Məhkəmə qərarları › İş №1(102)-991/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-991/2023

07.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-991/2023 07.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 noyabr 2022-ci il tarixli qərarından Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protesti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Göyçay Rayon Məhkəməsinin (hakim İbrahim Fəttəhov) 16 avqust 2022-ci il tarixli 1(046)-46/2022 nömrəli hökmü ilə xx.xx.1993-cü ildə Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, subay, Ucar rayonu Qarabörk kəndində qeydiyyatda olmaqla, Mingəçevir şəhəri Səməd Vurğun küçəsində Samux kafesində yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 307.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən hə min cəza şərti tətbiq edilmiş və Məhkum 2 (iki) il sınaq müddəti müəyyən edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, anası X2 xx.xx.2020-ci il tarixdə müvəqqəti yaşadıqları ünvan 1 ünvanında yerləşən 04 nömrəli mənzilin sanitar qovşağında yıxılaraq aşağı ətraflarını zədələyən, gündəlik məişət ehtiyaclarını müstəqil icra edə bilməyən, kənar şəxsin qulluğuna ehtiyacı yaranan, daimi yataq xəstəliyinə düçar olmuş nənəsi xx.xx.1936-cı il təvəllüdlü X1 tələbatlarını qarşılamaqdan bezdiyinə görə xx.xx.2020-ci il tarixdə təxminən saat 22:00 radələrində kirayədə yaşadıqları ünvan 2 ünvanında çarpayının üzərində olan qəhvəyi rəngli naxışlara malik yastıqla Bənövşə Ələkbərovanın sifət nahiyəsini sıxaraq sonucunun t ənəffüs yollarını bağlamaqla nəfəs almasını dayandırıb qəsdən öldürdüyünü gördükdən sonra sonuncunun xüsusilə ağır cinayət törətdiyini bildiyi halda nənəsi Bənövşə Ələkbərovanın yaş həddinə görə əldə etdiyi aylıq 237 manat məbləğində təqaüdü əldə etməyə davam etmək məqsədilə anası Sədaqət Əsgərova ilə nənəsi Bənövşə Ələkbərovanın öldürülməsi barədə aidiyyəti qurumlara məlumat verməmək, habelə Bənövşə Ələkbərovanın meyitini gizlin üsulla dəfn etməklə törədilmiş cinayəti gizlətmək barədə qabaqcadan vəd vermədən gəldiyi razılığa uğun olaraq Bənövşə Ələkbərovanın meyitini gizlin üsulla dəfn edə bilmək üçün müvafiq yer axtarmağa başlamasına baxmayaraq şəhər ərazisində yerləşən qəbiristanlıqlara gedib müvafiq ölüm kağızı olmadan şəhər ərazisində yerləşən qəbiristanlıqlarda Bənövşə Ələkbərovanı n meyitini qeyri-aşkar üsulla dəfn etməyin mümkün olmayacağını dəqiqləşdirdiyinə görə anası ilə razılığa gəlib dayısı X3 Gəncə şəhərində öldüyü və dəfn edilməsi üçün Ucar rayonuna aparmalı olduğu yalanını uyduraraq anası ilə birlikdə meyiti xalçaya bükməklə şəxsiyyətini gizlədərək xx.xx.2020-ci il tarixdə saat 03:00 radələrində törədilmiş cinayətdən məlumatsız olan tanışı Şahid2 uydurduğu yalanı deyib onun fiziki köməyindən istifadə etməklə meyiti binanın həyətinə düşürüb, meyitin daşınması üçün əvvəlcədən sifariş etdiyi şəhər ərazisində yük daşıma fəaliyyəti ilə məşğul olan törədilmiş cinayətdən xəbərsiz olan Şahid1 idarə etdiyi **-BG-*** dövlət qeydiyyat nişanlı "Qaz 3302" markalı yük avtomobilinin yük kabinəsinə yerləşdirib, meyiti şəhər ərazisindən çıxardıb həmin tarixdə saat 05 radələ rində Göyçay rayonu, Müskürlü kənd qəbiristanlığına apararaq dəfn etmək istəsə də, həmin kənd qəbiristanlığında torpaq örtüyün qazılması üçün lazım olan qazma əşyalarını tapmadığından meyiti qeyd olunan qəbiristanlıqda torpaq sahə üzərində qoyub anası Sədaqət Əsgərova ilə birlikdə Mingəçevir şəhərinə qayıdaraq, qabaqcadan vəd vermədən xüsusilə ağır cinayəti gizlətmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən və məruzəçi hakim Akif Eyvazov, hakimlər İmanverdi Şükürov və Gündüz Abbasovdan ibarət tərkibdə) 1(105)-345/2021 nömrəli, 30 noyabr 2022-ci il tarixli qərarı ilə Göyçay Rayon Məhkəməsinin 16 avqust 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmişdir. Dövlət ittihamçısı2 kassas iya protesti verərək Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 noyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işi üzrə yeni apellyasiya baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı2 kassasiya protestini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası CM-nin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cinayətin xarakteri əməlin qəsd etdiyi ictimai münasibətlərin xarakteri ilə müəyyən edilir və cinayətin bu xassəsinin keyfiyyət göstəricisi, ictimai təhlükəliliyi isə yetirilən zərərin miqdarı, həcmi və dərəcəsi, qəsdin özünün xüsusiyyətləri, bəzi hallarda cinayətin subyektinin xüsusiyyətləri ilə müəyyən edilir və ictimai təhlükəliliyin kəmiyyət tərəfi sayılır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəy yən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə hökmdə Məhkum cəzasını yüngülləşdirən hallar kimi törətdiyi cinayəti etiraf etməklə səmimi peşman olmasını, ilk dəfə az ağır cinayət törətməsini nəzərə almaqla, eləcə də cəzasını ağırlaşdıran halın olmamasını qeyd edərək, həmçinin törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq Məhkum ona təyin edilən azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunmasını mümkün saymışdır. Lakin göstərilən hallar heç də təqsirləndirilən şəxsin cəza çəkmədən islah olunması nəticəsinə gəlməyə imkan vermir. Azərbaycan Respublikası CM-nin 307.3-cü maddəsində nəzərdə tutulan cinayətin obyekti ədalət mühakiməsi orqanlarının cinayətkarlığın profilaktikası və cinayətlərin açılması üzrə normal fəaliyyətidir. Az ərbaycan Respublikası CM-nin 307.3-cü maddəsində nəzərdə tutulan cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir kİ, ağır və ya xüsusi ilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə, habelə qabaqcadan vəd etmədən ağır və ya xüsusi ilə ağır cinayəti gizlətmə hazırlanan cinayətin vaxtında qarşısını almağa, cinayət törədildikdən sonra isə cinayətkarın yaxalanmasına, ifşa olunmasına və cəmiyyətdən təcrid edilməsinə, habelə pozulmuş hüquqların bərpa edilməsinə mane olur. Digər tərəfdən, belə hərəkətlər cinayətkar meylilərin güclənməsinə, mütəşəkkil cinayətkarlığın artmasına zəmin yaradır. Həmçinin əməlin az ağır cinayətlər kateqoriyasına daxil olması da onun ictimai təhlükəliliyini artıran digər bir faktordur. Azərbaycan Respublikası CM-nin 7 2.1-ci maddəsinə görə şəxsin səmimi peşman olması şəxsin könüllü gəlib təqsirini boynuna almasında, cinayətin üstünün açılmasına fəal kömək etməsində, cinayət nəticəsində dəymiş ziyanın ödənilməsində və ya vurulmuş zərəri başqa yolla aradan qaldırma kimi hərəkətlərdə özünü göstərməsidir. Yəni şəxsin törətdiyi əməldən səmimi peşman olmasını bildirməsi həmin hərəkətlərlə təsdiq olunmalıdır. Bu hərəkətlərin təqsirləndirilən şəxs tərəfindən edilməsi qanunun mənasına görə şəxsin ictimai təhlükəliliyinin azalmasını təsdiq edir və buna görə də səmimi peşmançılıq cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Məhkum isə dövlət orqanlarına könüllü gəlib təqsirini boynuna almamış, ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutlarla ifşa olunmuş, belə halda məhkəmə cəza təyini zamanı səmimi peşimançılığı nəzərə ala bilməzdi. Təqsirləndirilən şəxsin anası tərəfindən törədilmiş xüsusilə ağır cinayət əməli başa çatdıqdan sonra hər hansı səmimi peşmançılıq və ya yaxın qohumunun qətlə yetirilməsini gizlətməsinə görə xəcalət hissi çəkmək əvəzinə vəfat etmiş şəxsə məxsus təqaüd kartından istifadə edərək bankomatdan pul çıxarmasını və pulu xərcləməsini necə səmimi peşman olma kimi qiymətləndirilməsi maraq doğuran məsələlərdəndir. Azərbaycan Respublikası CM-nin 59.1.1-ci maddəsinə əsasən ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətin törədilməsi hadisələrin təsadüfi axarı zəminində törədildikdə cəzanı yüngülləşdirən hal kimi nəzərə alına bilər. Başqa hallarda az ağır cinayətin ilk dəfə törədilməsi özü-özlüyündə cəzanı yüngülləşdirən hal kimi nəzərə alına bilm əz. Odur ki, məhkəmə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halları düzgün müəyyən etməmiş, əsassız olaraq ona törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə uyğun olmayan nəticəyə gəlmiş, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasını təyin etməklə barəsində CM-nin 70-ci maddəsini tətbiq etmişdir. Məhkəmə Məhkum təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin etsə də, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyəti ilə bağlı halları, cinayətin ağırlığını nəzərə almamış, faktiki olaraq öz hökmü ilə qanunvericiliyin tələbinin əksinə olaraq həm təqsirləndirilən şəxs, həm də digər şəxslər tərəfindən gələcəkdə bir daha bu kimi cinayətlərin törədilməsinə bir növü zəmin yaratmış olmuşdur. Məhkəmə isə bütün bunları nəzərə almayaraq Məhkum təyin edilmiş cəzanın sınaq müddəti müəyyən edilərək şərti tətbiq edilməsi nəticəsinə gəlməklə həm məhkumlar tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması sahəsində cəzanın xüsusi və ümumi xəbərdaredici məqsədinin tələblərini pozmuşdur. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, məruzəçini, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin edilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya k assasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya protestinin başlıca dəlili birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən Məhkum təyin edilmiş cəzanın törədildiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə cəzanı yüngülləşdirən halları düzgün nəzərə almadan şərti olaraq tətbiq edilməsi əsassız və qanunsuz olmasıdır. Məhkəmə kollegiyası kassasiya protestinin dəlilinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Azərba ycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə c əza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-in 70.2-ci maddəsində isə qeyd olunmuşdur ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Bu normaların həm məzmunundan, həm də mənasından belə başa düşülür ki, məhkəmə Azərbaycan Respublikası CM-in 70.2-ci maddəsində göstərilmiş halları nəzərə almaqla məhkumun cəza çəkmədən islah olunmasını mümkün saydıqda şərti məhkum etmə tətbiq edilməsi barədə qərar çıxara bilər. Məhkəmə kollegiyasının qənaətinə görə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən mə hkum Rüstəm Musayev barəsində şərti məhkum etmə institutu tətbiq edilərkən, həm Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrində təsbit edilmiş cinayət məsuliyyətinin prinsiplərinə, həm də həmin Məcəllənin cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanı yüngülləşdirən hallarını nəzərdə tutan 58-59-cu maddələrinin tələblərinə düzgün əməl edilməmişdir. Cinayət törətmiş şəxs barəsində şərti məhkum etmənin tətbiqi məsələsi həll olunarkən, cinayət qanununun yalnız bu instituta həsr olunmuş normaları deyil, cinayət cəzasının təyin edilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş bütün uyğun normaların tələbləri nəzərə alınmalıdır. O cümlədən, təqsirə görə məsuliyyət (maddə 7), ədalət (maddə 8), humanizm (maddə 9) prinsipləri gözlənilməli, cəzanın məqsədləri və cəzanın təyin edilməsinin ümumi əs asları haqqında Cinayət Məcəlləsinin müvafiq olaraq 41.2-ci və 58-ci maddələrinin göstərişlərinə riayət olunmalıdır. Təsvir edilən normaların mənasına görə, təqsirkar şəxsin təyin olunmuş cəzanı çəkmədən islah olunacağına dair inam onun barəsində şərti məhkum etmə institutunun tətbiqini şərtləndirən əsas kimi çıxış etməli, bu cür inam isə CM-in 58.3-cü maddəsində göstərilən bütün halların məcmusundan, o cümlədən cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən edilib nəzərə alınmasından irəli gəlməlidir. Yalnız belə olduqda cinayət törətmiş şəxsin barəsində şərti məhkum etmənin tətbiq edilməsi ədalətli hesab edilə, şəxsin cəza çəkmədən islah olunmasına inam əsaslı sayıla, bu tədbir digər ş əxslərə münasibətdə də xəbərdaredici rolunu oynaya bilər. Birinci instansiya məhkəməsi törətdiyi cinayəti etiraf etməklə səmimi peşman olmasını, ilk dəfə az ağır cinayət törətməsini CM-in 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qəbul etmişdir. Həmçinin birinci instansiya və apellyasiya instansiyası məhkəmələri təqsirləndirilən şəxs Məhkum əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmaması müəyyən etmişlər. Azərbaycan Respublikası CM-in 59-cu maddəsində cəzanı yüngülləşdirən halların siyahısı verilmişdir. Bununla belə, həmin Məcəllənin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə al ına bilər. Qanunun bu normasının mənasına görə məhkəmələr digər halları da cəzanı yüngülləşdirən hal qismində nəzərə alınmasında sərbəstdirlər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 4-cü və 8-ci bəndlərinə əsasən, «Azərbaycan Respublikası CM-in 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alma bilər. Belə halların cəzanın yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Hökmdən və qərardan görünür ki, iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edilərkən onun cinayəti səmimi etirafı, əməlindən peşman olması v ə ilk dəfə az ağır cinayət əməli törətməsi hallarını cəzanı yüngülləşdirən hallar kimi qəbul edilməsi əsaslandırılmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bundan əlavə, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 09 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin Məhkum barəsində şərti məhkum etmənin tətbiqi barədə mövqeyini kifayət qədər əsaslandırılmış hesab etmir. Kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Məhkum barəsində şərti məhkumetmənin tətbiqi onun tərəfindən törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəs inə, eləcə də onun şəxsiyyətinə uyğun deyildir. Belə ki, hadisələrin gedişi belə nəticəyə gəlməyə əsas verir ki, əgər Məhkum adam öldürmə cinayəti gizlətmək məqsədi ilə anası tərəfindən öldürülmüş X1 meyiti bastırmaq üçün Göyçay rayonu, Müskürlü kənd qəbiristanlığına aparması, lakin qazma əşyalarını tapmadığından meyiti qeyd olunan qəbiristanlıqda qoyması, onun şəxsiyyətinin ictimai təhlükəliliyini xarakterizə edən haldır. Məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsi məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü barədə nəticəyə gələrkən işin hallarını və məhkumun şəxsiyyətini düzgün nəzərə almamış, bununla da CM-in 70-ci maddəsinin tələblərini pozmuşdur. Ona görə də məhkəmə kollegiyası kassasiya protesti ilə razılaşaraq, nəticəyə gəlir ki, aşağı instansiy a məhkəmələrinin məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsi barədə qərarı əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinin tələbinə görə apellyasiya baxışı zamanı məhkəmənin məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Yuxarıda göstərilənləri nəzərə alaraq kassasiya kollegiyası belə nəticəyə gəlir ki, kassasiya protestinin dəlilləri əsaslı olduğundan təmin olunmalı, Şəki Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 30 noyabr 2022-ci il tarixli qərarı ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 416.1.21 və 419.10.2-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilsin. Məhkum Azərbaycan Respublikası CM-in 307.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 noyabr 2022-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə ləğv edilsin və cinayət işi yeni apellyasiya baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar