Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-987/2025 30.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asi oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri X4 və X9 müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 sentyabr 20 24-cü il tarixli 1(106)-761/2024 nömrəli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Neymət Məmmədov (sədrlik edən və məruzəçi), Cavid Səfərli və Müşfiq Məmmədov) 01 may 2024-cü il tarixli, 1(099)27/2024 nömrəli hökmü ilə 22 iyun 1995-ci il tarixdə Əli Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, Şirvan şəhəri, Energetik küçəsi, ev 190-da qeydiyyatda olan və yaşamış X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsiri sübuta yetmədiyinə görə bəraət verilmişdir. İşin halları: İbtidai istintaq or qanı tərəfindən verilmiş ittihama görə X12 təqsirləndirilir ondan ötrü ki, o satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə etdiyi külli miqdarda yəni, 4,469 qram çəkidə narkotik vasitə heroini 2 ədəd bükümə ayırıb, 2,2 qram narkotik vasitə heroini 02 yanvar 2023-cü il tarixdə saat 17 radələrində tanışı X7 qabaqcadan aralarında olan razılıq əsasında Şirvan şəhəri, Energetik küçəsində 24 manat pul müqabilində satmış və qalan 2,269 qram narkotik vasitə heroini isə üzərində daşımaqla saxlamış, 01 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 2,269 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin 02 yanvar 2023-cü il tarixdə saat 17:45-də Şirvan şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Şirvan şəhəri, En ergetik küçəsində saxlanaraq polis şöbəsinə gətirilib üzərinə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarın sol yan cibindən və qalan eyni tərkibli 01 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 2,200 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin 02 yanvar 2023-cü il tarixdə saat 17:30-da X3 Şirvan şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Şirvan şəhəri, Energetik küçəsində saxlanaraq polis şöbəsinə gətirilib üzərinə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən aşkar olunaraq götürülmüşdür. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Yaşar Həşimov (sədrlik edən və məruzəçi), İsmayıl Əhmədov və Elşad Əliyev) 11 sentyabr 2024-cü il tarixli 1(106)-761/2 024 nömrəli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 01 may 2024-cü il tarixli 1(099)-27/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmişdir. Dövlət ittihamçısı3 kassasiya protesti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 sentyabr 2024-cü il tarixli 1(106)-761/2024 nömrəli qərarının ləğv edilməsi və cinayət işi yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı3 kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən X10 Azərbaycan Respublikası CM-in 234.4.3-cil maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməsi əsassız və qanunsuzdur. Belə ki, təqsirləndirilən şəxs S.İ.Rəcəbovun ona qarşı irəli sürülmüş itiham üzrə təqsirli olması onun üzünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi, şahidlərin ifadələri, onun üzərində şəxsi axtarış protokolu, məhkəmə-kimyəvi ekspertizasının rəyi və maddi sübutla tam təsdiq olunmuşdur. Məhkəmənin qənaətə gəlməsi üçün əsaslar X13 ŞPŞ-nin əməkdaşları tərəfindən saxlanılan zaman döyülməsi, qeyri-insani rəftara məruz qalması, daha sonra Şirvan ŞPŞdə kobud prosessual pozuntulara yol verilməklə üstünə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilməsi, şəxsi axtarış keçirilməmişdən əvvəl Samir Rəcəbovun döyülüb xəsarətlər yetirilməklə ona qarşı fiziki təzyiqlər göstərilməsi, ikincisi, Samir Rəcəbov saxlanılan zaman üzərində narkotik vasitə olmaması halları olmuşdur. Məhkəmə, təqs irləndirilən şəxs Samir Rəcəbovun ifadələrində narkotik vasitənin onun üzərinə polis əməkdaşı tərəfindən qoyulması, fiziki zorakılıq nəticəsində videoçəkiliş zamanı narkotik vasitənin ona məxsus olduğunu bildirməsi hissəsində təqsirləndirilən şəxsin ifadəsini mötəbər hesab etməklə əsas sübut kimi qəbul etmişdir. Məhkəmə hökmdə Samir Rəcəbovun polis əməkdaşları tərəfindən təzyiqlər edilərək işgəncə verilməsi və döyülməsi, təzyiq altında olduğu üçün videoçəkiliş zamanı həmin narkotik vasitənin ona məxsus olduğunu bildirməsi barədə nəticəyə gəlsə də Samir Rəcəbovun bacısı Lalə Rəcəbovanın müraciəti əsasında Şirvan şəhər prokurorluğunda araşdırma aparılmış və CPM-in 39.1.2-cimaddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Hər hansı nəzarət orqanı tərəfindən ləğv edilməyən yəni qüvv ədə olan həmin qərarın surətinin cinayət işinin materiallarında olmasına baxmayaraq hökmdə Samir Rəcəbova qarşı polis əməkdaşları tərəfindən zor tətbiq edilməsi qənaətinə düzgün gəlməmişdir. Lakin məhkəmə Samir Rəcəbovun xəsarət alması ilə bağlı toplanılmış material üzrə qəbul edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qeyd edilən qərarın preyudisial əhəmiyyətə malik olmasını nəzərə almayaraq, bununla bağlı hər hansı əsaslandırma və qiymətləndirmə aparmamışdır. Bundan başqa, məhkəmə işdə mövcud olan sübutları qarşılıqlı müqayisə etməklə təhlillər aparmadan, bir sübutun qəbul, digər sübutların isə rədd edilməsinin motivlərini göstərmədən, mötəbər sübutlara əsaslanmadan, həqiqətə uyğun olmayan və təqsirləndirilən şəxsin özünümüdafiə xarakterli, digər sübutlarla təkzib ol unan ifadələrinə əsaslanmışdır. Göründüyü kimi, istər məhkəmə istintaqı, istərsə də ibtidai istintaq mərhələsində Samir Rəcəbovun ifadəsində göstərdiyi xüsusatlar yuxarıda qeyd olunan sübutlarla tam təkzib edilmişdir. Yuxarıda sadalananlar məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi haqqında məsələnin həll edilməsinə təsir edən hal olmaqla məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmamasına dəlalət edir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən sübutları qarşılıqlı müqayisə etməklə təhlil aparmadan işin faktiki hallarına uyğun gəlməyən əsassız nəticəyə gəlmiş, sadalanan şahidlərin biri digərini tamamlayan və işin obyektiv hallarına tam uyğun gələn ifadələrini, ekspertiza rəylərini, protokolları və digər sübutların qəbul edilməməsinin səbəbini göstərmədən yekun qərar qəbul etmiş və gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən işin bütün faktiki hallarını araşdırmamışdır. Bununla yanaşı, məhkəmə tərəfindən bir sübutun qəbul, digər sübutların isə rədd edilməsinin motivlərini göstərmədən, mötəbər sübutlara əsaslanmadan, həqiqətə uyğun olmayan və təqsirləndirilən şəxsin özünümüdafiə xarakterli, digər sübutlarla təkzib olunan ifadələrinə və özünün subyektiv mülahizələrinə əsaslanaraq, təqsirləndirilən şəxs Samir Rəcəbovun təqsirliliyinin sübuta yetirilməməsi kimi yanlış nəticəyə gəlməklə səhvə yol vermiş və əsassız olaraq ona bəraət vermişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən ka ssasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual norm alara, yəni cinayət və cinayət prosessual qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protestinin başlıca dəlili ondan ibarətdir ki, X8 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi cinayət işi üzrə toplanmış sübutlarla təsdiq olunmuş, lakin birinci instansiyası məhkəməsi tərəfindən sübutların düzgün qiymətləndirilməməsi nəticəsində ona əsassız olaraq bəraət verilmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən isə həmin hökm qanunsuz olaraq qüvvədə saxlanmışdır. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsas ən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. İstintaq orqanı X10 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ittihamı elan etmiş və cinayət işi baxılması üçün məhkəməyə göndərmişdir. İstintaq orqanı X8 elan edilmiş ittiham üzrə təqsirini təsdiq etmək üçün məhkəməyə onun özünün istintaqın ilkin mərhələsində verdiyi, şəxsi axtarışda iştirak etmiş polis əməkdaşları Şahid1 və Şahid2 şahid ifadələrini, üzərində şəxsi axtarış keçirilməsi haqqında 02 yanvar 2023-cü il tarixli protokolu, telefon məlum atlarından çıxarışı, məhkəmə-kimyəvi ekspertizasının rəyini təqdim etmişdir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Birinci instansiya məhkəməsi istintaq orqanı tərəfindən təqdim edilmiş sübutları məhkəmə iclasında tədqiq edərək nəticəyə gəlmişdir ki, X8 təqsirləndirilməsinə dair cinayət işi üzrə ibtidai araşdırma zamanı sübutların əldə edilməsi zamanı səhvlərə yol verilmiş, ittiham mümkün hesab edilə bilməyən və qeyri-mötəbər sübutlarla əsaslandırılmışdır. Apellyasiya instansiyası məhkəməsi apellyasiya protestinə əsasən işə baxarkən sübutları araşdırıb onlara qiymət verərək belə nəticəyə gəlmişdir ki, ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər və ziddiyyətli sübutları təşkil etmişdir. Kassasiya protestində isə qeyd edilmişdir ki, məhkəmənin mövqeyi əsassızdır, sübutlar cinayət-prosessual normalarına riayət edilməklə əldə edilmiş, cinayət işi üzrə toplanmış sübutların mötəbərliyinə heç bir şübhə yoxdur, sübutlar məhkəmə tərəfindən düzgün qiymətləndirilməmiş, X10 elan edilmiş ittiham üzrə təqsiri tam sübuta yetirilmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası cinayət prosesini tənzimləyən və proses iştirakçılarının hüquq və vəzifələri müəyyən edən cinayət-prosessual qanunun aşağıda göstərilən normalarına nəzər salmağı zəruri hesab edir. Azərbaycan Respublikası CPM-in 124-cü ma ddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan əldə olunmalıdır. Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-in 125-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qə bul edilə bilərlər. Şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz o lmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. İşdən göründüyü kimi birinci instansiyası məhkəməsi X10 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə bəraət verilməsi barədə nəticəyə gələrkən cinayət işi üzrə toplanmış sübutları qiymətləndirmiş, həmin sübutlara və işin digər materiallarına istinad etmişdir. Məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları təhlil edərək qeyd edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri düzgün nəticəyə gəlmişlər. Belə ki, istintaq orqanı Samir Rəcəbovun təqsirliliyinin əsası kimi onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrinə və üz ərində şəxsi axtarış aparılması haqqında protokola istinad etmişdir. Belə ki, S.Rəcəbov şübhəli şəxs qismində tutulduğu vaxtda və ibtidai istintaqın ilkin mərhələsində təqsirləndirilən şəxs qismində dindirilərkən göstərmişdir ki, üstündən aşkar edilmiş heroin ona məxsusdur, şəxsi istifadəsi üçün əldə edib üzərində saxlamışdır. Həmçinin, Samir Rəcəbovun üzərində şəxsi axtarış aparılması haqqında protokoldan görünür ki, həmin istintaq hərəkəti videoçəkilişlə aparılmış və S.Rəcəbovun üzərindən iki bükümə ayrılmış, ümumilikdə 2,200 qram narkotik vasitə narkotik vasitə heroini heroini aşkar edilərək götürülmüşdür. Qeyd edilən istintaq hərəkətinin yerinə yetirilməsi vaxtı da S.Rəcəbov narkotik vasitə olan heroinin özünə məxsus olmasını və şəxsi istifadəsi üçün əldə edib üzərində saxladığını bild irmişdir. Yuxarıda qeyd edilən istintaq hərəkətlərindən sonra onların əsasında digər sübutlar toplanmış, o cümlədən şahid qismində polis əməkdaşları dindirilmiş, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizaları keçirilmiş və cinayət işi baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. İbtidai istintaqın sonrakı mərhələsində və məhkəmə istintaqı zamanı Samir Rəcəbov təqsirini etiraf etməmiş və ilkin olaraq verdiyi etirafedici ifadələrin Şirvan ŞPŞ-də ona zor tətbiq edilməsi nəticəsində alındığını qeyd etmişdir. Belə ki, ibtidai istintaqın sonrakı mərhələsində və məhkəmə istintaqı zamanı S.Rəcəbov ifadəsində göstərmişdir ki, 02 yanvar 2023-cü ildə sinif yoldaşı Rafael ona zəng vurmuş, Rafaellə görüşüb aşağı məhəllədə qamışlıqda birlikdə narkotik vasitə heroin qəbul etmişlər. Sonra post-patrul xidmətinin əməkdaşları saat 16 radələrində onlara yaxınlaşmışlar və qollarından tutaraq polis şöbəsinə aparmışlar. Şöbədə həmin vaxt istifadə etdikləri narkotik vasitədən az miqdarda Rafaelin üzərində qalmış və onun üzərindən isə heç bir narkotik vasitə aşkar olunmamışdır. Polis şöbəsində 4 saat döyülmüş və balaca bükümdə narkotik vasitə təqdim olunaraq ona məxsus olduğunu deməyi bildirilmişdir. Polis əməkdaşları ona təqdim edilən balaca bükümü götürməyini, nəticədə narkotik vasitə istifadəçisi kimi sənədləşdiriləcəyini və gələcəkdə də qolbağ cəzası ilə buraxılacağını bildirmişlər. Canı ağrıdığı üçün polislərin dedikləri ilə razılaşmışdır. Bundan sonra vəkil dəvət edilmiş, üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmiş və balaca bükümü həmin zaman çıxararaq tə qdim etmişdir. Birinci instansiya məhkəməsi Samir Rəcəbovun ifadəsində göstərilən xüsusatların həqiqətə uyğun olub-olmadığını yoxlayarkən bir sıra sübutlar toplamış və onları tərəflərin iştirakları ilə məhkəmə istintaqında tədqiq etmişdir. Məhkəmə iclasında əlavə şahid ifadələri, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsində Samir Rəcəbovun adına açılmış 402 nömrəli tibbi məlumat kitabçası, barəsində keçirilmiş məhkəmə-tibbi ekspertiza rəyləri, Şirvan ŞPŞ-nin 10 oktyabr 2023-cü il tarixli 3-13-111/2-27304/23 nömrəli məktubu, məhkəmə-bioloji ekspertiza rəyi və digər sənədlər araşdırılmış və müəyyən edilmişdir ki, 07 yanvar 2023-cü il tarixində Samir Rəcəbov 03 saylı İstintaq Təcridxanasının Tibb xidməti tərəfindən müayinə edilərkən aşkarlanmış bədən xəsarətləri ona Şirvan ŞPŞ-də saxlanıldığı müddətdə yetirilmişdir. Bu hal, Samir Rəcəbovun məhkəmədə verdiyi ifadələrlə üst-üstə düşür və həmin ifadələrin həqiqəti əks etdirdiyini göstərir. Belə ki, S.Rəcəbov məhkəmədə bildirib ki, Şirvan ŞPŞ-də saxlanılarkən polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalmış, işgəncənin təsiri altında etirafedici ifadələr vermiş və üzərində aparılan şəxsi axtarış zamanı guya ona məxsus olan narkotik vasitələrin tapıldığını göstərmişdir. Halbuki, o, həmin narkotik vasitələrin ona məxsus olmadığını bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri əsaslı olaraq belə nəticəyə gəlmişlər ki, yuxarıda göstərilən hallar Samir Rəcəbova qarşı irəli sürülmüş ittihamın əsasını təşkil edən sübutların, xüsusilə onun ilkin etirafedici ifadələrinin və üzərində axtarış aparılması ilə bağlı tərtib edilmiş protokolun mötəbərliyinə əsaslı şübhələr yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, müvəqqəti saxlama yerlərinə aparılan şəxslərin bədəni üzərində hər hansı bir xəsarət olmadığı halda, həmin şəxslər oradan istintaq təcridxanasına keçirilərkən və ya azad olunarkən bu zaman şəxsin bədənində xəsarət müəyyən edildikdə bu xəsarətlərin necə yarandığı barədə mötəbər izahatın verilməsi vəzifəsi müvafiq dövlət orqanının üzərinə düşür və həmin orqan bunu edə bilmədikdə Avropa İnsan Hüquqları Konvensiyanın 3-cü maddəsinin pozulması ilə bağlı aşkar məsələ ortaya çıxır. Belə olan halda, məhkəmə kollegiyası S.Rəcəbovun ibtidai istintaqdakı deyil, birinci instansiya məhkəməsindəki ifadələrinin həqiqətə uyğun olduğu ilə razılaşır və kassasiya protestinə cavab ol araq qeyd edir ki, məhz yuxarıda göstərilən səbəbdən məhkəmə təqsirləndirilən şəxsin hansı ifadəsinin qəbul, hansının isə qəbul edilmədiyi barədə düzgün nəticəyə gəlmiş və bu barədə öz mövqeyini kifayət qəqdər əsaslandırmışdır. Kassator məhkəmələrin sübutların qiymətləndirilməsi barədə bu mövqeyi ilə razılaşmayaraq protestdə göstərmişdir ki, X13 ŞPŞ-nin əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması barədə müraciəti üzrə toplanmış materiallara əsasən, həmin əməkdaşların əməlində cinayət tərkibi müəyyən edilmədiyindən, Şirvan şəhər prokurorluğu 24 fevral 2023-cü il tarixli qərarla cinayət işinin başlanmasını rədd etmiş və bu qərar qanuni qüvvədədir. Bununla belə, məhkəmələr sübutları qiymətləndirərkən qanun tələblərinə zidd olaraq təqsirləndirilən şəxsin artıq yoxlanılmış və öz təsd iqini tapmamış həmin iddialarına istinad etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, bu dəlili araşdırarkən işgəncələrin qadağan olunmasını təsbit edən “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında” Konvensiyanın (Konvensiya) 3-cü maddəsinin pozuntusu nəticəsində əldə olunmuş sübutların cinayət prosesində istifadəsinə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (Avropa Məhkəməsi) presedent hüququnu nəzərdən keçirmək məqsədəuyğundur. Belə ki, Avropa Məhkəməsinin mövqeyinə görə, Konvensiya ilə təmin edilən əsas və mütləq hüquqlardan birinin pozulması nəticəsində əldə edilmiş sübutdan istifadə, hətta həmin sübut şəxsin məhkum edilməsində həlledici əhəmiyyət kəsb etməsə belə, həmişə icraatın ədalətliliyi ilə bağlı ciddi problemlər yaranmasına səbəb olur (Zliçiç Serbiyaya qarşı, № 73313/17, § 119, 26 yanvar 2021-ci il). 3-cü maddənin pozulması nəticəsində əldə edilmiş ifadələrin cinayət prosesində istifadə edilməsi – rəftarın işgəncə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar kimi təsnifatından asılı olmayaraq – 6-cı maddənin pozulması ilə bütövlükdə icraatı avtomatik olaraq ədalətsiz edir (İbrahim və Digərləri Böyük Britaniyaya qarşı [BP], № 50541/08 ə s., § 254, 13 sentyabr 2016-cı il). 3-cü maddə ilə qaldırılan şikayətin hətta qəbuledilməz hesab edilməsi, məhkəmələr tərəfindən Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan təminatlara riayət edilib-edilmədiyi məsələ üzrə qərar qəbul edərkən pis rəftara məruz qalmaya dair iddianın nəzərə alınmasını istisna etmir (Aydın Çetinkaya Türkiyəyə qarşı, № 2082/05, § 104, 2 fevral 2016-cı il). Sübutun məhz pis rəftar nəticəsində əldə edildiyi barədə iddiaları araşdırarkən, cinayət işinə mahiyyəti üzrə baxan məhkəmədən təhqiqat orqanı tərəfindən əvvəllər araşdırılmış eyni faktlara və hallara yenidən qiymətləndirmək tələb oluna bilər. Lakin bu halda məhkəmənin vəzifəsi pis rəftarı icra edən şəxslərin fərdi cinayət məsuliyyətinə cəlb edilməsinə dair yox, tam, müstəqil və hərtərəfli yoxlama yolu ilə müvafiq sübutların mümkünlüyünü və etibarlılığını araşdırmaqdan ibarətdir. Pis rəftara məruz qalma nəticəsində əldə edilməsinə dair mötəbər iddiaların irəli sürülməsinə baxmayaraq, ifadənin sübut kimi qəbul edilməsi məhkəmə baxışının ədalətliliyinə dair ciddi şübhələrin yaranmasına səbəb olur (Belugin Rusiyaya qarşı, № 2991/06, § 74, 26 noyabr 2019-cu il). Təsvir edilən ümumi prinsiplərə əsaslanaraq, Avropa Məh kəməsi Dursun Əliyev Azərbaycana qarşı iş üzrə qəbul etdiyi qərarında belə nəticəyə gəlmişdir ki, prokurorun qəbul etdiyi cinayət işinin başlanmasının rədd edilməsi qərarı yerli məhkəmələrə ərizəçinin təzyiq altında verdiyi iddia edilən özünün qismən etirafedici ilkin ifadələrinin sübut kimi istifadə edilməsinə qarşı etirazı üzrə araşdırma aparmaqdan imtina etmələrinə əsas vermirdi. Ərizəçinin pis rəftarla bağlı şikayətinə dair bu və ya digər formada tədqiqatın həyata keçirilməsi faktı özü-özlüyündə heç də həmin araşdırmanın həqiqətin müəyyən edilməsində səmərəli olduğunu təsdiqləmir. Bundan əlavə, ölkədaxili məhkəmələrdən iddia edilən pis rəftara görə təqsirkarların fərdi cinayət məsuliyyətinin araşdırması ərizəçiyə aid cinayət prosesində gözlənilməsə də, onlar (daxili məhkəmələr) ərizə çinin təqsirinin müəyyən edilməsi ilə bağlı sübutların mümkünlüyü və etibarlılığı üzrə tam, müstəqil və hərtərəfli araşdırılma və qiymətləndirilmə aparılması vəzifəsinin daşıyıcısı idilər. Bu öhdəlik təqsirsizlik prezumpsiyası prinsipindən və təqsirləndirilən şəxsin ona qarşı hər hansı sübuta etiraz etmək hüququndan irəli gəlirdi (Dursun Əliyev Azərbaycana qarşı, № 20216/14, § 141, 27 aprel 2023-cü il). Polis əməkdaşları Şahid1 və Şahid2 ifadələrinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin məhkəmə iclasının protokolundan göründüyü kimi, həmin şahidlərin Samir Rəcəbovun təqsirini müəyyən edən digər sübutların qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən hal – onun Rafael Cabarovla birlikdə deyil, tək tutulması barədə ifadələri cinayət işi üzrə tədq iq edilmiş digər sübutlarla ziddiyyət təşkil edir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs Samir Rəcəbov, şahidlər Rafael Cabarov və Məhəmməd Məmmədov ifadələrində açıq şəkildə bildirmişlər ki, Samir Rəcəbov post-patrul xidmətinin əməkdaşları tərəfindən Rafael Cabarovla birlikdə tutulmuşdur. Bundan əlavə, müdafiəçisi tərəfindən məhkəməyə Samir Rəcəbovun və Rafael Cabarovun tutduqları yerdən polis əməkdaşları tərəfindən aparılması barədə videogörüntü məhkəməyə təqdim edilmişdir. Videogörüntünün məhkəmə iclasında tədqiq edilməsindən sonra Samir Rəcəbov və Rafael Cabarov göstərmişlər ki, həmin videogörüntüdə onların polis əməkdaşları tərəfindən saxlanılaraq polis avtomaşına aparılması əks olunmuşdur. Məhkəmə iclasında dindirilmiş polis əməkdaşı F.V.Allahverdiyev də göstərmişdir ki, v ideogörüntüdə Rafael Cabbarovu müşayiət edən şəxs məhz özü olmuşdur. Bu səbəbdən də, şahidlər Şahid1 və Şahid2 ifadələrinin digər sübutlarla ziddiyyət təşkil etməsi nəzərə alınaraq, məhkəmələr onların ifadələrini mötəbər sübut kimi qəbul etməməklə haqlı qərara gəlmişlər. Məhkəmə kollegiyası işin hallarını və qanunun yuxarıda sadalanan normalarını nəzərə alaraq hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri əsaslı olaraq nəticəyə gəlmişdir ki, X10 qarşı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın əsasını təşkil edən onun özünün ilkin etirafedici ifadə, şəxsi axtarış keçirilməsi barədə protokol, şahidlər Şahid1 və Şahid2 ifadələri şübhə doğurur və mötəbər sübutlar kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi nin məhkumun təqsirliyinin sübuta yetmədiyi müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şüb hələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsi müəyyən edir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 144, 145 və 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası CPM-in 42.2.4-cü maddəsində göstərilir ki, həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyi sübuta yetirilmədikdə və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıхarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prose ssual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. İşə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları məcmu halda qiymətləndirərək və sadalanan qanunvericilik normalarına əsaslanaraq düzgün olaraq belə nəticəyə gəlmişdir ki, X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törətməsi sübuta yetmir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, cinayət təqibi üzrə toplanmış sübutları düzgün qiymətləndirmiş, X8 təqsirinin sübuta yetirilməməsini müəyyən edərkən bunu kifayət qədər əsaslandırmışdır. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin X12 barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin “Barbara, Messege və Habordo İspaniyaya qarşı” işindəki hüquqi mövqeyə görə təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar. Sübut etmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bu baxımdan da məhkəmə kollegiyası bəraət hökmünü qüvvədə saxlamış apellyasiya instansiyası məhkəməsin in mövqeyini düzgün hesab edir. Beləliklə, kassasiya protestində qeyd edilmiş dəlillər iş materialları ilə ziddiyyət təşkil etdiyindən məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq protestin təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 sentyabr 2024-cü il tarixli 1(106)-761/2024 nömrəli qərarının isə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 sentyabr 2024-cü il tarixli 1(106)-761/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-987/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-987/2025
30.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver