Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-990/2022 08.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun Məhkum - Təqsirləndirilən şəxs, Müdafiəçi – Bakı Şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Əsədov Sənan Qulu oğlunun iştirakı ilə, Bak ı Ağır Cinayətlər Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.4 və 320.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 fevral 2022-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli hökmünə əsasən (sədrlik edən hakim Quliyev Əhməd Qəhrəman oğlu, hakimlər Paşayev Azər İslah oğlu və X6) xx xxx 1950-ci il tarixdə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, təqaüdçü, əvvəllər məhkum olunmamış, evli, Bakı şəhəri İ.Qutqaşenli küçəsi ev 3, mənzil 26da qeydiyyatda olan və yaşayan Təqsirləndiri lən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.4, 320.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.4-cü maddəsi ilə həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə 08 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş əsas cəzalar qismən toplanılmaqla ona qəti olaraq 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 26 mart 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Hökmdən dövlət ittiha mçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (Hakimlər Şirinov Ziya Allahverdi oğlunun sədrliyi və məruzəsi ilə, Babayev Zəki Baba oğlu və İbrahimli İbrahim Adil oğlundan ibarət tərkibdə) 17 fevral 2022-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 fevral 2022-ci il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. İŞİN HALLARİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, Azərbaycan R espublikası Cinayət Məcəlləsinin 29,178.4 və 320.2-ci maddələri ilə təqsirləndiriliərək məhkəməyə verilmişdir ona görə ki, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə istintaqa Reitenbax Valentin, Rudolf Kalan, Yens Petç adı ilə məlum olan və istintaqa adları məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olaraq, 2017-ci ilin dekabr ayından Bakı şəhəri Nərimanov rayonu ərazisində mütəmadi görüşlər keçirdərək özünü Zərərçəkmiş şəxs Azərbaycan Respublikasının rəhbər vəzifəli şəxslərinin yaxın qohumu kimi təqdim edib, onun etibarını qazanaraq, sonuncunun X8 QSC «Bank Standart» Kommersiya Bankında olan bank hesabına pul yerləşdirməsinə dair müqavilənin surətini əldə etdikdən sonra həmin müqavilədə Zərərçəkmiş şəxs şəxsiyyət vəsiqəsinin rekvizitlərinə dair məlumatları ələ keçirib, Reitenbax Valentin adından imzalanmış, Rudolf Kalan adlı şəxsin adından elektrofotoqrafik çoxaldıcı qurğuda çap edilmiş imza olan Zərərçəkmiş şəxs VR Energie GmbH-ın mülkiyyəti kimi 50 000 000 (əlli milyon) ABŞ dolları məbləğin etibar edilməsinə dair xx.xx.2010-cu il tarixli alman, rus və azərbaycan dillərində «Protokoll mit tagesordnungspunkten» adlı saxta sənəddən, elektrofotoqrafik çoxaldıcı qurğuda çap edilmiş üzərində «VPEnergie GmbH Deutschland» və s. yazıları olan möhür əksi, elektrofotoqrafik çoxaldıcı qurğuda çap edilmiş Valentin Reitenbach və Rudolf Kalan adlı şəxslərin adından imzalar olan Zərərçəkmiş şəxs inanılmış şəxs və VR Energie GMBH-in məsləhətçisi kimi 50 000 000 (əlli milyon) ABŞ dolları məbləğində humantiar və məqsədyönlü istifadəsindən ötəri prioritet banklardan birinə verilməsi üçün pul vəsaitlərinin etibarlı hesaba köçürüldükdən sonra müvəkkilin hesabı və vəsaitləri idarə etmək üçün şirkətin vəkili kimi özünün, yəni Təqsirləndirilən şəxs GPSUNET ofisinin açılması və Azərbaycan Respublikasında işin təşkili üçün əlavə etibarnamə verməsinə dair xx.xx.2010-cu il tarixli rus və azərbaycan dillərində saxta etibarnamədən, Reitenbax Valentin adından imzalanmış, Rudolf Kalan adlı şəxsin adından elektrofotoqrafik çoxaldıcı qurğuda çap edilmiş imzası olan özünə, müqavilələr hazırlamaq, imzalamaq VR Energie GmbH banklarda təmsil etmək və s. səlahiyyətlər verilən xx.xx.2019-cu il tarixli ingilis, alman, rus və azərbaycan dillərində «Resolusion on the board (ROB)» adlı saxta sənəddən, elektrofotoqrafik çoxaldıcı qurğuda çap edilmiş üzərində «X10 v.d.Höhe» yazıları olan möhür əksli, elektrofotoqrafik çoxaldıcı qurğuda çap edilmiş Yens Peç adlı şəxsin adından imza olan Bakı şəhərində GPCUNETin infrastrukturunun yaradılması, Zərərçəkmiş şəxs 50 000 000 (əlli milyon) ABŞ dolları etibar edilməsi, həmin məbləğin prioritet bankların birindəki hesaba köçürülməsinə dair «HRB 11018 X3» adlı rus, alman və azərbaycan dillərində xx.xx.2019-cu il tarixli saxta razılaşmadan, elektrofotoqrafik çoxaldıcı qurğuda çap edilmə yolu ilə möhür əksli VR Energie GmbH şirkətinin strukturuna dair xx.xx.2019-cu il tarixli «HRB 11018 X3» saxta sənəddən və Bakı Apellyasiya Məhkəməsinin hakimi Kəmalə Abıyevaya ünvanlanmış xx.xx.2019-cu il tarixli üzərindəki möhür əksi və imzalar printerdə çap edilmiş özünün Zərərçəkmiş şəxs 50 000 000 (əlli milyo n) ABŞ dolları verməsi və həmin məbləğin təyinatı üzrə istifadə olunmamasına dair şikayət məzmunlu məktubdan bilə-bilə istifadə edib, 30 yanvar 2019-cu il tarixdə Bakı şəhər Səbail rayon məhkəməsinə iddia ərizəsi ilə, 03 oktyabr 2019-cu il tarixdə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına apellyasiya şikayəti ilə və 14 fevral 2020-ci il tarixdə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına kasassiya şikayəti ilə müraciət edərək Zərərçəkmiş şəxs LPO QSC «Bank Standart» KB-nin bank hesabındakı pul vəsaitinin "xxxx"a keçirilməsi barədə QSC «Bank Standart» KB və Azərbaycan Əmanətlərin sığortalanması fondu üzərinə öhdəlik qoyulmasına dair qətnamə qəbul edilməsinə nail olmaqla Zərərçəkmiş şəxs məxsus, xüsusilə külli miqdarda, yəni 75 186 305,11 ( yetmiş beş mil yon yüz səksən altı min üç yüz beş manat 11 qəpik) manat nisbətində 44 227 238,35 (qırx dörd milyon iki yüz iyirmi yeddi min iki yüz otuz səkkiz ABŞ dolları, 35 sent) ABŞ dolları məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, lakin Bakı şəhər Səbail rayon məhkəməsinin 15 iyun 2019-cu il tarixli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28 dekabr 2019-cu il tarixli qərardadları və Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 avqust 2020-ci il tarixli qərarı ilə onun iddia tələbi təmin edilmədiyindən öz iradəsindən asılı olmayan səbəbdən əməlini başa çatdıra bilməmişdir. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı tərə findən verilmiş kassasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyasının həmin qərarı Təqsirləndirilən şəxs cəza təyininə dair hissədə əsassız olduğundan və cinayət qanununun norması düzgün tətbiq edilmədiyindən ləğv edilməli, iş yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş dələduzluğa 03 əməlinin ictimai təhlükəli xarakteri, yəni qəsdin obyekti - cəmiyyətin iqtisadi özülünü təşkil edən mülkiyyət münasibətləri, təqsirin forması - cinayətin qəsdən törədilməsi, cinayətin xüsusilə a cinayətlər kateqoriyasına aid olması, ictimai təhlükəliyi isə - tamah niyyətilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə qabaqcadan əlbir olan qrup şəxs halında, bilə-bilə saxta sənədlərdən istifadə etməklə özgənin xüsusilə külli miqdarda əmlakını ələ keçirməyə cəhd edərək dələduzluq etməsidir. Nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus, xüsusilə külli miqdarda, yəni 75 186 305,11 (yetmiş beş mil yon yüz səksən altı min üç yüz beş maral qəpik) manat nisbətində 44 227 238,35(qırx dörd milyon iki yüz iyirmi yeddi min iki yüz otuz səkkiz ABŞ dolları, 35 sent) ABŞ dolları məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir Apellyasiya instansiyası məhkəməsi isə, Təqsirləndirilən şəxs 72 yaşının (1950-ci il təvəllüdlüdür) olmasını, təqaüd aldığını və ailəsinə maddi cəhətdən faydalı olduğunu, təqsirli bilindiyi əməllərdən birinin böyük ictimai təhlükə törətməyən, digərinin isə başa çatmayan (cinayətə cəhd mər hələsində törədilən) xüsusilə ağır cinayətlərdən ibarət olmasına istinad edərək, heç bir maddi ziyan olmayan, maddi tərkibli əmələ görə ona CMnin 178.4-cü maddəsində nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının sanksiya daxilində təyin edilməsini humanist və ədalətli yanaşma hesab etməmişdir. Bu hissədə qeyd olunmalıdır ki, həmin halların müəyyən edilməsi belə, şəxsə CMnin 29,178.4-cü maddəsi ilə cəza təyin edilərkən barəsində CM-nin 62-ci maddəsinin tətbiq olunmasına əsas vermir. Belə ki, şəxsin yaşı, cinayət əməlinin başa çatmayan, yəni xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluğa cəhd olması, maddi ziyanın olmaması (mülkiyyət münasibətlərinə qəsd etməyə yönələn və başa çatmayan cinayətlərin bir çoxunda maddi ziyanın olmaması təbiidir və bu lallar çoxsaylı məhkəmə işlərində CM- nin 62-ci maddənin tətbiq olunmasına əsas sayılmır), yaxud əməlin maddi tərkibli cinayət sayılması yuxarıda göstərilən meyarlara cavab vermədikdə, CM-nin 62-ci maddəsinin tətbiqi üçün əsas sayıla bilməz. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 fevral 2022-ci il tarixli qərarını ləğv etməklə cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlu çıxış edərək kassasiya protestində qeyd olunan xüsusatları bir daha vurğulayaraq protestin təmin edilməsini xahiş etdi. Kassa siya instansiyası məhkəməsində məhkum Təqsirləndirilən şəxs çıxış edərək, kassasiya protestinin təmin edilməməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində müdafiəçi S.Q.Əsədov çıxış edərək, kassasiya protestinin əsassız olduğunu bildirib, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 fevral 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində apellyasiya məhkəməsi tərəfindən məhkumun barəsində təyin edilmiş cəzanın yüngül olduğu iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbay can Respublikası CPM-in 416.1.21-ci (məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə) maddəsində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 fevral 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya protestinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 fevral 2022-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs verilmiş təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xüsusi ilə külli miqdarda ziya vurmaqla dələduzluğa cəhd, yani etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməyə cəhd, hüquq verən saxta sənədlərdən bilə-bilə istifadə etmə ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutla r Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Dövlət ittihamçisi kassasiya protestinin əsas dəlili kimi məhkəmələr tərəfindən yuxarıda sadalanan normaların tələblərinin pozulduğunu istinad etməklə, CM-nin 62-ci maddəsinin tətbiqinin qanuna uyğunluğu mübahisələndirmiş və cəza təyini zamanı ailənin yeganə qazanc gətirəni olmasını, 1950-ci il təvəllüdlü olmasını, əməlini etiraf etməsini və peşman olmasını CM-in 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə almaqla səhvə yol verdiyini əsaslandırmağa çalışmışdır. Məhkəmə kollegiyası həmin dəlillərə qiymət verə rək aşagıdakıları qeyd etməyi məqəsədə müvafiq hesab edir. Belə ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən halların dairəsi qanunla məhdudlaşdırılmır və Cinayət Məcəlləsinin 59-cu maddəsində göstərilməyən başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyay a malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə (CM-nin 62-ci maddəsi); 4) şərti məhkum etmə institutunu tətbiq etməyə(CM-nin 70-ci maddəsi); 5) təyin edilən cəzanın nisbətən yüngül rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməyə hüquq verir. Aydın məsələdir ki, yüngülləşdirici halların mövcudluğu yuxarıda qeyd edilən müxtəlif formalarda nisbətən yüngül cəza təyin edilməsini nəzərdə tutur. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, cəzanın yüngülləşdirilməsinə dair əsaslar müəyyən olunduqda belə, bu hallar cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyy əti, təyin olunan cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin realizə edilməsinə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayəti n xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya protestinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, dövlət ittihamçısının cəzanın məsuliyyəti yüngülləşdirən halların düzgün nəzərə alınmaması ilə təyin edildiyi üçün qeyri qanunni olması haqqında iddiasının əsaslı olmadığı müəyyən edilir. Cinayət prosessual qanunvericiliyə əsasən (CPM-139.0.5-ci mad.) cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar cinayət təqibi üzrə icraat zamanı yalnı z sübutlara əsasən müəyyən edilir. İş materialarındakı müvafiq arayışlara əsasən Təqsirləndirilən şəxs ailəsinə yeganə qazanc gətirən şəxs olması, yaşlı olması təsdiq olunur. Kassasiya məhkəmə araşdırması zamanı müəyyən olundu ki, məhkəmələr məhkuma cəza təyini zamanı sübutlar əsasında müəyyən olunmuş cəzanı yüngülləşdirən hallara (CM-nin 59.2-ci maddəsinə uyğun) istinad etmişlər. Belə ki, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən halların dairəsi qanunla məhdudlaşdırılmır və Cinayət Məcəlləsinin 59-cu maddəsində göstərilməyən başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Dövlət ittihamçısı kassasiya protestində həmçinin Təqsirləndirilən şəxs barəsində olan yuxarıda sadalanan cəzanı yüngülləşdirən halların məcmusu istinad etməklə əsassı z olaraq məhkumun barəsində CM-nin 62-ci maddəsinin tətbiq edildiyi iddia olunmuşdur. Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi məsələlərinə həsr olunmuş CM-in 62.1 və 62.2-ci maddələrinin mənasına görə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onların məcmusu CM-in 62.1-ci maddəsində sadalananlara, yəni cinayətin məqsədi və motivinə, təqsirkarın cinayətin törədilməsində roluna, cinayətin törədilməsi zamanı və sonrakı davranışına, digər hallara aid olub cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltdıqda, şəxsin barəsində CM-in 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirilə bilərlər. Lakin, o da nəzərdən qaçırılmamalıdır ki, CM-in 62-ci maddəsinin nəzərdə tutduğu (CM-in 62.1-ci maddəsində göstərilən halların dairəsin ə daxil edilə bilən) əsaslar müəyyən olunduqda belə, bu halların cinayətin ictimai təhlükəliliyinə (onun əhəmiyyətli dərəcədə azaldılması yönündə) təsir edib-etməməsi, yəni onların cinayətin ictimai-təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan müstəsna hallar kimi qiymətləndirilməsinin mümkünlüyü məsələsi, yalnız sözügedən hallara görə deyil, həm də cəzanın təyinində əhəmiyyət kəsb edən, o cümlədən CM-in 8, 58.3-cü maddələrində göstərilən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın onun islah olunması və cəzanın onun ailəsinin həyat şərainə təsiri kimi məsələlərlə birlikdə götürülməklə həll edilməlidir. İş materiallarından görünür ki, məhkəmələr tərəfindən məhkum Təqsirləndirilən şəxs cəza təyin edilərkən bu məsəl ənin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar (ailənin yeganə qazanc gətirəni olmasını, 1950-ci il təvəllüdlü olmasını), cəzanı ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Təqsirləndirilən şəxs islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən kifayət qədər ədalətli cəza təyin edilmişdir. İşdən görünür ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəzasını yalnız yüngülləşdirən hallar müəyyən edilmiş, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan o nun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən Qərarında qeyd edilmişdir ki, “cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir.” Göstərilən normaların tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, məhkuma təyin olunmuş azadlıqdan məhrum etmə cəzası müddətində nə üçün islah olunmayacağını və cəzanın məqsədinə daha ağır – azadlıqdan məhrumetmə cəzasının müddətinin artırılması nəticəsində nail olunacağını dövlət ittihamçısı kassasiya protestində əsaslandıra bilməmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası nəzərə çatdırır ki, yuxarıda sadalanan qanun normalarının tələblərinə görə təqsi rləndirilən şəxsə məhz hansı cəzanın təyin edilməli olduğunu müəyyən etmək üçün məhkəmə cinayət qanununun törədilmiş əmələ görə cinayət məsuliyyəti nəzərdə tutan normasının sanksiyasını, konkret cəza növünün təyin olunması şərtlərini, habelə cinayət qanunun cəza təyin etmənin əsaslarını müəyyən edən normalarını (CM-nin 8, 9, 41, 58-71 və 85-86-cı maddələri) rəhbər tutur. İttiham hökmü çıxarılarkən cəza təyin etmə məsələsi ən mühüm məsələ olduğundan, məhkəmə cinayət qanunun bütün tələblərini nəzərə almaqla, cəzanın fərdiləşdirilməsi prinsiplərindən istifadə etməklə ədalətli, qanuni və layiqli cəza təyin etməli və yəqin ki, bu zaman cəzanın məqsədlərinə nail olunması da diqqət mərkəzində olmalıdır. CPM-nin 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən hal ları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısı kassasiya protestində Cinayət Məcəlləsinin 61.1.1-61.1.13-cü maddələrində göstərilmiş ağırlaşdırıcı hallara istinad etməmiş, Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini təhrif etmiş və yalnız öz formal mülahizələrinə əsaslanmaqla məhkuma daha ağır – azadlıqdan məhrumetmə cəzasının müddətinin artırılması ilə əlaqədar apellyasiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittih amçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Döv lət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 dekabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.4 və 320.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Təqsirləndirilən şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 fevral 2022-ci il tarixli qərarı dövlət ittihamçısının kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-990/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-990/2022
08.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver