. Belə ki, o 12 sentyabr 2018-ci il tarixdən 16 mart 2020-ci il tarixədək Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin baş meşəbəyisi vəzifəsində işləyərkən hazırda qüvvədə olan, SSRİ Nazirlər Şurasının 22 mart 1950-ci li tarixli 1181 saylı qərarı ilə təsdiq edilmiş “SSRİ-də dövlət meşə mühafizəsi haqqında”, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 mart 1995ci il tarixli 43 saylı qərarına əsasən Azərbmeşə İstehsalat Birliyinin Şura İclasının xx.xx.1996-cı il tarixli 39 №li qərarı ilə təsdiq edilmiş “Meşə qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilmə qaydaları haqqında”, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 07 aprel 2006-cı il tarixli xxx/Ü nömrəli əmri ilə təsdiq edilmiş “Meşələrin qanunsuz qırıntılardan və digər meşə pozuntularından mühafizəsinin vəziyyətinə operativ nəzarətin təşkili barədə”, həmin Nazirliyin 20 aprel 2007-ci il tarixli xxx/Ü nömrəli əmri ilə təsdiq edilmiş “Qırma, nəzarət və seçmə damğalarının verilməsi və istifadəsinə dair” təlimatlara, “Meşə məhsullarının buraxılış orderi”nin forma və rekvizitləri və onlardan istifadə qaydalarına, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xxx/ü saylı 03 avqust 2018-ci il tarixli əmri ilə təsdiq edilmiş Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin Əsasnaməsinə əsasən, yanğın və meşə qaydalarının pozulmasından qorumaq üçün meşə təsərrüfatında bütün texniki və istehsalat-təsərrüfat tədbirlərinin keçirilməsinə və təşkilata ümumi rəhbərliyini həyata keçirmək, bununla yanaşı meşələrin yanğından mühafizəsi sahəsində yeni texnikanın və müasir elm də yeni nailiyyətlər tətbiq etmək, meşələrin qorunması ilə bağlı bütün tədbirlər üzrə meşəbəyliyə tabe planlar üçün hazırlığa rəhbərlik etmək və onların yerinə yetirilməsinə nəzarəti həyata keçirmək, meşələrin qorunması sahələrində texniki təlimat yerlərində qaydalara və digər direktiv göstərişlərinin yerinə yetirilməsi və riayət edilməsinə görə nəzarəti həyata keçirmək, meşə təsərrüfatlarının və meşəbəyliyin dövlət meşə mühafizəsi işçilərinin texniki biliklərinin artırılması üzrə tədbirlərin təşkil edilməsinə rəhbərlik etmək, meşədən düzgün istifadəyə və meşələrin qorunmasına nəzarət etmək və digər tədbirlər görməyə məsul vəzifəli şəxs olduğu halda, işə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməklə, 2018-2020-ci illər ərzində Mərkəzin tabeliyin də olan meşəbəyliklərdə ağacların kənar şəxslər tərəfindən davamlı şəkildə qanunsuz qırıldığı halda, həmin şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunması, meşə pozuntularının qarşısının alınması üçün müvafiq tədbirlər görməyərək, həmin mərkəzin tabeliyində olan Xaçmaz meşəbəyliyinin 1 saylı dolayıda 2018-ci ilin sentyabr ayında ümumilikdə 34 ədəd 37,32 m3 həcmində 587.30 (beş yüz səksən yeddi manat otuz qəpik) manat nırx dəyərində fıstıq cinsli ağacların, 2018-ci ilin noyabr, dekabr və 2019-cu ilin yanvar, fevral aylarında Oğuz meşəbəyliyinin 1a saylı dolayında ümumilikdə 157 ədəd, 171,72 m3 həcmində 1123,58 manat köküstü nırx dəyərində müxtəlif cinsli ağacların, 2019-cu ilin fevral-aprel aylarında Oğuz meşəbəyliyinin 8a saylı dolayında cəmi 190 ədəd, 333,57 m3 həcmində həcmində 3975,3 9 manat nırx dəyərində müxtəlif cinsli ağacların, həmin dövrdə Oğuz meşəbəyliyinin 3 saylı dolayında ümumilikdə 178 ədəd, 205,22 m3 həcmində 2844,62 manat nırx dəyərində müxtəlif cinsli ağacların, həmin dövrdə Oğuz meşəbəyliyinin 8 saylı dolayında ümumilikdə 147 ədəd, 252,83 m3 həcmində 2249,45 manat nırx dəyərində müxtəlif cinsli ağacların, həmin dövrdə Daşağıl meşəbəyliyinin 8 saylı dolayısında ümumilikdə 441 ədəd, 136,87 m3 həcmində 978.52 manat, 2020-ci ilin yanvar ayında Oğuz meşəbəyliyinin 3 saylı dolayısında cəmi 20 ədəd, 25,11 m3 həcmində 463 manat nırx dəyərində olan palıd ağaclarının, 2019-cu ilin may, iyul-avqust aylarında Oğuz meşəbəyliyinin 9 saylı dolayısından 129 ədəd 13419 manat dəyərində qovaq ağacının, Oğuz meşəbəyliyinin 10 saylı meşə dolayısından 2019-cu ilin avqust ayı nda 1 ədəd dəyəri 110,10 manat olan qovaq ağacının, 2019-cu ilin sentyabr ayında həmin dolayıda ümumilikdə 18 ədəd, həcmi 28,82 m3 həcmində 673,63 manat nırx dəyərində fıstıq cinsli ağacların, həmin meşəbəyliyin 3 saylı meşə dolayısında 2019-cu ilin sonlarında ümumilikdə 7 ədəd, həcmi 7,36 m3 həcmində 156,36 manat nırx dəyərində fıstıq ağaclarının, 2020-ci ilin yanvar –fevral aylarında Xaçmaz meşəbəyliyinin 11 saylı dolayında ümumilikdə 192 ədəd 3.445 AZN (üç min dörd yüz qırx beş manat) nırx dəyərində müxtəlif cinsli ağacların, həmin dolayıda 2019-cu ilin dekabr- 2020-ci ilin yanvar aylarında cəmi 21 ədəd, 28,925 m3 həcmində 2524,62 manat nırx dəyərində müxtəlif cinsli ağacların, Oğuz meşəbəyliyinin 03 saylı dolayısından 2020-ci ilin yanvar ayında cəmi 7 ədəd, 6,054 m3 həcmində 232,30 man at nırx dəyərində olan palıd ağaclarının, Oğuz meşəbəyliyinin 10 saylı meşə dolayısından 2020-ci ilin yanvar - fevral aylarında ümumilikdə 32 ədəd, 32,990 m3 həcmində dəyəri 127,66 manat olan müxtəlif cinsli ağacların, Bum meşəbəyliyinin 6 saylı meşə dolayısından 2020-ci ilin yanvar-fevral aylarında ümumilikdə 61 ədəd, 48.436 m3 həcmində 3928,36 manat nırx dəyərində olan müxtəlif cinsli ağacların, Vəndam meşəbəyliyinin 02 saylı dolayısından 2020-ci ilin yanvarfevral aylarında 66 ədəd, 61,77 m3 həcmində 1687,16 manat nırx dəyərində müxtəlif cinsli ağacların, 2020-ci ilin yanvar-fevral aylarında 66,3 m3 həcmində 3800,4 manat nırx dəyərində müxtəlif cinsli ağacların, Oğuz meşəbəyliyinin 04 saylı dolayıdan 2020-ci ilin yanvar ayında 01 ədəd, 0,854 m3 həcmində 36,34 manat nırx dəyərində qovaq a ğacının, Oğuz meşəbəyliyinin 07 saylı dolayıdan 2020-ci ilin yanvar ayında 01 ədəd, 1,479 m3 həcmində 55,77 manat nırx dəyərində qovaq ağacı olmaqla müxtəlif diametrli və müxtəlif cinsli ağacların müxtəlif şəxslər tərəfindən qanunsuz kəsilməsinə və bununla da meşə fonduna ümumilikdə 42.418,56 AZN (qırx iki min dörd yüz on səkkiz manat əlli altı qəpik) ziyan vurulmasına, dövlətin ekologiya, ətraf mühitin qorunması, təbiətdən istifadənin təşkili sahəsində apardığı siyasətə kölgə salınmasına, əhali arasında nüfuzdan salınıb, vətəndaşların qarşısında etimadsızlığına səbəb olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qanunla qorunan mənafelərinə ağır zərər vurub səhlənkarlıq etmişdir. Hökmdən dövlət ittihamçısı Musayev Fuad Möhübbət oğlu tərəfindən verilmiş apellya siya protestinə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5 və müdafiəçilər Vəliyev Elnur Siyahət oğlu, Quliyev Eldəniz Manaf oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Təqsirləndirilən şəxs5ov Akif Məhərləm oğlu (sədrlik edən və məruzəçi, Abbasov Gündüz Qasım oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə) 03 noyabr 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri və apellyasiya protesti təmin edilməmiş, birinci instansiya məhkəməsinin hökmü isə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 noyabr 2021-ci il tarixli qərarından: - dövlət ittihamçısı İ.N.Cəfərzadə kassasiya protesti vərərək hə min qərarın ləğv edilməsini və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini; - məhkum Təqsirləndirilən şəxs5 – qərarın ləğv edilməsini, barəsində bəraət hökmünün çıxarılmasını və müstəntiq barəsində xüsusi qərar çıxarılmasını; - məhkum Təqsirləndirilən şəxs3 müdafiəçisi R.A.Bayramov – qərarın ləğv edilməsini və Təqsirləndirilən şəxs3 barəsindəki cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsini; - məhkum Təqsirləndirilən şəxs2 – qərarın ləğv edilməsini və barəsində bəraət hökmünün çıxarılmasını; - məhkum Təqsirləndirilən şəxs1n müdafiəçisi E.S.Vəliyev – qərarın ləğv edilməsini və hüquqlarını müdafiə etdiyi şəxsin barəsindəki cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsini; - məhkum Təqsirləndirilən şəxs4 müdafiəçisi E.M.Quliy ev – qərarın ləğv edilməsini və adı çəkilən məhkumun barəsindəki cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişlər. Kassasiya protestin və kassasiya şikayətlərinin dəlilləri: İş üzrə məhkum olunmuş şəxslərə ibtidai araşdırma orqanı tərəfindən elan olunmuş ittihamlar üzrə işin müəyyən edilmiş hesab etdiyi faktik hallarına, Azərbaycan Respublikasının ərazisində meşələrin və meşəqırmanın həcmi haqqında ümumi məlumatlara əsaslanan dövlət ittihamçısı İ.N.Cəfərzadə kassasiya protestini belə əsaslandırmışdır ki, Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Təqsirləndirilən şəxs1, meşəbəyləri Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4, baş mühasib Təqsirləndirilən şəxs3 və baş meşəbəyi Təqsirləndirilən şəxs2 tərəfindən 2018-ci ilin iyun ayından 2020-ci i lin mart ayınadək fəaliyyətləri dövrü ərzində SSRİ Nazirlər Şurasının 22 mart 1950-ci li tarixli 1181 saylı qərarı ilə təsdiq edilmiş “SSRİ-də dövlət meşə mühafizəsi haqqında”, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 mart 1995ci il tarixli 43 saylı qərarına əsasən Azərmeşə İstehsalat Birliyinin Şura İclasının 20 dekabr 1996-cı il tarixli 39 №li qərarı ilə təsdiq edilmiş “Meşə qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilmə qaydaları haqqında”, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 07 aprel 2006-cı il tarixli xxx/Ü nömrəli əmri ilə təsdiq edilmiş “Meşələrin qanunsuz qırıntılardan və digər meşə pozuntularından mühafizəsinin vəziyyətinə operativ nəzarətin təşkili barədə”, həmin Nazirliyin 20 aprel 2007-ci il tarixli xxx/Ü nömrəli əmri ilə təsdiq edilmiş “Qırma, nəzarət və seçmə damğalarının verilməsi və istifadəsinə dair” təlimatlar, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 529/ü saylı 03 avqust 2018-ci il tarixli əmri ilə təsdiq edilmiş Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin Əsasnaməsinin tələblərinə riayət edilməmiş, meşə təsərrüfatının yerləşdiyi rayonda meşələrin qorunmasına və meşədən düzgün istifadəyə nəzarət və müəyyən edilmiş pozuntuları aradan qaldırmaq üçün xüsusi tədbirləri lazımı qaydada həyata keçirilməmiş, bütün bunlar və yuxarıda qeyd edilən təsərrüfatın əməkdaşlarının qanuna zidd əməlləri Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qanunla qorunan mənafelərinə mühüm zərər vurulması ilə nəticələnmişdir. Kassasiya protestinin müəllifi xüsusilə vurğulamışdır ki, hazırki cinayət işinin mahiyyəti və birinci və apellyasiya instansiyası məhkəmələrinin çıxardıqları yekun məhkəmə aktları ilə müəyyən etdikləri hallar ondan ibarət olmuşdur ki, iş üzrə məhkum olunmuş şəxslər əvvəlcədən sövdələşmə apararaq Qəbələ və Oğuz meşəbəyliklərin ərazilərində ibtidai araşdırma orqanı tərəfindən müəyyən edilmiş və müəyyən edilməyən şəxslərin qanunsuz ağac kəsmələrinə qəsdən şərait yaratmış, qeyd edilən kəsilmiş ağaclara görə həmin fiziki şəxslərin və Mərkəzin əməkdaşlarının üzərinə cüzi miqdarda cərimələr yazılmaqla törətdikləri cinayət əməllərini uzun müddət “pərdələməyə” və cinayət məsuliyyətindən kənarda qalmağa nail olmuşlar. Daha sonra dövlət ittihamçısı Təqsirləndirilən şəxs1 rəhbərlik etdiyi Mərkəzin Oğuz və Qəbələ meşələrində qanunsuz kəsilmiş ağacların satı lması müqabilində Şahid1 rüşvət qismində 49.700 manat məbləğində pulun alınması ilə bağlı sübutlara və bu epizodla bağlı ibtidai araşdırma orqanının və məhkəmələin gəldikləri fərqli nəticələrə istinad edərək qeyd etmişdir ki, istər Təqsirləndirilən şəxs1, istərsə də şahid X5 cinayət təqibi dövründə biri digərini təkzib edən dəlillər gətirərək Təqsirləndirilən şəxs1 törətdiyi rüşvət alma cinayətini törətdiyinə görə onun məsuliyyətdən yayındırılması üçün ziddiyyətli ifadələr vermiş, məhkəmələr isə heç bir əsas göstərilmədən bu ifadələrə üstünlük verərək sonuncunun rüşvət alma epizodu üzrə əməlini vəzifədən sui-istifadə etmə əməli kimi qiymətləndirmiş, halbuki onun CM-nin 311.3.3 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi tam sübuta yetirilmiş, bunu təsdiq edən şahidl ərin ibtidai araşdırma zamanı verdikləri, biri digərini tamamlayan və işin faktiki hallarına uyğun olan ifadələr həmin hallarla obyektiv müqayisə edilmədən məhkəmələr tərəfindən nəzərə alınmamış, araşdırılmış sübutlar mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməmiş, tam, hərtərəfli və obyektiv yoxlanılmadan rədd edilməsinin motivləri həm hökmdə, həm də apellyasiya instansiyası məhkəməsinin qərarında qeyd olunmamışdır. Məhkum Təqsirləndirilən şəxs5 elan olunmuş ittihamın rüşvət alma cinayətini törətməsi epizodu üzrə ibtidai araşdırma orqanının və məhkəmələrin gəldikləri fərqli nəticələrlə bağlı dövlət ittihamçısı qeyd etmişdir ki, bu epizod üzrə Təqsirləndirilən şəxs5 400 manat məbləğində pulu rüşvət qismində almasına dair təqsirliliyi onun özünün qismən etirafedici ifadələri ilə yanaşı həm də bir sıra şahidlərin ifadələri ilə sübuta yetirilmiş, lakin məhkəmələr yenə də Təqsirləndirilən şəxs5 bu cinayəti törətməməsi, əməlinin isə vəzifədən sui-istifadə etmə cinayəti kimi qiymətləndirilməli olması barədə əsassız nəticəyə gəlmişlər. Eyni ilə kassasiya protestinin müəllifi Təqsirləndirilən şəxs4 də CM-nin 311.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə onun təqsirliliyinin tam sübuta yetirilməsini (araşdırılmış sübutlar istinad etməklə) qeyd etməklə onun bu əməlinin mənimsəmə kimi qiymətləndirilməsini, lakin 300 manat məbləğində pulu mənimsəməsi əməlinin cinayət tərkibini yaratmaması barədə məhkəmələrin gəldikləri nəticəni əsassız hesab etmişdir. Daha sonra kassator məhkum Təqsirləndirilən şəxs3 da CM-nin 311.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə müəyyən edil miş halların məhkəmələr tərəfindən təkzib edilməsinə əsaslar olmadığını bildirərək bu epizod üzrə də toplanmış və araşdırılmış sübutlara düzgün qiymət verilməməsini, bununla da məhkəmələrin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin 143-146-cı maddələrinin tələblərini pozmalarını qeyd etmişdir. Dövlət ittihamçısı vurğulamışdır ki, ibtidai istintaqı zamanı təqsirləndirilən şəxlərin müdafiəçilərin iştirakı ilə verdikləri biri digərini tamamlayan və uyğunluq təşkil edən ifadələri məhkəmələr tərəfindən nəzərə alınmamış, ümumiyyətlə həmin sübutlar fiziki və ya psixi təsir göstərmə və CPM-nin 125-ci maddəsində nəzərdə tutulan qanuna zidd hərəkətlər yolu ilə alınması müəyyənləşdirilmədən mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməmiş, tam, hərtərəfli və obyektiv yoxlanılmadan rədd edilməsinin motivləri müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmələr əsassız olaraq həm Təqsirləndirilən şəxs4 qarşı CM-nin 314.1-ci madəsi ilə, həm də Təqsirləndirilən şəxs2 CM-nin 314.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə epizodlardan 7824 manat dəyərində olan 5 ədəd qovaq ağacının qanunsuz kəsilməsi ilə bağlı hissəni xaric etməkdə də haqlı olmamışdır ona görə ki, həmin ağaclar da meşə sahəsində bitmiş, bu sahəyə cavabdeh vəzifəli şəxslər isə Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 olmuşlar. Kassasiya protestinin müəllifi bu dəlilini əsaslandırarkən iş üzrə toplanmış sübutlara və bir sıra normativ sənədlərə istinad etmişdir. Bununla yanaşı, dövlət ittihamçısı CM-nin 8, 41 və 58 maddələrinin tələblərinə əsaslanaraq Təqsirləndiril ən şəxs1, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4ə və Təqsirləndirilən şəxs3 təyin edilmiş cəzaların yüngül olmasını, məhkəmələr tərəfindən onların törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almadıqlarını qeyd etmişdir. Şərh olunanlara əsaslanaraq dövlət ittihamçısı İ.N.Cəfərzadə kassasiya protestinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətində CPM-nin bir sıra maddələrində nəzərdə tutulmuş tələblərə, barəsində çıxarılmış yekun məhkəmə aktlarına və iş üzrə toplanmış sübutlara, o cümlədən şahidlərin ifadələrinə və şikayətinə əlavə etdiyi sənədlərə istinad edən məhkum Təqsirləndirilən şəxs5 həmin şikayətini belə əsaslandırmışdır ki, o, təqsirli bilindiyi CMnin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş vəzifədən sui-istifadə cinayətini törətməmiş, onun təqsirliliyi araşdırılmış sübutlarla təsdiq olunmamış, hətta ona qarşı meşəbəyi vəzifəsini icra etmədiyi dövrdə qanunsuz ağackəsməyə görə ittiham irəli sürülmüşdür. Bundan başqa, kəsilməsi müəyyən edilmiş ağaclar onun tərəfindən qanuni əsaslarla vətəndaşlara satılmış, bu haqda müvafiq sənədlər tərtib edilmiş, qanunsuz ağac kəsən şəxslər isə onun tərəfindən inzibati məsuliyətə cəlb edilərək vurduqları ziyana görə cərimələr ödəmişlər. Bu baxımdan barəsində qəbul edilmiş yekun məhkəmə aktlarını qərəzli və qanunsuz hesab edən kassasiya şikayətinin müəllifi apellyasiya instansiya məhkəməsinin qərarının ona aid hissədə ləğv edilməsini və barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkum Təqsirləndirilən şəxs3 müdafiəçisi R.A.Bayramov kassasiya şikayətində hüquqlarını müdafiə etdi yi şəxsə qarşı irəli sürülmüş ittihama, onun barəsindəki yekun məhkəmə aktlarına, həmin məhkəmə aktlarının qəbul edilməsi zamanı məhkəmələrin əsaslandıqları bir sıra sübutlara, sübutetməyə və sübutların qiymətləndirilməli olması barədə CPM-nin müvafiq normalarına və bəzi normativ xarakterli sənədlərə istinad edərək və vəzifədən sui-istifadə etmə cinayətinə şərh verərək həmin şikayətini belə əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs3 onun təqsirli bilindiyi əməlləri törətməmiş, fəaliyyət göstərdiyi dövrdə heç bir qanunsuzluğa yol verməmiş, hər hansı rəsmi sənədi saxtalaşdırmamış və bu baxımdan tamamilə qanunsuz və əsassız olaraq məhkum olunmuşdur. İşə baxan məhkəmələr isə, ibtidai araşdırma orqanının səhvlərini təkrarlayaraq son nəticədə Təqsirləndirilən şəxs3 törətmədiyi əməlləri törətmək də təqsirli bilərək onun barəsində əsassız yekun məhkəmə aktları qəbul etmişlər. Halbuki, məhkəmə iclaslarında araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə təqsirsizliyi tamamilə təsdiq edilmişdir. Bu qənaəti ilə bağlı müdafiəçi qeyd etmişdir ki, Təqsirləndirilən şəxs3 Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin mühasibi kimi çalışdığı dövr bütünlüklə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin audit xidməti tərəfindən təftiş edilmiş, araşdırmanın yekunu ilə əlaqədar tərtib edilmiş akta əsasən xidməti vəzifəsini yerinə yetirən zaman dövlət əmlakına ziyan vurması və digər qanunsuz hərəkətlər etməsi müəyyən edilməmişdir. Daha sonra müəssisənin baş mühasibinin vəzifə səlahiyyətlərini geniş şərh edən müdafiəçi Təqsirləndirilən şəxs3 bu səlahiyyətlərini həyata keçi rərkən heç bir qanunsuzluğa yol vermədiyini bildirərək məhkəmələr tərəfindən bunun nəzərə alınmadığını, sübtlara düzgün qiymət verilmədiyini, nəticədə isə hüquqlarını müdafiə etdiyi şəxsin əsassız məhkum olunmasını qeyd etmişdir. Bununla bağlı müdafiəçi vurğulamışdır ki, məhkəmələrin gəldikləri nəticələr məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilməmiş, apellyasiya instansiyası məhkəməsi isə müdafiə tərəfinin verdiyi apelyasiya şikayətinin dəlillərini araşdırmadan, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində onun təqsirliliyinin cinayət təqibi üzrə icraat zamanı toplanmış sübutlara əsasən müəyyən edilməli olması barədə cinayət-prosessual qanunvericiliyinin tələblərinə zidd olaraq məhkum Təqsirləndiril ən şəxs3 əməlinin məhkəmə tərəfindən düzgün tövsif edilməsi qənaətinə gəldiyini göstərməklə apelyasiya şikayətini təmin etməmişdir. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq müdafiəçi R.A.Bayramov hesab edir ki, iş materiallarında olan sübutlar Təqsirləndirilən şəxs3 CM-nin 308.1 və 313-cü maddələri ilə təqsirli bilinməsi üçün kifayət etmir, birinci instansiya məhkəməsinin istinad etdiyi sübutların mötəbərliyi şübhə doğurur və buna görə də onun təqsiri sübuta yetirilmədiyindən, məhkəmə məsuliyyətinə cəlb edildiyi ittiham üzrə cinayətin törədilməsində iştirakı təsdiq edilmədiyindən və məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham üzrə cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən kifayət qədər sübutlar olduğundan apellyasiya instansiyası m əhkəməsinin qərarı ona aid hissədə ləğv edilməklə onun barəsindəki cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməlidir. Məhkum Təqsirləndirilən şəxs2 kassasiya şikayətini belə əsaslandırmışdır ki, iş üzrə ibtidai istintaq aparılarkən və məhkəmə baxışı zamanı CPM-nin 28, 125, 144-146-cı maddələrinin tələbləri kobud surətdə pozularaq işin halları tam, hərtərəfli və obyektiv yoxlanılmamış, iş üzrə ittihamın əsasına qoyulmuş sübutlar müqayisəli qaydada təhlil edilib onların mötəbərliyi müəyyənləşdirib qiymətləndirilmədiyindən hökmdə ittihamın və yekun məhkəmə aktlarının əsasını təşkil edən həmin sübutlar mötəbər hesab edilə bilməz. Daha sonra özünün məhkəmədə verdiyi ifadələrinə istinad edən məhkum Təqsirləndirilən şəxs2 qeyd etmişdir ki, Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzi nin ərazisi 62000 hektar olmaqla həmin Mərkəzin 7 meşəbəyliyi və 74 gözətçisi vardır. Baş meşəbəyi olaraq onun səlahiyyətlərinə meşələrin mühafizəsi və qorunmasına aid olan tədbirlər, yəni nazirlik tərəfindən verilən meşə təsərrüfatı tədbirini həmin meşəbəyliklərə bölüşdürülməsi və onların icrasına nəzarət etmək, meşə əkinlərinin həcmi və əkilmə yerlərini müəyyən etmək, layihələr tərtib etmək, meşələrin cins tərkibinin yaxşılaşdırılması məqsədi ilə sanitar baxımdan qocalmış və xəstə, habelə koğuş və yetişkənlik dövrünü başa vurmuş ağacların damğalanması ilə siyahıya alınaraq nazirliyə göndərilməsi, nazirlikdən gəlib müvafiq yoxlama aparıldıqdan sonra qanuni şəkildə ağacların kəsilməsi və bunun sənədləşdirilməsi, meşəbəyilər tərəfindən biletlərin tərtib edilməsi və pulları ödənildikdən sonr a satılmasının təşkil edilməsi aiddir. Meşələrin qırılması və ağacların qanunsuz kəsilməsinin qarşısını almaq isə onun baş meşəbəyi kimi səlahiyyətlərinə aid olmamış, belə hallara görə meşə gözətçiləri məsuliyyət daşımalıdırlar. 2018-2020-ci illərdə onun tərəfindən meşələrə hissəvi olaraq baxış keçirilmiş, lakin ərazi böyük olduğuna görə bu zaman bütün ərazini əhatə etmək mümkün olmamışdır. Məhkəmələr onun məhkəmə iclasında göstərdiyi dəlilləri ətraflı yoxlamadan vəzifəli şəxs kimi işə laqeyd münasibəti nəticəsində özünün xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsi ilə dövlətin qanunla qorunan mənafeyinə ağır zərər vurulmasına səbəb olan səhlənkarlıq etməsi haqda nəticəyə gəlsələr də, onun irəli sürdüyü dəlillər məhkəmə iclasında dindirilmiş digər təqsirləndirilən şəxslərin, zər ər çəkmiş hüquqi şəxsin və şahidlərin İfadələri ilə də öz təsdiqini tapmışdır. Kassasiya şikayətinin müəllifi daha sonra qeyd etmişdir ki, Mərkəzin baş meşəbəyi vəzifəsində işləyən şəxs əsasnaməyə əsasən ümumi texniki rəhbərliyi həyata keçirir, onun vəzifələri isə meşələrin yanğından mühafizə sahəsində yeni texnikanın və müasir elmdə yeni nəaliyyətləri tətbiq etməkdən, meşələrin qorunması ilə bağlı tədbirlər üzrə meşəbəyliklərə fəaliyyət göstərən meşəbəyilər və meşə gözətçiləri üçün hazırlığa rəhbərlik etməkdən və onların yerinə yetirilməsinə nəzarəti həyata keçirməkdən, meşələrin mühafizə sahəsində təlimatın qaydalarına və digər direktiv göstərişlərin yerinə yetirilməsinə və riayət edilməsinə nəzarəti həyata keçirməkdən ibarət olmuşdur. Həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərə findən verilmiş, Dövlət Plan Tapşırıqlarının meşəbəyliklər üzrə bölüşdürülərək (bunlara meşələrin bərpa tədbirləri, tinglik səpini, meşə əkini, xidmətlər, sanitar və xidməti qırma sahələrinin təlimatlara uyğun ayrılması və istifadəsi, toxum tədarükü və sair aiddir) icrasına nəzarət etmək, hesabatların tutulması,verilməsi və sair vəzifələrin yerinə yetirilməsi də baş meşəbəyinin səlahiyyətlərinə aiddir. Kassasiya şikayətində Təqsirləndirilən şəxs2 cinayət təqibi zamanı, o cümlədən məhkəmə iclasında verdiyi ifadələri təkrarlayaraq həmçinin göstərmişdir ki, Ekologiya və Təbii Sərvət Nazirliyinin ətraf mühit departamenti tərəfindən qanunsuz kəsinti kimi aktlaşdırılmış 5 (beş) ədəd iri diametrli qovaq ağacları Xaçmaz meşəbəyliyinin 9 saylı dolayısına aid olmayıbş Oğuz rayonu Xaçmaz bələdiyyəsin in ərazisindədir və buna baxmayaraq həmin ağaclar da meşə fonduna aid edilərək vurulmuş zərərin miqdarı 7.100 (yeddi min bir yüz) manat ziyanlıq hesablanaraq ümumi ziyanlıq səhvən 7.100 manat artqı müəyyən edilmişdir. Bundan başqa, o, öz vəzifələrini lazımi qaydada yerinə yetirərək fəaliyyət göstərdiyi dövrdə qəfləti növbədən kənar və nəzarəti yoxlamalar aparıb bu yoxlamaların nəticəsində tərtib etdiyi 10 ədəd akt 32 vərəqdə hesabatlarla birlikdə müvafiq tədbirləri görməsini təsdiq edən sübutlar kimi məhkəməyə təqdim etmiş, lakin məhkəmələr onun digər dəlilləri ilə yanaşı bu sübutları da yoxlamadan, onun dəlillərini isə ətraflı araşdırmadan barəsində əsassız yekun məhkəmə aktları qəbul etmiş, bununla da CPMnin 351-ci maddəsinin tələblərini pozmuşlar. Məhkum Təqsirləndirilən şəxs1n müdafi əçisi E.S.Vəliyev kassasiya şikayətində hüquqlarını müdafiə etdiyi şəxsə elan olunmuş ittiham üzrə ibtidai araşdırma orqanının, sonradan isə məhkəmələr tərəfindən müəyyən etdikləri hallara və bu halların arxasında duran sübutlara, əsasən də çoxsaylı şahidlərin birinci instansiya məhkəməsinin məhkəmə iclasında verdikləri ifadələrinə, yoxlamaların aparılması haqqında aktlara, mütəxəssislərin rəylərinə istinad edərək, həmin şikayətini belə əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs1 direktor olduğu Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin tabeliyində olan meşəbəyliklərdə onun göstərişi ilə ağacların qanunsuz kəsilməsi və satılması halları baş verməmiş, əksinə, sonuncu belə halların olmasını müəyyən etdikdə müvafiq tədbirlər görmüş, təqsirkar şəxslər isə məhz onun məlumatlarına əsasən məsul iyyətə cəlb edilmişlər. Bu haqda müvafiq sənədlər cinayət işinin materiallarına əlavə edilsə də, ibtidai araşdırma orqanı kimi, məhkəmələr də həmin sübut əhəmiyyətli sənədləri nəzərə almaqdan imtina etmiş və Təqsirləndirilən şəxs1 qarşı əsassız ittihmlar irəli sürülərək o, həmin ittiham üzrə qismən təqsirli bilinərək məhkum olunmuşdur. Halbuki, həmin ittihamda qanunsuz kəsilərək satılması qeyd olunan ağaclar tam həcmdə Mərkəzin anbarına mədaxil edilmiş və yalnız meşə buraxılışı orderləri əsasında qanuna müvafiq qaydada satılmışdır. Bundan başqa, müdafiəçi qeyd etmişdir ki, Mərkəzə tabe olan meşəbəyliklərdə fəaliyyət göstərən meşə gözətçiləri ilə bağlanmış əmək müqavilələrində məhz onların üzərlərinə maddi məsuliyyət qoyularaq meşələrdə ağacların qanunsuz kəsilməsnə onlar məsuliyyət daşımış və müvafiq hallarda da onlar ağacların qanunsuz kəsilməsi müəyyən edildikdə məsuliyyətə cəlb edilmiş, Təqsirləndirilən şəxs1 tərəfindən isə belə qanunsuzluqların qarşısının alınması üçün lazımi tədbirlər görülmüşdür. İşin bu halları həm cinayət işinin materiallarında olan çoxsaylı sənədlərlə və şahidlərin məhkəmədə verdikləri ifadələrlə təsdiq olunur. Təqsirləndirilən şəxs1 ona ibtidai araşdırma zamanı elan olunmuş ittiham üzrə onun Şahid1 49.700 manat məbləğində pul vəsaitnin rüşaət qismində alması, birinci instansiya məhkəməsinin isə bu halın vəzifədən sui-istifadə və rəsmi sənədlərin saxtalaşdırılması kimi qiymətləndirdiyi epizodla bağlı müdafiəçi Təqsirləndirilən şəxs1 həm ibtidai araşdırma zamanı, həm də məhkəmə iclasında verdiyi ifadələrinə, habelə şahid X5un və digər şahidlərin ifa dələrinə və çoxsaylı arayışlara əsaslanarqa qeyd etmişdir ki, Təqsirləndirilən şəxs1 Şahid1 ağac satması onun vəzifə səlahiyyəilərinin yerinə yetirilməsi ilə əlaqədar olmamış, həmin ağaclar onun rəhbərlik etdiyi Mərkəzin tabeliyində olan meşəbəyliklərdən kəsilməmiş və o, işdən kənar həyata keçirdiyi fəaliyyətlə bağlı Şahid1 ona ittiham olunmuş məbləğdə pul almışdır. Müdafiəçinin qənaətinə görə, işin müəyyən edilmiş bu halı vəzifə cinayəti kimi qiymətləndirilə bilməz. Kassasiya şikayətində göstərdiyi dəlillərə əsaslanarqa müdafiəçi E.S.Vəliyev apellyasiya instansiyası məhkəməsinin 03 noyabr 2021-ci il tarixli qərarının Təqsirləndirilən şəxs1 ad hissədə ləğv edilməsini və onun barəsindəki cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsini xahiş edir. Məhkum Təqsirləndirilən şə xs4 müdafiəçisi E.M.Quliyev də kassasiya şikayətində hüquqlarını müdafiə etdiyi şəxsə qarşı irəli sürülmüş ittiham üzrə işin müəyyən olunmuş faktiki hallarını mübahisələndirərək və ibtidai araşdırma orqanını və məhkəmələrin bu hallar üzrə gəldikləri nəticələrə, Təqsirləndirilən şəxs4, şahidlərin ifadələrinə, bir sıra sübut əhəmiyyətli sənədlərə istinad edərək kassasiya şikayətini onunla əsaslandırmışdır ki, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs4 həm vəzifədən sui-istifadə, həm də səhlənkarlıq əməllərini törətməsi sübuta yetirilməmiş, sonuncu meşəbəyi vəzifəsində fəaliyyət göstərdiyi dövrdə rəhbərlik etdiyi meşəbəyliyin ərazisində ağacların qanunsuz kəsilməsi barədə heç kimlə sövdələşməmiş, imkanı olduğu dərəcədə belə əməllərin qarşısını almaqdan ötr ü lazımi tədbirlər görmüş və hər hansı dövlət əmlakını mənimsəməmişdir. Lakin, işə mahiyyəti üzrə baxan məhkəmələr araşdırılmış sübutları təhlil etmədən və onları düzgün qiymətləndirmədən Təqsirləndirilən şəxs4 ona elan olunmuş ittiham üzrə cinayət əməllərini törətməsi barədə səhv nəticəyçə gələrək onun haqqında əsassız yekun məhkəmə aktları qəbul etmişlər. Kassasiya şikayətində göstərdiyi dəlillərə əsaslanaraq müdafiəçi E.M.Quliyev Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 noyabr 2021-ci il tarixli qərarının Təqsirləndirilən şəxs4 münasibətdə ləğv edilməsini və onun barəsindəki cinayət işinin icraatına xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş edir. Birinci və apellyasiya instansiyası məhkəmələrinin məhkəmə iclaslarında zərər çəkmiş hüquqi şəxs Qəbələ Regional Me şə Təsərrüfatı Mərkəzinin nümayəndəsi qismində iştirak etmiş, lakin birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti, apellyasiya instansiyası məhkəməsinin qərarından isə kassasiya şikayəti verməmiş fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə kassasiya instansiyası məhkəməsinə onun nümayəndə qismində iştirakının həvalə edilməsini təsdiq edən ya müəssisənin rəhbərliyi tərəfindən, ya da notarial qaydada təsdiq olunmuş etibarnaməni təqdim etmədiyindən, onun göstərilən qisimdə kassasiya protestinə və kassasiya şikayətlərinə məhkəmə baxışı iclasında iştirakının təmin edilməsi mümkün olmamışdır. Belə ki, CPM-nin 102.2-ci maddəsinin tələblərinə əsasən cinayət prosesində zərər çəkmiş şəxsin, mülki iddiaçının və ya mülki cavabdehin nümayəndəsi qismində aşağıdakı şəxslər iştirak e də bilərlər: 102.2.1. zərər çəkmiş şəxsin, mülki iddiaçının və ya mülki cavabdehin qanuni mənafeyini təmsil etmək üçün notariat qaydasında təsdiq edilmiş etibarnaməsi olan vəkil; 102.2.2. zərər çəkmiş fiziki şəxsin, yaxud mülki iddiaçı və ya mülki cavabdeh olan fiziki şəxsin qanuni mənafeyini təmsil etmək üçün notariat qaydasında təsdiq edilmiş etibarnaməsi olan yaxın qohumu; 102.2.3. zərər çəkmiş hüquqi şəxsin, yaxud mülki iddiaçı və ya mülki cavabdeh olan hüquqi şəxsin qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri. Hüquqi məsələlər: Hazırki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 noyabr 2021-ci il tarixli qəra rından verilmiş kassasiya müraciətlərinin məzmunundan göründüyü kimi, dövlət ittihamçısı İ.N.Cəfərzadə tərəfindən verilmiş kassasiya protestində iş üzrə araşdırılmış sübutlara düzgün qiymət verilməməsi, bunun nəticəsində məhkumlar Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 cinayət əməllərinin düzgün tövsif edilməyərək onların rüşvət alma əməllərinin əsassız olaraq vəzifədən sui-istifadə kimi qiymətləndirilməsi, Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamın həcminin isə düzgün olmayaraq azaldılması, eyni zamanda Təqsirləndirilən şəxs2 başqa digər məhkum olunmuş şəxslərə açıq-aşkar yüngül cəzaların təyin edilməsi, kassasiya şikayətlərində isə- sübutların CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun qaydada tədqiq edilməməsi və Təqsir ləndirilən şəxs1, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 əsassız olaraq məhkum olunmaları iddia olunur. Beləliklə, kassasiya müraciətlərinin müəllifləri ümumilikdə öz kassasiya müraciətlərini CPM-nin 416.1.2, 416.1.11, 416.1.15 və 416.1.21ci maddələrində məhkəmə hökmünün və ya qərarının kassasiya qaydasında ləğv edilməsini, yaxud da dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişlər. CPM-nin 416.1.2, 416.1.11, 416.1.5 və 416.1.21-ci maddələrinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.11. məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda; 416.1.15. məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə; 416.1.21. məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestini, məhkumlar Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs2 və müdafiəçilər E.S.Vəliyev, R.A.Bayramov və E.M.Quliyev tərəfindən isə verilmiş kassasiya şikayətlərini CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar olaraq Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 noyabr 2021 -ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. CPM-nin 419.11-ci maddəsinin tələblər inə görə isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarına, yəni cinayət qanununun və CPMnin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Cinayət-prosessual qanunvericiliyinin tələbl ərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Bununla bağlı məhkəmə kollegiyası onu da qeyd etməyi lazım bilir ki, istər təqsirləndirilən şəxslərin, istərsə də şahidlərin məhkəmə iclaslarında verdikləri ifadələrlə onla rın hər birisinin ayrıayrılıqda məhkəməyədək icraat zamanı verdikləri ifadələr arasında ziddiyyətlərin olması müəyyən edildikdə məhkəmə həmin şəxslərin ilkin və ya ibtidai araşdırma zamanı verdikləri ifadələri elan etməklə tədqiq etməli, ziddiyyətlərin səbəbləri ydınlaşdırılmalı, qəbul etdiyi yekun məhkəmə aktında isə bu ifadələrə qanuna müvafiq qaydada qiymət verməklə onların hansına üstünlük verməsini əsaslandırmalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bununla yanaşı, o, da nəzərə alınmalıdır kassasiya müraciətləri birinci instansiya məhkəməsinin hökmündən və ya qərarından verilmiş apellyasiya müracitlərinin məzmunu ilə, habelə bu müraciətlərdə irəli sürülmüş dəlillərlə və tələblərlə eynilik təşkil etdikdə, kassasiya kollegiyasının üzərinə düşən vəzifələrdən biri də apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətlərinn və ya apellyasiya protestlərinin dəlillərinin iş materialları ilə müqayisəli şəkildə, lazım olan hallarda isə - tam və ya qismən məhkəmə istintaqı aparılmaqla yoxlanılıb-yoxlanılmaması, həmin dəlillərə qəbul edi lmiş yekun məhkəmə aktında əsaslandırılmış cavablar verilib-verilməməsini aydınlaşdırmaqdan və nəticədə maddi və prosessual qanunvericiliklərinin normalarının tələblərinə düzgün əməl edilib-edilməməsini, yəni CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilib-verilməmsini müəyyən etməkdən ibarətdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hökmündən və ya qərarından verilmiş apellyasiya şikayətlərinə və ya apellyasiya protestlərinə baxan apellyasiya instansiyası məhkəməsinin vəzifəsi təkcə həmin müraciətlər üzrə dəlillərin dinlənilməsindən və qanunun düzgün tətbiq edilib-edilməməsini yoxlamaqdan deyil, həm də faktları da araşdırmaq səlahiyyəti olan məhkəmə kimi istər ibtidai araşdırma zamanı və birinci instansiya məhkəməsinin məhkəmə ic lasında aparılmış araşdırmaların, istərsə də özünün apardığı araşdırmanın nəticələrinə əsasən apellyasiya müraciətlərində irəli sürülmüş dəlillərə əsaslandırılmış və inandırıcı cavab verməkdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu tələblərə cavab verilməməklə qəbul edilmiş yekun məhkəmə aktı qanunvericiliyin tələblərinə cavab verən akt hesab edilə bilməz. Təqsirləndirilən şəxs1 və başqalarının barələrindəki Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 noyabr 2021-ci il tarixli qərarının cinayət işinin materialları ilə birgə təhlili göstərir ki, hazırki iş üzrə Şəki Ağır Cinayətlər Məhkəməsi tərəfindən çıxarılmış 30 iyul 2021-ci il tarixli hökmündən verilmiş və kassasiya müraciətləri ilə məzmunca eynilik təşkil edən apellyasiya protestinə və apellyasiya şikayətlərinə baxan apellyasiya instansiyası məhkəməsinin yuxarıda şərh olunan tələblərə, xüsusilə də CPM-nin 397 və 398-ci maddələrinin tələblərinə əməl etməmişdir. Bu qənaəti ilə bağlı məhkəmə kollegiyası ilk növbədə kassasiya protestində irəli sürülmüş dəlillərə cavab verilməsi üçün cinayət işinin materiallarını öyrənərək aşağıdakıları vurğulayır. Əvvəla, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 CM-nin 311.3.3-cü maddəsi ilə ittiham elan olunmuşdur ona görə ki, o, Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru vəzifəsində işləyərkən vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətin müqabilində, yəni 2020-ci ilin yanvar ayında X5 Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin tabeliyində olan meşələrdən 33,92 m3 palıd ağaclarının, 32,38 1 m3 fıstıq ağaclarının, cəmi 66,301 m3 ağacların, habelə 21 ədəd xan çinarı ağacının qanunsuz kəsilib satılması, 70 ədəd əkin üçün köklü ağacların meşədən qanunsuz çıxarılıb satılması müqabilində maddi nemət olan 49.700 manat pul vəsaitini xidməti otağında özü üçün birbaşa yolla şəxsən rüşvət qismində istəyərək sonuncunun razılığını alıb, bundan sonra cinayətkar niyyətini davam etdirərək X5dan həmin məqsədlə özü üçün birbaşa yolla şəxsən 13 yanvar 2020-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayonda yerləşən “Pinkhause” restoranında 8.400 manat, 6 fevral 2020-ci il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzində öz xidməti otağında 5.000 manat, 22 fevral 2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Zəfəran” restora nında 6.300 manat, 9 mart 2020-ci il tarixdə Şamaxı şəhərində yerləşən “Abqora” restoranında 10.000 manat pul vəsaitini alıb, həmin ağacların qanuni şəkildə verilməsi görüntüsünü yaratmaq məqsədilə tamah və sair niyyətlə onun rüşvət almağından xəbərsiz olan mərkəzin baş mühasibi Təqsirləndirilən şəxs3 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında X24 Regional Meşə Təsərrüfatı Mərkəzinin tabeliyində olan Oğuz meşəbəyliyindən 33,92 m3 palıd ağacları, 32,381 m3 fıstıq ağacları, cəmi 66,301 m3 ağac göndərəcəyi halda baş mühasib Təqsirləndirilən şəxs3 işlik materialın satışı ilə əlaqədar rəsmi sənəd olan 20 fevral 2020-ci il tarixli 027334 saylı meşə məhsullarının buraxılış orderinə 12 m3 palıd ağacının, 02 mart 2020-ci il tarixli 027401 saylı meşə məhsullarının bu raxılış orderinə isə 15 m3 fıstıq ağacının göndərilməsi barədə bilə-bilə yalan məlumatlar daxil edilməsi barədə göstəriş verərək sonuncu tərəfindən həmin orderlər tərtib edilib imzalandıqdan sonra idarənin möhürü ilə möhürləyərək X5a guya 27 m3 ağacın anbardan verilməsi görüntüsünü yaradaraq, 33,92 m3 qanunsuz kəsilmiş palıd ağaclarını, 32,381 m3 qanunsuz kəsilmiş fıstıq ağaclarını sonuncuya Bakı şəhəri, Zəngəzur restoranı yaxınlığında yerləşən anbarda və Bakı şəhəri, Hovsan qəsəbəsində təhvil verdikdən sonra qalan 20.000 manat məbləğində pulu ondan istəmiş və qalan qanunsuz kəsilərək veriləcək ağaclar üçün X5dan istədiyi, lyuminofor tozla tozlandırılmış 200 ədəd 100 manatlıq pul əskinazlarını, cəmi 20.000 manat pul vəsaitini Ünvan10-də yerləşən Azərbaycan Respublikası Ekologiya və Təbii S ərvətlər Nazirliyinin Qəbələ Regional Meşə Təsərrüfatı mərkəzində öz xidməti otağında özü üçün birbaşa yolla şəxsən almaqla qanunsuz hərəkətlərə görə ümumilikdə vahid niyyətlə maddi nemət olan 49.700 (qırx doqquz min yeddi yüz manat) manat məbləğində külli miqdarda pul vəsaitini rüşvət qismində istəməklə almış, tamah və sair niyyətlə Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı cinayətini törətmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının da razılaşdığı Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmünə görə isə, birinci instansiya məhkəməsi bu epizod üzrə Təqsirləndirilən şəxs1 həqiqətən ona müraciət etmiş Şahid1 müxtəlif növ və ölçüdə ağacların və ağac məmulatlarının satılması müqa bilində sonuncudan cəmisi 49.700 manat pul vəsaitini istəyərək alması barədə ibtidai araşdırma orqanının müəyyən etdiyi halların araşdırılmış sübutlara uyğun olması barədə nəticəyə gəlsə də, məhkəmələr məhkum olunmuş Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5 və şahidlərin, o cümlədən Şahid1 cinayət təqibinin müxtəlif mərhələlərində biri digərinə ziddiyyət təşkil edən ifadələrinə əsaslanaraq, lakin bu ifadələri və digər sübutları obyektiv və işin faktiki hallarına uyğun qaydada təhlil etməyərək, onları CPM-nin 143-146-cı maddələrinin tələblərinə əsasən qiymətləndirmədən, sübutların bir hissəsinin qəbul edilməsi, digər hissəsinin isə rədd edilməsi motivlərini əsaslandırmadan Təqsirləndirilən şəxs1 yuxarıda şərh edilən əməlinin rüşvət alma deyil, işdən kənar gəlir əldə etmək məqsədi ilə ticarətlə məşğul olması barədə nəticəyə gəlmiş, lakin özlərinin gəldiyi bu nəticəyə zidd olaraq eyni zamanda Təqsirləndirilən şəxs1 həmin əməlini vəzifə səlahiyyətlərinin icrası ilə əlaqədar törətməsi, bunun nəticəsində isə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifədən sui-istifadə etmə cinayəti kimi qiymətləndirərək CM-nin 308.1-ci maddəsi ilə tövsif edilməsini məqsədə müvafiq hesab etmişlər. Məhkəmələrin təhlil edilən epizod üzrə gəldikləri nəticəyə görə, Təqsirləndirilən şəxs1 müvafiq normativ hüquqi aktlara əsasən təşkilati-sərəncamverici və inzibatitəsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs olduğu halda, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlü k əldə etmək məqsədilə Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin adından fərdi qaydada yaşıllaşdırma xidməti göstərək 2020ci ilin yanvar ayında müxtəlif yerlərdən əldə etdiyi ağac və ağac məmulatlarının satılması, ağacların doğranması, tinglərin təminatla əkilməsi və daşınması müqabilində maddi nemət olan 49.700 manat pul vəsaitini xidməti otağında özü üçün şəxsən X5 istəyərək, satdığı ağac və ağac məmulatları, o cümlədən 20 fevral 2020-ci il tarixli 027334 saylı meşə məhsullarının buraxılış orderinə 12 m3 palıd ağacının, 02 mart 2020-ci il tarixli 027401 saylı meşə məhsullarının buraxılış orderinə isə 15 m3 fıstıq ağacının satılması, habelə onların doğranması və daşınması, tinglərin təminatla əkilməsi müqabilində X5dan şəxsən 13 yanvar 2020-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu, 8-c i mikrorayonda yerləşən “Pinkhause” restoranında 8.400 manat, 6 fevral 2020-ci il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qəbələ regional meşə təsərrüfatı mərkəzində öz xidməti otağında 5.000 manat, 22 fevral 2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Zəfəran” restoranında 6.300 manat, 9 mart 2020-ci il tarixdə Şamaxı şəhərində yerləşən “Abqora” restoranında 10.000 manat və 10 mart 2020-ci il tarixdə cəmi 20.000 manat pul vəsaitini Ünvan10-də yerləşən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qəbələ regional meşə təsərrüfatı mərkəzində öz xidməti otağında şəxsən almaqla vahid niyyətlə dövlətin ekologiya, ətraf mühitin qorunması, təbiətdən istifadənin təşkili sahəsində apardığı siyasətə kölgə salınmasına, əhali arasında nüfuzdan salınıb, vətəndaşların qarşısında etimadsızlığına səbəb olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, habelə baş mühasib Təqsirləndirilən şəxs3 rəsmi sənəd olan 02 mart 2020-ci il tarixli xxxxx1 saylı meşə məhsullarının buraxılış orderinin tərtib edilməsi barədə göstəriş verib, həmin orderə gözətçi tərəfindən imzalanması barədə yalan məlumatların daxil edildiyini bildiyi halda idarənin möhürü ilə möhürləyərək, həyata keçirdiyi işlərin tezləşdirilməsi kimi sair niyyətlə Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı cinayətini törətmişdır. Bu nəticəyə gələrkən birinci ins tansiya məhkəməsi iş üzrə dindirilmiş çoxsaylı şahidlərin, o cümlədən Şahid1 ibtidai araşdırma zamanı verdikləri ifadələri nəzərə almayraq onları sübut növü kimi qəbul etməkdən imtina etsə də, həmin ifadələrin alınması zamanı buna əsas ola bilən və CPM-nin 125.2-ci maddəsində göstərilən hər hansı pozuntunu müəyyən etməmiş, digər tərəfdən isə şahidlərin yalnız məhkəmə iclasında verdikləri ifadələrininin sübut kimi qəbul edilməli olması barədə nəticəsini yalnız subyektiv mülahzələrə (şahidlərin məhkəməyədək icraat zamanı müvafiq protokollarda əksini tapmış ifadələrin onlar tərəfindən verilməməsinə və həmin protokolların şahidlər tərəfindən oxunmayaraq imzalanmasına) əsaslanaraq qəbul etməsi barədə nəticəyə gəlmiş, iş üzrə heç bir araşdırma aparmayan və işə məhkəmə istintaqı aparılmadan baxmı ş apellyasiya instansiyası məhkəməsi də bu nəticəni əsaslı hesab etmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası onu da qeyd edir ki, məhkəmələr Təqsirləndirilən şəxs1 Şahid1 qanuni yolla əldə olunmuş ağacları və ağac məmulatlarını satması və məhz buna görə ondan 49.700 manat məbləğində pul vəsaitini alması barədə nəticəyə gəlsələr də, göstərilən əmlakın əldə edilərək satılmasının məhz həmin məbləğdə pula başa gələ bilməsi, X5a məxsus Bakı şəhərində yerləşən “Zəngəzur” restoranının yaxınlığındakı anbarda aşkar edilmiş müxtəlif növ ağacların həqiqətən hamısının qanuni yolla əldə edilib-edilməməsi üzrə lazımi araşdırma aparmamış, belə nəticəni mötəbər şəkildə təsdiq edən əsaslı sübutlar əldə olunmamış və bu nəticə yalnız Təqsirləndirilən şəxs1 özünü müdafiə xarakterli ifadələrinə, onu müdafiə edən şahidlərin, o cümlədən Şahid1 ziddiyyətli ifadələrinə əsaslanmışdır. Şərh olunan epizodla bağlı hallara dair digər sübutlar həm ittiham aktında, həm də məhkəmə aktlarında, habelə kassasiya protestində ətraflı şərh edildiyindən, məhkəmə kollegiyası bu sübutları təkrarən təsvir etməyi zəruri bilmir, lakin qeyd edir ki, yuxarıda göstərilən çatışmazlıqlarla Təqsirləndirilən şəxs1 törətdiyi əməllərə ziddiyyətli qiymət verərək onun CM-nin 311.3.3-cü nəzərdə tutulmuş cinayəti törətməməsi barədə məhkəmələrin gəldikləri nəticə özü də ziddiyyətlidir. Bununla yanaşı, o da qeyd olunmalıdır ki, həm ibtidai araşdırma zamanı toplanmış, həm də birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış sübutlara əsasən çıxarılmış hökmdən və həmin hökmün qüvvədə saxlanılması haqqında qərardan Təqsi rləndirilən şəxs1 vəzifə səlahiyyətlərinin icrasından kənar fərdi sahibkarlıq fəaliyəti ilə məşğul olaraq Şahid1la 49.700 manat məbləğində pul müqabilində ona ağacların və ağac məmulatlarının satılması barədə sövdələşib bu sövdələşməyə uyğun olaraq vədinin bir hissəsini yerinə yetirməklə rəhbərlik etdiyi Mərkəzin tabeliyində olan meşələrdən deyil, başqa yerlərdən ağaclar alıb Fəxrəddin Bədəlova satmasının hansı sübutlara əsasən müəyyən edilməsi, bu hərəkətləri etdiyi halda hansı səbəblərə görə X5un adına ona sonuncuya məxsus anbarda aşkar ediləndən də az həcmdə ağacların satılması barədə orderlər yazılaraq onun adından "xxxx" ASC vasitəsilə Mərkəzin hesabına ağacların dəyərindən qat-qat az miqdarda pulun ödənilməsi, ümumiyyətlə Təqsirləndirilən şəxs1 təhlil edilən əməllərinin onun vəzifə s əlahiyyətlərinin yerinə yetirməsi ilə əlaqədar olması və bu əməllərinin nəyə görə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qanunla qorunan mənafelərinə mühüm zərər vurması görünmür. Məhkum Təqsirləndirilən şəxs5 ona qarşı CM-nin 311.2-ci maddəsi ilə irəli sürülmüş ittihamın istisna edilməsi ilə bağlı kassasiya protestinin dəlillərinə cavab verərək məhkəmə kollegiyası əvvəla qeyd edir ki, Təqsirləndirilən şəxs5 ibtidai araşdırma orqanı tərəfindən göstərilən maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir ona görə ki, o, Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin Oğuz meşəbəyliyindən qanunsuz ağac kəsilməsinə şərait yaradılması müqabilində 2020-ci ilin yanvar ayında cinayətdən xəbərsiz Şahid5 və Şahid13 vasitəsilə Şahid16 xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar qanunsuz hərəkətə görə, özü üçün vasitəçidən istifadə etməklə maddi nemət olan 400 manat pulu rüşvət qismində almışdır. Birinci instansiya məhkəməsi isə belə qənaətə gəlmişdir ki, Təqsirləndirilən şəxs5 Oğuz meşəbəyliyinin ərazisindən qanunsuz ağac kəsmələrinə şərait yaratmaq üçün meşəbəyliyin dolayılarında cinayətdən xəbərsiz olan gözətçilərə həmin şəxslərin qanunsuz ağac kəsdiyi vaxtlarda müvafiq ərazilərə getməmələrini tapşıraraq onlara müraciət etmiş Şahid16 verilməsi üçün Şahid5 tərəfindən 2020-ci ilin yanvar ayında Oğuz meşəbəyliyinin 3 saylı dolayısından cəmi 20 ədəd, həcmi 25,11 m3 ölçüdə palıd ağaclarının qanunsuz kəsilməsi nəticəsində meşə fonduna 463 manat ziyan vurulmasına səbəb olmuş vəzifə səlahiyyətlərindən sui- istifadə etmişdir. Bu əməli törətməsi ilə bağlı Tə qsirləndirilən şəxs5 məhkəməyədək icraat zamanı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən göstərmişdir ki, 2020-ci ilin yanvar ayında əvvəllər meşə massivlərindən palıd ağaclarını kəsərək satmaqla məşğul olan Şahid5la görüşmüş, ona meşədən gizli qaydada palıd ağaclarının 0,55 metr uzunluqda parket reykası üçün doğrayaraq Şahid16 adlı Oğuz şəhərində yaşayan şəxsə verməsini və bunun müqabilində zəhmət haqqı olaraq hər reysə görə 40-60 manat veriləcəyini bildirmişdir. Zaur da razılaşaraq hava şəraiti imkan verdiyi vaxtlarda onun tapşırığı ilə 3 saylı dolayın gözətçisi Şahid13 ərazisindən palıd ağaclarını kəsərək idarə etdiyi “Uaz” markalı ** BA *** nömrəli avtomobillə gətirib Şahid16 verməyə başlamışdır. Ümumilikdə Şahid5 Şahid13 gözətçisi olduğu meşə dolayısından 10 ədəd palıd ağaclarını onun tapşırığı ilə qanunsuz olaraq kəsmişdir. Qanunsuz kəsilmiş ağaclara görə Şahid16la birbaşa hesablaşmış, lakin bir neçə dəfə ağaclara görə pulu ona Şahid13 vermişdir. Şahid16 0,55 metr uzunluqda reyka üçün palıd kötüklərini kimə satdığını bilmir. Şahid5 ibtidai istintaq zamanı göstərmişdir ki, 2019-cu ilin dekabr ayında meşəbəyi Təqsirləndirilən şəxs5 ona meşə məhsullarının buraxılış orderinə dair rəsmi sənəd verməyəcəyini, lakin müəyyən qeyri-rəsmi əmək haqqı müqabilində onun təklif etdiyi şəxsə ağac kəsib verə biləcəyini demiş, ailəsini dolandırmaq üçün Təqsirləndirilən şəxs5ın bu təklifi ilə razılaşmışdır. Təqsirləndirilən şəxs5 ona Şahid13 gözətçi olduğu Oğuz meşəbəyliyinin 3 saylı dolayısından hava şəraiti imkan verdiyi vaxtlarda idarə etdiyi **-BA*** dövlət qeydiyyat n işanlı UAZ markalı avtomaşını ilə palıd ağaclarını motorlu mişarla kəsərək 0,55 metr uzunluqda parket reykası üçün doğrayaraq gətirib Oğuz şəhəri, Gənclik qəsəbəsində Şəkili Xın tikinti materialları mağazasının yanında yaşayan, əslən Laçın rayonundan olan Şahid16 həyətinə təhvil verməyi bildirmişdir. Təqsirləndirilən şəxs5la razılaşaraq 2020-ci ilin yanvar ayından başlayaraq ümumilikdə 10-15 ədəd palıd ağaclarını qanunsuz olaraq Təqsirləndirilən şəxs5 tapşırığı ilə kəsərək 0,55 metr ölçüdə doğrayıb Şahid16 təhvil vermişdir. Hər reysə görə çəkdiyi xərci və iş üçün 40-60 manat məbləğində pulu Təqsirləndirilən şəxs5ın tapşırığı ilə Şahid16 almış, qanunsuz kəsilmiş palıd ağaclarına görə Şahid16 Təqsirləndirilən şəxs5lə birbaşa hesablaşmış və yalnız iki dəfə - hər dəfəyə 200 manat olmaqla Şahid 16 pulu alıb Təqsirləndirilən şəxs5 çatdırılması üçün meşə gözətçisi Şahid13 vermişdir. Hər dəfə qanunsuz ağac kəsilməsi üçün Təqsirləndirilən şəxs5 onu meşəyə göndərəndə kəsilmiş ağacı gizlətmək məqsədi ilə palıd ağaclarını mümkün qədər dibdən kəsməsini, kəsdikdən sonra qırıntıları toplayıb meşənin başqa yerlərinə atmasını, kötüyün görünən hissəsini isə torpaq və ya yarpaqlarla bağlamasını tapşırmış, o, da bu tapşırıqları yerinə yetirmişdir. Şahid5 bu ifadələri yerində yoxlanılarkən o, Müdafiəçi8 tapşırığı ilə Şahid16 üçün 2020-ci ilin yanvar ayında qanunsuz olaraq kəsdiyi 11 ədəd palıd ağaclarının kötüklərinin yerini əyani olaraq göstərmişdir. Xə qarşı irəli sürülmüş ittihamın təhlil edilən hissəsinin (Təqsirləndirilən şəxs5 qanunsuz ağacların kəsilməsinə göstəriş verərək bunun müqabil ində 400 manat məbləğində pulu rüşvət qismində alması epizodu üzrə) ibtidai araşdırma zamanı həm adı çəkilən şahidin məhkəməyədək icraat zamanı verdiyi ifadələrlə, digər şahidlərin ifadələri ilə və iş üzrə toplanmış sübutlarla təsdiq olunması həm ittiham aktında, həm də kassasiya protestində göstərilsə də, göründüyü kimi, məhkəmələr bu epizodla bağlı da məhkum olunmuş şəxsin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələrə istinad edərək fərqli nəticəyə gəlmiş, gəldikləri nəticəni isə belə əsaslandırmışlar ki, ibtidai araşdırma zamanı Azərbaycan Respublikası DİN-in BMCMİ-nin əməkdaşları tərəfindən şahidərin dindirilməsi səthi aparılmış, zəruri hallarla bağlı, o cümlədən rüşvətin istənilməsi və rüşvətin verilməsi tarixləri, yerləri, məbləğləri və sair xüsatlarla bağlı suallar qoyulmamış dır. Lakin, iş materiallarından görünür ki, bir tərəfdən məhkəmələr də, gəldikləri qənaətə görə, ibtidai araşdırma zamanı yol verilmiş bu çatışmazlıqların aradan qaldırılması üçün lazımi araşdırmanın aparılmasını təmin etməmiş, təhlil edilən epizod üzrə dindirilmiş şahidlərin ifadələrini elan etməklə və yekun məhkəmə aktlarına daxil etməklə kifayətlənmiş, ziddiyyətli ifadələrlə bağlı hər hansı müqayisəli təhlil və qiymətləndirmə aparmamış, lakin bununla belə Təqsirləndirilən şəxs5 onun tabeliyində olan meşəbəyliyin dolayılarından qanunsuz ağacların kəsilməsinə göstəriş verməsi hisəssində həm ibtidai araşdırma orqanının mövqeyi ilə və dindirilmiş şahidlərin ibtidai araşdırma zamanı verdikləri ifadələri ilə qismən razılaşmışlar (halbuki həm Şahid5, həm də şahidlər Şahid13 və Şahid16 məhkəmə iclasında Təqsirləndirilən şəxs5 ümumiyyətlə qanunsuz olaraq ağacların kəsilməsi barədə göstəriş və ya razılıq verməsini inkar etmişlər). Yəni nəticə etibarı ilə, məhkəmələr mötəbər hesab etmədikləri sübutlara əsasən Təqsirləndirilən şəxs5 Oğuz meşəbəyliyinin 3 saylı dolayısından qanunsuz olaraq palıd ağaclarının kəsilməsinə göstəriş verməsi faktınının sübuta yetirilmiş hesab etmiş, onun bu əməlini isə vəzifədən sui-istifadə etmə cinayəti kimi qiymətləndirmişlər. Məhkəmə kollegiyasının qənaətinə görə, belə hal da yenə məhkəmələrin CPM-nin 143-146-cı maddələrində nəzərdə tutulmuş qaydada araşdırılmış sübutlara onların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymtələndirməmələrinə dəlalət edir. Eyni zamanda məhkəmə kollegiyası təhlil edilən epizod üzrə ibtidai araşdırma zamanı həm Şahid 5, həm də başqa şahidlərin dindirilmələri, habelə digər sübutların toplanılması zamanı CPM-nin 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməsini müəyyən etməmişlər. Bundan başqa, kassasiya protestində qeyd olunur ki, məhkəmələr məhkum Təqsirləndirilən şəxs4 Oğuz rayon sakini Şahid11 Xaçmaz meşəbəyliyinə aid olan meşədən qanunsuz ağac kəsməsi üçün şəraitin yaradılması müqabilində ondan 300 manat məbləğində pulu rüşvət qismində almasına dair Təqsirləndirilən şəxs4 qarşı irəli sürülmüş ittiham üzrə də düzgün nəticəyə gəlməmişlər. Kassasiya protestinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə təhlil edən məhkəmə kollegiyası qeyd edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs4 qarşı CM-nin 311.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona g örə ki, o, Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin Xaçmaz meşəbəyliyindən qanunsuz ağac kəsilməsinə şərait yaradılması müqabilində Şahid11 2020-ci ilin mart ayında Oğuz rayonu, Xaçmaz kəndi ərazisində özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 300 manat məbləğində pul vəsaitini rüşvət qismində istəməklə almışdır. Bu epizodla bağlı birinci instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs4 300 manat məbləğində pulu Şahid11 qanuni şəkildə ağac kəsməsi üçün müvafiq ödəniş etmək məqsədi ilə almış və yalnız həmin vaxtdan sonrakı müddətdə iş günləri olmaması və ilk iş günündə tutulması səbəbindən ödəniş etmək imkanından məhrum olmuşdur. Məhkəmələrin mövqeyinə görə, Təqsirləndirilən şəxs4 bu əməli mənimsəmə kimi qiy mətləndirilə bilərdi, lakin onun aldığı pulun məbləği mənimsəmə cinayətinin tərkibini yaratmadığına görə, göstərilən epizod ona qarşı irəli sürülmüş ittihamdan xaric edilməlidir. İş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarından görünür ki, bu epizodla da bağlı da məhkəmələr ibtidai araşdırma zamanı toplanmış və yalnız birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış sübutları müqayisəli şəkildə qiymətləndirmədən, işin digər faktiki hallarına dair sübutları nəzərə almadan Təqsirləndirilən şəxs4 Şahid11 300 manat məbləğində pulu rüşvət qismində deyil, qanuni yolla ağacların kəsilməsi üçün onun etdiyi ödəniş kimi alması, lakin həmin vaxt imkanı olmadığından bu pulu banka ödəyə bilməməsi barədə qənaətə gəlmişlər. Əvvəla, cinayət işi üzrə toplanmış sübutlardan, o cümlədən məhkum olunmuş şəxslərin ifadələrindən və normativ xarakterli sənədlərin tələblərindən görünür ki, hər hansı şəxsə işlik və ya odun kimi istifadə etməsi üçün ağac məmulatları lazım olduqda, o, bu haqda ərizə ilə müvafiq Meşə Təsərrüfatı Mərkəzinin rəhbərinə ərizə ilə müraciət edərək həmin əizədə lazım olan ağacların növünü və miqdarını göstərməli, ərizə Mərkəzin rəhbərliyi tərəfindən öyrənilib təhlil edildikdən və vətəndaşın ona verilməsini xahiş etdiyi növdə və miqdarda ağacların Mərkəzin anbarında və ya hər hansı meşəbəyliklərdə olması müəyyən olunduqda, onların anbardan və ya müvafiq meşəbəyliklərə aid meşələrdən buraxılmasına icazə verilib verilməməsi barədə qərar qəbul olunur, ərizə müsbət həllini tapdıqda isə ağaclar və ya ağac məmulatları verilməzdən əvvəl vətəndaş həmin ağacların dəyəri m əbləğində pulu Mərkəzin istənilən bankda olan hesabına pulu ödəməli və bu haqda bank qəbzini Mərkəzə təqdim etməlidir. Yalnız bundan sonra Mərkəzin mühasibatlığı tərəfindən meşə məhsullarının buraxılmasına dair order tərtib edilir və həmin orderdə göstərilən müvafiq növdə və miqdarda ağac məhsulları vətəndaşa verilir. Lakin, hətta Şahid11 300 manat məbləğində pulu ona lazım olan fıstıq ağaclarının qanuni yolla verilməsi müqabilində ödəniş etmək məqsədilə aldığını etiraf edən Təqsirləndirilən şəxs4 ifadələrinə görə də, sonuncu rəhbərlik etdiyi Xaçmaz meşəbəyliyinin ərazisində ağacların kəsilməsinə icazə verərkən bununla bağlı qaydalara əməl etməmiş, Şahid11 ona ağacların verilməsi barədə ərizəsi alınmamış (belə bir ərizə ibtidai araşdırma zamanı və məhkəmə baxışı iclasında aşkar edilməmişdi r), Təqsirləndirilən şəxs4 isə pulu buna qədər tələb olunan hərəkətlər edilmədən almış, Xaçmaz meşəbəyləyinin ərazisində 2018-2019-cu illər ərzində fıstıq ağaclarının kəsilməsi nəticəsində isə dövlətə 300 manatdan artıq məbləğdə ziyan vurulmuşdur. Belə ki, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9 oktyabr 2020-ci il tarixli rəyinə görə, 2018-ci il üzrə Şahid6 gözətçisi olduğu Xaçmaz meşəbəylinin dolayısında qanunsuz kəsilən fıstıq ağaclarının sayı 34 ədəd, həcmi 37,32 m3 olmaqla meşə fonduna dəymiş ziyan 587,30 manat, 2019-cu il üzrə isə - həmin dolayıda qanunsuz kəsilən fıstıq ağaclarının sayı 18 ədəd, həcmi 28,82 m3 olmaqla meşə fonduna dəymiş ziyan 673,63 manat təşkil edir. Qeyd olunmalıdır, ibtidai araşdırma zamanı bu ekspertizanın keçirilməsi zərurəti şahidlər Şahid6 və Şahid11 Təqsirlə ndirilən şəxs4 CM-nin 311.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə verdikləri ifadələrə, habelə Şahid11 ifadələrinin yerində yoxlanılması haqqında istintaq hərəkətinin nəticələrinə əsasən yaranmışdır. Burada məhkəmə kollegiyası həmçinin aşağıda göstərilənlərə də müraciət etməyi zəruri sayır. Belə ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 avqust 2018-ci il tarixli xxx/ü saylı əmri ilə təsdiq edilmiş Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin Əsasnaməsindən görünür ki, meşə fondunun qorunub saxlanmasına, meşələrin mühafizə edilməsinə və təkrar istehsalına, meşə təsərrüfatı işlərinin aparılmasında texniki-təhlükəsizlik qaydalarına əməl edilməsinə, meşə mühafizə və meşəbərpa tədbirləri barədə müəyyən olunmuş qaydada dövri hesabatların təqdim edilməsinə görə meşəbəyi məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 26 aprel tarixli 70 nömrəli qərarı ilə təsdiq edilmiş " Meşəqırma qaydaları”na əsasən meşəqırma bileti yerli meşə təsərrüfatı müəssisəsinin direktoru (o, olmadıqda, onun müavini) və baş meşəbəyi (meşə ustası) tərəfindən imzalanır və bu müəssisənin möhürü ilə təsdiq edilir. Oduncağın tədarük və daşınma üzrə möhlət verilərkən meşə təsərrüfatı müəssisəsi tərəfindən meşəqırma biletində müvafiq qeydlər aparılır və bu müəssisənin direktoru (o, olmadıqda, onun müavini) tərəfindən imzalanır və möhürlə təsdiq edilir. Bundan başqa, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 07 aprel 2006-cı il tarixli xxx/Ü nömrəli əmri ilə təsdiq edilmiş “Meşələrin qanunsuz qırıntılardan və digər meşə po zuntularından mühafizəsinin vəziyyətinə operativ nəzarətin təşkili barədə” təlimata görə, meşəbəyilər meşə dolaylarının növbəti, növbədən kənar, nəzarət və qəfləti olaraq təftişini həyata keçirirlər. Cinayət işinin materiallarına əlavə edilmiş “tam maddi məsuliyyət haqqında” fərdi müqavilə sənədləri ilə müəyyən edilir ki, dolayılarda olan maddi sərvətlərin qorunub saxlanılması meşə gözətçilərinə etibar edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 26 aprel tarixli 70 nömrəli qərarı ilə təsdiq edilmiş “Meşəqırma qaydalan”nda meşəqırmanın iki növü fərqləndirilir:
1. Meşə xidməti tədbirləri qismində qırma;
2. Qanunsuz meşəqırma. Meşə xidməti tədbirləri qismində meşələrin qırılması dedikdə, meşələrdə bərpa məqsədi, meşələrə qulluq, sanitariya və az qiymətli meşəliklərin r ekonstruksiyası yaxud başdan-başa sanitariya qırmaları, həmçinin yanğından mühafizə keçidlərinin açılması və digər belə məqsədlər üçün aparılan qırmalardır. Qanunsuz meşəqırma dedikdə isə müvafiq meşəqırma bileti və orderi alınmadan, əksər hallarda yuxarıda göstərilən məqsədlər daşımayan qırmalar başa düşülür. Azərbaycan Respublikası Meşə Məcəlləsinin 34-cü maddəsinin tələblərindən göründüyü kimi, hesablanmış meşəqırma həcmi meşə fondundan səmərəli, uzunmüddətli istifadənin zəruriliyi nəzərə alınmaqla meşə quruluşu işləri aparılarkən müəyyən edilir. Təbiəti mühafizə orqanı ilə razılaşdırılmış meşəqırma həcmi Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Meşə Məcəlləsinin 70-ci maddəsinə əsasən, meşədən oduncaq tədarükü hər bir meşə təsərrüfatı müəssisəsinin ərazisi üz rə hesablanmış meşəqırma həcmində aparılır. Hesablanmış meşəqırma həcmindən artıq miqdarda oduncaq tədarükü qadağandır. Hesablanmış meşəqırma həcmi isə məhz meşə xidməti tədbirləri qismində qırmanı nəzərdə tutur, həmin həcmdən artıq meşəqırma limitin aşılması hesab olunur. Müvafiq meşə təsərrüfatı müəssisəsi üzrə meşəqırma həcmi cari ilin sonunda qırılmış ağacların həcminə əsasən deyil, bir il əvvəldən meşənin ümumi vəziyyəti nəzərə alınmaqla müəyyən edilir. Onu da nəzərə almaq lazımdır ki, meşə xidməti tədbirləri qismində qırma zamanı qocalmış və qurumuş ağac və onun hissələri əvvəlcədən müəyyən edilərək qırma sahələrinə daxil edilərək qırıldığı halda qanunsuz meşəqırma zamanı ağacın növünə, cinsinə, yaşına əhəmiyyət verilmədən meşələr qırılır. Lakin, istər birinci, istərsə də apellyasiya instansiyası məhkəməsi faktiki olaraq qanunsuz meşəqırma ilə məşğul olmuş Şahid11, buna lazımi sənədlər olmadan icazə vermiş Təqsirləndirilən şəxs4 və digər şahidlərin həm məhkəməyədək icraat zamanı, həm də məhkəmə iclasında verdikləri ifadələri, nə də digər istintaq hərəkətləri üzrə nəticələri və başqa sübutları (bu İfadələr və digər sübutlar ittiham aktında və məhkəmələrin qəbul etdkləri yekun məhkəmə aktlarında ətraflı şərh edildiyindən, məhkəmə kollegiyası onların təkrarən təsvir edilməsinə ehtiyac görmür), o cümlədən ağac məmulatlarının qanuni əsaslarla vətəndaşlara buraxılmasını tənzimələyən normativ və qeyri normativ-hüquqi aktların tələblərini nəzərə almadan, araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmədən, Təqsirləndirilən şəxs4 təhlil edilən əməlində mənimsəmə cinayətindən başqa digər cinayətin, o cümlədən vəzifə cinayətinin tərkibinin mövcud olub-olmamasına münasibət bildirmədən onun CM-nin 311.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsinin sübuta yetirilməməsi və bununla bağlı epizodun ona elan olunmuş ittihamdan xaric edilməsini mümkün bilmişlər. Məhkəmə kollegiyası isə vurğulamağı lazım bilir ki, həm CPM-nin tələblərinə, həm də “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixl Qərarında əksini tapmış izah və tövsiyələrə əsasən, şəxsə elan olunmuş ittihamın hər hansı müstəqil erizodu üzrə onun təqsiri sübuta yetirilmədikdə, məhkəmə ona həmin epizod üzrə bəraət verilməsi haqda qərar qəbul edir. Göründüyü kimi, məhkəmələr bu tələbə və tövsiyəyə də əməl etməmişlər. Kassasiya protestində mübahisələndirilən daha bir məsələ Təqsirləndirilən şəxs3 qarşı CM-nin 311.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə onun əməlinin məhkəmələr tərəfindən əsassız olaraq yalnız vəzifə saxtakarlığı kimi qiymətləndirilməsi ilə bağlıdır. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs3 qarşı CM-nin 311.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzində xidməti otağında Şahid20 guya 30 m3 fıstıq cinsindən işlik material verildiyini göstərib, 1490,70 manat müəssisənin "xxxx" ASCdə olan hesab nömrəsinə ödəməsinə nail olduqdan sonra Şahid20 20 m3 işlik material verib, yerdə qalan sair maddi nemət olan 496,69 manat 10 m3 materialı dolayı yolla, şəxsən rüşvət qismində qəbul e dib istintaqla müəyyən olunmayan şəxsə sataraq özü üçün dolayı yolla şəxsən sair maddi neməti rüşvət qismində istəməklə almış, tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı cinayətini törətmişdir. Məhkəmələrin bu epizod üzrə gəldikləri nəticəyə görə isə, Təqsirləndirilən şəxs3 Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzində xidməti otağında işlik fıstıq materialı almaq üçün ona müraciət etmiş Oğuz rayonu, Muxax kənd sakini Şahid20 onun müəssisənin bankdakı hesabına 1490 manat ödəməli olduğunu deyib bu barədə 04 iyul 2019-cu il tarixli 018416 saylı meşə məhsullarının buraxılış orderini tərtib edərək rəsmi sənəd olan orderə zəruri məlumatlar daxil etmiş və Şahid20 30 m3 fıstıq cinsindən işlik material verilməsini təmin edib, orderin meşə məhsullarını n daşınmasına dair qeydlər hissəsində “xx.xx.2019 fıstıq işlik/iri m3 7,50 Kamaz **-BE-***” sözləri qeyd edərək imza olunmadan qalmış “alıcı qrafasında” Şahid20 imzasını saxtalaşdırmaqla özünü sənədləşmədə nöqsanlara yol verməyən nümunəvi işçi olaraq göstərmək kimi sair niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı cinayətini törətmiş, adı çəkilən məhkumun 496,69 manat dəyərində 10 m3 materialı dolayı yolla, şəxsən rüşvət qismində qəbul edib istintaqla müəyyən olunmayan şəxsə sataraq özü üçün dolayı yolla şəxsən sair maddi neməti rüşvət qismində istəməklə alması isə təsdiq edilməmişdir. Bu epizod üzrə şahid qismində dindirilmiş Şahid20 məhkəməyədək icraat zamanı göstərmişdir ki, o, Oğuz rayonunun Daşağıl kəndi ərazisində yerləşən meşədən fıstıq ağacl arının ona satılması barədə Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin Daşağıl meşəbəyliyinin sahə rəisi Şahid29 müraciət etmiş, sonuncu isə bunun üçün həmin Mərkəzin mühasibi Təqsirləndirilən şəxs3 müraciət etmək lazım olduğunu bildirmişdir. Buna görə o, Qəbələ şəhərində yerləşən həmin Mərkəzə gedib Təqsirləndirilən şəxs3la görüşərək ondan fıstıq ağacları istəmiş, Təqsirləndirilən şəxs3 isə həmin ağacları götürə biləcəyini, lakin bunun ona baha başa gələcəyini, 20 m3 işlik fıstıq ağacı üçün 1490 manat pul aparıb banka köçürməli olduğunu demiş, Təqsirləndirilən şəxs3 dediyi məbləği aparıb banka ödəyərək qəbzlə Təqsirləndirilən şəxs3 yaxınlaşmış, Təqsirləndirilən şəxs3 ona 018416 nömrəli 04 iyul 2019-cu il tarixli meşə məhsullarının buraxılması barədə order tərtib edib vermiş və demişdir k i, orderi Şahid29 versin, orderdə göstərilən 30 m3 ağaclardan 20 m3-ni isə ondan götürüb aparsın. Bundan sonra o, 3 dəfəyə idarə etdiyi “Kamaz” markalı 48-BE-88 dövlət nömrə nişanlı avtomaşınla 20 m3 ölçüdə fıstıq ağaclarının kötüklərini Şahid29 götürmüş və hər dəfə orderə imza edərək həmin kötükləri Göyçay rayonunda olan Xun sexinə apararıb hər reysə görə Xdan 1000 manat məbləğində pul almışdır. 20 m3 fıstıq ağacları götürdükdən sonra orderi Şahid29 qaytarmışdır. Bir müddət sonra X ona zəng edib tutulduğunu və sənəd lazım olduğunu dediyindən orderi şahid10dan almış, orderə baxanda cəmi 3 dəfə maşınla yük apardığı halda 4-cü dəfə də material aparmasının qeyd olunduğunu görmüşdür. Şahid20 həmçinin ifadəsində göstərmişdir ki, cəmi 20 m3 fıstıq ağacı almış, qalan 10 m3 ağacı kimin aldığını bi lmir, yəni Təqsirləndirilən şəxs3 orderdə onun 30 m3 ağac aparmasına icazə verildiyini göstərsə də, özü şifahi olaraq orderdə yazılan 30 m3 ağacdan yalnız 20 m3 material apara biləcəyini demiş, yerdə qalan 10 m3 ağacı isə istədiyi adama istədiyi qiymətə satmışdır. Sənəddə göstərilən xx.xx.2019-cu il tarixdə guya onun 7,5 m3 fıstıq ağacları qəbul etməsi barədə qeyd edilmiş qrafada qəbul edənin qarşısında imza ona məxsus deyil, həmin imzanı o, icra etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid20 ibtidai araşdırma zamanı verdiyi ifadəsini oxumadan imza etdiyini bildirərəki Təqsirləndirilən şəxs3 mənafeyinə uyğun xüsusatları göstərib ondan aldığı orderə əsasən meşədən 30 m3 ağac apardığını, sonuncuya rüşvət qismində ağac vermədiyini göstərmişdir. Şahid20 məhz ibtidai araşdırma zaman ı dindirilərkən göstərdiyi hallar 9 oktyabr 2020-ci il tarixli 4/832 saylı məhkəmə-xəttşünaslıq ekspertizasının rəyi ilə də təsdiq edilmişdir. Belə ki, həmin rəyə əsasən müəyyən edilmişdir ki, ekspertizaya təqdim olunmuş ƏİK seriyalı 018416 nömrəli 04 iyul 2019-cu il tarixli meşə məhsullarının buraxılış orderində “orderi aldım” qrafasındakı imza, “Alıcı imzası” qrafasında “xx.xx.2019, “xx.xx.2019”, “xx.xx.2019” tarixlərinə aid imzalar Şahid20 tərəfindən icra olunmuşdur. Eyni zamanda rəydə qeyd olunmuşdur ki, tədqiqat obyekti olan orderin “Alıcı imzası” qrafasında "xx.xx.2019” tarixinə aid imzalar Şahid20 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuş, həmin imzanın Təqsirləndirilən şəxs3, Şahid29 tərəfindən icra edilibedilməməsini müəyyən etmək mümkün olmamışdır, çünki bu imza oxşadılm aqla icra edilmişdir. Bu sübutların föqündə işə mahiyyəti üzrə baxmış birinci instansiya məhkəməsi toplanmış sübutlar üzrə ziddiyyətləri aşkar eməsinə baxmayaraq və təhlil edilən epizod üzrə araşdırılmış sübutları qanuna müvafiq qaydada qiymətləndirməyərək, digər tərəfdən anlaşılan olmayan şəkildə yuxarıda göstərilən epizoda aid ifadələri xaric etməklə (haradan və hansı ifadələri dəqiq göstərmədən) kifayətlənərək bunun səbəini çıxardığı hökmdə əsaslandırmamış, apellyasya instansiyası məhkəməsi isə həmin məhkəmənin gəldiyi bu nəticə ilə də razılaşmışdır. Halbuki, qeyd olunan epizod üzrə həqiqətin müəyyən edilməsi üçün Şahid20 fıstıq ağaclarını verdiyi Xun da dindirilməsi, bu zaman ona verilmiş ağacların miqdarının dəqiq müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb etsə də, öz məzmununa görə kassa siya protestinin dəlillərinə münasibətdə eynilik təşkil edən apellyasiya protestinə baxan apellyasiya instansiyası məhkəməsi Şəki Ağır Cinayətlər Məhkəməsinin yol verdiyi bu çatışmazılığın aradan qaldırılması üçün heç bir hərəkət etməmişdir. Kassasiya protestinin yuxarıda şərh edilən dəlillərindən çıxış edərək məhkəmə kollegiyası törədilməsinə görə CM-nin 311-ci maddəsində nəzərdə tutulmuş rüşvət alma (passiv rüşvətxorluq) cinayətinə təfsir verməyi məqsədə müvafiq hesab edir. CM-nin 311.1-ci maddəsində rüşvət alma dedikdə, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitə çidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi başa düşülür. Təhlil edilən cinayətin obyektiv cəhətinə daxil olan əməl kimi rüşvət alma dedikdə, vəzifəli şəxsin rüşvət verənin və ya onun təmsil etdiyi şəxsin xeyrinə göstərdiyi "xidmət" müqabilində maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması, yaxud bu barədə təklif və ya vədi qəbul etməsi nəzərdə tutulmuşdur. Rüşvət vəzifəli şəxsin vəzifə səlahiyyətlərinə daxil və ya onun öz qulluq mövqeyinə görə yardım edə bildiyi hərəkətləri (hərəkətsizliyi) etməsinə görə, yaxud xidmət üzrə ümumi himayədarlığa və ya laqeydliyə görə verilir. Rüşvət almaya görə cinayət məsuliyyəti rüşvətin vəzifəli şəxs tərəfindən nə vaxt (müəyyən hərəkət və ya hərəkətsizliyin edilməsindən əvvəl və ya sonra) alınmasından, hətta rüşvət verənin mənafeyi üçün müəyyən işlərin görülübgörülməməsindən asılı olmayaraq yaranacaqdır. Rüşvət alma formal tərkibli cinayətdir. Cinayət əməli vəzifəli şəxs tərəfindən maddi və sair neməti, imtiyazı və ya güzəştin istənilməsi və ya alınması, yaxud bu barədə təklif və ya vədin qəbul edilməsi anından bitmiş hesab edilməlidir. Təqsirləndirilən şəxs4 Şahid11 aldığı 300 manat məbləğində pul müqabilində ona qanunsuz olaraq ağacların kəsilməsinə icazə verməsi əməlinin mənimsəmə, digər məhkum olunmuş şəxslərin isə müxtəlif şəxslərdən qanuni və qanunsuz hərəkətlərə görə maddi nemət qismində ağac məmulatlarını və müxtəlif məbləğlərdə pul alamalarını isə vəzifədən sui-istifadə etmə və ya vəzifə saxtakarlığı kimi qiymətlənd irilməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, əvvəla CM-nin 179-cu maddəsində nəzərdə tutulmuş özgə əmlakını mənimsəmə və ya israf etmə təqsirkara etibar edilmiş özgə əmlakını talamada ifadə olunur. Cinayət qanunvericiliyinin bu normasının mənasına görə, şəxsin özgənin mülkiyyətində, istifadəsində və ya sərəncamında olan əmlakı (əmlak hüquqlarını) ələ keçirməsi ilə bağlı əməlin ya rüşvət alma, ya da qulluq mövqeyindən sui-istifadə etməklə törədilmiş mənimsəmə kimi qiymətləndirilib-qiymtələndirilməməsi mümkünlüyü müzakirə edilərkən ilk növbədə hər iki halda həmin şəxsin vəzifəli şəxs olub-olmaması, daha sonra isə onun müəyyən əmlakın (əmlak hüququnun) müqabilində etdiyi və ya edəcəyi hərəkətin (hərəkətsizliyin) onun xidməti vəzifəzisinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar olubol maması, yəni bu hərəkətin (hərəkətin) onun vəzifə səlahiyyətlərinə aid olub-olmaması müəyyən edilməlidir. Bundan başqa, CM-nin 308.1-ci maddəsnə əsasən, cinayət əməli kimi qiymtələndirilən vəzifə səlahiyyətlərindən sui-istifadə dedikdə vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurması başa düşülür. Göründüyü kimi, göstərilən norma vəzifəli şəxsin öz vəzifəsindən sui-istifadə etməsi zamanı onun etdiyi hər hansı qanuni və ya qanunsuz hərəkətə görə özünün və ya digər şəxslərin qanunsuz varlanması üçün hər hansı həcmdə maddi neməti istəməsini və ya almasını nəzərdə tutmur və bu kimi əməlin törədilməsi artıq vəzifədən sui-istifadə kimi deyil, rüşvət alma (passiv rüşvətxorluq) kimi qiymətləndirilməlidir. Eyni ilə, vəzifli şəxs hansısa maddi neməti istəyərək və ya alaraq vəzifə saxtakarlığına yol verirsə belə şəxsin də əməlinin CM-nin 313-cü maddəsi ilə deyil, CM-nin 311-ci maddəsi ilə tövsif edilməsi üçün əsas yaranır. Bununla bağlı, məhkəmə kollegiyası əvvəla vurğulayır ki, rüşvət alma (passiv rüşvətxorluq) korrupsiyanın ən geniş yayılmış və təhlükəli təzahür formalarından biridir. Bu cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, rüşvət alma hakimiyyətin və dövlət idarəçiliyinin əsaslarını sarsıdır, dövlət orqanlar ını əhali arasında hörmətdən və nüfuzdan salır, vətəndaşların hüquq və mənafelərinin, mühüm sosial prinsiplər olan ədalətliliyin və bərabərliyin pozulmasına səbəb olur. Təhlil olunan cinayətin obyekti dövlət hakimiyyətinin, dövlət qulluğunun, yerli özünüidarə orqanlarında, habelə kommersiya və ya qeyri-kommersiya təşkilatlarında qulluğun normal həyata keçirilməsini təmin edən ictimai münasibətlərdir və bu cinayətin predmetini maddi və ya sair nemətlər təşkil edir, onlara isə pul, əmlak (daşınar və daşınmaz əmlak, bölünər və bölünməz, əvəzedilməz və əvəzedilən əşyalar, istehlak edilə bilən və bilməyən əşyalar və s.), əmlak xarakterli mənfəət, daşınar və ya daşınmaz əşyalarda və ya hüquqlarda ifadə edilən istənilən aktivlər, habelə belə aktivlərə mülkiyyət hüququnu və ya onlarla bağlı marağı təsdiq edən hüquqi sənədlər, qiymətli kağızlar, başqa şəxslərə verilə bilən və ya sahibinə maddi fayda və ya başqa şəxslərdən nəyi isə tələb etmək hüququ vermək üçün nəzərdə tutulan tələblər və hüquqlar (qeyri-maddi əmlak nemətləri), müxtəlif xarakterli işlərin görülməsi və ya xidmətlərin göstərilməsi və s. aiddirlər. Rüşvət alma cinayəti obyektiv cəhətdən aşağıdakı əməllərin törədilməsi ilə xarakterizə olunur: 1) vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi; 2) vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrasi ilə əlaqədar hər hansı hərəkətə (hərəkə tsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün maddi və sair neməti, imtiyazı və ya güzəşti alması; 3) vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün maddi və sair nemət, imtiyaz və ya güzəşt barədə təklifi və ya vədi qəbul etməsi. Rüşvət alma subyektiv cəhətdən birbaşa qəsdlə edilir, yəni təqsirkar rüşvət istəməsini və aldığını dərk edir və bunu arzu edir. Bu cinayətin subyekti isə yalnız vəzifəli şəxslər ola bilər ki, belə şəxsin anlayışı da CM-nin 308-ci maddəsinin “Qeyd” hissəsində verilmişdir. Daha sonra kassasiya protestinin bir dəlili də ondan i barətdir ki, birinci instansiya məhkəməsi əsassız olaraq Təqsirləndirilən şəxs4 qarşı CM-nin 314.1-ci madəsi ilə, Təqsirləndirilən şəxs2 qarşı isə CM-nin 314.2-ci maddəsi ilə irəli sürlümüş ittihamlar üzrə epizodlardan 7824 manat dəyərində olan 5 ədəd qovaq ağacının qanunsuz kəsilməsi ilə bağlı səhlənkarlıq etmələrinə dair hissəni, habelə həmin hissəyə aid sübutlar xaric etmiş və gəldiyi bu nəticəni Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzindən daxil olmuş 01 iyun 2021-ci il tarixli 397 saylı məktuba istinad edilməklə xaric edilmişdir. Belə ki, Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzindən daxil olmuş 01 iyun 2021ci il tarixli 397 saylı məktubda göstərilmişdir ki, Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin Xaçmaz meşəbəyliyinin 9-cu dolayının 100-cü kvartalı ilə həmsərhəd olan Oğuz rayonu X açmaz Bələdiyyəsinin ərazisində yerləşən 5 ədəd qovaq cinsindən olan və kəsilməsi ilə bağlı xxxx8 nömrəli akt tərtib edilmiş ağaclar Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin Xaçmaz meşəbəyliyinin 9 saylı meşə dolayının 100-cü kvartalının 4-cü bölməsi ilə həmsərhəd olan Oğuz rayon Xaçmaz Bələdiyyəsinin ərazisidir və ərazinin koordinatı xxT0715570: 453 92-83-dür. Lakin məhkəmə nəzərə almamışdır ki, Azərbaycan Respublikası Meşə Məcəlləsinin 6-cı maddəsinə əsasən meşə fondunun sərhədləri meşə fondunun torpaqlarını digər torpaqlardan ayıran hüdudlarla müəyyən edilir. Torpaqların meşə fonduna daxil edilməsi və oradan çıxarılması Azərbaycan Respublikasının meşə qanunvericiliyi və torpaq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Meşə torpaqlarına meşə bitkiləri ilə örtülü o lan torpaqlar və bu bitkilərlə örtülü olmayan, lakin meşələrin bərpası üçün nəzərdə tutulmuş torpaqlar (meşələşməmiş qırma sahələri, yanğın yerləri, seyrəkliklər, talalar, qurumuş ağaclıqlar, tinglik sahələri, çətiri birləşməmiş meşə əkinləri və digərləri) aid edilir. Qeyri-meşə torpaqlarına meşə təsərrüfatının ehtiyacları üçün nəzərdə tutulmuş torpaqlar (kənd təsərrüfatı torpaqları, meşə mərzləri, yollar altında olan torpaqlar və digər torpaqlar), habelə meşə fondunun sərhədləri daxilində yerləşən sair torpaqlar (bataqlıqlar, daşlıqlar, qayalıqlar yerləşən və istifadə üçün əlverişsiz başqa torpaq sahələri) aid edilir. Meşə fondunun sahələrinə meşə sahələri, habelə meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaq sahələri aid edilir. Meşə fondu sahələrinin sərhədləri meşə təsərr üfatı işarələri ilə naturada nişanlanmalı və plan-xəritə materiallarında (meşə xəritələrində) göstərilməlidir. Torpaq sahəsi- dövlət torpaq kadastrında və torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sahəsinin sərhəddi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir Hazırki cinayət işi üzrə Xaçmaz meşəbəyliyinin 9 saylı meşə dolayının 100-cü kvartalının 4-cü bölməsi ilə həmsərhəd olan ərazinin Xaçmaz Bələdiyyəsinin ərazisi olmasını təsdiq edən topoqrafik plan və plan-xəritə materialları (meşə xəritələrində) müəyyən edi lmir. Ona görə də məhkəmələr Təqsirləndirilən şəxs4 CM-nin 314.1-ci madəsi irəli sürlümüş ittihamdan və epizoddan, habelə Təqsirləndirilən şəxs2a CM-nin 314.2-ci maddəsi ilə irəli sürülmüş ittihamdan 7824 manat dəyərində olan 5 ədəd qovaq ağacının qanunsuz kəsilməsi ilə bağlı hissəni və bü hissəyə aid olan ifadələri Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzindən daxil olmuş 01 iyun 2021-ci il tarixli 397 saylı məktuba istinad etməklə xaric edərkən, qanunvericiliyin yuxarıda təsvir edilən tələblərini işin faktiki halları ilə birgə nəzərə almamış və bu hallara da qiymət verməyərək öz nəticələrini kifayət qədər əsaslandarmamışlar. Təsvir edilənlərdən görünür ki, hökmdən verilmiş apellyasiya müraciətlərinə, o cümlədən apellyasiya protestinə baxan apellyasiya instansiyası məhkəməsi həmin müraci ətlərdə göstərilən dəlillər üzrə heç bir araşdırma aparmamış, faktiki olaraq bu dəlillərin heç birinə əsaslandırılmış və inandırıcı cavablar verməmiş və iş üzrə qəbul etdiyi qərarda yalnız birinci instansiya məhkəməsinin hökmündə təsvir edilənləri təkrlarlamaqla (iş üzrə məhkum olunmuş şəxslərin, şahidlərin həm ibtidai araşdırma zamanı, həm də birinci instansiya məhkəməsinin məhkəmə iclasında verdikləri ifadələri və həmin iclasda elan olunaraq tədqiq edilmiş digər sübutları təsvir etməklə) kifayətlənmiş və özünün deyil, birinci instansiya məhkəməsinin araşdırdığı bu sübutlara əsaslanmaqla apellyasiya şikayətlərinin və apellyasiya protestinin dəlillərinin əsassız olması barədə nəticəyə gələrək hökmün dəyişdrilmədən saxlanılmasını məqsədə müvafiq bilmişdir. Halbuki, cinayət işinin materialla rından görünür ki, apellyasiya protestinin əksinə olaraq birinci instansiya məhkəməsinin hökmündən Təqsirləndirilən şəxs1 müdafiəçisi E.S.Vəliyev, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs4 müdafiəçisi E.M.Quliyev geniş məzmunda apellyasiya şikayətləri verərək (həmin şikayətlərin məzmunu kassasiya şikayətlərinin məzmunu ilə eynilik təşkil edir) hər bir məhkum olunmuş şəxsin haqqında bəraət hökmünün çıxarılmasını xahiş etmiş və bunu öz müraciətlərində ətraflı əsaslandırmağa çalışmışlar. Məhkəmə kollegiyası isə qeyd edir ki, bu zaman apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, ümumilikdə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticənin özü də ziddiyətli sübutlar və mülahizələr üzərində qurulm uşdur. Hərçənd, həm apellyasiya protestində, həm də apellyasiya şikayətində irəli sürülmüş dəlillər iş üzrə müvafiq araşdırmanın aparılmasını labüd edirdi, bu səbəbdən, birinci instansiya məhkəməsinin sübutların qiymətləndirilməsi, faktların müəyyən edilməsi üzrə nəticələri mübahisələndirilməklə bu cür dəlillərlə məhkum edilmiş şəxslərə bəraətin verilməsi haqqında tələblər əsaslandırıldıqda, həmin dəlillərin apellyasiya instansiyası məhkəməsində lazımınca yoxlanılması kassasiya instansiyası məhkəməsi üçün mühüm əhəmiyyət daşıyır ona görə ki, özü bilavasitə sübutları tədqiq edib faktları müəyyən etmək səlahiyyətində olmayan kassasiya instansiyası məhkəməsi yalnız bu məsələlər apellyasiya instansiyası məhkəməsində tam, hərtərəfli və obyektiv yoxlanıldıqda, onların (həqiqiliyi şübhə doğurmaya n faktların) üzərində öz mülahizə və nəticələrini qura bilər. Apellyasiya instansiyası məhkəməsində aparılmış araşdırmanın həmin meyarlara cavab verməməsi kassasiya instansiyası məhkəməsinin bu cür, yəni sübutetmənin, faktların mübahisələndirildiyi və belə dəlillərlə məhkumlara bəraətin verilməsi haqqında tələblərin irəli sürüldüyü kassasiya müraciətləri üzrə nəticiələrə gəlməsi üçün ciddi maneə yaradır. Cinayət işinin materiallarından, xüsusilə də apellyasiya müraciətlərinə baxılmasına dair məhkəmə baxışı iclası protokolundan və həmin müraciətlərə baxılmasının nəticələrinə dair qəbul edilmiş 03 noyabr 2021-ci il tarixli qərardan görünür ki, apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin sübutların təhlili və qiymətləndirilməsi ilə bağlı yol verdiyi eyni səhvləri tək rarlayaraq və həmin məhkəmənin subyektiv mülahizələrinə əsaslanaraq, mövcud sübutları obyektiv və işin faktiki hallarına uyğun təhlil etməyərək, biri digərini təkzib edən ziddiyyətli mövqe nümayiş etdirmiş və bir tərəfdən araşdırılmış sübutlarla müəyyən edilmiş faktları təsdiq etmiş, digər tərəfdən isə həmin sübutlara düzgün hüquqi qiymət verməyərək bir sübutun qəbul edilməsinin, digər sübutların isə rədd edilməsi motivlərini əsaslandırmamışdır. Bununla belə, məhkəmə kollegiyası iş materiallarını öyrənib, araşdırılmış sübutlara əsaslanaraq və bu sübutların prizmasından məhkum olunmuş şəxslərin və müdafiəçilərin kassasiya şikayətlərində irəli sürülmüş dəlillərə cavab verərək vurğulamağı lazım bilir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarının məhkumlar Təqsirləndiri lən şəxs1, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 barəsində ləğv edilməsi və cinayət işinin icraatına onlara aid hissələrdə bəraətverici əsaslarla xitam verilməsi üçün heç bir əsas yoxdur, çünki həmin məhkumların onlara elan olunmuş ittihamlar üzrə müvafiq olaraq vəzifədən sui-istifadə etmə, vəzifə saxtakarlığı və səhlənkarlıq əməlləri törətmələri həm ibtidai araşdırma zamanı, həm də birinci instansiya məhkəməsində aparılmış araşdırmaların nəticəsində tamamilə sübuta yetirilmiş və bu baxımdan həmin hissələrdə məhkəmələrin, o cümlədən apellyasiyası instansiya məhkəməsinin gəldikləri nəticələr düzgündür. Belə olan halda məhkəmə kolegiyası Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 barələrində verilmiş kas sasiya şikayətlərinin dəlilləri ilə razılaşmır, həmin şikayətlərin təmin edilməsi üçün əsaslar görmür, lakin eyni zamanda kassasiya protestinin dəlillərini əsaslı hesab edərək qeyd etməyi lazım bilir ki, apellyasiya instansiyası məhkəməsinin apellyasiya protestində də əksini tapmış eyni dəlillər üzrə düzgün nəticəyə gəlməməsi, xüsusən də Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 rüşvət alma cinayətlərini törətmələrinə dair epizodlara aid olan sübutlara düzgün qiymət verməyərək onları tədqiq etməməsi və rüşvət alma epizodları üzrə fərqli mövqe nümayiş etdirməsi CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntuların müəyyən edilməsi və bu pozuntulara görə həmin məhkəmənin iş üzrə qəbul etdiyi 03 noyabr 2021-ci il tarix li qərarın ləğv edilməsi, cinayət işinin isə yeni apellyasiya baxışına təyin olunması üçün əsas verir. Eyni mövqedən məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs2 kassasiya şikayətinin dəlillərinə yanaşaraq hazırki vəziyyətdə bu şikayətə münasibətdə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini məqsədə uyğun hesab edir, lakin bu qərarın adı çəkilən şəxsə aid hissədə ləğv edilərək onun barəsindəki cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsni mümkün bilmir. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinin məzmunu ilə eynilik təşkil edən kassasiya şikayətində də məhkum Təqsirləndirilən şəxs2 bildirmişdir ki, onun baş meşəbəyi vəzifəsində fəaliyyət göstərdiyi Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin ərazisi 62000 hektardır, həmin Mərkəzin 7 meşəbəyliyi və 74 gözətçisi vardır. Baş meşəbəyi olaraq onun vəzifə səlahiyyətlərinə meşələrin mühafizəsi və qorunmasına aid olan tədbirləri görmək, yəni Azərbaycan Respubikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müəyyən edilmiş meşə təsərrüfatı üzrə tədbirlərin həmin meşəbəyliklər arasında bölüşdürülməsi və onların icrasına nəzarət etmək, əkilməli olan meşə sahələrinin həcmi və əkilmə yerlərini müəyyən etmək, layihələr tərtib etmək, meşələrin cins tərkibinin yaxşılaşdırılması məqsədi ilə sanitariya tələbləri baxımından qocalmış və xəstə, putlamış, habelə koğuş və yetişkənlik dövrünü başa vurmuş ağacların damğalanması ilə siyahıya alınaraq Nazirliyə göndərilməsi, Nazirlikdən gəlib müvafiq yoxlama aparıldıqdan sonra qanuni şəkildə ağacların kəsilmə si və bunun sənədləşdirilməsi, meşəbəyilər tərəfindən biletlərin tərtib edilməsinə və pullar ödənildikdən sonra satılmasının təşkil edilməsinə nəzarət etmək aiddir. Belə ki, qazlaşdırılmamış yaşayış məntəqələrinin odunla təmin edilməsi məqsədi ilə qocalmış xəstə ağacların kəsilməsi hesabına 2020-ci ildə 7000 m3 yaxın həcmdə odun satışı həyata keçirilmişdir. Meşələrin qanunsuz qırılmasının, yəni ağacların qanunsuz kəsilməsinin qarşısını almaq onun səlahiyyətlərimə aid deyil, belə hallara görə meşə gözətçiləri məsuliyyət daşımalıdırlar. İttiham olunduğu dövrdə ağacların qanunsuz kəsilməsi barədə ərizələr və ya müvafiq aktlar yazılmadığı və ona baxılması üçün daxil olmadığı təqdirdə onun ağaclar kəsilmiş ərazilərə baxmaq səlahiyyəti olmamışdır. Bununla belə, 2018-2020-ci illərdə onun tərəfind ən meşələrə hissəvi olaraq baxış keçirilmiş, lakin ərazi böyük olduğuna görə bütün ərazini əhatə etmək mümkün olmamışdır Buna baxmayaraq, elan olunmuş ittihama əsasən onun səhlənkarılığı nəticəsində vurulmuş ziyanın, qismən də olsa, ödənilməsini təmin etmişdir. Lakin, məhkəmələr onun irəli sürdüyü dəlillərin heç birini ətraflı yoxlamamış və buna baxmayaraq vəzifəli şəxs kimi işə laqeyd münasibəti nəticəsində özünün xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsi ilə dövlətin qanunla qorunan mənafeyinə ağır zərər vurulmasına səbəb olan səhlənkarlıq etməsi haqda əsassız nəticəyə gəlmişlər. Halbuki, ibtidai araşdırma zamanı da, birinci instansiya məhkəməsinin məhkəmə iclasında da toplanmış və araşdırılmış sübutlarla, o cümlədən çoxsaylı şahidlərin ifadələri ilə onun təqsirsiz olması tamamilə təsdiq edilmişdir. Buna baxmayaraq, məhkəmələr bütün sübutların məcmusunu əlaqəli şəkildə müqayisə edib, işin ayri-ayrı halları üzrə müəyyən edilmiş xüsusatları nəzərə almamış, cinayət hadisələrinin başvermə faktı və halları, onu, yəni Təqsirləndirilən şəxs2 qeyd olunan cinayət əməllərini törətmədiyi, cinayət hadisələri ilə əlaqəsi olmaması toplanmış biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusu ilə təsdiq olunaraq onun dəlilləri ilə tam üst-üstə düşmüşdür. Göründüyü kimi, məhkum Təqsirləndirilən şəxs2 da kassasiya şikayətində ona elan olunmuş və təqsirli bilindiyi ittiham üzrə sübutların CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq tədqiq edilməməsini və qiymətləndirilməməsini mübahisələndirir və məhkəmələr tərəfindən bu tələblərə əməl o lunmadığından o, da apellyasiya instansiya məhkəməsinin qərarının ona aid olan hissədə ləğv edilməli olmasını CPM-nin 416.1.2-ci maddəsində nəzərdə tutulmuş pozuntu ilə əlaqələndirir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına əsaslanaraq məhkum Təqsirləndirilən şəxs2 bu iddiasını əsaslı sayır və qeyd edir ki, nə birinci, nə də ki apellyasiya instansiyası məhkəməsi Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzində baş meşəbəyi vəzifəsində işləyən şəxsin meşələrdə qanunsuz ağacların kəsilməsinə nəzarət etmək və bunun qarşısını almaq səlahiyyətində və imkanında olması, bu vəzifənin müvafiq normativ və qeyri-normativ sənədlərlə onun vəzifə səlahiyyətinə aid edilməsi yoxlamamış, məhkumun irəli sürdüyü dəlillər üzrə isə hər hansı bir araşdırma aparmamışlar. Buna görə, məhkəmə kollegiyası Təqsi rləndirilən şəxs2 kassasiya şikayətində əsaslandığı dəlillərlə və həmin dəlillər üzərində qurulmuş tələblə qismən razlaşaraq kassasiya protestinin tam təmin edilməsi ilə yanaşı adı çəkilən məhkumun da kassasya şikayətinin qismən təmin edilməsini və apellyasiya instansiyası məhkəməsinin 03 noyabr 2021-ci il taixli qərarının bu şikayətə münasibətdə də ləğv edilməsini mümkün bilir. Yuxarıda göstərilənlərlə yanaşı kassasiya protestində CM-nin 8, 41 və 58-ci maddələrinə istinad edilərək həmçinin məhkumlar Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 açq-aşkar yüngül cəzaların təyin edilməsi mübahisələndirilsə də, məhkəmə kollegiyası hazırki qərarında bununla bağlı dəlillərə cavab verilməsini məqsədə uyğun hesab etmir ona görə ki, kollegiya həm in protestdə irəli sürülmüş digər dəlillərlə, yəni sübutların tədqiq edilməməsi və düzgün qiymətləndirilməməsi barədə dəlillərlə razılaşaraq protestin təmin edilməsi və Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 noyabr 2021-ci il tarixli qərarının ləğv edilələrək cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə nəticəyə gəlmiş, bu səbəbdən də cinayət işinə apellyasiya instansiyası məhkəməsində yenidən baxılanadək, müvafiq araşdırma aparıldıqdan sonra araşdırılmış sübutlara, apellyasiya protestində əksini tapmış dəlillərə və adları çəkilən məhkum olunmuş şəxslərin törətdikləri əməllərə qanuna müvafiq qaydada düzgün hüquqi qiymət verilənədək onlara açıq-aşkar yüngül və ya ağır cəzaların təyin edilməsi barədə fikir yürütmək mümkün deyil. Məhkəmə kollegiyası iş üzrə təsvir olunan nəticəyə gələrkən iş materialları ilə yanaşı həmçinin aşağıdakıları da rəhbər tutur. Əvvəla məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsinin dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Eyni zamanda belə təminat verən konstitusyon tələblər hər hansı cinayətin törədilməsi nəticəsində dövlətin də mənafeyinin qorunmasını, belə qəsdlərdən zərər çəkmiş şəxslərin də pozulmuş hüquqlarının bərpa edilməsini, onların vurulmuş zərərin ödənilməsini və ya aradan qaldırılmasını tələb etmək hüququnun müvafiq orqanlar, o cümlədən məhkəmələr tərəfindən təmin edilməsini, cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvaq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısınun alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. Konstitus iyanın 63-cü maddəsinin tələbinə görə hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutlurur ki, həmin beynəlxalq müqa vilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Cinayət-mühakimə icraatının həyata keçirilməsinə münasibətdə Konstitusiyanın bu normasının mənası ondan ibarətdir ki, məhkəmələr cinayət işlərinə, sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham qaydasında şikayətlərə baxarkən cinayət prosesi iştirakçılarının irəli sürdükləri dəlilləri tam, hərtərəfli və obyektiv yoxlamalı, bunun üçün tərəflərin təqdim etdikləri və işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən sübutların tədqiq edilməsini və onl arın qanuna müvafiq qaydada qiymətləndirilməsini təmin etməli, məhkəmə iclaslarında qaldırılmış vəsatətlər üzrə qanuni və əsaslandırılmış qərarlar qəbul etməli, zərurət yarandıqda isə - özləri də müvafiq sübutların araşdırılmasına təşəbbüs göstərməlidirlər. Yalnız belə olduqda məhkəmələrin iş üzrə çıxardıqları hökmün və ya qəbul edilmiş digər yekun məhkəmə aktının qanuni və əsaslı olması barədə fikir söyləmək olar. Belə nəticə həmçinin CPM-nin bir çox tələblərindən də irəli gəlir. Belə ki, cinayət mühakimə icraatının qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsinə əsasən məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beyn əlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Ədalət mühakiməsinin təqsirsizlik prezumpsiyası prinsipinə görə (CPM-nin 21-ci maddəsi), şəxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. CPM-nin 21.2-ci maddəsinin tələbindən görünür ki, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn möt əbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. CPM-nin 33.2-ci maddəsinin tələbinə görə, cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-nin 33.3-cü maddəsində müəyyən edilmişdir ki, cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. CPM-nin 33.4-cü maddəsinə əsasən, hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək s übut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörə dilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-nin 124.2.1-124.2.5-ci maddələrinə görə, şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər cinayət prosesində sübut kimi qəbul olunur. CPM-nin 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-nin 139.0-cı maddəsinin tələblərinə görə, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş v ermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. Qanunun bu normasından çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, CPMnin 139.0.3-cü maddəsinin tələbinə və mənasına əsasən “əməldə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayətin əlamətləri də sübutlar əsasında müəyyən edilir” dedikdə, bu və ya digər cinayətin tərkib ə lamətləri ilə (obyektiv və subyektiv cəhətlər, obyekt və subyekt) yanaşı, həmçinin həmin cinayətin tövsifedici əlamətlərinin də olub-olmamasının və əməlin düzgün tövsif edilməsi üçün onun törədilməsinin hər hansı nəticəyə səbəb olubolmamasının da sübutlar əsasında müəyyən edilməsi tələb olunur. CPM-nin 143.1-ci maddəsində göstərilmişdir ki, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi mü əyyənləşdirilir. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutul ur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsiri sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. CPM-nin 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. CPM-nin 349.5-ci maddəsinin tələblərindən görünür ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; - 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.1-ci maddəsində təsbit edilmişdir k i, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetir ilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Prosessual qanunun bu normalarının mənasına görə, məhkəmənin çıxardığı hökmün əsaslı hesab edilməsi üçün onun iş üzrə gəldiyi bütün nəticələr, o cümlədən təqsirləndirilən şəxsin təqsirliliyi, onun əməlinin hüquqi tövsifi, mülki iddianın təmin və ya rədd edilməsi üçün əsaslar, təqsirləndirilən şəxsin barəsində cinayət-hüquqi xarakterli bu və ya digər tədbirin seçilməsi üçün məhkəmənin əsaslandığı hallar, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar yalnız sübutlara əsasən müəyyən olunmalı və həmin sübutlar məhkəmə iclasında tədqiq edilməlidir. Bununla yanaşı, məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, cinayət prosesi iştirakçılarının (təqsirləndirilən və zərər çəkmiş şəxslərin, şahidlərin) dindirilmələrinə münasibətdə “sübutların məhkəmə iclasında tədqq edilməsi” dedikdə təkcə həmin şəxslərin məhkəmə iclasında verdikləri ifadələri deyil, həmçinin cinayət təqibinin digər mərhələlərində də (təhqiqat və ya ibtidai araşdırma zamanı) verdikləri ifadələrin araşdırılması, həmin ifadələrin digər sübutlarla müqayisəli təhlili və qiymətləndirilməsi, tədqiq edilmiş ifadələrin hansına üstünlük verilib-verilməməsinin əsaslandırılması başa düşülür. Məhkəmə kollegiyası həmçini n qeyd edir ki, CPM-nin 351-ci maddəsinin mənasına görə, ittiham hökmünün ehtimallara əsaslana bilməməsi barədə tələb nəinki birinci instansiya məhkəməsinin çıxardığı ittiham hökmünə, həmçinin həmin hökmün qüvvədə saxlanılması haqqında apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərara da aiddir. Əks halda, yəni ehtimallara əsaslanmış ittiham hökmünün qüvvədə saxlanılması haqqında apellyasiya instansiyası məhkəməsinin yekun qərarı da qanuni və əsaslı hesab edilə bilməz. İş materiallarından görünür ki, apellyasya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda göstərilən normalarının bir hissəsinin tələblərinə istinad etsə də, özü həmin tələblərə əməl etməmişdir. Məhkəmənin məhkəmə iclasında tədqiq etdiyi məlumatların, sənədlərin və ya dgər əşyaların sübut kimi qəbul edilmə sinə isə o halda yol verilmir ki, bunlar CPM-nin 125.2.1125.2.10-cu maddələrində göstərilmiş aşağıdakı pozuntularla əldə edilmiş olsun: - insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; - zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; - şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə; - cinayət prosesində iştirak edən şəxsin hüquq və vəz ifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; - cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; - cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; - istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; - sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; - məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda; - müasir elmi baxışlara zidd üsulların tətbiqi nə ticəsində alındıqda. Belə pozuntuların baş verib-verməməsi, sübutların həmin pozuntulara yol verilməklə əldə edilib-edilməməsi mütləq qaydada məhkəmə tərəfindən yoxlanılmalı və məhkəmənin yekun aktında əsaslandırılmalı, məhkəmənin sübutların yolverilməzliyi barədə nəticəsi isə ehtimal xarakter daşımamalıdır. Birinci instansiya məhkəməsi və onunla razılaşan apellyasiya instansiyası məhkəməsi sübutların bir hissəsinin, əsasən də şahidlərin məhkəməyədək verdikləri ifadələri sübut kimi qəbul eməkdən imtina edərək onların xaric edilməsi barədə nəticəyə glsələr də bu sübutların CPM-nin 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsini müəyyən etməmiş, bu məsələni ümumiyyətlə yoxlamamış, bir çox şahidlərin ibtidai araşdırma dövründə verdikləri ifadələrinin sübut kimi qəbul edilməs inin mümkünsüzlüyünü hər hansı şəkildə əsaslandırmamışlar. Prosessual qanunvericiliyin tələblərinə uyğun olan hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıda istinad olunan qərarlarında da əksini tapmışdır. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-nin 349.3-cü maddəsi)... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələ rin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilə n şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. CM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-nin 7.1-ci maddəsinin tələblərindən görünür ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Məhkəmə kollegiyası yuxarıda təsvir edilən qanunvericilik normalarının tələblərindən, bu normalara verdiyi təfsirdən və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun öz qərarlarında ifadə etdiyi hüquqi mövqedən, habelə kassasiya protestinin və məhkum Təqsirləndirilən şəxs2 kassasiya şikayətinin dəlilləri üzrə apardığı təhlildən çıxış edərək vurğulayır ki, hazırki i ş üzrə birinci instansiya məhkəməsinin 30 iyul 2021-ci il tarixli hökmü, məhkəmənin bu hökmlə müəyyən edilmiş hallarla və nəticələrlə razılaşan və hər hansı sübutun tədqiq edilməsinə ehtiyac görməyən apellyasiya instansiyası məhkəməsi, dövlət ittihamçısının kassasiya protestində və məhkum Təqsirləndirilən şəxs2 kassasiya şikayətində göstərildiyi kimi, sübtların araşdırılmasına və qiymətləndirilməsinə dair tələblərə riayət etməmiş, apellyasiya protestinin və adı çəkilən məhkumun apellyasiya şikayətlərinin dəlillərinə isə əsaslandırılmış və inandırıcı cavab verməmişdir. Halbuki, yuxarıda şərh olunanlarla yanaşı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Karpenko Rusiya Federasiyasına qarşı”, “Vidal Belçikaya qarşı” və “Edvards İngiltərəyə qarşı” şikayətlərlə bağlı qərarlarında da xüsusi qeyd olunmuşdur ki, milli məhkəmələrin üzərinə düşən əsas vəzifələrdən biri şahidlərin verdikləri ifadələrin doğrulugunu və mötəbərliyini düzgün yoxlamaq, sübutların işin hallarına uyğun olubolmaması və həmin sübutların mümkünlüyünü qiymətləndirmək, habelə ziddiyyət təşkil edən sübutları sübutlar siyahısından xaric etməkdir. Göründüyü kimi, hazırki qərarın “Hüquqi məsələlər” hissəsində gösərilənlər bütövlükdə apellyasiya instansiyası məhkəməsinin apellyasiya müraciətlərinə əsasən işə baxarkən və bu baxışın nəticəsində yekun qərar qəbul edərkən, eyni zamanda məhkum olunmuş şəxslərin törətdikləri cinayət əməllərinə münasibətdə cinayət qanunu normalarını tətbiq edərkən və ya belə normaların tətbiqi ilə bağlı ibtidai araşdırma orqanından fərqli mövqe nümayiş etdirərkən zəruri olan sübutların tədqiq indən, iş üzrə mövcud olan ziddiyyətlərin aradan qaldırıması (həqiqətin müəyyən edilməsi) üçün lazımı araşdırmanın aparılmasından imtina etmiş, araşdırılmış sübutları CPM-nin 143-146-cı maddəsinin tələblərinə uyğun olaraq qiymətləndirməmiş, həmçinin apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətlərinin dəlillərinə bu dəlillər üzrə heç bir təhlil aparmayaraq onlara əsaslandırılmış və inandırıcı cavablar verməmiş, bununla da apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərarın kassasiya qaydasında ləğv edilməsini şərtləndirən və CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmişdir. Bu baxımdan iş üzrə göstərilən pozuntularla qəbul edilmiş apellyasiya instansiyası məhkəməsinin 03 noyabr 2021-ci il tarixli qərarının qüvvədə saxlanılma sını mümkün bilməyərək həmin qərarın ləğv edilməsini məqsədə uyğun hesab edən, yeni apellyasiya baxışı zamanı isə iş üzrə qanuni və obyektiv nəticəyə gəlmək üçün hazırki qərarda əksini tapmış, sübutların araşdırılmasında və qiymətləndirilməsində yol verilmiş nöqsan və qanun pozuntularının aradan qaldırılmasını zəruri sayan və bu pozuntular və nöqsanlar aradan qaldırılmadan, hazırki iş üzrə məhkum olunmuş şəxslərin onlara elan olunmuş ittihamlar üzrə təqsirlilikləri ilə bağlı əsaslandırılmış, qanuni və obyektiv nəticə verilmədən onların barələrində cəza tədbirinin seçilməsi məsələsinə münasibət bildirməyi mümkünsüz bilən məhkəmə kollegyiası belə qənaətə gələrkən CPM-nin 419.12-ci maddəsinin tələblərini də nəzərə alır. Belə ki, CPM-nin 419.12-c maddəsinə əsasən, bu Məcəllənin 419.10.2-ci m addəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini. Beləliklə, məhkəmə kollegiyası kassasiya prot estinin təmin edilməsi, kassasiya şikayətlərinin isə təmin edilməməsi haqqında dövlət ittihamçısı H.B.İmranovun, kassasiya protestinin təmin edilməməsi, kassasiya şikayətlərinin isə təmin olunması haqda məhkumlar Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2, habelə müdafiəçilər E.S.Vəliyev, A.R.Əfəndiyevin, E.M.Quliyevin, R.A.Bayramovun və İ.K.Rzazadənin çıxışlarını dinləyərək belə qənaətə gəlir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya protesti tam, məhkum Təqsirləndirilən şəxs2 kassasiya şikayəti qismən təmin edilməklə, digər kassasiya şikayətləri isə təmin edilməməklə Təqsirləndirilən şəxs1 CM-nin 179.2.1, 179.2.3-cü maddələri ilə cinayət məsuliyyətindən azad edilməsi və CM-nin 308.1 və 313-cü maddələri i lə təqsirli bilinərək məhkum olunmasına, Təqsirləndirilən şəxs5 CM-nin 308.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına, Təqsirləndirilən şəxs4 CM-nin 179.2.1 və 179.2.3-cü maddələri ilə cinayət məsuliyyətindən azad edilməsnə və CM-nin 308.1 və 314.1-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına, Təqsirləndirilən şəxs3 CM-nin 308.1 və 313-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına və Təqsirləndirilən şəxs2 CM-nin 314.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 noyabr 2021-ci il tarixli qərarı kassasiya protestinə və məhkum Təqsirləndirilən şəxs2 kassasiya şikayətinə münasibətdə ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Şərh olunanlara əsaslanar aq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti tam, məhkum Təqsirləndirilən şəxs2 kassasiya şikayəti isə qismən təmin edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.1, 179.2.3-cü maddləri ilə cinayət məsuliyyətindən azad edilməsi və CM-nin 308.1 və 313-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına, Təqsirləndirilən şəxs5 CM-nin 308.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına, Təqsirləndirilən şəxs4 CMnin 179.2.1 və 179.2.3-cü maddələri ilə cinayət məsuliyyətindən azad edilməsinə və CM- nin 308.1 və 314.1-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına, Təqsirləndirilən şəxs3 CM -nin 308.1 və 313-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına və Təqsirləndirilən şəxs2 CM-nin 314.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 noyabr 2021-ci il tarixli qərarı ləğv edilsin və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin edilsin. Məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi E.S.Vəliyevin, məhkum Təqsirləndirilən şəxs5, məhkum Təqsirləndirilən şəxs3 müdafiəçisi R.A.Bayramovun və məhkum Təqsirləndirilən şəxs4 müdafiəçisi E.M.Quliyevin kassasiya şikayətləri təmin edilməsin.