Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-99/2023 09.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3, Məhkum2 və onun müdafiəçisi Müdafiəçi6 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-435/2022 nömrəli, 13 may 2022-ci il tarixli qərarından Məhkum2 müdafiəçisi Müdafiəçi6 tərə findən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum2 xx xxxxxx 1995-ci il tarixdə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində 2 azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olan, ünvan 1 ünvanda yaşamışdır. 2. 06 noyabr 2021-ci il tarixli ittiham aktına görə Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 02 dekabr 2021-cu il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum2 cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olu nmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum2 məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 4,033 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, həmin psixotrop maddə metamfetaminin bir hissəsini, yəni 1,271 qramını 22 iyul 2021-ci il tarixdə, saat 13 radələrində tanışı Məhkum1 əvəzsiz olaraq verməklə satmış, həmin tarixdə, saat 20 radələrində Cəlilabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən Cəlilabad şəhəri, Azərbaycan küçəsində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Məhkum1 saxlanılaraq Cəlilabad rayon polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılarkən həmin psixotrop maddə metamfetamin əynindəki göy rəngli cins şalvarını n sağ yan cibindən aşkar edilərək götürülmüş, həmin tarixdə saat 22 radələrində keçirilmiş əməliyyataxtarış tədbirlərinin davamı olaraq Məhkum2 Cəlilabad şəhəri ərazisində saxlanılaraq RPŞ-yə gətirilib üzərində şəxsi atarış aparılan zaman əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 02 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,311 qram və 1,451 qram, ümumi təmiz çəkisi 2,762 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür.
5. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-70/2022 nömrəli, 18 fevral 2022-ci il tarixli hökmü ilə Məhkum2 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 22 iyul 2021-ci il tarixdən hesablanması qərara alınmış, hökmlə həmçinin digər məsələlər həll edilmişdir.
6. Həmin hökmlə həmçinin Məhkum1 da təqsirli bilinərək məhkum edilmişdir.
7. Birinci instansiya məhkəməsinin həmin hökmündən təqsirləndirilən şəxs Məhkum2 apelyasiya şikayəti verərək, əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif edilməklə həmin maddənin sanksiyası həddində cəzalandırılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə cinayət işinin faktiki hallarını araşdırmadan barəsində qeyri-qanuni hökm çıxarmışdır. Cinayət işi üzrə özünü qismən təqsirli bilmiş, narkotik istifadəçisi olmuşdur. Saxlanılarkən üzərində heç bir narkotik vasitə aşkar edilməmişdir. O, fiziki və psixi təsirlərə məruz qalaraq polis əməkdaşlarının üzərinə qoyduqları narkotik vasitənin onun olduğunu etiraf etməyə məcbur olmuşdur. Ailəlidir, himayəsində 2 az yaşlı övladı var, yaşlı və xəstə anası da onun himayəsindədir.
8. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-435/2022 nömrəli, 13 may 2022-ci il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-70/2022 nömrəli, 18 fevral 2022-ci il hökmü dəyişdirilmədən saxlanılmışdır.
9. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum2 müdafiəçisi Müdafiəçi6 kassasiya şikayəti vermişdir. II. Kassasiya şikayətinin dəlilləri, etirazlar
10. Kassasiya şikayətinin dəlilləri ilə apellyasiya şikayətinin dəliləri eynidir, müdafiəçi onları təkrarlamaqla Məhkum2 fiziki və psixi təsirlərə məruz qalması nəticəsində polis əməkdaşlarının üzərinə qoyduqları narkotik vasitənin ona məxsusluğunu etiraf etməyə məcbur olduğunu, məhkəmələr tərəfindən hüquqlarını müdafiə etdiyi şəxsin əməlinin səhv tövsif etməsini iddia edir. Məhkəmə kollegiyasından məhkumun əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi, yüngülləşdirən halları nəzərə almaqla, həmin maddənin sanksiyasında aşağı həddə cəza təyin edilməsi xahiş edilir.
11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin ( bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
13. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
14. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
16. Müdafiəçi6 kassasiya şikayətində Məhkum2 törətdiyi cinayət əməlinin tövsifinin və təyin edilmiş cəzanın əsaslığını mübahisələ ndirərək, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.15 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.
17. Odur ki, məhkəmə kollegiyası məhkumun müdafiəçisinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)435/2022 nömrəli, 13 may 2022-ci tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
18. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CMnin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
19. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
20. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə g örə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).
22. Şərh edilən maddi və prosessual cinayət-hüququ normalarının tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası Məhkum2 əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlilləri əsassız hesab edir.
23. Belə ki, Məhkum2 əməlinin əsassız olaraq Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif olunmasına dair hazırki kassasiya şikayətində irəli sürülən eyni dəlillər, məhkumun verdiyi şikayətinin apellyasiya instansiyası məhkəməs ində baxıldığı dövrdə yoxlanılmısdır. Məhkəmə həmin dəlillərin toplanılmış sübutların məcmusu və onlara əsasən müəyyən edilmiş işin həqiqi halları ilə təkzib olunduğunu qeyd edərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə əməl edərək Məhkum2 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplayıb bu sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırıb qiymətləndirdikdən sonra törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlmişdir. Məhkum2 ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, onun əməli Azərbaycan Resp ublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və o, əməli törətməkdə təqsirli bilinmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən məsələ üzrə gəldiyi nəticə məhkumun apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum2 cinayət əməlinin hüquqi tövsifi barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür.
25. Kassasiya şikayətində Məhkum2 məhkəməyədək istintaq dövründə təzyiqlər altında özünə qarşı ifadə verməsi barədə qaldırılan dəlillərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət ilk növbədə işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir (“Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarı, № 15, § 25, 24 dekabr 2021-ci il).
26. Milli qanunvericilik və məhkəmə təcrübəsi ilə işgəncə, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qalması haqda şikayətlərin verilməsi üçün müəyyən edilmiş qayda İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnda da öz əksini tapmışdır. Ölkəmizlə bağlı qəbul edilmiş qərarlardan göründüyü kimi, Avropa Məhkəməsi Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 3 -cü maddəsinin tətbiqinə aid şikayətlərin baxılmasını, yalnız qeyd edilən qaydada ölkədaxili prosedur daxilində qaldırdıqda mümkün hesab etmişdir (Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007-ci il; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012-ci il və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012-ci il).
27. Hazırki cinayət işində isə peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər məhkum özü, istərsə də onun vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtlıvaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş, eyni zamanda bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişdir.
28. Müdafiəçinin Məhkum2 məhkəməyədək istintaq dövründə məruz qaldığı təzyiqlərlə bağlı hazırda qaldırdığı iddiaya münasibətdə məhkəmə kollegiyası yuxarıda istinad edilən “Məhkəmə hökmü haqqında” qərarın 26-cı bəndinə əsaslanmaqla qeyd edir ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz.
29. Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə də, pis rəftarla bağlı iddialar müvafiq dəlillərlə dəstəklənməlidir, dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartını tətbiq edir və belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər (Çerneqa və Başqaları Ukraynaya qarşı, № 74768/10, § 151, 18 iyun 2019-cu il).
30. Kassasiya şikayətində pis rəftarla bağlı qaldırılan iddia ümumi sözlərlə əsaslandırılmış, iddianın həqiqiliyinə dəlalət edən hər hansı sübut və ya onu konkretləşdirən yetərli məlumat təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası kassasiya şikayətini həmin hissədə mümkünsüz hesab edir.
31. Məhkəmə kollegiyası həmçinin məhkum edilmiş şəxs Məhkum2 cəzа təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmələrin b u məsələyə aid mövqeyi ilə razılaşır və hesab edir ki, onların həmin hissədə qəbul etdiyi qərar maddi və prosessual cinayət-hüquqi normalarına uyğundur. Məhkəmələr Məhkum2 cəza təyin edərkən törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən hal kimi onun himayəsində 2 (iki) azyaşlı uşağının olmasını, eləcə də himayəsində heç bir yerdə işləməyən arvadının və anasının olmasını, yaşayış yerindən müsbət xarakterizə olmasını və cəzasını ağırlaşdıran hal kimi əməlində cinayətlərin residivinin olmasını nəzərə almış, Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişlər. Öz növbəsində, məhkəmə kollegiyası məhkum barəsində daha yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir.
32. Məhkəmə kollegiyası eyni zamanda qe yd edir ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma cinayət hadisəsinin öz mənafeyinə uyğun təfsirinin təqdim və müdafiəsinin müvafiq qaydada təşkil etməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Nəticədə, birinci instansiyası məhkəməsi cinayət işinin hallarına uyğun ədalətli hökm çıxarmış və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin hökmün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Cinayət-Prosessual M əcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
33. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin Məhkum2 törətdiyi cinayət əməlinin tövsifinə və ona təyin edilən cəzaya dair nəticələri ilə razılaşır və hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmişdir.
34. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-435/2022 nömrəli, 13 may 2022-ci il tarixli, qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda qeyd edilənlər ə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum2 müdafiəçisi Müdafiəçi6 kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum2 barəsində olan 1(106)-435/2022 nömrəli, 13 may 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.