Məhkəmə qərarları › İş №1(102)-993/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-993/2024

16.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-993/2024 16.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının iştirakı ilə, X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 noyabr 2023-cü il tarixli, 1(107)-394/2023 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində məhkəmə icraatında iştirak etmiş Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Bəraət almış şəxs X11 19 may 1985-ci ildə Şəki rayonunun Birinci Biləcik kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində bir azyazlı uşağı olan, orta təhsilli, işsiz, Şəki rayonunun Birinci Biləcik kəndində qeydiyyatda olmaqla yaşayır.

2. İbtidai istintaq orqanıı tərəfindən tərəfindən tərtib edilmiş ittiham aktına əsasən X11 qəsdən istintaqa məlum olmayan mənbədən və vaxtda, tamah niyyət i və satış məqsədilə qanunsuz olaraq külli miqdarda, yəni 2 kiloqram 65 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində saxlamış, 09 oktyabr 2022-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Şəki Şəhər-Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin və X2 əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Şəki şəhəri, Salman Mümtaz küçəsində yerləşən «Sahil» restoranının yaxınlığında saxlanılaraq Şəki şəhəri, X22 prospekti 1 ünvanında yerləşən Şəki Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib, şübhəli şəxs qismində tutularaq həmin tarixdə saat 02:36 radələrindən başlayaraq videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılan zaman üzərində olan bir ədəd qara rəngli çantanın içərisindəki bir ədəd göy rəngli sellofan torbada qəsdən, istintaqa məlum olmayan mənbədən və vaxtda, tamah və satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxladığı külli miqdarda, yəni təmiz çəkisi 2 kiloqram 65 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və bir ədəd elektron əl tərəzisi aşkar edilərək götürülmüşdür.

3. Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X17 (sədrlik edən), X12 və X5 ibarət məhkəmə tərkibində) 14 sentyabr 2023-cü il tarixli, 1(091)-85/2023 nömrəli hökmü ilə X6 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilmədiyinə görə bəraət verilməsi, onun Azərbaycan Respubli kası Cinayət-Prosessual Məcəlləsinin 55-63-cü maddələrinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququnun tanınması və ona izah edilməsi, X6 barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və onun dərhal məhkəmə iclas zalında həbsdən azad edilməsi müəyyən edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir.

4. Birinci instansiya məhkəməsinin həmin hökmündən narazı qalan dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir.

5. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X10 (sədrlik edən və məruzəçi), X13 və X1 ibarət məhkəmə tərkibində) 15 noyabr 2023-cü il tarixli, 1(107)394/2023 nömrəl i qərarı ilə Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməməsi, X8 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli, 1(091)85/2023 nömrəli hökmünün dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

6. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 noyabr 2023-cü il tarixli, 1(107)-394/2023 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində məhkəmə icraatında iştirak etmiş Dövlət ittihamçısı3 tərəfindən kassasiya protesti verilmişdir. II. Kassasiya protestinin dəlilləri və etirazlar:

7. Dövlət ittihamçısı kassasiya protestinin dəlilləri qismində qeyd etmişdir ki, hazırki iş üzrə birinci və apellyasiya instansiyası məhkəmələrinin çıxardıqları yekun məhkəmə a ktlarına, X8 elan olunmuş ittihama və fikrincə, bu ittihamı təsdiq edən sübutlara, habelə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CPM-in və ya CPM-in) bir sıra normalarına istinad edən və məhkəmələrin müəyyən etdikləri faktiki hallarını ittiham tərəfinin təqdim etdiyi sübutlara münasibətdə mübahisələndirən dövlət ittihamçısı kassasiya protestini belə əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsi cinayət işi üzrə sübutları, işin bütün hallarını tam və obyektiv araşdırmamış, araşdırılmış sübutlara qanuna müvafiq qaydada düzgün qiymət verməmiş və nəticədə qanunsuz və ədalətsiz qərar çıxarmışdır.

8. Belə ki, X11 barəsində bəraət hökmü çıxarılarkən məhkəmənin istinad etdiyi əsas meyar ondan ibarət olmuşdur ki, ibtidai istinta q orqanı tərəfindən məhkumun azadlığının faktiki məhdudlaşdırıldığı vaxt cinayət işi üzrə rəsmi sənədlərdə göstərilən vaxtdan bir neçə saat öncə olmuş, həmçinin ittihamın əsasını məhkumun, şahidlər Şahid2 və Şahid1 ifadələri təşkil etmiş, ona qarşı ibtidai istintaq dövründə fiziki zorakılıq tətbiq edilmiş, bunun əsasında da ondan etirafedici izahat və ifadə alınmış, müdafiə hüququnun pozulması ilə ona keyfiyyətli hüquqi yardım göstərilməmişdir. Bununla da, apellyasiya instansiya məhkəməsi hazırkı cinayət işinə baxarkən CPM-in 416-cı maddəsində nəzərdə tutulan nöqsanlara yol vermiş, sübutları CPM-in 143-146-cı maddələrində göstərilən tələblərə uyğun tətqiq etməmiş və qiymətləndirməmiş, nəticədə də X6 əsassız olaraq bəraət verilmişdir.

9. Kassasiya protestinin müəllifi protestində göstərilən ləri Azərbaycan Respublikası CPMin 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, məhkəmə kollegiyasından X8 Azərbaycan Respublikası CM-in 234.4.3cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 noyabr 2023-cü il tarixli, 1(107)-394/2023 nömrəli qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir.

10. Kassasiya protestinə qarşı etiraz verilməmişdir.

11. Qərardan bəraət almış şəxs tərəfindən kassasiya şikayəti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:

12. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya protestini müdafiə edərək, onun dəlillərinə uyğ un qaydada çıxış edib məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdi. İV. Hüquqi məsələlər:

13. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.

14. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”

15. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üz rə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.

16. Kassasiya protestində əsassız olaraq X8 CM-in 234.4.3-cü maddəsi ilə baəraət verilməsi iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar qismində Azərbaycan Respublikası CPM-in 416.1.2 ( məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əl aqələndirilmişdir.

17. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 noyabr 2023-cü il tarixli, 1(107)-394/2023 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

18. Azərbaycan Respublikası Konstitusiyasının (mətndə: Konstitusiyanın) 63-cü maddəsinin tələbinə görə hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir.

19. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. 20. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”-nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutlurur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yeti rilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun.

21. Cinayət məsuliyyətinin əsaslarına dair CM-in 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

22. Ədalət mühakiməsinin təqsirsizlik prezupsiyası prinsipinə görə (CPM-in 21-ci maddəsi), şəxsin təqsiri C PM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir.

23. CPM-in 21.2-ci maddəsinə görə, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir.

24. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

25. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33.1-ci maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər.

26. CPM-in 33.2 və 32.4-cü maddələrinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması, eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinin digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir.

27. CPM-in 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər.

28. Sübutların mümkünlüyünə dair qanunvericiliyin tələblərindən görünür ki, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, sübutlar şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə əldə edildikdə, yaxud da istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir (CPM-in 125.2.1, 125.2.3 və 125.2.7-ci maddələri).

29. Həmin Məcəllənin 139-cu maddəsi bu normada təsbit olunmuş dig ər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

30. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.

31. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həl li üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir.

32. CPM-in 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər.

33. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi).

34. CPM-in 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qi ymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə.

35. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandı rsın.

36. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər.

37. İşin müəyyən edilmiş faktiki hallarını cinayət-prosessual qanunvericiliyinin yuxarda şərh edilən normalarının tələbləri, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi və Ali Məhkəmənin tövsiyələri ilə müqayisə etməklə təqsirləndirilən şəxsə təqsirliliyi sübuta yetirilməməsinə görə bəraət verilməsinə dair birinci instansiyası məhkəməsinin hökmü və həmin hökmdən verilmiş apellyasiya protesti əsasında işə baxan apellyasiya instansiyası məhkəməsi bəraət hökmünün əsasları ilə razılaşmasına dair yekun qərar qəbul edərkə n, həmin yekun məhkəmə aktının yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə də CPM-in 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi və qiymətləndirilməsi qaydalarına cavab vermədiyi müəyyən olunur.

38. Məhkəmə kollegiyası iş üzrə aşağı instansiyası məhkəmələrinin gəldiyi bu nəticənin düzgün və təqsirləndirilən şəxsə bəraət verilməsi üçün kifayət qədər yetərli olub-olmaması ilə bağlı iş üzrə toplanmış sübutlar və qanunvericiliyin normaları üzrə aşağıdakı təhlilin aparılmasını məqsədə uyğun hesab edir.

39. Belə ki, cinayət işi materiallarında olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 09 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə həyata keçirilməzdən əvvəl şübhəli şəxs R.Xəlilova CPM-in 90-cı maddəsində nəzərdə tutul an hüquq və vəzifələri izah edilmiş, videoçəkilişlə keçirilən istintaq hərəkəti zamanı R.Xəlilovun şəxsi axtarışı zamanı onun üzərindəki qara rəngli çantanın içərisindən bir ədəd göy rəngli sellofan torbadan narkotik vasitə olan marixuanaya bənzər yaşıl rəngli bitki kütlələri və bir ədəd elektron tərəzi aşkar edilib götürülmüş, müvafiq suala cavab olaraq R.Xəlilov bir ildir ki, narkotik vasitə istifadə etdiyini, narkotik vasitəni təxminən 4 ay əvvəl yaşadıqları kəndin yaxınlığındakı sahəlik ərazidə əkib becərdiyini, təxminən 1 ay əvvəl yığaraq qurutduğunu, narkotik vasitələri satmaq üçün üzərində saxladığını, satıb özünə maşın almaq istədiyini, tərəzini üzərində narkotik vasitəni çəkib satmaq üçün saxladığını göstərmiş, şəxsi axtarışla bağlı etirazının olmadığını bildirmiş, müdafiəçinin narkotik vasitəni həqiqətən özünün əkib-əkməməsi ilə bağlı sualına özü tərəfindən əkildiyini bildirmişdir.

40. X11 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, uzun müddətdir narkotik vasitədən istifadə edir. Yaşadığı Şəki rayonunun Birinci Biləcik kəndinin ərazisində yerləşən torpaq sahələrində narkotik vasitə olan çətənə bitkilərini əkib becərmək və həmin narkotik vasitədən istifadə etmək qərarına gəlmiş, bu məqsədlə hər dəfə çəkdiyi narkotik vasitənin toxumlarından seçib götürmüş və həmin toxumları 2022-ci ilin may ayının əvvəllərində qeyd olunan torpaq sahələrinin kolluq olan hissəsində kolların arasında əkmişdir. Daha sonra əkdiyi narkotik vasitənin toxumlarına qulluq etməyə başlamış, bir müddət sonra isə yetişmiş çətənə bitkilərini qurudaraq özü ilə gətirdiyi göy rəngli sellofon torbaya yığmışdır. Çətənə bitkisinin çəkisini ölçmək üçün əl tərəzisi götürmüş və həmin tərəzini də sellofan torbaya qoyaraq narkotik vasitəni kolluqda gizlədib yaşadığı evə getmişdir. 08 oktyabr 2022-ci il tarixdə Bakı şəhərinə getmək qərarına gəldiyi üçün narkotik vasitənin bir hissəsini istifadə etmək, bir hissəsini isə satmaq məqsədilə Bakı şəhərinə aparmaq qərarına gəlmiş və bu məqsədlə qeyd olunan tarixdə saat 20 radələrində narkotik vasitəni gizlətdiyi yerə getmişdir. Orada gizlətdiyi göy rəngli sellofan torbada olan narkotik vasitəni özü ilə götürdüyü qara rəngli çantaya yerləşdirmiş, piyada hərəkət edərək Şəki-Qax yolunun kənarına getmiş və oradan “Opel” markalı avtomobillə Şəki şəhərinə getmişdir. Orada olan zaman iki nəfər şəxs ona yaxınlaşıb özlərini təqdim edə rək polis əməkdaşları olduqlarını demişlər və narkotik vasitə əldə etməkdə və narkotik vasitədən istifadə etməkdə şübhəli olduğunu bildirərək onu polis şöbəsinə dəvət etmişlər. O, etiraz etməmiş, polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmiş və bu zaman içərisində narkotik vasitə marixuana olan çanta da üzərində olmuşdur. Orada olarkən hüquq və vəzifələri izah edilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmış və bu zaman o, üzərində olan bir ədəd qara rəngli çantanı təqdim edib içərisində narkotik vasitə marixuananın olduğunu, həmin narkotik vasitəni 4 ay əvvəl əkin sahələrində əkib becərdiyini, bir ay əvvəl yığıb qurutduğunu və satmaq məqsədilə Bakı şəhərinə aparmaq istədiyini bildirmişdir. Bundan sonra çantaya baxış keçirilən za man oradan içərisindəki göy rəngli sellofan torbanın içərisində yaşıl rəngli bitki kütləsi və bir ədəd qara rəngli əl tərəzisi aşkar olunmuş, müvafiq qaydada qablaşdırılmış və bu barədə protokol tərtib olunmuşdur.

41. X11 birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı CM-in 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək və CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilərək ifadəsində göstərmişdir ki, polis əməkdaşları tərəfindən tutulan zaman üzərində 400 qram narkotik vasitə qurudulmuş marixuana olmuş, daha ağır maddə ilə ittiham olunması üçün polis əməkdaşları tərəfindən həmin narkotik vasitənin üzərinə əlavələr edilmiş, nəticədə qurudulmuş marixuananın çəkisi 2 kiloqram 65 qram olmuşdur. Polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən təsir-təzyiqlərə, işgəncəyə məruz qalmış və polis əməkdaşları bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərək onu döymüşlər. Polis şöbəsində olan zaman polis əməkdaşları tərəfindən narkotik vasitənin üzərinə əlavələr edilməsi barədə müdafiəçisinə məlumat verməmiş, lakin bununla bağlı Şəki rayon prokurorluğuna şikayət etmiş, habelə cəzaçəkmə müəssisəsinə daxil olarkən müayinə olunmuş, bu zaman bədənində xəsarətlər aşkar olunmuş və həmin xəsarətlərin polis əməkdaşları tərəfindən yetirilməsini bildirmişdir.

42. İş materiallarından müəyyən edilir ki, X6 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə 15 noyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, birinci instansiya məhkəməsində məhkəmə iclasında sonuncunun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunaraq tədqiq edilmiş və o, qeyd olunan ifadəsində əvvəlki ifadələrini təkzib etmişdir.

43. Həmçinin, şahidlər Şahid2 və Şahid1 həm ibtidai, həm də məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələrində göstərmişlər ki, 09 oktyabr 2022-ci il tarixdə R.Xəlilovun qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması və narkotik vasitənin satışı ilə məşğul olması barədə Şəki ŞRPŞ-yə məlumat daxil olmuş, məlumat əsasında həmin tarixdə raportla rəhbərliyə məruzə olunmuş və müvafiq sənədləşmə işləri aparılmış, bundan sonra 09 oktyabr 2022-ci il tarixdə saat 00:50 radələrində X30 şəhəri, Salman Mümtaz küçəsində yerləşən «Sahil» restoranın yaxınlığında küçədə saxlanılara q polis şöbəsinə gətirilmiş və hüquq və vəzifələri izah edilib müdafiəçi ilə təmin olunduqdan sonra üzərində şəxsi axtarış aparılmış, həmin vaxt R.Xəlilov üzərində olan bir ədəd qara rəngli çantanı təqdim edib içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni 4 ay əvvəl əkin sahələrində əkib becərdiyini, bir ay əvvəl yığıb qurutduğunu və satmaq məqsədilə üzərində saxladığını bildirmişdir. Bundan sonra çantaya baxış keçirilən zaman oradan bir ədəd qara rəngli əl tərəzisi və içərisindəki göy rəngli sellofan torbanın içərisində yaşıl rəngli bitki kütləsi aşkar olunmuş, R.Xəlilov həmin tərəzinin ona məxsus olduğunu və tərəzini narkotik vasitəni satan zaman çəkisini çəkmək üçün üzərində saxladığını bildirmişdir.

44. Qeyd edilən və həmçinin cinayət işi materiallar ında olan digər sübutların tədqiqi nəticəsində məhkəmələr belə qənaətə gəlmişdir ki, cinayət işinin materiallarında olan rəsmi sənədlərdə Rüstəm Xəlilovun polis əməkdaşları tərəfindən saxlanılma vaxtı kimi, yəni azadlığının faktiki məhdudlaşdırıldığı vaxt kimi 09 oktyabr 2022-ci il tarixdə saat 00:50 radələri, habelə şübhəli şəxs qismində tutulduğu vaxt kimi 09 oktyabr 2022-ci il tarixdə saat 01:50 radələri göstərilsə də, məhkəmə istintaqı ilə əslində onun azadlığının faktiki məhdudlaşdırılmasının, yəni polis əməkdaşları tərəfindən saxlanılmasının hazırki cinayət işi üzrə rəsmi sənədlərdə göstərilənlərdən bir neçə saat öncə, daha dəqiq 08 oktyabr 2022-ci il tarixdə saat 23 radələrində olduğu müəyyən olunmuşdur.

45. Məhkəmə həmin qənaətini onunla əsaslandırmışdır ki, məhkəmə istintaqı zaman ı təqsirləndirilən şəxs Rüstəm Xəlilov sərbəst ifadəsində 08 oktyabr 2022-ci il tarixdə saat 23 radələrində Şəki şəhəri, Salman Mümtaz küçəsində yerləşən «Sahil» restoranında olan zaman Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşlarının onu saxlayaraq Şəki ŞRPŞ-yə apardığını və həmin tarixdən və vaxtdan faktiki saxlanıldığını bildirmiş, onun ifadəsində göstərdiyi bu xüsusatları məhkəmə istintaqı zamanı cinayət işi üzrə əlavə şahid qismində dindirilən və Rüstəm Xəlilovla birlikdə eyni avtomobillə qeyd olunan yerə aparılmış X14 və X15 öz ifadələri ilə təsdiq etmişlər.

46. Bundan başqa, məhkəmə istintaqı zamanı cinayət işinin materiallarına əlavə olunmuş "xxxx" MMC və "xxxx" MMC tərəfindən verilmiş Rüstəm Xəlilov və Coşqun İsrafılovun, habelə cinayət işi üzrə əlavə şahid qismində dindirilən Vüqa r Osmanovun istifadəsində olan mobil telefon nömrələri ilə bağlı məlumatlar araşdırılarkən müəyyən edilmişdir ki, Rüstəm Xəlilovun istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi vasitəsilə 08 oktyabr 2022-ci il tarixdə danışıqlar aparılsa da, saat 22:54-dən sonra hər hansı danışıq aparılmamış, həmin telefon nömrəsi qeyd olunan vaxt anten dairəsinə əsasən Şəki şəhəri, Qaçqın qəsəbəsində olmuş, bundan sonra həmin mobil telefon nömrəsinə daxil olmuş SMS mətnlərinə əsasən qeyd olunan mobil telefon nömrəsi 09 oktyabr 2022-ci il tarixdə saat 00:16-dan saat 00:42-dək olan müddət ərzində “Sheki seh, Yeyinti Kombinati, istehsalat binasi korpusu” anten dairəsində olmuş, Şahid1 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi 08 oktyabr 2022-ci il tarixdə saat 22:31-dən 09 oktyabr 202 2-ci il tarixə saat 02:09-dək “Shaki-TV yani-2/”Şəki şəh., Ruma otel və restoran”/Shaki” anten dairəsində, 09 oktyabr 2022-ci il tarixdə saat 02:11-dən saat 02:24-dək “Sheki TV yani/”Şəki şəhəri, 32-ci rayonu, M.F.Axundov, 34-cü kvartal’VShaki” anten dairəsində, Vüqar Osmanovun istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi isə 08 oktyabr 2022-ci il tarixdə saat 22:30-dan 09 oktyabr 2022-ci il tarixə saat 03:27-dək “Sheki TV yani/”Şəki şəhəri, 32-ci rayonu, M.F.Axundov, 34-cü kvartal, Ansera Hotelin yam”/Shaki” anten dairəsində olmuşdur.

47. Həmçinin, məhkəmələr belə qənaətə gəlmişdir ki, Rüstəm Xəlilovun saxlanıldığı 08 oktyabr 2022-ci il tarixdən etibarən 11 oktyabr 2022-ci il tarixdə X3 qəbul olunanadək polis əməkdaşlarının nəzarəti altında olması, saxlanıldığı zaman, həmçini n saxlanıldıqdan sonrakı müddət ərzində onun bədənində hər hansı xəsarətlərin olmasına dair müvafiq sənədlərdə qeydin olmaması, habelə nə saxlanılarkən və polis şöbəsinə gətirilərkən, nə də polis şöbəsində olarkən qaçmağa çalışmaması, polis əməkdaşlarına heç bir müqavimət göstərməməsi müqabilində Rüstəm Xəlilovun 11 oktyabr 2022-ci il tarixdə X3 qəbul olunan zaman müayinə olunması nəticəsində onun bədən səthində “sağ bazunun ön səthində və sol saidin içəri səthində sıyrılmış yaralar” xəsarətlərinin, habelə 22 dekabr 2022-ci il tarixdə məhkəmə-tibb ekspertizasından keçirilən zaman bədənində “sağ bazunun ön səthinin və sol saidin içəri səthinin sıyrıqları” xəsarətlərinin aşkar olunması məhkəmə kollegiyasında Rüstəm Xəlilovun 08 oktyabr 2022-ci il tarixdən 11 oktyabr 2022-ci il tarixədək poli s şöbəsində olduğu müddətdə pis rəftara məruz qalması ilə bağlı haqlı şübhələrin yaranmasına səbəb olmuşdur.

48. Kassasiya kollegiyası birinci instansiya və apellyasiya instansiya məhkəmələrinin iş üzrə gəldikləri nəticələrlə razılaşmır və prosessual qanunvericiliyinin yuxarıda şərh edilən normalarından çıxış edərək qeyd etməyi zəruri hesab edir ki, məhkəmənin hökmü, yəni onun iş üzrə gəldiyi hər hansı nəticə araşdırılmış sübutlara istinad edilməklə əsaslandırılmalı, sübutların hər birisinə ayrı-ayrılıqda və məcmu şəklində qiymət verilməli, araşdırılmış sübutların qəbul edilməməsinin səbəbləri isə müəyyən edilməklə bu səbəblər yekun məhkəmə aktında göstərilməlidir. Yalnız bu tələblərə əməl edilməklə çıxarılmış hökm (qəbul edilmiş digər yekun məhkəmə aktı) qanuni və əsaslı hesab edilə bilər.

49. Belə ki, kollegiya məhkəmələr tərəfindən bəraət hökmünün əsası qismində qəbul edilən, Rüstəm Xəlilovun məhkəmə istintaqı zamanı vermiş olduğu “ibtidai istintaq zamanı etirafedici ifadələrini fiziki və ya psixi zorakılığın təsiri altında alınması” ilə bağlı ifadəsinə münasibətdə qeyd edir ki, cinayət işi materiallarına əsasən qeyd edilən faktla bağlı nə Rüstəm Xəlilovun özü, nə də müdafiəçisi şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət etməmiş, məhkəmə baxışında irəli sürülən həmin xüsusatlar isə heç bir dəlillə möhkəmləndirilməmiş, həmçinin Şəki rayon prokurorluğunda aparılan araşdırma zamanı X20 ŞRPŞ-nin əməkdaşları tərəfindən döyülməsi, ona qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilməsi, təsir, təzyiqə məruz qalması öz təsdiqini tapmadığından 22 dekabr 2022-c i il tarixli qərarla cinayət işinin başlanması rədd edilsə də, nə təqsirləndirilən şəxs, nə də ki, onun müdafiəçisi tərəfindən həmin qərar münahisələndirilməmişdir.

50. Kollegiya qeyd edir ki, hətta cinayət işi materiallarında olan Rüstəm Xəlilovun barəsində həbs qətimkan tədbiri seçilməsinə dair Şəki rayon məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli qərarına əsasən, Rüstəm Xəlilov həmin məhkəmədə dindirilərkən göstərmişdir ki, arabir qurudulmuş marixuanadan istifadə etmiş, üzərindən aşkar edilmiş narkotik vasitə də ona məxsusdur. Ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilir və əməlindən peşmandır.

51. Həmçinin, cinayət işi materiallarında olan ambulator məhkəmə psixiatrik ekspertizasının 04 noyabr 2022-ci il tarixli, 676 nömrəli rəyindən görünür ki, həmin ekspertiza keçirilər kən Rüstəm Xəlilov ekspertlərə “mənim narkotik vasitə satmaq fikrim olmamışdır, aşkar edilmiş narkotik vasitəni özümün istifadəm üçün saxlamışdım” demiş, ekspertlərin qənaətinə əsasən düşdüyü vəziyyətə tənqidi münasibət bəsləmiş, cinayət əməli törətdiyini və bu əmələ görə cəza almaq ehtimalını başa düşmüş, törətdiyi əməldən peşman olduğunu söyləmişdir.

52. Bundan əlavə, cinayət işi materiallarında olan məhkəmə narkoloji ekspertizasının 13 dekabr 2022-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Rüstəm Xəlilov ekspertlərə 2 ildir ki, narkotik vasitə marixuana çəkdiyini, üzərindən aşkar edilmiş narkotik vasitəni özü üçün əkib becərdiyini bildirmişdir.

53. Rüstəm Xəlilovun əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən əlamətlərin mövcud olmasına dair yuxarıda qeyd edilən faktlara m ünasibətdə birinci instansiya məhkəməsi müvafiq araşdırma apararaq, onun tutularaq Şəki ŞRPŞ-nin müvəqqəti saxlama yerinə gətirilməsi və orada saxlanılması zamanı polis şöbəsində quraşdırılmış videomüşahidə kameraları vasitəsilə müvafiq videogörüntülərin qeydə alınmaması və uzun müddət orada saxlanılmasına görə barəsində təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət hökmü çıxarmışdır. Verilmiş apellyasiya protesti əsasında işə baxan apellyasiya instansiya məhkəməsi isə öz növbəsində əlavə heç bir araşdırma və dəqiqləşdirmə aparmadan yalnız cinayət işi materiallarında olan sübutları sadalayaraq birinci instansiya məhkəməsinin gəldiyi qənaət ilə razılaşmaqla kifayətlənmişdir.

54. Kollegiya qeyd edir ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 de kabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 25-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilmə si və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər.

55. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasmm rə dd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.

56. Məhkəmə kollegiyası hər hansı məhkəmə hökmünün və ya qərarının əsaslı olması tələbinə dair Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququ ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna da müraciət etməyi zəruri sayır.

57. Avropa Məhkəməsinin presedent hüququna əsasən, məhkəmələrin və tribunalların qərarlarında həmin qərarların əsasları adekvat şəkildə göstərilməlidir (“Moreyra Ferreyra v. Portugaliyaya qarşı” iş üzrə 11 iyul 2017-ci il tarixli Qərar). Qərarların nə dərəcədə əhatəli və ya qısa şəkildə əsaslandırılmalı olması qərarın xarakterindən asılıdır və işin hallarına mütənasib olaraq müəyyənləşməlidir. (“Budak Türkiyəyə qarşı” iş üzrə 16 fevral 2021-ci il tarixli Qərar). Avropa Məhkəməsi həmçinin bildirmişdir ki, ərizəçinin hər bir arqumentinə cavab verilməsi tələb olunmasa belə, bu öhdəlik məhkəmə prosesində iştirak edən tərəflərin məhkəmə prosesinin nəticəsi üçün həlledici olan arqumentlərə konkret və aydın cavab alacağını gözlədiklərini nəzərdə tutur (“Aslan İsmayılov Azərbaycana qarşı” iş üzrə 12 mart 2020-ci il tarixli Qərar).

58. Hazırki iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarından məhkəmələrin sübutlar üzrə bu qaydada təftiş aparılması görünmür və həmin aktlarda əsasən X8 bəraət verilməli olmasını təsdiq e dən sübutlara yox, əksinə, onun narkotik vasitələrin satış məqsədi olmadan qanunsuz dövriyyəsi ilə bağlı cinayət törətməkdə təqsirini təsdiq edən sübutlara istinad olunmuşdur, baxmayaraq ki, CPM-in 350.3-cü maddəsinə əsasən, məhkəmənin bəraət hökmünə bəraət almış şəxsin təqsirsizliyini şübhə altına qoyan ifadələrin daxil edilməsi yolverilməzdir.

59. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin Zakit Zayidov Azərbaycana qarşı olan iş üzrə gəldiyi nəticədə qeyd edirlir ki, 20 dəqiqəyə yaxın bir müddət ərzində ərizəçi tamamilə polis əməkdaşlarının tam nəzarətində idi. Hər bir halda, işdə axtarışın ərizəçinin həbsindən dərhal sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halların mövcud olmasını güman etməyə heç bir əsas yoxdur. Nəyə görə ərizəçinin axtarışının dərhal onun tutulduğu yerdə keçirilməməsi və ümumiyyətlə axtarışın prosessual normalara uyğun keçirilib-keçirilməməsi məsələsini araşdırmamışlar.

60. Avropa Məhkəməsi daha sonra qeyd etmişdir: «Məhkəmə ərizəçinin üzərində tapılmış maddi sübutun onun barəsində ittiham hökmünün çıxarılması üçün yeganə sübut kimi çıxış etdiyini nəzərə alaraq, belə nəticəyə gəlir ki, yuxarıdakı mülahizlər məhkəmənin ərizəçiyə qarşı məhkəmədə istifadə olunmuş maddi sübutun əldə edilməsi üsulunun və bu sübutun mötəbərliliyi ilə bağlı onun etirazlar və haqlı dəlillərinə yerli məhkəmələr tərəfindən baxılmaması proseslərin bütünlükdə ədalətsiz olması qənaətinə gəlməsi üçün kifayətdir. Beləliklə, bu işdə Konvensiyanın 6-cı maddəsinin pozuntusuna yol verilmişdir.

61. Məhkəmə kollegiyası qeyd edir ki, “Şəxsi axtarış və götürmə aparılması haqqında” 09 oktyabr 2022-ci il tarixli protokola əsasən, məhkumun üzərindən aşkar olunaraq götürülmüş, marixuana cinayət işi üzrə yeganə sübut deyil. Məhkum və iş üzrə dindirilmiş şahidlər ifadələrində qeyd edirlər ki, Rüstəm Xəlilovun saxlanılarkən üzərində narkotik vasitə qurudulmuş marixuana olmuşdur, lakin onun miqdarı mübahisələndirilmişdir. İbtidai istintaq və məhkəmə baxışı zamanı da məhkum ziddiyyətli ifadələr vermişdir.

62. Şahidlər X15, X7 ifadələri də Rüstəm Xəlilovun ifadəsinə tam uyğun olmamışdır. Belə ki, Rüstəm Xəlilov məhkəmədə verdiyi ifadəsində polis əməkdaşları tərəfindən tutulan zaman üzərində 400 qram narkotik vasitə qurudulmuş marixuana olmasını qeyd etsə də, X16 ifadəsində göstərmişdir ki, 08 oktyabr 2022-ci il tarixdə ehtiyat hissələri almaq ü çün Şəki şəhərinə getmək məqsədilə özünə məxsus olan 055 ***-**-** mobil telefon nömrəsi vasitəsilə taksi sifariş vermiş, daha sonra isə taksi fəaliyyəti ilə məşğul olan Qəşəm Əhmədova məxsus avtomobil onun olduğu yerə gəlmiş və həmin maşına əyləşib bir müddət hərəkət etmişlər. Bir qədər sonra yolda Rüstəm Xəlilov da həmin avtomobilə əyləşmiş, lakin bu zaman o, Rüstəm Xəlilovun əlində hər hansı əşyanın, o cümlədən sellofan paketin olduğunu görməmişdir.

63. X15 ifadəsində göstərmişdir ki, taksi fəaliyyəti ilə məşğul olur. 08 oktyabr 2022-ci il tarixdə Vüqar Osmanovdan sifariş gəldiyi üçün sonuncunun olduğu yerə getmiş və Vüqar Osmanov həmin maşına əyləşib Şəki şəhərinə gedəcəyini demişdir. Həmin vaxt Vüqar Osmanovun əlində hər hansı əşya olmamışdır. Daha sonra isə hərəkət edib dayanacaqda g özləyən Rüstəm Xəlilovu da maşına əyləşdirmiş, lakin bu zaman Rüstəm Xəlilovun əlində hər hansı əşyanın olduğunu görməmişdir. Daha sonra hərəkət edərək həmin avtomobillə birlikdə Şəki şəhərinə getmişlər. Həmin tarixdə axşam saat 23:00-23:30 radələrində Şəki şəhərində restoranların birində avtomobili dayandırmış və həmin vaxt polis əməkdaşları onları saxlayıb Rüstəm Xəlilov və Vüqar Osmanovu ayrı-ayrı avtomobillərdə polis şöbəsinə aparmışlar. Bu zaman onun avtomobili polis əməkdaşlarının biri idarə etmiş, o isə həmin avtomobildə arxa oturacaqda əyləşdirilmişdir. Polis şöbəsində olan zaman onun avtomobilinin yük yerinə baxış keçirilmiş və oradan iki ədəd sellofan paket aşkar olunmuşdur. Polis əməkdaşları tərəfindən həmin paketlərə baxış keçirilən zaman göy rəngdə olan sellofan paketin içəris indən ona məxsus olan paltarlar aşkar olunmuşdur. Habelə polis əməkdaşları hansı rəngdə olduğunu xatırlamadığı digər sellofan paketin içərisində narkotik vasitənin olduğunu demişlər, lakin həmin sellofan paketin ağız hissəsinin burulmuş vəziyyətdə olubolmamasını xatırlamır.

64. Göründüyü kimi, iş üzrə dindirilən şəxslər biri-biriləri ilə uyğunluq təşkil etməyən ifadələr vermiş, istər birinci instansiya məhkəməsi, istər də apellasiya məhkəməsi bu zidiyyətli məqamları araşdırmamış, tədqiq etməmiş və sübut kimi qəbul etmişdir.

65. Kassasiya məhkəməsi gəldiyi qənaəti ümumiləşdirərək qeyd edir ki, istər birinci instansiya, istərsə də apellyasiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsi prosesində iş üzrə tədqiq edilən sübutların qiymətləndirilməsi istiqamətində fəaliyyəti ndən görünür ki, ittiham tərəfinin mövqeyi üzrə sübutlar bir tərəfli olaraq inkar edilir, əksinə müdafiə tərfinin mövqeyi üzrə sübutlar işin obyektiv gerçəklərinin müəyyən edilməsində əsas götürülür. Başqa sözlə, işə baxan məhkəmələr tərfindən sübutların əlaqəli-müqayisəli şəkildə tərəfsiz, obyektiv, qanunauyğun tədqiqi zamanı ciddi prosessual pozuntulara yol verilmişdir.

66. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, bütün yuxarıda göstərilənlər ümumilikdə götürüldükdə apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 416.1.2 və 416.1.3cü maddələrində nəzərdə tutulmuş pozuntulara yol verməsinə və buna görə də 15 noyabr 2023-cü il tarixli qərardan verilmiş kassasiya protestinin əsaslı olmasına dəlalət edir. Bu baxımdan məhkəmə kollegiyası belə qənaətə gəir ki, həmin pozuntularla çıxa rılmış qərar qüvvəsində saxlanıla bilməz və belə qərar ləğv edilməklə iş yeni apellyasiya baxışına təyin olunmalıdır.

67. Məhkəmə kollegyiası bu qənaətə gələrkən CPM-in 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcdan həll edilməsini mümkün bilmir.

68. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsi haqqında dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının X6 barəsində olan 15 noyabr 2023-cü il tarixli, 1(107)-394/2023 nömrəli qərarı ləğv olunmalı, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir.

69. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikas ı CPM-in 419.10.2ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 noyabr 2023-cü il tarixli, 1(107)-394/2023 nömrəli qərarı ləğv edilsin və cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilsin. Kassasiya protesti təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar