Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-986/2024 15.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və Məhkum iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 sent yabr 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin (sədrlik edən hakim Aygün Qurbanova) 16 may 2023-cü il tarixli 1(001)-131/2023 nömrəli hökmü ilə xx xxxxxx 1985-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, fərdi əməklə məşğul olan, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib ona 1 (bir) 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, o, cavabdeh kimi ondan 12 iyul 2018-ci ildən başlayaraq xx.xx.2011ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 manat alimentin tutularaq Mirzəyeva (Səfərova) İranə Vahid qızına verilməsinə dair Binəqədi Rayon Məhkəməsinin 30 aprel 2018-ci il tarixli, 2(001)-3970/2018 saylı qətnaməsini, qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla yuxarıda adı qeyd edilən uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat miqdarında alimentin tutularaq Mirzəyeva (Səfərova) İranə Vahid qızına verilməsinə dair həmin rayon məhkəməsinin 02 mart 2020-ci il tarixli, 2(001)-1913/2020 saylı və qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla həmin adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat miqdarında aliment tutularaq Mirzəyeva (Səfərova) İranə Vahid qızına veril məsinə dair həmin məhkəmənin 30 mart 2021-ci il tarixli, 2(001)-2664/2021 saylı qətnamələrini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək sonuncu dəfə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 3(001)-4295/2021 saylı qərarı ilə 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla 25 aprel 22-ci il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 30 may 20 22-ci il tarixinədək cəmi 7808,18 manat məbləğində aliment borcunu ödəməyərək zərərçəkmiş şəxs Mirzəyeva (Səfərova) İranə Vahid qızına maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının (hakimlər Emin Mehdiyev (sədrlik edən və məruzəçi), Elmar Rəhimov və Fərid Əyyubov) 07 sentyabr 2023-cü il tarixli, 1(103)-1599/2023 nömrəli qərarı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli, 1(001)-131/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, məhkum edilmiş şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 sentyabr 2023-cü il tarixli 1(103)-1599/2023 nömrəli qərarının ləğv edilməsi və barəsində başlanılmış cinayət işinin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, hazırda zərərçəkən şəxslə barışıq ərəfəsində olduğu nəzərə alınaraq, onun zərərçəkmiş şəxsə 7808,18 manat aliment borcundan məhkəmə istintaqı zamanı 4874 manat ödəniş etməsi və əlavə olaraq 6 aydır ki, anasına məxsus pensiya kartını zərərçəkmiş şəxsə verilməsi və hər ay yığılmış borcdan 327 manat məbləğində pul götürülür. Aylıq olan aliment borcu isə onun aldığı pensiya kartından ödəyir. Beləliklə hazırda onun zərərçəkmiş şəxs Mirzəyeva (Səfərova) İranə Vahid qızına aliment borcu 1200 manat qalmışdır. Qalan məbləği d ə ödəməyə hazırdır. Kassator şikayətində bildirir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğindən yığılıb qalmış 1200 manatı ödədiyi halda cinayət məsuliyyətində azad edilməlidir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, məhkumun və dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlü yünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apelyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, yığılmış 7808,18 manat aliment borcundan onun tərəfindən 4874 manat ödəniş edilməsi və əlavə olaraq 6 aydır hər ay yığılmış borcdan 327 manat məbləğində pul ödənilməsi onun Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsinə əsas yaradan hallardır. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlilinə qiymət verərək iş materiallarına əsasən bildirir ki, Məhkum Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsi onun özünün ifadəsi ilə yanaşı cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu – Zərərçəkmiş şəxs və Şahid1 ifadələri, habelə digər iş materialları ilə məhkəmə istintaqında sübuta yetirilmişdir. Birinci instansiyası məhkəməsi Məhkum əməlini Azərbaycan Rerspublikası CM-in 306.1-ci maddəsi ilə tövsif etmiş və əsaslı olaraq onun barəsində həmin maddə ilə ittiham hökmü çıxartmışdır. İş materiallarından görünür ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə i stintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Həmçinin cinayət işinin materiallarından görünür ki, ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların birinci instansiya və apellyasiya instansiyası məhkəmələri tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPMin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, Məhkum əməli CMin 306.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayətprosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda (42.1.1); əməldə cinayət tərkibi olmadıqda (42.1.2); cinayət törədilməsində aidiyyəti olmadıqda (42.1.3); təqsirliliyi sübuta yetirilmədikdə (42.1.4). Göründüyü kimi, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkum tərəfindən aliment borclarının bir qisminin ödənilməsi onun cinayət məsuliyyətindən azad edilməsinə əsas vermir. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, apellyasiya instansiyasında apellyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsa slanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Buna əsasən də kassasiya kollegiyası şikayətinin dəlillərini əsassız sayır. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və prosesin iştirakçılarına, o cümlədən təqsirləndirilən şəxs Məhkum qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Bundan başqa, məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində gö stərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 sentyabr 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhb ər tutaraq, QƏRARAALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 sentyabr 2023-cü il tarixli qərarı məhkumun kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-986/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-986/2024
15.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver