Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-986/2022 20.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Yusifov Şahin Yaşar oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun iştirakı ilə xx xxxxxx 1951-ci il tarixdə Samux rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Samux rayonu, Çobanabdallı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, hal hazırda həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayə t Məcəlləsinin (bundan sonra CMin) 126.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 fevral 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi, Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Məmmədova Şəfəq Ənvər qızı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli hökmü ilə (hakimlər: S.H.Hacıyev (sədrlik edən), R.V.Salmanov və E.Ə.Mikayılov) Təqsirləndirilən şəxs - Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tar ixdən xx.xx.2019-cu il tarixədək tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəza müddətinə hesablanmaqla üzərində qəti olaraq 05 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 03 sentyabr 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 fevral 2022-ci il tarixli qərarı ilə (hakimlər: R.A.Qaraqurbanlı (sədrlik edən), M.Ə.Abbasov və V.Ə.Mursaqulov) verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs xuliqanlıq niyyətilə digər şəxsin sağlamlığa qəsdən ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə saat 23 radələrində ünvan 2 ünvanda Zərərçəkmiş şəxs araq almaq üçün verdiyi 50 manat pulun qalığını qaytarmadığına görə aralarında yaranmış mübahisə zəminində üzərində olan bıçaqla Zərərçəkmiş şəxs qarın nahiyyəsinə bir dəfə bıcaqla vuraraq sonuncuya xuliqanlıq niyyətilə qəsdən dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid qara ciyərin zədələnməsi ilə müşayiət olunan qarnının ön divarından qarın boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş xəsarət yetirmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayə tində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 fevral 2022-ci il tarixli qərarının ləğv edilməsi və Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməsi və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş minimum həddə cəza təyin olunması və CM-in 70-ci maddəsinə əsasən təyin olunmuş cəzanın şərti hesab olunmasına dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, həm birinci instansiya məhkəməsində, həm də apellyasiya instansiyası məhkəməsində iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması səbəbindən məhkəmələrin gəldiyi nəticələr əsassız olmuş, məhkumun əməlinin tövsifində səhvə yol verilmişdir. Müdafiəçinin fikrincə, işin faktiki halları ilə tə sdiq olunur ki, baş vermiş hadisə Zərərçəkmiş şəxs qanunsuz hərəkətləri, yəni Təqsirləndirilən şəxs ona verdiyi 50 manat pulun qalığının qaytarmaması və ona kobud cavab verməsi olmuş və ona görə də Təqsirləndirilən şəxs hərəkətlərində xuliqanlıq niyyətinin olması təkzib olunduğundan onun əməli CM-in 126.1-ci maddəsinə tövsif edilməlidir. Müdafiəçi həmçinin qeyd edir ki, məhkəmələr Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzanı yüngülləşdirən halları kifayət qədər nəzərə almayaraq sərt cəza təyin etmişlər. Belə ki, Təqsirləndirilən şəxs cinayət hadisəsini törətdikdən sonrakı davranışı, onun zərərçəkmiş şəxslə barışması, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmaması, özünün bir çox xəstəliklərdən əziyyət çəkməsi, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması, cəzasını ağırla şdıran halların olmaması kifayət qədər nəzərə alınmamışdır. Müdafiəçi hesab edir ki, sadalanan yüngülləşdirici hallar Təqsirləndirilən şəxs barəsində CM-in 70-ci maddəsinin tətbiq olunması üçün əsas verir və həmin hallar nəzərə alınmaqla Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı sınaq müddəti müəyyən etməklə şərti tətbiq etmək olar. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Alverdiyevin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instan siyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Qanunun bu tələb indən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi və ona təyin edilmiş cəzanın ağır olması mübahisələndirilir. Odur ki, məhkəmə kollegiyası cinayət işinin materiallarını və iş üzrə qəbul edilmiş məhkəmə qərarlarını kassasiya şikayətinin dəlillərinə münasibətdə qiymətləndirməyi, bununla əlaqədar cinayət qanunvericiliyin normalarına, Azərbaycan Respublikası Konstitusiya M əhkəməsinin Plenumunun qərarlarında verilən şərhlərə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarlarında verilən tövsiyələrə müraciət etməyi zəruri hesab edir. CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CM-in “ Qəsdən sağlamlığa ağır zərər vurma” adlanan 126-cı maddəsinə görə: “126.1. Qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma”ya; 126.2. Eyni əməllər: 126.2.4. ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə törədildikdə” cinayət məsuliyyəti nəzərdə tutulur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunub-olunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilə bilən cəzanın ağırlığını araşdırmalıdırlar. Həmin qərarda həmçinin göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbə b olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarının 6-cı bəndində deyilir: “Qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi il ə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CM-nin 120.2.2-ci maddəsi ilə yanaşı 221-ci maddəsinin də tərkibini yaradır. Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəmini ndə adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa, təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz.” İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Məhkəmə kollegiyası, məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Təqsirləndirilən şəxs Z ərərçəkmiş şəxs ağır zərər yetirməsi ilə əlaqədar sübutlar mübahisələndirilmədiyindən həmin sübutların şərh edilməsini zəruri hesab etmir. Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai araşdırma orqanı və aşağı instansiya məhkəmələri Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifini qiymətləndirərkən səhvə yol vermiş, Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurması nəticəsinə gəlmiş və Təqsirləndirilən şəxs əməlini CM-in 126.2.4-cü maddəsi ilə tövsif etmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində xuliqanlıq niyyətinin olubolmamasının müəyyən edilməsi üçün aşağıdakı zəruri əlamətlərin mövcudluğunun araşdırılması zəruridir: -Şəxsin özünün şəxsiyyətinin başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətlərinin fövqündə qoyub-qoymaması; -Şəxsin cəmiy yətə, ictimai qaydalara, əxlaq normalarına aşkar laqeydlik, etinasızlıq, hörmətsizlik göstərib göstərməməsi; -Şəxsin ətrafdakılara münasibətdə şəxsi eqoizmini, qəddarlığını, azğınlığını nümayiş etdirib-etdirməməsi. Avropa Məhkəməsinin "Qavazov Bolqarıstana qarşı" 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Həmçinin "Erkapis Xorvatiyaya qarşı" iş üzrə Avropa Məhkəməsinin 25 aprel 2013-cü il tarixli qərarında göstərilir k, ədalətli məhkəmə araşdırması anlayışı prinsip etibarı ilə güman edir ki, əgər əks təqdir üçün əsaslı səbəb yoxdursa, məhkəmələr şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələrdən fərqli olaraq onların məhkəmə iclasında verdikləri ifadələrinə daha çox əhəmiy yət verməlidirlər. İş materiallarında olan sübutlardan da açıq-aydın görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə hadisədən 2 il müddətdir ki, tanış olmuşdur. İbtidai araşdırma orqanının və məhkəmələrin gəldiyi nəticəyə görə xx.xx.2019-cu ildə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs araq almaq üçün verdiyi 50 manat pulun qalığını qaytarmamış, buna görə də aralarında narazılıq yaranmışdır. İş materiallarından görünür ki, cinayət hadisəsi və münaqişəli vəziyyət məhkum Təqsirləndirilən şəxs ilə iş üzrə zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs arasında, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsdən onun verdiyi pulun qalığını qaytarmasını istəməsi və sonuncunun bundan imtina etməsi səbəbindən yaranmışdır. Mübahisə zamanı Zərərçəkmiş şəxs aldığı həm pulu qaytarmaması, həm də Təqsirləndiril ən şəxsla kobud danışması, sonuncunun əsəbiləşməsinə və əynindəki şalvarın arxa cibində olan özünə məxsus cib bıçağını çıxarıb, bıçaqla bir dəfə Zərərçəkmiş şəxs qarın nahiyyəsinə qəsdən vuraraq, sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirməsi ilə nəticələnmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs niyyəti ictimai qaydanı kobud surətdə pozmağa, ətrafdakılara qarşı açıq-aşkar hörmətsizliyə yönəlməmiş, baş vermiş münaqişə Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında yaranan sözlü mübahisənin nəticəsi olmuşdur. Odur ki, Təqsirləndirilən şəxs qəsdən bir dəfə Zərərçəkmiş şəxs qarın nahiyəsindən vuraraq ona insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirməsi xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma kimi qiymətləndirilə bilməz. Azərb aycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, məhkum Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətməsi faktı iş üzrə toplanmış sübutların məcmusu ilə təsdiq olunmur. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda şərh olunanlara əsasən Təqsirləndirilən şəxs əməli CM-in 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Kassasiya şikayətində həmçinin məhkum Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq edilməsi xahiş olunur. Məhkum Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq edilməsi barədə kassasiya tələbini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, cəza təyini məsələsəni həll edərkən maddi hüquq normal arının, o cümlədən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə əməl edilməli, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar, cəzasını ağırlaşdıran halların olmaması nəzərə alınmalıdır. Həmçinin məhkəmə kollegiyası bildirir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 25-ci bəndində göstərilmişdir ki, şərti məhkum etmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədlərinə cavab verməlidir. Məhkum barəsində şərti məhkum etmənin tətbiqi üçün aşağıdakı əsasların olubolmaması araşdırılmalıdır. 1. məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü 2. tö rədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi 3. məhkumun şəxsiyyəti 4. cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar CM-in 70-ci maddəsi üzrə şərti məhkum etmə cəza təyin etmə ilə bağlı müstəsna norma olmaqla, CM-in 70.1-ci maddəsinin tələbi üzrə yalnız o halda tətbiq edilə bilər ki, məhkumun cəza çəkmədən islah olunması mümkün olsun. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs barəsində CM-in 70-ci maddəsinin tətbiq olunmasını qeyri-mümkün hesab edir. Qanunun mənasına əsasən şərti məhkum etmə bir qayda olaraq cinayət törətmiş şəxslərə müstəsna hallarda, məhkumun təyin olunmuş cəzanı real çəkməsi məqsədə müvafiq olmadıqda tətbiq edilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosi al ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, t əqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərə cəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cə zanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə cəzası müəyyən edilmişdir. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs cəza təyin edərkən törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hal kimi, əməlində cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə alaraq təqsirli bilindiyi maddənin sanksiyası dax ilində cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir və Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunmasını mümkün hesab etmir. Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsinə əsasən məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti qismən təmin edilsin. Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 07 fevral 2022-ci il tarixli qərarı dəyişdirilsin. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2. 4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək ona 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəza müddətinə hesablanmaqla üzərində qəti olaraq 03 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-986/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-986/2022
20.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver