Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-994/2019 17.10.2019 ALİ MƏHKƏMƏ A6baycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi Dövlət ittihamçısı A6baycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X3 Məhkum1 müdafiəçisi, Gəncə şəhəri 01 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə 17 oktyabr 1998-ci ildə RF-nın Moskva şəhərində anadan olmuş, A6baycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, **************************** qeydiyyatda olan və hal-hazırda həbsdə olan Məhkum2 A 6baycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 29, 120.2.1, 29, 120.2.2, 29, 120.2.3, 29, 120.2.7, 221.3 və 228.4-cü maddələri ilə 16 noyabr 1992-ci ildə Gəncə şəhərində anadan olmuş, A6baycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, *************************** qeydiyyatda olan və hal-hazırda həbsdə olan Məhkum1 A6baycan Respublikası CM-nin 29, 120.2.1, 29, 120.2.2, 29, 120.2.3, 29, 120.2.7, 221.3 və 228.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin 13 dekabr 2018-ci il tarixli hökmündən Məhkum1 müdafiəçisi, Gəncə şəhəri 01 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Məhkum2 müdafiəçisi, Gəncə şəhəri 01 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən verilmiş kassasiya şikayətlərinə açıq məhk əmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 19 sentyabr 2018-ci il tarixli hökmü ilə (hakimlər: E.İ.Rüstəmov (sədrlik edən), S.Ə.Əzizov və F.N.Mahmudov) Məhkum2 A6baycan Respublikası CM-nın 29, 120.2.2, 29, 120.2.3, 29, 120.2.7, 221.3 və 228.4-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 29, 120.2.2, 29, 120.2.3, 29, 120.2.7-ci maddələri ilə 11 (on bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 221.3-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına və CM-nin 228.4-cü maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla ona qəti olaraq 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ci ddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 22 yanvar 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkum1 – A6baycan Respublikası CM-nın 126.2.2, 126.2.4, 221.3 və 228.4-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 126.2.2, 126.2.4-cü maddələri ilə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 221.3-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına və CM-nin 228.4-cü maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla ona qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 22 yanvar 20 18-ci il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmlə həmçinin X4, X9 və X13 da təqsirli bilinərək məhkum edilmişlər. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və məhkumların müdafiəçiləri tərəfindən apellyasiya şikayətləri verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 13 dekabr 2018-ci il tarixli hökmü ilə (hakimlər: E.İ.Xasməmmədov (sədrlik edən), Ə.G.Abdullayev və T.A.Muxtarov) məhkumların müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilərək Gəncə Ağır Cinayətlər Məhkəməsinin 19 sentyabr 2018-ci il tarixli hökmü ləğv edilməklə yeni hökm çıxarılmışdır. Məhkum2 A6baycan Respublikası CM-nin 29, 120.2.1, 29, 120.2.2, 29, 120.2.3, 29, 120.2.7-ci maddələri ilə təqsirli bilinib 11 il 3 ay, CM-nin 221.3-cü maddəsi ilə 2 il 6 ay və CM-nin 228.4-cü maddəsi ilə 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplanılaraq, Məhkum2 qəti olaraq 12 (on iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəlinin 22 yanvar 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkum1 A6baycan Respublikası CM-nin 29, 120.2.1, 29, 120.2.2, 29, 120.2.3, 29, 120.2.7-ci maddələri ilə təqsirli bilinib 11 il 3 ay, CM-nin 221.3-cü maddəsi ilə 2 il 6 ay və CM-nin 228.4-cü maddəsi ilə 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplanılaraq Məhkum1 qəti olaraq 11 (on bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəlinin 22 yanvar 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə görə Məhkum1 21 yanvar 2018-ci il tarixdə saat 23 radələrində əmisi oğlu Məhkum2, tanışları X9, X4 və X13 ilə birlikdə əylənmək məqsədilə ünvan 1 ünvanında yerləşən "X -Klub" adlı gecə klubuna gedərək orada istirahət edən zaman müştəri kimi gecə klubuna gəlmiş Şəmkir rayon sakinləri X18, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, X6, X19 və Zərərçəkmiş şəxs1 yalnız üzərləri yoxlanıldıqdan sonra içəri daxil ola biləcəklərinin mümkün ola biləcəyi barədə gecə klubunun mühafizəçiləri ilə Şəmkir rayonundan olan Zərərçəkmiş şəxs1 arasında yaranmış mübahisə zamanı həmin söhbətə müdaxilə edib Zərərçəkmiş şəxs1 kəskin formada və yüksək səs tonu ilə "Niyə mühafizəçinin qanuni tələbinə riayət etmirsiniz? O, da sizin kimi cavan oğlandır, günü 10 manata işləyib ailəsini dolandırır" deyə söyləyib iradını bildirməsi səbəbindən sonuncu ilə arasında sözlü mübahisə yaranmış, onların biribirilərinin ünvanına qarşı hədə məzmunlu sözlər işlətmələri və hərəkətlər etmələri sonda vəziyyətin daha da gərginləşməsinə və aralarında əlbəyaxa davanın baş verməsinə səbəb olmuşdur. Zərərçəkmiş şəxs1 yanında olan tanışı Zərərçəkmiş şəxs3 onun üzərinə hücum çəkib vuracağını zənn edib bunun qarşısını almaq və onu qabaqlamaq üçün öz üstünlüyünü fiziki güc tətbiq etməklə göstərmək qərarına gəlib ictimai yer olmaqla ətrafda çoxsaylı müştəriləri n, həmçinin, klubun işçilərinin olmasına və onun qanuna zidd hərəkətlərini müşahidə etmələrinə məhəl qoymayaraq, insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərən, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli xuliqanlıq hərəkətləri edərək klubun iş fəaliyyətini uzun müddət pozub heç bir əsaslı səbəb olmadan yumruğu ilə sonuncunun sifət nahiyəsinə zərbə endirib fiziki ağrı yetirdikdən sonra bununla kifayətlənməyib özünün müstəsna şəxsiyyət və digər şəxslərdən üstün olduğunu bir daha göstərmək üçün klubun içərinə keçib əmisi oğlu Məhkum2 və onunla birlikdə kluba gəlmiş digər tanışları- X9, X4 və X2 çağırmış, onlarla birlikdə bir qrup şəxs halında ictimai yerdə, ətrafda onların qanuna zidd hərəkətlərini müşahidə edən çoxsaylı insanların olmasına məhəl qoymayaraq, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətlərini davam etdirərək sonda tərəflər arasında əlbəyaxanın baş verməsinə səbəb olmuş, əlbəyaxa zamanı ona fiziki dəstək üçün orada olan qrupun üzvlərindən F6 əlindəki taxta parçasından silah qismində istifadə etməklə Zərərçəkmiş şəxs3 baş nahiyəsindən vuraraq ona sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən sağ göz nahiyəsində hematoma və qansızma kimi xəsarətlər yetirmiş, qrupun digər üzvü P6 təpiyi ilə C6 sağ ayağından iki dəfə vuraraq ona fiziki ağrı yetirmiş, qrupun digər üzvü İ6 isə təpiklə S6 sağ ayağından vuraraq ona fiziki ağrı yetirdikdən sonra başlanmış əlbəyaxa dava zamanı özünün digərlərindən daha hünərli olduğunu nümayiş etdirmək üçün Zərərçəkmiş şəxs1 mübahisənin başlanğıcında etdiyi təhqiredici hərəkətləri özünü şəxsiyyətinin aşağılanması kimi qiymətləndirib bunu bəhanə edərək heç bir əsaslı səbəb olmadan üzərinə hücum çəkib ona xuliqanlıq niyyəti ilə 2010-cu ildə istintaqa məlum olmayan mənbədən tapıb daima qanunsuz olaraq üzərində gəzdirdiyi zavod üsulu ilə hazırlanmış tiyəsinin uzunluğu 217 mm olan soyuq silah hesab edilən ümumi təyinatlı kəsici-deşici xassəyə malik qatlanan tipli bıçaqdan silah qismində istifadə edərək eyni məzmunlu xuliqanlıq hərəkətlərini davam etdiri b onu vurmağa həmlələr etmiş, həmin vaxt ictimai borcunu yerinə yetirən O6 üzərinə gəldiyindən xuliqanlıq niyyəti ilə onun qarın nahiyəsindən bıçaqla bir dəfə qəsdən vurub ona həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən qarının ön divarının sol qalça nahiyəsinin daxilə nüfuz edən böyük piyliyin və nazik bağırsağın çoxsaylı zədələnməsi ilə müşayiət olunan deşilmiş-kəsilmiş yarasından ibarət xəsarət yetirmişdir. Məhkum2 21 yanvar 2018-ci il tarixdə saat 23 radələrində əmisi oğlu Məhkum1 və tanışları X12, X4 və X13 ilə birlikdə əylənmək məqsədilə Gəncə şəhəri Nizami küçəsi-579 ünvanında yerləşən "X - Klub" gecə klubuna gedərək orada istirahət edən zaman bir qədər sonra bayıra çıxan Məhkum1 müştəri kimi gecə klubuna gəlmiş Şəmkir rayon sakinləri X18, Zərərçəkmiş şəxs3, Z ərərçəkmiş şəxs2, X6, X19 və Zərərçəkmiş şəxs1 ilə mübahisə edib onu və onunla birlikdə kluba gəlmiş digər tanışları – X9, X13 və X4 ilə birlikdə klubdan bayıra çıxardıqda o, məsələnin mahiyyətini və səbəbini araşdırmadan mübahisəyə qoşulmuş, Məhkum1 və tanışları ilə birlikdə bir qrup şəxs halında ictimai yerdə, ətrafda onların qanunazidd hərəkətlərini müşahidə edən çoxsaylı insanların olmasına məhəl qoymayaraq, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmələri son halda tərəflər arasında əlbəyaxanın baş verməsinə gətirib çıxarmış, əlbəyaxa zamanı ona fiziki dəstək üçün orada olan qrupun üzvlərindən Fəxrəddin Məmmədov əlindəki taxta parçasından silah qismində is tifadə edərək Zərərçəkmiş şəxs3 baş nahiyəsindən vurub ona sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən sağ göz nahiyəsində hematoma və qansızma kimi xəsarətlər yetirmiş, qrupun digər üzvləri - P6 təpiyi ilə C6 sağ ayağından iki dəfə vuraraq ona fiziki ağrı yetirmiş, İlkin İsmayılov isə təpiklə S6 sağ ayağından vuraraq ona fiziki ağrı yetirdikdən sonra o, özünün digərlərindən daha hünərli olduğunu nümayiş etdirmək üçün qrupun digər üzvlərinin ümumi niyyətindən kənara çıxaraq heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs3 qəsdən öldürmək məqsədilə 2011-ci ildə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi zavod üsulu ilə hazırlanmış tiyəsinin uzunluğu 115 mm, dəstəyinin uzunluğu 143 mm, ümumi uzunluğu 258 mm olan soyuq silah hesab edilən ümumi təyinatlı kəsici-deşici xassəyə malik qatlanan tipli bıçaq çıxarıb silah qismində istifadə etməklə sonuncunun üzərinə hücum edərək ona ardıcıl olaraq bıçaq zərbələri vurmağa başlamış, həmin zərbələrdən biri Zərərçəkmiş şəxs3 qarın nahiyəsinin ön səthindən daxilə keçib nazik bağırsağı zədələdiyi üçün həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bir ədəd xəsarət, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid edilən qarının ön hissəsindən bir, təpə nahiyəsindən bir, döş qəfəsinin ön hissəsindən iki daxilə keçməyən deşilmiş-kəsilmiş ümumilikdə 5 ədəd yara xəsarətləri yetirmiş, ardıcıl endirilmiş digər zərbələri isə sonuncunun müqaviməti nəticəsində dəf edildiyindən yalnız Zərərçəkmiş şəxs3 üst geyim paltarını zədələməklə boşa çıxmış, onu qəsdən öldürmək üçün həmlələr etsə də, həmin vaxt orada olan Zərərçəkmiş şəxs2 ictimai borcunu yerinə yetirərək növbəti zərbələrinin qarşısını almaq üçün araya keçdiyindən Zərərçəkmiş şəxs3 əlavə zərbələr vurmaq imkanından məhrum olaraq bilavasitə öz iradəsindən asılı olmayan həmin səbəblərdən məqsədinə nail ola bilməyib daha da hiddətlənərək Zərərçəkmiş şəxs3 öldürmək məqsədini həyata keçirməkdə ona mane olan Zərərçəkmiş şəxs2 da qəsdən öldürmək məqsədilə onun üstünə atılmış, sonuncu xilas olmaq üçün qaçmasına baxmayaraq arxadan çataraq ona sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən döş qəfəsinin arxa səthinin daxilə keçməyən deşilmiş-kəsilmiş bir ədəd bıçaq yarası xəsarətini yetirmiş, Zərərçəkmiş şəxs 2 qaçıb getdiyi üçün əlavə zərbələr endirə bilməmiş, bununla da Məhkum2 bilavasitə öz iradəsindən asılı olmayan həmin səbəblərdən məqsədinə nail ola bilməyərək bıçaqdan silah qismində istifadə etməklə qərəzli xuliqanlıq hərəkətləri etmiş, habelə Zərərçəkmiş şəxs1, O6, Zərərçəkmiş şəxs3 və ictimai borcunu yerinə yetirən Zərərçəkmiş şəxs2 xuliqanlıq niyyəti ilə qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum1 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin 13 dekabr 2018-ci il tarixli hökmünün ləğv edilməsi və işin yenidən apellyasiya məhkəməsində baxışının təyin edilməsi barədə qərar qəbul olunması xahiş olunur. Müdafiəçi hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hökmü ilə gəlinən nəticələr işin faktiki hallarına uyğun olmadığından, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədiyindən, hökm cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi ilə çıxarıldığından qanunsuz və əsassızdır. Şikayət müəllifi qeyd edir ki, hadisə zərərçəkmiş şəxslər O6 və Zərərçəkmiş şəxs1 qanunsuz hərəkətləri nəticəsində baş vermişdir. Belə ki, onlar spirtli içki qəbul etdikdən sonra hadisə baş verən kafeyə gəlmiş və kafenin mühafizəçisinin qanuni tələblərini yerinə yetirmədiklərinə görə həmin vaxt orada olan təqsirləndirilən şəxs Məhkum1 onlara irad bildirmişdir. Bundan sonra onlar arasında əvvəlcə mübahisə, sonra isə dalaşma baş vermişdir. Cəmi altı nəfər şəxs olan zərərçəkmiş şəxslər və dostları Məhkum1 yerə yıxıb təpiklə vurmuş, onların hücumlarından müdafiə olunmaq məqsədilə Məhk um1 üzərində olan bıçağı çıxartmış və özünü müdafiə edərkən bıçaq O6 qasıq nahiyəsindən dəymişdir. Ona görə də Məhkum1 CM-nin 29, 120.2.2 və 29, 120.2.3-cü maddələri ilə irəli sürülən əsassızdır. Şikayət müəllifinin fikrincə, məhkum edilmiş şəxslər Məhkum2 və Məhkum1 hərəkətləri arasında heç bir bağlılıq olmadığından Məhkum1 CM-nin 29, 120.2.1 və 29, 120.2.7-ci maddələri ilə elan olunan ittihamlar da əsassızdır. Müdafiəçi hesab edir ki, A6 və Məhkum2 adam öldürməyə cəhd cinayətlərində ittiham edilməsinə dair ibtidai araşdırma orqanı və Gəncə Apellyasiya Məhkəməsinin gəldikləri nəticələr əsassız olmuşdur. Çünki, Məhkum1 özünü, Məhkum2 isə yerdə döyülən əmisi oğlunu müdafiə etmişdir. Məhkum2 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin 13 dekabr 2018 -ci il tarixli hökmünün ləğv edilməsi və cinayət işi üzrə icraata CM-nin 36-cı maddəsinə əsasən xitam verilməsi barədə qərar qəbul olunması xahiş olunur. Müdafiəçi hesab edir ki, məhkəmənin hökmü ədalətsiz, qanunsuz, qeyri-obyektiv və qərəzlidir. Belə ki, iş materiallarından görünür ki, Məhkum2 “X-klub” barında olarkən insanların toplu halında çölə çıxdıqlarını görüb, o da çölə çıxdıqda, əmisi oğlu Məhkum1 yerə yıxılmış vəziyyətdə, qan içində kənar şəxslər tərəfindən təpiklə döyülməsini görmüşdür. Bu da təbii olaraq əmisi oğlunu müdafiə etmək hissini oyatmışdır. Məhkum1 hücum edən şəxslərin onlardan fiziki olaraq güclü olduqlarından Məhkum2 özlərini müdafiə etmək məqsədilə bıçaqdan istifadə etmiş və Zərərçəkmiş şəxs3 bir neçə bıçaq zərbəsi vurmuşdur. Müdafiəçi qeyd edir ki, hadisə zərərçək miş kimi tanınmış şəxslərin ictimai qaydanı pozmaları və hərəkərlərini aqressiv formada davam etdirmələri nəticəsində baş vermişdir. Bu da N6 və Məhkum1 hərəkətlərində xuliqanlıq niyyətinin olmasını istisna edir. Həmçinin hadisənin baş vermə tezliyi və A6 və Məhkum2 müxtəlif yerlərdə olmaları onların qəsdən adam öldürmək məqsədilə cinayət əlaqəsinə girmələrini istisna edir. Onlar əslində müdafiə olunmuşlar. Müdafiəçinin fikrincə, ictimai qaydanın pozulmasının səbəbkarı olan şəxslərin zərərçəkmiş şəxs kimi tanınması və cinayət məsuliyyətinə cəlb olunmaması qanunvericilikdə təsbit olunmuş bərabərlik prinsipini pozmuşdur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətlərinin təmin edilməsi ba rədə Məhkum1 müdafiəçisi Müdafiəçi, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Alverdiyevin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. A6baycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya inst ansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya instansiyası məhkəməsi baxışı zamanı cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilməməsi aşkar edildikdə, CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan ən azı biri olduqda Ali Məhkəmənin Cinayət kollegiyası məhkəmə qərarını ləğv etməyə və ya dəyişdir məyə haqlıdır. Məhkum1 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində A6 və Məhkum2 adam öldürməyə cəhd cinayətlərində ittiham edilməsinə dair ibtidai araşdırma orqanı və Gəncə Apellyasiya Məhkəməsinin gəldikləri nəticələrin əsassız olması qeyd edilir və apellyasiya instansiyası məhkəməsinin hökmü ilə gəlinən nəticələr mübahisələndirilir. Məhkum2 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində qeyd edilir ki, hadisə zərərçəkmiş kimi tanınmış şəxslərin ictimai qaydanı pozmaları və hərəkərlərini aqressiv formada davam etdirmələri nəticəsində baş vermişdir. Ona görə də N6 və Məhkum1 zərərçəkmiş kimi tanınmış şəxslərin qanunsuz hərəkətlərindən müdafiə olunduqlarından cinayət işi üzrə icraata CM-nin 36-cı maddəsinə əsasən xitam verilməsi barədə qərar qəbul olunması xahiş olunur. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə təhlil edərək aşağıdakıları qeyd edir: A6baycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci hissəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. A6baycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. “A6baycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” A6baycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, tö rədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin qərarda həmçinin qeyd olunur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun “A6baycan Respublikası Cinayət Məcəlləsinin 244.1 -ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarını n hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İbtidai araşdırma orqanının və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəyə görə A6 və Məhkum2 aşağıda sadalanan cinayət əməllərinə görə təqsirli bilinib məhkum edilmişlər: A6 və N6 X1, X9 və X13 ilə birlikdə qərəzli xuliqanlıq hərəkətləri etmələri; A6 və Məhkum2lərin qrupun digər üzvlərinin ümumi niyyətindən kənara çıxaraq Şəmkir rayon sakinləri X14, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 öldürməyə cəhd etmələri; A6 və Məhkum2 soyuq silah hesab edilən bıçağı qanunsuz olaraq əldə edib gəzdirmələri. Məhkəmə kollegiyası qeyd edir ki, məhkum edilmiş şəxslər Məhkum1 və Məhkum2 iş üzrə məhkum edilmiş X4, X9 və X13 ilə birlikdə qərəzli xuliqanlıq hər əkətləri etmələri, onların soyuq silah hesab edilən bıçağı qanunsuz olaraq əldə edib gəzdirmələri epizodları, habelə Məhkum2 cinayət işi üzrə icraata CM-nin 36-cı maddəsinə əsasən xitam verilməsi ilə əlaqədar kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmır həmin epizodlar üzrə sübutların təkrar şərhini zəruri hesab etmir. Məhkəmə kollegiyası Məhkum1 və Məhkum2 A6baycan Respublikası CM-in 29, 120.2.1, 29, 120.2.2, 29, 120.2.3, 29, 120.2.7-ci maddələri ilə məhkum edilmələrinə dair epizodlarla əlaqədar kassasiya şikayətlərinin dəlillərini iş materiallarına və qanunvericiliyin müvafiq normalarına istinad etməklə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi kifayət qədər araşdırma aparmadan və mötəbər sübutlara əsaslanmayaraq yekun nəticəyə gəlmişdir. Belə ki, A6baycan Respublikası CM-i n 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» A6baycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 saylı Qərarının 3cü bəndinə əsasən qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, CM-nin 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda, belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şə xslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. A6baycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il tarixli "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" qərarının 5-ci bəndində A6baycan Respublikasının Ali Məhkəməsinin Plenumu qeyd etmişdir ki, adam öldürmə cinayəti o zaman bir qrup şəxs tərəfindən törədilmiş hesab olunur ki, insanın həyatdan məhrum edilməsi qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə həyata keçirilmiş olsun. Bu zaman mütləq deyildir ki, iştirakçılardan hər biri zərərçəkmişə onun ölümünə səbəb olan xəsarət yetirmiş olsun. Nəzərə almaq lazımdır ki, zərərçəkmişin həyatdan məhrum edilməsi prosesində bilavasitə iştirak edənlər, onun müqavimətini qırmaqla, özünü müdafiə etmə imkanını aradan qaldırmaqla, yaxud məhdudlaşdırmaqla zərərçəkmişin həyatdan məhrum edilməsinə kömək etdiklərini dərk etmiş və bunu arzu etmiş, yaxud da belə nəticəni arzu etməsə də ona şüurlu surətdə yol vermiş şəxslər də cinayətin icraçıları sayılırlar. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi kifayət qədər araşdırma aparmadan və mötəbər sübutlara istinad etmədən, zərərçəkmiş şəxslər X15, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qarşı Məhkum1 və Məhkum2 etdikləri qanunsuz hesab edilən hərəkətləri konkret təhlil etmədən belə nəticəyə gəlmişdir ki, Məhkum1 və Məhkum2 qrupun digər üzvlərinin ümumi niyyətindən kənara çıxaraq 4 nəfər şəxsi - Şəmkir rayon sakinləri X18, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 öld ürməyə cəhd etmişlər, lakin iradələrindən asılı olmayan səbəbdən cinayətkar niyyətlərini başa çatdıra bilməmişlər. Belə ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışı zamanı dindirilən Məhkum1 birinci instansiya məhkəməsindəki ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərmişdir ki, onun kimisə, o cümlədən Zərərçəkmiş şəxs1 və ya O6 öldürmək niyyəti olmamışdır. Belə ki, hadisə vaxtı Şəmkirdən gələn oğlanlarla aralarında qarşılıqlı davadalaş olmuş, dava zamanı Şəmkirlilərin bir neçəsi onu yerə yıxıb döymüşlər. O, qan içində olduğuna görə bıçaq çıxarmağa məcbur olmuş, bu zaman bıçaqla, yalnız özünü müdafiə etmişdir. Bıçaq çıxardığını görən bəzi Şəmkir uşaqları kənara çəkilmiş, lakin bir neçəsi onu yenə döymək üçün həmlələr etmiş, sonra kimsə onun sifətinə təpiklə vurmuşdur. Bu za man Şəmkirli sərxoş oğlanlar fürsətdən istifadə edib onu arxadan yenə yumruq zərbələri ilə vurduqları üçün bıçaq əlindən yerə düşmüş, əvvəlcə əyilib bıçağı götürməyə cəhd etsə də sonra dalaşma davam etdiyi üçün bıçağı gözündən itirmiş və bundan sonra bıçağı, ümumiyyətlə, tapa bilməmişdir. Apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışı zamanı dindirilən Məhkum2 birinci instansiya məhkəməsindəki ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərmişdir ki, onun kimisə öldürmək niyyəti olmamışdır. Belə ki, hadisə vaxtı "X Klub"un içərisində olarkən əmisi oğlu A6 klubun giriş qapısında 5-6 nəfər tanımadığı şəxslə mübahisə etdiyini, onların A6 qarşı nalayiq ifadələr işlətdiyni və onu yumruqla vurduqlarını, həmçinin A6in yerə yıxıldığını və yerdə A6 təpiklə zərbələr endirildiyini görüb dərhal b elində olan bıçağı çıxararaq həmin 5-6 nəfər şəxsin üstünə getmişdir. A6 döyən şəxslər onun əlində bıçaq olduğunu görüb bəziləri çəkilmiş, bundan sonra o, əlində olan bıçaqla qarşısına çıxan şəxslərə bıçaqla zərbələr endirmişdir. Daha sonra A6 döyən şəxsin isə bıçaqla qarın nahiyəsinə zərbə endirmişdir. Həmin zərbədən sonra bıçaqla xəsarət yetirdiyi şəxslər dərhal öz avtomobillərinə tərəf qaçmış və ağ rəngli "Priora" markalı avtomaşınlarına minərək getmişlər. Onun kimisə öldürmək niyyəti olmamışdır. O əmisi oğlu A6 qan içində gördüyü üçün özünü saxlaya bilməyib onu və özünü müdafiə etməyə çalışmışdır. Zərərçəkmişlər sərxoş və aqressiv olmuş, geri çəkilmək istəməmiş, əksinə, onların üstünə hücum edib döyməyə çalışmışlar. Zərərçəkmiş şəxs1 birinci instansiya məhkəməsindəki ifadəsi ilə eyni m əzmunlu ifadə verərək göstərmişdir ki, hadisə vaxtı, sonradan A6 kimi tanıdığı şəxs onun üstünə hücum edib vurmağa çalışmış, lakin o özünü qorumuşdur. A6in onu öldürüb-öldürməmək niyyəti barədə heç bir şey bilmir, çünki A6in bıçaq zərbəsi ona dəyməmişdir. X23 vurmasına gəldikdə isə, Orxan təsadüfən dava-dalaş vaxtı onunla A6in yaxınından keçərkən A6 onu bıçaqla vurmuşdur. O, heç vaxt deməmişdir ki, Orxan onu müdafiə etmək üçün araya girmiş və bu zaman A6 onu vurmuşdur. Apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışı zamanı dindirilən zərərçəkmiş şəxs O6 göstərmişdir ki, hadisə vaxtı, sonradan A6 kimi tanıdığı şəxsin ona bıçaq zərbəsi endirməsini ümumiyyətlə görməmişdir. Qarşılıqlı dalaşma olduğuna görə, həmçinin qaranlıq olduğu üçün o, döyənin və döyülənin kim olduğunu aydınlaşdıra bi lməmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və S6 da oxşar məzmunlu ifadələr vermişlər. Zərərçəkmiş şəxs3 həmçinin bildirmişdir ki, hadisə vaxtı sərxoş olduğundan ona bıçaq zərbəsi dəydiyini hiss etməmişdir. Apellyasiya instansiyası məhkəməsi təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrini, ekspertiza rəylərini və iş üzrə toplanmış digər sübutları, xəsarət almamış Zərərçəkmiş şəxs1, yüngül dərəcəli xəsarət almış Zərərçəkmiş şəxs2, ağır dərəcəli xəsarətlər almış O6yə və Zərərçəkmiş şəxs3 qarşı Məhkum1 və Məhkum2 qanunazidd hərəkətlərini ayrı-ayrılıqda təhlil etmədən, sübutları araşdırmadan aşağıdakı nəticəyə gəlmişdir: “..işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, Məhkum1 kütləvi şəkildə baş vermiş həmin xuliqanlıq hadisəsi zamanı əvvəlcə - Zərərçəkmi ş şəxs1 üstünə həmlələr etmiş, onu vurmağa nail ola bilmədikdə isə bıçaqla O6ni vuraraq onun sağlamlığına ağır zərər vurmuşdur. Bundan sonra Məhkum1 təkrarən O6ni vurmağa cəhd edərkən Zərərçəkmiş şəxs1 onun qolunu burub bıçağı əlindən alıb kənara tullamışdır. Burada Məhkum1 ölümdən ibarət niyyətinin olub-olmaması məsələsinə gəldikdə isə kollegiya qeyd edir ki, onun əlində soyuq silah hesab edilən bıçaq olması, onun əmisi oğlu Məhkum2lə eyni üsullardan istifadə etməklə zərərçəkmişlərin qeyri-müəyyən dairəsinə bıçaqla hücum etməsi, konkret olaraq zərərçəkmiş Zərərçəkmiş şəxs1 üzərinə hücum etməsi, onu vura bilmədiyi üçün O6nin üstünə hücum edib qərəzli şəkildə onu vurması, lakin Zərərçəkmiş şəxs1 ona imkan verməyərək bıçağı əlindən alıb kənara tullaması və bu səbəbdən iradəsindən asılı olm ayaraq niyyətini başa çatdıra bilməməsi onun hərəkətlərində ölümdən ibarət qəsdin olduğunu sübut edir” Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin gəldiyi həmin nəticə kifayət qədər araşdırılma aparılmadığından və mötəbər sübutlara əsaslanmadığından əsassızdır. “İnsan Hüquqlarının və X5 Haqqında” Avropa Konvensiyasının (bundan sonra Konvensiya) 6-cı maddəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir... Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. A6baycan Respublik ası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qar şı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X16rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçi nin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. A6baycan Respublikası CPM-in 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla məhkəmələr üçün heç bir sübütün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Təqdim edilmiş sübutlar işin düzgün həll edilməsi, işin nəticələri üçün əhəmiyyətlidirsə, məhkəmə onlarla bağlı mövqeyini qərarda əks etdirməlidir. A6baycan Respublikası CPM-in 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrini n müddəalarının pozulması yolverilməzdir. Bundan başqa, A6baycan Respublikası CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməsinə dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. A6baycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir, 145.3-cü maddəyə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. A6baycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etm əlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, baş vermiş cinayət hadisəsinə düzgün hüquqi qiymət verilməsi üçün Gəncə Apellyasiya Məhkəməsinin 13 dekabr 2018-ci il tarixli hökmü ləğv edilməli və iş baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı işin hərtərəfli və obyektiv araşdırılması və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müv afiq qaydada tədqiq edilməli, zərurət yaranarsa tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırmalı və araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası A6baycan Respublikası CPM-nin 419.10.2-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayətləri qismən təmin edilsin. Məhkumlar Məhkum1 və Məhkum2 barəsində Gəncə Apellyasiya Məhkəməsinin 13 dekabr 2018-ci il tarixli hökmü ləğv edilsin. Cinayət işi baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə məhkəmə baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-994/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-994/2019
17.10.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver