Məhkəmə qərarları › İş №1(102)-991/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-991/2025

30.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-991/2025 30.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Məmmədli Əleyman Məmməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, Zərərçəkmiş şəxs33 və Məhkum1 və onun müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, Məhkum4 və Məhkum1 Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmalarına, Məhkum3 və Məhkum2 CM-in 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə barələrində olan cinayət təqibinə xitam verilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 29 oktyabr tarixli, 1(103)2001/2024 nömrəli qərarından Zərərçəkmiş şəxs33 və Məhkum1 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (X8) 2024-cü il 31 yanvar tarixli, 1(008)11/2024 nömrəli hökmü ilə xx xxxxxx 1955-ci ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, hazırda azadlığ ın məhdudlaşdırılması cəzasını çəkən, Məhkum1 CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum1 tutulduğu 1 (bir) ay 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) ay 4 (dörd) gününə bərabər tutulmaqla, onun cəzasından 2 (iki) ay 4 (dörd) gün çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 9 (doqquz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Həmin hökmdən dövlət ittihamçısı apellyasiya protesti, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs20, Zərərçəkmiş şəxs21, Zərərçəkmiş şəxs22, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs28, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs8, X3 və Z ərərçəkmiş şəxs33 və təqsirləndirilən şəxs Məhkum1 Südeyif oğlunun müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X17 Vaqif oğlunun sədrliyi ilə, X13 və X1 ibarət tərkibdə) 2024-cü il 29 oktyabr tarixli, 1(103)-2001/2024 nömrəli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmiş, Məhkum4 və Məhkum1 Südeyif oğlunun CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum olunmasına, Məhkum3 və Məhkum2 barəsində CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə olan cinayət təqibinə xitam verilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-11/2024 saylı, 31 yanvar 2024-cü il tarixli hökmü dəyişdirilmiş, Məhkum4 verilmiş ittiham üzrə onun xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs5 3000 manat məbləğində pulunu dələduzluqla ələ keçirilməsi faktı üzrə, xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs4 3000 manat məbləğində pulunu dələduzluqla ələ keçirilməsi faktı üzrə, Məhkum1 Südeyif oğluna verilmiş ittiham üzrə onun 2017-ci ilin yanvar və fevral aylarında Zərərçəkmiş şəxs33 xeyli miqdar təşkil edən 18600 manat məbləğində pulunu dələduzluqla ələ keçirilməsi faktı üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən həmin epizodlar üzrə cinayət təqibinə xitam verilmiş, Məhkum1 Südeyif oğlunun Zərərçəkmiş şəxs9 qarşı törətdiyi dələduzluq cinayətinə (2-ci epizod) görə verilmiş ittihamdan "təkrarən” tövsifedici əlamət xaric edilmiş, Məhkum4 CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təyin edilmiş 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası 3 (üç) il 9 ( doqquz) aya endirilmiş, CM-in 66.5-ci maddəsinə əsasən Məhkum4 Abşeron Rayon Məhkəməsinin 1(012)-167/2021 nömrəli, 21 may 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 7(010)- 397/2022 nömrəli, 07 fevral 2022-ci il tarixli qərarına əsasən "8 Noyabr - Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 4-cü hissəsi tətbiq edilməklə 6 (altı) ay azaldıldıqdan sonrakı hissəsi - 2 (iki) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzası hazırkı azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla Məhkum4 üzərində 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, CM-in 69.3-cü maddəsinə əsasən Abşeron Rayon Məhkəməsinin 1(012)167/2021 nömrəli hökmü üzrə Məhkum4 tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrumetmə cəzasının 2 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 2 (iki) gün çıxılaraq üzərində qəti olaraq 4 (dörd) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Məhkum1 CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təyin edilmiş 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının müddəti 2 (iki) ilə endirilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Məhkum1 tutulduğu 1 (bir) ay 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) ay 4 (dörd) gününə bərabər tutulmaqla, onun cəzasından 2 (iki) ay 4 (dörd) gün çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 9 (doqquz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılmas ı cəzası saxlanılmış, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Hazırda apellyasiya instansiyası məhkəməsinin qərarından yalnız Məhkum1 münasibətdə kassasiya şikayətləri verildiyindən, hazırkı kassasiya baxışının predmetini Məhkum1 münasibətdə şikayətlərin dəlilləri təşkil edir. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən Məhkum1 özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq etibardan sui istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs33 etibarından sui-istifadə edərək Bakı şəhəri, Suraxanı rayonu, BülBülə qəsəbəsində 4 sot torpaq sahəsi satmaqla bağlı yalan vəd verib aldadaraq, 2017-ci ilin yanvar ayının əvvəllərində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən «stansiya» adlanan ərazidə 2500 manat, 2017-ci ilin fevral ayının sonla rında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Astoria” restoranında 16100 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib ümumilikdə Zərərçəkmiş şəxs33 18600 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq etibardan sui istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı X14 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2020-ci ilin aprel ayı ərzində Zərərçəkmiş şəxs9 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində torpaq sahəsi satacağına dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə, həmin ərazidə torpaq sahəsinin alınması adı ilə 4100 manat, torpaq sahəsində tikinti işlərinin aparılması adı ilə 1700 manat, torpaq sahəsinə darvaza qoyulması üçün qrupun üzvü Mübariz Həsənovun vasitəsi ilə 300 manat olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 6100 manat pulunu ələ keçirərək Zərərçəkmiş şəxs9 xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq etibardan sui istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı X14 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs6 etibarından sui istifadə edərək Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yerləşən fərdi evin həyətində əlavə tikinti işləri aparmaq üçün icazə almaqla bağlı yalan vəd verib aldadaraq 11 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində 800 manat, 13 avqust 2020-ci il tarixdə isə Bakı şəhəri, Sabun çu rayonu, Ramana qəsəbəsi ərazisində 550 manat olmaqla, ümumilikdə 1350 manat pulu qrupun üzvü Mübariz Həsənov vasitəsi ilə vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək ümumilikdə Zərərçəkmiş şəxs6 1350 manat məbləğində ziyan vurmaqla təkrar dələduzluq etmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ, ZƏRƏRÇƏKMİŞ ŞƏXSİN, MÜDAFİƏÇİNİN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Zərərçəkmiş şəxs kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, cinayət işində ondan başqa digər zərərçəkmişlər olsa da, onlara dəymiş ziyan ödənilmişdir. Ona dəymiş ziyan isə nəinki təqsirləndirilən Məhkum1 tərəfindən ödənilməmişdir, hətta işdə sədrlik edən hakim tərəfindən ödənilməsi üçün heç bir tədbir də görülməmişdir. Bu iş üzrə həm də 5 müstəntiq dəyişmişdir, çünki onların bu işdə maddi maraqları olmuşdir. Məhk um1 məhkəmə istintaqı zamanı bildirmişdir ki, ona dəymiş ziyan ödənilmişdir, lakin həmin yalan öz təsdiqini tapmamışdır. Həmin hərəkət bir də göstərmişdir ki, Məhkum1 etdiyi hərəkətindən peşman deyil, lakin işə baxan hakim təqsirləndirilən Məhkum1 barəsində əks fikirdə olaraq, onu həbs etməyi istəməmişdir. Zərərçəkmiş şəxs kassasiya şikayətini əsaslandıraraq Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(103)- 2001/2024 saylı qərarının dəyişdirilməsini və Məhkum1 barəsində daha ağır təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkumun müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Məhkum1 qarşı ittihamda üç zərərçəkmiş şəxsə qarşı 3 epizod üzrə ittiham verilmişdir. Həmin epizodlar üzrə kassatorun mövqeyi aşağdakı kimidir; Bakı Apellyasiya Məhk əməsinin Cinayət Kollegiyasının 1(103)-2001/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əsasən X6 verilmiş ittiham üzrə onun 2017-ci ilin yanvar və fevral aylarında Zərərçəkmiş şəxs33 xeyli miqdar təşkil edən 18600 manat məbləğində pulunu dələduzluqla ələ keçirilməsi faktı üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən həmin epizodlar üzrə cinayət təqibinə xitam verilmişdir. Müdafiə tərəfi olaraq bu epizod üzrə məhkəmənin mövqeyi razıdırlar. İkinci epizod üzrə məhkəmənin diqqətinə çatdırır ki, Zərərçəkmiş şəxs9 məhkəmə iclasında vermiş olduğu ifadəsində və məhkəmə yazılıq olaraq etdiyi müraciətdə də qeyd edir ki, Məhkum1 tərəfindən ona qarşı heç bir cinayət törədilməmiş, Məhkum1 torpaq almaq üçün hər hansı pul vəsaiti ödəməmişdir. Digər təqsirləndirilən şəxs Vüsal tərəfindən dələduzluq edildiyini bildirmişdir. Eyni zamanda məhkəmə iclasında çıxış edən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs9 Məhkum1 Südeyif oğluna qarş şikayət və tələbinin olmadığını, ona aid hissədə apellyasiya şikayətindən imtina etdiyini bildirmiş, təqsirləndirilən şəxs Məhkum1 Südeyil oğlunun müdafiəçisi tərəflərindən və Zərərçəkmiş şəxs33 tərəfindən verilmiş apellyasiya şikayətlərinin həlini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Babayev X10 Mübariz Hüsü oğlu ilə Zərərçəkmiş şəxs9 o tanış etsə də, X7 Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən torpaq sahəsi ilə bağlı Zərərçəkmiş şəxs9 3000 manat almasından xəbər olmamışdır. Göründüyü kimi sözügedən epizod üzrə Məhkum1 Südeyif oğlunun əməlində dələduzluq cinayət əməlinin dizpozisiya şərtləri olmamışdır. 3-cü epizod üzrə işin həq iqi bundan ibarətdir ki, Məhkum1 2020-ci ilin avqust ayında Zərərçəkmiş şəxs6 torpaq sahəsində tikinti işləri aparmasına köməklik etmək üçün X14 ilə tanış etmiş, sonradan Mübarizin tikinti işləri aparmasına köməklik etmək üçün Zərərçəkmiş şəxs6 1350 manat aldığını eşidərək Mübarizə zəng edərək ondan vədinə əməl etməsini, əməl etməyəcəyi təqdirdə Zərərçəkmiş şəxs6 aldığı pulu geri qaytarmasını tələb etmişdir. X4 aldığı pulu geri qaytarmamışdır. Apellyasiya baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, Məhkum1ı tanıyır, Mübarizlə onu Məhkum1 tanış etmiş, Yaşarı sənədlər düzəltmək üçün çalışarkən tanımış, Məhkum1 ona pulu verməyi, sənədləri alacağını demişdir. 1350 manat pul vermiş, X15 da aldatmış, o, birinci Mübarizdən şikayət etmiş, Mübarizin həbsdə olduğunu öyrən diyi zaman onu Mübarizlə tanış etdiyi üçün Məhkum1 də şikayət etmişdir. Göründüyü kimi ittihamın fiyasqosu budur ki, Zərərçəkmiş şəxs6 özü etiraf edir ki, ona qarşı dələduzluq əməlini Mübariz törətmişdir. Lakin Mübarizin həbsdə olmasını bildikdən sonra sırf Mübarizlə onu Yaşar tanış etdiyi üçün o, Məhkum1 şikayət etmişdir. Şikayətin dəlillərini ümumiləşdirdikdə müəyyən olunur ki, təqsirləndirilən şəxs ittiham üzrə 2-ci və 3-cü epizodlar üzrə özünü təqsirli bilmir. Həmin epizodlara nəzər saldıqda müəyyən olunur ki, təqsirləndirilən şəxsin yeganə təqsiri hər iki zərərçəkmiş şəxsi digər şəxslərlə tanış etməsi olmuşdur. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-2001/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının “təqsirlə ndirilən şəxsin təqsirli bilindiyi (2-ci və 3-cü epizod) hissədə” ləğv edilməsini və həmin hissədə ona bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Məhkum1 və onun müdafiəçisi Müdafiəçi1 tərəflərindən verilmiş kassasiya şikayətinin təmin edilməsini, Zərərçəkmiş şəxs33 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən zərərçəkmiş şəxs Elniyyət Həsənov məhkumun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsini, özü tərəfindən verilmiş kassasiya şikayətinin isə təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətlərinin təmin olu nmamasını və Məhkum1 barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 29 oktyabr tarixli qərarının kassasiya şikayətlərinə münasibətdə qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edil miş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Zərərçəkmiş şəxs kassasiya şikayətində məhkuma yüngül cəza təyin edildiyini mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkumun müdafiəçisi kassasiya şikayətində məhkuma təqsirli bilindiyi 2-ci və 3-cü epizodlar üzrə bəraət verilməli olduğunu mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya mürac iəti kimi görür və bu müraciətlərlə əlaqədar apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətlərinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, tərəflərindən verilmiş kassasiya şikayətinin təmin, zərərçəkmiş şəxsin kassasiya şikayətinin təmin edilməməsi barədə məhkum və onun müdafiəçisinin, tərəfindən verilmiş kassasiya şikayətinin təmin, müdafiə tərəfinin kassasiya şikayətinin təmin edilməməsi barədə zərərçəkmiş şəxsin və hər iki kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqi nin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməlidir. Məhkəmə kollegiyası zərərçəkmiş şəxsin kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, zərərçəkmiş şəxs Elniyyət Nəsirova qarşı törədilmiş cinayət epizodu üzrə məhkumun cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün, həmin epizod üzrə CM-in 75-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibinə xitam verilmişdir. CM-in 75-ci maddəsinin tətbiqi CPM-in 39.1.3-cü maddəsinin tələblərinə əsasən imperativ qaydada müəyyən edildiyindən, həmin epizod üzrə müddətin tətbiqi ilə bağlı məhkəmələr tərəfindən hər hansı yanlışlığa və qanun pozuntusuna yol verilməmişdir. Zərərçəkmiş şəxs E.Nəsir ova qarşı törədilmiş cinayət əməli üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən və məhz bu səbəbdən cinayət təqibinə xitam verildiyindən, həmin epizod üzrə məhkuma hər hansı cəza, eyni zamanda ağır cəzanın təyin edilməsi də mümkün deyil. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxs E.Nəsirovun kassasiya şikayəti təmin edilməməlidir. Məhkum1 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərinə münasibət bildirən məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, işin hallarından göründüyü kimi, müdafiəçinin kassasiya şikayətinin dəlilləri onun apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir və apellyasiya instansiya məhkəməsi tərəfindən həmin dəlillər üzrə geniş araşdırma aparılmış, sübutlar yenidən tədqiq edilərək hərtərəfli, tam və obyektiv şəkildə iş üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında qiymətləndirilmiş və məhkum tərəfindən ona qarşı irəli sürülmüş ittihamda qeyd edilən əməllərin törədilməsi qənaətinə gəlinmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumun əməlinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkuma cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti və onun cəz asını yüngülləşdirən hallar və cəzasını ağırlaşdıran halın olmaması nəzərə alınmaqla onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ədalətli cəza təyin edilmişdir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, məhkumun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki hallar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Zərərçəkmiş şəxs33 və Məhkum1 müdaf iəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2024-cü il 31 yanvar tarixli, 1(008)11/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilmiş Məhkum1 barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 29 oktyabr tarixli, 1(103)2001/2024 nömrəli qərarı məhkumun müdafiəçisinin və zərərçəkmiş şəxsin kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar