Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-99/2024 18.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Məhkum İsmayılov Məhkum2 və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi5 iştirakları ilə, İsmayılov Məhk um2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra: Azərbaycan Respublikası CM-in və ya CM-in) 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 noyabr 2022-ci il tarixli, 1(106)-845/2022 nömrəli qərarından məhkum İsmayılov Məhkum2 müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. Məhkum İsmayılov Məhkum2 xx xxxx 1983-cü il tarixdə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Naxçıvan şəhəri, N.Naxçıvanı küçəsi, döngə 4, ev 3-də qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ə dliyyə Nazirliyi Penitensiar Xidmətinin 10 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.
2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, İsmayılov Məhkum2, Məhkum1 və Məhkum3 satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmək barədə qeyriləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında razılığa gəldikdən sonra 04 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1070,0 qram, 1350 qram, 1130 qram və 1370,0 qram, ümumi təmiz çəkisi 4920,0 qram tiryəkdən kustar üsulla hazırlanmış heroin və təsiredici maddəsinin ümumi miqdarı 8 qram olan 20 ədəd konvalyutda hər birində 10 ədəd olmaqla ümumi sayı 200 ədəd olan metadon narkotik vasitələri əldə edib Məhkum2 İsmayılovun idarə etdiyi “HONDA CİVİC” markalı, **-OY-*** dövlət qeydiyyat nişanlı avtomaşında daşımaqla saxlamışlar, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 01 mart 2022-ci il tarixdə, saat 02 radələrində Astara-Ələt avtomobil yolunun Cəlilabad rayonu ərazisindən keçən 107-ci kilometrliyində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Məhkum2 İsmayılovun idarə etdiyi “HONDA CİVİC MİNİK” markalı, **-OY-*** dövlət qeydiyyat nişanlı avtomaşında baxış keçirilən zaman yuxarıda qeyd olunan heroin və metadon narkotik vasitələri avtomaşının arxa sağ ayaqaltı hissəsindən aşkar olunaraq götürülmüşdür. Bundan başqa İsmayılov Məhkum2 təkrarən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda tiryəkdən kustar üsulla hazırlanmış ümumi təmiz çəkisi 8,951 qram narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşı mış, 01 mart 2022-ci il tarixdə, saat 02 radələrində Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Astara-Ələt avtomobil yolunun Cəlilabad rayonu ərazisindən keçən 107-ci kilometrliyində saxlanılaraq həmin Baş idarənin şöbəsinin inzibati binasına gətirilərək üzərində keçirilmiş şəxsi axtarış zamanı qeyd olunan narkotik vasitə heroin əynindəki şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür.
3. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X6 (sədrlik edən), X5 və X3 ibarət məhkəmə tərkibində) 11 avqust 2022-ci il tarixli, 1(099)-452/2022 nömrəli hökmü ilə İsmayılov Məhkum2 CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 9 ( doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 01 mart 2022-ci il tarixindən hesablanması, CM-in 93.1.2-ci maddəsinə əsasən İsmayılov Məhkum2 oğlnunun cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə olunması və ərazi narkoloji kabinetində qeydiyyata alınması müəyyən edilmiş, hökmlə həmçinin digər təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum3 məsuliyyət məsələsi, maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir
4. Birinci instansiya məhkəməsinin həmin hökmündən narazı qalan təqsirləndirilən şəxs İsmayılov Məhkum2 müdafiəçisi Müdafiəçi4, təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum3 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir.
5. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X4 (sədrlik edən və məruzəçi), X8 və X1 ibarət məhkəmə tərkibində) 23 noyabr 2022-ci il tarixli, 1(106)845/2022 nömrəli qərarı ilə Məhkum1, İsmayılov Məhkum2 və Məhkum3 CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə məhkum olunmalarına dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 avqust 2022-ci il tarixli 1(099)-452/2022 nömrəli hökmündən təqsirləndirilən şəxs İsmayılov Məhkum2 müdafiəçisi Müdafiəçi4, təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, təqsirləndirilən şəxs İsmayılov Məhkum2 müdafiəçisi Müdafiəçi4, təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum3 tərəfin dən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 11 avqust 2022-ci il tarixli 1(099)-452/2022 nömrəli hökmünün dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
6. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 noyabr 2022-ci il tarixli, 1(106)-845/2022 nömrəli qərarından məhkum İsmayılov Məhkum2 müdafiəçisi Müdafiəçi5 tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:
7. Məhkum İsmayılov Məhkum2 müdafiəçisi Müdafiəçi5 kassasiya şikayətinin dəlilləri bir sıra qanunvericilik normalarına və cinayət işi materiallaraında öz əksini tapan sübutlara (məhkum S.İsmayılovun ifadəsi, şahid ifadələri və.s) istinadlar edərək qeyd etmişdir ki, İsmayılov Məhkum2 ittiham olunduğu cinayətlərin törədilməsind ə təqsirli bilinməsi üçün mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutların toplandığım və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun qərarlar qəbul edildiyini birmənalı şəkildə demək olmaz. Aşkar görünən odur ki, işin faktiki hallarının müəyyən məqamları müəyyən səbəblərdən diqqətdən kənar saxlanılaraq tam araşdırılmamışdır. Bu isə məhkum edilən şəxsin əməllərinə düzgün hüquqi qiymət verilib-verilməməsinə bir çox şübhələrin yaranmasına rəvac verir.
8. Kassasiya şikayətinin müəllifi məhkəmə kollegiyasından Şirvan Apellyasiya Məhkəməsinin Cibayət kollegiyasının 23 noyabr 2022-ci il tarixli, 1(106)-845/2022 nömrəli qərarını ləğv edib işin tam, ədalətli və obyektiv araşdırılması məqsədi ilə yeni baxış a Şirvan Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir.
10. Qərardan kassasiya protesti və digər məhkumlar tərəfindən kassasiya şikayəti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:
11. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən məhkum İsmayılov Məhkum2 və onun müdafiəçisi Müdafiəçi5 kassasiya şikayətini müdafiə edib, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından şikayətinin təmin edilməsini xahiş etdilər.
12. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər:
13. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra: Azərbaycan Respublikası CPM-in və ya CPM-in) 419-cu maddəsi müəyyən edir.
14. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
15. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
16. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdiril ə bilər.
17. Məhkum İsmayılov Məhkum2 müdafiəçisi Müdafiəçi5 kassasiya şikayətində məhkumun CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə olan əməllərinin hüquqi tövsifini mübahisələndirmiş, tələblərini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər.
18. Odur ki, kollegiya məhkum S.İsmayılovun müdafiəçisinin kassasiya şikayətini CPMin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 noyabr 2022-ci il tarixli, 1(106)-845/2022 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
19. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
20. Məhkəmə kollegiyası İsmayılov Məhkum2 CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilindiyi əməllərinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir.
21. Belə ki, məhkum İsmayılov Məhkum2 əməllərinin tövsifinin dəyişdirilərək mübahisələndirilməsi üzrə onun müdafiəçisi tərəfindən irəli sürülmüş dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlil lərin baxılmış sübutların məcmusu, onlara əsasən müəyyən edilmiş işin həqiqi halları ilə rədd olunması haqqında nəticəyə gəlmişdir.
22. Kollegiya qeyd edir ki, məhkum İsmayılov Məhkum2 müdafiəçisinin kassasiya şikayətində göstərdiyi dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, apellyasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq tədqiq edilmiş və bu tədqiqatın nəticəsi olaraq ağlabatan hesab edilməmişdir. Bundan əlavə, məhkum tərəfindən narkotik vasitələrin satışı ilə məşğul olması ittihamı qəbul edilməsə də, apellyasiya məhkəməsi tərəfindən cinayət işi materiallarında olan və qismən məhkəmə istintaqı keçirilməklə əldə edilmiş sübutlar, yəni təqsirləndirilən şəxsin ifadələri, şahid ifadələri, ekspert rəyi, müvafiq protokollar, m addi sübutlar və digər sübutlar tədqiq edilərək, iş üzrə əhəmiyyətli olan həmin sübutlarla qeyd edilən dəlil təkzib edilmişdir.
23. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr məhkumun müdafiəçisinin apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin İsmayılov Məhkum2 cinayət əməlinin hüquqi tövsifi barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür.
24. Kassasiya məhkəməsi qeyd e dir ki, birinci instansiya məhkəməsi istintaqı və apellyasiya məhkəməsi baxışında hər bir sübut məhkəmə prosesində tədqiq edilmiş, qiymətləndirilmiş və qəbul edilmiş qərarlar məhz həmin sübutlara əsaslanmışdır. İş üzrə əhəmiyyət kəsb edən və ittihamın əsasını təşkil edən sübutların məhkəmə prosesslərində tədqiqi Azərbaycan Respublikası CPM-in tələblərinə uyğun aparılmışdır.
25. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və haqlı olaraq birin ci instansiya məhkəməsinin hökmünün Məhkum2İsmayılova münasibətdə dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
26. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin İsmayılov Məhkum2 CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə törətdiyi cinayət əməlinin tövsifinə dair nəticələri ilə razılaşır və hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmişdir.
27. Odur ki, məhkəmə kollegiyası iclasda iştirak edən məhkumun, müdafiəçinin və dö vlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 noyabr 2022-ci il tarixli, 1(106)-845/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
28. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İsmayılov Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 noyabr 2022-ci il tarixli, 1(106)-845/2022 nömrəli qərarı məhkum İsmayılov Məhkum2 müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.