Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-989/2022 20.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Yusifov Şahin Yaşar oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun iştirakı ilə, xx xxxx 1986-cı il tarixdə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmmiş, işləməyən, Zəngilan rayonu, Malatkeşin kəndində qeydiyyatda olmaqla, ünvan 1də yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cina yət Məcəlləsinin (bundan sonra CMin) 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 noyabr 2021-ci il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlu tərəfindən verilmiş kassasiya protestinə və məhkumun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Sadıqov Elçin Əli oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 iyun 2021-ci il tarixli hökmü ilə (hakimlər: A.Ə.Məcidov (sədrlik edən), Z.Q.Ağayev və S.S.Hüseynov) Təqsirləndirilən şəxs - Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlin i törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli 15 oktyabr 2020-ci il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 mart 2021-ci il tarixli qərarı ilə (hakimlər: K.H.Əkbərov (sədrlik edən), E.E.Rəhimov və F.A.Qasımov) verilmiş apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 iyun 2021-ci il tarixli hökmü dəyişdirilərək, Təqsirləndirilən şəxs Azərba ycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası yüngülləşdirilərək, 01 (bir) il 06 (altı) ay müddətə endirilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə görə Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq, yəni külli miqdarda narkotik vasitə əldə edib, daşıyaraq özündə saxlamışdır. Belə ki, o, şəxsiyyəti məlum olmayan şəxsdən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil olan külli miqdarda 3,395 qram təmiz çəkidə psixotrop maddə olan metamfetamini əldə edib üzərində qanunsuz saxlamaqla ünvan 1 ünvanın yaxınlığına qanunsuz daşımış, onun psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 15 oktyabr 2020-ci il tarixdə saat 21:20-də həmin ünvanın yaxınlığında saxlanılaraq qeyd olunan Baş İdarəyə gətirilmiş, orada həmin tarixdə saat 22:30-dan etibarən keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə külli miqdarda 3,395 qram təmiz çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin C inayət Kollegiyasının 03 noyabr 2021-ci il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi xahiş olunur. Dövlət ittihamçısı qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qərar qəbul edilərkən gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, nəticədə Təqsirləndirilən şəxs əməlinin tövsifində səhvə yol verilmişdir. Protest müəllifinin fikrincə, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş psixotrop maddə olan 3,395 qram çəkidə metamfetamin şəxsi istehlak miqdarından 23 dəfə, həmin maddələr üçün nəzərdə tutulan külli miqdardan 2 dəfə çox olması onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasına dəlalət edir. Lakin bu hal məhkəmələr tərəfindən nəzərə alınmamışdır. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçi si tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 noyabr 2021-ci il tarixli qərarının ləğv edilməsi və Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin bəraətverici əsaslarla xitam edilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinə qismən məhkəmə istintaqı aparılmaqla baxılmasına dair vəsatətləri əsassız olaraq təmin edilməmiş və işə əlavə sübutlar təqdim edilmədən baxılmışdır. Şikayətdə həmçinin göstərilir ki, məhkum Təqsirləndirilən şəxs özünü elan olunmuş ittihamda təqsirli bilməmiş, üzərində aşkar olunmuş psixotrop maddə olan metamfetamin polis işçiləri tərəfindən onun cibinə qoyulması barədə ifadə vermişdir. Bunun təsdiqi kimi o, tutu larkən yanında olmuş tanışı X2 dindirilməsinə dair vəsatət qaldırmışdır. Lakin həmin vəsatət işə birinci instansiya məhkəməsində baxılarkən əsassız olaraq rədd edilmiş, apelyasiya məhkəməsi isə ümumiyyətlə araşdırma aparılmadan keçirilmişdir. Ona görə də müdafiəçi hesab edir ki, aşağı instansiya məhkəmələri tərəfindən gəlinən nəticə işin faktiki hallarını əks etdirmir və əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməlidir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, kassasiya protestinin təmin edilməsi, kassasiya şikayətinin isə təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti və kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanunvericiliyinin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya m əhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələri isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, Təqsirləndirilən şəxs məhkəmə qərarında təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmələr iş üzrə şahidlərin ifadələrinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiy a şikayətində Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsini törətməməsi və əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi mübahisə edilir. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Təqsirləndirilən şəxs əməlinin tövsifində məhkəmələr tərəfindən səhvə yol verildiyi qeyd edilir. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma”ya görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində “Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxu d qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma” görə; Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində isə bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə cinayət məsuliyyəti nəzərdə tutulur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarınm dövriyyəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməsə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz, saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Məhkəmə kollegiyası ilk olaraq kassasiya protestində göstərilən dəlillərlə əlaqədar qeyd edir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbi q edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsi haqqında” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2 saylı, 04 mart 2011-ci il tarixli Qərarının 9cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır Məhkəmə kolle giyası qanunvericiliyin yuxarıda istinad edilən normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında verilən şərhlərə və Ali Məhkəməsinin Plenumunun müvafiq qərarında olan tövsiyələrə əsaslX1aq kassasiya protestində qeyd edilən dəlillərlə razılaşmır və bildirir ki, Azərbaycan Respublikası CPMnin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq məhkum Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilmiş c inayət əməlini CM-in 234.1-ci maddəsinə tövsif etmiş və həmin maddə ilə təqsirli bilərək məhkum etmiş, apellyasiya instansiya məhkəməsi isə əsaslı olaraq gəlinən nəticəni qüvvəsində saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitədən istifadə etməmiş, nə də narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Ona istintaq orqanı əsassız və qanunsuz olaraq belə bir ittiham vermişdir. Onun həbs olunmağına səbəb Milli Məclisin binasında olan hadisə ilə bağlı olmuşdur. Bir neçə dəfə mitinqlərdə iştirak edib Qarabağa azadlıq tələb etmişdir. Buna görə polis əməkdaşları onu təqib edirmişlər. Hadisədən təxminən 15 gün əvvəl Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları X1, X2, X3, X4 onu həbs etmək istəm işlər. O, bunu başa düşmüş və bazara atasının yanına qaçıb oradan lezva götürüb onlara bildirmişdir ki, özünü doğrayacaq. Hətta o, internetdə canlı yayım da açmış, onların ona qarşı həmin gün hərəkətlərini telefona çəkmiş və «facebook»da da paylaşmışdır. Sonradan Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı X4 onu tapıb yalvarmışdır ki, videoya çəkdiyi görüntünü silsin. O da silmişdir. X4 ona demişdir ki, DİN-nin sifarişidir, onu narkotiklə tutacaqlar, buradan bir müddət çıxıb harasa getsin. Lakin o, demişdir ki, heç yerə getməyəcək, onun narkotiklə heç bir əlaqəsi yoxdur. 15 oktyabr 2020-ci il tarixdə saat 21-00, 22-00 radələrində o, dostu X5 birlikdə Lökbatanda X6 kafesində olanda mülki geyimli şəxslər kafeyə daxil olub ona yaxınlaşmış və arxadan sillə ilə vurub qolunu burub qandalla mışlar. Həmin şəxslər onu söyüb təhqir etmişlər. Onu kafedən çıxarıb avtomobilə əyləşdirmişlər. Oradan onu Qaradağ RPİ-nin 10-cu PB-nə gətirmişlər. Arxa oturacaqda X1 sağ tərəfində oturmuş, sol tərəfində də bir polis əməkdaşı oturmuşdur. Başını da X1ın dizinə əymişlər və adını bilmədiyi polis əməkdaşı əlini cibinə salanda əlini cibindən çəkməsini demişdir. Həmin şəxs onu söyərək yumruqla başına vurmuşdur. X1 da ona səsini kəs demişdir. Bölməyə gələndən sonra xidməti otaqların birində o, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Nəcəf, X2, X1, X4, X3, adını X7 kimi xatırladığı bir nəfər olmuşlar. Otaqda onlar onu döyməyə başlamışlar. Ona hansısa kağızlara qol çəkməyini tələb etsələr də, o, qol çəkmədikdə onun tutulmağının sifariş əsasında olduğunu bildirmişlər. Onun cibinə X3 narkot ik vasitə qoymuş, o, çıxarıb atmışdır. Onu döymüşlər, yenə cibinə narkotik qoymuşlar, o, yenə yerə atmışdır. Bundan sonra onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirmişlər. Orada da həmin polis əməkdaşları onu döyməyə başlamış və hansısa sənədləri imzalamağı demişlər. X7 adlı şəxs sənədlərə imza etmədiyi təqdirdə ailə üzvlərini də oraya gətirəcəklərini bildirmişdir. Hətta onun yanında kiminləsə telefonla danışarkən ailəsinin gətirildiyini deyəndə ailəsinin oraya gətirilməməsini bildirmiş və onlara daha yüngül maddə ilə həbsə getməyinə razılaşmalı olmuşdur. Bir nəfər vəkil dəvət etmişlər. O, həmin vəkilə siyasi sifarişlə həbs olunduğunu dedikdə, həmin vəkil çıxıb getmişdir. X8 adlı bir nəfər vəkil gəlmişdir. X2 adlı bir nəfər polis əməkdaşı da narahat olmamağını, 1 qram narkotiklə ona CM -in 234.1-ci maddəsi ilə cəza veriləcək. Hətta vəkili İlqar Musayev də demişdir ki, 234.1-ci maddə ilə ittiham verilir. O da inanmış və razılaşmışdır. Sonra X2 ona bir qram narkotik vasitə verərək cibinə qoymağını, videoçəkilişlə onun narkotiki cibindən çıxarıb təqdim edəcəyini və onların sualına cavab olaraq narkotik vasitənin onun olmasını deməyini bildirmişdir. O da onların dediyi kimi etmiş və cibinə qoyulan narkotik vasitəni, cibində olan 52 manat pulunu videoçəkilişlə cibindən çıxarıb təqdim etmişdir. Sorğu zamanı guya həmin maddəni o, Lökbatan qəsəbəsində tanımadığı şəxsdən almağını demişdir. Ona bildirmişlər ki, bu maddə ilə cəmi 6-7 ay həbsdə qalıb çıxacaq. O da məcbur olub bütün onların dedikləri ilə razılaşmalı olmuş və ona təqdim olunmuş sənədləri imzalamışdır. Onda heç bir nar kotik vasitə olmamışdır. Məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən bildirmişdir ki, onda aşkar olunaraq götürülmüş narkotik vasitəni özü istifadəsi üçün tanımadığı şəxsdən əldə etmiş və heç kimə satmaq niyyəti olmamışdır. (i.v.55-57;67-69). Lakin ibtidai istintaqın sonrakı mərhələsində verdiyi ifadələrində Təqsirləndirilən şəxs bildirmişdir ki, ümumiyyətlə narkotik vasitələrin aludəçisi deyil və onda heç bir narkotik vasitə olmayıb, həmin psixotrop maddə olan metamfetamini ona polis əməkdaşları vermiş və onların təzyiq və təkidi altında o həmin narkotiki guya qanunsuz olaraq əldə etmə və daşımasını kamera qarşısında bildirmişdir.(i.v.160-162) Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə qeyd edilən narkotik vasitəni satış m əqsədi ilə əldə etməsi və üzərində daşıması barədə ifadə verməmişdir. Təqsirləndirilənin bu ifadəsini təkzib edən hər hansı bir hal və ya sübut növü nə ibtidai istintaq, nə də məhkəmə zamanı müəyyən edilməmişdir. Cinayət işinin 125-ci vərəqəsinə əlavə olunmuş istintaq orqanı tərəfindən təhqiqat orqanına göndərilmiş əməliyyat tapşırığına 17 dekabr 2020-ci il tarixli, 008-6235-12.20 nömrəli istintaq tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddəni nə vaxt əldə etməsini, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olub-olmamasını, psixotrop maddəni hansı məqsədlə əldə etməsini, psixotrop maddəni hansı şəraitdə, nə vaxt və harada almasını, cinayətin törədilməsində iştirakı olan digər şəxsləri, eləcə də, cinayət əlaqələrini, əvvəllər hər han sı cinayətin törədilməsində iştirakının olub-olmamasını müəyyən etmək məqsədilə keçirilmiş əməliyyat tədbirləri nəticəsində məlumat əldə etmək mümkün olmamışdır. İş materiallarında Təqsirləndirilən şəxs narkotik vasitələrin hər hansı formada satışı ilə məşğul olması barədə heç bir sübut müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai istintaq və aşağı instansiya məhkəmələrində şahid qismində dindirilmiş şəxslərdən heç biri, o cümlədən Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərini həyata keçirmiş və dindirilmiş polis əməkdaşları Şahid1, Şahid3 və Şahid2 şahid ifadələrindən görünür ki, ilkin əməliyyat məlumatı narkotik vasitələri satması “ehtimalı” olsa da, lakin aparılmış əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin satılmasında iştira kı müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitələri satmaq məqsədi ilə əldə etmiş olduğu barədə heç bir mötəbər sübut əldə edilməmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, sübutların həcmi və ümumiyyətlə, işin gerçək hallarının tərkib əlamətləri təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün əsaslar vermir. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin məhkum Təqsirləndirilən şəxs əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif edilməsinə dair gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası kassasiya şikayətində göstərilən dəlillərlə razılaşmayaraq qeyd edir ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələri açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birisini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq Təqsirləndirilən şəxs verdiyi ifadələrin bir hissəsini həmin ifadələr digər sübutlarla ziddiyyət təşkil etdiyindən özünü müdafiə məqsədilə verilmiş ifadələr kimi hesab edərək onları rədd etmiş, digər sübutları isə məhkəmə qərarlarının əsasına qoymuşlar. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək məhkəmələr tam əsaslı olaraq Təqsirləndirilən şəxs əməlini CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif etmiş, yekun qərarla r qəbul edərkən isə qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişlər. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhk əmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Belə ki, cinayət işinin 163-164-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlaması ekspertizasının xx.xx.2020-ci il tarixli 3545 nömrəli rəyindən görünür ki, “Təqsirləndirilən şəxs deməsinə görə arabir düşən də bir neçə dəfə narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etmiş. Ondan aşkar olunub götürülmüş psixotrop maddə metamfetamini özü istifadə etmək məqsədilə əldə edib saxlamışdır. Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından və psixotrop maddələrdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar edilməmişdir.” Həmçinin, cinayət işinin 32-34-cü vərəqələrində olan “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı ondan götürülmüş narkotik vasitənin «şüşə» adlandırılan metamfetamininin onun özünə məxsus olmasını, 15 oktyabr 2020-ci il tarixdə üzdən tanıdığı lakin adını bilmədiyi şəxsdən özünün istifadəsi üçün əldə etdiyini bildirmiş dir. Beləliklə, məhkum Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlini törətməsi, istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri, ambulator məcburi-narkoloji tibbi yoxlaması ekspertizasının xx.xx.2020-ci il tarixli 3545 nömrəli rəyi, baxış, götürmə, müayinə və digər istintaq hərəkətlərinin protokolları, digər istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üzrə toplanmış digər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələr və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitə və psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlakı həcminə görə müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb olunması məqsədilə kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, həmçinin onların külli miqdar təşkil etməsinə dair siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». "Narkotik vasitələrin, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psi xotrop maddələr və onların prekursorlarının dövriyyəsi barədə” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinin mənasına əsasən narkotik vasitənin satın alınması başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi; yabanı çətənə bitkisi, xaşxaşın və ya onların müəyyən hissələrinin, məhsul yığımı başa çatdıqdan sonra mühafizə edilməyən əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülür. Əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Məhkəmə kollegiyası kassasiya şikayətində əks edil ən halları araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış, məhkəmə iclaslarında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlarla yanaşı, həmçinin cinayət prosessual qanunvericiliyinin, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə və «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li Qərarında göstərilən tövsiyyələrə tam uyğundur. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya mə hkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların düzgün müəyyən edilməsini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb, ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin etmişdir. Beləliklə, baxılan işdə Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində təsbit edilmiş bəraətin əsasları, eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini tələb edən CPM-in 416-cı maddəsində göstərilən əsaslardan hər hansı biri müəyyən edilmir. Odur ki, bəraətverici əsasla cinayət işi üzrə icraata xita m verilməsinə və apellyasiya instansiyası məhkəməsinin yekun qərarının ləğv edilməsinə dair məhkum tərəfindən verilmiş kassasiya şikayətinin tələbləri təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə ə saslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tə rəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin və kassaiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin və ya kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 noyabr 2021-ci il tarixli qəra rı qanuni və əsaslı olduğundan, kassasiya protestində və kasssasiya şikayətində onların ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, protest və şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya protesti və kassasiya şikayəti təmin edilməsin. Məhkum Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 noyabr 2021-ci il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-989/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-989/2022
20.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver