Məhkəmə qərarları › İş №1(102)-985/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-985/2024

16.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-985/2024 16.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Məhkum müdafiəçisi Cəlilabad Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəl ləsinin (bundan sonra: Azərbaycan Respublikası CM-in və ya CM-in) 221.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 oktyabr 2023-cü il tarixli, 1(106)-696/2023 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Məhkum xx xxxx 1988-ci il tarixdə Lerik rayonu, Şivlə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində dörd azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Privolnoye kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin 5 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəki r.

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum xx.xx.2023-cü il tarixdə saat 01 radələrində Masallı rayonu, Təzə Alvadı kəndi ərazisində yerləşən həmin kənd sakini X3 icarə müqaviləsi əsasında işlətdiyi “Cırcırama” restoranın həyətində həmkəndliləri Zərərçəkmiş şəxs və Şahid1 ilə birlikdə əyləşib spirtli içki olan pivə sifariş etdikdən qısa müddət sonra həmin şəxslərin tanışı X1 ünvanına həqiqətə uyğun olmayan xoşagəlməz ifadələr işlətmələrini əsas gətirərək onlarla mübahisə etmiş, bu zaman Zərərçəkmiş şəxs onu sakitləşdirmək istəyərkən ümumi davranış, əxlaq və mənəviyyat normalarına hörmətsizlik ifadə edib, oradakı vətəndaşlаrın gözləri qarşısında sonuncunun ünvanına söyüşlər söyməklə təhqir etmiş, ictimai qaydanı kobud surətdə pozаn, cəm iyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə, öz şəxsiyyətini digər şəxslərin şəxsiyyətlərinin fövqünə qoyub, cəmiyyətə aşkar hörmətsizlik və laqeyidlik nümayiş etdirərək hər hansı bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs üzərinə hücum edib masanın üzərindən götürdüyü, istintaqa məlum olmayan pivə qədəhini silah qismində istifadə edərək zor tətbiq etməklə sonuncunun alın nahiyəsinə qəsdən bir dəfə zərbə vuraraq Zərərçəkmiş şəxs başın alın və sol gicgah nahiyəsinin əzilmiş yaraları və sol qaşüstü nahiyəsinin sıyrığı ilə nəticələnən sağlamlığa yüngül zərərvurmaya aid olan bədən xəsarətləri yetirmiş, restoranın icarədarı X4 məxsus 1 ədəd pivə qədəhini sındırmaqla Rauf Novruzova 5 manat məbləğində maddi ziyan vura raq 15-20 dəqiqə ərzində ətrafda olan şəxslərin narahatçılığına səbəb olan, vətəndaşlar üzərində zor tətbiq edilməsi, habelə özgənin əmlakının məhv edilməsi və zədələnməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir.

3. Masallı Rayon Məhkəməsinin (sədrlik edən və məruzəçi hakim: X8) 28 avqust 2023cü il tarixli, 1(050)-173/2023 nömrəli hökmü ilə Məhkum CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməklə dərhal məhkəmə iclas zalından həbsə alınması, seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılması, cəza çəkməsinin əvvəlinin onun həbsə alındığı gündən, y əni 28 avqust 2023-cü il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir.

4. Birinci instansiya məhkəməsinin həmin hökmündən narazı qalan Məhkum müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti verərək, Məhkum CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair Masallı rayon məhkəməsinin 28 avqust 2023-cü il tarixli hökmünün ləğv edilib, onun əməlini Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövsif edilməsi və zərərçəkmiş şəxslə barışdığına görə Cinayət Məcəlləsinin 73-ci maddəsini əsas götürməklə cinayət işinin icraatına xitam verilməsi barədə qərar qəbul eddilməsini xahiş etmişdir.

5. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X5 (sədrlik edən və məruzəçi), X6 və X7 ibarət məhkəmə tərkibində) 18 oktyabr 2023-cü il tarixli, 1(106)696/2023 nömrəli qərarı ilə məhkum olunmuş şəxs Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Masallı Rayon Məhkəməsinin 28 avqust 2023-cü il tarixli, 1(050)-173/2023 nömrəli hökmünün həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

6. Hazırda, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 oktyabr 2023cü il tarixli, 1(106)-696/2023 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:

7. Məhkum müdafiəçisi kassasiya şikayətinin dəlilləri qismində çoxsaylı qanunvericilik normalarına istinadlar edərək qeyd etmişdir ki, hadisə zamanı “cırcıra ma” restoranında təqsirləndirilən şəxs Məhkum, zərərçəkən Zərərçəkmiş şəxs və Şahid1 başqa orada heç kim olmamış və hər hansı bir ictimai qayda pozulmamışdır. Həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqında hadisə ilə bağlı araşdırılan sübutlardan müəyyən olunur ki, baş vermiş hadisə 12 may 2023-cü il tarixdə saat 01 radələrində qısa zaman kəsiyində-təxminən bir dəqiqə ərzində başlamış və bitmişdir. Həmçinin təqsirləndirilən şəxslə, zərərçəkmiş şəxs, aralarındakı münaqişə şəxsi münasibətlər zəminində baş vermişdir. Belə ki, cinayət işinin ibtidai istintaqı zamanı Məhkum ilkin olaraq Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham elan olunmuşdur. Lakin Məhkum əməli Azərbaycan Respublikası CM-in 128-ci maddəsinin təsiri altına düşsə də, sonradan ibtidai istintaq orqanı həmin əməlin tövsifı ilə bağlı düzgün hüquqi nəticəyə gəlməmiş və onun əməlini düzgün olmayaraq Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif etmişdir. Bundan başqa, məhkəmələr məhkumun himayəsində 4 azyaşlı uşaqlarının və İ qrup əlil qardaşının olmasını, ilk məhkumluğunu, zərərçəkmişlə barışmasını, səmimi peşmançılığını, artıq islah olunmasını nəzərə almadan ona həddindən artıq ağır cəza vermişdir.

8. Kassasiya şikayətinin müəllifi məhkəmə kollegiyasından Şirvan Apellyasiya Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 1(106)-696/2023 nömrəli qərarının dəyişdirilməsini, məhkumun əməlinin CM-in 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edərək, zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq, CM-in 73-cü maddəsini əsas götürməklə cinayət işinin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir.

10. Qərardan kassasiya protesti və zərərçəkmiş şəxs tərəfindən kassasiya şikayəti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:

11. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətini müdafiə edib onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etdilər.

12. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər:

13. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Az ərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra: Azərbaycan Respublikası CPM-in və ya CPM-in) 419-cu maddəsi müəyyən edir.

14. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

15. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci v ə apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

16. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

17. Məhkum müdafiəçisi kassasiya şikayətində məhkumun CM-in 221.3-cü maddəsi ilə olan əməlinin hüquqi tövsifini və ona ağır cəza təyin edilməsini mübahisələndirmiş, tələblərini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər.

18. Odur ki, kollegiya məhkumun müdafiəçisinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 oktyabr 2023-cü il tarixli, 1(106)-696/2023 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

19. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

20. Məhkəmə kollegiyası Məhkum CM-in 221.3-cü maddəsi ilə təqsirli bilindiyi əməllərinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir.

21. Belə ki, Məhkum əməllərinin tövsifinin dəyişdirilərək mübahisələndirilməsi üzrə onun müdafiəçisi tərəfindən irəli sürülmüş dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu, onlara əsasən müəyyən edilmiş işin həqiqi halları ilə rədd olunması haqqında nəticəyə gəlmişdir.

22. Kollegiya qeyd edir ki, M əhkum müdafiəçisinin kassasiya şikayətində göstərdiyi dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, apellyasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq tədqiq edilmiş və bu tədqiqatın nəticəsi olaraq ağlabatan hesab edilməmişdir.

23. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr məhkumun müdafiəçisinin apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum cinayət əməlinin hüquqi tövsifi barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür.

24. Kassasiya məhkəməsi qeyd edir ki, birinci instansiya məhkəməsi istintaqı və apellyasiya məhkəməsi baxışında hər bir sübut məhkəmə prosesində tədqiq edilmiş, qiymətləndirilmiş və qəbul edilmiş qərarlar məhz həmin sübutlara əsaslanmışdır. İş üzrə əhəmiyyət kəsb edən və ittihamın əsasını təşkil edən sübutların məhkəmə prosesslərində tədqiqi Azərbaycan Respublikası CPM-in tələblərinə uyğun aparılmışdır.

25. Məhkum müdafiəçisi tərəfindən kassasiya şikayətinin dəlilləri qismində kassasiya icraatı zamanı məhkəmə iclasında məhkum barəsində yüngülləşdirici hal kimi sadalanan, məhkəmələr tərəfindən nəzərə alınmadığı iddia edilən hallara münasibətdə kollegiya qeyd edir ki, ap ellyasiya instansiyası məhkəməsi tərəfindən sadalanan hallar (himayəsində 4 azyaşlı uşağının olması, zərərçəkmiş şəxslə barışıq əldə edilməsi və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və.s) araşdırılaraq qiymətləndirilmiş və məhkum barəsində hökmlə təyin edilmiş cəzanın məhkumun şəxsiyyətinə və ailəsinin həyat şəraitinə uyğun olmaqla, qanuni və ədalətli olması qənaətinə gəlinmişdir.

26. Kollegiya eyni zamanda qeyd edir ki, cəzanın həddindən artıq olması iddia edilsə də, birinci instansiya məhkəməsi məhkum olunmuş şəxs Məhkum Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan ən aşağı həddə azadlıqdan məhrumetmə növündə cəza təyin etmişdir.

27. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsində məhkəmə proseslə ri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və haqlı olaraq birinci instansiya məhkəməsinin hökmünün məhkuma münasibətdə dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

28. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsini n Məhkum CM-in 221.3-cü maddəsi ilə törətdiyi cinayət əməlinin tövsifinə və ona təyin edilən cəzaya dair nəticələri ilə razılaşır və hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmişdir.

29. Odur ki, məhkəmə kollegiyası iclasda iştirak edən müdafiəçinin və dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 oktyabr 2023-cü il tarixli, 1(106)-696/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

30. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinə rək məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 oktyabr 2023-cü il tarixli, 1(106)-696/2023 nömrəli qərarı Məhkum müdafiəçisi Müdafiəçi2 ooğlu tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar