Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-992/2020 24.11.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, birinci dərəcəli hüquqşünas Əliyev Namiq Qadir oğlunun iştirakı ilə, Biləsuvar Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli hökmü ilə M əhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 206.2 və 234.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli ilkin baxış iclasının qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Biləsuvar Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli hökmü ilə (hakim vəzifəsini müvvəqəti icra edən Əliyev Rəfayil Əfraddin oğlu) Məhkum, xx xxx 1971-ci il tarixdə Puşkin (hazırki Biləvusar) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, CM-nin 206.2 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 20 6.2-ci maddəsi ilə 4 (dörd) il müddətə, CM-nin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə, CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə isə təyin olunmuş cəzalar qismən toplanılmaqla cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə qəti olaraq 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum xx xxxx 2018-ci il tarixdə İran İslam Respublikasının Biləsuvar şəhərində istintaqla müəyyən edilməmiş mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 2 ədəd sellofan bükümdə, ümumi təmiz çəkisi 38,270 qram təşkil edən tiryək narkotik vasitəsini əldə etmiş, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə düz bağırsağında yerləşdirib saxlamış, d aşımış və xx xxxx 2018-ci il tarixdə saat 06:45 radələrində Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmişdir. Biləsuvar Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli hökmü xx xxxxxx 2018ci il tarixdə qanuni qüvvəyə minmiş və həmin tarixdə də icraya yönəldilmişdir. Hökmdən apelyasiya şikayətinin verilməsi müddəti bitəndən sonra, yəni xx xxxxxxx 2019-cu il tarixdə Məhkum barəsində olan xx xxxxxxx 2018-ci il tarixli hökmdən apelyasiya şikayəti vermiş və eyni zamanda apelyasiya şikayətinin verilməsi qanunda nəzərdə tutulmuş müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmışdır. Biləsuvar Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Məhkum apellyasiya şikayətinin v erilməsi üçün buraxılmış müddətin bərpa olunması barədə vəsatət əsassız olduğundan təmin edilməmişdir. Məhkəmənin həmin qərarından məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kolegiyasının (hakimlər Cəfərov Rafiq Musa oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Əliyev Elşad İbiş oğlundan ibarət tərkibdə) xx xxxx 2020-ci il tarixli ilkin baxış iclasının qərarı ilə məhkum tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Biləsuvar Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və hökmdən apellyasiya şikayətinin verilm əsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Biləvusar Rayon Məhkəməsi tərəfindən xx xxxxxxx 2018-ci il tarixdə onun barəsində hökm çıxarıldıqdan sonra o, cəzaçəkmə müəssisəsinin tibb məntəqəsində əzab çəkdiyi xəstəlikdən müalicə olunduğuna, hüquqi savadı olmadığına görə həmin hökmdən qanunla nəzərdə tutulmuş müddətdə apellyasiya şikayəti verə bilməmiş və birinci instansiya məhkəməsi bu halları nəzərə almayaraq onun hökmdən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatətini təmin etməmiş, apellyasiya instansiyası məhkəməsi də bu haqda qəbul edilmiş qərarı qüvvəsində saxlamışdır. Kassasiya şikayətinin müəllifi yu xarıda göstərdiyi səbəblərin üzrlü səbəblər hesab edilərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və hökmdən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli iclasına təyin edilmiş və bu haqda cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, lakin Məhkum məhkəmə iclasında iştirak etmək istəməsini bildirməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə məhkumun iştirakı olmadan baxılmasını mümkün bil mişdir. Hüquqi məsələlər: Kassasiya şikayətinin dəlillərinə cavab olaraq məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Daha sonra məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə bildirir ki, cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunverici cinayət prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. Bu təhlilin p rizmasından yanaşaraq məhkəmə kollegiyası yekun məhkəmə aktlarından apellyasiya şikayətinin verilməsi qaydasını və müddətləri tənzimləyən cinayətprosessual qannvericiliyin normalarına müraciət etməyi zəruri bilir. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, CPM-nin 381.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəmələri tərəfindən çıxarılmış hökm və ya qərarlardan bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada apellyasiya instansiyası məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. CPM-nin 384.1.1-ci maddəsinin tələləbrinə görə, iş üzrə ittiham və ya bəraət hökmü çıxarıldıqda, apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu andan, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. CPM-nin 384.2-ci maddəsində təsbit edilmişdir ki, həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Cinayət prosesinin hər bir iştirakçısının, o cümlədən məhkum olnmuş şəxsin təkrar məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə qanunverici yuxarıda göstərilən müddətlər buraxılmaqla apellyasiya şikayətinin və ya apellyasiya protestinin verildiyi hallarda buraxılmış müddətin bərpa edilməsi mümkünlüyünü də nəzərdə tutmuşdur. Belə ki, CPM-nin 386.1-ci maddəsinin tələblərindən görünür ki, apellyasiya şikayə tinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. CPM-nin 386.2-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilmə müddətinin bərpa edilməsi məsələsi birinci instansiya məhkəməsində məhkəmə iclasında sədrlik edən və ya hakim tərəfindən həll edilir. CPM-nin 386.3-cü maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatət rədd edildikdə, bu qərardan apellyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. Apellyasiya instansiyası məhkəməsi ap ellyasiya şikayəti və apellyasiya protestinin verilmə müddətini bərpa etdikdə öz qərarını icra üçün birinci instansiya məhkəməsinə göndərir. CPM-nin 391.3.3-cü maddəsində apellyasiya instansiyası məhkəməsinin ilkin baxış iclasında qəbul etdiyi qərarlardan biri kimi apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsi və ya bərpanın rədd edilməsi haqqında qərarın qəbul edilməsi nəzərdə tutulmuşdur. Belə qərarlardan isə kassasiya şikayəti və ya kassasiya protesti onu vermək hüququna malik olan şəxslər tərəfindən aşağıdakı 1 (ay) müddətlərdə kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi CPM-nin 410.1.1-ci maddəsində təsbit edilmişdir. Qanunvericiliyin şərh edilən normalarına əsasən cinayət işinin materiallarının təhlili nət icəsində müəyyən edilir ki, iş materiallarına əlavə edilmiş sənədlərə görə, Biləsuvar Rayon Məhkəməsinin xx xxxxxxx 2008-ci il tarixli hökmünün surəti xx xxxxxxx 2018-ci il tarixli 1(022)-122/2018 saylı məktubla poçt vasitəsilə Məhkum təqdim olunması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilmiş və xx xxxxxxx 2018-c il tarixdə qəbz alınmaqla məhkuma verilmişdir. Bu tarixdən hesablanmaqla 20 (iyirmi) gün müddətində hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyindən həmin hökm xx xxxxxx 2018-ci il tarixdə qüvvəyə minmiş və həmin tarixli 1(022)-122/2018 saylı göstərişlə icraya yönəldilmişdir. Yalnız xx xxxxxxx 2019-cu il tarixdə, yəni hökmün surəti ona verildiyi gündən 11 (on bir) ay 23 (iyirmi üç) gündən sonr a Məhkum barəsindəki xx xxxxxxx 2018-ci il tarixli hökmdən apelyasiya şikayəti vermiş və eyni zamanda apelyasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulmuş müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmışdır. Məhkum hökmdən apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və bundan sonra ağır xəstəliyə tutulması, bu müddətlərdə fövqəladə hadisənin baş verməsi və ya onun başqa səbəblərdən vaxtında apellyasiya şikayəti verməsi üçün maneə yaradan digər üzrlü səbəblər iş materiallarından görünmür, məhkum isə öz müraciətlərində və kassasiya şikayətində əzab çəkdiyi xəstəlikdən cəzaçəkmə müəssisəsinin tibb hissəsində müalicə olunmasını göstərsə də, məhkəmələrə bu halı da təsdiq edən heç bir sübut təqdim etməmişdir. Məhz buna görə də apellyasiya şikayət inin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında Məhkum vəsatətinə baxan birinci instansiya məhkəməsi həmin müddətin bərpa edilməsi üçün heç bir üzrlü səbəb müəyyən etmədiyindən xx xxxxxx 2019- cu il tarixdə qəbul etdiyi qərarla həmin vəsatəti təmin etməmiş, apellyasiya instansiyası məhkəməsi isə haqlı olaraq həmin qərarı dəyişdirilmədən saxlamışdır. Kassasiya kollegiyası yuxarıda göstərilənləri və qanunvericiliyin şərh edilən tələblərini nəzərə alaraq birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında məhkumun vəsatətinin rədd edilməsini qanuni və əsaslı hesab edir və bu baxımdan Məhkum kassasiya şikayətinin dəlilərini qəbuledilməz sayaraq onun təmin edilməsini mümkün bilmir. Beləliklə, məhkəmə koll egiyası Məhkum kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb həmin şikayətin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Biləsuvar Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli hökmü ilə Məhkum CM-nin 206.2 və 234.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli ilkin baxış iclasının qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq QƏRARA A L D İ: Kassasiya şikayəti təmin edilməsin. Biləsuvar Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli ilkin baxış iclasının qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-992/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-992/2020
24.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver