Məhkəmə qərarları › İş №1(102)-989/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-989/2019

09.07.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-989/2019 09.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi),Gülzar Lətif qızı Rzayeva və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, katib:İsazadə Elnur Nizami oğlu, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6 və Məhkum iştirakları ilə, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 23 noyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Ci nayət kollegiyasının 28 yanvar 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 23 noyabr 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim X4) Məhkum-xx xxxxxx 1958-ci il tarixdə Gürcüstan Respublikasının Qardobani rayonunda doğulmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, “Viza” hüquq firmasında məsləhətçi hüquqşünas işləyən, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bibiheybət qəsəbəsi, **************** ünvanında yaşayan, Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək qazancından dövlət nəfinə 20 faiz məbləğində pul tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhk um ona görə təqsirli bilinib məhkum edilmişdir ki, X11 qarşı xüsusi ittiham qaydasında Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə ünvanladığı müraciəti ilə əlaqədar 02 oktyabr 2017-ci il tarixdə saat 09:30 radələrində Binəqədi rayon məhkəməsinin ünvan 3 ünvanında yerləşən inzibati binasında olarkən müraciətə baxmış hakim X2 X7 şikayətin icraata qıbul edilməsindən imtina olunması haqqında hakim tərəfindən qərar qəbul olunması barədə məlumat aldıqda ictimai qaydalara qarşı etinasızlıq göstərərək, bilərəkdən özünü ictimai qaydalara qarşı qoymaqla gücünü nümayiş etdirərək, cəmiyyətdə, insanlar arasında təşəkkül tapmış, adət və ənənələr ilə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış, birgəyaşayış qaydalarını və ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlikdə ifadə edən, özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətləri edib məhkəmənin bir saylı iclas zalından inzibati binanın daxili dəhlizinə açılan kilidlənmiş taxta qapıya bərkdən ardıcıl əl zərbələri vuraraq ucadan qışqırmaqla qapının açılmasını və hakimin zala gəlməsini tələb etmiş, qəsdən vurduğu zərbələrin şiddəti nəticəsində dəhliz tərəfdən qapı çərçivəsinin ətrafında olan divarın suvağının üst səthinin və boyanın qoparaq yerə səpələnməsinə və kosmetik tamlığının pozulmasına səbəb olaraq Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə 130 manat məbləğində maddi zərər yetrimiş, daha sonra öz hərəkətlərini davam etdirərək iclas zalından çıxıb məhkəmənin inzibati binasının giriş hissəsinə yaxınlaşaraq girişin qarşısında məhkəmənin həyət h issəsində ucadan səs-küy salmaqla ətrafdakı vətəndaşların diqqətini özünə cəlb edərək müraciətinə baxmış hakim və məhkəmə sədrinin bayıra, onların qarşısına çıxmalarını tələb etmiş, buna nail ola bilmədikdə isə onların ünvanına ucadan təhqiredici ifadələr işlətməklə, bununla da məhkəmənin iş rejimini pozmaqla qərəzli xuliqanləq etmişdir. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: N.E.Məmmədov (sədrlik edən və məruzəçi), Ə.N.Bayramov və Ə.İ.Qasımovdan ibarət tərkibdə) 28 yanvar 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 yanvar 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək qərarın ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini, cinayət işinə başmış birinci və ağellyasiya məhkəmələrinin hakimləri barədə xüsusi qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iclasında dindirilən heç bir şahid qapının çərçivəsinin ətrafında olan suvağın üst səthinin və boyanın qopmasını görmədiklərini göstərmişlər. Cinayət işi mənə təqdim olunan kimi birinci diqqətimi cəlb edən hadisə yerində çəkimiş fotoşəkillər oldu. Şəkillərdə guya sındırdığım qapının suvaq qırıntıları yerdə olsa da qaoının harasındasa zədə izləri yox idi. Açıq-aşkar görünürdü ki, tikinti qırıntıları başqa yerdən götürülüb və hadisə yerinə tökülüb. "Xuliqanlıq işləriü zrə məhkəmə təcrübəsi h aqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 1-ci hissəsində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1-cimaddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. İctimai qaydanın pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə təqsirkar şəxsin əməliAzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsinə müvafiq olaraq xırda xuliqanlığa görə inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsini məzmunundan da müəyyən edilir ki, əməlin xuliqanlıq kimi tövsif olunması üçün, əməldə hərəkət qərəzli olmalıdır. Mən isə hüç bir qərəzli hərəkət etməmişəm. Mənim məhkəməyə getməyimdə səbəb məhkəmə və məhkəmənin sonunda elan ediləcək qərar idi. Lakin həmi gün məhkəmə qərarı elan etmədi və mən uzun müddət gözlədikdən sonra hakimdən qərarı elan etməsini istəmişəm. Şahidlər də öz ifadələrində mənim hakimin gəlib qərarı elan etməsini istədiyimi qeyd edirlər. 27.09.2017-ci il tarixə təyin edilmiş məhkəmə prosesində iştirak edən nümayəndəm Vüsal Çıraqov hakim R əşad Əliyevdən işin baxışa təyin edilməsini xahiş etməsinə baxmayaraq o bildirmişdir ki, əgər Məhkum 02.10.2017-ci il tarixə saat 09:00-a təyin edilmiş məhkəmə prosesində iştirak etməzsə iddiası rədd olunacaq. Mən də həmin vaxtda məhkəmə iclasında olmuşam. Göstərilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 yanvar 2019-cu il tarixli qərarı ləğv edilib cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Hüquqi məsə lələr: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin C inayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli və cinayət işi yeni apellyasiya baxışına təyin edilməlidir. Kassasiya şikayətinin dəlilləri Məhkum əməllərində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin tərkib əlamətlərinin olmaması barədədir. Cinayət işinin materiallarında olan 02 oktyabr 2017-ci il tarixli, hakim X20, baş məsləhətçi Anar Mövsümov və hakimin köməkçisi Teymur Aydınov tərəfindən tərtib edilmiş və imzalanmış aktda göstərilir ki, “Məhkum 02.10.2017-ci il tarixdə saat 09:30 r adələrində məhkəmənin inzibati binasına gələrək, onun X11 qarşı xüsusi ittiham qaydasında şikayətinin icraata götürülməsindən imtina olunması barədə məhkəmənin qərar qəbul etməsi barədə məlumat aldıqdan sonra orada kənar adamların olmasına məhəl qoymadan yüksək səslə öz etirazını bildirərək, hakimin müşavirə otağına keçməsi üçün nəzərdə tutulmuş qapı vasitəsilə məhkəmənin daxili hissəsinə keçməyə cəhd etmiş, ona icazə verilməyərək qapı əks tərəfdən bağlandıqdan sonra isə qapıya zərbələr endirməklə divarda- qapı çərçivəsi ətrafında olan suvağın üst səthinin və boyanın hissəvi tökülməsi ilə nəticələnən hərəkətlər etmiş, bundan sonra isə keçib məhkəmənin həyətindən qışqıraraq səs-küy salmaqla oradakı şəxslərin diqqətini özünə cəlb etmişdir. X14 ibtidai istintaqda və məhkəmə iclasındakı izahat və ifadələrində göstərmişdir ki, 02.10.2017-ci il tarixdə təxminən saat 09:40 radələrində işlədiyi məhkəmə binası ilə üzbəüz həyətdə olan qəbul şöbəsində xidməti otağımda olan zaman həyətdə səs-küy gəldiyini eşidib otağından çıxıb həyətə baxdıqda görmüşdür ki, tanıdığı uzun müddət vəkil işləmiş Məhkum məhkəmə işçilərinə qarşı öz iradını bildirərək uca səslə qışqırır. Sonra xidməti otğında vətəndaşlar gözlədiyi üçün otağına qayıtmışdır. Sonradan nə baş verdiyini bilməmişdir. Məhkum məhkəmənin çölündə yüksək səslə məhkəməyə vaxtında gəlmısini, niyə onun şikayətimdən imtina olunduğunu, ons kimin cavab verəcək tipli danışmasının şahidi olmuşdur. X15 ibtidai istintaq müddətində ifadələrində göstərmişdir ki, 02.10.2017-ci il tarixdə təxminən saat 09:30 radələrində işlədiyi məhkəmə binasının 01 saylı məhkəmə iclas zalına daxil olaraq vəkil və nümayəndələr üçün ayrılmış stolda əyləşən Məhkum məhkəmə iclasına gecikdiyi üçün iştirakı olmadan şikayətinə baxılmasını və imtina edilməsi barədə qərar qəbul edildiyini bildirmişdir. Bundan sonra Məhkum ayağa qalxaraq məhkəmə iclasına gecikmədiyini, uca səslə hakimin məhkəmə iclasına gəlməsini tələb edərək 01 saylı məhkəmə iclas zalının qapısını əli ilə möhkəmnən döyərək hakimin gəlməsini tələb edirdi. Qapının əks tərəfindən qapı açıldıdığı üçün o, zaldan məhkəmənin dəhlizinə daxil olmuş və qapını arxadan yenidən bağlayaraq öz iş otağıma keçmişdir. Birinci instansiya məhkəməsinin iclas protokolundan müəyyən edilir ki, Məhkum əleyhinə ifadələr vermiş şahidlərdən yalnız üç nəfəri (X22, Ə10 və X16) məhkəmə iclasında dindirilmiş, ibtidai istint aq zamanı dindirilmiş qalan dörd şahidin (hakim R10, hakim köməkçisi T100, hakim köməkçisi A10 və H10) məhkəmə iclasında dindirilmələri təmin edilməmiş, lakin hökmdə onların da ifadələrinə istinad olunmuş, nəticədə isə Avropa konvensiyasının 6-cı maddəsinin 3(d) bəndinin və Azərbaycan Respublikası CPM-nin 19.4.5-ci maddəsinin tələbləri pozulmuşdur. Apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinə məhkəmə baxışı gedişində bu pozuntunu aradan qaldırmaq üçün heç bir tədbir görməmişdir. Məhkəmə baxışını istintaqla keçirib həmin şahidlərin məhkəmə iclasında ifadə vermələrini təmmin etməmişdir. Bu zaman məhkəmə özgənin sözlərindən ifadə vermiş şahidlərin deyil hadisəni bilavasitə müşahidə etmiş şahidlərin ifadəlrinə üstünlük verməli idi. Lakin qanunun bu tələbinə də əməl edilməmişdir. A zərbaycan Respublikası CPM-nin 126.3-cü maddəsinə əsasən şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və ya şahidlərin cinayət prosesini həyata keçirən orqana özgənin sözlərindən verdikləri məlumatlar sübut kimi istifadə edilə bilməz. Yalnız vəfat etmiş şəxsin sözlərindən alınmış məlumatlar məhkəmənin qərarı ilə istisna olaraq sübut kimi qəbul oluna bilər. Birinci instansiya məhkəməsinin hökmündə şahid X8 ibtidai istintaqdakı ifadəsinə istinad edilmiş, lakin onun ifadəsi X1 verilmiş ifadə olduğuna baxmayaraq X21 özü məhkəmə iclasına dəvət edilib dindirilməmişdir. Apellyasiya instansiya məhkəməsi də həmin şahidin məhkəmə iclasında dindirilməsini təmin etməmişdir. Bundan başqa birinci instansiya məhkəməsinin məhkəmə iclasında Məhkum Ziyyəddin oğlunun xüsusi ittiham qaydasında şikayəti üzrə işin materiallarına baxış keçirilməmişdir. Həmin material üzrə cinayət işinin materiallarına əlavə edilmiş 02.10.2017ci il tarixli qərarda göstərilir ki, xüsusi ittiham qaydasında şikayət vermiş Məhkum 02 oktyabr 2017-ci il tarixdə saat 09:00-a təyin edilmiş məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri olması barədə məlumat verməmişdir. Qeyd olunanlara əsasən xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməli və bu şikayətin öz icraatına qəbul olunmasından imtina olunması barədə qərar qəbul edilməlidir. X5 ibtidai istintaqdakı ifadələrində və onun ifadəsi ilə eyni məzmunlu şahid X8 ibtidai istintaqdakı ufadəsində isə göstərilir ki, Ə6 02.10.2017-ci il tarixdə saat 09:00 radələrində Binəqədi rayon məhkəməsinin inzibati binasının qarşısına gəlmiş və məhkəmə iclasının başlamasını gözləmişdir. Bir qədər sonra ora Məhkum özü də bir neçə nəfər tərəfdaşı ilə gəlmiş, məhkəmə iclası başlayan kimi Məhkum onun (Hafiz Hacıyevin) guya onu kütləvi informasiya vasitələrində təhqir etməsini bildirərək cinayət məsuliyyətinə cəlb olunmasını tələb etmiş, məhkəmə iclasına sədrlik edən hakim R10 müşavirəyə gedib qayıtdıqdan sonra A6 X9 qarşı xüsusi ittiham qaydasında şikayətinin icraata götürülməsindən imtina olunması barədə qərarını elan etmiş, məhkəmənin bu qəraı ilə razılaşmayan Məhkum özündən çıxaraq səs-küy salmağa, qışqırmağa, hakimin, məhkəmə sisteminin, onun və partiya üzvlərinin ünvanına nalayiq söyüşlər söyməyə başlamış, hakimin arxasınca qaçaraq ona əl atmaq istəmiş, lakin iclas zalından çıxaraq müşavirə otağına keçməklə zalın qapı sını arxasınca bağladığı üçün ona çatmamış, zalın qapısını zorla aşmağa şalışmış, qapıya əl və ayaq zərbələri vuraraq qapının çərçivəsini yerindən oynatmış, divarın suvağını tökmüşdür. Birinci instansiya məhkəməsi iclasında Məhkum ifadəsində göstərmişdir ki, Nərimanov rayon məhkəməsi onun şikayətini Bakı şəhər Binəqədi rayon məhkəməsinə göndərmişdir. Bununla əlaqədar o, Binəqədi rayon məhkəməsinə müraciət etmiş, məhkəmədən ona ərizəsinin baxılması hakim R10 həvalə olunmuş, ərizəsi ilə əlaqədar məhkəmə prosesi 2017-ci ilin sentyabr ayının axırlarına təyin olunmuşdur. Həmin məhkəmə prosesinə onun mənafelərini təmsil etmək üçün nümayəndəsi hüquqşünas Vüsal Çıraqov getmişdir, lakin hakim R10 qanunsuz olaraq məhkəmə prosesinə onun özünün şəxsən gəlməsini tələb edərək məhkəməni təxirə salmışdır. O, nəhayət ki məhkəmənin baş tutacağı ümüdi ilə hakimin qanunsuz qərarı ilə razılaşaraq özü məhkəmə prosesində iştirak etməyə razılaşmışdır. Həmin məhkəmə prosesi 02 oktyabr 2017-ci il tarixə saat 09:00 təyin edilmişdir. Təyin olunmuş tarixdə ünvan 4 ünvanında yerləşən ünvan 5a gəlmiş, zalın bayır tərəfdən olan dəmir qapısı hələ heç açılmamışdır, ona görə də o, inzibati binanın əks tərəfinə keçərək binanın giriş hissəsində olan mühafizəçiyə özünü təqdim edərək ondan təyin olunmuş məhkəmə prosesinə gəlməsi barədə hakim R10 məlumat verməsini xahiş etmişdir. Özü isə yenə də binanın arxa tərəfinə keçərək bir ədəd siqaret çəkmiş və artıq zalın qapısına yaxınlaşdıqda zalın qapısının açıldığını görmüşdür. O, zala daxil olduqdan sonra ora daha iki nəfər tanımadığı şəxs daxil olmuş, həmin şəxslə rdən H10 prosesi ilə əlaqədar gəlib-gəlmədiklərini soruşmuşdur. Həmin şəxslərdə başqa proseslə bağlı gəldiklərini demişlər. Bundan sonra zala hakim R10 məsləhətçisi adını xatırlamadığı cavan oğlan daxil olmuşdur. Onun gəlməyini görərək proseslə bağlı qarşı tərəfin gəlib-gəlmədiyini soruşmuş, sonra isə hakimə məlumat vermək üçün zaldan məhkəmənin daxili dəhlizinə keçmişdir. O, isə zalda oturub gözləməyə başlamış, bir qədər sonra zala başqa bir hakim gələrək öz prosesini keçirmiş və çıxıb getmişdir. Lakin R10 yenə də zala gəlməmişdir. Daha sonra zala R10 köməkçisi T6 adlı cavan oğlan daxil olmuş, ona gözləməyib çıxıb getməsini, onun şikayəti ilə əlaqədar hakim R10 artıq ərizənin icraata qəbul edilməsindən imtina haqqında qərar qəbul edərək elan etdiyini bildirmişdir. O, hakimin heç zala gəlm ədən bunu necə edə bilməsini soruşmuş, hakimin zala gəlməsini xahiş etmiş, köməkçi isə sözlərini hakimə çatdıracağını deyib zaldan dəhlizə keçərək arxasınca qapını bağlamışdır. O, bir qədər zalda əyləşib hakimin gəlməsinə ümüd edərək gözləmiş, lakin hakim gəlib çıxmamışdır. Hakimi gözləməyini hakimə və köməkçilərinə xatırlatmaq üçün zalın məhkəmənin dəhlizinə açılan qapısını əli ilə bir neçə dəfə ucadan döymüş, lakin qapını açan olmamışdır. Ona görə də o, yenə də binanın arxa tərəfinə keçərək yenə də mühafizəçiyə' yaxınlaşıb, ondan bir daha hakimə qərarı elan etməsini gözlədiyini çatdırmasını xahiş etmişdir. Lakin hakimdən yenə də bir xəbər olmamış, o artıq şikayətinə qərəzli yanaşılmasını hiss edib, məhkəmə sədrinin pəncərəsinin açıq olduğunu görüb, baş verənlərə məhkəmə sədrinin rəhbərli k etdiyini anlayaraq pəncərəsinə yaxınlaşmış və eşitsin deyə ucadan «Heç olmazsa qərarı üzümə elan etməyə kişilyiniz çatardı» demiş, yenə də arxa tərəfə keçərək zala daxil olmuşdur. Bir qədər gözləmiş, yenə də heç kimin gəlmədiyini görüb, artıq gəlməyəcəklərinə əmin olub çıxıb getmişdir. Onun heç bir günahı yoxdur. Bunların hamısı qərəz, şər və böhtandır. Göründüyü kimi məhkəmə iclasının keçirilib-keçirilməməsi, məhkəmə iclasında Məhkum iştirak edib-etməməsi barədə onun özünün və şahidlər H10 və Ə10 ifadələri, eləcə də xüsusi ittiham qaydasında şikayətin icraata qəbulundan imtina barədə məhkəmənin qərarındə göstərilənlər arasında zddiyyətlər vardır. Bu ziddiyətlər aradan qaldırılması üçün göstərilən şahidlər məhkəmə iclasında dindirilməli, xüsusi ittiham qaydasında şikayətin qəbulundan imt ina barədə iş materialları məhkəmə iclasında tədqiq edilməli, bundan başqa Məhkum ifadəsində göstərdiyi onun ilk dəfə məhkəməyə gələrkən müraciət etdiyi məhkəmənin nəzarətçisi müəyyən edilib dindirilməli və həmin halın təfərrüatları müəyyən edilməlidir. Məhkəmə iclasında dindirilmiş şahidlər Məhkum qapını əli ilə bərkdən döyməsini təsdiq etsələr də, onun hakim və məhkəmə sədrinin ünvanına ucadan təhqiredici ifadələr işlətməsi barədə ifadə verməmişlər. Məhkum ifadələrində onların ünvanına “heç olmazsa qərarı üzümə elan etməyə kişiliyiniz çatardı” ifadəsini işlətdiyini göstərmişdir. Şahidlərin ifadələrindən müəyyən edilir ki, Məhkum qapını döyməsinin səbəbi onun iştirakı olmadan xüsusi ittiham qaydasında şikayətinin israata qəbul edilməsindən imtina qərarının qəbul edilməsi olmuşdur. O, haki min köməkçisinə müraciət edərək hakimin zala gəlməsini və qərarı ona elan etməsini tələb etmiş, hakim gəlmədiyi üçün kilidlə bağlı olan zalın qapısını döyərək açılmasını və hakimin onunla görüşməsini tələb etmişdir. Məhkum ifadələrində xüsusi ittiham qaydasında şikayəti üzrə təyin edilmiş məhkəmə iclasına vaxtından da tez gəldiyini göstərmişdir. Barəsində şikayət verilmiş Hafiz Hacıyevin nümayəndəsi X21 ibtidai istintaq müddətində izahat və ifadəsində xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasında onunla birlikdə Məhkum iştirak etdiyini və onun çıxışını dinlədikdən sonra hakimin müşavirə otağına gedib sonra qərarı elan etdiyini göstərmişdir. Eyni ifadəni onun sözlərindən H10 də istintaqda vermişdir. Lakin Binəqədi rayon məhkəməsinin hakimi R10 ərizəçi Məhkum ikinci də fə məhkəmənin hazırlıq iclasına gəlmədiyinə görə şikayətin icraata qəbul edilməsindən imtina barədə qərar qəbul etmişdir. Hadisə yerinə baxış protokoluna əlavə edilmiş fotoşəkillərdən adi gözlə görünür ki, hadisənin baş verdiyi konkret qapı deyil, ayr-ayrı bir neçə qapının şəkilləri çəkilərək protokola əlavə edilmişdir. İbtidai istintaq müddətində 02 oktyabr 2017-ci il tarixdə cinayət işi başlanılmış, 30 oktyabr 2017-ci il tarixdən 30 noyabr 2017-ci il tarixədək iş hərkətsiz qalmışdır. 02 dekabr 2017-ci il tarixdə istintaq müddəti iki ay, yəni 02 fevral 2018 tarixədək uzadılmış, 02 yanvar 2018-ci il tarixdə ekspertiza rəyi və 2 məktub işə əlavə edilmiş, sonra həmin tarixdə işin icraatı cinayət törədən şəxsin məlum olmaması əsası ilə dayandırılmış, 20 aprel 2018-si il tarixdə cinayət işin in icraatı təzələnməklə iş başqa müstəntiqin icraatına verilmiş, 25 aprel 2018-ci il tarixdə icraat yenidən dayandırılmış, 25 may 2018-ci il tarixdə icraat təzələnərək istintaq davam etdirilmiş, 06 iyun 2018-də isə istintaq yekunlaşmışdır. Beləliklə qanuni əsaslar olmadan cinayət işinin icraatı 4 ay müddətinə dayandırılmış və 1 ay da hərəkətsiz qalmışdır. Birinci instansiya məhkəməsi ibtidai istintaqın yol verdiyi yuxarıda göstərilən və cinayət işinin materiallarında olan pozuntuları araşdırıb hüquqi qiymət verməmiş, sübutları tam, hərtərəfli və obyektiv tədqiq etməmiş, sübutların tədqiqi və qiymətləndirilməsinə dair Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə əməl etməmişdir. Apellyasiya instansiya məhkəməsi də birinci instansiya məhkəməsinin qərarını dəyişdirilməd ən saxlamaqla kifayətlənmiş, yol verilmiş pozuntuları aradan qaldırmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun B8 şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 17 fevral 2006-cı il tarixli qərarında şərh edilmişdir ki, Azərbaycan Respublikası CM-in 221-ci maddəsinin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davran ış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qay danı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər CM-nin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkum əməllərində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin tərkibinin olması nəticəsinə gələrkən Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun yuxarıdakı qərarında sadalanan əlamətlərin məcmusunun mövcudluğu tam, hərtərəfli və obyektiv yoxlanılmamışdır. Azərbaycan Respublikası CPM-nin 416.01 və 416.0.2-ci maddələrinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübu tların tədqiqindən əsassız imtina etdikdə, məhkəmə bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. CPM-nin 419.10.2-ci maddəsinə əsasən cinayət prosesi tərəflərinin çıxışından sonra kassasiya instansiyası məhkəməsinin hakimləri yerində müşavirə apararaq və ya məhkəmənin müşavirə otağında məhkəmənin hökm və ya qərarını ləğv etmək və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını təyin etmək barədə qərar çıxarırlar. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416 və 419.10.2-ci maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəm əsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum kassasiya şikayəti təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 yanvar 2019-cu il tarixli qərarı ləğv edilsin və cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar