Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-99/2020 29.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun Zərərçəkmiş şəxs Məhkum və onun müdafiəçisi, ”Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1981-ci il tarixdə Qəbələ rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam ali təhsilli, evli, 2 azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan qeydiyyatda olan və yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 306.1ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi, ”Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmünə əsasən (sədrlik edən hakim G.İmanova) Məhkum Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin xx xxxxxx 2019cu il tarixdən hes ablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən zərərçəkmiş şəxs, məhkumun özü və müdafiəçisi tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: İ.M.Murğuzov (sədrlik edən), H.H.Əhmədov və H.Ç.Məmmədov) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmə hökmünə əsasən Məhkum cavabdeh kimi ondan qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlayaraq xx xxxx 2006-cı il təvəllüdlü X6 və xx xxxxxxxx 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi hər birinin saxlanılması üçün hər ay hər uşağa görə 108 manat məbləğində alimentin, cəmi 216 manat sabit pul məbləğində aliment və hər uşağa görə 100 manat, cəmi 200 manat məbləğində əlavə xərc olmaqla, cəmi 416 manat tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxxx 2015-ci il tarixli 2(103)-3995/2015 nömrəli qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə xx xxxxxx 2017-ci il tarixdə Suraxanı rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib inzibati qaydada 01 ay müddətinə həbs olunmasına və icra sənədində olan tələbi icra etməsi üçün ona xx xxxx 2017-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni xx xxxx 2018-ci il tarixə kimi şəxsi maraqları naminə, cəmi 12.194 manat aliment borcunu tələbkara ödəməməklə, Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2015-ci il tarixli qətnaməsini qərəzli olaraq icra etməmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və Məhkum CM-nin 306.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Müdafiəçi qeyd edir ki, aşağı instansiya məhkəmələri iş üzrə mövcud sübutları tamamilə yanlış və əsassız şəkildə təfsir və tədqiq edib qiymətləndirməklə, Məhkum CMnin 306.1-ci maddəsi ilə təqsirli hesab edilməsi barədə qanunsuz nə ticəyə gəlmiş, eyni zamanda maddi və prosessual hüquq normalarının pozulmasına yol vermişdir. Müdafiəçinin fikrincə, təqsirləndirilən şəxs Məhkum məhkəmə qərarlarının icrası üçün faktiki imkanının olmaması xüsusatının məhkəmələr tərəfindən nəzərə alınmaması onun əsassız məhkum edilməsinə səbəb olmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum və Müdafiəçi, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Alverdiyev və Zərərçəkmiş şəxs çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessua l Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanunvericiliyinin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiya məhkəməsinin deyil, birinci və apellyasiya instansiya məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiya məhkəməsi birinci və apellyasiya instansiya məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız h əmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində mübahisə edilən məsələ məhkumun əsassız olaraq CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsidir. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusi yyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” xx xxxxxxxx 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” xx xxxxxx 2009cu il, “Xirvisari Finlandiyaya qarşı” xx xxxxxxxx 2001-ci il, “X7rşı” xx xxxxxx 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” xx xxxxxx 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qəra rı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və Əsas Azadlıqları Haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinisipi hüququn aliliyinə və insan hü quqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum əməlləri mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla yəni, zərərçəkmiş şəxs və şahid ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqların ın pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Bununla belə, məhkəmə kollegiyası iş materiallarını bir daha təhlil edərək belə qənaətə gəlir ki, işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları onların m ötəbərliyi, mümkünlüyü və mənsubiyyəti üzrə qiymətləndirib CPM-in 146-cı maddəsinə əsasən həmin sübutların Məhkum tərəfindən ittiham edildiyi cinayətin törədilməsinə dair onun təqsirliliyinin müəyyən edilməsi üçün kifayət etməsi haqqında düzgün nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. İş materiallarından görünür ki, Məhkum hökmün təsviri hissəsində qeyd edilən cinayət əməlini t örətməsi, ibtidai istintaq zamanı və məhkəmədə dindirilmiş zərərçəkmiş və tələbkar Zərərçəkmiş şəxs ifadəsi ilə yanaşı, şahidlərin ifadələri ilə; Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya şöbəsindən təqdim edilmiş icra sənədləri ilə; Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 3995/2015 saylı xx xxxx 2015-ci il tarixli qətnaməsi və qətnamə əsasında çıxarılmış icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərarı ilə; icra sənədindəki tələbin yerinə yetirilməsi üçün yeni müddət təyin olunaraq məsuliyyət barədə xəbərdarlıq edilməsinə dair məktubu ilə; baxış, götürmə və digər istintaq hərəkətlərinin protokolları ilə; toplanmış və məhkəmədə tədqiq edilmiş çoxsaylı digə r mötəbər sübutlarla tam təsdiq edilir. Beləliklə, baxılan işdə Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində təsbit edilmiş bəraətin əsasları, eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini tələb edən CPM-in 416-cı maddəsində göstərilən əsaslardan hər hansı biri müəyyən edilmir. Odur ki, bəraətverici əsasla cinayət işi üzrə icraata xitam verilməsinə və apellyasiya instansiyası məhkəməsinin yekun qərarının ləğv edilməsinə dair məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin tələbləri təmin edilə bilməz. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs Məhkum cəza təyin olunması ilə bağlı kassasiya şikayətinin dəlilləri ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsi pi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" xx xxxxx 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterin i və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəli liyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. İşin kassasiya instansiya məhkəməsində baxışı zamanı məhkumun müdafiəçisi Müdafiəçi məhkəməyə təqdim etdiyi qəbzdən görünür ki, məhkumun qohumları tərəfindən poçt vasitəsilə Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanına 500 AZN göndərilmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən Məhkum təyin olunmuş cəzanın yüngülləşdirilməsini və onun cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün sayır və cinayət qanunvericiliyinin şərti məhkum etmə ilə bağlı müddəalarının tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, bilavasitə şərti məhkum etmə institutuna dair məsələlər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi ilə tənzimlənir. Cinayət qanununun 70.1-ci maddəsinə əsasən məhkəmə təqsirkar şəxsin həmin normada nəzərdə tutulmuş cəzaları (o cümlədən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilməsini mümkün sayarsa, cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edə bilər. CM-in 70.2-ci maddəsi məhkəmədən tələb edir ki, şəxsin barəsində şərti məhkum etməni tətbiq edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alsın. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CM-in ümumi hissəsində nəzərdə tutulan ədalət prinsipindən bəhs edən 8-ci maddəsinin, humanizm prinsipindən bəhs edən 9-cu maddəsinin tələblərini nəzərə almaqla, Məhkum Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təyin olunmuş cəzanın yüngülləşdirilməsini və onun barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiqini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən altı aydan beş ilədək müddətə sınaq müddəti müəyyən olunur. Sınaq müddəti ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Cinayət Məcəlləsinin 70.4-cü maddəsinə əsasən şərti məhkum etmə zamanı əlavə cəzaların təyin edilməsinə yol verilir. Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə görə isə məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək. Məhkəmə məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Cinayət Məcəlləsinin 70.6-cı maddəsi şərti məhkum edilmiş şəxsin üzərində nəzarəti həyata keçirmək vəzifəsini müvafiq dövlət orqanlarının, məhkum edilmiş şəxs hərbi qulluqçudursa, hərbi hissələrin və müəssisələrin üzərinə qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 179-cu maddəsinə görə hərbi qulluqçu olmayan şərti məhkum edilmiş şəxslər üzərində nəzarəti sınaq müddəti ərzində məhkumun yaşayış yeri üzrə icra məmuru həyata keçirir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 348.6-cı maddəsinə əsasən şərti məhkum etməni tətbiq edərkən məhkəmə aşağıdakı məsələləri həll etməlidir: -şərti məhkum etmənin hansı sınaq müddətinə və şərti məhkum edilmiş şəxs üçün hansı konkret vəzifələrlə müəyyən edildiyini (maddə 348.6.1); - şərti məhkum edilmiş şəxs üzərində nəzarətin kimə həvalə edildiyini (maddə 348.6.2). Məhkəmə kollegiyası Məhkum 2 (iki) il sınaq müddətinin təyin edilməsini və üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulmasını məqsədə uyğun hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı dəyişdirilsin. Məhkum barəsində A zərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 2 il müddətində azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab olunsun. Məhkum dərhal məhkəmə iclas zalından azad olunsun. Məhkum davranışı üzərində nəzarət Qəbələ rayonun İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Məhkum davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməsin. Məhkum üzərinə sınaq müddəti ərzində zərərçəkmiş şəxsə olan cəmi 11.694 (on bir min altı yüz doxsan dörd) manat aliment borcunu ödəməsi vəzifəsi qoyulsun. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-99/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-99/2020
29.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver