Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-99/2021 17.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İlqar Səyyad oğlu Qılıcov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Hafiz Beykəs oğlu İmranovun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxx 2 020-ci il tarixli qərarından Məhkum (X4) tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Astara Rayon Məhkəməsinin (hakim Zamin İbrahimov) 1(018)-195/2019 nömrəli xx xxxxxxx 2019-cu il tarixli hökmü ilə xx xxxxxx 1976-cı ildə İran İslam Respublikasının Fouman şəhərində anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, İran İslam Respublikası Rəşt şəhəri Həmdinyan məhəlləsi Cumhuri Xiyabani 1, 18-ci küçə ev 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış; Məhkum (X4) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 206.2 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, CM-in 206.2-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası, CM-in 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona çəkilməsi üçün qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə növündə cəza müəyyən edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2019-cu il tarixdən hesablanmışdır. Narkomaniyadan məcburi müalicə olunması və narkoloji kabinetdə qeydiyyata alınması, CM-in 52-ci maddəsinə əsasən əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılması hökm edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum (X4) təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, xx xxxx 2019-cu ildə İran İslam Respublikasının Astara şəhərində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qəsdən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 1 bükümdə 0,796 qram tiryək narkotik vasitəsini və 1 bükümdə şəxsi istehlak miqdarındın artıq miqdarda, tərkibindəki metadon narkotik vasitəsinin təsiredici maddəsinin ümumi miqdarı 0,05 qram təşkil edən 5 həb metadonu əldə etmiş, saxlamış, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edərək üzərində gəzdirdiyi qara rəngli cüzdanın içərisində gizlədərək daşımış və həmin tarixdə, saat 19 radələrində Cənub Ərazi Baş Gömrük İdarəsinin «Astara» Gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Rafiq Cəfərov (sədrli k edən və məruzəçi), Elşad Əliyev və Kamil Bəşirovdan ibarət tərkibdə) 1(106)114/2020 nömrəli, xx xxx 2020-ci il tarixli qərarı ilə Astara Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli hökmü dəyişdirilmiş, CM-in 66.2-ci maddəsinə əsasən, hökmlə CM-in 234.1-ci maddəsi ilə təyin olunmuş 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasını hökmlə CM-in 206.2-ci maddəsi ilə təyin olunmuş 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası ilə əhatə etmək yolu ilə ona qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, məhkum edilmiş şəxs Məhkum (X4) tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum verdiyi kasasiya şikayətində xahiş edir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayə t kollegiyasının xx xxx 2020-ci il tarixli qərarı ləğv edilsin və təyin olunmuş cəzanın yüngülləşdirilməsi barədə qərar qəbul edilsin. Kassasiya şikayətinin dəlilləri: Məhkum (X1) kassasiya şikayətinin dəllilərini onunla əsaslandırır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ədalətsizdir. Bundan başqa kassator məhkum himayəsində 5 nəfər ailə üzvünün olmasını, törətdiyi əməldən səmimi peşmançılıq hissləri nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihadçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessua l Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərm işlər. Məhkəmə kollegiyası Məhkum (X1) əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Məhkum (X1) əməli Azərbaycan Respublikası CM-in 206.2 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Məhkum (X1) kassasiya şikayətinin başlıca dəlili məhkəmələr tərəfindən ona təyin edilmiş cəzanın ağır olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərb aycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdən görünür ki, birinci instansiya məhkəməsi Məhkum (X2) cəza təyin edərkən ilk dəfə cinayət törətməsini cəzasını yüngülləşdirən hallar kimi olmasını nəzərə almış və əməlində cəzanı ağırlaşdıran halın olmamasını nəzərə alaraq ona CM-in 206.2-ci maddəsi ilə 3 il müddətinə, CM-in 234.1-ci maddəsi 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir. Apellyasiya instansiya məhkəməsi Məhkum (X2) cəza təyin edərkən törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu nəzərə alaraq, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təyin olunmuş 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məh rumetmə cəzasını Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təyin olunmuş 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası ilə əhatə etmək yolu ilə ona qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin etmişdir. Məhkum (X1) təqsirli bilindiyi CM-in 206.2-ci maddəsinin sanksiyasında 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.1-ci maddəsinin sanksiyasında 1 ildən 3 ilədək azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi də maddənin sanksiyasının aşağı həddinə yaxın cəza təyin etmişdir. Belə cəzanı heç də ağır hesab etmək mümkün deyildir. Həmçinin, cəza təyin edilərkən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kifayət qədər nəzərə alınmışdır. Məhkəmə kollegiyasını n qənaətinə görə təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə uyğundur. Ona görə də kassasiya şikayətinin bu barədəki dəliləri ilə razılaşmaq olmur. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum (X1) barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin x xxxx 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum (X4) barəsində cəza təyini ilə ba ğlı mövqeyini əsaslı hesab edir. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxx 2020-ci il tarixli Məhkum (X1) barəsindəki qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxx 2020-ci il tarixli Məhkum (X4) haqqındakı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-99/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-99/2021
17.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver