Məhkəmə qərarları › İş №1(102)-993/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-993/2023

13.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-993/2023 13.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3, Məhkum2, Zərərçəkmiş şəxs iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-201/2022 nömrəli, 06 sentyabr 2022-ci il tarixli qərarından Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassa siya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum1 xx xxx 1982-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Yengicə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Xətai kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamışdır.

2. Məhkum2 xx xxxxxx 1964-cü il tarixdə Daşkəsən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, Yevlax rayonu, Qaramanlı kəndində qeydiyyatda olmaqla və ünvan 2 ünvanında yaşayır. 3. 23 mart 2021-ci il tarixli ittiham aktına görə Məhkum1 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair ittiham elan edilmişdir. 4. 08 aprel 2021-ci il tarixdə Ucar Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum1 və Məhkum2 cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

5. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum1 tanışı Məhkum2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakını ələ keçirmək məqsədi ilə Ucar rayonu Məlikballı kənd sakini Zərərçəkmiş şəxs etibarından sui-istifadə etmə və aldatma yolu ilə sonuncunun oğlu olan Şahid2 gəmiçilikdə işə düzəldəcəyini vəd edib inandıraraq 29 noyabr 2019-cu il tarixdə Zərərçəkmiş şəxs məxsus Ucar rayonu Məlikballı kəndi ndə yerləşən evində 7000 (yeddi min) manat pulu ələ keçirərək ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir.

6. Ucar Rayon Məhkəməsinin 1(063)-29/2021 nömrəli, 16 dekabr 2021-ci il tarixli hökmü ilə: Məhkum1 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Qax Rayon Məhkəməsinin 1(024)-06/2021 nömrəli, 29 mart 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 1 (bir) il 06 (altı) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla və Azərbaycan Respublikası CM-nin 66.5 və 66.2-ci maddələrinə əsasən cin ayətlərin məcmusu üzrə yeni hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməklə qəti olaraq 2 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəlinin 16 dekabr 2021-ci il tarixdən hesab edilməsi; Məhkum2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 2 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi hökm edilmiş, hökmlə həmçinin digər məsələlər həll edilmişdir.

7. Birinci instansiya məhkəməsinin həmin hökmündən təqsirləndirilən şəxs Məhkum2 apellyasiya şikayəti verib hökmün ləğv edilməsini, əməlində cinayət tərkibi olmadığından, eləcə də ittiham edildiyi əməlin törə dilməsi sübuta yetirilmədiyindən barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir.

8. Həmin hökmdən həmçinin Zərərçəkmiş şəxs apellyasiya şikayəti verib hökmün dəyişdirilməsini, təqsirləndirilən şəxs Məhkum1 ittiham olunduğu Azərbaycan Respublikası CM-nin maddələrində nəzərdə tutulan cəzanın yuxarı həddində cəza təyin edilməsi, təqsirləndirilən şəxs Məhkum2 barəsində azadlıqdan məhrum etmə ilə bağlı cəzanın təyin edilməsinə dair hökmün çıxarılmasını xahiş etmişdir. Şikayət belə əsaslandırmışdır ki, təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2 ona qarşı törətdikləri cinayət əməlini etiraf etməməklə bərabər ona vurduqları ziyanı ödəməmiş, əməllərində heç bir yüngülləşdirici halların olmamasına baxmayaraq, birinci instansiya məhkəməsi onlara ən yüngül cəzanı təyin etməklə ciddi prosessua l pozuntulara yol vermişdir.

9. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-201/2022 nömrəli, 06 sentyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Zərərçəkmiş şəxs kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

11. Kassasiya şikayətində məhkum edilmiş şəxslərə təyin edilmiş cəzanın yüngül olduğunu iddia edilməklə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)201/2022 nömrəli, 06 sentyabr 2022-ci il tarixli qərarının ləğv edilməsi, məhkumlara daha ağır cəza təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.

12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

13. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

14. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

15. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

16. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bi lər.

17. Zərərçəkmiş şəxs kassasiya şikayətində məhkum edilmiş şəxslərə təyin edilən cəzanın həddi və növünü mübahisələndirməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.

18. Odur ki, məhkəmə kollegiyası zərərçəkmiş şəxsin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-201/2022 nömrəli, 06 sentyabr 2022-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

19. Cinayət qan unvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələri nin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).

20. Azərbaycan Respubli kası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

21. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.

22. Cəzanın məqs ədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

23. Təsvir edilən maddi hüquq normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayə tin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.

24. Məhkəmə kollegiyası Zərərçəkmiş şəxs məhkum edilmiş şəxslərə daha ağır cəza təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzakirə edib apellyasiya instansiyası məhkəməsinin müvafiq mövqeyi ilə razılaşır və hesab edir ki, mübahisələndirilən qərar bu hissədə maddi cinayət-hüquqi normalara uyğundur. Məhkəmə məhkumlar Məhkum1 və Məhkum2 cəza təyin edərkən törədilmiş cinayət əməlinin xarakterini və ictima i təhlükəlilik dərəcəsini, onların şəxsiyyətini, təyin olunmuş cəzаnın islаh olunmаlarınа təsirini, cəzalarını yüngülləşdirən və ağırlaşdıran hallların olmamasını nəzərə alıb, haqlı olaraq məhkumlardan Məhkum1 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə, Məhkum2 isə 2 il 6 ay müddətə azadlığı məhdudlaşdırılması cəzalarını təyin etməklə, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza seçmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişdir. Məhkəmə kollegiyası məhkumlar barəsində ağır cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir.

25. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkumla ra, eləcə də zərərçəkmiş şəxsə müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

26. Odur ki, məhkəmə kollegiyası tərəflərin çıxışlarını dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, Zərərçəkmiş şəxs kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-201/2022 nömrəli, 06 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Zərərçəkmiş şəxs kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-201/2022 nömrəli, 06 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar