Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-987/2023 13.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şahvələdov Ümüd Nadir oğlunun, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-216/2022 nömrəli, 02 iyun 2 022-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi9 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum Əliyev Fərhad Elburus oğlu 31 avqust 1980-ci il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, ailəli, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamışdır. 2. 27 may 2021-ci il tarixli ittiham aktına görə Əliyev Fərhad Elburus oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3.Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum1 İran İslam Respublikasının (bundan sonra – “İİR”) vətəndaşı “Maqa ” adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında tamah niyyəti və satış məqsədi ilə İİR-dən Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən gizli yolla keçiriləcək narkotik vasitələri və psixotrop maddəni əldə edib müqəddəratına sərəncam verməyi qabaqcadan vəd verməklə köməklik etməsi barədə razılığa gəlmişlər. Aralarında olan cinayətkar razılaşmaya əsasən Məhkum1 10 avqust 2020-ci il tarixdə, saat 16-17 radələrində özünə məxsus “Opel Astra” markalı, ** SL *** dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə şəhərinə getmiş, Bərdə şəhərində tanışları Məhkum3 və X5 ilə görüşüb sonunculara İrandan “Maqa” adlı tanışının Beyləqan rayonunun ərazisinə qanunsuz olaraq satış məqsədilə külli miqdarda narkotik vasitə göndərəcəyi və həmin narkotik vas itəni Beyləqan rayonu ərazisinə qoyacağı barədə məlumat vermişdir. Bundan sonra Məhkum1, Məhkum3 və Fərhad Əliyev həmin narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq Beyləqan rayonunda əldə edib məlum olmayan yerə daşımaları barədə razılaşaraq qabaqcadan əlbir olub bir qrup şəxs halında, həmin gün saat 19 radələrində Fərhad Əliyevin idarə etdiyi “Opel Sentra” markalı, ** RH *** dövlət qeydiyyat nişanlı avtomobili ilə birlikdə Bərdə rayonundan Beyləqan rayonu, Daşburun dairəsinin yaxınlığına gəlmişlər. Məhkum1, Fərhad Əliyev və Məhkum3 sonuncunun tanışı - cinayətkar qrupun digər üzvü Beyləqan rayonu, İ-ci Şahsevən kənd sakini Məhkum2 ilə Daşburun dairəsinin yaxınlığında yerləşən çayxanada görüşmüş, həmin vaxt İranlı “Maqa” adlı şəxs telefon vasitəsi ilə Məhkum1 içərisində narkotik vasit ə olan bağlamanın Beyləqan rayonu, 2-ci Aşıqlı kəndinə gedən yolun kənarındakı üzərində inək şəkili olan yol nişanının yanına qoyulması və oradan götürməsini bildirmiş, Məhkum1 da bu barədə cinayətkar qrupun digər üzvləri Məhkum3, Fərhad Əliyevə və Məhkum2 məlumat vermişdir. Bundan sonra aralarında olan cinayətkar razılaşmaya əsasən, Məhkum1 Məhkum2 idarə etdiyi VAZ 2105 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Beyləqan rayonu, 2-ci Aşıqlı kəndinə gedərək şəxsiyyəti məlum olmayan “Maqa” adlı şəxsin göndərdiyi və yolun kənarındakı üzərində inək şəkili olan yol nişanının yanına qoyulmuş beş ədəd torbada qablaşdırılmış ayrı-ayrılıqda təmiz çəkisi- 1055 qram, 1390 qram, 520 qram, 1420 qram, 1110 qram, ümumi təmiz çəkisi- 5495 qram külli miqdarda narkotik vasitə olan tiryək, 13 0,362 qram külli miqdarda narkotik vasitə olan heroin və 12,811 qram külli miqdarda psixotrop maddə olan metamfetamini qanunsuz olaraq satış məqsədilə əldə edib Məhkum2 məxsus avtomobildə saxlamaqla daşıyıb Ağacabədi rayonu istiqamətində asfalt yolunun kənarında “Görüş” mağazasının yanında onları gözləyən cinayətkar qrupun digər üzvləri - Məhkum3 və Fərhad Əliyevin yanına apararkən Beyləqan rayonu, 2-ci Aşıqlı kəndindən asfalt yola çıxan hissədə 10 avqust 2020-ci il tarixdə, saat 22 radələrində Beyləqan rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Məhkum2 idarə etdiyi avtomobil saxlanılmış, onlardan sarı rəngli bağlamanın içərisində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar İİR-dən Beyləqan rayonu ərazisinə s atış məqsədilə keçirilmiş və qanunsuz olaraq satış məqsədilə əldə edib saxlamaqla daşıdıqları təmiz çəkisi 5495 qram külli miqdarda narkotik vasitə olan tiryək, 130,362 qram külli miqdarda narkotik vasitə olan heroin və 12,811 qram külli miqdarda psixotrop maddə olan metamfetamin aşkar edilib götürülmüşdür. 4.16 iyun 2021-ci il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Əliyev Fərhad Elburus oğlu və Məhkum1 cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur. 5.Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-423/2021 nömrəli, 11 noyabr 2021ci il tarixli hökmü ilə Əliyev Fərhad Elburus oğlunun Azərbaycan Respublikası CM-nin Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ndə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməsi və ona 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilmişdir. 6.Birinci instansiya məhkəməsinin həmin hökmündən təqsirləndirilən şəxs Əliyev Fərhad Elburus oğlu və onun müdafiəçisi Müdafiəçi4 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir. 7.Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-216/2022 nömrəli, 02 iyun 2022-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs Əliyev Fərhad Elburus oğlu və müdafiəçisi Müdafiəçi4 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. 8.Şirvan Apellyasiya məhkəməsinin həmin qərarından məhkum Əliyev Fərhad Elburus oğlu kassasiya şikayəti vermişdir. 9.Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyas ının 1(102)1858/2022 nömrəli, 08 dekabr 2022-ci il tarixli qərarı ilə məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-216/2022 nömrəli, 02 iyun 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmışdır.
10. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-216/2022 nömrəli, 02 iyun 2022-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi9 tərəfindən kassasiya şikayəti verilmişdir.
11. İş kassasiya instansiya məhkəməsində baxılanadək, məhkum Əliyev Fərhad Elburus oğlu ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək müdafiəçisi Müdafiəçi9 tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. II. Hüquqi məsələlər 12.Məhkəmə kollegi yası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir.Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir.
13. Məhkəmə kollegiyası cinayət prosessual qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsaslanmaqla məhkum Əliyev Fərhad Elburus oğlu kassasiya şikayətinin geri götürülməsi barədə verdiyi ərizəsi ilə bağlı dövlət ittihamçısının çıxışında bildirdiyi mövqeyini nəzərə alıb və həmin ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 iyun 2022-ci il tarixli,1(106)-216/2022 nömrəli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Əliyev Fərhad Elburus oğlunun ərizəsi təmin edilsin. Əliyev Fərhad Elburus oğlu barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 iyun 2022-ci il tarixli, 1(106)-216/2022 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi9 tərəfindən verilmiş k