Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-994/2022 22.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs nümayəndələri X6 və Mü dafiəçi, məhkum Təqsirləndirilən şəxs və məhkumun müdafiəçisi X3 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 fevral 2022-ci il tarixli qərarından zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs və onun nümayəndəsi Müdafiəçi tərəfindən birgə verdikləri kassasiya şikayətinə və kassasiya şikayətinə əlavəyə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Tural Ələkbərov) 1(005)16/2021 nömrəli 21 dekabr 2021-ci il tarixli hökmü ilə xx xxxxxx 1958-ci ildə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, "xxxx" MTK-nın sədri, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan so nra CM-in) 186.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona cəza təyin edilməmişdir. Mülki iddia qismən təmin edilmiş mülki cavabdeh Təqsirləndirilən şəxs 14.400 manat maddi ziyan görə və 1.000 manat mənəvi ziyana görə tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi hökm edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, özgənin əmlakını zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla qəsdən məhv etmişdir. Belə ki, o, 26 fevral 2014-cü il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən ********** VÖEN-lə ver gi ödəyicisi kimi qeydiyyata alınmış "xxxx" Mənzil Tikinti Kooperativin təsisçisi və sədri olmaqla Bakı şəhər İcra Hakimiyyəti Başçısının 26 dekabr 2014-cü il tarixli 642 nömrəli Sərəncamı əsasında ünvan 3 ünvanlarda yerləşən 0,5810 ha torpaq sahəsinin yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi məqsədilə sədri olduğu həmin Kooperativə verilməsi ilə əlaqədar rəhbərliyi altında 2018-ci ilin iyun ayından etibarən həmin ərazidə söküntü və tikinti- quraşdırma işləri aparılarkən ərazinin qonşuluğunda ünvan 4 ünvanının qarşısında inşa edilmiş divarları kərpic, bünövrəsi dəmir beton, üst hissəsi metal konstruksiya ilə örtülmüş, təmirsiz, ümumi sahəsi 18,0 m2 olmaqla dəyəri 14.400 (on dörd min dörd yüz) manat qiymətləndirilən qarajın mülkiyyət hüququ olmadan Zərərçəkmiş şəx s 29 dekabr 2001-ci il tarixli ******* №-li alqısatqı müqaviləsi və X7 tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli ərizə, habelə Nərimanov rayon MKTB-nin 36 saylı MKİS-nin 22 iyun və 29 iyun 2018-ci il tarixli, müvafiq olaraq 003774 və 003775 nömrəli qəbzlərinə əsasən, uzunmüddətli istifadəsində olduğunu bilməklə həmin qeyri-yaşayış sahəsinin bütünlüklə qeyd edilən Kooperativ tərəfindən sökülməsinə görə Zərərçəkmiş şəxs kompensasiya ödənişində sonuncu ilə razılığa gələ bilməməsindən sonra, 21 aprel 2019-cu il tarixdə söküntü işlərinin aparılmasında fəhlə işləməklə cinayətdən xəbərsiz olan Şahid2 qəsdən verdiyi qanunsuz tapşırıq əsasında sonuncu vasitəsilə həmin qarajı xüsusi tikinti alətlərindən istifadə edilərək qəsdən sökdürüb, ərazinin hamarlanmasını həyata keçirməklə özgəyə, yəni Zərə rçəkmiş şəxs 14.400 (on dörd min dörd yüz) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla əmlakını qəsdən məhv etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Faiq Qasımov (sədrlik edən və məruzəçi), Kamran Əkbərov və Elmar Rəhimov) 1(103)-560/2022 nömrəli 15 fevral 2022-ci il tarixli qərarı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Tural Ələkbərov) 1(005)-16/2021 nömrəli 21 dekabr 2021-ci il tarixli hökmü ləğv edilmiş və cinayət işi Nərimanov Rayon Məhkəməsinə baxış iclası mərhələsinə göndərilmişdir. Zərərçəkmiş şəxs və onun nümayəndəsi Müdafiəçi tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmişdir. Zərərçəkmiş şəxs və onun nümayəndəsi Müdafiəçi kassasiya şikayəti və kassasiya şikayətinə əlavə verərək Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 fevral 2022-ci il tarixli qərarı dəyişdirilərək cinayət işinin birinci instansiya məhkəməsinin hazırlıq iclasında baxılması üçün qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin Zərərçəkmiş şəxs və onun nümayəndəsi Müdafiəçi kassasiya şikayətinə əlavə verərək Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 fevral 2022-ci il tarixli qərarın ləğv edilməsi, apelyasiya şikayətinin baxılmasına xitam verilməsi və Nərimanov Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli hökmünün ləğv edərək cinayət işinin materiallarına baxılmasına xitam verilməsi və cinayət işinin ibtidai araşdirmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün birinci instansiya məhkəməsinin hazırlıq iclas mərhələsinə göndərilməsi barədə qərar qəbul edilməsini xah iş etmişdir. Bundan əlavə Zərərçəkmiş şəxs kassasiya şikayətinə yeni əlavə verərək hakim Tural Ələkbərovun intizam məsuliyyətə cəlb edilməsi barədə Məhkəmə-Hüquq Şurasına müraciət edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin dəlilləri: Zərərçəkmiş şəxs və onun nümayəndəsi Müdafiəçi Kassasıya şikayətini və kassasiya şikayətinə əlavələri onunla əsaslandırmışlar ki, həm birinci instansiya məhkəməsi, həm də apelyasiya instansiyası məhkəməsi müvafiq hökm və qərar qəbul edərkən cinayət və cinayət prosessual məcəllələrinin bir çox maddələrinin tələblərini pozmuşdur. Kassasiya şikayətində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz hərəkətlərinə görə daha ağır - Azərbaycan Respublikası CM-in 31, 32, 33, 34, 168.2, 188,2, 308.2, 309 və 322-ci maddələri ilə nəzərdə tutulmuş ittiham elan edilməli idi. Bundan başqa ibtidai istintaqın Təqsirləndirilən şəxs təqsirli bildiyi cinayət hüquqi şəxs olan "xxxx" MTK-nın xeyrinə və onun maraqlarının qorunması üçün fiziki şəxslər tərəfindən törədildiyinə görə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 8.0.6-cı maddəsinin tələblərinə əsasən hüquqi şəxs olan "xxxx"MTK barəsində cinayəthüquqi tədbirlər tətbiq edilməli idi. “Etiraz edilə bilən şəxslərin siyahısının zərərçəkmiş şəxsə elan edilməsi haqqında” 24 yanvar 2020 il tarixli protokolda yalnız iş üzrə mütəxəssis - Baş İdarənin mütəxəssis təhlilləri şöbəsinin baş məsləhətçisi X8 olduğunu izah olunması və zərərçəkmiş şəxsin buna etiraz olmaması qeyd olunub. Sözügedən protokolda Baş İdarənin mütəxəssis təhlilləri şöbəsinin baş məsləhətçisi Əli İbrahimov iş üzrə mütəxəssis qismində hansı məqsədlə və hansı araşdırmalı məsələ üzrə mütəxəssis qismində cəlb olunması barədə Zərərçəkmiş şəxs hər hansı bir məlumat verilməsi müəyyən olunmamışdır. Bundan başqa müstəntiq Ziyafət Quliyev tərəfindən Azərbaycan Respublikası CPMin 284-286,288 maddələrin tələblərinin kobud şəkildə pozaraq Zərərçəkmiş şəxs cinayət işinin materialları ilə tanış etməmişdir. Təqsirləndirilən şəxsə daha ağır cinayətlərdə təqsirləndiriliməsində və təqsirləndirilən şəxsin sədr olduğu hüquqi şəxs "xxxx"MTK-nm xeyrinə və maraqların qorunması üçün təqsirləndirilən şəxsin özünün, MTK-nın nümayəndəsi Şahid1, fəhlə X1 və digər şəxslərin iştirakı ilə törədilən cinayətə görə hüquqi şəxs olan "xxxx"MTK barəsində cinayət-hüquqi tədbirlər tətbiq edilməsinin zərurət yaranmas ı səbəbindən birinci instansiya məhkəməsinin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq icraatda olan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən edilməsi ilə əlaqədar cinayət işinin baxılmasına xitam verilməsinə və onu ibtidai,araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması zəruridir. Zərərçəkmiş şəxs birinci instansiya məhkəməsinə xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli vəsatətlərlə müraciət edərək məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən edildiyinə o cümlədən CP M-in 284-286, 288 maddələrin tələblərinin pozulmasına görə məhkəmə ********* nömrəli cinayət işinin materiallarının baxılmasına xitam verilməsini və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyası da öz vəzifəsini yerinə yetirməmiş, əməlin tövsifində, işin faktiki hallarının natamam araşdırılmasında, ən əsası hazırlıq iclasından başlayaraq birinci instansiya məhkəməsinin prosessual pozuntulara yol verməsi, işin nəticəsini birbaşa dəyişə biləcək vəsatətləri özbaşınalıq edərək təmin etməməsi kimi qanunsuzluqlara düzgün mövqe bildirməmişdir, qanunla da maddi və prosessual hüquq normaları apelyasiya məhkəməsi tərəfindən də pozulmuşdur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhk əməsinin hakimi Tural Ələkbərov tərəfindən yol verilmiş kobud prosessual pozuntuları araşdırmamış və zərərçəkmiş şəxsə iştirakı və ona məhkəmə nitqi ilə çıxış etmək imkanının yaradılması barədə münasibət bildirilməmişdir. Apelyasiya instansiyası məhkəməsi verilmiş apelyasiya şikayətinə ilkin baxılması zamanı CPM-in 391.2.5-ci maddəsinin tələblərini pozaraq birinci instansiya məhkəməsində icraat zamanı və ibtidai istintaq zamanı yol verilmiş kobud prosessual pozuntular hesab olunan törədilən cinayətin - zərərçəkmiş şəxsə məxsus qarajın sökülməsinin motivin, səbəbin, və nəticələrin araşdırılmamasına; cinayətin törədilməsinə əsas yaratmış rəsmi sənədlərə və cinayətdə təqsirləndirilən şəxsin əsil roluna hüquqi qiymət verilməməsinə; Təqsirləndirilən şəxs sədr olduğu "xxxx"MTK-nı barəsində cin ayəthüquqi tədbirlər tətbiq etmək vəzifəsinin yerinə yetirilməməsi; birinci instansiya məhkəməsində icraat zamanı ibtidai istintaq zamanı müstəntiq tərəfindən qanunvericiliyin tələblərinin pozulması nəticəsində cinayət mühakimə icraatı zamanı zərərçəkmiş şəxsin iştirakının məqsədli şəkildə məhdudlaşdırılmasına o cümlədən qanunla müəyyən olunmuş qaydada zərərçəkmiş şəxsə cinayət işinin materialları ilə tanış olmaq şəraitinin yaradılmaması haqqında zərərçəkmiş şəxs tərəfindən verilmiş “Cinayət işinin materiallarının baxılmasına xitam verilməsi və istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə“ 16 iyun 2020 il tarixli vəsatətdə qeyd olunmuş kobud prosessual pozuntulara birinci instansiya məhkəməsi tərəfindən araşdırlmamasına və münasibət bildirilməməsi kimi kobud prosessual pozuntuları araşdırmamışdır və hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin və kassasiya şikayətinə əlavələrin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayəti və kassasiya şikayətinə əlavələri təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəm əsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apelyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olara q qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Kassasiya şikayətinin başlıca dəlili ondan ibarətdir ki, məhkum Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 31, 32, 33, 34, 186.2, 188,2, 308.2, 309 və 322ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibi olduğu halda o, qanunsuz olaraq həmin maddələrlə cinayət məsuliyyətinə cəlb edilməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlilinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə görə məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirlə ndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cina yətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. İşdən görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-in 186.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və həmin maddə ilə o məhkəməyə verilmişdir. İttihama əsasən Təqsirləndirilən şəxs 26 fevral 2014-cü il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən ********** VÖEN-lə vergi ödəyicisi kimi qeydiyyata alınmış "xxxx" Mənzil Tikinti Kooperativin təsisçisi və sədri olmaqla Bakı şəhər İcra Hakimiyyəti Başçısının 26 dekabr 2014-cü il tarixli 642 nömrəli Sərəncamı əsasında ünvan 3 ünvanl arda yerləşən 0,5810 ha torpaq sahəsinin yüksəkmərtəbəli yaşayış binalarının tikintisinin layihələndirilməsi məqsədilə sədri olduğu həmin Kooperativə verilməsi ilə əlaqədar rəhbərliyi altında 2018-ci ilin iyun ayından etibarən həmin ərazidə söküntü və tikinti-quraşdırma işləri aparılarkən ərazinin qonşuluğunda ünvan 4 ünvanının qarşısında inşa edilmiş divarları kərpic, bünövrəsi dəmir beton, üst hissəsi metal konstruksiya ilə örtülmüş, təmirsiz, ümumi sahəsi 18,0 m2 olmaqla dəyəri 14.400 (on dörd min dörd yüz) manat qiymətləndirilən qarajın mülkiyyət hüququ olmadan Zərərçəkmiş şəxs 29 dekabr 2001-ci il tarixli ******* №-li alqı-satqı müqaviləsi və X7 tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli ərizə, habelə Nərimanov rayon MKTB-nin 36 saylı MKİS-nin 22 iyun və 29 iyun 2018-ci il tarixli, müvafiq olaraq 003774 və 003775 nömrəli qəbzlərinə əsasən, uzunmüddətli istifadəsində olduğunu bilməklə həmin qeyri-yaşayış sahəsinin bütünlüklə qeyd edilən Kooperativ tərəfindən sökülməsinə görə Zərərçəkmiş şəxs kompensasiya ödənişində sonuncu ilə razılığa gələ bilməməsindən sonra, 21 aprel 2019-cu il tarixdə söküntü işlərinin aparılmasında fəhlə işləməklə cinayətdən xəbərsiz olan Şahid2 qəsdən verdiyi qanunsuz tapşırıq əsasında sonuncu vasitəsilə həmin qarajı xüsusi tikinti alətlərindən istifadə edilərək qəsdən sökdürüb, ərazinin hamarlanmasını həyata keçirməklə özgəyə, yəni Zərərçəkmiş şəxs 14.400 (on dörd min dörd yüz) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla əmlakını qəsdən məhv etmişdir. Göründüyü kimi istintaq orqanı Təqsirləndirilən şəxs kassator tərəfindən qeyd edilən Azərbaycan Respublikası CM-in 31, 32, 33, 34, 186.2, 188,2, 308.2, 309 və 322-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərin törədilməsi barədə ittiham elan etməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda göstərilən əməlləri nəticəsində Zərərçəkmiş şəxs qəsdən 14.400 (on dörd min dörd yüz) manat məbləğində, yəni xeyli miqdarda ziyanı vurması təsdiq edildiyindən məhkəmə həmin ittihamı sübuta yetirmiş hesab edərək Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 186.1-ci maddəsi ilə ittiham hökmü çıxarmışdır. Məhkəmə kollegiyası istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın həcmini və Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmədə cinayə t işinə Təqsirləndirilən şəxs barəsində yalnız irəli sürülmüş ittihamın daxilində baxılması əsaslı hesab edir. Odur ki, hazırki cinayət işi üzrə məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 31, 32, 33, 34, 186.2, 188,2, 308.2, 309 və 322-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməməsi ilə əlaqədar məhkəmə tərəfindən onun barəsində Azərbaycan Respublikası CM-in 186.1-ci maddəsi ilə çıxarılmış hökm və məhkəmənin hazırlıq iclasının qərarının ləğv edilməsi və cinayət işinin birinci instansiya məhkəməsinə məhkəmənin hazırlıq iclasının keçirilməsi mərhələsinə göndərilməsi barədə dəlilləri əsassızdır. Bundan əlavə iş materiallarından görünür ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş tərəfin verdikləri vəsatətlərə münasibət bildirilmiş və vəsatətlərlə bağlı qanunla müəyyən edil miş qaydada qərarlar qəbul edilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin istintaq orqanı tərəfindən zərərçəkmiş şəxsə münasibətdə Azərbaycan Respublikası CPM-in 284-286 maddələrinin tələblərinin pozulması barədə dəlili də əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası CPM-in 284.1-ci maddəsinə əsasən ittiham aktının tərtib edilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi üçün toplanmış sübutların kifayət olduğunu hesab edən müstəntiq aşağıdakı hərəkətləri həyata keçirir: 284.1.1. ibtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxsə, onun müdafiəçisinə, zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə məlumat verir; 284.1.2. cinayət prosesi iştirakçılarının cinayət işinin mater ialları ilə tanış olma yerini və vaxtını müəyyən edir. Azərbaycan Respublikası CPM-in 284.2-ci maddəsinin tələblərinə görə müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə, həmin şəxslərin xahişi olduqda, təqsirləndirilən şəxsə və müdafiəçiyə isə onların xahişindən asılı olmayaraq imkan yaradır. Cinayət işinin materiallarından görünür ki, müstəntiq Azərbaycan Respublikası CPM-in 284.1.1 və 284.1.2-ci maddəsinə əsasən cinayət işi üzrə ibtidai istintaqın qurtarması barədə zərərçəkmiş şəxsə məlumat vermiş və ona cinayət işinin materialları ilə tanış olma yerini və vaxtını müəyyən etmişdir. Beləliklə müstəntiq tərəfindən zərərçəkmiş şəxsi məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair Azərbaycan Respublikası CPM-in 284-286-cı maddəsinin tələbləri yerinə yetirilmiş, lakin zərərçəkmiş şəxsin cinayət işinin materialları ilə tanış olmaq üçün müəyyən edilmiş vaxtda istintaq orqanına gəlməmiş, cinayət işinin materialları ilə tanış olmaq xahişi bildirməmişdir. Ona görə də kassasiya şikayətinin istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CPM-in 303.3.8-ci maddəsi ilə nəzərdə tutulmuş kobud qanun pozuntusuna yol verilməsinə dair dəlili əsassızdır. Bununla yanaşı cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəməsi zərərçəkmiş şəxsin məhkəmə iclasında çıxış etmək hüququnu təmin etməmişdir. Azərbaycan Respublikası CPM-in 391.8.9-cu maddəsinə əsasən birinci instansiya məhkəməsində məhkəmə baxışı təqsirləndirilən və zərərçəkmiş şəxsə, dövlət ittihamçısına məhkəmə çıxışları, təqsirləndirilən şəxsə isə, həmçinin son sözlə çıxış etmək imkanının yaradılması barədə tələblərin pozulması ilə keçirildikdə apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətinə və apelyasiya protestinə baxılmasına xitam verilməsi və cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayət üzrə materialların birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar çıxarır. Azərbaycan Respublikası CPM-in 391.9-cu maddəsinin tələblərinə görə həmin Məcəllənin 391.8 və 391.8-1-ci maddəsində nəzərdə tutulmuş hallarda apelyasiya instansiyası məhkəməsi öz qərarı ilə məhkəmə baxışının nəticələri üzrə çıxarılmış birinci instansiya məhkəməsinin hökm və ya qərarını ləğv edir və cinayət işini, məhkəməyədək sadələşdirilmiş icra at materiallarını və ya xüsusi ittiham qaydasında şikayət üzrə materialları birinci instansiya məhkəməsinə məhkəmənin hazırlıq iclasının keçirilməsi mərhələsinə və ya yeni məhkəmə baxışına göndərir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş və hökmün ləğv edilməsinə səbəb olan qanun pozuntusu (zərər çəkmiş şəxsə məhkəmə çıxışı etmək imkanının yaradılmaması) hazırki cinayət işi üzrə həm də məhkəmənin hazırlıq iclasının ləğv edilməsinə əsas vermir. Ona görə də, məhkəmə kollegiyası nəticəyə gəlir ki, apelyasiya instansiyası məhkəməsi cinayət-prosessual qanunun yuxarıda qeyd edilən normalarına əsasən düzgün olaraq Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli hökmünün ləğv edilməsi və cinayət işinin birinci instansiya məhkəmə sinə yeni məhkəmə baxışına göndərilməsi barədə qərar qəbul etmişdir. Kassasiya şikayətinin birinci instansiyası məhkəməsinin hökmü ilə yanaşı hazırlıq iclasının qərarının da ləğv edilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün məhkəmənin hazırlıq iclasının keçirilməsi mərhələsinə göndərilməsi barədə dəlili əsassızdır. Bundan başqa, iş materiallarından göründüyü kimi, nə ibtidai istintaq orqanı, nə birinci instansiya məhkəməsi, nə də apelyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azər baycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Azərbaycan Respublikası CPM-in 416.1.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.1.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.15-ci maddəsinə əsasən məhkəmə törədilmiş əməlinin tövsifində səhvə yol verdikdə; 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyas ı məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdə görünür ki, apelyasiya instansiyası məhkəməsinin məhkum Təqsirləndirilən şəxs barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apelyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq şikayətin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apelyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə a laraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq şikayətin təmin edilmədən, Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının məhkum Təqsirləndirilən şəxs barəsində 15 fevral 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 186.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-994/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-994/2022
22.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver