Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-989/2024 16.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum müdafiəçisi Seyfəlov Yusif Kamil oğlunun iştirakları ilə, Biləsuvar Rayon Məhkəməsinin 13 aprel 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 206.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının apellyasiya şikayətinə ilkin baxış iclasının 15 dekabr 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Y.K.Seyfəlov tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Biləsuvar Rayon Məhkəməsinin (sədrlik edən hakim Əliyev Rəfayil Əfraddin oğlu) 13 aprel 2023-cü il tarixli hökmü ilə Məhkum, xx xxxxx 1969-cu il tarixdə İran İslam Respublikasının Mərənd şəhərində anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, orta təhsilli, evli, sürücü işləyən, Azərbaycan Respublikasında əvvəllər məhkum olunmamış, İran İslam Res publikası, Təbriz şəhəri, X7, ev 23 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, CM-in 206.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ona elan edilmiş ittihamdan CM-in 234.1-ci maddəsi xaric edilmiş, barəsində narkomaniyadan məcburi müalicənin təyin edilməsi, ərazi narkoloji dispanserində qeydiyyata alınması, Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarıldıqdan sonra, hazırki məhkəmə hökmü ilə təyin edilmiş məhkumluğu götürülənədək və ya ödənilədək onun Azərbaycan Respublikasına gəlmək hüququnun müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. İşin halları: Məhkum (X10) ibtidai araşdırma orqanı tərəfi ndən Azərbaycan Respublıikası CM-in 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilərək, məhkəməyə verilmişdir ondan ötrü ki, o, 16 noyabr 2022-ci il tarixdədək olan müddət ərzində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq qəsdən əldə etdiyi, narkotik vasitə hesab edilən, şəxsi istehlak miqdarından artıq miqdarda, tərkibindəki metadon narkotik vasitəsinin ümumi təsiredici miqdarı 0,18 qram təşkil edən, sellofan paketə yerləşdirilmiş “F/M20” nişanəli 9 ədəd metadon həblərini özünə məxsus pencəyin sol iç cibinə qoyaraq, idarə etdiyi «Renault» markalı, TX652TX/SS912O qeydiyyat nişanlı nəqliyyat vasitəsinin kabinasında yataq yerinin üzərində saxlamış, 16 noyabr 2022-ci il tarixdə İran İslam Respublikasından gələrkən Azərbaycan Respublikasına daşımış və həmin tarixdə, saat 22 radələrində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar rayonu ərazisində yerləşən “Biləsuvar” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Biləsuvar Rayon Məhkəməsinin 13 aprel 2023-cü il tarixli hökmü 23 may 2023-cü il tarixdə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Həmin hökmdən apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət bitdikdən sonra, yəni 30 avqust 2023-cü il tarixdə Məhkum apellyasiya şikayəti vermiş və eyni zamanda Biləsuvar Rayon Məhkəməsi qarşısında apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmışdır. Biləsuvar Rayon Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli qərarı ilə (sədrlik edən hakim Əliyev Rəfayil Əfraddin oğlu) Məhkum 13 aprel 2023-cü il tarixli hökmdən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa olunması barədə vəsatəti əsassız olduğundan təmin edilməmişdir. Məhkəmənin həmin qərarından Məhkum müdafiəçisi Y.K.Seyfəlov tərəfindən verilmiş apellyasiya şikayətinə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kolegiyasının (hakimlər Abdullayev İlkin Qismət oğlu (sədrlik edən və məruzəçi), Xasməmmədov Elçin İsgəndər oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə) apellyasiya şikayətinə ilkin baxış iclasının 15 dekabr 2023-cü il tarixli qərarı ilə həmin şikayət təmin edilməmiş, Biləsuvar Rayon Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsi nin Cinayət Kollegiyasının 15 dekabr 2023-cü il tarixli qərarından Məhkum müdafiəçisi Y.K.Seyfəlov kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və hökmdən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında qərarın qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum barəsində qəbul edilmiş məhkəmə aktlarına istinad edən müdafiəçi Y.K.Seyfəlov kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Biləsuvar Rayon Məhkəməsinin 13 aprel 2023-cü il tarixli hökmü hüquqlarını müdafiə etdiyi şəxsə istintaq təcridxanasında deyil, cəzaçəkmə müəssisəsində, hökm çıxarıldıqdan təxminən 1-2 ay keçdikdən sonra təqdim edilmiş, o, qərarı əldə etdikdən sonra hüquqi savadı olmadığından ondan apellyasiya şikayətini təxminən 3 ay sonra vermişdir. La kin, həmin dövrdə də o, xəstələnmiş, buna görə də hökmdən qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayəti verə bilməmiş, bununla əlaqədar hökmdən apellyasiya şikayəti vermə müddətinin bərpa olunmasına dair vəsatətlə məhkəməyə müraciət etmişdir. Lakin, işə baxan birinci instansiya məhkəməsi əsassız olaraq onun vəsatətini rədd etmiş, apellyasiya instansiyası məhkəməsi də eyni mövqe sərgiləyərək buraxılmış prosessual müddətin bərpa edilməsi üçün əsasların olub-olmamasını müəyyən etmək əvəzinə yalnız hökmün alma və şikayət vermə müddətlərini araşdıraraq müddətin keçməsi əsası ilə ərizənin rədd edilməsinə çalışılmışdır. Müdafiəçi həmçinin qeyd etmişdir ki, məhkəmələr Məhkum barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edərkən onun 55 yaşının olmasını, himayəsində yaşlı anasının və iki övladının olmasını, ailənin yeganə qazanc gətirəninin olmasını, səhhətində ciddi problemlərin olmasını, xəstəliyi ilə bağlı Azərbaycan Konsulluğu tərəfindən təsdiq edilən sənədlərin təqdim olunmasını, ərazi üzrə yaşadığı ölkədən verilən müvafiq sənədlərlə müsbət xarakterizə olunduğunu, həmçinin digər diqqətəlayiq halları nəzərə almamış, nəticədə o, ağır cəzaya məruz qalmışdır. Kassasiya şikayəti müəllifinin fikrincə göstərilən cəzanı yüngülləşdirən hallara görə hal-hazırda Məhkum cəzasının qalan hissəsini çəkməsi üçün İran İslam Respublikasına göndərilməsi və yaxud da cəza müddətinin azaldılması zəruri olduğundan onun hökmdən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddət bərpa olunmalı və işə apellyasiya qaydasında baxılması təmin edilməlidir. Odur ki, kassasiya şikayətində göstərdiyi bu hallara əsaslanaraq müdafiəçi Y.K.Seyfəlov həmin şikayətin təmin edilməsini, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 dekabr 2023-cü il tarixli qərarının ləğv edilməsini və apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa olunması haqqında qərarın qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 16 iyul 2024-cü il tarixli iclasına təyin edilmiş və bu haqda cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, lakin Məhkum məhkəmə iclasında iştirak etmək arzusunu bildirməmiş və bu haqda ərizə ilə Ali Məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının bununla bağlı rəylərini dinləyib Azərbaycan Respublika sı Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətinin dəlillərinə cavab olaraq məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kas sasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfində n çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da vurğulayır ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, cinayət-prosessual qanunvericiliyində müə yyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı həyata keçirilərkən qanunvericilikdə nəzərdə tutulmuş müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunvericilik cinayət-prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Bu təhlilin prizmasından yanaşaraq məhkəmə kollegiyası yekun məhkəmə aktlarından apellyasiya şika yətinin verilməsi qaydasını və müddətləri tənzimləyən cinayətprosessual qanunvericiliyin normalarına müraciət etməyi zəruri bilir. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 381.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəmələri tərəfindən çıxarılmış hökm və ya qərarlardan bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada apellyasiya instansiyası məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. CPM-in 384.1.1-ci maddəsinin tələblərinə görə, iş üzrə ittiham və ya bəraət hökmü çıxarıldıqda, apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu andan, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə hökmün və ya müvafiq qə rarın surətinin həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. CPM-in 384.2-ci maddəsində təsbit edilmişdir ki, həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Cinayət prosesinin hər bir iştirakçısının, o cümlədən məhkum olnmuş şəxsin təkrar məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə qanunvericilik yuxarıda göstərilən müddətlər buraxılmaqla apellyasiya şikayətinin və ya apellyasiya protestinin verildiyi hallarda buraxılmış müddətin bərpa edilməsi mümkünlüyünü də nəzərdə tutmuşdur. Belə ki, CPM-in 386.1-ci maddəsinin tələblərindən görünür ki, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə b uraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. CPM-in 386.2-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilmə müddətinin bərpa edilməsi məsələsi birinci instansiya məhkəməsində məhkəmə iclasında sədrlik edən və ya hakim tərəfindən həll edilir. CPM-in 386.3-cü maddəsinə görə, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatət rədd edildikdə, bu qərardan apellyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayəti və apellyasiya protestinin verilmə müddətini bərpa etdikdə öz qərarını icra üçün birinci instansiya məhkəməsinə göndərir. CPM-in 391.3.3-cü maddəsində apellyasiya instansiyası məhkəməsinin ilkin baxış iclasında qəbul etdiyi qərarlardan biri kimi apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsi və ya bərpanın rədd edilməsi haqqında qərarın qəbul edilməsi nəzərdə tutulmuşdur. Belə qərarlardan isə kassasiya şikayətini və ya kassasiya protestini vermək hüququna malik olan şəxslər tərəfindən 1 (bir) ay müddətində kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi CPM-in 410.1.1-ci maddəsində təsbit edilmişdir. Qanunvericiliyin şərh edilən normalarına əsasən cinayət işinin materiallarının təhlili nəticəsində müəyyən edilir ki, iş materiallarına əlavə edilmiş sənədlərə görə, Biləsuvar Ray on Məhkəməsinin 13 aprel 2023-cü il tarixli hökmünün surəti 17 aprel 2023-cü il tarixli 1(022)-32/2023 saylı məktubla poçt vasitəsilə Məhkum təqdim olunması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilmiş və 2 may 2023-cü il tarixdə ondan qəbz alınmaqla məhkuma verilmişdir. Bu tarixdən hesablanmaqla 20 (iyirmi) gün müddətində hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyindən həmin hökm 23 may 2023-cü il tarixdə qüvvəyə minmiş və 24 may 2023-cü il tarixdə icraya yönəldilmişdir. Yalnız 30 avqust 2023-cü il tarixdə, yəni hökmün surəti ona verildiyi gündən 3 (üç) ay 28 (iyirmi səkkiz) gündən sonra Məhkum onun barəsindəki 13 aprel 2023-cü il tarixli hökmdən apellyasiya şikayəti vermiş və eyni zamanda Biləsuvar Rayon Məhkəməsi qarşısında apellyasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulmuş müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmışdır. Məhkum hökmdən apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və bundan sonra ağır xəstəliyə tutulması, bu müddətlərdə fövqəladə hadisənin baş verməsi və ya onun hər hansı başqa üzrlü səbəblərdən vaxtında apellyasiya şikayəti verməsi üçün maneə yaradan hallar iş materiallarından görünmür, Məhkum isə müraciətlərində, müdafiəçi isə kassasiya şikayətində məhkumun xarici ölkə vətəndaşı olduğuna görə hüquqi savadı olmadığından, habelə apellyasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulmuş müddətdə xəstələndiyindən həmin şikayəti gec verməsini iddia etsələr də, məhkəmələrə bu halları təsdiq edən heç bir sübut təqdim edilməmişdir. Halbuki, CPM-in 139.0.6-cı maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq vurğulamağı lazım bilir ki, cinayət işinin materiallarından göründüyü kimi, Məhkum və birinci instansiya məhkəməsində onun hüquqlarını müdafiə etmiş Biləsuvar Rayon Vəkil Bürosunun vəkili Quliyev Fədai Əli oğlu hazırkı cinayət işinə mahiyyəti üzrə baxılmasına dair məhkəmə iclaslarında və hökmün elan olunmasında iştirak etmişlər və onların hökmdən vaxtında apellyasiya şikayətlərini vermələri üçün heç bir maneə olmamışdır. Məhkəmə kollegiya sı həmçinin qeyd edir ki, iş materiallarından da göründüyü kimi Məhkum məhkəmə istintaqı zamanı tərcüməçi ilə təmin edilmiş və məhkəmə iclaslarında baş vermiş bütün proseslər barəsində öz ana dilində məlumatlandırılmış, digər tərəfdən isə ona həmin dildə bütün hüquqları, o cümlədən hökmdən apellyasiya şikayəti verə bilməsi hüququ, bunun qaydası və müddəti izah olunmuş, barəsindəki hökmün surəti isə Məhkum vətəndaşı olduğu dövlətin rəsmi dilinə tərcümə edilərək ona təqdim olunması üçün poçt vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərmişdir. Bu isə ona dəlalət edir ki, Məhkum hökmdən apellyasiya şikayətini qanunda nəzərdə tutulmuş müddətdə apellyasiya şikayəti verməsi üçün kifayət qədər vaxtı və imkanı olmuşdur. Apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında Məhkum vəsatətinə baxan Biləsuvar Rayon Məhkəməsinin hakimi isə həmin müddətin bərpa edilməsi üçün heç bir üzrlü səbəb müəyyən etmədiyindən 24 oktyabr 2023-cü il tarixdə qəbul etdiyi qərarla məhkumun vəsatətini təmin etməmiş, apellyasiya instansiyası məhkəməsi isə 15 dekabr 2023-cü il tarixdə qəbul etdiyi qərarla haqlı olaraq birinci instansiya məhkəməsinin həmin qərarını dəyişdirilmədən saxlamışdır. Kassasiya kollegiyası da yuxarıda göstərilənləri və qanunvericiliyin şərh edilən tələblərini nəzərə alaraq birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında Məhkum vəsatətinin rədd edilməsini qanuni və əsaslı hesab edir və bu baxımdan kassasiya şikay ətinin dəlilərini qəbuledilməz sayaraq bu dəlillər üzərində qurulmuş tələbin təmin edilməsini mümkün bilmir. Buna görə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun müdafiəçisi Y.K.Seyfəlovun, həmin şikayətin təmin edilməməsi barədə isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Biləsuvar Rayon Məhkəməsinin 13 aprel 2023-cü il tarixli hökmü ilə Məhkum CM-nin 206.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının apellyasiya şikayətinə ilkin baxış iclasının 15 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbayc an Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Y.K.Seyfəlovun kassasiya şikayəti təmin edilməsin. Biləsuvar Rayon Məhkəməsinin 13 aprel 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi məhkum edilməsinə dair cinayət işi üzrə həmin hökmdən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının apellyasiya şikayətinə ilkin baxış iclasının 15 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-989/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-989/2024
16.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver