Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-993/2021 22.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X8 qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru X9 iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 fevral 2021-ci il tarixli, 1(106)-98/2021 nömrəli qərarından Dövlət ittihamçısı Əli oğlu t ərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxx 1988-ci il tarixdə Astara rayonu, Ərçivan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində iki azyaşlı uşaq olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Astara rayonu Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. 2. 21 may 2020-ci il tarixdə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. İttihamda göstərilmişdir ki, “Məhkum, psixotrop maddələrin mütəmadi istifadəçisi olub özünün də istifadə etdiyi psixotrop maddələrə sərf etdiyi və digər şəxsi xərclərini ödəmək, yəni tamah niyyəti ilə nisbətən ucuz qiymətə aldığı psixotrop maddələri digər şəxslərə daha baha qiymətə satmaq qərarına gəlib istintaqla müəyyən edilməyən vaxtda və şəxsdən 2(iki) bükümdə, təmiz çəkisi 0,763 qram psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə edib, üzərində saxlayıb daşıyaraq 23 aprel 2020-ci il tarixdə, saat 18 radələrində Astara rayonu Ərçivan qəsəbəsində Astara rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərinə cəlb edilərək şərti alıcı qismində iştirak etmiş X5 1(bir) bükümdə, təmiz çəkisi 0,380 qram psixotrop maddə olan metamfetamini 5 (beş) manata satmış, bundan sonra 24 aprel 2020-ci il tarixdə saat 08 radələrində Astara RPŞ-nin əməkdaşları tərəfindən Astara şəhəri, H.Əliyev prospektində “Az riba” adlanan dairənin yaxınlığında saxlanılaraq Astara RPŞ-nin inzibati binasında üzərində aparılan şəxsi axtarış zamanı əynində olan gödəkcəsinin sağ yan cibində olan “Samsung” markalı mobil telefonun alt hissəsində 1 (bir) bükümdə, təmiz çəkisi 0,383 qram psixotrop maddə metamfetamin və Eynəli Babayevə satdığı 1(bir) bükümdə psixotrop maddə metamfetaminin qarşılığında qazanc kimi əldə etdiyi 5 (beş) manatlıq pul əskinazı aşkar edilərək götürülmüşdür”.
3. Astara rayon Məhkəməsinin 16 iyun 2020-ci il tarixli, 1(018)-121/2020 nömrəli hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsinin iclasında verdiyi ifadəsində təqsirləndirilən şəxs Məhkum bildirmişdir ki, 24 aprel 2020-ci il tarixdə, saat 08 radələrində Astara rayon polis şöbəsinin əməkdaşları onun üzərinə polis şöbəsinin otaqlarından birində şəxsi axtarış keçirmişlər. Üzərində heç bir şey aşkar olunmamış, yalnız özünə məxsus gödəkcənin sağ yan cibindən “Samsung” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. “Samsung” markalı telefon özünə məxsusdurş Lakin guya telefonun alt üzlüyündən aşkar edilərək götürülmüş bir bükümdə psixotrop maddə metamfetaminə oxşar kütlə və bir ədəd 5 manatlıq pul əskinazı ona məxsus deyildir. Telefonun alt hissəsinə heç bir vaxt nə psixotrop maddə, nə də ki, 5 manatlıq pul əskinası qoymamışdır və metamfetaminə oxşar kütlənin və 5 manatlıq pul əskinazının ora necə qoyulmasını da bilə bilməz. Ümumiyyətlə üzərində həmin gün heç bir manat pulu da olmamışdı r. Əgər onda 5 manat var idisə, onda həmin pulu elə cibinə qoyardı, nəinki telefon qabığının alt hissəsinə. Bütün bunlar ona qarşı verilən saxta ittihamlardır. X3 adlı şəxsə psixotrop maddə olan metamfetamin satması barədə ona verilən ittiham isə tamamilə uydurma bir ittihamdır, sonuncunu o, heç bir vaxt tanımamış, onunla hərhansı bir ünsiyyəti olmamış, Eynəlini yalnız Bakı İstintaq Təcridxanasında olan zaman görmüşdür. Eynəli Babayev özü başqa cinayət əməli törətdiyi üçün istintaq təcridxanasına salınmışdır. Ona görə də verilən ittihamlara özünü təqsirli bilməmiş, heç bir ifadə verməmiş və heç bir yerə imza atmamışdır.
5. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Astara rayon Ərçivan qəsəbə sakini Məhkum əvvəllər tanımamış, ilk dəfə yalnız B akı İstintaq təcridxanasında olan zaman görmüş və tanımışdır. 20 aprel 2020-ci il tarixdən Astara RPŞ-nin əməkdaşları onu şöbəyə apararaq orada saxlamış, orada ondan bir nəfərin üzünə durmasını və ona guya psixotrop maddə satmasını deməsini bildirmiş, o isə bundan qəti şəkildə imtina etmişdir. O, ərizə və digər kağızlara ona edilən təzyiq və təsir altında imzalamışdır. Ümumiyyətlə belə bir hadisə baş verməmişdir. Bundan əlavə əməliyyat üçün polis əməkdaşları tərəfindən ona 05 (beş) manat məbləğində pul da verilməmişdir. O, nə 23 aprel 2020-ci il tarixdə, nə ondan əvvəl, nə də sonra Məhkum hər hansı bir psixotrop maddə almamış, ümumiyyətlə belə bir şəxsi tanımamışdır. Özü narkotik vasitələrin istifadəçisi kimi cinayət məsuliyyətinə cəlb edilərək Astara Rayon Məhkəməsinin 26 avqust 2020-ci i l tarixli hökmü ilə məhkum olunmuşdur. Əgər narkotik vasitələrin satışı ilə məşğul olan şəxsləri ifşa edirdisə, bunu özü barəd aparılan cinayət işində edərdi və həmin vaxt da narkotiki kimdən aldığını bildirərdi. Bütün bunların necə baş verməsindən xəbəri yoxdur. Hazırda məhkəmə istintaqında vermiş olduğu ifadəsi tam düzgündür və onu təsdiq edir.
6. X4 ifadəsinə qiymət verən birinci instansiya məhkəməsi nəzərə almışdır ki, sonuncu özü daha sonra Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, bu hal özlüyündə Eynəli Babayevin əvvəllər narkotik vasitələrin istifadəsinə görə cinayət məsuliyyətinə cəlb olunmaqla, müsbət xarakterizə olmadığına dəlalət edir. Digər tərəfdən əgər X6 polis şöbəsinə gəlib ərizə yazmışdırsa və Məhkum psixotrop maddə olan metamfetaminin satmasını ifşa etmək istəyirdirsə, bununla bağlı əməliyyat tədbiri planı hazırlanmalı, qurulmalı və bu haqda məhkəməyə müvafiq sübut təqdim edilmə idi. Bu səbəbdən məhkəmə X4 iştirakı ilə keçirilmiş nəzarət qaydasında mal alınması əməliyyatına şübhə doğuran, provokasiya yolu ilə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün faktiki əsas yaradan tədbir kimi yanaşmış və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 21.2-ci maddəsini əsas götürməklə, ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhəni təqsirləndirilən şəxs Məhkum xeyrinə təfsir etmişdir.
7. Nəticədə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, təqsirləndirilən şə xs Məhkum narkotik vasitələrin istifadəçisi olmaqla 24 aprel 2020-ci il tarixdə Astara rayonu Ərçivan qəsəbəsində istintaqla müəyyən edilməyən mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 01 (bir) bükümdə, təmiz çəkisi 0,383 qram psixotrop maddə olan metamfetamini əldə edərək üzərində saxlamış və daşımışdır. O, həmin gün saat 08:00 radələrində Astara şəhəri «Azriba» adlanan dairənin yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmış, Astara rayon polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılarkən göstərilən bükümdə və çəkidə olan psixotrop maddə metamfetamin gödəkcəsinin sağ yan cibində olan «Samsunq» markalı mobil telefonun alt hissəsindən aşkar edilib protokollaşdırılaraq götürülmüşdür.
8. Birinci instansiya məhkəməsi cin ayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələrinin, ekspertiza rəylərinin, maddi sübutun, istintaq və məhkəmə hərəkətləri protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ittiham verilmiş əməli aşağıdakı səbəblərə görə həmin Məcəllənin 234.1-ci maddəsinə (satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama və daşıma) tövsif edilməlidir.
9. Gəldiy i nəticəsini əsaslandıraraq birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Məhkum əməlinin Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinə tövsif edilməsi üçün heç bir mötəbər əsas, səbəb, sübut növü göstərilməmiş və əsaslandırılmamışdır. Cinayət işinin istintaq materiallarında Məhkum psixotrop maddə olan metamfetamini X1 barədə gəlinən nəticə ancaq hər iki şəxsin (Məhkum və X4) vermiş olduqları izahatlara əsaslanmışdır ki, məhkəmə istintaqı zamanı isə bu hallar inkar edilmiş, Məhkum sərbəst ifadəsində psixotrop maddə satmadığını, X6 isə ondan metamfetamin almadığını bildirmişdir.
10. Astara Rayon Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli, 1(018)-121/2020 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bil inib 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 24 aprel 2020-ci il tarixdən hesablanması, ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində pulun Məhkum tutularaq dövlət büdcəsinə köçürülməsi, iş üzrə maddi sübut olan və Astara Rayon Polis Şöbəsində (maddi sübutların saxlanılması otağında) saxlanılan (ekspertiza tədqiqatından sonra qalıq qalan) ümumi çəkisi 0,663 qram çəkidə metamfetaminin məhv edilməsi hökm edilmişdir.
11. Hökmdən dövlət ittihamçısı apelyasiya protesti verərək, Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət iş üzrə Astara Rayon Məhkəməsinin 1(018)-121/2020 saylı, 17 sentyabr 2020-ci il tarixli hökmünün ləğv edilməsini, Məhkum Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyası həddində cinayət qanunun üddəalarına uyğun cəza təyin edilməsi barədə yeni hökm çıxarılmasını xahiş etmişdir.
12. Apelyasiya protesti onunla əsaslandırılmışdır ki, Məhkum Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətsə də, Astara Rayon Məhkəməsi əsassız olaraq onun əməlini Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsinə tövsif etmişdir. Məhkəmənin gəldiyi nəticə işin faktiki hallarına uyğun deyil, Eynəli Babayevin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məhkəmədə dəyişdirilməsinin səbəblərini araşdırmamışdır. Məhkəmə Məhkum əməlini Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən Azərbaycan Respublikası CM-n in 234.1-ci maddəsinə tövsif edərkən təqsirləndirilən şəxsin işin obyektiv hallarına uyğun gəlməyən özünü müdafiə xaraxterli ifadələrinə əsaslanmışdır. Ona görə də, Astara Rayon Məhkəməsinin 1(018)-121/2020 saylı, 17 sentyabr 2020-ci il tarixli hökmünün ləğv edilməsini, Məhkum Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyası həddində cinayət qanunun müddəalarına uyğun cəza təyin edilməsi barədə yeni hökm çıxarılmasını xahiş etmişdir.
13. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 fevral 2021-ci il tarixli, 1(106)-98/2021 nömrəli qərarı ilə apelyasiya protesti qismən təmin edilmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Astara Rayon Məhkəməsinin 1(018)-121/2020 sayl ı, 17 sentyabr 2020-ci il tarixli hökmü apelyasiya protestinə əsasən dəyişdirilmişdir. Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təyin olunmuş 10 (on) ay azadlıqdan məhrum etmə cəzasının müddəti ağırlaşdırılmaqla 1 (bir) il 03 (üç) ay müddətədək artırılmış, birinci instansiya məhkəməsinin hökmü apelyasiya protestinə əsasən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
14. X7 Məhkəməsinin Cinayət Kollegiyasının 10 fevral 2021-ci il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti vermişdir. II. Kassasiya protestinin dəlilləri və protestə qarşı etirazlar
15. Dövlət ittihamçısı kassasiya protestinin belə əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsi tərəfindən yekun qərar qəbul edilərkən sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələb lərinə müvafiq olaraq tədqiq edilmədiyindən və bunun nəticəsi olaraq Məhkum əməlinin tövsifində səhvə yol verildiyindən, eləcə də cinayət və cinayət-prosessual qanunvericiliyin normaları düzgün tətbiq edilmədiyindən, həmin qərar əsassız olduğuna görə ləğv edilməli və iş yeni apelyasiya baxışına təyin edilməlidir. Məhkəmə kollegiyasından Məhkum Azərbaycan Respublikası CM-nin 234.2-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 fevral 2021-ci il tarixli, 1(106)-98/2021 nömrəli qərarının ləğv edilməsini və cinayət işinin yeni apelyasiya baxışına təyin edilməsini xahiş etmişdir.
16. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. İşə aid qanunvericilik
17. Azərbaycan Respublikası aşağıdakıları müəyyən edir: Cin ayət Məcəlləsinin müvafiq maddələri Maddə
3. Cinayət məsuliyyətinin əsasları “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.“ Maddə
234. Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma “234.1. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 234.2. Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma— üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır....”
18. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin müvafiq maddəsi aşağıdakıları müəyyən edir: Maddə
21. Təqsirsizlik prezumpsiyası “21.1.... 21.2. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmam ış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.” 19. “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanı: “...
6. Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə tövsiy ə edilsin ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi işini təşkil etsinlər və onu məhkəmə təcrübəsində nəzərə alsınlar....” IV. Hüquqi məsələlər
20. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.
21. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
22. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
23. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.
24. Dövlət ittihamçısı kassasiya protestində məhkəmələr tərəfindən sübutların tədqiqinə dair cinayət-prosessual qanunun tələblərinin pozulduğunu, nəticədə Məhkum əməlinin tövsifində səhvə yol verildiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.3 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.
25. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası C PM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 fevral 2021-ci il tarixli, 1(106)-98/2021 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
26. Kassasiya protestinin dəliləri ilə bağlı məhkəmə kollegiyası qeyd ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli, 2 saylı Qərarının 9-cu bəndinə əsasən narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanuns uz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.
27. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanını əsas götürməklə, həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) təcrübəsinə istinad etməyi zəruri hesab edir.
28. Belə ki, Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə, şəxs təkcə narkotik maddələrin qanunsuz saxlamasında yox, eləcə də onların satışında ittiham edilirsə, bu zaman, məsələn, nağd pul, narkotik maddəni təchiz etmiş şəxslər və ya potensial alıcılar haqqında məlumatlar, tərəzi, qablaşdırma materialları və sair əczaçılıq vasitələrinin aşkar edilərək əlavə sübut kimi təqdim edilməsi zəruridir (bax, İbrahimov və Məmmədov Azərbaycana qarşı, № 63571/16 və s., § 125, 13 fevral 2020). Narkotik maddələrin satışını təsdiq edən ən mühüm və danılmaz sübut növü kimi Avropa Məhkəməsi, o cümlədən Rusiya və Ukrayna hüquq mühafizə orqanları tərəfindən geniş istifadə edilən, “Əməliyyat-axtarış fəaliyyəti" haqqında Azərbayca n Respublikası Qanununun 10-cu maddəsinin 1-ci bəndinin 12-ci yarımbəndi ilə də nəzərdə tutulan, nəzarət qaydasında mal alınmasını qəbul etmişdir. Bununla belə, Avropa Məhkəməsi hətta bu halda tələb edir ki, əməliyyat tədbirini həyata keçirən orqan, bunun üçün əsaslı səbəblərin, xüsusilə də şübhəli şəxsin cinayətin törədilməsi istiqamətində artıq müəyyən addımların atdığını təsdiqləyən və əldəetmə mənbəsi sonrakı mərhələdə yoxlanıla bilən konkret və obyektiv məlumatların olduğunu nümayiş etmək imkanında olsun (Kuzmina və Digərləri Rusiyaya qarşı, № 66152/14 və s., § 88, 20 aprel 2021).
29. Məhkəmə kollegiyası vurğulayır ki, narkotik vasitələ və psixotrop maddələrin satışı cinayət əməlinin ifşa edilməsində “Əməliyyat-axtarış fəaliyyəti" haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddə sinin 1-ci bəndinin 12-ci yarımbəndi ilə müəyyən edilən, nəzarət qaydasında mal alınması tədbirinin keçirilməsi vacib amildir. Bununla belə, Avropa Məhkəməsinin mövqeyinə görə, xüsusi təhqiqat metodlarından istifadə özü-özlüyündə ədalətli məhkəmə araşdırması hüququna zidd deyil, lakin belə metodlardan istifadə nəticəsi olaraq cinayətə təhrik etmənin qarşısını almaq üçün, onlar aydın sərhədlərdə saxlanılmalıdır. Cinayətə təhrik o halda baş verir ki, bu metodlardan istifadə edən səlahiyyətli şəxslər, təhlükəsizlik orqanlarının əməkdaşları və yaxud onların təlimatı əsasında fəaliyyət göstərən şəxslər, cinayət əməlinin aşkar edilməsi, yəni sübut əldə etməklə ittihamın irəli sürülməsini təmin etmək məqsədi ilə, istintaq hərəkətlərini passiv qaydada yox, cinayətin subyektinə təsir göstərməklə, s onuncunu ayrı halda baş verməyəcək cinayətin törədilməsinə təhrik edirlər (bax, Ramanauskas Litvaya qarşı [BP], № 74420/01, §§ 50-51 və 55, 5 fevral 2008).
30. Polisin təhrikini qanuni cinayət təqibi çərçivəsində tətbiq edilmiş gizli təhqiqat üsullarından ayırmaq üçün Avropa Məhkəməsi bir sıra meyarları qəbul etmişdir. Əməliyyatın mahiyyətcə passiv olub-olmadığını müəyyən etmək üçün, onun əsasını təşkil etmiş hallar və əməliyyatı keçirmiş orqanın hərəkətləri nəzərdən keçirilməlidir. Bu zaman şəxsin əvvəllər narkotik maddələrin qanunsuz dövriyyəsində iştirak etməsinə dəlalət edən, məsələn, onun məhkumluğunun olması, barəsində müvafiq cinayət əməli ilə bağlı təhqiqat və istintaq hərəkətlərinin aparılması, onun ümumiyyətlə bu müqabildən olan cinayət əməlinin törədilməsinə meylli olması kimi h allara diqqət yetirilməli, belə halların mövcud olmaması müvafiq oqranlarda həmin şəxs barəsində əsaslı şübhələrin yaranmadığının təsdiqi kimi qiymətləndirilməlidir. Şəxslə əlaqə yaratmaqda təşəbbüsün istintaq orqanı tərəfindən gəlməsi, ilkin imtinaya baxmadan təklifin yenilənməsi, malın israrla istənilməsi, orta qiymətdən daha çox pulun təklif edilməsi kimi hallar narkotik maddələrin yayılması ilə bağlı işlərdə istintaq orqanının passiv yanaşmadan kənara çıxmasına dəlalət edən amillər kimi müəyyən edilməlidir. Şəxs provokasiyaya məruz qala bilər eləcə də o hal da ki, əməlini polisin cinayəti törətməyə təhrik etdiyi digər təqsirləndirilən şəxsin təsiri ilə, gizli əməliyyat keçirən polis əməkdaşları ilə birbaşa təmasda olmadan törətsin (Akbay və Digərləri Almaniyaya qarşı, № 40495/15 və s., §§ 114-117, 15 oktyabr 2020).
31. Avropa Məhkəməsi həmçinin müəyyən etmişdir ki, başqa hal yoxdursa, çəkişmə ilə aparılan ədalətli məhkəmə araşdırması anlayışı məhkəməyədək istintaq dövründə yox, bilavasitə məhkəmə qarşısında verilən şahidin ifadəsinə daha çox əhəmiyyət verilməsini nəzərdə tutur (Hüseyn və Digərləri Azərbaycana qarşı, № 35485/05 və s., § 211, 26 iyun 2011).
32. Cinayət işinin materiallarından göründüyü kimi, Məhkum Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsi haqda verilmiş itihamın əsasını, X4 şərti alıcı qismində cəlb edilməsi ilə həyata keçirilmiş psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində əldə edilmiş sübutlar təşkil etmişdir. Lakin, məhkəmə istintaqı dövründə verdiyi ifadəsind ə Eynəli Babayev bildirmişdir ki, 20 aprel 2020-ci il tarixdə Astara RPŞ-nin əməkdaşları onu şöbəyə apararaq orada saxlamış, orada ondan bir nəfərin üzünə durmasını və ona guya psixotrop maddə satmasını deməsini tələb etmişlər. Əvvəl bunu etməkdən qəti şəkildə imtina etsə də, sonra təzyiq və təsir altında ərizə və digər kağızları imzalamışdır. Nə 23 aprel 2020-ci il tarixdə, nə ondan əvvəl, nə də sonra Məhkum hər hansı bir psixotrop maddə almamış, ümumiyyətlə belə bir şəxsi tanımamışdır. Özü narkotik vasitələrin istifadəçisi kimi cinayət məsuliyyətinə cəlb edilərək Astara Rayon Məhkəməsinin 26 avqust 2020-ci il tarixli hökmü ilə məhkum olunmuşdur. Əgər narkotik vasitələrin satışı ilə məşğul olan şəxsləri ifşa edirdisə, bunu özü barəd aparılan cinayət işində edərdi və həmin vaxt da narkotik i kimdən aldığını bildirərdi.
33. Göründüyü kimi, şərti alıcı X6 birinci instansiya məhkəməsi qarşısında verdiyi ifadəsində məhkəməyədək istintaq dövründə verdiyi ifadəsindən imtina etmiş, əvvəlki ifadələrini ona qarşı edilən təzyiq və təsirlə izah etmişdir. Bu zaman diqqətə layiq amil həmçinin ondan ibarət olmuşdur ki, özünün barəsində aparılan cinayət təqibi dövründə narkotik maddələrin satışı ilə bağlı heç kim barədə ifşa edən məlumat vermədiyini bildirsə də, bunu inkar edən hər hansı məlumat ittiham tərəfindən təqdim edilməmişdir. Belə olan halda birinci instansiya məhkəməsi Eynəli Babayevin şəxsiyyətini səciyələndirən və işin ümumi hallarını nəzərə almaqla, onun istintaq dövründə verdiyi ifadələrinə şübhə doquranlar kimi yanaşmış, tamamilə haqlı olaraq, Azərbaycan Respublikası CPM-nin 21.2 və 21.3-cü maddələrini əsas tutmaqla, ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələri təqsirləndirilən şəxs Məhkum xeyrinə həll etmiş və müəyyən etmişdir ki, sonuncunun əməlinin Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinə tövsif edilməsi üçün heç bir mötəbər əsas, səbəb, sübut növü göstərilməmiş və əsaslandırılmamışdır.
34. Öz növbəsində apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, Məhkum CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ifadələri ilə yanaşı, iş üzrə şahidlərin ifadələri və məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum ittiham edilən cinayət əməlini törətməsi ilə bağl ı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmiş, təqdim olunan sübutlar tədqiq edilmiş, onlara hüquqi qiymət verilmişdir.
35. Məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin Məhkum törətdiyi cinayət əməlinin tövsifi ilə gəldikləri nəticə ilə razılaşır və həmçinin hesab edir ki, aparılmış istintaqla narkotik vasitələrin və psixotrop maddələrinin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dəlalət edən hər hansı bir mötəbər sübut növünün məhkəmə istintaqına təqdim edilmədiyi halda, Məhkum Şabanəli psixotrop maddənin satışı əməlini törətdiyi əsasla cinayət məsuliyyətinə cəlb edilməsi, Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyinin, eləcə də Avropa İnsan Hüquql arı Konvensiyasının ədalətli məhkəmə araşdırması hüququnu müəyyən edən 6-cı maddəsinin təməl prinsiplərinə zidd olardı.
36. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərinin araşdırılması nəticəsində Azərbaycan Respublikası CPM-in 416.1-cı maddəsində göstərilən məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi əsaslarından hər hansı birini (o cümlədən, kassasiya müraciəti ilə ehtiva olunan Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.3 və 416.1.15-ci maddələrində göstərilən halları) müəyyən etmir və bu səbəbdən həmin müraciətin təmin edilməsini mümkün saymır.
37. Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, dövlət ittihamçısının kassasiya protesti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Ci nayət kollegiyasının 10 fevral 2021-ci il tarixli, 1(106)98/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Dövlət ittihamçısının kassasiya protesti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 10 fevral 2021-ci il tarixli, 1(106)-98/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.