Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-990/2025 30.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və bəraət almış şəxs X3 müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 noyabr 2024-cü il tarixli 1(106)-706/2024 nömrəli hökmündən Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Rayon Məhkəməsinin (hakim Anar Pənahov) 1(049)-21/2024 nömrəli 30 may 2024-cü il tarixli hökmü ilə 03 iyun 1962-ci ildə Lənkəran rayonu Təngivan kəndində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, məhkumluğu olmayan, Lənkəran rayonu Təngivan kəndində qeydiyyatda olmaqla, orada yaşayan X6 Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşin halları: İttihama əsasən X6 təqsirli bilinib məhkəməyə verilmişdir ona görə ki, o, Lənkəran rayonu, Təngiv an kəndində yerləşən "xxxx" MMC-nin “qum-çınqıl” istehsalı müəssisəsinin yaşadığı evinə yaxın olmasını, həmin müəssisənin səhər tezdən yüksək siqnalla işə salınmasını, dəfələrlə etdiyi şikayətlərin nəticəsinin olmamasını bəhanə edərək, bu məqsədlə 28 fevral 2023-cü il tarixdə səhər saatlarında yaşadığı evdən özü ilə 01 ədəd bir litrlik plastik butulkada tez alışan neft məhsulu benzini götürüb həmin gün saat 10 radələrində müəssisənin həyətinə gələrək, orada bir neçə kənd sakinlərinin və müəssisədə işləyən şəxslərin əhatəsində bu bəhanə ilə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, həmin vaxt müəssisədə işləyən şəxslər və ora toplaşmış kənd sakinlərinə məhəl qoymadan, özünü onların fövqündə qoyub, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış v ə birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə müəssisənin rəhbəri Zərərçəkmiş şəxs nalayiq ifadələrlə təhqir edib, özü ilə gətirdiyi benzini sonuncunun üzərinə səpərək, üstünə hücum edib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, Zərərçəkmiş şəxs üzərində zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər törətmiş, həmin vaxt silah qismində istifadə etdiyi daşı yerdən götürüb sonuncunun üstünə hücum edib, inadkarlıqla qərəzli xuliqanlıq hərəkətlərini davam etdirərək, hadisə yerinə toplaşmış şəxslərin əhatəsində əlindəki daşı silah qismində istifadə edərək Zərərçəkmiş şəxs sağ əlinə qəsdən vur ub ona dərəcəsinə görə sağlamlığa zərər vurmayan dərəcəsi təyin edilməyən sağ əlin İ barmağı nahiyəsində sıyrıq, sağ əl nahiyəsində qançır kimi xəsarətlər yetirməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan daşdan istifadə etməklə Zərərçəkmiş şəxs zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İsmayıl Əhmədov (sədrlik edən və məruzəçi), Elşad Əliyev və Yaşar Həşimov) 05 noyabr 2024-cü il tarixli 1(106)-706/2024 nömrəli hökmü ilə Lənkaran Rayon Məhkəməsinin 30 may 2024-cü il tarixli 1(049)-21/2024 nömrəli hökmü ləğv edilmiş, X2 əməlində təqsirli bilindiyi CM-in 221.3-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi olmadığından ona həmin maddə ilə bəraət verilmiş, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və Zərərçəkmiş şəxs nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, məhkum X2 müdafiəçisi Müdafiəçi3 Məmədqulu oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmişdir. Dövlət ittihamçısı3 kassasiya protesti verərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 noyabr 2024-cü il tarixli 1(106)-706/2024 nömrəli qərarının ləğv edilməsi və cinayət işi yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı3 kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi qərar qəbul edilərkən sübutlar CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olara q tədqiq edilmədiyindən, şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdiyindən və bunun nəticəsi olaraq Əlibala Məmmədova əsassız olaraq bəraət verilmişdir. Apellyasiya instansiya məhkəməsi Ə.Ş.Məmmədova Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə bəraət verərkən yalnız təqsirləndirilən şəxsin məhkəmədə verdiyi qeyri-səmimi, həqiqətə uyğun olmayan, özünü müdafiə xarakterli, digər sübutlarla təkzib olunan və konkret hüquqi əsasa söykənməyən ziddiyyətli ifadələrinə, həmçinin onun məsuliyyətdən yayınmasında maraqlı şəxslər olan qonşuları əlavə şahidlərin məhkəmədəki ifadələrinə, eləcə də iş üzrə toplanmış mötəbər sübutlarla təkzib olunan öz subyektiv mülahizələrinə və ehtimallara əsaslanmaqla, digər tərəfdən məhkəməyədək icraat zamanı toplanmış və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutları sübut kimi qəbul etməməklə onun təqsirinin sübuta yetirilməməsi kimi işin faktiki hallarına uyğun olmayan səhv nəticəyə gəlmiş, bununla da işin halları məhkəmə tərəfindən təqsirləndirilən şəxsin xeyrinə təhrif olunmuşdur. Apellyasiya məhkəməsi öz hökmündə birinci instansiya məhkəməsinin X4 təqsirli bilib məhkum edərkən konkret sübutlara deyil, mötəbər olmayan, ziddiyyətli və yolverilməz sübutlara əsaslanaraq yekun qərar qəbul etməklə yanlış nəticəyə gəlməsini qeyd edərək səhv nəticəyə gəlmişdir. Birinci və apellyasiya instansiya məhkəmələrində tədqiq edilmiş Zərərçəkmiş şəxs, şahidlər Şahid1, Şahid2, Şahid4, Şahid5, Şahid6 və başqalarının ifadələri, baxış və digər istintaq hərəkətlərinin protokolları, ekspertiza rəyləri və digər sü butlarla X2 ittiham olunan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə bəraət hökmünü çıxararkən mövqeyini onunla əsaslandırmışdır ki, Məmmədov Əlibaİa Şirəli oğlu hadisə zamanı Zərərçəkmiş şəxs tərəf daş parçası atmamış, zərərçəkmiş şəxsin sağ əl barmağına yetirilmiş xəsarət etirazçılar arasında olan qadınlardan birinin atdığı ağacın dəyməsi nəticəsində yaranmışdır. Məhkəmə bu nəticəyə gələrkən yalnız təqsirləndirilən şəxs Əlibala Məmmədovun məhkəmədəki ifadəsinə və onun qonşuları olan əlavə şahidlərin məhkəmədəki ifadələrinə istinad etmişdir. Halbuki, Zərərçəkmiş şəxs həm ibtidai istintaqın və həm də məhkəmə istintaqının əvvəlindən sonunadək verdiyi bütün ifadələrində həmin vaxt Əlibalanın butulkanın qapağını açıb içərisindəki benzin məhlulunu onun üzərinə səpdiyini və sonr a daş parçasını götürüb onun sağ əlinin barmağına vurduğunu göstərmişdir. Bundan başqa, iş üzrə şahidlər Şahid1, Şahid2, Şahid4, Şahid5, Şahid6 və digərləri də ifadələrində həmin vaxt Əlibala Məmmədovun plastik butulkanı götürüb qapağını açıb içərisindəki məhlulu Zərərçəkmiş şəxs üzərinə səpdiyini, sonra Əlibalanın yerdən daş götürüb Şaiqə atdığını və daşın Şaiqin əlinə dəydiyini göstərmişlər. Həmçinin təqsirləndirilən şəxs X2 özü də ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində heç bir təsir-təzyiq göstərilmədən müdafiəçinin iştirakı ilə verdiyi ifadələrində törətdiyi cinayət əməli barədə tam təfsilatı ilə etirafedici ifadələr vermiş, o cümlədən həmin ifadələrində həmin vaxt benzini özünə səpəndə Şaiqin də yaxınlaşdığını və benzindən Şaiqə də səpdiyini, sonra əsəbiləşi b yerdən daş götürüb Şaiqə tərəf atdığını və daşın Şaiqin qoluna dəydiyini göstərmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxsin özünün, zərərçəkmiş şəxsin və şahidlərin ibtidai istintaqı zamanı və birinci instansiya məhkəməsində verdikləri ifadələri ilə, eləcə də digər iş materialları ilə təqsirləndirilən şəxs Əlibaİa Məmmədovun həmin vaxt yerdən daş götürüb Zərərçəkmiş şəxs atdığı və daşın Şaiqin əlinə dəydiyi tamamilə təsdiq olunmuşdur. İbtidai istintaq zamanı dindirilmiş şahidlərin heç biri həmin vaxt orada qadınların olması, həmin qadınlardan birinin Zərərçəkmiş şəxs ağac atması və ağacın Şaiqin əlinə dəyməsi barədə heç nə deməmişlər. Həmin halı yalnız Əlibala Məmmədovun qonşuları olan əlavə şahidlər məhkəmədəki ifadələrində göstərmişlər. Bundan başqa, məhkəmə kollegiyası qeyd olunan gedişatda Əlibala Məmmədovun xuliqanlıq hərəkətləri etməməsi, onun Zərərçəkmiş şəxs kənd sakinləri üçün yaratdığı dözülməz həyat şəraitinə, qanuni yollarla etdiyi bütün şikayətlərin heç bir nəticəsi olmamasına, Zərərçəkmiş şəxs öz qanunsuz fəaliyyətini daha qərəzli şəkildə davam etdirməsinə, hadisə baş verən gündən başlayaraq isə onun bu hərəkətləri artıq polisin mühafizəsi altında davam etdirməsinə etiraz olaraq özünə qəsd etmək istəməsi kimi əsassız qənaətə gəlmiş, bununla da Əlibala Məmmədova onun xuliqanlıq cinayətini törətməsinə dair əsassız ittiham verilməsini əsaslandırmağa çalışmışdır. Məhkəmə bu nəticəyə gələrkən yalnız təqsirləndirilən şəxs Əlibala Məmmədovun məhkəmədəki ifadəsinə və onun qonşuları, onun məsuliyyətdən yayınmasında maraqlı şəxslər olan əlavə şahidlərin məhkəmədəki ifadələrinə istinad etmişdir. Apellyasiya məhkəməsi isə təqsirləndirilən şəxs Əlibala Məmmədovun ibtidai istintaq zamanı verdiyi ifadəsini, eləcə də zərərçəkmiş şəxsin və şahidlərin ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində verdikləri ifadələrini deyil, yalnız təqsirləndirilən şəxs Əlibala Məmmədovun sonradan dəyişdiyi məhkəmədəki ziddiyyətli ifadəsini və əlavə şahidlərin məhkəmədəki ifadələrini sübut kimi qəbul etmişdir. Bundan başqa, məhkəmə kollegiyası X2 təqsirinin sübuta yetirilməməsinin əsaslarından biri kimi, iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələrinin mötəbərliyinin şübhə doğurması, ona görə də onların ifadələrinin sübut kimi qəbul edilməsinin yolverilməz olduğunu göstərmiş və bununla da Əlibala Məmmədova qərəzli olaraq ittiham verildiyi t əəssüratını yaratmağa çalışmışdır. İşin hallarından göründüyü kimi, iş üzrə dindirilmiş şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə X2 törətdiyi cinayət əməli təsdiq olunduğu halda, apellyasiya instansiyası məhkəməsi iş materiallarında belə mötəbər sübutların olmasına məhəl qoymamış və formal mülahizələrə əsaslanmaqla X2 əməlində cinayət tərkibi olmaması əsası ilə ona bəraət verməklə cinayət qanunu normasını düzgün tətbiq etməmiş və işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmamışdır. Məhkəmə kollegiyası yalnız təqsirləndirilən şəxsin mənafeyi baxımından çıxış etmiş, guya onun əməlində cinayət tərkibi olmaması kimi digər sübutlarla təsdiq olunmayan əsassız nəticəyə gəlmişdir. Belə olan halda məhkəmə kollegiyasının X2 əməlində cinayət tərkibi olmaması barədə gəldiyi nəticə əsassız olmuşdur. Belə ki, iş üzrə toplanmış və məhkəmələrdə tədqiq edilmiş təkzibedilməz sübutlarla müəyyən olunur ki, X6 ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət olunan hərəkətlər edərək silah qismində istifadə etdiyi əşya ilə Zərərçəkmiş şəxs əl nahiyəsindən vuraraq ona bədən xəsarətləri yetirməklə xuliqanlıq etmişdir. Məhkəmə kollegiyası bu nəticəyə gələrkən iş üzrə toplanılmış obyektiv və mötəbər sübutlara deyil, silah qismində istifadə olunan əşyadan istifadə etməklə xuliqanlıq cinayət əməlini törətmiş Əlibala Məmmədovun cinayət məsuliyyətindən yaxa qurtarm aq üçün həqiqəti əks etdirməyən ifadələrindəki alibisini inandırıcı və əsas sübut kimi qəbul edib onu cinayət məsuliyyətindən əsassız olaraq kənarda qoymuşdur. X1 işin faktiki hallarına uyğun olmayan özünü müdafiə xarakterli bu ifadələri iş üzrə toplanmış mötəbər sübutlarla təkzib olunur. Ona görə də, məhkəmə Əlibala Məmmədovun özünü təqsirli bilməməsi ilə bağlı verdiyi ifadələrə, yəni həmin vaxt xuliqanlıq hərəkətləri etməməsi, Zərərçəkmiş şəxs üzərinə benzin tökməməsi, ona daş parçası atmaması və ona xəsarət yetirməməsi və buna dair gətirdiyi dəlillərə tənqidi yanaşaraq, bu dəlilləri məhkəmə istintaqında tədqiq olunmuş sübutlar, o cümlədən təqsirləndirilən şəxsin özünün ibtidai istintaq zamanı verdiyi ifadələri, zərərçəkmiş şəxsin ifadələri, şahid ifadələri, işin müəyyən edilmiş halların a dair baxış və digər istintaq hərəkətlərinin protokolları, ekspertiza rəyləri və digər sübutlar ilə müqayisəli təhlil edib, qeyd olunanlarla Əlibala Məmmədovun gətirdiyi dəlillərin təkzib olunduğunu nəzərə alaraq, onun bu xüsusat üzrə verdiyi ifadələri həqiqətə uyğun gəlməyən və cinayət işi materialları ilə təkzib edilən ifadə kimi qiymətləndirməlidir. Eləcə də, birinci instansiya məhkəməsində dindirilmiş əlavə şahidlərin ifadələri də səmimi ifadə kimi qəbul edilməməlidir. Belə ki, həmin şahidlər təqsirləndirilən şəxs Əlibaİa Məmmədovun qonşuları olmaqla onun cinayət məsuliyyətindən yayınmasında maraqlı olan şəxslər olmuşlar. Ona görə də onların həmin ifadələri işin faktiki hallarına uyğun gəlmədiyi qənaətinə gəlinərək qonşuları Əlibala Məmmədovu cinayət məsuliyyətindən kənarda qoymaq cəh di kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiy mət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət və cinayət prosessual qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protestinin başlıca dəlili məhkəmə istintaqı nəticəsində X5 Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə bəraət verilməsinin qanunsuz olmasıdır. Cinayət işi üzrə toplanmış sübutlarla Ə.Ş.Məmmədovun silah qismində istifadə olunun əşyalardan istifadə etməklə xuliqanlıq törətməsi sübuta yetirilmişdir. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərlə bağlı aşağıdakıları göstərməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət-P rosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cina yətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolma masını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. İstintaq orqanı belə nəticəyə gəlmişdir ki, X6 Zərərçəkmiş şəxs qarşı xuliqanlıq motivi ilə cinayət əməli törətmişdir. Belə ki, o, yaşadığı evin yanında fəaliyyət göstərən "xxxx" MMC-nin iş prosesi nəticəsində yaranan yüksək səs və toz səbəbindən dəfələrlə etdiyi şikayətlərin nət icəsiz qalmasını bəhanə edərək müəssisənin direktoru Zərərçəkmiş şəxs zor tətbiq etməklə hədələmiş, həm də daş ataraq sonuncunun əl nahiyəsinə sağlamlığa zərər vurmayan xəsarət yetirmiş, bu hərəkətləri ilə ictimai qaydanı pozmuşdur. Birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutları hərtərəfli araşdıraraq belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxs X3 zərərçəkmiş şəxsə daş ataraq ona xəsarət yetirməsi faktı sübuta yetirilməmişdir. Bu səbəbdən məhkəmə onun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə deyil, 221.1-ci maddəsi ilə tövsif edərək həmin maddə ilə ittiham hökmü çıxarmışdır. Apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları və işin hallarını qiymətləndirərək qənaətə gəlmişdir ki, Ə.Ş. Məmmədov tərəfindən zərərçəkmiş şəxsə qarşı zor tətbiq edilməsi və onun zor tətbiq edilməsi ilə hədələnməsi təsdiq olunmamış, Ə.Ş.Məmmədov öz əməli xuliqanlıq niyyəti ilə deyil, "xxxx" MMC-nin fəaliyyətinə etiraz olaraq törətmişdir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya məhkəməsinin Ə.Ş.Məmmədovun əməlinin qiymətləndirilməsi ilə əlaqədar gəldiyi nəticə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsinə əsasən xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərdir. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlərdir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən e dilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. İlk öncə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsinin Ə.Ş.Məmmədovun zərərçəkmiş şəxsə daş atması və onu zor tətbiq edilməsi ilə hədələməsi sübutlarla təsdiq edilməməsinə dair nəticəyə gəlməsi əsaslı olmuşdur. Belə ki, Zərərçəkmiş şəxs öz ifadəsində Ə.Ş.Məmmədovun ona daş ataraq əlinə xəsarət yetirməsi və üzərinə hücum edib butulkadan benzin səpməklə öldürməklə hədələməsi barədə göstərsə də, onun bu ifadəsi həm Ə.Ş.Məmmədovun ifadəsi, həm də hadisə yerində olmuş şahidlər Şahid1, Şahid2, Şahid6 və E.U.Ağayevin məhkəmə iclasında verdikləri ifadələri ilə təkzib olunmuşdur. Zərərçəkmiş şəxs əl nahiyəsindən alınmış xəsarətlə əlaqədar məhkəmə iclasında dindirilmiş Şahid4 göstərmişdir ki, hadisə vaxtı müəssisənin ərazisinə kənddən çoxlu qadın və kişilər gəlmişlər. Onlar daş və ağac parçaları atmışlar. Bir qadının atdığı ağac parçası Zərərçəkmiş şəxs qoluna deymişdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli, 1 saylı qərarının 2-ci bəndində göstərilir ki, cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərilməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Xuliqanlıq cinayətinin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri i lə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Konstitusiya Məhkəməsi Plenumu bir neçə qərarlarında göstərmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsində göstərilən əməl subyektiv cəhətdən ictimai qaydanın məhz xuliqanlıq motivi ilə kobud surətdə pozulması niyyətində ifadə olunur. Belə ki, təqsirkarın, şəxslər üzərində zor tətbiq etməklə və ya əmlakı məhv etmək yaxud zədələməklə ictimai qaydanı pozduğunu və cəmiyyətə açıq hörmətsizlik etdiyini dərk etməsi və bunu arzulaması, yalnız o halda cəmiyyət və ictimai qayda əleyhinə yönələn hərəkət kimi qiymətləndirilə bilər ki, bu əməl xuliqanlıq motivindən irəli gəlsin və şəxsi münasibətlər zəminində törədilməmiş olsun. Təhqir, xəsarət yetirmə, sağlamlığa zərər vurma və şəxsi-qərəzçilik münasibətlərinə əsaslanan, məişətdə və ya istehsalatda ailə üzvlərinə, qohumlara, tanışlara və ya həmkarlara qarşı törədilən digər əməllər yalnız o zaman xuliqanlıq cinayət tərkibini yarada bilər ki, onlarda ictimai qaydanı kobud surətdə pozmağa dair qəsd əlamətləri olsun. Təqsirkar şəxsin digər cinayət-hüquqi mühafizə obyektlərinə (şəxsiyyət, mülkiyyət və s.) qarşı hərəkəti o halda xuliqanlıq kimi tövsif oluna bilər ki, bu hərəkətlər həmin şəxs tərəfindən birbaşa ictimai münasibətlərin kobud pozuntusu ilə müşayiət olunsun. Bu hüquqi mövqe xüsusi ilə Konstitusiya Məhkəməsi Plenumunun B.Yusifovanın şikayəti üzrə 2006-cı il 1 7 fevral tarixli qərarında da əks olunmuşdur. Belə ki, həmin qərarda vurğulanmışdır ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. İşin hallarından görünür ki, Lənkəran rayonunun Təngivan kənd sakinləri, o cümlədə hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Ə.Ş.Məmmədov uzun müddət həmin kənddə normal yaşayış şəraitini pozan "xxxx" MMC-in fəaliyyətinə qarşı etiraz etmiş və şikayətlər yazmışlar. Lakin uzun müddət onların şikayətlərinə baxılmamış və "xxxx" MMC öz fəaliyyəti davam etmişdir. Hadisə günü müəssisənin ərazisinə Ə.Ş.Məmmədov tək gəlməmiş, onunla birlikdə digər kənd sakinləri də gəlmiş və etiraz edərək müəssisənin fəaliyy ətinin dayandırılmasını tələb etmişlər. Göründüyü kimi Ə.Ş.Məmmədov hadisə yerinə ictimai qaydanı pozmaq və cəmiyyətə hörmətsizlik edən hərəkət etmək məqsədi ilə gəlməmiş, onun hərəkətləri ictimai qaydanın pozulmasına yönəlməmiş, o müəssisənin fəaliyyətinin davam etdirilməsinə etiraz etmək niyyəti ilə oraya daxil olan yük avtomaşınlarının yoluna oturaraq, onların hərəkətlərinə mane olmuşdur. Polis əməkdaşları onun bu hərəkətlərinin qarşısını alan zaman etiraz olaraq özünə benzin töküb yandırmağa cəhd etmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin Lənkəran rayonu Təngivan kənd sakini Şahid3 ünvanlanmış 24 dekabr 2022-ci il tarixli məktubundan da görünür ki, Lənkəran rayonu, Təngəvan kənd ində fəaliyyət göstərən "xxxx" MMC-nin qanunsuz qazıntı işləri aparması ilə bağlı akt və protokollar tərtib olunaraq tədbir görülməsindən ötrü Lənkəran Rayon Məhkəməsinə göndərilmişdir. Lakin Lənkəran Rayon Məhkəməsində iş üzrə icraata xitam verilmişdir. Eyni zamanda işə hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir. Hazırda bununla bağlı Baş Prokurorlu yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsində cinayət işi açılmışdır. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən işin hallarını nəzərə alıb hesab edir ki, apellyasiya məhkəməsi müdafiə tərəfinin verdiyi apellyasiya şikayəti ilə razılaşaraq əsaslı olaraq nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxs Ə.Ş.Məmmədovun əməlində xuliqanlıq cinayətin bütün tərkib elemetləri mövcud deyil, birinci instansiya məhkəməsinin onun barəsində olan ittiham hökmü qanuni hesab edilə bilməz. Həmçinin, məhkəmə kollegiyasının qənaətinə görə, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişlər ki, Zərərçəkmiş şəxs ifadələri digər sübutlarla təkzib olunduğundan, təqsirləndirilən şəxs tərəfindən zərərçəkmişə qarşı zor tətbiq edilməsi barədə ittihamın hissəsi də sübuta yetirilmiş hesab edilə bilməz. Həm də qeyd olunmalıdır ki, təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə qarşı zor tətbiq edərək xəsarət yetirilməsi ilə əlaqədar kassasiya şikayətinin dəlilləri apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq protestinin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dai r nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Azərbaycan Respublikası CPM-in 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiy ası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutları məcmu halda qiymətləndirərək və sadalanan qanunvericilik normalarına əsaslanaraq düzgün olaraq belə nəticəyə gəlmişdir ki, X2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibini yaratmır. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsirliyinin sübuta yetmədiyi müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Azərbaycan Respublikası CPM-in 42.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsin əməlində cinayət tərkibinin olmadığı müəyyən edildiyi halda onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya məhkəməsi cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, cinayət təqibi üzrə toplanmış sübutları və iş hallarını düzgün qiymətləndirmiş və X2 əməlində cinayət tərkibinin olmamasını müəyyən edərkən bunu kifayət qədər əsaslandırmışdır. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin X6 barəsində bəraət hökmünün ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin “Barbara, Messege və Habordo İspaniyaya qarşı” işindəki hüquqi mövqeyə görə təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar. Sübut etmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndiri lən şəxsin xeyrinə həll edilməlidir. Bu baxımdan da məhkəmə kollegiyası bəraət hökmünü qüvvədə saxlamış apellyasiya instansiyası məhkəməsinin mövqeyini düzgün hesab edir. Beləliklə, kassasiya protestində qeyd edilmiş dəlillər iş materialları ilə ziddiyyət təşkil etdiyindən məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq protestin təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 noyabr 2024-cü il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: X2 barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 noyabr 2024-cü il tarixli qə rarı dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-990/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-990/2025
30.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver