Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-985/2023 13.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu, X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4, Məhkum və onun müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 noyabr 2022-ci il tarixli qərarından Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxx 1992-ci ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvələr məhkum olunmamış, ailəli, iki azyaşlı uşağı olan, ali təhsilli, Bərdə rayonu, Türkmən kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 1 ünvanında yaşamışdır..
2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum qanunla müəyyən olunmuş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına tutaraq üzərində özbaşına tikinti işləri aparmışdır. Belə ki, o, 2021-ci ilin sentyabr ayından etibarən Zərərçəkmiş şəxs əmlakı olan və Əzizbəyov Rayon İcra Hakimiyyəti Başçısının 30 dekabr 1999-cu il tarixli, 1922 saylı sərəncamına əsasən Ba kı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 486 saylı yerdə yerləşən 1200 kv/m, habelə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində 20 dekabr 2014-cü il tarixli ******* reyestr nömrəsi ilə qeydiyyata alınmaqla mülkiyyətində olan 0,10553 ha torpaq sahəsini qanunla müəyyən olunmuş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özbaşına tutaraq üzərində özbaşına 0,60 sm enində olmaqla 7x12 metr ölçülü bünövrə qazaraq beton tökmüş və darvazanı yerindən söküb hasar tikərək tikinti işləri aparmışdır.
3. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli, 1(003)-264/2022 saylı hökmü ilə Məhkum irəli sürülmüş ittihamdan CM-in 188.1-ci maddəsi xaric edilmiş, Məhkum CM-İN 188.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlin i törətməkdə təqsirli bilinmiş və ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir.
4. Hökmdən Məhkum müdafiəçisi Müdafiəçi3 və Zərərçəkmiş şəxs Mizağa qızının nümayəndəsi Müdafiəçi2l oğlu tərəfindən apellyasiya şikayətləri verilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 noyabr 2022-ci il tarixli, 1(103)1901/2022 nömrəli qərarı ilə Zərərçəkmiş şəxs Mizağa qızının nümayəndəsi Müdafiəçi2l oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli, 1(003)-264/2022 saylı hökmü ləğv edilmiş, iş üzrə yeni hökm çıxarılmışdər. Məhkum əməlində Azərbaycan Respublikası CM-nin 188.1 və 188.2-ci m addələrinin tərkibi olmadığından bəraət verilmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 noyabr 2022-ci il tarixli, 1(103)1901/2022 nömrəli qərarından dövlət ittihamçısı kassasiya protesti verilmişdir. II. Kassasiya protestinin dəlilləri 7.Kassasiya protestində qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi yekun qərar qəbul edərkən sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etməmiş və bunun nəticəsi olaraq Azərbaycan Respublikası CM-nin 188.1 və 188.2-ci maddələri ilə Məhkum əsassız bəraət vermişdir. Kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş halları yara dan pozuntular kimi qiymətləndirməklə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1901/2022 nömrəli, 25 noyabr 2022-ci il tarixli hökmünün ləğv edilməsini, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi xahiş edilmişdir. III. Hüquqi məsələlər
8. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPMnin 419-cu maddəsi müəyyən edir.
9. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
10. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
11. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya mə hkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
12. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutları Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq olaraq tədqiq edilmədiyini və nəticədə Məhkum əsassız bəraət verildiyini iddia edərək, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPMnin 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirmişdir.
13. Odur ki, məhkəmə kollegi yası dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1901/2022 nömrəli, 25 noyabr 2022-ci il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
14. Azərbaycan Respublikası CPM-nin 21.2 və 21.3-cü maddələrinə əsasən ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir və ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.
15. Tamamilə eyni mövqe İnsan Hüqu qları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Məsələn, İlqar Məmmədov Azərbaycana qarşı işdə Avropa Məhkəməsi bir daha vurğulamışdır ki, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017-ci il).
16. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
17. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi p rinsipini nəzərdə tutan Azərbaycan Respublikası CPM-nin 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları CinayətProsessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən Cinayət-Prosessual Məcəlləsinin 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4).
18. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutlar ı tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.
19. Həmin Məcəllənin 145.1 və 145.3-cü maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
20. Cinayət-Prosessual Məcəlləsinin 353.3.3-cü maddəsi isə məhkəmədən tələb edir ki, nəticəyə gəlməsi üçün əsaslandığı sübutları və ittih amın əsaslandırılması üçün gətirilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivlərini bəraət hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərsin.
21. Kassasiya protestində məhkəmə tərəfindən yuxarıda təsvir edilən cinayətprosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, apellyasiya instansiyası məhkəməsində məhkəmə araşdırmasının, bunun yekununda çıxarılmış məhkəmə aktının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq apellyasiya instansiyası məhkəməsi sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayətmühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin təl əblərinə uyğun olaraq yoxlanılmış; yekun qərar çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun nəticə Azərbaycan Respublikası CPM-nin 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır.
22. Belə ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum onun məhkəməyə verildiyi Azərbaycan Respublikasının CM-nin 188.1 və 188.2-ci maddələri ilə təqsirli bilsə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin araşdırdığı sübutları yenidən qiymətləndirib hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, Məhkum CM-nin 188.1 və 188.2-ci maddələri ilə müəyyən olunmuş cinayət əməllərini törətməsi barədə ittihamın sübut olunmasında digər sübutlarla aradan qaldırılması mümkün olmayan şübhələrin olması nəzərə alınmamış, onun barəsində əsassız olaraq ittiham hökmü çıxarılmışdır.
23. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, bəraət almış şəxs Məhkum CM-nin 188.1 və 188.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması barədə ittihamın sübut olunmasında əsaslı şübhələr mövcuddur. Bu şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün deyil və ittiham tərəfi həmin halı təsdiq edən hər hansı bir mötəbər sübuta istinad edə bilməmiş, ittihamın əsasını ehtimallar təşkil etmişdir. Belə sübutlar cinayət işinin materiallarında da olmadığından, məhkəmə haqlı olaraq həmin şübhə ləri təqsirləndirilən şəxsin xeyrinə təfsir etmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin hökmündən müəyyən edilir ki, məhkəmə iş üzrə toplanmış sübutları obyektiv müqayisə edib, onların məcmusu əsasında təhlil etdiyi halları, eləcə də bəraət almış şəxs Məhkum Azərbaycan Respublikası CM-nin 188.1 və 188.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması barədə ittihamın sübut olunmasında əsaslı şübhələr mövcud olduğunu nəzərə almış, belə vəziyyətdə sübutlar və sübutetməyə dair cinayət-prosessual normaların tələblərinə, o cümlədən ittihamın sübuta yetirilməsində aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olmasına dair Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə, cinayət mühakimə icraatının prinsiplərinə, o cümlədən təqsirsizlik prezumpsiyasına tam uyğun olaraq – təqsirliliyi sübuta yetirilməməsi və Məhkum Cinayət-Prosessual Məcəllənin 42.1.4cü maddəsində göstərilən əsasla bəraət verilməsi haqqında nəticəyə gəlmişdir.
25. Kassasiya məhkəməsi apelyasiya məhkəməsinin işin hallarını, yəni, zərərçəkmiş şəxsin torpaq sahəsindən təyinatlı istifadə etməyi, özəlləşdirməyi, sonradan sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, pulunu almağı, buna dair müqavilə imzalamağı və s hərəkətləri etməyi 20 (iyirmi) il müddətə - 10 avqust 2027-ci ilədək X3 etibar etməsini, 2007-ci ildən torpaq sahələrinin Məhkum və ailə üzvlərinin istifadəsində olmasını, torpaq sahələrinə dair hüquqların dövlət qeydiyyatına alınması barədə hərəkətlərin təqsirləndirilən şəxsin atası Ə.C.Əliyev tərəfindən e dilməsini, torpaq sahəsinə dair bütün sənədlərin Ə.C.Əliyev və ailə üzvlərində olmasını, zərərçəkmiş şəxsin 2007-ci il tarixdən 06 oktyabr 2021-ci il tarixədək (ilk şikayət həmin tarixdə verilmişdir) təqsirləndirilən şəxs və ailə üzvlərinə qarşı hər hansı hüquq mühafizə orqanlarına müraciətinin olmamasını, məhkəmədə iddia qaldırmamasını, təqsirləndirilən şəxsin hərəkətlərini cinayət qanunvericiliyində göstərilən, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlamaqla tutma, özbaşına tikinti və ya quraşdırma işlərini aparma cinayətinin tövsifedici əlamətləri ilə müqayisə edərək təqsirləndirilən şəxs Məhkum tərəfindən Azərbaycan Respublikası CM-in 188.1 və 188.2-ci maddəsində nəzərdə tutulan cinayət əməli törədilməməsi qənaəti ilə tam r azılaşır.
26. Kassasiya məhkəməsi qeyd edir ki, Azərbaycan Respublikası CM-in 188.1 və 188.2-ci maddələrində müəəyən olunan əməl birbaşa qəsdlə törədilməlidir.
27. Yəni, şəxs qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma, həmçinin torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparması zamanı bu hərəkətləri qanunsuz etməsini dərk etməli, ictimai-təhlükəli nəticəni görməli, bunu arzu etməlidir.
28. İşin faktiki hallarından görünür ki, Məhkum bu hərəkətləri edərkən buna qanuni əsaslarının olmasını təhmin etmiş və təhmin etməyə də kifayət qədər əsasları olmuşdur.
29. O hesab etmişdir ki, atası torpaq sahələrini əvəzli almışdır, bu cür qənaətə gəlməyə də yuxarıda qeyd edilən kifayət qədər əsasları olmuşdur.
30. Belə olan halda apellyasiya instansiyası məhkəməsinin hökmü əsassız və qanunsuz məhkəmə aktı kimi qiymətləndirilə bilməz.
31. Məhkəmə kollegiyası baxılan işdə Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.3-cü maddələrində göstərilən pozuntulara yol verilməməsi haqqında nəticəyə gəlib, kassasiya protestində irəli sürülmüş dəlillərə görə mübahisələndirilən məhkəmə hökmünün ləğv edilməsini və həmin müraciətin təmin edilməsini mümkün hesab etmir.
32. Beləliklə, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1901/2022 nömrəli, 25 noyabr 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxl anılmalıdır.
33. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 25 noyabr 2022-ci il tarixli, 1(103)-1901/2022 nömrəli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin.