Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-992/2022 20.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmranovun, məhkum Təqsirləndirilən şəxs və məhkumun müdafiəçisi Müdafiəçi iştirakl arı ilə, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 dekabr 2021-ci il tarixli qərarından Dövlət ittihamçısı Ağakərim oğlu tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Mahmud Ağalarov (sədrlik edən və məruzəçi), Eldar Mikayılov və Rahib Salmanov) 1(101)-476/2021 nömrəli, 16 avqust 2021ci il tarixli hökmü ilə xx xxxxxx 1991-ci il tarixdə Füzuli rayonunun Əhmədalılar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 1, mənzil 57-də qeydiyyatda olub, ünvan 1, mənzil 111 -də yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu, həbsdə və ev dustaqlığında olduğu 3 ay müddət ona təyin edilən cəzaya hesablanmaqla üzərində qəti olaraq 1 (bir) il 9 (doqquz) ay azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 12 may 2021-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs məhkum olunmuşdur ona görə ki, o, 22 iyul 2020-ci il tarixdə sosial şəbəkə vasitəsi ilə istintaqa məlum olmayan mənbədən 200 manat ödəyərək Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon ərazisindəki «Kəmalə Nərmin» şadlıq sarayının arxa hissəsində qoyulmuş 1 ədəd şəffaf selofana bükülmüş, külli miqdarda təmiz çəkisi 8,815 qram qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və 1 ədəd şəffaf selofana bükülmüş külli miqdarda təmiz çəkisi 2,898 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qəsdən, satış məqsədi olmadan əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2020-ci il tarixdə saat 12:00 radələrində Bakı şəhər Nizami RPİnin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 1 ünvanın qarşısında saxlanılaraq ünvan 2 yerləşən Nizami RPİ-nə gətirilib üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibin dən əldə etdiyi 1 ədəd şəffaf selofana bükülmüş, külli miqdarda təmiz çəkisi 8,815 qram qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 1 ədəd şəffaf selofana bükülmüş külli miqdarda təmiz çəkisi 2,898 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Ramin Qaraqurbanlı (sədrlik edən və məruzəçi), hakimlər Mirzəli Abbasov və Vaqif Mursaqulovdan ibarət tərkibdə) 1 (103)-1705/2021 nömrəli 13 dekabr 2021-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 avqust 2021-ci il tarixli hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs 8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi ilə bağlı Azərbaycan Respublikası Mil li Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 4-cü hissəsi tətbiq olunaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası 6 (altı) ay azaldılmaqla, 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına endirilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətləri və dövlət ittihamçısı Orxan Kəngərli tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmişdir. Dövlət ittihamçısı kassasiya protesti verərək Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 dekabr 2021-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işi üzrə yeni apelyasiya baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etm işdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmələrin gəldikləri nəticə əsassız və işin hallarına ziddir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, üzərində aşkar edilmiş narkotik maddələri 22 iyul 2020-ci il tarixdə 200 manat müqabilində almış, 25 iyul 2020-ci il tarixdə isə polis əməkdaşları tərəfindən tutulmuşdur. Sirr deyil ki, bu gün narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin “qara bazarda” 0,25 qramlıq dozalara bölünməklə hər biri 10 manata satılır. Belə olan halda, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 8,815 qram heroin və 2,898 metamfetaminin bir yerdə 11,713 qram təşkil etməklə ən azı 46 doza (“çet”) təşkil edir. Bu isə Təqsirləndirilən şəxs göstərdiyi kimi 200 manat deyil, ən minimum qiymətlə 460 manat təşkil edir. Eyni zamanda iş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs öz anket məlumatlarında fərdi əməklə məşğul olduğunu göstərsə də, ibtidai istintaq zamanı onun daimi nə rəsmi, nə də qeyri-rəsmi hər hansı bir işlə məşğul olması öz təsdiqini tapmamışdır. Hazırda Azərbaycanda minimum əmək haqqı 250 manat təşkil olunduğu halda, daimi işləmədiyi və başqa qazancın olmadığı halda Təqsirləndirilən şəxs narkotik maddələrə minimum əmək haqqının təxminən 2 qatını təşkil edən məbləğin sərf etməsi onların məhz satmaq məqsədi ilə aldığını bir daha dəlalət edir. Bununla yanaşı, ibtidai istintaq və məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Nizami RPİ-nin NMB-nin əməkdaşları Şahid1 və Şahid2 ifadələrində göstərmişlər k i, keçirilmiş əməliyyat məhz Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, özündə saxlayaraq daşıması barədə daxil olmuş məlumat əsasında olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs narkotik vasitəni ona satan şəxsin müəyyən edilməsi üçün heç bir məlumatın göstərməməsi onun ibtidai və məhkəmə istintaqı zamanı qeyri-səmimi ifadələr verdiyi və faktiki olaraq çalışdığı sahədə, yəni narkotik vasitələrin satışı ilə məşğul olan dairədə biabir olmamaq və onu qoruyub saxlamaq məqsədinin daşıdığı bir daha dəlalət edir. Bununla da, məhkəmələr iş üzrə toplanılmış sübutları tam və hərtərəfli araşdırmamış, onlara düzgün hüquqi qiymət verməmiş və iş üzrə artıq formalaşmış təcrübədən fərqli olan nəticəyə gəlmişdir. Göründüyü kimi, məhkəmələr qeyd edilən qanuni və əsaslı, iş materialları ilə təsdiq olunan halları nəzərə almadan, toplanılmış sübutları tam, hərtərəfli və obyektiv qiymətləndirmədən, mövcud sübutların düzgün təhlili üzrə təqsirləndirilən şəxsin barəsində ona ibtidai istintaq zamanı verilmiş ittihamda göstərilən maddə üzrə ittiham hökmünün çıxarılmasından ibarət nəticəyə gəlməli olduğu halda, hüquqi baxımdan əsaslandırılmamış nəticəyə gəlmişlər. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, məruzəçini, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayə t-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protestinin başlıca dəlili məhkəmələr tərəfindən məhkum Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən CM-in 234.1-ci maddəsinə tövsif edilməsinin qanunsuz olmasıdır. Məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri müzakirə edərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin dispozisiyasından görünür ki, qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama əməlinin həmin maddə ilə tövsif edilməsi üçün bu əməllər satış məqsədi ilə törədilməli, yaxud narkotik vasitələrin və ya psixotrop maddələrin satması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulm uş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Göründüyü kimi yuxarıda qeyd edilən qanun normalarının tələblərinə görə qanunsuz olaraq narkotik vasitəni və ya psixotrop maddəni əldə etmiş və saxlamış şəxsin əməlinin Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün narkot ik vasitənin və ya psixotrop maddənin külli miqdarda olması ilə yanaşı həmin şəxsin onları satmaq məqsədi və ya satma faktı cinayət işi üzrə toplanmış mötəbər sübutlarla müəyyən edilməlidir. Məhkum Təqsirləndirilən şəxs həm ilkin izahatında, həm də ibtidai və məhkəmə istintaqı zamanı verdiyi ifadələrdə üzərində aşkar olunmuş narkotik vasitə və psixotrop maddəni öz istifadəsi üçün almasını bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin və metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Cinayət işi üzrə toplanmış digər sübutlar – şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və ekspertiza rəyləri, habelə əməliyyat-axtarış təd birinin keçirilməsinə dair sənədlər Təqsirləndirilən şəxs tərəfindən üzərində aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin məhz satış məqsədi ilə əldə edilməsini və saxlamasını təsdiq edən heç bir hal müəyyən edilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 9-cu bəndindəki tövsiyələrə əsasən, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla narkotik vasitələrin və psixotrop maddələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, narkotik vasitələr hazır lanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İşdən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni satmaq niyyətində olmasını təsdiq edən heç bir sübut yoxdur. Məhkumda aşkar edilmiş narkotik vasitənin (8,815 qram) və psixotrop maddənin (2,898 qram) miqdarı da həmin narkotik vasitənin və psixotrop maddənin məhz satış məqsədi ilə əldə edilməsi barədə nəticəyə gəlmək əsas vermir. Bununla da məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddəni hər-hansı bir şəxsə satmaq niyyətində olması, bu barədə əvvəlcədən kimlərləsə sövdələşməsi, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, yaxud faktiki olaraq buna cəhd etməsi, psixotrop maddənin çəkilib xırda bağlamalara bükülməsi müəyyən edilməmiş və bunun ü çün Təqsirləndirilən şəxs hər hansı avadanlıq aşkar edilməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etməsi, saxlaması və daşımasına dair mötəbər sübut olmadığından birinci instansiya məhkəməsi düzgün olaraq onun əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif etmişdir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Az ərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə kollegiyası hesab edir ki, işin materiallarında Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə əldə edib saxlamasına dair heç bir sübut olmadığından həm birinci instansiya məhkəməsinin hökmü, həm də apelyasiya instansiyası məhkəməsinin qərarı Təqsirləndirilən şəxs əməlinin tövsifi ilə bağlı hissədə əsaslıdır. Bundan başqa, iş materiallarından göründüyü kimi məhkəmələr sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə istintaq orqanı Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə əldə edib saxlaması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, şübhə və ehtimalla ra əsaslanmış, işə baxan birinci instansiya məhkəməsi isə cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, cinayət təqibi üzrə toplanmış sübutları düzgün qiymətləndirmiş, məhkum Təqsirləndirilən şəxs əməlini düzgün olaraq CM-in 234.1-ci maddəsi ilə tövsif etmişdir. Odur ki, kassasiya protestinin məhkumun əməlinin tövsifi ilə bağlı dəlili əsassızdır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr iş üzrə düzgün nəticəyə gəlmişlər. Birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, məhkəmə məhkum Təqsirləndirilən şəxs, şahidlərin ifadələrini dinləyib onları, iş materialları ilə, yəni işdə olan digər sübutlarla müqayisəli təhlil edib məhkumun narkotik vasitəni və psixotrop maddəni qanunsuz əldə etmədə və saxlamada təqsirinin sübutlarl a təsdiq edildiyi, lakin onun narkotik vasitəni və psixotrop maddəni satmaq niyyətində olması işin hallarına uyğun olmaması və toplanmış sübutlara təsdiq edilmədiyi barədə nəticəyə gəlmişdir. Apelyasiya instansiyası məhkəməsi də apelyasiya protesti və apelyasiya şikayəti üzrə işə baxaraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyasi məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş cəza 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası onun törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, işin hallarına və məhkumun şəxsiyyətinə uyğun gəlir, Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə cavab verən ədalətli cəza dır. Hökmdən və apelyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apelyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Həmçinin işə baxılması zamanı məhkəmələr tərəfindən cinayət-prosessual qanununun və Avropanın İnsan Hüquq və Əsas azadlıqları haqqında Konvensiyanın 6-ci maddəsinin tələblərinin pozuntusuna yol verilməsi müəyyən edilməmişdir. İşdən görünür ki, apelyasiya instansiyası məhkəməsinin Təqsirləndirilən şəxs haqqındakı qərarının ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün qanunda göstərilmiş əsaslardan heç biri müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası ka ssasiya protestinin dəlilləri ilə razılaşmayaraq, həmin protestin təmin edilmədən, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 dekabr 2021-ci il tarixli Təqsirləndirilən şəxs haqqındakı qərarının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının Təqsirləndirilən şəxs haqqındakı 13 dekabr 2021-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-992/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-992/2022
20.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver