Məhkəmə qərarları › İş №1(102)-993/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-993/2022

09.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-993/2022 09.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Dövlət ittihamçısı2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 yanvar 2022-ci il tarixli, 1(103)-367/2022 nömrəli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşi n halları

1. Məhkum Təqsirləndirilən şəxs xx xxxx 1992-ci il tarixdə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməmiş, ünvan 1 ünvanında yerləşən Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində qeydiyyatda olmuşdur. 2. 28 mart 2018-ci il tarixli ittiham aktına görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 178.2.2, 181.2.2 və 181.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 16 aprel 2018-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Bakı Ağır C inayətlər Məhkəməsinin 30 iyul 2018-ci il tarixli, 1(101)-528/2018 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası CM-nin 181.2.2 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 08 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 09 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 yanvar 2022-ci il tarixli, 1(103)-367/2022 nömrəli qərarı ilə hökmdən verilmiş apellyasiya protesti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 iyul 2018-ci il tarixli hökmü dəyişdirilmiş, həmin hökmlə Təqsirləndirilən şəxs oğluna təyin edilmiş 09 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-268/2018 saylı, 12 iyun 2018-ci il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə, ona qəti olaraq 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

6. Hazırda Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 yanvar 2022ci il tarixli, 1(103)-367/2022 nömrəli qərarından məhkum Təqsirləndirilən şəxs kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

7. Mə hkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətində ona təyin edilmiş cəzanın ağırlığını mübahisələndirib, məhkəmə kollegiyasından müvafiq halları nəzərə almaqla cəzasının yüngülləşdirilməsini xahiş edir.

8. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

9. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

10. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

11. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.

12. Belə yoxlamanın nəticəsində apellyasiya insta nsiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

13. Məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş kassasiya şikayətində ona təyin edilmiş cəzanın ağır olması mübahisələndirilmiş, məhkum kassasiya tələbini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

14. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikay ətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 yanvar 2022-ci il tarixli, 1(103)367/2022 nömrəli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

15. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq mad dələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləs inin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).

16. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

17. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

18. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

19. Təsvir edilən cinayət-hüquqi normalarının məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli təd birin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.

20. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs ona ağır cəza təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin bu məsələyə dair mövqeyi ilə razılaşaraq hesab edir ki, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişdir. Öz növbəsində məhkəmə kollegiyası məhkum barəsində yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir.

21. Bununla belə, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi hazırki kassasiya şikayəti ilə mübahisələndirilən qərarında mahiyyətcə düzgün yekun versə də, qərarın nəticəvi hissəsinin maddi cinayət hüquq normalarına uyğun olmadan təsvir edilməsi qeyri-müəyyənliyə səbəb olmuşdur.

22. Belə ki, Bakı Apel lyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 yanvar 2022-ci il tarixli, 1(103)-367/2022 nömrəli qərarının nəticəvi hissəsindən müəyyən edilir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 iyul 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs oğluna təyin edilmiş 09 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-268/2018 saylı, 12 iyun 2018-ci il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə, ona qəti olaraq 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.

23. Halbuki, Azərbaycan Respublikası CM-nin 66-cı maddəsinin məzmunundan göründüyü kimi, həmin maddə cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsi qaydasını müəyyən edərkən, belə hallarda cəzaların tamamilə və ya qismən toplanmasını nəzərdə tutur. Yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsinin tamamilə və ya qismən birləşdirilməsi isə hökmlərin məcmusu üzrə cəzanın təyin edilməsi qaydasını müəyyən edən Azərbaycan Respublikası CM-nin 66-cı maddəsində təsbit edilir.

24. Kassasiya şikayəti ilə mübahisələndirilən qərarın nəticəvi hissəsində həmçinin Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən əvvəlki, yəni Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-268/2018 nömrəli, 12 iyun 2018-ci il tarixli hökmü üzrə çəkilən cəza müəyyən edilib qəti cəza müddətinə hesablanmalı olduğu halda apellyasiya instansiyası məhkəməsi bunu etməmiş, nəticə etibarilə məhkum Təqsirləndirilən şəxs ç əkilməli olduğu qəti cəza müddəti müəyyən edilməmişdir.

25. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum Təqsirləndirilən şəxs kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 yanvar 2022-ci il tarixli, 1(103)-367/2022 nömrəli qərarı ləğv edilməli, yuxarıda qeyd edilən nöqsanların aradan qaldırılması məqsədilə cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Təsvir edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 yanvar 2022-ci il tarixli, 1(103)-367/2 022 nömrəli qərarı ləğv edilsin, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar