Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-993/2019 30.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Hacıqayıbov İmran Teymurxan oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Məhkum və Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 sentyabr 2018-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respu blikası CM-nin 120.2.1, 120.2.9, 120.2.11, 181.3.3, 228.4 və 157.1-ci maddələri ilə və qeyrilərinin təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 mart 2019-cu il tarixli qərarından Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: S.S.Hüseynov (sədrlik edən və məruzəçi), A.Ə.Məcidov və Z.Q.Ağayevdən ibarət tərkibdə) 25 sentyabr 2018-ci il tarixli hökmü ilə xx.xx.1979-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməmiş, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1-də qeydiyyatda olan, ünvan 2 fərdi evdə yaşayan Məhkum, Azərbaycan Respublikası CM-in 120.2.1, 120.2.9, 120.2.11, 181.3.3, 228.4 və 157.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək, CM-nin 120.2.1, 120.2.9, 120.2.11-ci maddələri ilə 19 (on doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 181.3.3-cü maddəsi ilə 14 (on dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 228.4-cü maddəsi ilə 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 157.1-ci maddəsi ilə 9 (doqquz) ay müddətə islah işləri cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 68.1.3-cü maddəsinin tələbinə əsasən islah işlərinin üç günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla təyin olunmuş 9 (doqquz) ay müddətə islah işləri cəzası 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, həmin Məcəllənin 66.3-cü maddəsi nə əsasən təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə üzərində qəti olaraq 20 (iyirmi) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasının ilk 5 (beş) ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 17 oktyabr 2017-ci il tarixdən hesablanması qərara alınmışdır. Həmin hökmlə həmçinin X10, X13, X11, X14, X17 da təqsirli bilinərək məhkum edilmişdirlər. Hökmdən məhkum1 müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Əhmədov Elman Məmməd oğlu (sədrlik edən və məruzəçi), Rzayev Məhəmmədəli Əsəd oğlu və Əsgərova Ruhiyyə Orucəli qızından ibarət tərkibdə) 14 mart 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 mart 2019-cu il tarixli qərarından Müdafiəçi kassasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum,xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz olaraq girməklə və silah qismində istifadə edilən əşyalar tətbiq etməklə quldurluq etmiş, bundan başqa onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı bir qrup şəxs halında quldurluqla əlaqədar qəsdən öldürmə, eləcə də təkrarən xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz olaraq girməklə və zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaq la quldurluq, habələ qanunsuz olaraq soyuq silahı əldə edib gəzdirmə və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma cinayətlərini törətmişdir. Belə ki, Məhkum Kürdəmir rayonu Xırdapay kəndində yaşayan X9 və X12 məxsus evdə xeyli miqdar təşkil edən pul və qızıl-zinət əşyalarının olması barədə 13 avqust 2017ci il tarixdə sonuncunun qardaşı qızı X8 məlumat və həmin evi nişan verib cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə yardım etməklə köməkçilik etməsindən sonra X10, X17, X13 və X11 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edib quldurluq yolu ilə xeyli miqdarda əmlakı əldə etmək qərarına gəlmiş, bu məqsədlə aralarında olan rol bölgüsünə əsasən X10 cinayətin törədilm əsində icraçılara bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər etməklə, yəni idarə etdiyi **-MB-*** dövlət qeydiyyat nişanlı «Mersedes-Benz» markalı avtomobillə 14 avqust 2017-ci il tarixdə onu və qrupun digər üzvləri – X10, X17 və X13u həmin evin yanına gətirib düşürərək və cinayətkar niyyətlərini başa çatdırdıqdan sonra gəlib hadisə yerindən aparacağını vəd edərək oradan bir qədər uzaqlaşıb Xırdapay kəndi ərazisində gözləmiş, o isə qrupun digər üzvləri ilə birlikdə gələcəkdə ifşa olunmamalarından ötrü əllərinə rezin materialdan olan tibbi əlcəklər, başlarına isə şalvar ayaqlığından düzəldilmiş xüsusi vasitə (maska) geyinib, özləri ilə də yapışqanlı lent (skotç) və vintaçan alət (otvertka) götürüb 14 avqust 2017-ci il tarixdə saat 03 radələrində X11 və X12lərin yaşadıqları Kürdəmir ray onu Xırdapay kəndində yerləşən evə qanunsuz girərək, həmin vaxt aralarında olan rol bölgüsünə əsasən X10 və X13 birlikdə divanda yatmış X11 həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edib ona sağ və sol mil-bilək oynağının və hər iki ayağın aşıqdaban oynağının zolaq şəkilli qançırları kimi sağlamlığa zərər vurmayan olduqları üçün dərəcələri təyin olunmayan və döş qəfəsinin sağdan Vİİİ qabırğasının yerdəyişməmiş qapalı sınığı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirərək əl və ayaqlarını yapışqanlı lentlə bağlamış, o isə vintaçan aləti silah qismində istifadə edilən əşya kimi tətbiq edərək X17 ilə birlikdə evin yataq otağında yatmış X12aya həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədə si ilə bağlı olan basqın edib ona sağ və sol mil-bilək oynağının və hər iki ayağın aşıq- daban oynağının zolaq şəkilli qançırları kimi sağlamlığa zərərvurmayan oluqları üçün dərəcələri təyin olunmayan xəsarətlər yetirərək əl və ayaqlarını yapışqanlı lentlə bağlamış, bundan sonra o, cinayətkar qrupun üzvləri – X10, X17 və X13la birlikdə evdə axtarış aparıb X11 Zərbəliyevin şalvarının cibində olan 2000,00 manat və 680,28 manat dəyərində 400 ABS dolları məbləğində pulu, həmçinin X12aya məxsus 1440,00 manat dəyərində Rusiya dövlətinin istehsalı olan iki ədəd qızıl onluq, 640,00 manat dəyərində Rusiya dövlətinin istehsalı olan iki ədəd qızıl beşlik, 2750,00 manat dəyərində Rusiya dövlətinin istehsalı olan 583 əyyarlı 50 qram çəkidə «Yoloçka» formalı bir ədəd qızıl qadın boyunbağı, 1485,00 man at dəyərində Rusiya dövlətinin istehsalı olan 583 əyyarlı 27 qram çəkidə bir ədəd qızıl qolbağı, 2750,00 manat dəyərində Rusiya dövlətinin istehsalı olan 583 əyyarlı 50 qram çəkidə «reket» və yaxud «kardinal» adlandırılan bir ədəd qızıl qadın boyunbağı, 1485,00 manat dəyərində Rusiya dövlətinin istehsalı olan 583 əyyarlı 27 qram çəkidə bir ədəd qızıl bilərziyi, 2750,00 manat dəyərində Rusiya dövlətinin istehsalı olan 583 əyyarlı 50 qram çəkidə «Tros» adlandırılan bir ədəd qızıl qadın boyunbağı, 2240,00 manat dəyərində İtaliya dövlətinin istehsalı olan 750 əyyarlı 32 qram çəkidə bir ədəd zəncir formalı qızıl qadın boyunbağı, 440,00 manat dəyərində Rusiya dövlətinin istehsalı olan 585 əyyarlı 8 qram çəkidə bir ədəd qızıl qadın bilərziyi, 2090,00 manat dəyərində Rusiya dövlətinin istehsalı ol an kişi saatının 583 əyyarlı 38 qram çəkisində bir ədəd qızıl qolbağı, 220,00 manat dəyərində Rusiya dövlətinin istehsalı olan 583 əyyarlı ağ qaşlı, ümumi cəkisi 4 qram olan qızıl uşaq üzüyü və kulonu, 350,00 manat dəyərində İtaliya dövlətinin istehsalı olan 750 əyyarlı 5 qram çəkidə bir ədəd nazik qızıl qadın sepi, 385,00 manat dəyərində Rusiya dövlətinin istehsalı olan 583 əyyarlı 7 qram çəkidə bir ədəd qızıl kulon, 880,00 manat dəyərində Rusiya dövlətinin istehsalı olan 583 əyyarlı 16 qram çəkidə bir ədəd qızıl qadın sepi, 165,00 manat dəyərində Rusiya dövlətinin istehsalı olan 583 əyyarlı 3 qram çəkidə bir ədəd qızıl kulon, 528,00 manat dəyərində İtaliya dövlətinin istehsalı olan 585 əyyarlı hər biri 4,8 qram çəkidə olan qaşsız iki cüt qızıl sırğalar, 770,00 manat dəyərində Rusiya dövl ətinin istehsalı olan 583 əyyarlı sirkon qaşlı 14 qram çəkisində «lenta» tipli bir ədəd qızıl qolbaq, 220,00 manat dəyərində Rusiya dövlətinin istehsalı olan 583 əyyarlı sirkon təkqaşlı 4 qram çəkisində bir ədəd qızıl qadın üzüyü, 165,00 manat dəyərində Rusiya dövlətinin istehsalı olan 583 əyyarlı 04 ədəd sirkon qaşlı 3 qram çəkisində bir ədəd qızıl qadın üzüyü, 220,00 manat dəyərində Rusiya dövlətinin istehsalı olan 583 əyyarlı sirkon qaşlı 4 qram çəkisində gül formalı qızıl bir ədəd qadın üzüyü, 220,00 manat dəyərində Rusiya dövlətinin istehsalı olan 583 əyyarlı göy qaşlı 4 qram çəkisində bir cüt qızıl uşaq sırğası, 330,00 manat dəyərində Rusiya dövlətinin istehsalı olan 583 əyyarlı 6 qram çəkidə bir ədəd qızıl sep, 110,00 manat dəyərində 583 əyyarlı 2 qram çəkidə açar formalı bir ədəd q ızıl kulon, 440,00 manat dəyərində Rusiya dövlətinin istehsalı olan 583 əyyarlı 8 qram çəkidə at başı şəkilli bir ədəd qızıl kişi üzüyü, 3500 manat dəyərində 583 əyyarlı üzərində tək sapfir və 12 ədəd brillyant qaşları olan bir ədəd qızıl qadın komplekti, 1500 manat dəyərində 583 əyyarlı üzərində təkqaş Sibir brillyant qaş olan bir ədəd qızıl qadın komplekti, 1800 manat dəyərində Rusiya dövlətinin istehsalı olan 583 əyyarlı 6 ədəd «Sibir» brillyant qaşlı «Yoloçka» formalı qolbaqlı bir ədəd qızıl qadın saatı, 650 manat dəyərində Rusiya dövlətinin istehsalı olan 583 əyyarlı brillyant qaşlı 4 qram çəkidə «svetofor» formalı bir ədəd qadın üzüyü, 1700 manat dəyərində Rusiya dövlətinin istehsalı olan üzərində 12 ədəd brillyant və bir zümrüd qaş olmaqla 583 əyyarlı 5 qram çəkidə bir ədəd qızıl qa dın üzüyü və 1200 manat dəyərində Rusiya dövlətinin istehsalı olan 583 əyyarlı üzərində 06 ədəd brillyant qaşı olan 09 qram çəkidə bir ədəd qızıl qadın nişan üzüyü, ümumilikdə 33423,00 manat dəyərində qızıl-zinət əşyalarını götürüb və saat 05:19 radələrində artıq qrup üzvlərinin cinayətkar niyyətinin başa çatdırmaları barədə X10ə məlumat vermələrindən sonra hadisə yerinin yaxınlığına gələn sonuncunun avtomobili ilə hadisə yerindən gedib və həmin gün X11 cibindən götürdükləri 2680,28 manat pulu, bir neçə gündən sonra isə qızıl-zinət əşyalarını istintaqa məlum olmayan şəxsə satmalarından əldə olunmuş pulu aralarında bölməklə xeyli miqdar təşkil edən 36103,28 (otuz altı min yüz üç manat iyirmi səkkiz qəpik) manat dəyərində özgə əmlakı əldə edərək qabaqcadan əlbir olan bir qrup şəxs halında ya şayış sahəsinə qanunsuz olaraq girməklə və silah qismində istifadə edilən əşya tətbiq etməklə quldurluq etmişdir. Bundan başqa, Məhkum İran İslam Respublikasının vətəndaşı X18 məxsus ünvan 3 saylı evdə xeyli miqdar təşkil edən 40 min manat pul və ya həmin dəyərdə qızıl-zinət əşyalarının olmasını güman edib X10, X17, X13 və X11 ilə təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edib quldurluq yolu ilə Nemat Mohtatiyə məxsus xeyli miqdar təşkil edən əmlakı ələ keçirmək məqsədi ilə aralarında olan rol bölgüsünə əsasən X10 cinayətin törədilməsində icraçılara bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər etməklə, yəni idarə etdiyi **-MB-*** dövlət qeydiyyat nişanlı «Mersedes-Benz» markalı avtomobillə 11 oktyabr 2017-ci il tarixdə saat 23:32 radələrində onu və qrupun digər üzvləri – X10, X17 və X13u həmin evin yaxınlığındakı körpünün üstündə düşürərək və cinayətkar niyyətlərini başa çatdırdıqdan sonra gəlib hadisə yerindən aparacağını vəd edərək oradan bir qədər uzaqlaşıb Novxanı qəsəbəsi ərazisində gözləmiş, o, isə 12 oktyabr 2017-ci il tarixdə saat 03:50 radələrində cinayət əlaqəsinə girdiyi X10, X17 və X13la birlikdə tanınmamaq üçün sifət nahiyələrinə xüsusi vasitələr və əllərinə fəhlə əlcəkləri geyinərək, habelə yapışqanlı lent (skotç) və məlum olmayan mənbədən qanunsuz əldə edib gəzdirdikləri birinin tiyəsinin uzunluğu 17.6 sm olmaqla ümumi uzunluğu 30.2 sm olub qatlanmayan, digərinin isə tiyəsinin uzunluğu 9.5 sm, ümumi uzunluğu 22 sm olan qatlanmayan iki ədəd zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı və soyuq sila h hesab edilən ov bıçaqları ilə silahlanaraq X6 məxsus yaşayış sahəsi olan ünvan 3 saylı evə qanunsuz olaraq girib evin ikinci mərtəbəsindəki yataq otağında çarpayıda yatmış vəziyyətdə olmaqla onlar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan, yəni müqavimət göstərmək iqtidarında olmayan X19 gördükdə aralarında olan rol bölgüsünə əsasən X13 həmin otağın çölündə dayanaraq ətrafı müşahidə etmiş, o isə X10 və X17 ilə birlikdə həmin otağa daxil olub X4 müqavimətini qırıb əl və ayaqlarını tutub bağlamaq üçün sonuncunun həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək ona qaşarası nahiyənin, burun kökü nahiyəsinin, burunun uc hissəsinin, sağ yanaq nahiyəsinin, sağ almacıq nahiyəsinin, sol yanaq nahiyəsinin sıyrıqları, sağ qulaq seyvanı girəcəyinin səthi əzilmiş-cırılmış y arası, üst dodağın selikli qişasının qansızması, sol əlin arxa səthinin qançırı kimi sağlamlığa zərər vurmayan olduqları üçün dərəcələri təyin olunmayan xəsarətlər yetirməklə əllərini və ayaqlarını X17 ilə tutub yapışqanlı lent, döşək üzü və elektrik naqili ilə bağlayarkən və X1şqırmasının qarşısını almaqdan ötrü tənəffüs yollarını əlləri ilə qapayarkən cinayətkar qrupun digər üzvləri X13 və X10in qəsdi ilə əhatə olunmayan və aralarında əvvəllcədən razılaşdırılmış ümumi niyyətdən kənara çıxmaqla, öz əməllərinin içtimai təhlükəli olduğunu dərk edib, sonuncunun ölümü ilə nəticələnəcəyini qabaqcadan görüb, lakin bunları arzu etməyib və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verdiklərindən Saman Mohtati, tənəffüs yollarının qapanması nəticəsində baş vermiş, yetirilən anda həyat üçün təhlükəli olub ölümlə nəticələndiyi üçün sağlamlığa ağır zərər vurmaya aid olan mexaniki asfiksiyadan hadisə yerində ölmüş, bundan sonra o, quldurluq yolu ilə Nemat Mohtatiyə məxsus xeyli miqdar təşkil edən əmlakı ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olduğu bir qrup şəxslər – X10, X17 və X13la birlikdə evdə axtarış apararaq xeyli miqdar təşkil edən pul və qızıl-zinət əşyaları tapa bilməyib 300 manat pul, 80 manat dəyərində bir ədəd 100 milliqramlıq şüşə qabda təzə «Lakost» markalı kişi odekolonu və 450 manat dəyərində 09 ədəd göz linzalarını götürüb hadisə yerindən getmişlər, bundan sonra gələcəkdə ifşa olunmamalarından ötrü qonşuluqda olmaqla ünvan 1 ünvanda yerləşən X6 məxsus evdə quraşdırılmış müşahidə kameraları tərəfindən qeydə alınmalarından ehtiyatlanıb həmin kameraların birlə şdirildiyi DVR qurğusunu götürüb məhv etmək məqsədilə Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə daxil olub oradan 175,00 manat dəyərində olan bir ədəd «Yomert H.264 Digital video recorder» markalı DVR qurğusu və 25,00 manat dəyərində olan DVR qurğusu üçün nəzərdə tutulmuş bir ədəd qida blokunu götürüb yaxınlıqdan keçən su kanalına tullamaqla məhv etmiş və saat 05:32 radələrində artıq qrup üzvlərinin cinayətkar niyyətinin başa çatdırmaları barədə cinayətkar qrupun üzvü X10ə məlumat vermələrindən sonra hadisə yerinin yaxınlığına gələn sonuncunun avtomobili ilə hadisə yerindən getmişlər, bununla da o, qanunsuz olaraq soyuq silah əldə edib gəzdirmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən xeyli miqdarda əmlak əl də etmək məqsədi ilə yaşayış sahəsinə qanunsuz olaraq girib zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla quldurluq etmiş, bir qrup şəxs halında onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan X19 quldurluqla əlaqədar qəsdən öldürmüş və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə X4 mənzilinə daxil olmuşdur. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 14 mart 2019-cu il tarixli qərarı qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə, ehtimallara əsaslanmaq qəbul edildiyindən qanunsuz və əsassızdır. Bakı Ağır Cinayətlər Məhkəməsi işə baxarkən yalnız X7 törətdiyi cinayət əməlini müəyyən etmiş, nə Məhkum nə də digər təqsirləndiril ən şəxslərin hansı cinayəti törətdiklərini, cinayətin törədilməsində hansı qisimdə iştirakını müəyyən etməmiş, yalnız hökmün nəticə hissəsində hər bir təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirildiyi qənaətinə gəlmişdir. Həmçinin, Bakı Ağır Cinayətlər Məhkəməsi işə baxarkən hər bir ittiham üzrə və hər bir təqsirləndirilən şəxs barəsində sübutların cəmini işin bütün materialları ilə birlikdə qiymətləndirərək onların təhlilini verməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi isə məhkəmə istintaqı aparmadan hər bir təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini müəyyən etmədən, ittiham mövqeyini üzərinə götürərək ibtidai istintaq zamanı təqsirləndirilən şəxslərə istinad edilən əməlləri sübuta yetirilmiş hesab etmiş, nəticədə, məhkəmələr tərəfindən toplanmış sübutlar təhlil olunmamış, bir-biri ilə müqayisə edilməmiş, nəticədə sübutların məcmusuna düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmələr işə baxarkən təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirən halların olmasını nəzərə almayaraq, dövlət ittihamçısının çıxışında təklif etdiyi cəzaları təyin etməklə, açıq-aşkar ədalətsiz qərar qəbul etmişdir. Müdafiəçi kassasiya şikayətində irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina edilməsini və cəza təyin edərkən məsuliyyəti yüngülləşdirən halları nəzərə almadan cəza təyin edilməsini qeyd edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 mart 2019-cu il tarixli qərarının Məhkum münasibətdə ləğv edilməsi və işə yenidən apellyasiya baxışma təyin edilməs i barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun və müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 mart 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcə llənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq kassasiya şikayətinin dəillərini məqbul hesab etmir. Müdafiəçi kassasiya şikayətində məhkəmələr tərəfindən işin hallarının obyektiv araşdırılmadığını və sübutlara düzgün qiymət verilmədiyini mübahisələndirmişdir. Kollegiya işin hallarına əsasən qeyd edir ki, sübutlar məhkəmələr tərəfindən Azərbaycan Respublikasının CPM-nin 143-146-cı maddələrinə müvafiq hərtərəfli, tam və obyektiv tədqiq edilmişdir. Məhkəmələrin nəticəsi işin faktiki hallarına uyğundur. Məhkəmələr tərəfindən iş üzrə məhkumlar Məhkum ilə yanaşı X10, X17, X11.Dünyamalıyev, X13, Rəşidə Seydiyevanın ibtidai istintaq və birinci instansiya məhkəməsinə verdiyi ifadələr, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri nəzərə alınmış, toplanmış sübutlar təhlil olunmuş, ibtidai aşdırma orqanı tərəfindən hadisə yerinə baxış keçirilməsi, təqsirləndirilən şəxslərin ifadələrinin yerində yoxlanması, onların üzləşdirilməsi kimi istintaq hərəkətləri həyata keçirilmiş, iş üzrə məhkəmə-tibbi, məhkəmə-əmtəəşünaslıq, məhkəmə psixiatrik, məhkəmə-psixoloji ekspertizaları keçirilib müvafiq rə ylər alınmış, «xxxx» MMC-dən əldə edilmiş telefon danışıqları əks etdirilmiş bir neçə diskə baxış keçirilmiş, nəticədə sübutların məcmusuna düzgün hüquqi qiymət verilmişdir. Kollegiya müdafiə tərəfinin Məhkum hansı cinayət əməlini törətməsinin müəyyən edilməməsi dəlili barədə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 35-ci maddəsinə əsasən icraçı tərəfindən razılaşdırılmış ümumi niyyətdən kənara çıxmaqla, yəni cinayətin digər iştirakçılarının qəsdi ilə əhatə olunmayan başqa cinayətin törədilməsi icraçının ekstsesi hesab olunur. İşin məhkəmələr tərəfindən tədqiq edilmiş hallarından görünür ki, Məhkum 12 oktyabr 2017-ci il tarixdə, saat 3:50 radələrində cinayət əlaqəsinə girdiyi X10, X17 və X13la birlikdə məlum olmayan mənbədən qanunsuz əldə edib gəzdirdikləri, birinin tiyəsinin uzunluğu 17,6 sm olmaqla ümumi uzunluğu 30,2 sm olub qatlanmayan, digərinin isə tiyəsinin uzunluğu 9,5 sm, ümumi uzunluğu 22 sm olan qatlanmayan iki ədəd zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı və soyuq silah hesab edilən ov bıçaqları ilə silahlanaraq Nemat Mohtatiyə məxsus evə qanunsuz olaraq girib evin ikinci mərtəbəsindəki yataq otağında çarpayıda yatmış vəziyyətdə olmaqla onlar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan, yəni müqavimət göstərmək iqtidarında olmayan X19 gördükdə Məhkum və X17 ilə birlikdə həmin otağa daxil olub X4 müqavimətini qırıb əl və ayaqlarını tutub bağlamaq üçün sonuncunun həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək ona müxtəlif dərəcəli xəsarətlər yetirmiş, əllərini və ayaqlarını Məhkum və X17 tutub yapışqanlı lent, döşək üzü və elektrik naqili ilə bağlayarkən X10, X4 qışqırmasının qarşısını almaqdan ötrü tənəffüs yollarını əlləri ilə qapamaqla öz əməllərinin ictimai təhlükəli olduğunu dərk edib sonuncunun ölümü ilə nəticələnəcəyini qabaqcadan görüb, lakin bunları arzu etməyib və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verərək X4 tənəffüs yollarının qapamaqla ona yetirilən anda həyat üçün təhlükəli olub ölümlə nəticələndiyi üçün sağlamlığa ağır zərər vurmaya aid olan xəsarət yetirərək mexaniki asfiksiyadan hadisə yerində ölməsinə səbəb olmuşdur. Göründüyü kimi, X26 Möhtatinin tənəffüs yollarını qapamaqla, eyni zamanda X6 və Məhkum zərərçəkmişin müqavimətini qıraraq onun ayaq və əllərini bağlamaqla qəsdən adam öldürmə cinayətinin baş verməsinə şüurlu surətdə yol ve rmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli 3№li qərarında göstərilmişdir ki, adam öldürmə cinayəti o zaman bir qrup şəxs tərəfindən törədilmiş hesab olunur ki, insanın həyatdan məhrum edilməsi qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə həyata keçirilmiş olsun. Bu zaman mütləq deyildir ki, iştirakçılardan hər biri zərərçəkmişə onun ölümünə səbəb olan xəsarət yetirmiş olsun. Nəzərə almaq lazımdır ki, zərəçəkmişin həyatdan məhrum edilməsi prosesində bilavasitə iştirak edənlər, onun müqavimətini qırmaqla, özünü müdafiə etmə imkanını aradan qaldırmaqla, yaxud məhdudlaşdırmaqla zərərçəkmişin həyatdan məhrum edilməsinə kömək etdiklərini dərk etmiş və bunu arzu etmi ş, yaxud da belə nəticəni arzu etməsə də ona şüurlu surətdə yol vermiş şəxslər də cinayətin icraçıları sayılırlar. Bir şəxs tərəfindən həyata keçirilən qəsdən adam öldürmə prosesinin gedişində başqa şəxsin (şəxslərin) təqsirkara qoşulub zərərçəkmişi öldürmək məqsədilə ona kömək etməsi hallarında da bir qrup şəxs tərəfindən adam öldürmə cinayətinin törədilməsi mövcud olur. Kollegiya hesab edir ki, məhkəmələr ayrı-ayrı epizodlarda X3 dəstə halında gizli şəkildə soyuq silahlarla silahlanıb zərərçəkmişlərin evlərinə daxil olaraq, onlara məxsus qızıl-zinyət əşyalarını və külli miqdarda pullarını ələ keçirməklə quldurluq etmələrini, eyni zamanda yatmış vəziyyətdə olan zərərçəkmiş X5 sağlamlığına ağır xəsarət yetirməklə onu qəsdən öldürmələrini müvafiq olaraq Azərbaycan Respublikası CM-nin 181. 3.3, 120.2.1, 120.2.9, 120.2.11, 228.4, 157.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlləri kimi qiymətləndirmişdir Məhkəmələr tərəfindən Azərbaycan Respublikası CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi ilə qiymətləndirilmiş, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilmişdir. Kollegiya hesab edir ki, məhkəmələr, məhkumun məhkəmə istintaqı zamanı özünü quldurluq cinayətində təqsirli bilməsi,adam öldürmədə iştirak etməməsi barədə göstərdiy dəlilləri, istinad edilən cinayətləri törətməsi barədə istintaq zamanı verdiyi ifadələləri ilə müqayisəli tədqiq edərək, məhkumun ibtidai istintaqdakı ifadəsinin iş materiallarına və işin faktiki hallarına uyğun olduğunu, obyektiv həqiqəti əks etdirdiyini müəyyən edərək mötəbər hesab etməklə, Məhkum barəsində düzgün nəticəyə gəlmişdir. Müdafiəçinin kassasiya şikayətində göstərdiyi arqument məhkuma təyin edilmiş cəzanın ağırlığı ilə bağlıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 saylı, 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd edilən Qərarın 1-ci bəndində qeyd edilir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin hansı cinayətlər k ateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına(məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s) əsasən müəyyən edilir Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başq a şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmələr Azərbaycan Respublikası CM-nin 8, 41, 58 və maddələrinin tələblərinə əməl etməklə məhkumun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, törədilmiş cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, düzgün olaraq nəzərə alıb, ona əməlinə və şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsi25 sentyabr 2018 -ci il tarixli hökmü ilə Məhkum cəza təyin edərkən onun ilk dəfə cinayət əməli törətməsini, etmiş olduğu əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş zərərin təqsirləndirilən şəxslər tərəfindən tam olaraq ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayəti və tələbinin olmamasını, evli olmasını və himayəsində azyaşlı uşağının olmasını məhkəmə iş üzrə cəzanı yüngülləşdirən hallar kimi nəzərə almış və törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədi barədə qanunun tələblərini də nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.2-ci maddəsinə əsasən, xüsusilə ağır cinayətləri törətməyə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin xüsusilə təhlükəli residivi zamanı cəzanın bir hissəsinin həbsxanada çəkilməsi nəzərdə tutulmuşdur Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində göstərilən hallar nəzərə alınmaqla Məhkum təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha aşağı həddə cəza təyin edilməsinə və cəzaçəkmə müəssisəsinin rejiminin dəyişdirilməsinə əsas vermədiyindən kassasiya şikayəti təmin edilmədən saxlanmalıdır. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunvericiliyin pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi və Sumqayıt Ape llyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 mart 2019-cu il tarixli qərarının məhkuma aid hissədə ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum və qeyrilərinin məhkum edilmələrinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 mart 2019-cu il tarixli qərarı Məhkum aid hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-993/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-993/2019
30.07.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver