Məhkəmə qərarları › İş №1(102)-986/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-986/2020

22.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-986/2020 22.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X4 iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 sentyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 126.2.4-cü maddəs i ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 noyabr 2018-ci il tarixli qərarından Məhkum oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-885/2018 nömrəli, 17 sentyabr 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Əfqan Hacıyev, hakimlər Rasim Sadıxov və Fikrət Qəribovdan ibarət tərkibdə), Məhkum, xx xxxxxx 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi işlə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ******** rayonu, ******* qəsəbəsi, ************* küçəsi 1-də qeydiyyatda olan, Bakı şəhəri, ******** rayonu, ******** qəsəbəsi, nömrəsiz fərdi yaşayış evində kirayədə yaşamış; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 17 iyun 2018-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, 17 iyun 2018-ci il tarixdə, saat 02:30 radələrində Bakı-Astara yolunun Bakı şəhərinin Lökbatan qəsəbəsi ərazisindən keçən 15-ci kilometrliyində fəaliyyət göstərən “Azpetrol” yanacaqdoldurma məntəqəsindən sağa doğru 300 metr aralı məsafədə yerləşən “******** ” kafesində kafenin icarədarı X2 onun tanışı X1 nahiyəsinə başı ilə zərbə vurduğunu, daha sonra hər ikisinin yerə yıxıldığını görüb kömək etmək üçün R6 yaxınlaşarkən Zərərçəkmiş şəxs onu əli ilə kənara itələməsini bəhanə edib heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyətilə üzərində olan bıçaqla Zərərçəkmiş şəxs qarın nahiyəsinə qəsdən bir dəfə vuraraq sonuncuya daxilə nüfuz edərək deşilmiş-kəsilmiş yarası ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Hökmdən iş üzrə təqsirləndirilən şəxs Məhkum və onun müdafiəçisi X5 tərəfindən verilən apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1481/2018 nömrəli 14 noyabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Elşad Şamayev, hakimlər Sahibxan Mirzəyev və Faiq Qasımovdan ibarət tərkibdə) Məhkum oğlu və onun müdafiəçisi X5 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 sentyabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 noyabr 2018-ci il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassator kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin hökm və qərarı əsassız və qanunsuzdur. Kassator hadisənin saniyələr ərzində baş verdiyindən nə baş verdiyini dərk etmədiyini, anlaqsız vəziyyətdə olduğunu, hadisədən dərhal sonra zərərçəkmişi təcili tibbi yardımla xəstəxanaya çatdırmasını, könüllü polis idarəsinə gələrək təslim olmasını, törətdiyi cinayətdən səmimi peşma nçılıq çəkməsini, lakin bütün bunların işə baxan məhkəmələr tərəfindən nəzərə alınmadığını vurğulamışdır. Kassator göstərmişdir ki, işə baxan məhkəmələr onun ilk məhkumluğunu, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini və “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 20 oktyabr 2017-ci il tarixli Qanunun tələblərini nəzərə almamış və ona kifayət qədər sərt cəza təyin etmişlər. Halbuki, ona yüngül cəza təyin edilməsi üçün kifayət qədər əsaslar olmuşdur. Kassator göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 noyabr 2018-ci il tarixli qərarının dəyişdirilməsini və cəzasının yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materia llarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək kassasiya şikayətinin təmin edilməməsi barədə iş üzrə dövlət ittihamçısı Hafiz İmranovun çıxışını dinləyərək belə hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməməli və Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları m əhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum kassasiya şikayətinin ilk dəlili cinayət əməli törədərkən qeyri-ixtiyarı vəziyyətdə olmasıdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, Məhkum ilkin izahatında, şübhəli şəxs qismində dindirilməsi zamanı verdiyi ifadəsində və ifadənin yerində yoxlanılması zamanı Zərərçəkmiş şəxs vurduğunu təsdiq etmiş və hadisəni törədərkən sərxoş olduğunu bildirmişdir. İş materiallarında olan sərxoşluğun müəyyən edilməsi haqqında protokoldan görünür ki, Məhkum hadisə zamanı yüngül a lkoqol sərxoşluğu vəziyyətində olmuşdur. Şəxsin yüngül alkoqol sərxoşluğunda olması onun cinayət törədərkən anlaqsız vəziyyətdə olmasına dəlalət etmir. Bundan başqa, iş materiallarında Zərərçəkmiş şəxs xəstəxanaya aparması halı da öz təsdiqini tapmır. İş materiallarındakı ifadələrdən müəyyən edilir ki, Post Patrul xidməti əməkdaşları X9 zəng etmiş və zərərçəkmiş şəxs TTY Briqadası ilə xəstəxanaya aparılmışdır. İş materiallarında məhkumun zərərçəkmişlə barışıq əldə etməsinə dair heç bir sübut yoxdur. Hadisədən dərhal sonra təqsirləndirilən şəxsin polisə təslim olması dəlili də öz təsdiqini tapmır. Belə ki, iş materiallarındakı raport və protokollardan görünür ki, hadisənin baş verməsi barədə məlumatı Xaləddin Soltanov adlı şəxs Bakı şəhəri Qaradağ RPİ-in 10-cu Polis Bölməsinə vermişdir. Qar adağ RPİ-in Post Patrul Xidmətinin əməkdaşları hadisə yerinə gələrək Məhkum hadisəyə aydınlıq gətirilməsi üçün polis bölməsinə aparmışlar. Kollegiya qeyd edir ki, məhkum ibtidai istintaq zamanı verdiyi ifadələrində də göstərmişdir ki, hadisə baş verəndən sonra polis əməkdaşları kafenin yanına gəlmiş və onu polis avtomobilinə əyləşdirərək 10-cu Polis Bölməsinə gətirmişlər. Odur ki, Məhkum könüllü olaraq polis bölməsinə gəlib təslim olması barədəki dəlili də əsassızdır. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarından və məhkəmə aktlarından görünür ki, işə baxan məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutların hansına üstünlük verilməsi məh kəmə hökmündə göstərilmişdir. (məhkəmələr məhkumun təqsirli olub-olmaması məsələsini həll edərkən iş üzrə təqsirkar şəxsin öz ifadələrinə, zərərçəkmiş şəxsin ifadələrinə, bir-birinə uyğun olan şahid ifadələrinə, ekspertiza rəylərinə və digər sübutlara əsaslanmışlar). Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və ədalətli məhkəmə araşdırması aparılmış, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət verilmiş, məhkumun təqsirinin sübuta yetirilməsində qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməmiş, iş üzrə mötəbər sübutların məcmusu ilə Məhkum Xayrulla oğlunun təqsirliliyi sübuta yetirilm işdir. İşə baxan məhkəmələrin Məhkum cinayət əməlinin sübuta yetirilməsinə və tövsifinə dair nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası da bu nəticə ilə razılaşır və belə hesab edir ki, Məhkum cinayət əməlləri məhkəmələr tərəfindən düzgün olaraq 126.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Bundan başqa, kassator iş üzrə cəzanı yüngülləşdirən halların və “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 20 oktyabr 2017-ci il tarixli Qanununun tələblərinin nəzərə alınmasını və cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Bununla əlaqədar kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin hökmündən müəyyən edilir ki, məhkəmə məhkumun əvvəllər məhkum olunmamasını CM-in 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alm ış, cəzanı ağırlaşdıran hal müəyyən etməmiş və ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Apellyasiya məhkəməsi hökmü qanuni və əsaslı hesab edərək dəyişdirilmədən saxlamışdır. Kollegiya qeyd edir ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 20 oktyabr 2017-ci il tarixli Qanunu ilə CM-in 126.2-ci maddəsinin nə məzmununa, nədə ki, sanksiyasına heç bir dəyişiklik edilməmişdir. Məhkəmə kollegiyası cəza təyini ilə bağlı sadalanan kriteriyalar üzrə işin hallarını araşdırarkən müəyyən etmişdir ki, birinci və apellyasiya instansiya məhkəmələri qəsdin obyekti, təqsirin forması, cinayətlərin ağırlıq dərəcəsi, cəzanı yüngülləşdirən hallar, hab elə təqsirkarın şəxsiyyətini səciyyələndirən məlumatları işin müəyyən edilmiş halları çərçivəsində düzgün qiymətləndirmiş, cinayətin ictimai təhlükəlilik dərəcəsi və cəzanın məqsədi ilə bağlı qanunvericilyin tələblərini kifayət qədər nəzərə almışdır. Belə ki, məhkum olunmuş şəxs birinci instansiya məhkəməsinin təqsirkar barəsində cəzanı yüngülləşdirən halların kifayət qədər nəzərə alınmadığını iddia etsə də, hökmdən görünür ki, məhkəmə təqsirləndirilən şəxsin əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hal,cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının aşağı həddinə yaxın müddətini təyin etməklə, ümumilikdə cəzanın növü və həddi ilə bağlı tələbləri mümkün olan həddə gözləmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2-ci maddəsinin sanksiyasında altı ildən on bir ilədək azadıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələbinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir CM-i n 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə kollegiyası qeyd edir ki, istər göstərilən Qanun normalarının tələbləri, istərsə də Plenum qərarının tövsiyələri baxımından yanaşdıqda işə baxan məhkəmələrin Məhkum təyin etdiyi azadlıqdan məhrum etmə cəzasının müddəti ədalətsiz hesab oluna bilməz. Qanun ədalətli cəza dedikdə, təkcə “təqsirkarın qəbul etdiyi həddə” yüngül cəza təyin edilməsini özündə ehtiva etmir. Təyin edilmiş cəza həm sərtliyinə, həm də yüngüllüyünə görə törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə mütənasib olmalı, törədilən cinayətə adekvat olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 404-cü maddəsinə əsasən, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Məhkəmə kollegiyası Məhkum törətdiyi cinayətlərin xarakteri və ictimai-təhlükəliliyi fövqündə ona cinayətlərin məcmusu qaydasında təyin edilən 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasını əsaslı və kifayət qədər ədalətli cəza hesab edir. Yuxarıda şərh olunanlara, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının tövsiyələrinə əsaslanaraq kassasiya kollegiyası Məhkum törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin təyin edilən cəz anın sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəzanın qanunla müəyyən edilmiş məqsədinə çatmaq üçün Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsini mümkün hesab etmir və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 noyabr 2018-ci il tarixli qərarının qanuni, əsaslı və ədalətli olması nəticəsinə gəlir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini tutarlı bir fakta söykənmədiyinə görə qəbul etmir və onların əsassız olması nəticəsinə gəlir. Belə olan halda, məhkəmə kollegiyası cinayət işinin materiallarını və cinayət-prosessual qanunvericiliyinin tələblərini nəzərə alaraq Məhkum Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 noyabr 2018-ci il tarixli qərarından verdi yi kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və belə nəticəyə gəlir ki, həmin şikayətin təmin edilmədən, mübahisələndirilən qərarın isə dəyişdirilmədən saxlanılması qanuni, əsaslı və ədalətlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 noyabr 2018-ci il tarixliqərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar