Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-988/2025 17.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Məhkum iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 fevral 2024-cü il tarixli, 1(106)-253/2024 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavələrinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. Məhkum xx xxxxxxx 1991-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhəri, Babuşinsk rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, işsiz, məhkumluğu olmayan, Lənkəran rayonu, Şirinsu kəndində qeydiyyatda olmaqla Lənkəran rayonu, Qumbaşı kəndində yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 13 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.
2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum satış məqsədi ilə qanunsuz olaraq istintaqa və məhkəməyə məlum olmayan mənbədən və vaxtda külli miqdarda - 35,121 qram çəkidə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 05 fevral 2023-cü il tarixdə saat 15:30 radələrində Azərbaycan Respublikası Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub bölgəsində regional şöbəsinin (bundan sonra – Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub bölgəsində regional şöbəsi) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran rayonu, Şirinsu kəndində piyada hərəkətdə olan zaman saxlanılıb, ünvan 1 ünvanında yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub bölg əsində regional şöbəsinin inzibati binasına gətirilərək həmin tarixdə saat 16:45-də üzərində şəxsi axtarış aparılan zaman üzərində gəzdirdiyi əl çantasının içərisindən bir ədəd gümüşü rəngli bükümdə qablaşdırılmış külli miqdarda – 35,121 qram çəkidə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür.
3. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X7 (sədrlik edən və məruzəçi), X8 və X4 ibarət məhkəmə tərkibində) 05 dekabr 2023-cü il tarixli, 1(099)-444/2023 nömrəli hökmü ilə Məhkum CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının həbsdə olduğu müddətin cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan, 05 fevral 2023-cü il tarixdən hesablanması, Lənkəran Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli, 4(049)-49/2023 nömrəli qərarı ilə Məhkum barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.
4. Həmin hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 tərəfindən apellyasiya şikayəti verilmişdir.
5. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X5 (sədrlik edən), X2 və X3 ibarət məhkəmə tərkibində) 29 fevral 2024-cü il tarixli, 1(106)-253/2024 nömrəli qərarı ilə apellyasiya şikayə tinin təmin edilməməsi, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli hökmünün dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
6. Qərardan Məhkum tərəfindən kassasiya şikayəti və kassasiya şikayətinə əlavələr verilmişdir. II. Kassasiya şikayətinin, kassasiya şikayətinə əlavələrin dəlilləri və etirazlar:
7. Məhkum kassasiya şikayətinin və kassasiya şikayətinə əlavələrin dəlilləri qismində bir sıra qanunvericilik normalarına və cinayət işinin faktiki hallarına istinadlar edərək qeyd etmişdir ki, birinci instansiya və apellyasiya instansiya məhkəmələri onun işinə qanunsuz və ədalətsiz şəkildə baxmışlar. Hər iki məhkəmə yekun məhkəmə qərarında müvafiq sübutlara istinadlar etsə də, faktiki olaraq o sübutların heç biri onun narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq etməmiş, məhkəmələrdə aparılan araşdırmalar nəticəsində təqsirliliyi ona istinad edilən cinayət əməlləri üzrə sübuta yetirilməmişdir.
8. Məhkum kassasiya şikayətində və kassasiya şikayətinə əlavələrində göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 fevral 2024-cü il tarixli, 1(106)-253/2024 nömrəli qərarının ləğv edilməsini və məhkum barəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CPM-in və ya CPM-in) 416.1.2, 416.1.6, 416.1.11, 416.1.15, 416.1.18, 416.1.22 və 416.2-ci maddələrinə əsasən cinayət işi üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
9. Kassasiya şikayə tinə və kassasiya şikayətinə əlavələrə qarşı etiraz verilməmişdir.
10. Qərardan kassasiya protesti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:
11. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum kassasiya şikayətini və kassasiya şikayətinə əlavələri müdafiə edərək, onların dəlillərinə uyğun qaydada çıxış edərək, məhkəmə kollegiyasından şikayətinin təmin edilməsini xahiş etdi.
12. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şikayətinin və kassasiya şikayətinə əlavələrin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər:
13. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respub likası CPM-in 419-cu maddəsi müəyyən edir.
14. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
15. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini m üəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
16. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
17. Məhkum kassasiya şikayətində və kassasiya şikayətinə əlavələrində məhkəmələr tərəfindən sübutların düzgün tədqiq edilib qiymətləndirilmədiyini, nəticədə onun əsassız olaraq Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edildiyini iddia edərək, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.6, 416.1.11, 416.1.15, 416.1.18, 416.1.22 və 416.2-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişlər.
18. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini və kassasiya şikayətinə əlavələrini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kol legiyasının 29 fevral 2024-cü il tarixli, 1(106)-253/2024 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
19. Birinci instansiya məhkəməsinin hökmündən və onunla razılaşan apellyasiya instansiyası məhkəməsinin yekun qərarından görünür ki, məhkəmələrin Məhkum Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsinə, yəni qanunsuz olaraq 35,121 qram narkotik vasitə heroini məhz satış məqsədi ilə əldə edib üzərində daşıması və saxlaması barədə nəticəyə gəlmələrinə həlledici şəkildə həmin narkotik vasitənin kütləsinin külli miqdar təşkil etməsi səbəb olmuşdur.
20. Lakin, məhkəmələr Məhkum narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlaması haqqında nəticəyə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Na rkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 2011-ci il 4 mart tarixli 2 nömrəli qərarında (hazırkı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 2024-cü il 14 iyun tarixli 8 nömrəli qərarı) ifadə olunmuş Ali Məhkəmənin Plenumunun hüquqi mövqeyini nəzərlərindən qaçırmışlar.
21. Plenumun həmin qərarında (9-cu bəndinin 2-ci abzasında) isə məhkəmələrə izah olunmuşdur ki, “təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”.
22. Göründüyü kimi, Plenum qərarında narkotik vasitənin miqdarının və yaxud nə cür qablaşdırılmasının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması tövsiyyə olunur.
23. Qeyd edilən izaha görə aşkar edilmiş narkotik vasitənin kütləsinin külli miqdar təşkil etməsi narkotikin məhz satış üçün əldə edilib saxlanılmasına dair nəticəni əvvəlcədən müəyyən edən, satış məqsədinin mövcudluğunu sübuta yetirmək vəzifəsini ittiham tərəfinin üzərindən qaldıran hallar kimi şərh edilə bilməz.
24. Plenum qərarının izahı ilə müqayi sə etməklə hazırki işin hallarına baxdıqda görünür ki, Məhkum götürülmüş 35,121 qram narkotik vasitə heroinin külli miqdar olduğu müəyyən edilsə də, Məhkum digər istehlakçılarla razılıq əldə etməsi, məhz özünün satış üçün narkotik vasitəni xırda bükümlərə qablaşdırması, onda narkotik vasitənin hazırlanması, çəkilməsi üçün avadanlığın olması kimi hallar müəyyən edilməmişdir.
25. Belə ki, məhkəmələrin Məhkum satış məqsədi ilə hərəkət etməsi və onun əməlində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin tərkibinin olması haqqında yekun qənaətləri onların istinad etdikləri sübutlarla da uzlaşmır.
26. Məhkum istər məhkəmə istintaqı zamanı, istərəsə də məhkəməyədək icraat dövründə verdiyi ifadələrində heç vaxt satış məqsədi ilə narkotik vasitə və ya psixotrop maddə əldə etmədiyini, saxlamadığını və daşımadığını bildirmişdir. 27. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 5 fevral 2023-cü il tarixli protokola əsasən şəxsi axtarış zamanı Məhkum üzərində gəzdirdiyi əl çantasının içərisindən üç ədəd mobil telefon, iki ədəd pasport, 4 ədəd plastik bank kartı, iki ədəd daraq, bir ədəd qaşıq, digər əşyalar, müxtəlif pul əskinazları və bir ədəd gümüşü rəngli bükümdə ilkin çəkisi 37,39 qram olan narkotik vasitə heroin aşkar edilib götürülmüşdür.
28. İş üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarından heç biri (Şahid1, Şahid4, Şahid6) Məhkum narkotik vasitəni məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması haqqında nəticə çıxarmaq üçün əsas yarada biləcək faktlar barədə məlumatlar verməmişlər. Onlar əməliyyat-axtarış tədbirinin gedişində baş verənlərə dair məlumatlar verməklə müstəsna olaraq Məhkum üzərindən narkotik vasitə heroinin aşkar edilib götürülməsi faktını təsdiq etmişlər.
29. Məhkum ilə bağlı əməliyyat-axtarış tədbirinin keçirilməsinə icazə verilməsi barədə polis əməkdaşının xidməti raportunda və yuxarıda adları qeyd olunan polis əməkdaşlarının ifadələrində Məhkum narkotik vasitələrin satışı ilə də məşğul olması qeyd edilsə də, ibtidai istintaq zamanı müstəntiq tərəfindən müvafiq məlumatların əldə edilməsi barədə əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqana tapşırıq verilmiş, lakin AR DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin rəisinin 28 aprel 2023-cü il tarixli məktubundan da göründüyü kimi Məhkum gerçəkdən də narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmasına dəlalət edə biləcək məl umatlar əldə edilməmişdir.
30. Bununla yanaşı, məhkəmə-narkoloji ekspertizasının 24 iyul 2023-cü il tarixli, 4690 nömrəli rəyində göstərilmişdir ki, Məhkum opioidlərdən istifadə etmə halları istisna olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur.
31. Göründüyü kimi, Məhkum satış məqsədinin olmasına dair məhkəmələrin qənaətləri onda aşkar edilmiş narkotik vasitənin külli miqdar təşkil etməsi kimi xüsusatlardan irəli gələn ehtimal, subyektiv xarakterli mülahizədir.
32. Təqsirkarın cinayətkar məqsədi və əməlin hüquqi tövsifi barədə nəticələri isə ehtimal üzərində qurmaq olmaz (CPM, maddə 351.2).
33. Təsvir olunanlardan görünür ki, məhkəmələr Məhkum əməlini tədqiq olunmuş sübutların və müəyyən edilmiş faktiki halların ziddinə olara q Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif etməklə mübahisələndirilən məhkəmə qərarlarının kassasiya qaydasında dəyişdirilməsini tələb edən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol vermişlər.
34. Odur ki, (Məhkum narkotik vasitəni məhz satış məqsədi ilə əldə edib saxlaması, daşıması müəyyən edilmədiyindən) onun əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən 234.1-1-ci maddəsinə tövsif edilməli və iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə Cinayət Məcəlləsinin 8, 58.3-cü maddələrinin tələb etdikləri digər hallar və Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri nəzərə alınmaqla Məhkum Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası daxilində - 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir.
35. Beləliklə, məhkəmə kollegiyası proses iştirakçılarının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti və kassasiya şikayətinə əlavələri qismən təmin edilməli, onun barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 fevral 2024-cü il tarixli, 1(106)-253/2024 nömrəli qərarı yuxarıda göstərilən qaydada dəyişdirilməlidir.
36. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 fevral 2024-cü il tarixli, 1(106)-253/2024 nömrəli qərarı Məhkum tərəfindən verilmiş kassasiya şikayəti nə və kassasiya şikayətinə əlavələrinə münasibətdə dəyişdirilsin. Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 fevral 2024-cü il tarixli, 1(106)-253/2024 nömrəli qərarı Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə və kassasiya şikayətinə əlavələrə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Məhkum tərəfindən verilmiş kassasiya şikayəti və kassasiya şikayətinə əlavələri qismən təmin edilsin.