Məhkəmə qərarları › İş №1(102)-995/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-995/2022

20.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-995/2022 20.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Yusifov Şahin Yaşar oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun, Bəraət almış şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili Rzazadə İqbal Kamil oğlunun iştirakları ilə, xx xxxxxxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Heydər Əliyev adına Neft Emalı zavodunda çilingər-fəhlə işləmiş, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMin) 234.4.3-cü maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 yanvar 2022-ci il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Ramazanov Zəfər Akif oğlu tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli hökmü ilə (hakimlər: F.Ə.Qəniyev (sədrlik edən), S.S.Hüseynov və İ.A.Mahmudov) Təqsirləndirilən şəxs - Azərbaycan Respublikas ı CM-in 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 yanvar 2022-ci il tarixli qərarı ilə (hakimlər: K.H.Əkbərov (sədrlik edən), F.A.Qasımov və C.V.Hüseyn) apellyasiya protesti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülərək təqsirləndirilir ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 6,274 qram nar kotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış, Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 11 mart 2021-ci il tarixdə saat 15:40 radələrində ünvan 3 ünvanda saxlanılıb 37-ci Polis Şöbəsinə gətirilərək üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş vəziyyətdə təmiz çəkisi 6,274 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 yanvar 2022-ci il tarixli qərarının ləğv edilməsi və i şin apellyasiya instansiya məhkəməsində yenidən baxılmağa təyin edilməsi xahiş olunur. Protest müəllifi qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs bəraət hökmü çıxararkən və apellyasiya instansiyası məhkəməsi həmin hökmü dəyişdirilmədən qüvvədə saxlayarkən ittiham tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız olaraq umtina edilmiş,işdəki sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilib qiymətləndirilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs ifadələrində aşkar olunmuş narkotik vasitələrin ona məxsus olmamasını bildirsə də, keçirilmiş baxış zamanı üzərində narkotik vasitələrin aşkar olunduğunu təsdiq etmişdir. Bundan başqa, məhkə mələr nəzərə almamışlar ki, Təqsirləndirilən şəxs ifadələrində polis işçilərinin ona qarşı zor göstərmələrinə dair göstərfiyi xüsusatlar prokurorluqda yoxlanmış və təsdiq olunmadığından cinayət işi başlanmasının rədd edilməsinə dair qərar qəbul edilmişdir. Dövlət ittihamçısı hesab edir ki, məhkəmələr tərəfindən Təqsirləndirilən şəxs ifadələrinə işdə olan digər sübutlarla müqayisəli şəkildə qiymət verilməmiş, həmin ifadələrə tənqidi yanaşılmalı olduğu halda, buna ümumiyyətlə diqqət yetirilməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı R.Alverdiyevin, kassasiya protestinin təmin edilməməsi barədə bəraət almış şəxs Təqsirləndirilən şəxs və m üdafiəçi İ.Rzazadənin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya protesti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinin tələblərinə uyğun olaraq, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səl ahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Protestdə qeyd edilir ki, Təqsirləndirilən şəxs əməlində ittiham edildiyi cinayətin törədilməsində təqsiri təkzib edilməz sübutlarla təsdiq edilməsinə baxmayaraq məhkəmə həmin sübutları kifayət qədər araşdırıb təhlil etmədən onun barəsində bəraət hökmü çıxarmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən: “İ. Hər kəsin təqsirsizlik prezumpsi yası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. İİ. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İİİ. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. İV. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz.” Azərbaycan Respublikası CPM-in 1.1-ci maddəsində əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını, habelə cina yət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, ittihamm sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 21.3-cü maddəsinə görə, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsin in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə kollegiyası kassasiya protestində qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə mü vafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi haqlı olaraq Təqsirləndirilən şəxs bəraət vermiş, bu vaxt cinayət və cinayət-prosessual qanunvericiliyinin normaları düzgün tətbiq edilmiş, tam əsaslı olaraq iş üzrə aradan qaldırılması mümkün olmayan ziddiyyətləri təqsirləndirilən şəxsin xeyrinə həll etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin hökmündə iş üzrə əməliyyat axtarışı tədbirini keçirmiş vəzifəli şəxslər tərəfindən yol verilmiş qanun pozuntuları və ibtidai araşdırma orqanı tərəfindən həmin pozuntuların ar adan qaldırılmaması ilə əlaqədar geniş şərh verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin hökmündə verilən şərhlərlə razılaşır və həmin xüsusatların təkrar şərh olunmasını zəruri hesab etməsə də, bəzi məqamların qeyd edilməsi qənaətindədir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə ittiham olunmasının əsası kimi, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 6,274 qram narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşıması, Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 11 mart 2021-ci il tarixdə saat 15:40 radələrində ünvan 4 ünvanda saxlanılıb 37-ci Polis Şöbəsinə gətirilərək üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş vəziyyətdə təmiz çəkisi 6,274 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülməsi göstərilmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə verilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, ünvan 5 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır. Ailəsi onun özündən başqa bir qardaşı, işləməyən anası, uzun müddət bərbər işləmiş və hazırda yataq xəstəsi olan atasından ibarətdir. Heç vaxt narkotik vasitələrdən istifadə etməmişdir. Tam səmimi şəkildə bildirmişdir ki, tutulmazdan təxminən üç il əvvəl cəmi bir dəfə siqaret kimi marixuana çəkmiş, bu ona çox pis təsir etdiyi üçün bir daha narkotik vasitədən istifadə etməmişdir. Özünün daimi iş yeri olmamış, yalnız müxtəlif yerlərdə fərdi qaydada fəhlə, usta kimi işləyərək ailənin dolanışığına kömək etmişdir. Əvvəllər oğurluq əməli törətmiş və həmin əməlindən çox peşman olmuş, məhkəmə də onun əməlinin xarakterini, ailə vəziyyətini nəzərə alıb ona həbslə bağlı olmayan cəza - azadlığın məhdudlaşdırılması cəzası təyin etmiş, ayağına da qolbaq vurulmuşdur. 11 mart 2021-ci il tarixdə saat 12 radələrində yaşayış yeri üzrə sahə müvəkkili Təyyar müəllim onun istifadə etdiyi 055-684- 44-29 saylı mobil nömrəyə zəng edib barəsində təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə bağlı polis orqanında hansısa qeydiyyatın aparılması və söhbət üçün yanı na dəvət etmişdir. Sahə müvəkkilinin yanına gedib çatana qədər onunla bir neçə dəfə telefonda danışdığını, artıq çatmaqda olduğunu dediyini xatırlayır. Təyyar müəllim ona telefonda həm də qolbaqla bağlı sənədlərini də gətirməsini tapşırmışdır. Təyyar müəllimlə son zəngləşməsindən bir neçə dəqiqə sonra - saat təxminən 13:20 dəqiqədə onun yanına çatmış, Təyyar müəllimin iş otağında oturub təxminən 5-10 dəqiqə ərzində verdiyi sualları cavablandırmış, gətirdiyi sənədləri təqdim etmişdir. Sahə müvəkkilinin iş otağından təxminən 150 metr aralıda həyətdə yerləşən «Həyat» adlı kabab evinin qarşısından keçəndə, yəni sahə rəisinin yanından çıxandan təxminən 8-10 dəqiqə sonra qəflətən ona tərəf üç nəfər mülki geyimli şəxs qaçaraq yaxınlaşmış, çatan kimi həmin şəxslərdən biri onun hər iki qolundan tut ub qucaqlamış, tərpənməyə imkan verməmişdir. Səs-küy yaranmağa başladığını hiss edən bu şəxslər onu dərhal «Doblo» markalıya bənzətdiyi ağ rəngli, qabaq hissəsində dövlət qeydiyyat nişanı olmayan avtomobilə əyləşdirmişlər. Avtomobilə əyləşdirəndə digər iki nəfərdən birinin - nisbətən çox cavan görünən şəxsin əlini onun əynində olan qara rəngli gödəkçənin sağ yan cibinə salmağa çalışdığını aşkar hiss etmişdir. Bunu hiss edən kimi sağ qolunu cibinin üstü tərəfdən bədəninə dirəyib həmin şəxsin əlini onun cibinə salmasına imkan verməmiş, həmin şəxs cəhdini davam etdirsə də, o, müqavimət göstərmiş, bunu görən o şəxs əlini çəkmişdir. Onu maşınla Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə aparmışlar. Xatırlayır ki, maşına oturdandan sonra mobil telefonunu götürmüş, bir az sonra da onu sönd ürmüşlər. Bu üç şəxsdən heç biri konkret şəkildə özünü təqdim etməmiş, amma polis olduqlarını demişlər. Ona bu şəkildə saxlanmasının səbəbləri, nə baş verməsi barədə heç nə deyilməmiş, heç bir sənəd göstərilməmişdir. Şöbənin həyətinə çatan kimi onun əllərini qabaq hissədən qandallamışlar. Şöbənin həyətində olarkən çöldə bir qapının qarşısında həmin 3 nəfərdən biri - polis əməkdaşı hesab etdiyi Əli adı ilə çağırılan mülki geyimli şəxs yanında dayanaraq onu mühafizə etmişdir. Həmin şəxs saxlandığı ilk andan adını sonradan bildiyi əməliyyatçı Şahid1lə birlikdə olmuşdur. Orada əli qandallı dayandığı vaxtda ona siqaret çəkməsinə imkan verilməsini xahiş etmiş və buna icazə vermişlər. O, əli qandallı vəziyyətdə birtəhər siqaret çəkməyə başlamış və elə o anda onu maşına oturdarkən əlini cibinə sal maq istəyən cavan oğlan yenidən əlini onun gödəkçəsinin cibinə salmağa cəhd etmiş, bu şəxsin əlini tutaraq cibinə salmasına imkan verməmiş və həmin anda o şəxs qəzəblənib ona əl-qol atmağa başlamış və bir dəfə yumruq zərbəsi ilə onun ağız nahiyəsindən vurub dodağını partlatmışdır. Bu şəxs onu vurmaqla bərabər həm də nalayiq söyüşlərlə söyüb təhqir etmiş, sakit durmasını tələb etmiş, əks halda onu daha bərk vuracağını bildirib cəld kiçik sellofan bükülünü onun əynində olan gödəkçəsinin sağ yan cibinə qoymuşdur. Heydər isə həmin vaxt araya girib bu şəxsin onu daha vurmasına imkan verməmişdir. O, bacardığı qədər müqavimət göstərməyə çalışmış və imkan tapıb həmin bükülünü cibindən çıxardıb yerə atmışdır. O anda əməliyyatçı Şahid1 onun yerə atdığı bükülünü yerdən götürüb adını sonradan bildiy i X9in otağına keçmişdir. Az sonra onun özünü də Əkbər Hacıyevin otağına aparmışlar və həmin vaxt otaqda X1, Şahid1, əli qandallı vəziyyətdə o özü olmuşdur. İki dəfə onun cibinə qoyulmağa cəhd edilmiş, sonda X10 aparıb verdiyi sellofan bükülü isə stolun üstündə olmuşdur. Ona X1 və X2 tərəfindən təkidlə bildirilmişdir ki, bu bükülünü mütləq cibinə qoymalısan və çəkilişlə onu çıxartmalıdırlar, qalan hər şey sonra həll olunub gedəcək, bu belə lazımdır və ona lazım olan köməklik göstəriləcək. Artıq bükülüdə narkotik vasitə olmasını dəqiq başa düşmüşdür. Sonra da qandalı açıb götürmüşlər. Bütün bunların nəyə görə baş verdiyini, bu bükülünün ona heç bir aidiyyəti olmadığını deyib, etirazını bildirmiş, həm də Şahid1 yanında olmuş adını bilmədiyi polis işçisinin artıq iki dəfə – həm saxlanarkən, h əm də şöbənin qarşısında bu bükülünü onun cibinə qoymağa cəhd etdiyini bildirmişdir. X9 və Şahid1 ona başqa heç nə izah etməmiş, elə bir problem olmayacağını bildirmişlər. İlk dəfə düşdüyü belə vəziyyətdə daha nə edə biləcəyini düşünə bilməmiş və polis işçilərinin təkidi ilə bükülünü gödəkçəsinin sağ yan cibinə qoymuş və daha müqavimət göstərməmişdir. Sonra otağa vəkil də çağırılmışdır. Çəkiliş vaxtı otağa daha başqa bir nəfər tanımadığı şəxs - adını sonradan bildiyi Şahid2 adlı əməliyat işçisi gəlmişdir. Dəqiq olaraq bildirir ki, o saxlanarkən Şahid2 olmamış, Yusifi ilk dəfə çəkiliş vaxtı görmüşdür. Xatırladığına görə X3 otağa daxil olanadək artıq bükülü onun cibinə yerləşdirilmişdir. Çəkiliş vaxtı “Xiaomi” markalı mobil telefonu, qolbaqla bağlı bir ədəd “GPRS” aparatını, “Pall Mall” mark alı siqareti, 20 manat 25 qəpik pulu, iki alışqanı, “Bakı kart” kartını, işləmək üçün üzərində saxladığı iki ədəd dəmir kəsən mişarın ehtiyat hissəsini çıxarıb masanın üzərinə qoymuşdur. Təhqiqatçıya həmin vaxt da bir daha bükülünün onun cibinə polis işçisi tərəfindən qoyulduğunu bildirmişdir. Amma ona fikir verən olmamışdır. Maskasını aşağı çəkib partlamış dodağını da təhqiqatçıya göstərmiş, amma yenə onu eşidən olmamışdır. Bükülünü zərfə qoyduqdan sonra təhqiqatçı ona da zərfin üstünü imzalamasını demiş, amma o razılaşmayaraq bu imzanı etməklə bükülünün ona aid olmasını etiraf etmiş kimi olacağını demişdir. Təhqiqatçı və Şahid1 onu heç nə olmayacağına birtəhər inandırıb imzalatmışlar. Sonradan protokol yazılmış, ona da imzalatdırılmış və nə vaxt buraxılacağını gözləməyə başlamışdır. Oray a çağırılmış vəkilə də bir daha yenə bu bükülüdəki narkotik vasitə olduğu deyilən maddəyə heç bir aidiyyətinin olmadığını demiş, vəkil də dindirilərkən hər şeyi imkan daxilində olduğu kimi danışmasını tapşırmışdır. Ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə iş başlandığı deyilmiş, amma sonradan bilmişdir ki, ümumiyyətlə onu daha ağır maddə ilə ittiham verərək heroin satan şəxs kimi təqsirləndirirlər. Dodağındakı polis əməkdaşının yumruqla vurduğu xəsarətlə bağlı təkidlə müstəntiqə bildirmiş, ifadəsində yazmış və barəsində tibbi ekspertiza da keçirilmiş, xəsarəti rəsmən təsdiqlənmişdir. Şahid qismində dindirilmiş Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili Şahid1 göstərmişdir ki, 11 mart 2021-ci il tarixdə «X4» adlı Bakı şəhər sakininin narkotiki qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat barədə rəsmi raportla müraciət edib idarə rəhbərliyinə məlumat vermiş və əməliyyat tədbirlərinin keçirilməsinə icazə istəmişdir. Raportuna baxıldıqdan sonra bu məlumatı yoxlamaq məqsədilə rəhbərliyin tapşırığı əsasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş, həmin qərar rəhbərlik tərəfindən təsdiq olunmuş və sonra idarə rəisinin əmri ilə əməliyyat qrupu yaradılmış, qrupa o özü və idarənin Cinayət axtarışı şöbəsinin kiçik əməliyyat müvəkkili,polis serjantı Şahid2 daxil edilmişlər. Bundan sonra o, X3 ə birlikdə günorta vaxtı saat təxminən 14-15 radələrində ünvan 6 ünvanda yerləşən “Həyat Kabab Evi” adlı yeməkxananın qarşısında Rişad adlı şəxsi saxlamış, anket məlumatlarını soruşub Təqsirləndirilən şəxs olduğunu dəqiqləşdirmişlər. Saxlanarkən Təqsirləndirilən şəxs onlara heç bir müqavimət göstərməmiş, çox sakit bir şəkildə özlərini təqdim etmiş, onlarla getməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs da heç bir narazılıq ifadə etmədən razılaşmış və onu 37-ci Polis Şöbəsinə aparıb X9ə təhvil vermişlər. X1 də Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil çağırmış, onların və müdafiəçinin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış başlananda Təqsirləndirilən şəxs üzərində qanunsuz maddə, hər hansı əşya varsa çıxarıb təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs da üzərində olan mobil telefonu, bir mobil telefona bənzər qurğunu, siqareti, təxminən 20 manat pul u, alışqanı, “Bakı kart” kartını, dəmir kəsən mişarın ehtiyat hissəsini, əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən isə bir ədəd şəffaf rəngli bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs büküm barədə çəkiliş vaxtı bildirmişdir ki, həmin narkotik vasitə tanımadığı polis əməkdaşı tərəfindən saxlanılan zaman cibinə qoyulmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilmiş, başqa heç nə aşkar olunmamışdır. Bundan sonra aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, bütün iştirakçılara imzalatdırılmışdır. Lakın məhkəmədə dindirilərkən ona ünvanlanmış sualları cavablandırarkən Şahid1 qeyd olunan ifadəsində əhəmiyyətli dəqiqləşdirmələr apararaq həm də ibtidai ist intaq zamanı verdiyi ifadəsindən fərqli məqamları təsvir etməklə bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə bağlı məlumat əslində 11 mart 2021-ci il tarixdə deyil, bundan 3 gün əvvəl - 08 mart 2021-ci il tarixdə daxil olmuş, bu məlumatla bağlı onun təşəbbüsü ilə əməliyyatqeydiyyat işi açılmış, Təqsirləndirilən şəxs barəsində elə həmin gündən bilavasitə onun özü tərəfindən əməliyyat tədbirləri keçirilməyə başlanılmış, konkret olaraq dərhal bu şəxsi müəyyən edib həmin gündən izləməyə başlamışdır. Təqsirləndirilən şəxs, o cümlədən 11 mart 2021-ci il tarixdə də səhər saat 09:00-dan, ola bilsin ki, hətta saat doqquza qalmışdan etibarən izləməyə başlamışdır. Amma Təqsirləndirilən şəxs həmin gün sahə müvəkkili Şahid3 yanına getməsini, sahə müvəkkilinin xidməti iş yerinə girməsini, yaxud oradan çı xmasını görməmişdir. Həm də saxlanarkən əslində hər bir insanda ola biləcəyi kimi Təqsirləndirilən şəxs da əvvəlcə qaçmaq istəmişdir. Onlar Təqsirləndirilən şəxs tutub saxlayarkən o yenə də dartınıb əllərindən çıxmaq istəmiş və ola bilsin ki, məhz həmin məqamda Təqsirləndirilən şəxs dodağı yaxınlığında olduqları binanın divarına sürtünərək xəsarət almışdır. Təqsirləndirilən şəxs özünün idarə etdiyi qara rəngli “Hyundai Elantra” markalı maşına mindirib şöbəyə gətirəndən sonra da təhqiqatçının yanına aparmazdan əvvəl Təqsirləndirilən şəxs bayırda siqaret çəkmək üçün imkan yaratmışlar. Təqsirləndirilən şəxs siqaret çəkdiyi vaxt onun cibindən sellofan bükülünü çıxardıb yerə atdığını görmüşdür. Təqsirləndirilən şəxs bükülünü yerə atmasını Şahid2 da görmüşdür. Özü şəxsən yaxınlaşıb o bükülünü ye rdən götürmüş və Təqsirləndirilən şəxs yenidən cibinə qoymasını təklif etmişdir. Amma Təqsirləndirilən şəxs bununla qəti razılaşmamış, cibinə qoymağa da imkan verməmişdir. Ona görə də o özü həmin bükülünü aparıb xidməti otağında X9ə təqdim etmişdir ki, keçiriləcək şəxsi axtarış zamanı onun Təqsirləndirilən şəxs üstündə olması ilə bağlı lazımi sənədləşdirmə aparsın. Bundan sonra çöldə dayanmış Təqsirləndirilən şəxs da təhqiqatçının otağına aparmış, təhqiqatçı da ona necə yerə tullayıbsa, elə də götürüb cibinə qoymasını təklif etmişdir. Amma Təqsirləndirilən şəxs heç cür razılaşmamışdır. Təhqiqatçı ondan bu bükülünün onun cibində olubolmamasını soruşmuş, Təqsirləndirilən şəxsda həmin bükülünü az əvvəl polis əməkdaşının onun cibinə qoyduğunu, bu bükülünün ona heç bir aidiyyəti olmadığı üçün o nu çıxardıb yerə tulladığını bildirmişdir. Təklif edilmişdir ki, yerə tullayanadək hansı cibində olubsa, həm də ona aid olmadığını da bildirirsə, eləcə qaytarıb qoysun cibinə, sonra dediyini yenə desin, ona aidiyyəti olmadığını bildirsin. Orada videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmiş, həmin bükülünün Təqsirləndirilən şəxs üstündən aşkar edilməsi sənədləşdirilmişdir. Amma Təqsirləndirilən şəxs çəkiliş vaxtı da özünü müdafiə etmək üçün həmin bükülünün ona məxsus olmadığını, bükülünü cibinə polis əməkdaşlarının qoyduğunu bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Xətai rayon Polis İdarəsinin sabiq əməkdaşı Şahid2 göstərmişdir ki, 2021-ci ilin aprel ayında öz xahişi ilə daxili işlər orqanlarından xidmətdən uzaqlaşmışdır.11 mart 2021-ci il tarixdə Xətai rayon Pol is İdarəsinə Təqsirləndirilən şəxs adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu məlumatla əlaqədar idarənin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili Şahid1 rəhbərliyi ilə əməliyyat qrupu yaradılmış və o da əməliyyat qrupuna daxil edilmişdir. Əməliyyat qrupunda elə iki nəfər, yəni Heydərlə o özü olmuşdur. Beləliklə, elə həmin gün Təqsirləndirilən şəxs adlı şəxslə bağlı keçirilən əməliyyat tədbirində iştirak etmişdir. İştirakı isə bundan ibarət olmuşdur ki, həmin gün günorta saatlarında Heydərlə birlikdə ünvan 6 ünvana getmiş, binanın həyətində yerləşən “Həyat Kabab Evi” adlı yeməkxananın qarşısında Təqsirləndirilən şəxs aşkar edib saxlamışlar. Saxlanarkən Təqsirləndirilən şəxs sakit bir şəkildə özlərini təqd im etmiş, onlarla getməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxssaxlamaq üçün onlar yalnız ikisi – özü və X2 getmişlər, yanlarında başqa şəxs olmamışdır. Təqsirləndirilən şəxs da heç bir narazılıq bildirmədən razılaşmış və onu 37-ci Polis Şöbəsinə aparmışlar. Sonra X9ə təhvil vermişlər. X1 də Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil çağırmış, onların və müdafiəçinin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış başlananda Təqsirləndirilən şəxs üzərində qanunsuz maddə, hər hansı əşya varsa çıxarıb təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs da üzərində olan mobil telefonu, bir ədəd mobil telefona bənzər qurğunu, siqareti, təxminən 20 manat pulu, alışqanı, “Bakı kart” kartını, dəmir kəsən mişarın ehtiyat hissəsini, əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən isə bir ədəd şəffaf rəngli bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs büküm barədə çəkiliş vaxtı bildirmişdir ki, həmin narkotik vasitə tanımadığı polis əməkdaşı tərəfindən saxlanılan zaman cibinə qoyulmuşdur. Təqsirləndirilən şəxsüzərinə şəxsi axtarış davam etdirilmiş, başqa heç nə aşkar olunmamışdır. Bundan sonra aşkar olunmuş büküm qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, bütün iştirakçılara imzalatdırılmışdır. Lakın məhkəmədə dindirilərkən ona ünvanlanmış sualları cavablandırarkən Şahid2 göstərmişdir ki, Təqsirləndirilən şəxs 08 mart 2021-ci il tarixdən başlayaraq izlənməsi, onun barəsində həmin tarixdən əməliyyat-axtarış tədb irlərinin keçirilməsi barədə heç bir məlumatı olmamışdır. 11 mart 2021-ci il tarixdə isə əməliyyat tədbirinə qrup rəhbəri olan əməliyyat müvəkkili Şahid1lə gündüz saat 12 radələrində iş yerindən çıxaraq yollanmışdır. Təqsirləndirilən şəxs saxlanarkən sahə müvəkkilinin yanından çıxıb gəlməsini bilməmiş, onun bildiyinə görə bu əməliyyat tədbirləri ilə bağlı sahə müvəkkili ilə heç bir əlaqələri olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 37- ci Polis Şöbəsinin təhqiqatçısı X4 göstərmişdir ki, 11 mart 2021-ci il tarixdə xidmət etdiyi şöbəyə Xətai rayon Polis İdarəsinin əməkdaşları Şahid1 və Şahid2 tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs gətirilmişdir. Təhqiqatçı kimi yalnız öz xidməti otağında ol muş, otaqdan kənarda nə baş verməsindən, şübhəli şəxsin hansı qaydada gətirilməsindən məlumatsız olmuşdur. Yalnız prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə sənədləşmələr aparmış, müdafiəçinin iştirakını təmin etmiş, videoçəkiliş aparılmaqla şəxsi axtarış və götürmə prosessual hərəkətini aparmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs cibindən bükülünü çıxardıb təqdim etmişdir. Onun üzərində hazırda xatırlamadığı digər şəxsi əşyaları da olmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs cibindən çıxardıb təqdim etdiyi bükülü barədə bildirmişdir ki, bu bükülünü onun cibinə polis əməkdaşları qoymuşlar. Qeyd olunan şəxsi axtarış və götürmə hərəkətinin keçirilməsindən xeyli vaxt keçdiyinə görə digər detalları xatırlamır. İş materiallarında olan ibtidai istintaq zamanı Təq sirləndirilən şəxs ilə Şahid1 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs Şahid1 dediklərini tam inkar etmiş, heroinin ona məxsus olmadığını, saxlanmasında polis əməkdaşı kimi bildiyi X6 adlı və adını bilmədiyi digər şəxsin də iştirak etdiyini, həmin adını bilmədiyi şəxsin onu vuraraq xəsarət yetirdiyini, heroinin həmin polis əməkdaşı kimi bildiyi şəxs tərəfindən cibinə qoyulduğunu bildirmiş və saxlandığı andan cibinə bükülü atılmağa cəhd edilməsinin digər halları barədə ətraflı qeyd etmişdir (cild 1, iş vərəqə 66-70). İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə Şahid2 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs Şahid2 dediklərini təsdiqləməyərək, Şahid2 yalnız üzərinə baxış keçirilərkən gördüyünü, heroinin ona məxsu s olmadığını, saxlanmasında polis əməkdaşı kimi bildiyi X6 adlı və adını bilmədiyi digər şəxsin də iştirak etdiyini, həmin adını bilmədiyi şəxsin onu vuraraq xəsarət yetirdiyini, heroinin həmin polis əməkdaşı kimi bildiyi şəxs tərəfindən cibinə qoyulduğunu bildirmiş və saxlandığı andan cibinə bükülü atılmağa cəhd edilməsinin digər halları barədə ətraflı qeyd etmişdir (cild 1, iş vərəqə 61-65). Şəxsi axtarış və götürmə aparılması barədə 11 mart 2021-ci il tarixli protokoldan və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı diskə baxış keçirilməsi barədə 13 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş vəziyyətdə bükümü çıxa rıb təqdim edərək həmin bükümün ona məxsus olmadığını, polis əməkdaşı tərəfindən onun cibinə qoyulduğunu bildirmişdir (cild 1, iş vərəqə 34-35, 109-110). Məhkəmə kollegiyası iş materiallarını təhlil edərək qeyd edir ki, aşağı instansiyası məhkəmələri haqlı olaraq hesab etmişlər ki, Təqsirləndirilən şəxs ibtidai araşdırmanın əvvəlində şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi ifadələrini, habelə şahidlər – Xətai RPİ-nin 37-ci PŞ-nin əməkdaşları Şahid1, Şahid2, X2 ifadələrini, Təqsirləndirilən şəxsla şahidlər Şahid1 və Şahid2 üzləşdirilməsi protokollarını, “şəxsi axtarış və götürmə aparılması haqqında” 11 mart 2021-ci il tarixli və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtraış keçirilməsinin görüntüsü olan DVD formatlı “diskə baxış keçirilməsi haqqında” 13 mart 2021-ci il tarixli protokollarını, 26 noyabr 2019-cu il tarixli "xxxx" mobil operatorundan daxil olmuş “diskə baxış keçirilməsi haqqında” protokolu, məhkəməkimyəvi ekspertizasının 12 mart 2021-ci il tarixli, 6/1018 saylı rəyini, məhkəmə-narkoloji ekspertizasının 26 aprel 2021-ci il tarixli, 1240 saylı rəyini Təqsirləndirilən şəxs qarşı ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə irəli sürülən ittihamın təsdiqi üçün mötəbər sübutlar kimi qiymətləndirilə və qəbul edilə bilməz. Həmçinin, ittiham aktında sübut kimi istinad olunan şəxsi axtarış və götürmə aparılması barədə 11 mart 2021-ci il tarixli protokolla və ona əlavə olunmuş DVD disklə bağlı məhkəmə kollegiyası qeyd edir ki, əməliyyat qrupunun rəhbəri olmuş Şahid1 məhkəmədə verdiyi ifadəsində içərisində h eroin olan bükülünü şəxsi axtarış və götürmə aparılmasının rəsmiləşdirilməsi üçün təhqiqatçıya şəxsən özünün aparıb verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs bu məqamla bağlı verdiyi ifadənin, polis əməkdaşı Şahid1 Təqsirləndirilən şəxs ifadəsinin həmin hissəsi ilə tam üst-üstə düşən məzmunda ifadəsinin mövcudluğu, habelə işin digər çoxsaylı faktiki hallarının mövcudluğu şəraitində artıq şəxsi axtarış və götürmə aparılması barədə protokolun sübut kimi qəbul edilməsi mümkünsüzdür. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, faktiki olaraq yazılı protokolda əks olunmuş çoxsaylı məqamlar, o cümlədən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 19, 20, 26, 90, 96-97, 222-ci maddələrinin izahı videoçəkilişdə yoxdur. Videoçəkiliş zamanı Təqsirləndirilən şəxs özünü təqdim etməyən ş əxslər tərəfindən saxlanıb maşına mindirildikdə sağ tərəfdəki şəxsin əlini cibinə salmaq istədiyini, ona görə də cibini sıxdığını, şöbəyə gəldikdən sonra həmin şəxsin əlini yenə onun cibinə salaraq cibinə bükülünü atdığını bildirir, sonradan bunu israrla təkrar edir və bükülünün də içərisində nə olduğunu bilmədiyini deyir, protokolda yazıldığı kimi «polis əməkdaşları tərəfindən» deyil, bir nəfər əməkdaş tərəfindən qoyulduğunu müəyyən edilmişdir. Şəxsi axtarışın rəsmiləşdirilməsi prosesində Təqsirləndirilən şəxs yenidən təhqiqatçıya müraciət edərək onun cibinə həmin bükülünün polis əməkdaşı tərəfindən qoyulduğunu, həmin bükülünü cibinə qoyulmasına etiraz etdikdə isə həmin şəxsin dodağını vurub partlatdığını deməsi və digər məqamların heç biri tərtib edilmiş protokolun məzmununda əks etdir ilməmişdir. İş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən və baş vermiş hadisənin hərtərəfli, tam, obyektiv araşdırılmasından ötrü sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verilməsində əhəmiyyət kəsb etdiyindən məhkəmə tərəfindən müvafiq qərarla Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə 11 mart 2021-ci il tarixdə daxil olan və çıxan zənglərin siyahıları, SMS mətnlərinin açıqlamaları, həmin nömrədən daxil olan və çıxan zənglərin abunəçilərinin tam anket məlumatları və hansı antenalar tərəfindən qeydiyyata alınması barədə məlumatlar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən əldə edilmişdir. Məhkəmə istintaqı zamanı əldə edilmiş həmin məlumatlar tədqiq edilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifad əsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə sahə müvəkkili Şahid3 istifadəsindəki ***-***-**-** saylı mobil nömrə arasında 11 mart 2021-ci il tarixdə saat 11:43 dəqiqədə 110 saniyə, saat 12:10 dəqiqədə 11 saniyə, saat 12:37 dəqiqədə 19 saniyə, saat 13:18 dəqiqədə 43 saniyə davam edən danışıqlar qeydə alınmışdır. Bu fakt isə Şahid3 və təqsirləndirilən şəxsin sonuncunun sahə müvəkkilinin iş yerinə dəvət edilməsi ilə bağlı görüşədək olan telefon danışıqları və görüş vaxt ilə bağlı ifadələrində göstərdikləri xüsusatları, həmin xüsusatların obyektiv həqiqəti əks etdirdiyini təsdiqləyir. Artıq saat 13:39 dəqiqədən sonra isə Təqsirləndirilən şəxs istifadəsində olmuş 055- ***-**-** saylı mobil telefon nömrəsi yalnız bir dairədə - “Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, ev 1A/Khatai” anten dairəsində, yəni Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin də yerləşdiyi yeri əhatə edən ərazidə qeydə alınmış, telefon saat 13:41 dəqiqəyədək aktiv olmuş, 15 dəfə eyni anten dairəsində aktivləşmiş, bundan sonra söndürülmüşdür. Texniki rabitə kanallardan əldə olunmuş bu təkzibedilməz məlumatlar təqsirləndirilən şəxsin sahə müvəkkilinin yanında təxminən 5-10 dəqiqə olması, onun yanından çıxdıqdan sonra təxminən 150 metr aralandıqdan, vaxt etibarilə isə 8-10 dəqiqədən sonra saxlanmasını birbaşa təsdiq edir. Bu dəqiq məlumatlar isə irəli sürülmüş ittihamda göstərildiyi kimi Təqsirləndirilən şəxs 11 mart 2021-ci il tarixdə saat 15:40 radələrində deyil, bundan bir qədər əvvəl – saat təxminən 13:40 dəqiqədə saxlandığını təsdiq edilmişdir. Azərbaycan Respublikası Ali Məh kəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 28-ci bəndində göstərilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvvəqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmə lərə izah edilmişdir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1. 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamda iş üzrə toplanmış və məhkəməyə təqdim edilmiş sübutların məcmusuna daxil olan hər bir sübut ayrı-ayrılıqda və məcmu halında mənbəyinə, mötəbərliyinə, mümkünlüyünə əsaslı şübhələr yarandığından bu şübhələri aradan qaldırmaq mümkün olmadığından ittihamın sübut olunmasında yarana n şübhələr X5 xeyrinə təfsir edilməlidir. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlar, Təqsirləndirilən şəxs özünün məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ziddiyyətli ifadələri, ibtidai istintaq materiallarında olan sənədlərin cinayət-prosessual qanunvericiliyə riayət olunmadan tərtib edilməsi əsasında Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlama cinayətini törətməsi sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların m əcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının CPM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ittihamda nəzərdə tutulan cinayət əməlində təqsirinin sübuta yetirilməməsi əsası ilə ona bəraət vermişdir. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs əməlində həqiqətən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi və saxlama cinayətinin törədilməsində təqsirini təsdiq edən sübutlar kifayət qədər deyildir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmuş olsun. Azərbaycan Respublikası CPM-in 12.1 və 12.3-cü maddələrinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilm əsinin yol verilməz olduğunu ehtiva edir. Məhkəmə kollegiyası kassasiya protestinin apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinin pozulması, bu səbəbdən də CPMin 416.1.2-416.1.3-cü maddələrində nəzərdə tutulmuş əsasların olması barədə dəlillərini əsassız hesab edir. Ona görə ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən, mövcud sübutları Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və haqlı olaraq Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib və saxlama sı cinayətini törətməkdə təqsirinin sübuta yetirilməməsi əsası ilə ona bəraət verilmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya protestinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya protestinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 yanvar 2022-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya protestində onun ləğv edilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla, əsassız olduğundan, protest təmin edilmədən, həmin hökm isə dəyişiklik edilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 yanvar 2022-ci il tarixli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar