Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-985/2025 30.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Məmmədli Əleyman Məmməd oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Şirvan Apellyasiya Məhkəmə sinin Cinayət kollegiyasının 2024-cü il 25 yanvar tarixli, 1(106)-131/2024 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (Hakimlər O.Y.Cəlilov (sədrlik edən), X.A.Nuriyev və Ə.A.Əliyevdən ibarət tərkibdə) 2023-cü il 14 noyabr tarixli, 1(099)704/2023 nömrəli hökmü ilə, xx.xx.1968-ci ildə Lənkəran rayonu Şilavar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, 2- ci qrup əlil, məhkum olunmamış, Lənkəran rayonu Şilavar kəndində qeydiyyatda olmaqla, Lənkəran şəhəri, 18-ci məhəllədə yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 6 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hökmdən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X3 (sədrlik edən), X5 və X2 ibarət tərkibdə) 2024-cü il 25 yanvar tarixli, 1(106)-131/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, hökm apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə görə təqsirləndirilən şəxs Məhkum 2023-cü ilin may ayında sosial şəbəkədə tanış olduğu "Taleh” adlı şəxs və digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə olunması, saxlanması, daşınmasına və satışına razılaşaraq, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun üzvü tərəfindən məlum olmayan vaxtda və şəraitdə bir ədəd sellofan torbanın içərisində, ayrı-ayrı qablaşdırılmaqla cəmi, külli miqdarda - 3132,598 qram narkotik vasitə olan qurudulmuş marixuana və bir ədəd bağlamada külli miqdarda - 415,0 qram narkotik vasitə olan tiryəkin Lənkəran şəhəri, "Dəmir yol stansiyası”nın yaxınlığında körpünün altında gizlədilməsi barədə məlumat verilməsindən sonra o, 05 may 2023-cü il tarixdə, saat 23 radələrində həmin əraziyə gedib qeyd olunan yerdən bir ədəd sellofan torbanın içərisində ayrı-ayrı qablaşdırılmaqla cəmi, külli miqdarda - 3132,598 qram narkotik vasitə olan qurudulmu ş marixuananı və bir ədəd bağlamada külli miqdarda 415,0 qram tiryəki götürüb satış məqsədi ilə qanunsuz olaraq əldə edib, saxlayıb daşımış, daha sonra cinayətkar qrup üzvləri arasında olan razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq həmin narkotik maddələrin Lənkəran şəhəri ərazisindən keçən magistral yolun kənarında gizlətməklə cinayətkar qrupun digər üzvlərinə çatdırılması məqsədi ilə üzərində daşıyarkən, daxil olmuş əməliyyat məlumatına əsasən 07 may 2023cü il tarixdə, saat 01 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X6 Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Məhkum Lənkəran rayonun Şilavar kəndinin ərazisində saxlanılıb üzərində şəxsi axtarış aparılarkən əynindəki köynəyin cibindən 7,598 qram, əlindəki bir ədəd sellofan torbanın içərisindən iki ədəd bağlamada 1570,0 qram və 1555,0 qram olmaqla cəmi külli miqdarda-3132,598 qram narkotik vasitə olan qurudulmuş marixuana və bir ədəd bağlamada külli miqdarda-415,0 qram narkotik vasitə olan tiryək aşkar edilib götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞİ: Məhkum kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, məhkəmə cinayətin motivini, cinayətin baş verdiyi zaman onun yerləşdiyi yeri və vaxt etibarı ilə uyğunsuzluqları araşdırmadan onun barəsində azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Bundan başqa, məhkəmə ona cəza təyin edərkən onun ailə, sosial vəziyyəti, cinayətdə rolu, “Çernobıl” hadisəsindən əziyyət çəkməsi və barəsində digər səciyyləndirən halları nəzərə amamışd ır. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 25 yanvar tarixli, 1(106)-131/2024 nömrəli qərarının ləğv edilməsini və barəsində daha ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Məhkum CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 25 yanvar tarixli, 1(106)-131/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələl ərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkum kassasiya şikayətində ümumi şəkildə əməlinin tövsifini və cəzanın ağırlığını mübahisələndirərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2 və 416.1.21-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşa ğıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Məhkum CM-in iki maddəsi ilə, yəni CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edilmişdir Məhkəmə kollegiyası hesab edir ki, Məhkum CM-in 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmuyu ilə tam sübuta yetirilmişdir. Belə ki, cinayət işinin materiallarından görünür ki, məhkum kassasiya şikayətində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və onun dəlilləri məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmuyu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı CM-in 234.4.3-cü maddəsi üzrə irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməlini n törədilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin CM-in 234.4.3-cü maddəsi ilə tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası məhkuma qarşı CM-in 234.4.1-ci maddəsi ilə irəli sürülmüş ittihamın cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında sübuta yetirilməməsi qənaətinə gəlir. İttiham tərəfinin Məhkum “Taleh” adlı şəxs və digər şəxslərlə qabqcadan əlbir olan bir qrup şəxs təşkil etmələrinə və ittihamda göstərilən - narkotik vasitələri qanunsuz olaraq satış məqsədi ilə əldə et mə, saxlama, daşıma, satma əməllərini birgə törətmələrinə dair hər hansı məlumata malik olmaması cinayət təqibi orqanı tərəfindən Məhkum qarşı CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamın məzmunundan da (bu ittihamı təşkil edən “faktiki hallar”ın təsvirindən) açıq-aydın görünür. Belə ki, ittihamda vaxt, yer, üsul göstərilmədən Məhkum “Taleh” adlı şəxs və digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil etmələri qeyd olunduqdan sonra onların birgə (qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində) narkotik vasitələri əldə etmələrinə, saxlamalarına, daşımalarına aid “faktiki hallara” dair məlumatlar aşağıdakı kimi təsvir olunmuşdur: 1) “sosial şəbəkədə tanış olduğu “Taleh” adlı şəxs və digər şəxslərlə... qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq”; 2) “qanunsuz olaraq satış məqsədi ilə istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda və şəraitdə əldə edərək”; 3) “istintaqla müəyyən edilməyən qaydada...” Verilmiş ittihamdan görünür ki, Məhkum mobil telefonu vasitəsilə sosial şəbəkədən istifadə etməklə cinayətin digər iştirakçıları ilə əlaqəyə girmişdir. Lakin “Sübutların qiymətləndirilməsi haqqında” qərarda Məhkum mobil telefonu vasitəsilə “Whatsap” vasitəsi ilə cinayətin digər iştirakçıları ilə əlaqəyə girmişdir. Göründüyü kimi, eyni məsələ ilə bağlı ittiham tərəfinin iki fərqli, bir-birinə zidd mövqeyi mövcuddur. Lakin cinayət işinin materiallarına əlavə edilmiş “Mobil telefona baxış keçirilməsi barədə” 8 may 2023-cü il tarixli protokoldan görünür ki, Məhkum məxsus “Samsung” markalı tel efona baxış keçirilmiş, baxış zamanı cinayət xarakterli və cinayət işi üçün hər hansı əhəmiyyət kəsb edən məlumatlar aşkar olunmamışdır. (bax cild 1, i.v.84). Bundan əlavə, cinayət işi üzrə ibtidai istintaq başa çatdıqdan sonra müstəntiq tərəfindən 13 avqust 2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərar qəbul edilmişdir. Həmin qərarda müstəntiq göstərmişdir: “...İstintaq zamanı verilmiş əməliyyat tapşırığının cavabında göstərilmişdir ki, Məhkum üzərindən aşkar olunmuş külli miqdarda narkotik vasitələri nə vaxt, hardan, kimdən əldə etməsini, əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olub - olmamasını, əlaqə saxladığı şəxslərin dairəsini, onun həyat tərzini, məşğuliyyətini, narkotik vasitələrin daşınmasında başqa bir şəxsin olub-olmaması və başqa cinayətlərdə işti rak edib- etməməsinin yoxlanılması istiqamətində bir sıra əməliyyat axtarış tədbirləri keçirilmiş, tədbirlər nəticəsində müəyyən edilmişdir ki, Məhkum fərdi əməklə məşğuldur, əvvəllər məhkum olunmamışdır və narkotik vasitələrin daşınması, qəbulu və satışı ilə məşğul olur. Məhkum üzərindən və saxlanılan zaman idarə etdiyi avtomobildən aşkar olunmuş külli miqdarda narkotik vasitələri hansı mənbədən əldə etməsi ilə bağlı əməliyyat tədbirləri keçirilmişdir. Keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı həmin maddələri göndərmiş “Taleh” adlı şəxsin kimliyini, eləcə də narkotik vasitələri Lənkəran şəhərində gizlədən şəxslərin kimliyini müəyyən etmək mümkün olmadığını, bu istiqamətdə əməliyyat-axtarış tədbirlərinin davam etdirildiyi və müsbət nəticə əldə olunacağı təqdirdə əlavə məlumat veriləcə yi qeyd edilmişdir...” “... Cinayət işinin materiallarından görünür ki, Məhkum ifadələrində “Taleh” adlı İran İslam Respublikası vətəndaşı olan bir şəxslə “Whatsapp” vasitəsilə əlaqə saxladığı zaman sonuncunun ona satış məqsədilə külli miqdarda narkotik vasitələri göndərdiyini və həmin maddələri Lənkəran şəhəri, “Dəmir yol stansiyası” ərazisindən götürdüyünü və həmin maddələrin kimin vasitəsilə və hansı yolla ora qoyulduğunu bilmədiyini bildirmişdir. Göstərilən xüsusatlar istintaq və əməliyyat yolu ilə yoxlanılarkən cinayət işi materiallarına əlavə edilmiş şahid ifadələrindən, əməliyyat tapşırığına verilmiş cavabdan, Məhkum məxsus mobil telefonlara keçirilmiş baxış protokolundan və iş üzrə toplanmış digər sübutlardan görünür ki, təqsirləndirilən şəxs Məhkum üzərindən aşkar olunmuş külli mi qdarda narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İR vətəndaşı olan Taleh adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək ölkə ərazisinə gətirilməsi barədə mötəbər sübutlar müəyyən edilməmişdir...” (bax cild 1, i.v. 136-143). Göründüyü kimi, ittiham tərəfinin qabaqcadan əlbir olan bir qrupun mövcudluğunu təsdiq edən heç bir sübutu yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 7.0.20-ci maddəsində əsasən “ittiham – bu Məcəllədə müəyyən olunmuş qaydada şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməli törətməsinin israr edilməsidir”. Cinayət-Prosessual Məcəllənin 223.3-cü maddəsi təqsirləndirilən şəxs qismində cəlb etmə qərarının təsviri-əsaslandırıcı hissəsində bu Məcəllənin 223.3.1-223.3.5-ci maddələrində göstərilənlərin, o cümlədən “cinayə tin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti”nin (maddə 223.3.2) əks etdirilməsini tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 2021-ci il 24 dekabr tarixli Plenum qərarında da (31-ci bənd) iştirkaçılıqla törədilən cinayətlərlə əlaqədar ittihamda və məhkəmə aktlarında hər bir iştirakçının hərəkətlərinin və ya hərəkətsizliyinin nədə ifadə olunmasının, onların rollarının göstərilməsinin vacibliyi vurğulanmışdır. Bu səbəbdən şəxsə qarşı irəli sürülmüş qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayət törətməsi barədə ittihamın CPM-in 7.0.20, 223.3.2-ci maddələrinin tələblərinə cavab verən məzmunda o lması üçün onun konkret olması, birgə cinayət törətmək barədə razılaşmanın qabaqcadan, yəni cinayətin obyektiv cəhətinin yerinə yetirilməsinə başlanılana qədər əldə olunduğuna dəlalət edən zaman, məkan, üsul barədə məlumatları nəzərdə tutması, narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanılması, daşınması, satışı əməllərinin törədilməsi şəxsə isnad edilirsə bu əməllərin hər birinin yerinə yetirilməsində hər bir iştirakçının rolunun, hərəkətlərinin nədən ibarət olmasının əks etdirməsi tələb olunur. Məhkum qarşı Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamda isə narkotik vasitələrin əldə edilməsi, saxlanılması, daşınması, satışı əməllərinin Məhkum və “Taleh” adlı şəxs və digər şəxslərdən təşkil olunmuş qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində (birgə) törədildiyi qeyd olunsa da, Məhkum sözügedən əlamətlə (birgə törədilməsi iddia edilən - əldə etmə, saxlama, daşıma, satma kimi əməllərlə) uzlaşdırıla biləcək konkret hərəkətləri göstərilməmişdir (iittihamda, birinci və apellyasiya instansiya məhkəməsinin hökm və qərarında təsvir olunmuş Məhkum əməllərinin faktik məzmunu müstəsna olaraq onun “Taleh” adlı şəxs və digər şəxslərin satdığı tiryək və qurudulmuş marixuananı qanunsuz olaraq satış məqsədi ilə əldə etməsini və bundan sonra onların saxlanılması, daşınması, marixuananın satışı üzrə təkbaşına etdiyi hərəkətləri əhatə edir). Ümumiyyətlə, Məhkum qarşı Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə irəli sürülmüş ittihamın məzmunu CPM-in 7.0.20 və 223.3.2-ci maddələrinin tələbləri və Ali Məhkəmənin Plenumunun “Məhkəmə hökmü haqqında” qərarının 31-ci bəndi ilə müqayisə etdikdə görünür ki, əslində bu ittiham cinayət təqibi orqanının müəyyən edə bilmədiyi (ona məlum olmayan), lakin həmin normalara, CPM-in 139.0-cı maddəsinə və Plenum qərarının müddəalarına görə müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edən halların sadalanmasından (“naməlum vaxtda və yerdə”, “şəxsiyyəti məlum olmayan şəxs və şəxslər”, “istintaqla müəyyən edilməyən qaydada və şəraitdə” kimi konkretləşdirilməyən ifadələr toplusundan) ibarətdir. Özü üçün belə bu qədər “naməlumlar” olduğu vəziyyətdə cinayət təqibi orqanının Məhkum qarşı Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə - qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində narkotik vasitənin əldə edilməsi, daşınması, saxlanması, satışı üzrə əməlləri başqa şəxslə birgə törətməsi barədə ittiham irəli sürmə si onu göstərir ki, ittihamın həlli üçün mühüm əhəmiyyət kəsb edən məsələlərə dair ciddi və aradan qaldırılmayan şübhələlər olduğu halda – CPM-in 21-ci maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipinin ziddinə olaraq Məhkum qarşı həmin maddə ilə ittiham irəli sürülmüş və baxılması üçün məhkəməyə göndərilmişdir. İbtidai istintaq dövründən mövcud olan və cinayət prosesinin məhkəmə icraatı mərhələsində də aradan qaldırılmayan həmin şübhələrin, yəni yuxarıda göstərilən məzmunda formulə edilmiş “ittihamın” və bundan əvvəl qeyd edilən digər halların fonunda Məhkum CM-in 234.4.1-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılması CPM-in 143-146cı maddələrinin tələblərinə zidd olmaqla, cinayət və cinayət-prosessual qanunların tələbləri ilə uzlaşan yanaşma kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların k ifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Qeyd olunan normaların tələbləri ilə müqayisə etdikdə, Məhkum qarşı irəli sürülmüş CM-in 234.4.1-ci maddəsi ilə olan təqibin ittihamdan, hökmdən və qərardan xaric edilməsi, cinayət-prosessual qanunun yuxarıda təsvir edilən normalarının tələblərinə, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması m ümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydalara cavab verən nəticə kimi özünü göstərir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, Məhkum kassasiya şikayəti qismən təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli hökmü, Məhkum CM-in 234.4.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair hissədə ləğv edilməli, Məhkum CM-in 234.4.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmədiyindən, CPM-in 42.1.4-cü maddəsinə əsasən, CM-in 234.4.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməli, Məhkum cəzasını yüngülləşdirən hallar nəzərə alınmaqla, ona təyi n edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti azaldılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2023-cü il 14 noyabr tarixli, 1(099)-704/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmiş Məhkum barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 25 yanvar tarixli, 1(106)-131/2024 nömrəli qərarı məhkumun kassasiya şikayətinə münasibətdə dəyişdirilsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli hökmü Məhkum Azərbaycan Respublikası Cinayət Mə cəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair hissədə ləğv edilsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmədiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilsin. Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qərar, kassasiya şikayətinə münasibətdə, qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-985/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-985/2025
30.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver