Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-990/2019 09.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı iştirakı ilə, Şəki Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2018-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 177.3.2-ci m addəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 fevral 2019-cu il tarixli qərarından tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəki Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2018-ci il tarixli hökmü ilə (hakimlər: N.M.Əliyev (sədrlik edən), R.İ.Hüseynov və X.H.Səmədovdan ibarət tərkibdə) xx xxxx 1979-cu ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsili, işləməyən, Mingəçevir Şəhər Məhkəməsinin 20.09.2016-cı il tarixli hökmü ilə CM-in 180.1-ci maddəsilə təqsirli bilinərək 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 01.03.2017-ci il tarixdə Nizami Rayon Məhkəməsinin qərarı ilə 2 ay 7 gün vaxtından əvvəl şərti azad olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış Məhkum, Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsi ilə təqsirli bilinib 8 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmənin başlanğıcının 07 mart 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmdən məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Əliyev Rafail Əyyub oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə) 12 fevral 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilmədən, Şəki Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 fevral 2019-cu il tarixli qərarından məhkum kassasiya şikayəti verərək qərarın ləğv edilərək işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. İşin halları: Hökmə əsasən, Məhkum 25.10.2017-ci ildə, saat 13 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanda yerləşən qızıl-zinət əşyalarının alqı-satqısı mağazasına yaxınlaşıb özü ilə götürdüyü dəmir alətlə mağazanın plastikdən olan giriş qapısını açaraq, oradan qanunsuz olaraq içəri daxil olub mağazanın içərisindəki piştaxtada olan üzərində üç cərgədə beş-beş düzülməklə ümumilikdə 15 ədəd rəngsiz, şəffaf qaş yerləşdirilmiş, üst hissəsi dördkünc formalı, yan tərəfləri işləməli, halqasının üzərində “Л*583” və “ЛЮ” damğaları həkk edilmiş, qaş yerləşdirilən hissələri yaşılımtı l-gümüşü rəngli, digər hissələri qırmızımtıl-sarı rəngli 583/585 əyyarlı 4,95 qram çəkidə hər biri 0,003 karat 15 ədəd brilyant qaşlı 278 manat dəyərində bir ədəd qızıl üzüyü, üzərində iki cərgədə beş-beş düzülməklə ümumilikdə 10 ədəd rəngsiz, şəffaf qaş yerləşdirilmiş, üst hissəsi dördkünc formalı, yan tərəfləri işləməli, halqasının üzərində “M*583” və “:4MЮ” damğaları həkk edilmiş, qaş yerləşdirilən hissələri yaşılımtıl-gümüşü rəngli, digər hissələri qırmızımtıl-sarı rəngli 583/585 əyyarlı 5,44 qram çəkidə, hər biri 0,006 karat olan 10 ədəd brilyant qaşlı 305 manat dəyərində qızıl üzüyü, üzərində iki cərgədə üç-üç düzülməklə, ümumilikdə 6 ədəd rəngsiz, şəffaf qaş yerləşdirilmiş, üst hissəsi dördkünc formalı, yan tərəfləri işləməli, halqasının üzərində “Л*583”, “28” və “ЛЮ” damğaları həkk edilmiş, qaş yerləşdirilən hissələri yaşımtıl-gümüşü rəngli, digər hissələri qırmızımtıl-sarı rəngli 583/585 əyyarlı 4,94 qram çəkidə, hər biri 0,003 karat olan 6 ədəd brilyant qaşlı 257 manat dəyərində qızıl üzüyü, üzərində 6 ədəd rəngsiz, şəffaf qaş olan, üst hissəsi kvadrat formalı, yan tərəfləri işləməli, halqasının üzərində “*583” damğası həkk edilmiş, qaş yerləşdirilən hissələri yaşımtıl-gümüşü rəngli, digər hissələri qırmızımtıl-sarı rəngli 583/585 əyyarlı 4,47 qram çəkidə, hər biri 0,006 karat olan 6 ədəd brilyant qaşlı 247 manat dəyərində qızıl üzüyü, üzərində 3 ədəd rəngsiz, şəffaf qaş olan, üst hissəsi kvadrat formalı, halqasının üzərində “583” damğası həkk edilmiş, qaş yerləşdirilən hissələri yaşımtıl-gümüşü rəngli, digər hissələri qırmızımtıl-sarı rəngli 583/585 əyyarlı 6,11 qram çəkidə, hər biri 0,018 karat olan 3 brilyant qaşlı 342 manat dəyərində qızıl üzüyü, üzərində rəngsiz, şəffaf qaşlar olan, üst hissəsi dördkünc formalı, halqasının üzərində “E*583”, “*583”, “БЮЗ” və “.7E” damğaları həkk edilmiş, qaş yerləşdirilən hissələri yaşılımtıl-gümüşü rəngli, digər hissələri qırmızımtılsarı rəngli 583/585 əyyarlı ümumi çəkisi 28,90 qram 1445 manat dəyərində 5 ədəd qızıl üzükləri, üst hissəsi kvadrat formalı, üzəri işləməli, halqasının üzərində “K*583”, “*585”, “8KЮ”, “.OKЮ” və “:1W” damğaları həkk edilmiş, qırmızımtıl-sarı rəngli 583/585 əyyarlı ümumi çəkisi 35,26 qram 1763 manat dəyərində 5 ədəd qızıl üzükləri, müxtəlif qalınlıq və ölçülü, halqa formalı, halqasının iç tərəfində “585”, “583”, “KGKM” və “*583” damğaları olan, qırmızımtıl-sarı rəngli 583/585 əyyarl ı ümumi çəkisi 14,53 qram 726 manat dəyərində 8 ədəd qızıl üzükləri, müxtəlif qalınlıq və ölçülü, halqa formalı, üzəri işləməli, halqasının iç tərəfində “585”, “ГГЕВ”, “ЛСКМ” və “*583” damğaları həkk edilmiş, qırmızımtıl-sarı rəngli 583/585 əyyarlı ümumi çəkisi 4,56 qram 228 manat dəyərində 3 ədəd qızıl üzükləri, mərkəzi hissəsi dairə formalı, üzərində bir ədəd rəngsiz, şəffaf qaş və qara rəngli hissəsi olan, halqasının iç tərəfində “D145” və “585” damğaları həkk edilmiş, qırmızımtıl-sarı rəngli 583/585 əyyarlı 5,49 qram çəkidə 274 manat dəyərində qızıl üzüyü, mərkəzi hissəsi uzunsov, dördkünc formalı, üzəri işləməli, halqasının iç tərəfində “ИВЕИ” və “585” damğaları həkk edilmiş, qırmızımtıl-sarı rəngli 583/585 əyyarlı 3,21 qram çəkidə 160 manat dəyərində qızıl üzüyü, tamamilə əzilmiş və deformasiya olunmuş vəziyyətdə, halqa formalı, iç tərəfində “ИGKM”və “585” damğaları həkk edilmiş, qırmızımtıl-sarı rəngli 583/585 əyyarlı ümumi çəkisi 6,42 qram 224 manat dəyərində 3 ədəd qızıl üzük qırıntılarını, halqa formalı, üzəri işləməli, gümüşü rəngli 583 əyyardan çox aşağı ümumi çəkisi 3,25 qram оlаn 120 manat dəyərində 2 ədəd qızıl üzükləri, bütün qaş yerləri boş olan, deformasiya olunmuş, üzərlərində “K*583”, “E*583”, “1KЮ” və “Г*583” damğaları həkk edilmiş, qırmızımtıl-sarı rəngli 583/585 əyyarlı ümumi çəkisi 17,42 qram 609 manat dəyərində 3 ədəd qızıl üzük qırıntısını, qaş yerləri sökülmüş, deformasiya olunmuş, halqa formalı, üzərində “BЮЗ” “583”və “*58” damğaları həkk edilmiş, qırmızımtıl-sarı rəngli 583/585 əyyarlı ümumi çəkisi 5,89 qram 206 manat dəyərində 2 ədəd qızıl üz ük qırıntısını, üzərində 3 ədəd rəngsiz, şəffaf qaş olan, halqa formalı, iç tərəfində “*583” damğası həkk edilmiş, qaş yerləşdirilən hissəsi gümüşü, digər hissələri qırmızımtıl-sarı rəngli 583/585 əyyarlı 5,66 qram çəkidə, hər biri 0,019 karat olan 3 brilyant qaşlı 325 manat dəyərində qızıl üzüyü, üzərində 6 ədəd rəngsiz, şəffaf qaş olan, halqa formalı, iç tərəfində “*583” damğası həkk edilmiş, qaş yerləşdirilən hissəsi gümüşü, digər hissələri qırmızımtıl-sarı rəngli 583/585 əyyarlı 6,67 qram çəkidə, hər biri 0,004 karat olan 6 brilyant qaşlı 349 manat dəyərində qızıl üzüyü, müxtəlif ölçülü, halqa formalı, iç tərəfində “1ФК” və “*583” damğaları həkk edilmiş, qırmızımtıl-sarı rəngli 583/585 əyyarlı ümumi çəkisi 13,19 qram 659 manat dəyərində 2 ədəd qızıl üzüyü, üzərlərində rəngsiz, şəffaf q aşlar olan, halqa formalı, iç tərəfində “*583”, “585”və “ЕЛЕХ” damğaları həkk edilmiş, qaş yerləşdirilən hissəsi gümüşü, digər hissələri qırmızımtıl-sarı rəngli 583/585 əyyarlı ümumi çəkisi 20,75 qram 1037 manat dəyərində 5 ədəd qızıl üzükləri, üzərində üç ədəd kürəcik olan, iç tərəfində “585” damğası həkk edilmiş sarı rəngli 583/585 əyyarlı 3,34 qram çəkidə 167 manat dəyərində qızıl üzüyü, üzərində gümüşü rəngli, işləməli hissəsi olan, iç tərəfində “585” damğası həkk edilmiş, halqa formalı, qırmızımtıl-sarı rəngli 583/585 əyyarlı 2,76 qram çəkidə 138 manat dəyərində qızıl üzüyü, üzərində gümüşü rəngli hissələri olan, səthi işləməli, iç tərəfində “585” damğası həkk edilmiş, halqa formalı, sarı rəngli 583/585 əyyarlı 1,63 qram çəkidə 81 manat dəyərində qızıl üzüyü, mərkəzində bir ədəd nisbə tən böyük, kənarlarında bir neçə ədəd daha kiçik rəngsiz, şəffaf qaş yerləşdirilmiş paxlava formalı elementi olan, halqasının üzərində “БЮЗ” və “*583” damğaları həkk edilmiş, qaş yerləşdirilən hissələri gümüşü, digər hissələri qırmızımtıl-sarı rəngli 583/585 əyyarlı 4,50 qram çəkidə 225 manat dəyərində qızıl üzüyü, üzərində paxlava formalı element olan, halqasının üzərində “P/yan tərəfə baxan qadının baş hissəsinin təsviri /585”, “:1OЮ” və “585” damğaları həkk edilmiş, qırmızımtıl-sarı rəngli 583/585 əyyarlı ümumi çəkisi 6,75 qram 337 manat dəyərində 2 ədəd qızıl üzükləri, 5 ədəd yan-yana qaş yerləşdirilmiş qaşı olan, halqa formalı, üzərində “TЮЗ” və “*583” damğaları həkk edilmiş, qırmızımtıl-sarı rəngli 583/585 əyyarlı 6,05 qram çəkidə 302 manat dəyərində qızıl üzüyü, mərkəzində bir ədəd tünd yaşıl rəngli kabaşon, kənarlarında 12 ədəd rəngsiz, şəffaf qaş yerləşdirilmiş gül formalı elementi olan, üzərində “7ЛЮ” və “Л*583” damğaları həkk edilmiş, qırmızımtıl-sarı rəngli 583/585 əyyarlı 3,57 qram çəkidə 178 manat dəyərində qızıl üzüyü, üzərində 21 ədəd rəngsiz, şəffaf qaş yerləşdirilmiş, dairəvi formalı elementi olan, iç tərəfində “*583” damğası həkk edilmiş, qırmızımtıl-sarı rəngli 583/585 əyyarlı 3,57 qram çəkidə 178 manat dəyərində qızıl üzüyü, üzərində gümüşü rəngli hissələri olan, səthi işləməli, iç tərəfində “7MЬ” damğası olan, qırmızımtıl-sarı rəngli 583/585 əyyarlı 4,02 qram çəkidə 201 manat dəyərində qızıl üzüyü, müxtəlif ölçülü, halqa formalı, kilidində “585” və “*583” damğaları həkk edilmiş, qırmızımtıl-sarı rəngli 583/585 əyyarlı ümumi çəkisi 7,51 qram 375 manat d əyərində 4 ədəd qızıl sırğa cütünü, ikiqat oval formalı elementdən ibarət, oval formalı elementlərdən birinin üzəri versace naxışlı, kilidində “KOÇAK Z 17” və “585” damğaları həkk edilmiş, sarı rəngli 583/585 əyyarlı 4,01 qram çəkidə 200 manat dəyərində qızıl sırğa cütünü, ikiqat oval formalı elementdən ibarət, oval formalı elementlərdən biri gümüşü rəngli olan, kilidində “585” damğası həkk edilmiş, sarı rəngli 583/585 əyyarlı 3,34 qram çəkidə 167 manat dəyərində qızıl sırğa cütünü, üst-üstə yerləşdirilmiş, üzəri versace naxışlı, uzunsov, dördkünc elementlərdən və bu elementlərin kəsişmə nöqtəsinə yerləşdirilmiş gümüşü rəngli yarımkürəcikdən ibarət, kilidinin üzərində “585” damğası həkk edilmiş, sarı rəngli 583/585 əyyarlı 2,39 qram çəkidə 119 manat dəyərində qızıl sırğa cütünü, qaş yeri b oş olan, kilidində “5БЮ” və “Б*583” damğaları həkk edilmiş, qırmızımtılsarı rəngli 583/585 əyyarlı 3,88 qram çəkidə 135 manat dəyərində qızıl sırğa cütü qırıntısını, mərkəzi hissəsində bir ədəd rəngsiz, şəffaf qaş olan, kənarlarında iki ədəd romb formalı element olan, kilidinin üzərində “585” damğası həkk edilmiş, qırmızımtıl-sarı rəngli 583/585 əyyarlı 2,83 qram çəkidə 141 manat dəyərində qızıl sırğa cütünü, oval formalı, kilidində “ОЮКЕ” və “Ю/yan tərəfə baxan qadının baş hissəsinin təsviri/585” damğaları həkk edilmiş, qırmızımtıl-sarı rəngli 583/585 əyyarlı 2,12 qram çəkidə 106 manat dəyərində qızıl sırğa cütünü, Versace naxışlı, kilidində “585” damğası həkk edilmiş, sarı rəngli 583/585 əyyarlı 1,43 qram çəkidə 50 manat dəyərində bir tay qızıl sırğa qırıntısını, mərkəzində uzunsov, dö rdkünc formalı element olan, kənarları sünbül toxunuşlu, qulaqcığın üzərində “*585” damğası həkk edilmiş, qırmızımtıl-sarı rəngli 583/585 əyyarlı 2,41 qram çəkidə 120 manat dəyərində qızıl qolbağı, mərkəzində uzunsov, dördkünc formalı element olan, kənarları bir-birinə keçirilmiş oval formalı elementlərdən ibarət, kilidə birləşən qulaqcığın üzərində “İTALY 585” damğası olan, sarı rəngli 583/585 əyyarlı 1,50 qram çəkidə 75 manat dəyərində qızıl qolbağı, mərkəzində “?” işarəsinə bənzər formada, üzəri qaşlı element olan, kənarları “8” toxunuşlu, kilidə birləşən qulaqcığın üzərində “585” damğası həkk edilmiş, sarı rəngli 583/585 əyyarlı 3,44 qram çəkidə 172 manat dəyərində qızıl qolbağı, müxtəlif uzunluq və qalınlıqlı, zəncir toxunuşlu, kilidə birləşən və digər qulaqcığın üzərində “M*583”, “:2 MБ”, “.1Б və “.0Б” damğaları həkk edilmiş, sarı rəngli 583/585 əyyarlı ümumi çəkisi 11,20 qram olan 560 manat dəyərində 5 ədəd qızıl boyunbağını, müxtəlif uzunluq və qalınlıqlı, bismark toxunuşlu, kilidə birləşən və digər qulaqcığın üzərində “Б *583”, “Л*583”, “Б/yan tərəfə baxan qadının baş hissəsinin təsviri/585”, “4ЛЮ”, “8БЮ” və “OВРЬ” damğaları həkk edilmiş, qırmızımtıl-sarı rəngli 583/585 əyyarlı ümumi çəkisi 74,05 qram olan 3702 manat dəyərində 3 ədəd qızıl boyunbağını, bismark toxunuşlu, kilidə birləşən qulaqcığın üzərində “B/yan tərəfə baxan qadının baş hissəsinin təsviri/585” və “585” damğaları həkk edilmiş, sarı rəngli 583/585 əyyarlı 4,21 qram çəkidə 210 manat dəyərində qızıl boyunbağını, “?” işarəsinə bənzər formada üzəri qaşlı kulonu olan, “8” toxunuşlu, kilidə birləşən və kil idə birləşən qulaqcığın üzərində “585” damğası həkk edilmiş, sarı rəngli 583/585 əyyarlı 8,42 qram çəkidə 421 manat dəyərində qızıl boyunbağını, bir-birinə keçirilmiş dördkünc formalı elementlərdən ibarət, qulaqcığın üzərində “E*583” və “Э9” damğaları həkk edilmiş, sarı rəngli 583/585 əyyarlı 8,65 qram çəkidə 432 manat dəyərində qızıl boyunbağını, bir-birinə keçirilmiş dördkünc formalı elementlərdən ibarət, kilidə birləşən qulaqcığın üzərində “*583” damğası həkk edilmiş, qırmızımtıl-sarı rəngli 583/585 əyyarlı 6,60 qram çəkidə 330 manat dəyərində qızıl boyunbağını, serpantin toxunuşlu, kilidə birləşən və digər qulaqcığın üzərində “:7ДК” və “Д/yan tərəfə baxan qadının baş hissəsinin təsviri/585” damğaları həkk edilmiş, qırmızımtıl-sarı rəngli 583/585 əyyarlı ümumi çəkisi 27,72 qram olan 138 6 manat dəyərində 3 ədəd qızıl boyunbağını (boyunbağılardan biri iki hissəyə bölünmüş vəziyyətdədir), kəndir toxunuşlu, kilidə birləşən və digər qulaqcığın üzərində “M*583” və “.9M Б” damğaları həkk edilmiş, qırmızımtıl-sarı rəngli 583/585 əyyarlı ümumi çəkisi 10,52 qram olan 526 manat dəyərində 3 ədəd qızıl boyunbağını, şnur toxunuşlu, kilidə birləşən qulaqcığın üzərində “585” damğası həkk edilmiş, sarı rəngli 583/585 əyyarlı 3,24 qram çəkidə 162 manat dəyərində qızıl boyunbağını, perlina toxunuşlu, kilidə birləşən və digər qulaqcığın üzərində “ИММЭ” və “/yan tərəfə baxan qadının baş hissəsinin təsviri/585” damğaları həkk edilmiş, qırmızımtıl-sarı rəngli 583/585 əyyarlı 2,85 qram çəkidə 142 manat dəyərində qızıl boyunbağını, love toxunuşlu, kilidə birləşən qulaqcığın üzərində “MİDAS” və“5 85” damğaları həkk edilmiş, qırmızımtıl-sarı rəngli 583/585 əyyarlı 3,36 qram çəkidə 168 manat dəyərində qızıl boyunbağını, mərkəzlərində “S” hərfinə bənzər hissəsi olan, uzunsov elementlərdən ibarət, kilidə birləşən və digər qulaqcığın üzərində “MЛА” və “M/yan tərəfə baxan qadının baş hissəsinin təsviri/585” damğaları həkk edilmiş, qırmızımtıl-sarı rəngli 583/585 əyyarlı 5,20 qram çəkidə 260 manat dəyərində qızıl boyunbağını, zireh toxunuşlu, kilidə birləşən və digər qulaqcığın üzərində “.2Б” və “M/yan tərəfə baxan qadının baş hissəsinin təsviri/583” damğaları həkk edilmiş, sarı rəngli 583/585 əyyarlı ümumi çəkisi 10,26 qram olan 513 manat dəyərində 2 ədəd qızıl boyunbağını, üzərində damğası olmayan, sarı rəngli 583/585 əyyarlı 0,45 qram çəkidə 22 manat dəyərində qızıl sancağı, üzərində “ 585” damğası həkk edilmiş, sarı rəngli 583/585 əyyarlı 0,59 qram çəkidə 29 manat dəyərində qızıl sancağı, üzərində damğası olmayan, qırmızımtıl-sarı rəngli 583/585 əyyarlı 0,52 qram çəkidə 26 manat dəyərində qızıl sancağı, qolbaq hissəsi qırmızımtıl-sarı rəngli metaldan, siferblatın içərisi qırmızımtıl-qara rəngli, siferblatın arxasında “275359”, “*583” və “.1MAM” yazıları həkk edilmiş, içərisində “Haupu” yazısı olan, kilidin və ona birləşən elementin üzərində “583”, “7ЛЮ” və “Л*583” damğaları həkk edilmiş, qırmızımtıl-sarı rəngli siferblatı dairəvi formalı şüşəsi olmayan 583/585 əyyarlı 13 qram çəkidə 619 manat dəyərində qızıl qol saatını, qara rəngli, içərisində “МИНУТА РОССИЯ” yazısı olan, dəriyə bənzər kəməri olan, dördkünc formalı, siferblatın içərisində “МакТайм” və “КВАРЦ”, arxa t ərəfində “697600”, “M/yan tərəfə baxan qadının baş hissəsinin təsviri/585” və “BMAP” yazıları olan, qırmızımtıl-sarı rəngli 583/585 əyyarlı 2 qram çəkidə 150 manat dəyərində qızıl qol saatını, üzərlərində damğa olmayan, “MaHir” və “Aysel” yazılarından ibarət, qırmızımtıl-sarı rəngli 583/585 əyyarlı ümumi çəkisi 3,27 qram olan 163 manat dəyərində 2 ədəd qızıl kulonu, damla, romb, aypara-beşguşəli ulduz, xaç, bir-birinə bitişik üç ədəd dairə, ürək, “M” hərfi, gəmi formalı, asılqan hissələrində müvafiq olaraq “K*583”, “.3KЮ”, “585”, “.7B3”, “B*585”, “*585”, “Л*500”, “Л*583”, “НПХД” və “П/yan tərəfə baxan qadının baş hissəsinin təsviri/585” damğaları həkk edilmiş, qırmızımtıl-sarı rəngli 583/585 əyyarlı ümumi çəkisi 9,55 qram olan 477 manat dəyərində 8 ədəd qızıl kulonu, dairə formalı, üzərlər ində müvafiq olaraq “ГМСС”, “ГБНЧ”, “B/yan tərəfə baxan qadının baş hissəsinin təsviri/585” və “M/yan tərəfə baxan qadının baş hissəsinin təsviri/585” damğaları həkk edilmiş, qırmızımtıl-sarı rəngli 583/585 əyyarlı ümumi çəkisi 2,30 qram olan 115 manat dəyərində 2 ədəd qızıl kulonu, deformasiya olunmuş, qaş yeri boş olan, ürək və dördkünc formalı, asılqan hissəsində “.9БЮ”, “585” və “Б*583” damğaları həkk edilmiş, qırmızımtıl-sarı rəngli 583/585 əyyarlı ümumi çəkisi 4,03 qram olan 141 manat dəyərində 2 ədəd qızıl kulon qırıntısını, bürcləri ifadə edən, qoç, qız, balıq, buğa formalı, asılqan hissələrində “КБЮЗ”, “Б/yan tərəfə baxan qadının baş hissəsinin təsviri/585”, “585”, “O*585”, “:ООЮ”, “.5OЮ”, “O*583” və “.6ЮКМ” damğaları həkk edilmiş, qırmızımtıl-sarı rəngli 583/585 əyyarlı ümumi çək isi 7,98 qram olan 399 manat dəyərində 7 ədəd qızıl kulonu, üzərində ərəb və ya fars mənşəli yazılar olan, dördkünc formalı, medalyon tipli, üzərində damğası olmayan, qırmızımtıl-sarı rəngli 583/585 əyyarlı 8,60 qram çəkidə olan 430 manat dəyərində qızıl kulonu, uzunsov formalı, üzəri işləməli, üzərində “K*585” damğası həkk edilmiş, qırmızımtıl-sarı rəngli 583/585 əyyarlı 1,38 qram çəkidə olan 69 manat dəyərində qızıl kulonu, aversində Osmanlı sultanı İİ Əbdülhəmidin imzası, reversində ərəb dilində yazı olan, asılqan halqa əlavə edilmiş, sarı rəngli 916 əyyarlı 14,43 qram çəkidə olan 1000 manat dəyərində 2 ədəd qızıl pul sikkəsini, aversində Atatürkün baş təsviri, reversində “2013” yazısı olan, asılqan halqa əlavə edilmiş, sarı rəngli 916 əyyarlı 1,81 qram çəkidə olan 130 manat dəyərində q ızıl pul sikkəsini, 27 ədəd 583 və 585 əyarlı ümumi çəkisi 160 qram olan 8000 manat dəyərində kişi üçün qızıl üzükləri, 172 ədəd 583 və 585 əyyarlı ümumi çəkisi 550 qram olan 27500 manat dəyərində qadın üçün qızıl üzükləri, 60 cüt 583 və 585 əyarlı ümumi çəkisi 330 qram olan 16500 manat dəyərində qızıl sırğaları, 34 ədəd 583 və 585 əyyarlı ümumi çəkisi 200 qram olan 10000 manat dəyərində qızıl kulonları, 2 ədəd 900 əyarlı ümumi çəkisi 4 qram olan 336 manat dəyərində “Atatürk” qızıl kulonlarını, 5 ədəd 583 və 585 əyyarlı ümumi çəkisi 35 qram olan 1750 manat dəyərində qızıl qolbaqları, 36 ədəd 583 və 585 əyarlı ümumi çəkisi 334 qram olan 16700 manat dəyərində qızıl boyunbağılarını, 2 ədəd qadın üçün 583 və 585 əyarlı ümumi çəkisi 17 qram olan 850 manat dəyərində qızıl saatları, 32 ədəd 750 ə yarlı brilyant qaşlı ümumi çəkisi 200 qram olan 14000 manat dəyərində üzükləri, 20 ədəd 583 və 585 əyarlı ümumi çəkisi 250 qram olan 12500 manat dəyərində qızıl üzük sırğa dəstini ümumilikdə 133.739 (yüz otuz üç min yeddi yüz otuz doqquz) manat dəyərində qeyd olunan qızıl-zinət əşyalarını özü ilə götürdüyü sellafon torbaya doldurub mağazadan çıxaraq özgənin, yəni Zərərçəkmiş şəxs məxsus 133.739 (yüz otuz üç min yeddi yüz otuz doqquz) manat dəyərində əmlakını ona külli miqdarda ziyan vurmaqla gizli olaraq talayıb oğurlamışdır. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmamışdır, Azərbaycan Respublikası CM-in 177.3.2.-cü maddəsi ilə özünü təqsirli bilmir. Məhkəmələrin gəldiyi nəticə qeyri obyektivdir və q anunsuzdur. İş üzrə sübutlar tam və obyektiv araşdırılmamışdir. Məhkəmələr zərərçəkmiş şəxsin həqiqətə uyğun olmayan ifadəsinə əsaslanaraq və birtərəfli mövqe tutaraq əsassız qərar qəbul etmişlər. Qeyd olunanlara əsasən işin Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 fevral 2019-cu il tarixli qərarının ləğv edilərək, işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 fevral 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayə t-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya protestinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkum kassasiya şikayətində külli miqdarda ziyan vurmadığını və özünü Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsi ilə təqsirli bilmədiyini vurğulamışdır. Məhkum məhkəməyə qədər icraat zamanı bildirmişdir ki, 25 oktyabr 2017-ci il tarixdə, saat 13 radələrində yaşadığı Mingəçevir şəhəri, 20 Yanvar küçəsində mərkəz hissədə yerləşən qızıl mağazalarının qarşısında özü üçün əyləşib siqaret çəkmiş və həmin vaxt qızıl mağazalarının birindən mağaza sahibinin mağazadan çıxıb qapını bağlayaraq harasa getdiyini görmüş və həmin vaxt düşünmüşdür ki, mağazanın sahibi çıxıb getdiyindən həmin qızıl mağazasına daxil olub oradan qızıl əşyaları oğurlasın. Bu səbəbdən o, dərhal tanımadığı taksi ilə Mingəçevir şəhəri, M.Rəhimov küçəsində müvəqqəti kirayədə qaldığı evə gedib, oradan mağazanın qapısını açmaq üçün özünə məxsus mantirovka adlanan aləti götürüb, görünməməsi üçün torbanın içərisinə qoyaraq mağazanın qarşısına gəlmişdir. Bundan sonra, özü ilə gətirdiyi mantirovka ilə mağazanın plastik qapısının kilidini sındıraraq içəri daxil olub, mantirovkanı gətirdiyi sellafon torbanın içərisinə qızılları yığaraq mağazadan çıxmış, sonra isə kirayə yaşadığı evə gəlib özünə məxsus əşyasını götürüb həmin evdən çıxmış, daha sonra Mingəçevir şəhərindəki Bozdağın yaxınlığındakı əraziyə getmiş və bir gün gecə orada çöldə gözlədikdən sonra, səhər saatlarında mərkəzi bazarın yanındakı mikroavtobusla Yevlax rayonunun Xaldan dairəsinə, oradan isə tanımadığı taksi ilə Bakı şəhərinə getmişdir. Bakı şəhərinə gəldikdən so nra, oğurladığı həmin qızıllardan bir hissəsini tanımadığı şəxsə sataraq 3000 manat pul əldə etmişdir.. Qalan qızılları özündə saxlamışdır ki, sonradan pulu qurtardıqda satıb pul əldə etsin. Əldə etdiyi 3000 manat pulla özünə Səbail rayonu ərazisində 20-ci sahədə kirayə ev tutaraq qalmağa başlamışdır. Bir neçə gündən sonra ölkədən qeyri-qanuni yolla çıxmaq üçün Qazax rayonuna Qırmızı körpü adlanan əraziyə getmişdir. Belə ki, cinayət törətdiyi üçün sərhəddə saxlanıla biləcəyini bilmiş və orada sərhəd buraxılış məntəqəsinin yaxınlığında bir nəfər əvvəldən tanımadığı, orta yaşlı, orta bədən quruluşlu təxmini yadında qaldığına görə adı X2 olan şəxslə tanış olmuşdur. Həmin şəxs o «zonanın adamı» olduğu üçün o, qeyd olunan istintaqa şəxsiyyəti məlum olmayan şəxsdən onu pul qarşılığında sərhəd bu raxılış məntəqəsindən kənar, yəni qeyri-qanuni yolla sərhəddən Gürcüstana keçirə bilib-bilməyəcəyini soruşmuşdur. Həmin şəxs razılaşıb ondan bunun qarşılığında 3000 manat pul istəmiş və o da pul əvəzi həmin şəxsə bir ovuc təxminən 70-80 qr qızıl əşyaları vermişdir. Həmin şəxs ona sərhəd buraxılış məntəqəsinin yaxınlığındakı ərazidə onu gözləməsini deyib getmiş, lakin onu aldadıb geri qayıtmamışdır. Bundan sonra o, Bakı şəhərinə qayıtmışdır. Bir neçə gündən sonra həmin qızılların bir hissəsini də eyni qaydada əvvəldə qeyd etdiyi valyuta dəyişən tanımadığı şəxsə qramı 30 manatdan 5000 manatlıq yəni 160 qr satmışdır. Hər dəfə həmin şəxsə qızılların oğurluq olmadığını, belə ki, özünə məxsus olduğunu, xəstə olduğu üçün satdığını demişdir. Qeyd olunan pulun bir hissəsini özü üçün xərcləmiş və təxminən 4000 manat cibində saxlamışdır. Həmin mağazadan oğurladığı qızıllardan bir hissəsini isə kirayədə qaldığı evdə dolabın içərisində saxlamışdır. 07 mart 2018-ci il tarixdə, saat 19:30 radələrində kirayədə yaşadığı Səbail rayonu, Badamdar qəsəbəsindəki evin yaxınlığında küçədə olarkən, ona mülki geyimdə olan şəxslər yaxınlaşaraq özlərini təqdim edib, Mingəçevir ŞPŞ-nın və Səbail RPİ-nin əməkdaşları olduqlarını bildirib, Mingəçevir şəhərində törətdiyi oğurluq hadisəsi ilə bağlı axtarışda olduğunu bildirərək onu saxlamış və oradan Səbail RPİ-yə gətirmişlər. Oğlurluqdan əldə etdiyi qızıllardan bir hissəsini 3000 manata, bir hissəsini təxminən 5000 manata satmış, həmin 3000 manatı tam olaraq xərcləmiş, 5000 manatdan isə üzərində 4000 manat pul qalmış və onu da istintaq orqanına təqdim et mişdir Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 2 yaşayış binasının 1-ci mərtəbəsində qeyri-yaşayış sahəsində yerləşən qızıl-zinət əşyalarının alqı-satqısı mağazası ona məxsudur və mən həmin mağazada işləyir.25 oktyabr 2017-ci ildə, saat 09 radələrində işlədiyi mağazaya gəlib mağazanı açmış və özü ilə hər dəfə axşamlar götürdüyü qızıl-zinət əşyalarını piştaxtanın üzərinə düzüb işinə başlamışdır. Nahar fasiləsi vaxtı, saat 12:50 radələrində həm nahar etmək, həm də namaz qılmaq üçün evə getməli olmuşdur. Bu məqsədlə mağazanın plastikdən olan giriş qapısını açarla bağlayıb mağazadan çıxmışdır. Evə getməzdən əvvəl mağazanın yanında olan paltar mağazasını işlədən İradədən xahiş etmişdir ki, nahardan qayıdanadək onun mağazasınaa da nəzarət etsin. İradə də razılaşıb narahat olmamağını d emişdir. Bundan sonra, saat 13:30 radələrində yaşadığı evdə naharda olarkən İradə istifadə etdiyi ***-***-**-** saylı mobil nömrədən Zərərçəkmiş şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəyə zəng edib mağazanın qapısının açıq olduğunu və mağazadan oğurluq edildiyini demişdir. O narahat olub cəld mağazaya gəlmiş və içəri daxil olduqda, həqiqətən də mağazanın qapısının kənar alətlə açıldığının və mağazada piştaxtada olan bütün qızıl-zinət əşyalarının oğurlandığını görmüşdür. İradədən mağazadan necə oğurluq baş verdiyini soruşduqda, İradə 5 dəqiqəlik işi olduğu üçün oradan başqa yerə getdiyini demişdir. Bundan sonra DİN-nin 102 xidmətinə baş vermiş hadisə barədə məlumat vermiş və çox keçməmiş Mingəçevir ŞPŞ-nın əməkdaşları hadisə yerinə gəlmişlər. Mingəçevir ŞPŞya hadisə ilə bağlı ər izə vermiş və polis əməkdaşları mağazama baxış keçirmişlər. Zərərçəkmiş şəxs məxsus mağazada hadisədən əvvəl, ümumilikdə 2600 qram çəkidə müxtəlif növ qızıl-zinət əşyaları olmuşdur. Belə ki, mağazada 60 ədəd Rusiya istehsalı olan 583 və 585 əyarlı qızıl kişi üçün üzükləri, 196 ədəd Rusiya istehsalı olan 583 və 585 əyarlı qızıl qadın üçün üzüklər, 70 cüt qızıl sırğalar, 60 ədəd qızıl klon, 2 ədəd “Atatürk” qızıl klon (900 əyarlı), 8 ədəd qızıl qolbağı, 60 ədəd 583 və 585 əyarlı qızıl boyunbağılar, 3 ədəd qadın üçün 583 və 585 əyarlı qızıl saat, 1 ədəd “Max Taym” markalı kişi üçün qızılsaat, 32 ədəd 750 əyarlı briliant qaşlı qızıl üzüklər (ümumi çəkisi 200 qr ), 20 ədəd 583 və 585 əyarlı qızıl üzük sırğa dəsti, 3 ədəd qızıl sancaqdan ibarət qızıllar olmuşdur. Hadisədən bir gün əvvəl mağazada olan qızılların ümumi hesabatını aparmış və mağazada ümumilikdə 2600 qr çəkidə qızıl əşyaları olmuşdur. 2600 qr çəkidə qızılın oğurlanması nəticəsində Zərərçəkmiş şəxs təxminən 112.000 manat ziyan dəymişdir. Mağazada olan təhlükəsizlik kamerasının görüntüsündə oğurluq hadisəninin necə baş verməsi əks olunmuşdur. Polis əməkdaşları hadisə yerinə gələrkən həmin görüntülərə əsasən oğurluq edən şəxsin əvvəllər məhkum olunmuş Mingəçevir şəhər sakini Məhkum olduğunu müəyyən etmişlər. Polis tərəfindən ona təxminən 500 qram lom şəkildə qızıl qaytarılmış, qaytarılan qızılının qiyməti təxminən 20 min manatdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası Mərkəzinin təqdim etdiyi materialların məhkəmə ekspertizasına dair 19445/19446 saylı 14 avqust 2018-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim olunan zərgərlik məmulatlarının ( 2 ədəd üzük istisna olmaqla) 2017-ci ilin oktyabr ayına orta bazar qiymətləri ümumilikdə təxminən 25.483 manat (cild 1, səhifə 279, cədvəl 1) müəyyən edilir. Cədvəl 1 üzrə 13 sıra nömrəsinə uyğun 2 ədəd üzüyün əyarı müəyyən edilmədiyindən onları qiymətləndirmək mümkün olmamışdır. Həmin əşyaların ayrılıqda qiymətləri Cədvəl 1-də göstərilmişdir. Nəzəri qiymətləndirilən əşyaların 2017-ci ilin oktyabr ayına orta bazar qiymətləri ümumilikdə təxminən 108.136 manat müəyyən edilir. Həmin əşyaların növləri üzrə ayrılıqda qiymətləri cədvəl 2-də (cild 1, səhifə 281) göstərilmişdir. Məhkum həmin cinayət əməlini törətməsi özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, ekspert rəyləri, maddi süb utlar, istintaq hərəkəti protokolları, habelə iş materiallarına əlavə edilmiş digər mötəbər sübutların məcmuyu ilə təsdiq edildiyini nəzərə alınaraq kollegiya hesab edir ki, məhkəmələr tərəfindən məhkumun əməli düzgün qiymətləndirilmişdir. Kollegiya işin hallarına əsasən hesab edir ki, sübutlar məhkəmələr tərəfindən Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq hərtərəfli,tam və obyektiv tədqiq edilmişdir.Məhkəmələrin iş üzrə gəldikləri nəticə işin faktiki hallarına uyğundur. Göstərilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi və cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 fevral 2019-cu il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinə uyğun pozuntular müəyyən edilmədiyindən kassasiya şikayəti təmin olunmadan qərar dəyişdirilmədən saxlanılmaıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 fevral 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-990/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-990/2019
09.07.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver