Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-990/2024 16.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət – ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun X5 üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində X5 və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının, Bəraət almış şəxs X9 və onun müdafiəçisi Bakı şəhəri “Prospekt” Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətn də: Azərbaycan Respublikası CM-in və ya CM-in) 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 sentyabr 2023-cü il tarixli, 1(106)-633/2023 nömrəli qərarından dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X5 üzrə İdarənin Apellyasiya instansiyası məhkəmələrində X5 üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. Bəraət almış şəxs X16 16 iyun 1976-cı ildə Əli-Bayramlı (hazırda – Şirvan) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumuluğu olmayan, ünvan 1 ünvanında yaşayır.
2. Bəraət almış şəxs X 11 ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və vaxtda külli miqdarda yəni, 11,909 qram psxotrop maddə metamfetamini və külli miqdarda yəni, 21,896 qram narkotik vasitə heroini qanunsuz olaraq əldə edib, üzərində daşımaqla saxlamış, 20 iyul 2022-ci il tarixdə saat 00.30-da Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Şirvan şəhəri L-nt İbrahimov küçəsində saxlanaraq polis şöbəsinə gətirilib üzərinə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibində qanunsuz olaraq saxladığı 1 (bir) ədəd plastik qabın içərisindəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi – 21,896 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 (bir) ədəd bükümdə təmiz çəkisi – 11,909 qram ağımtıl rəngli psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür.
3. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X12 (sədrlik edən), X15 və X6 ibarət məhkəmə təkibində) 20 iyun 2023-cü il tarixli, 1(099)-91/2023 nömrəli hökmü ilə X11 CM-in 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi və cinayətin törədilməsinə aidiyyəti olmadığı üçün bəraət verilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və onun dərhal Bakı İstintaq Təcridxanasından həbsdən azad edilməsi, tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququnun və həmin hüququn həyata keçirilməsi qaydasının X11 izah edilməsi müəyyən edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.
4. Hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 iyun 2023-cü il tarixli hökmünün ləğv edilməsi, Elşad Rəhimovun Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilərək, ona azadlıqdan məhrum etmə cəzasının təyin olunması xahiş edilmişdir.
5. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X7 (sədrlik edən və məruzəçi), X10 və X2 ibarət məhkəmə tərkibində) 21 sentyabr 2023-cü il tarixli, 1(106)-633/2023 nömrəli qərarı ilə apellyasiya protestinin təmin edilməməsi, X11 CMin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 20 iyun 2023-cü il tarixli hökmünün dövlət ittihamçısı tərəfindən v erilmiş apellyasiya protestinə əsasən dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
6. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun X5 üzrə İdarənin Apellyasiya instansiyası məhkəmələrində X5 üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı3 tərəfindən kassasiya protesti verilmişdir. II. Kassasiya protestinin dəlilləri və etirazlar:
7. Dövlət ittihamçısı kassasiya protestində cinayət işi materiallarında öz əksini tapan sübutlar siyahısına və bir sıra qanunvericilik aktlarına istinadlar edərək, protestinin dəlilləri qismində göstərmişdir ki, aparılmış ibtidai istintaq zamanı X9 Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ibtidai istintaq zamanı etirafedici ifa dələri, “şəxsi axtarış və götürmə barədə” protokol, həmin protokola əlavə edilmiş videoçəkiliş, şahid ifadələri, məhkəmə-kimyəvi, narkoloji ekspertizasının rəyləri, maddi sübutlar və digər sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Lakin ittihamın əsaslandırılması üçün qeyd edilən sübutlar məhkəmə tərəfindən əsassız olaraq qəbul edilməmiş, həmin sübutların məhkəmə tərəfindən rədd edilməsinin, həmçinin təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrinin və şahidlərin həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrinin qəbul edilməməsinin motivləri göstərilməmiş, sübutlar bir-biri ilə müqayisəli şəkildə təhlil edilməmiş, bununla da, işin faktiki hallarına uyğun olmayan yanlış nəticəyə gəlinmişdir. Bununla bağlı dövlət ittihamçısı məhkumun ibtidai i stintaq və məhkəmə istintaqı zamanı vermiş olduğu izahat və ifadələrinə, cinayət işi materiallarında olan ekspertiza rəylərinə istinad edərək qeyd etmişdir ki, xəsarətlərin əmələ gəlmə müddətinə baxdıqda həmin xəsarətlərin Elşad Rəhimov tutulduqdan bir neçə gün əvvəlki tarixlərə aldığı görünür. Məhkəmə isə sübut növü hesab olunan ekspert rəyinin yekdil olmaması qənaətinə gəlmiş, bu qənaətə gəlsə də, təkrar məhkəmə-tibbi ekspertizası təyin etməmişdir.
8. Müəllif həmçinin qeyd edir ki, iş üzrə əlavə şahid qismində dindirilmiş X13, həmçinin təqsirləndirilən şəxs Elşad Rəhimov ifadələrində polis əməkdaşları tərəfindən Nurlana adlı qadının (Svetlana Yusubovanın qızı) evində tutulduğunu göstərmiş, lakin məhkəmə onun dindirilməsini təmin etməmişdir.
9. Həmçinin qeyd edilir ki, məhkəmə hökmdə El şad Rəhimova polis əməkdaşları tərəfindən təzyiqlər edilərək işgəncə verilməsi və döyülməsi, təzyiq altında olduğu üçün videoçəkiliş zamanı həmin narkotik vasitələrin ona məxsus olduğunu bildirməsi barədə nəticəyə gəlsə də, həm ibtidai istintaq, həm də məhkəmənin özünün məlumatı əsasında həmin hal Şirvan şəhər prokurorluğunda araşdırılmış, Elşad Rəhimova polis əməkdaşları tərəfindən işgəncə, qeyri-insani rəftar, həmçinin fiziki zorakılıq hallarına yol verilməsi öz təsdiqini tapmadığı üçün xx.xx.2022 və xx.xx.2023-cü il tarixli qərarlarla cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Hər hansı nəzarət orqanı tərəfindən ləğv edilməyən, yəni qüvvədə olan həmin qərarın surətinin cinayət işinin materiallarında olmasına baxmayaraq hökmdə Elşad Rəhimova qarşı polis ə məkdaşları tərəfindən zor tətbiq edilməsi qənaətinə düzgün gəlməmişdir. Lakin məhkəmə Elşad Rəhimovun xəsarət alması ilə bağlı toplanılmış material üzrə qəbul edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qeyd edilən qərarın preyudisial əhəmiyyətə malik olmasını nəzərə almayaraq, bununla bağlı hər hansı əsaslandırma və qiymətləndirmə aparmamışdır.
10. Kassasiya protestinin müəllifi eyni zamanda qeyd edir ki, məhkəmə Elşad Rəhimova əsassız olaraq bəraət versə də, bəraətin əsası kimi həm təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilməməsi, həm də cinayətə aidiyyəti olmaması kimi iki ayrı-ayrı, bir-birindən fərqli əsas qoymuşdur. Halbuki, şəxsə cinayət qanunun bir maddəsi ilə bir əmələ görə irəli sürülmüş ittiham üzrə bəraət yalnız cinayət-prosessual qanunda göstərilən b əraətin əsaslarından biri ilə verilə bilər.
11. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CPM-in və yya CPM-in) 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirməklə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 sentyabr 2023-cü il tarixli, 1(106)-633/2023 nömrəli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir.
12. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır.
13. Hökmdən bəraət almış şəxs tərəfindən kassasiya şikayəti verilməmişdir. III. Proses iştirakçılarının çıxışları:
14. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlə t ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya protestini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi.
15. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən bəraət almış şəxs X16 və onun müdafiəçisi Müdafiəçi1 kassasiya protestinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdilər. IV.Hüquqi məsələlər:
16. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.
17. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasi ya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”.
18. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.
19. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiya məhkəməsinin Azərbaycan Respublikası CPM-in sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla X9 Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlib, ona həmin maddə ilə bəraət verdiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.2-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.
20. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiy a Məhkəməsinin Cinayət kollegiyasının 21 sentyabr 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
21. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-in 3cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”.
22. CPM-in 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır.
23. CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
24. Birinci instansiya məhkəməsi və apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, X1 məqsədi ilə külli miqdarda, yəni 1 (bir) ədəd bükümdə təmiz çəkisi – 21,896 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 (bir) ədəd bükümdə təmiz çəkisi – 11,909 qram ağımtıl rəngli psixotrop maddə metamfetamin əldə edib, üzərində saxlamaqla daşıması sübuta yetirilməmişdir. Birinci instansiya məhkəməsi bəraət hökmündə və həmin nəticə ilə razılaşan apellyasiya instansiya məhkəməsi isə yekun qərarında aşağıdakı əsaslarla çıxış etmişdir.
25. Belə ki, bəraət almış şəxs X16 birinci instansiya məhkəməsi ndə məhkəmə icraatı zamanı ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 19 iyul 2022-ci il tarixdə, Şirvan şəhəri, L-ni İbrahimov küçəsində kirayə yaşadığı qonşusu Nurlana adında tanış qadının evində axşam saat 23-24 radələrində yemək yeyərkən evin qapısı döyülmüş, qapını döyən şəxslər polis əməkdaşı olduqlarını bildirmişlər. Nurlana qorxusundan qapını açmamış və anası Svetlanaya zəng edərək evə gəlməsini bildirmişdir. Svetlana gəldikdən sonra polislər evə girmiş və onun üzərinə baxış keçirmişlər. Baxış zamanı üzərindən narkotik və hər hansı qeyri-qanuni əşya aşkar olunmamışdır. Bundan sonra polislər onu döymüşlər və əllərinə qandal vuraraq polis maşını ilə Şirvan Şəhər polis şöbəsinə aparmışlar. Onu şöbəyə apardıqdan sonra polis əməkdaşları onun evinə e vdə yaşayan şəxslərin icazəsi olmadan axtarış keçirmişlər, evdən narkotik və hər hansı qeyri qanuni əşya aşkar olunmamışdır. Şöbədə olarkən polis əməkdaşları masanın üzərinə içərisində 1 kq narkotik olan bağlamanı qoymuş və üzərinə götürməsini bildirmişlər. Bundan imtina etmiş və polis əməkdaşları tərəfindən yenidən döyülərək zor tətbiq edilmişdir. Döyüldükdən sonra ürəyi getmiş və polis əməkdaşları onu naşatır spirti ilə ayıltmışlar. Ayıldıqdan sonra polislər onu ailəsinə pislik etmələri ilə hədələyərək əgər narkotiki üzərinə götürməsə həmin narkotiki evinə qoyacaqlarını, arvadını və uşaqlarını da şöbəyə gətirərək məsuliyyətə cəlb edəcəkləri ilə hədələmişlər. Əgər narkotiki üzərinə götürərsə, onu iki gün ərzində evə buraxacaqlarına söz vermişlər. Bundan sonra məcbur qalaraq narkotikin g uya özünə aid olduğunu demişdir. Heç kimə narkotik satmamışdır. Narkotik vasitə marixuanadan əvvəllər istifadə etmişdir. Saxlanılan zaman üzərində narkotik vasitə olmamışdır. Üzərindən aşkarlanan bıçaq ona məxsus olmuş, həmin bıçağı Nurlananın evindən götürmüşdür. Saxlanılandan qabaq bədəni üzərində xəsarət olmamış, polislər ayağının altına dubinka ilə vurduqlarından ayağı şişmiş, buna görə axsayaraq ayağını çək-çəkə atmış, gözündəki xəsarəti də polislər döyərək yetirmişlər. Şöbədə 2 dəfə videoçəkiliş aparılarkən vəkilə döyüldüyünü bildirmiş, məhkəməyə təqdim edilmiş çəkiliş üçüncü çəkiliş olmuş, saxlanıldıqdan sonra polis şöbəsində bədəninə baxış keçirilməmiş, çağırışa gəlmiş həkimə polis şöbəsində polislər tərəfindən döyüldüyünü bildirmişdir. Döyüldüyündən bədənində kəskin ağrılar olmuş, həkim ona ağrıkəsici iynə vurmuşdur. Xəsarətləri aldıqdan bir müddət sonra bədəni üzərində xəsarət qalmadığından ekspertizadan keçməkdən imtina etmişdir. Barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı vəsatətə baxan zaman Şirvan Şəhər Prokurorluğunda kiminsə qəbulunda olmuş, həmin şəxsin prokuror olub-olmamasını bilməmiş, həmin şəxs özünü təqdim etmədiyindən adını bilməmiş, qəbul edilən zaman ayağı şişdiyindən ayağında ayaqqabı olmamışdır. Şirvan Şəhər Prokurorluğunda da gözündəki xəsarətləri görmüşlər.
26. Birinci instansiya məhkəməsi X9 məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsini məhkəməyəqədər icraat zamanı verilmiş ifadələri və cinayət işi materiallarında olan digər sübutlarla əlaqəli şəkildə tədqiq edib araşdıraraq belə qənaətə gəlmişdir ki, X9 ibtida istintaq zamanı “qismə n etiraf edici” ifadələri işin faktiki halları ilə uzlaşmadığından və işin gerçək hallarını əks etdirmədiyindən məhkəmə onun məhkəməyədək vermiş olduğu ifadələrinə şübhə ilə yanaşmış və bu ifadələrin ittihamı təsdiq edən sübut kimi qəbul etməkdən imtina etmişdir. Apellyasiya protesti əsasında işə baxan apellyasiya instansiya məhkəməsi də cinayət işi materiallarını hərtərəfli, tam və obyektiv araşdıraraq, birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşmışdır.
27. Birinci instansiya və apellyasiya instansiya məhkəmələrinin X9 birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələrini daha inandırıcı və mötəbər qəbul etmələri ilə bağlı qənaətləri “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında təqsirl əndirilən şəxsin müxtəlif məzmunlu ifadələrin tədqiqinin xüsusiyyətləri ilə verilmiş izahları ilə də üst-üstə düşür.
28. Belə ki, adı çəkilən Qərarda qeyd olunur ki, cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırma lıdır.
29. Göründüyü kimi, məhkəmələr Ali Məhkəmənin Plenumunun qeyd olunan Qərarında verilən tövsiyələrdən çıxış edərək sübutların ədalətli qiymətləndirilməsini həyata keçirmiş və X9 həm ibtidai araşdırma dövründə, həm də məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələrini qarşılıqlı təhlil etmiş və sonuncunun məhkəmə iclasında vermiş olduğu ifadələri cinayət işi materiallarında olan digər sübutlarla uzlaşmasını əsas tutaraq daha mötəbər hesab etmişdir.
30. Göründüyü kimi, cinayət işi üzrə ittiham tərəfinin istinad etdiyi, dövlət ittihamçısının kassasiya protestinin əsasını təşkil edən bəraət almış şəxsin ibtidai araşdırma zamanı vermiş olduğu qismən etirafedici ifadəsi yuxarıda qeyd edilən şəkildə təkzib edilməklə, cinayət işi üzrə bütün sübutların məcmusu ilə öz təsdiqini tapmamışdır.
31. Həmçinin, məhkəmə kollegiyası dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin dəlilləri qismində qeyd edilən “ittihamın əsaslandırılması üçün təqdim edilmiş sübutlar əsassız olaraq qəbul edilməmiş, həmin sübutların məhkəmə tərəfindən rədd edilməsinin, həmçinin təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrinin və şahidlərin həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrinin qəbul edilməməsinin motivləri göstərilməmiş, sübutlar bir-biri ilə müqayisəli şəkildə təhlil edilməmişdir” dəlillərinə münasibətdə qeyd edir ki, cinayət işi materiallarından da göründüyü kimi birinci instansiya məhkəməsi məhkəmə istintaqı zamanı əldə edilmiş sübutları (təqsirləndirilən şəxsin, şahidlərin (həmçinin dindirilmiş əlavə şahidlərin) ifadələri, ekspert iza rəyi, Bakı istintaq Təcridxanasının Tibbi-sanitar hissəsindən alınmış 11 yanvar 2023-cü il tarixli 193 nömrəli məktub və 15 fevral 2023cü il tarixli, 1077 nömrəli məktubla təqdim olunmuş Elşad Rəhimovun tibbi kitabçasının surəti, «Şirvan Şəhər Mərkəzi Xəstəxanası» X24 Təcili və Təxirəsalınmaz Tibbi yardım stansiyasının 9 yanvar 2023-cü il tarixli, 22 nömrəli arayışı və.s) ibtidai istintaq zamanı əldə edilmiş sübutlarla qarşılıqlı şəkildə araşdırıb tədqiq etmiş, bunun nəticəsində məhkəmə tərkibi işgəncə faktı ilə bağlı prokuror nəzarəti qaydasında qəbul olunmuş hər iki qərara, o cümlədən alınmış məhkəmə-tibbi ekspertizasının 24 fevral 2023-cü il tarixli 404 saylı rəyinə tənqidi yanaşmışdır. Məhkəmə qeyd edilən nəticəyə tənqidi yanaşarkən buna əsas olan sübutları bir-bir araşdırıb yekun məhkəmə aktında əsaslandırmışdır. Hazırki kassasiya protestinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya protesti əsasında işə baxan apellyasiya instansiya məhkəməsi də öz növbəsində birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşmış və apellyasiya protestinin dəlillərinə əsaslandırılmış cavab verməklə təkzib etmişdir.
32. Kassasiya kollegiyası həmçinin, “məhkəmə sübut növü hesab olunan ekspert rəyinin yekdil olmaması qənaətinə gəlmiş, bu qənaətə gəlsə də, təkrar məhkəmə-tibbi ekspertizası təyin etməmişdir” dəlilinə münasibətdə qeyd edir ki, CPM-in 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı s urətdə qiymətləndirilməlidir. Göründüyü kimi, məhkəmə ekspert rəyi ilə razılaşmamış və razılaşmamasına dair qənaətini yekun məhkəmə qərarında əsaslandırmışdır. Cinayət-prosessual qanunvericilik ilə təkrar ekspertiza keçirilmə qaydası və əsasları müəyyən edilmişdir. Belə ki, CPM-in 267.2-ci maddəsinə əsasən ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertiza aparılır. Göründüyü kimi, qanunvericiliklə məhkəmənin ekspert rəyi ilə razılaşmadığı təqdirdə təkrar ekspertiza keçirməli olmasına dair imperativ müddəa müəyyən edilməmişdir.
33. Məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri qismində qeyd edilən “iş üzrə əlavə şahid qismində dindirilmiş X13, həmçinin təqsirləndirilən şəxs Elşad Rəhimov ifadələrində polis əməkdaşları tərəfindən Nurlana adlı qadının (Svetlana Yusubovanın qızı) evində tutulduğunu göstərmiş, lakin məhkəmə onun dindirilməsini təmin etməmişdir” dəlilinə münasibətdə qeyd edir ki, cinayət işi materiallarından müəyyən edildiyi kimi X13 məhkəmə istintaqı zamanı əlavə şahid qismində cəlb edilərək ifadəsi alınmış və ifadəsində hadisə zamanı Elşad Rəhimovla birgə evdə adı çəkilən qızı Nurlananın hazırda Türkiyə Respublikasında olduğunu bildirmişdir. Göründüyü kimi, məhkəmə həmin ifadələrin cinayət işi materiallarında olan sübutlarla əlaqəli tədqiqi nəticəsində Nurlananın ifadəsinin alınmasını zəruri hesab etməmişdir. Digər tərəfdən kollegiya qeyd edir ki, dövlət ittihamçısı tərəfindən Nurlan anın dindirilməməsinin prosessual pozuntu olaraq qeyd edilməsinə baxmayaraq, ibtidai istintaq zamanı da Elşad Rəhimov tərəfindən verilmiş əlavə ifadə məhkəmə istintaqı zamanı verilmiş ifadəsi ilə eyni məzmunlu olmasına baxmayaraq ibtidai istintaq zamanı həmin şəxslərin (Nurlana, Svetlana) şahid qismində cəlb edilib, ifadələrinin alınması təmin edilməmişdir.
34. Kollegiya kassasiya protestində göstərilən “Elşad Rəhimovun xəsarət alması ilə bağlı toplanılmış material üzrə qəbul edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2022 və xx.xx.2023-cü il tarixli qərarların preyudisial əhəmiyyətə malik olmasını nəzərə almayaraq, bununla bağlı hər hansı əsaslandırma və qiymətləndirmə aparmamışdır” dəlilinə münasibətdə qeyd edir ki, eyni dəlillər apellyasiya protestində də öz ə ksini tapmış və apellyasiya instansiya məhkəməsi dövlət ittihamçısının həmin dəlilləri ilə razılaşmayaraq, öz mövqeyini kifayət qədər əsaslandırma aparmaqla belə nəticələndirmişdir ki, məhkəməyədək icraatda Elşad Rəhimovun polis tərəfindən 20 iyul 2022-ci il tarixdə saxlanıldıqdan sonra pis rəftara məruz qalmasına dair iddiası ilə bağlı Şirvan şəhər prokurorluğunun cinayət hadisəsi müəyyən edilmədiyi üçün cinayət işinin başlanmasının rədd edilməsi haqqında 03 mart 2023-cü il tarixli qərarının olması da cinayət işinə mahiyyəti üzrə baxan məhkəməni Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 144-146-cı maddələrində nəzərdə tutulmuş müddəalara əməl etmək (o cümlədən, hər bir sübutu yoxlamaq, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirmək) vəzifəsindən azad etmir.
35. Apellyasiya prot estinin dəlilləri ilə eynilik təşkil edən, apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılaraq qiymət verilən kassasiya protestinin növbəti dəlili ondan ibarət olmuşdur ki, “məhkəmə Elşad Rəhimova əsassız olaraq bəraət versə də, bəraətin əsası kimi həm təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilməməsi, həm də cinayətə aidiyyəti olmaması kimi iki ayrı-ayrı, bir-birindən fərqli əsas qoymuşdur. Halbuki, şəxsə cinayət qanunun bir maddəsi ilə bir əmələ görə irəli sürülmüş ittiham üzrə bəraət yalnız cinayət-prosessual qanunda göstərilən bəraətin əsaslarından biri ilə verilə bilər.” Cinayət işi materiallarından və apellyasiya instansiya məhkəməsinin yekun qərarından da görünür ki, məhkəmə həmin dəlil ilə razılaşıb, buna dair müvafiq əsaslandırma apararaq belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsinin bəraət hökmü işin bütün hallarının araşdırılması nəticəsinə əsaslandığından və mahiyyətcə düzgün olduğundan qeyd olunan əsasa görə dəyişdirilə və ya ləğv edilə bilməz. Buna baxmayaraq Elşad Rəhimova təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verildiyindən, hökmdə digər əsasın – cinayətin törədilməsinə aidiyyəti olmamasının qeyd olunması faktiki olaraq formal olmuşdur. Buna görə də, həmin hal Elşad Rəhimova verilmiş bəraət əsaslı sayılmamalıdır.
36. Bununla da məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq, onları əsassız hesab edir.
37. Kassasiya kollegiyası sadalanan halları, həmçinin cinayət işi materiallarında olan, birinci instansiya və apellyasiya instansiya məhkəmələri tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılaraq mü əyyən edilmiş həmin hallara istinadən dövlət ittihamçısının kassasiya protestinə münasibətdə qeyd edir ki, X8 alınmış “qismən etirafedici” izahat və ifadələrə, şahidlər polis əməkdaşları olan Şahid1, Şahid2 vermiş olduqları “ifşaedici” məlumatlara ciddi şübhələr olduğu vəziyyətdə, məhkəmələrin həmin izahat və ifadələri, 20 iyul 2022-ci il tarixli “şəxsi axtarış və götürmə barədə” protokolu, bu tədbirin gedişində əldə olunan predmeti sübut kimi qəbul etməməsi cinayət prosesi tərəfinin təqdim etdiyi sübutlardan əsassız olaraq imtina etmə kimi şərh edilə bilməz.
38. Çünki, Azərbaycan Respublikası CPM-in 125.2.1-ci maddəsinə əsasən (125.1-ci maddəsi ilə birlikdə götürülməklə) insan və vətəndaşların Konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması il ə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir.
39. CPM-in 144-cü maddəsinə əsasən “cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərətərfli və obyektiv yoxlanılmalıdır. Cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirlir”.
40. Birinci instansiya və apellyasiya instansiya məhkəmələrinin yuxarıda şərh edilən sübutlar barədə qənaətinin CPM-in 125.2.1 və 144-cü maddələri ilə müqayisəsindən görünür ki, həmin sü butların yolverilməzliyinə dair nəticəyə gəlməklə məhkəmə qeyd olunan normaların tələblərini pozmamışdır.
41. Belə olan halda, məhkəmələrin təqdim olunmuş sübutların X14 ona istinad edilən cinayət əməlini törətməkdə təqsirli bilmək üçün kifayət etməməsi, onun təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlməsi sübutlar və sübutetməyə dair cinayətprosessual qaydaların pozulması ilə əldə edilmiş qənaət kimi qiymətləndirilə bilməz.
42. Azərbaycan Respublikası CPM-in 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-prosessual qanu nun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir.
43. Azərbaycan Respublikası CPM-in 28-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə “şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır” (maddə 28.5).
44. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4).
45. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onl ar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3).
46. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). 47. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnamələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimalla rından irəli gələ bilər.
48. X9 verdiyi məlumatların həqiqiliyi təkzib olunmadığı vəziyyətdə birinci instansiya məhkəməsinin X11 Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verməsi və apellyasiya instansiya məhkəməsinin həmin mövqey ilə razılaşması Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə, cinayət-prosessual qanunun yuxarıda təsvir edilən normalarının tələblərinə cavab verən, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydaya uyğun gələn nəticə kimi özünü göstərir.
49. Qeyd olunanlar dövlət ittihamçısının kassasiya protestinə baxılması nəticəsində məhkəmələr tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməsinin müəyyən olunmadığını, yəni kassasiya protestinin təmin olunması, apellyasiya məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
50. Belə olan halda, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsi haqqında dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızının, həmin protestin təmin edilməməsi barədə isə bəraət almış şəxs X9 və onun müdafiəçisi Müdafiəçi1 çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli və X4 təqsirliliyi sübuta yetirilmədiyinə görə ona CM-in 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 sentyabr 2023-cü il tarixli, 1(106)-633/2023 nömrəli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır.
51. Yuxarıd a qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 sentyabr 2023-cü il tarixli, 1(106)-633/2023 nömrəli qərarı Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin.