Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-991/2024 22.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun və məhkumun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli hökmü ilə Məhk um Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3, 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 8 yanvar 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinəəsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Həsənzadə İradə Xəlil qızının sədrliyi ilə, Quliyev Əhməd Qəhrəman oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə)) 18 oktyabr 2018-ci il tarixli hökmü ilə xx.xx.1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2nında yaşamış Məhkum Azərbaycan Respublikası Cin ayət Məcəlləsinin 170.3.-cü maddəsi ilə təqsirli bilinib 7 (yeddi) il müddətinə, CM-in 181.2.1,181.2.3 və 181 2.5-ci maddələri ilə təqsirli bilinib 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.3-cü maddəsinə uyğun olaraq ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 11 (on bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır Cəzasının əvvəli 16 aprel 2018-ci il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməsi hökm edilmişdir. Hökmlə həmçinin Təqsirləndirilən şəxs da məhkum olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Faiq Adil oğlu Qasımovun sədrliyi və məruzəsilə, Sahibxan Arzuman oğlu Mirzəyev və Kamran Hüseyn oğlu Əkbərovdan ibarət tərkibdə) 8 yanvar 2019 -cu il tarixli qərarı ilə Məhkum müdafiəçisi X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası CM-in 170.3, 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə, Təqsirləndirilən şəxs CM-in 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə məhkum edilmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 oktyabr 2018-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum on səkkiz yaşına çatmış şəxs olaraq quldurluq yolu ilə nağd pul əldə edəcəklərinə dair vədlər verməklə yetkinlik yaşına çatmayan, 2002-ci il 15 yanvar təvəllüdlü Təqsirləndirilən şəxs ağır cinayətin törədilməsinə cəlb etdikdən sonra o və yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs qabaqcadan əlb ir olan bir qrup şəxs halında özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanınmamaqdan ötrü üzlərinə maskalar taxıb 2018-ci il aprelin 16-da saat 3 radələrində ünvan 3 ünvanında yerləşən «Lukoyl-Azərbaycan» qapalı səhmdar cəmiyyətinin 10 saylı yanacaqdoldurma məntəqəsinin inzibati binasına qanunsuz olaraq girməklə iki ədəd oyuncaq tapançadan silah qismində istifadə edərkən basqına məruz qalmış şəxslərin, yəni yanacaqdoldurma məntəqəsinin operatorları Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə basqın edib Zərərçəkmiş şəxs1 639 manat və Zərərçəkmiş şəxs2 228 manat ələ keçirərək ümumilikdə «Lukoyl-Azərbaycan» qapalı səhmdar cəmiyyətinə 867 manat məbləğində maddi ziyan vurmaqla quldurluq etmişlər. Kassasiya şikayətinin dəlil ləri: Müdafiəçi kassasiya şikayətində göstərir ki, Apellyasiya məhkəməsinin təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3-cü maddəsi ilə tövsif edilməsi və həmin Məcəllənin 170.3-cü, 181.2.1-ci, 181.2.3-cü və 181.2.5-ci maddələrində nəzərdə tutulmuş yuxarı həddə cəza təyin edilməsi hissəsində birinci instanasiya məhkəməsinin mövqeyi ilə razılaşmasını qanunsuz hesab edir. Şəxsin əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3-cü maddəsi ilə tövsüf edilməsi üçün iş üzrə materiallarda hər hansı mötəbər sübuta rast gəlinmir, habelə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci, 181.2.3-cü və 181.2.5-ci maddələrində 8 ildən 12 ilədək azadlıqdan məhrum etmə növündə cəza həddi nəzərdə tutulsa da, məhkəmə zərərin ödənilməsini, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, təqsirləndilən şəxsin ailənin yeganə övladı olmasını, əvvəllər məhkumluğunun olmamsını, ibtidai və məhkəmə istintaqı dövründə səmimi ifadələr verməklə əməlindən peşmançılı hissi keçirtməsini nəzərə almamış və ona 9 il müddətinə azadlıqdan məhrum etmə növündə ədalətsiz cəza təyin etmişdir. Məhkəmə Məhkum gənc olduğunu, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməklə əvvəllər məhkum olunmamasını cəzanı yüngülləşdirən hal qismində nəzərə almamış, bununla da məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə aldığını göstərsə də, faktiki olaraq buna əməl etməmişdir. Kassasiya şikayətində Məhkum Azərbaycan Respublikası CM-in 170.3, 181.2.1, 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dai r cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı maddi və prosessual normaların pozulması ilə qəbul edildiyindən ləğv edilməsini və cinayət işinin yenidən baxılması üçün Apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə müdafiəçinin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir k i, kassasiya şikayəti qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onl arı sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu ma ddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəy yənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayə t-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranıl masında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Re spublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyy ən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmədiyi, Məhkum CM-in 170.3-cü maddəsi ilə əsassız məhkum edilməsi, cəzasının ağır olması iddia edilərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi və cinayət işinin yeni apelyasiya baxışına təyin edilməsi barədə tələb məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli surətdə araşdırıb hesab edir ki, işə baxan məhkəmələr Məhkum Cinayət Məcəlləsinin 170.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişlər. Bu səbəbdən də məhkə mə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə, bəzi xüsusatların qeyd edilməsi qənaətindədir. Məhkum barəsində olan cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkumun ittiham aktında təsvir edilən cinayət əməlini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də həmin sübutların təkrarən araşdırılmasına ehtiyac görməyərək, araşdırılmış sübutların isə məhkum edilmiş şəxsin CM-in 170.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olmasın a dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkəmə kollegiyası kassasiya şikayətində göstərilən və yalnız ehtimal xarakteri daşıyan dəlillərlə razılaşmayaraq qeyd edir ki, cinayət işinin materiallarına əsasən, Məhkum on səkkiz yaşına çatmış şəxs olaraq quldurluq yolu ilə nağd pul əldə edəcəklərinə dair vədlər verməklə yetkinlik yaşına çatmayan, 2002-ci il 15 yanvar təvəllüdlü Təqsirləndirilən şəxs ağır cinayətin törədilməsinə cəlb etməsi sonuncunun, zərərçəkmiş şəxsin ifadələri, işə aid biri digərinə kifayət q ədər uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Aşağı instansiya məhkəmələri cinayət tərkibini təşkil edən əlamətləri nəzərə almaqla sözügedən cinayət əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-in 170.3-cü maddəsi ilə tövsif etməklə gəldikləri nəticələr işin faktiki hallarına tam uyğun olmuşdur. Yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə dedikdə, onda bir və ya bir neçə cinayətin törədilməsində iştirak etmək arzusu yaradılmasına yönələn, fiziki və ya psixi təsirlərin (döymə, əzab vermə, cəzasız qalacağına inandırma, hədələmə və qorxutma, ələ alma, aldatma, intiqam hisslərini oyatma, cinayətin törədilməsi yeri və üsulları, cinayətin izlərinin gizlədilməsi haqqında məsləhətlər vermə, oğurlanmış şeylərin realizəsində kömək etməyi vəd etmə və baş qa) tətbiq olunması ilə müşayiət olunan hərəkətlər başa düşülür. Əgər göstərilən təsirlərə baxmayaraq, azyaşlı cinayətin törədilməsində (ən azı hazırlıq və cinayət etməyə cəhd mərhələsində) iştirak etmirsə, yaşlı şəxsin hərəkətləri yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etməyə cəhd kimi qiymətləndirilməlidir. Kassasiya şikayətində Məhkum yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ağır cinayətin törədilməsinə cəlb etməməsi göstərilsə də, müdafiə tərəfinin bu dəlilləri hər iki məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. İşin müəyyən edilmiş halları ilə ziddiyyət təşkil edən xüsusatlara birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən tədqiq olunmuş sübutlarla, xüsusən də, cinayət işi üzrə digər məhkum və şahidlərin ifadələri ilə müqayisəli təhlil olunub düzg ün hüquqi qiymət verilmişdir. Beləliklə kassasiya məhkəmə kollegiyası qeyd edir ki, Məhkum Cinayət Məcəlləsinin 170.3-cü maddəsi ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş – zərərçəkmiş şəxs, şahid ifadələri, ekspert rəyi və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Belə ki, Məhkum istinad edilən cinayət əməlini törətməsi məhkəmələr tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Apellyasiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol ver ilməmiş; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək məhkumun CM-in 170.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uygun nəticəyə gəlmiş, onun əməlini düzgün tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Müdafiəçinin kassasiya şikayətində iddia olunanların əksinə olaraq həmin dəlillər apellyasiya şikayətinə baxılması zamanı apellyasi ya instansiyası məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə haqli olaraq razılaşmışdır. Məhkəmə kollegiyası Məhkum Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyası çərçivəsində təyin olunmuş cəzaya münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağ ırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-nin 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq e dilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun ol ması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə t ərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmələr tərəfindən məhkum edilmiş şəxsin zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi, cavanlığını, ilk məhkumluğunu, yaşadığı yer üzrə şikayətin daxil olmadığını onun məsuliyyəti ni yüngülləşdirlən hallar kimi nəzərə alınmış, əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Məhkum şəxsiyyətini və ailə vəziyyətini səciyyələndirən halları, iş üzrə yüngülləşdirən halları, ağırlaşdıran halın olmamasını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxsə təyin edilən azadlıqdan məhrum etmə cəzasının-qəti cəzanın həddi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyətinə uyğun deyil, habelə məhkəmələr tərəfindən təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, müdafiəçinin kassasiya şika yəti qismən təmin edilməli, məhkuma təyin edilmiş qəti cəzanın həddi yüngülləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirlənd irilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3 -cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. CPM-in 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıqaydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Məhkəmə kollegiyası hesab edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin Cinayət kollegiyasının 18 oktyabr 2018-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəzaların qismən toplanılmaqla təyin edilmiş qəti cəzanın müddəti yüngülləşdirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 8 yanvar 2019-cu il tarixli qərar ı məhkuma cəza təyin edilməsi hissəsində dəyişdirilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin Cinayət kollegiyasının 18 oktyabr 2018-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəzaların qismən toplanılmaqla təyin edilmiş qəti cəzanın müddəti 11 (on bir) ildən 10 (on) ilə endirilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın
Məhkəmə qərarları › İş №1(102)-991/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-991/2024
22.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver