Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-991/2019 02.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, bəraət almış şəxs X5, müdafiəçi X15, Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin nümayəndəsi X16 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon M əhkəməsinin 30 may 2017-ci il tarixli hökmü ilə X7 CMnin 263.2-ci maddəsi ilə bəraət verilməsi barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 mart 2019-cu il tarixli qərarından Dövlət ittihamçısı1 tərəfindən verilmiş kassasiya protestinə, Zərərçəkmiş şəxs və nümayəndəsi X26 tərəfindən birgə verilmiş kasassiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim: Rəhimov Elmar Eldar oğlu) 30 may 2017-ci il tarixli hökmü ilə xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, ünvan 1 ünvanda yaşayan X12, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsilə təqsirsiz bilinərək ona bəraət verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Koll egiyasının 01 noyabr 2017-ci il tarixli qərarı ilə apellyasiya protesti və zərər çəkmiş şəxsin apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin X5 haqqındakı 30 may 2017-cı il tarixli, hökmü apellyasiya protestinə və zərər çəkmiş Zərərçəkmiş şəxsun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 noyabr 2017-ci il tarixli qərarından dövlət ittihamçısı Ceyhun Əliyev kassasiya protesti, Zərərçəkmiş şəxs və nümayəndəsi X26 birgə kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının hakimlər: Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Seyfəliyev Əli Səlim oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə) 13 iyun 2018-ci il tarixli qərarı ilə dövlət ittihamçısı Ceyhun Əliyevin kassasiya protesti, Zərərçəkmiş şəxs və nümayəndəsi X16 birgə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət X1 barəsində olan 01 noyabr 2017-ci il tarixli, qərarı ləğv edilmiş, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir Hökmdən Zərərçəkmiş şəxs və nümayəndəsi X26 tərəfindən birgə verilmiş apelyasiya şikayətinə və dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Məmmədov Namiq Eyyub oğlu (sədrlik edən və məruzəçi), Bayramov Əmir Novruz oğlu və Qasımov Əflatun İbrahim oğlundan ibarət tərkibdə) 04 mart 2019-cu il tarixli qərarı ilə apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyi şdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 mart 2019-cu il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti, Zərərçəkmiş şəxs və nümayəndəsi X26 birgə apellyasiya şikayəti verərək qərarın ləğv edilərək cinayət işinə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasını xahiş etmişdir. İşin halları: X12 ittiham olunmuşdur ondan ötrü ki, o, 22 may 2016-cı ildə saat 17 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “FORD ESCAPE minik” markalı ** CK *** dövlət qeydiyyat nişanlı avtomaşınla Səbail rayonunda Salyan Şosesi, Bibiheybət qəsəbəsi istiqamətindən “Bayraq meydanı” istiqamətində 80-90 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 69-cu maddəsinin 7-ci his səsinin 1-ci bəndinin, 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini kobud surətdə pozaraq, öz hərəkət yolu ilə hərəkəti təmin etməli, hərəkət hissəsini əks istiqamətli nəqliyyat axınlarından ayıran 1.3 üfüqi nişanlanma xəttini kəsib keçərək avtomobili qarşıdan əks istiqamətdə hərəkətdə olan nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmuş qarşı sol hərəkət hissəsinə çıxararaq hərəkət üçün təhlükə yaratmamalı, avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saatdan yüksək, 80-90 km/saat sürətlə idarə etməməli olduğu halda, buna riayət etməmiş, idarə etdiyi avtomaşınla Salyan Şosesi ilə Bibiheybət qəsəbəsi istiqamətindən “Bayraq meydanı” istiqamətində olan orta qoşa xətti keçib əks yola daxil olduqdan sonra həmin yolda, yəni Səbail rayonunda Salyan şossesi, 2 0-ci yaşayış sahəsində yerləşən “xxxx” Açıq Səhmdar Cəmiyyətinə məxsus 118 saylı yarımstansiyaya yaxınlaşmağa təxminən 150 metr qalmış, Bibiheybət qəsəbəsi istiqamətində orta qoşa xətdən sağda birinci yolla 50-60 km/saat sürətlə hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Mazda CX-9” markalı ** DX *** dövlət qeydiyyat nişanlı avtomaşınla 5-10 dərəcə bucaq altında toqquşması nəticəsində ehtiyatsızlıqdan, “MAZDA CX-9 minik” markalı ** DX *** dövlət qeydiyyat nişanlı avtomaşında olan sərnişin X2 İİ-İİİ-İV-V qabırğaların ön qoltuq xətti üzrə yerdəyişmiş sınıqları, sağ ağ ciyərin kontuziyası (əzilməsi), sağ böyrəkətrafı yumşaq toxumalarda geniş qansızmalar, sağ bud sümüyünün aşağı 1/3-nin, sağ diz qapağının və diz oynağının oynaq daxili, qapalı, qəl pəli, yerdəyişmiş sınıqları, sifətin, döş qəfəsinin, qarının və ətrafların çoxsaylı qançır və sıyrıqları ilə müşayiət olunan bədənin küt travması, ağır dərəcəli travmatik şok ilə müşayiət olunan sağlamlığa ağır zərər vuran xəsarətlərdən ölməsinə, həmin maşında olan sərnişin X14 bazu sümüyünün yuxarı 1/3-nin qapalı, yerdəyişmiş sınığı, sağ bazu oynağının bayır səthinin, sağ çiyinüstü nahiyənin və döş qəfəsinin ön səthinin sağ yarısının sıyrıqları ilə müşayiət olunan dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən bədən xəsarəti almasına, həmin avtomaşında olan sürücü Zərərçəkmiş şəxs döş qəfəsinin ön səthinin sağ yarısının, qarının sağ yan divarının qançırları, sağ və sol qasıq nahiyələrinin sıyrıqları, sol baldırın yuxa rı 1/3-nin iç səthinin qançırı və ön iç səthinin sıyrığı ilə müşayiət olunan dərəcəsi təyin edilməyən, sağlamlığa zərər vurmayan bədən xəsarəti almasına, “FORD ESCAPE” minik markalı ** CK *** dövlət nömrə nişanlı avtomaşında olan sərnişin X3 budun travmatik çıxığı, sağ sirkə kasasının damının, arxa kənarının və dibinin qəlpəli oynaqdaxili yerdəyişən sınığı, sol sirkə kasasının arxa-aşağı kənarının sınığı, solda V daraq sümüyünün boyunun yerdəyişən sınığı ilə müşayiət olunan dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən bədən xəsarəti almasına, eləcədə Zərərçəkmiş şəxs məxsus “MAZDA CX-9” minik markalı ** DX *** dövlət qeydiyyat nişanlı avtomaşının zədələnməsi nəticəsində Zərərçəkmiş şəxs 17.629,0 (on yeddi min altı yüz iyirmi doqquz) manat məbləğində maddi ziyan dəyməsinə səbəb olmuşdur. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən qərar qəbul edilərkən sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmişdir. Apellyasiya instansiya məhkəməsi dövlət ittihamçısının apellyasiya protestində gətirilmiş dəlilləri lazımınca araşdırmadan və iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 iyun 2018-ci il tarixli qərarında göstərilən halları ətraflı və obyektiv araşdırılmasını təmin etmədən bəraət hökmünü dəyişdirmədən saxlamış, bununlada birinci instansiya məhkəməsinin yol verdiyi pozuntuları təkrarlamışdır. Özündə mötəbər dəlilləri əks etdirən X3, X5, Zərərçəkmiş şəxs və X 2nin ibtidai istintaq və məhkəmə baxışı zamanı verdikləri ifadələri, habelə məhkəməyədək icraat zamanı dindirilmiş X2in ifadəsi cinayət prosessual qanunvericiliyin tələblərinə əməl edilməklə əldə edildiyindən və özündə hadisənin cinayət olmasını, törədilmiş əməldə cinayətin əlamətlərinin mövcudluğunu, bu əməlin X1 tərəfindən törədilməsini, onun təqsirli olmasını, bütövlükdə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən halları göstərdiyindən cinayət təqibi üzrə sübut kimi qəbul olunmalıdır. Lakin məhkəmə kollegiyasının sübut kimi qəbul etməkdən imtina etdiyi şahid ifadələrinə münasibətdə də sübutları tam, hərtərəfli və obyektiv yoxlanılmasına dair qanunvericiliyin tələblərinə əməl etməmişdir. Qeyd olunanlara əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 mart 2019 -cu il tarixli qərarı ləğv edilməsini, işi yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs və nümayəndəsi kasassiya şikayətində qeyd etmişdir ki, məhkəmələr tərəfindən şahid ifadələri və maddi sübut olan video görüntüyə heç bir qiymət verilməmiş, qəza ilə bağlı məqamlar düzgün araşdırılmamışdır. İş üzrə bütün şahidlərin verdikləri ifadələr, video görüntü, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxs X2nin ifadələri birmənalı olaraq hadisənin X1 tərəfindən törədilməsini sübuta yetirsə də, istər birinci instansiya məhkəməsi, istərsə də, apellyasiya instansiyası iş üzrə sübut növlərindən biri kimi çıxış edən Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokol və ona əlavə edilmiş sxemin qanunvericiliyin tələblərinə zidd tərtib olunduğu qən aətinə gələrək sübut növü kimi qəbul etməmiş, nəticədə əsassız bəraət hökmü çıxarılmışdır. Göstərilənləri nəzərə alarq Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 mart 2019-cu il tarixli qərarının ləğv edilməsini, iş yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya protestinin və kassasiya şikayətinin təmin edilməsi barədə dövlət ittihamçısının, zərərçəkmiş şəxsin və nümayəndəsinin, kassasiya protestinin və kassasiya şikayətinin təmin edilməməsi barədə müdafiəçinin və bəraət almış şəxsin çıxışlarını dinləyib hesab edir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 mart 2019-cu il tarixli qərarı ləğv edilərək cinayət işi yeni apelyasiya baxışına təyin edilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya müraciətlərinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyas iya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, hesab edir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilməli, cinayət işi yeni apelyasiya baxışına təyin edilməlidir. Apellyasiya məhkəməsi X6 “ford Escape” markalı avtomobilini idarə edərkən sürət həddini aşması, xüsusilə də yolu əks hərəkət zolaqlarına ayıran orta qoşa xətti kəsib qsrşı hərəkət zolağına çıxması və toqquşmanın əks istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Mazda –CX-9” markalı avtomobilinin hərəkətdə olduğu zolaqda baş verməsi,Ocaqnavin Fərhadın” Yol hərəkəti haqqında “ Azərbaycan Respublikası Qanunun tələblərini pozması, onun əməlində cinayət tərkibinin olması və cinayə tə aidiyyatının sübuta yetirilməməsi nəticəsinə gəlmişdir. Köllegiya qeyd edir ki, cinayət və cinayət prosessual qanunvericiliyin müddəalarına görə Məhkəmələrin iş üzrə düzğün qərar qəbul etməsinin əsasını töplanmış sübutların tam, hərtərəfli və obyektiv tədqiq edilməsi, müəyyən etdiyi halların tədqiq etdiyi sübutlara uyğun gəlməsi, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndilməsi təşkil edir. Kollegiya işin hallarına əsasən hesab edir ki, sübutlar məhkəmələr tərəfindən Azərbaycan Respublikasının CPM-nin 143-146-cı maddələrinə müvafiq tədqiq edilməmişdir.Məhkəmənin iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun deyil. Zərərçəkimiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 22 may 2016-cı ildə saat 17:00 radələrində özünə məxsus olan “MAZDA CX-9” minik markalı ** DX *** dövlət qeydiyyat nişanlı avtomaşınla Nizami rayonu, 8-ci km qəsəbəsində olan maşın bazarından maşınına lazım olan əşyaları alandan sonra bazardan çıxmış, həmin zaman maşınında qabaq oturacaqda mərhum motorist-çilingər Mişa kimi tanıdıqları X11, arxa oturacaqda isə tanışı X31 əyləşmişdir. Hər üçü yaşadıqları Qaradağ rayonu, Sahil qəsəbəsinə tərəf getməyə başlamış, avtomobili də özü idarə etmişdir. Avtomobillə Səbail rayonu, Salyan yolu, Bibiheybət istiqamətində saat təxminən 17:40 radələrində orta qoşa xətdən sağda birinci yolla təxminən 50-60 km/saat sürətlə hərəkət etmiş, həmin zaman döngəni yeni dönmüşdür. Öz yolu ilə, yəni orta qoşa xəttin sağı ilə hərəkət edən zaman qarşısında avtomobil olmamış, sağında isə “Mitsubishi Pikap” markalı avtomobil hərəkət etmişdir. Hərək ətdə olan zaman qarşı əks yolda, yəni orta qoşa xətdən solda, Bibiheybət yolu istiqamətindən Bayraq meydanı istiqamətində hərəkət edən 2 ədəd markasını və dövlət qeydiyyat nişanı bilmədiyi qara rəngli sedan markalı avtomobillərin dalbadal gəldiklərini görmüş və həmin avtomobillərin arxasından təxminən 10-12 metrdən, 80-90 km/saat sürətlə hərəkətdə olan qara rəngli “FORD ESCAPE” markalı avtomobil ötmə əməliyyatını edərək onun yoluna daxil olaraq düz üstünə gəlmişdir. O, qarşısındakı avtomobili vurmamaq üçün onun yoluna çıxmış və o, hadisədən sovuşmaq üçün əyləci basmış, siqnaldan istifadə edib maşını sola çəkmək istəsə də, hadisədən heç cür sovuşa bilməmişdir. Nəticədə həmin “FORD ESCAPE” markalı avtomobilin qabaq sağ tərəfi ilə onun avtomobilinin qabaq sağ tərəfi toqquşmuşdur. Bundan sonra hər iki maşın fırlanıb əks yola keçərək dayanmışdır. Hadisəyə səbəb “FORD ESCAPE” markalı avtomabilin sürücüsü X1 olmuşdur. O, sürət həddini aşmaqdan başqa, qarşısında olan avtomobilləri soldan keçərək qarşı əks yola, yəni onun yoluna daxil olaraq qəza şəraiti yaratmaqla avtomobilin qabaq sağ hissəni vurmuş, yəni avtomobilin ortası onun avtomobilinin sağından dəymişdir. Həmin “FORD ESCAPE” markalı avtomobilin onun yoluna daxil olmasını 10-12 metrdən görsə də, avtomobilin sürəti 80-90 km/saat olduğundan, əyləcdən istifadə edib avtomobili sola qaçırmaq istəyinə baxmayaraq, hadisədən heç cür sovuşa bilməmiş, “FORD ESCAPE” markalı avtomobili onun avtomobilini vurması nəticəsində o, dostu X2 xəsarət almış, X11 isə ölmüşdür. Avtomobilin yararsız hala düşməsi nəticəsində ona16.000 manat maddi zərər dəymişdir Zərərçəkimiş şəxs X31 ifadəsində göstərmişdir ki, o, 22 may 2016-cı il tarixdə saat 17:00 radələrində dostu Zərərçəkmiş şəxs məxsus olan “MAZDA CX-9” minik markalı ** DX *** dövlət qeydiyyat nişanlı avtomobil Səbail rayonu, Salyan yolu, Bibiheybət istiqamətində saat təxminən 17:40 radələrində orta qoşa xətdən sağda birinci yolla təxminən 50-60 km/saat sürətlə hərəkət etmiş, həmin zaman X3 döngəni yeni dönmüş və öz yolu ilə hərəkətdə, yəni orta qoşa xəttin sağı ilə hərəkət edən zaman qarşısında avtomobil olmamış, sağlarında isə “Mitsubishi Pikap” markalı avtomobil hərəkət etmişdir. Zərərçəkmiş şəxs öz yolu ilə hərəkətdə olan zaman o, görmüş ki, qarşı əks yoldan, yəni orta qoşa xətdən solda, Bibiheybət yolu istiqamətindən Bayraq meydanı istiqamətində hərəkət edən 2 ədəd avtom obillər dalbadal hərəkət etmişlər, həmin iki avtomobilin arxasından təxminən 10-12 metrdən, 80-90 km/saat sürətlə hərəkətdə olan qara rəngli “FORD ESCAPE” markalı avtomobil ötmə əməliyyatını həyata keçirib onların yoluna daxil olaraq düz üstlərinə sürmüş, hətta həmin zaman o, və mərhum Makroquz qışqırmışlar ki, bu avtomobil bizi vurur. Bundan sonra, Zərərçəkmiş şəxs hadisədən qaçmaq üçün əyləci basmış və siqnaldan istifadə edib avtomobili sola çəkmək istəsə də, hadisədən heç cür sovuşa bilməmiş, nəticədə həmin “FORD ESCAPE” markalı avtomobilin qabaq tərəfi ilə Zərərçəkmiş şəxs avtomobili toqquşmuşdur. Hadisənin səbəbkarı həmin “FORD ESCAPE” markalı avtomobilin sürücüsü olmuşdur. Sürücü sürət həddini aşmaqdan da başqa, qarşısında olan avtomobilləri soldan keçərək qarşı əks yola, daxil olara q qəza şəraiti yaratmaqla avtomobil ön hissəsi ilə Zərərçəkmiş şəxs avtomobilinin qabaq sağ hissəsini vurmuşdur. X9 ifadəsində göstərmişdir ki, 22 may 2016-cı ildə saat təxminən 17:40 radələrində özünə məxsus olan “MİTSUBİSHİ L-200” minik markalı ** SH *** dövlət nömrə nişanlı avtomobillə Səbail rayonu, Salyan yolu, Bibiheybət istiqamətində saat təxminən 17:40 radələrində orta qoşa xətdən sağda ikinci yolla hərəkət edərkən qarşında heç bir maşın hərəkət etməmiş, ondan azacıq arxada, orta qoşa xəttin sağı ilə birinci yolla Bibiheybət istiqamətində qara rəngli “Mazda” markalı maşın hərəkət etmişdir. O, hərəkətdə olan zaman qarşı əks yoldan, yəni Salyan yolu, Bayraq meydanı istiqamətində təxminən 80-90 km/saat sürətlə hərəkətdə olan qara rəngli “FORD ESCAPE” markalı maşın ötmə əməliyyatını hə yata keçirib qarşısından əks yolda olan dövlət nömrə nişanını bilmədiyi təxminən iki maşının solundan keçib onun hərəkətdə olduğu yola daxil olmuş, hadisədən sovuşmaq üçün avtomobili yolun sağına tərəfə çəkmiş həmin “FORD ESCAPE” markalı avtomobil isə onun yoluna daxil olduğundan ondan arxada hərəkət edən qara rəngli “Mazda” markalı maşınla orta qoşa xəttin sağında, yəni həmin “Mazda” markalı avtomobilin hərəkət etdiyi yolunda orta qoşa xəttin yanında toqquşmuş, lakin toqquşma anı ondan bir az arxada baş verdiyindən bilavasitə hadisəni görməmişdir. Qara rəngli “FORD ESCAPE” markalı avtomobilindən öz avtomobilini qaçırtmış, avtomobili sağa çəksə də sol yan güzgüdən görmüşdür ki, “FORD ESCAPE” markalı avtomobil “Mazda” markalı avtomobili öz yolunda, yəni orta qoşa xəttin sağında vurmuşdur. V ideo görüntüdə “Mazda” avtomobilinin qarşısında olmasının səbəbi isə öz avtomobilini hadisədən yayındırma nəticəsində yaranması ilə əlaqədardır. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 11 iyul 2016-cı il tarixli 12128 saylı rəyindən görünür ki, “Mazda CX-9” markalı, ** DX *** dövlət qeydiyyat nişanlı və “Ford Escape” ** CK *** dövlət qeydiyyat nişanlı avtomobillərin zədələri rəyin tədqiqi hissəsində təsvir olunmuşdur. Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən ilkin kontakt anında nəqliyyat vasitələri arasında toqquşma “Mazda CX-9” markalı, ** DX *** dövlət qeydiyyat nişanlı və “Ford Escape” ** ÇK *** dövlət qeydiyyat nişanlı avtomobillərin qabaq sağ hissələri arasında təxminən 5-10 dərəcə bucaq altında baş vermişdir. Nəqliyyat vasitələri üzərində olan əziklərin xarakteri, yerləşmə sahələri, deformasiyaların istiqamətləri və sahələri nəzərə alınmaqla ilkin kontakt anında “Mazda CX-9” markalı, ** DX *** dövlət qeydiyyat nişanlı və “Ford Escape” ** CK *** dövlət qeydiyyat nişanlı avtomobillərin birbirinə nəzərən qarşılıqlı vəziyyətləri müəyyən edilir. İlkin kontakt anında nəqliyyat vasitələrinin qarşılıqlı vəziyyətlərindən belə məlum olur “Mazda CX-9” markalı, ** DX *** dövlət qeydiyyat nişanlı və “Ford Escape” ** CK *** dövlət qeydiyyat nişanlı avtomobilin arasında ilkin kontakt anında toqquşma nəqliyyat vasitələrinin qabaq sağ hissələri arasında təxminən 5-10 dərəcə bucaq altında baş vermişdir. İstintaq tərəfindən göstərilmişdir ki, sürücü Zərərçəkmiş şəxs “Mazda CX 9” markalı avtomobil i 1.3 üfüqi nişanlanma xəttinin sağı ilə, yəni ikinci zolaqla 50-60 km/saat sürətlə hərəkət etdirərkən qarşıdan əks istiqamətdə 80-90 km/saat sürətlə hərəkətdə olan “Ford Escape” markalı avtomobilin sürücüsü X1 ötmə əməliyyatı aparmaq üçün hərəkət hissəsini əks istiqamətli nəqliyyat axımlarına ayıran 1.3 üfüqi nişanlanma xəttini kəsib keçərək onun hərəkət yoluna çıxmış və nəqliyyat vasitələri qabaq sağ hissələr ilə “Mazda CX 9” markalı avtomobilin hərəkət yolunda, həmin avtomobilin hərəkət istiqamətində hərəkət hissəsinin sağ kənarından 6.2 metr, 1.3 üfüqi nişanlanma xəttindən 0.8 metrlik məsafədə toqquşmuşlar. Hər iki nəqliyyat vasitəsi texniki cəhətdən saz vəziyyətdə olmuşdur. “Mazda CX-9” markalı avtomobildə 2 nəfər, Ford Escape markalı avtomobildə isə 1 nəfər sərnişin olmuşdur. “Mazda CX-9” markalı avtomobilin Zərərçəkmiş şəxs hərəkəti üçün təhlükə “Ford Escape” markalı avtomobil 1.3 üfüqi nişanlanma xəttini kəsib keçərək onun hərəkət yoluna daxil olduğu andan yaranmışdır və həmin andan toqquşma yerinə kimi “Ford Escape” markalı avtomobil 10-12 metr məsafə qət etmişdir. İş materiallarında olan “Görüntüyə baxış keçirilməsi haqqında" 11 iyun 2016-cı il tarixli protokola əsasən, TS-1 217 (3) saylı kameranın 22.05.2016-cı il tarixli görüntüsü ilə müəyyən olunur ki, saat 17:41:50 saniyədə “Mazda CX-9” markalı ** DX *** dövlət qeydiyyat nişanlı avtomobil sağa dönüb Bibiheybət yolu istiqaməti ilə orta qoşa xəttin sağı ilə yuxarı yoxuşlu yolla hərəkət edir. Saat 17:41:58 saniyədə həmin “Mazda CX-9” markalı avtomobilin sağında ağ rəngli Mitsubishi Pikap markalı avtomobil, arxada boz rəngli “BMW” markalı avtomobil, həmin “BMW” markalı avtomobilinn arxasında yolun sağ kənarında “RENAULT” yük markalı avtomobil hərəkət edir. Saat 17:41:59 saniyədə Mazda CX-9 markalı avtomobil əyləci basılır, avtomobilin arxa işıqları yanır. Saat 17:42:00 saniyədə toqquşma görsənməsə də, toz qalxır. Arxadan hərəkət edən “BMW” markalı avtomaşının sürücüsü avtomobili sağa çəkərək hadisədən sovuşur. “RENAULT” yük markalı avtomobilin yolun sağına verilib dayanır. Görüntüyə baxış zamanı toqquşma yerinin orta qoşa xətdən sağda, Salyan şossesi, Bibiheybət yolu istiqamətində olması aşkar olunur. İş materiallarından görünür ki, məhkəmələr 22 may 2016-cı il tarixli yol nəqliyyat hadisəsi yerinə baxış protokolunu və oma əlavə edilmiş sxemə əsasən verilmiş ekspert rəyini Cinayət-Prosessual Məcəll ənin 125-ci maddəsinin tələbləri baxımından yol verilən və həqiqəti əks etdirən sübutlar kimi qəbul etməkdən imtina etmişdir. Məhkəmə bu zamam qeyd edilən protokol və sxemin, buna əsasən verilmiş 11iyun 2016-cı il tarixli məhkəmə ekspertizası rəyinin məlumatlarını, tərəflərin iştirakı ilə eksperiment keçirməklə və əldə olunmuş məlumatların əsasında təkrar məhkəmə yolnəqliyyat ekspertizası keçirilməsini, bununlada ittihamın həlli üçün mühüm əhəmiyyət kəsb edən halları tam, hərtərəfli və obyektiv araşdırılmasını təmin etməmişdir Qanunvericiliyin tələbinə əsasən ekspert rəyi hər hansı başqa sübut kimi cinayət prosesini həyata kecirən orqan(o cümlədən məhkəmə) tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir.Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsa slandırılmış qərar çıxarılmalıdir.Lakin məhkəmə sübut kimi qəbul etmədiyi 22may 2016-cı il tarixli “Yol nəqliyyat hadisəsi yerinə baxış protokolu və ona əlavə edilmiş sxemə, zərərçəkmiş və şahid ifadələrinə,həmçinin hadisə yerinin videogörüntüsünə müvafiq təhlil etmədən nəticəyə gəlmişdir. Qeyd edilən rəyin verilməsində iştirak etmiş yol nəqliyyat eksperti Quliyev Vüqar yaqub oğlu məhkəmə istintaqında verdiyi ifadəsində təsdüq etmişdir ki, videogörüntülərlə istintaqın nəticəsi arasında ziddiyyət yoxdur.Tədqiqat zamanı şahid ifadələrinə onun tərəfindən qiymət verilməyib. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun”Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının posulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli qərarında,veri lmiş ekspertiza rəylərində ekspertlər qoyulmuş suallara tam cavab vermədikdə və ya tədqiqat aparılmış obyektlərə dair əlavə suallar yarandıqda aparılmış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün məhkəmə ististaqı zamanı tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlar əsasında əlavə ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız(qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda isə-təkrar, zərurət yaranarsa komisyon və ya kompleks ekspertizalarının keçirilməsini təmin edilməsi qeyd edilmişdir. Azərbaysan Respublikasının CPM-nin 28-ci maddəsinin müddəasına görə Məhkəmələr cinayət işinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız bu Məc əlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Həmin Məcəllənin 8.0.3-cü maddəsi cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmanı cinayət mühakimə icraatının vəzifələrindən biri kimi təsbit etmişdir. Göründüyü kimi, şahidlər X3, X2in və X5 həmçinin Zərərçəkmiş şəxs və X2 ifadələrində hadisədən əvvəl “Mazda-CX-9” markalı avtomobilin öz yolu ilə getdiyini, onun öz yolu ilə hərəkətini davam etdirməsi üçün hər hansı bir maneənin olmadığını gördüklərini, toqquşmanının “Mazda-CX-9” markalı avtomobilin hərəkəti zolağında baş verməsini təsdiq etmişdirlər. Məhkəmələr həmin ifadələrə şübhə ilə yanaşıb onları mümkün olmayan sübut kimi qiymətləndirmiş və CPM-nin 125.2-ci maddəsinə istinad etməklə sübu t kimi qəbul etməmişdir. Qeyd edilən şahidlərin ifadələrini hansı əsaslsrla məhkəmələr tərəfindən əhəmiyyətsiz hesab edilməsi anlaşılmazdır.Məhkəmələrin mövqeyi işin obyektiv halları ilə uzlaşmır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrnin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarına əsasən, ədalət mühakiməsi vəzifələrini yerinə yetirərkən məhkəmə hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə əhəmiyyət daşıyan halları aydınlaşdırmalı, bunun üçün də təqsirləndirilən məxsi həm ifşa edən və ya bəraət qazandıran, eləcə də onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran bütün halları aydınlaşdırmalıdır. Apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi çıxış edərək işə tə krarən mahiyyəti üzrə baxmaq, birinci instansiya məhkəməsin yekun qərarını qüvvədə saxlamaq, onu dəyişdirmək və ya ləğv edərək əvəzinə yeni qərar qəbul etmək səlahiyyətinə malikdir. Kollegiya işin hallarına əsasən qeyd edir ki, məhkəmələr iş üzrə düzgün nəticəyə gəlmək üçün müyyənləşdirilməsi zəruri olan yuxarıda şərh edilən halları araşdırmadan, yalnız üstünlük verdiyi X1un ifadələrini əsas tutaraq, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, yol nəqliyyat ekspertizasının rəyini, videogörüntülərin düzgünlüyünü şübhə altına almışdır. Kollegiya hesab edir ki, iş üzrə sübutlar məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv araşdırılmadığlndan, Azərbaycan Respublikası CPM-nin 416.0.2-ci maddəsinin tələbinə əsasən qərar ləğv edilməli və iş baxılması üçün yeni apellyasiya baxışına təyin ol unmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Kassasiya protesti və kassasiya şikayəti təmin edilsin. X7 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 mart 2019-cu il tarixli qərarı ləğv edilsin, cinayət işi yeni apellyasiya baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-991/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-991/2019
02.07.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver