Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-995/2024 08.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Teyyub Asif oğlu Muxtarovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 oktyabr 2023-cü il tar ixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Tərtər Rayon Məhkəməsinin (sədrlik edən hakim Kamil) 1(061)-36/2023 nömrəli, 21 iyun 2023-cü il tarixli hökmü ilə xx xxxxxxxx 1996-cı il tarixdə Tərtər rayonun Hacıqərvənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, məhkum olunmamış, Tərtər rayonu Hacıqərvənd kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 188.2-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, 2022-ci ilin iyu n ayında Tərtər rayonu Hacıqərvənd kənd bələdiyyəsinin mülkiyyətində olan, kəndin prespektiv inkişaf fondunda saxlanılan, x66679,06 y-4470235,91 saylı koordinatlarda yerləşən 146 kv.m torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan zəbt edərək həmin torpaq sahəsinin üzərində fərdi yaşayış evi tikməklə özbaşına tikinti işləri aparmışdır. Qeyd edilən əmələ görə təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə ittiham verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Nural Əliyev (sədrlik edən və məruzəçi), Salman Hüseynov və Rafiq Cəfərov) 1(104)-452/2023 nömrəli, 03 oktyabr 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Tərtər Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 1(061)-36/2023 saylı hökmü apellyasiya şikayətinə münasibətdə təqsirləndirilən şəxsə cəzanın təyin edilməsi hissəsində dəyişdirilmiş, Məhkəmənin hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.2-ci maddəsi ilə təyin edilmiş 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası 1 (bir) il müddətinə endirilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayəti verərək Gəncə Apelyasiya Məhkəməsi 03 oktyabr 2023-cü il tarixli, l(104)-452/2023 nömrəli qərarı ilə Məhkum təyin edilmiş 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası dəyişdirilərək barəsində CM-in 74-cü maddəsi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilməsini, bu mümkün olmadıqda isə CM-in 62-ci maddəsi tətbiq edilməklə aşa ğı həddə cərimə cəzasının təyin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, təqsirləndirilən şəxs hazırkı cinayət əməlini məcburiyyətdən etdiyini, evlərində yaşamaq üçün əlavə yer olmadığını bildirmişdir. Digər tərəfdən bələdiyyə mülkiyyətində olan torpaq sahəsi də bu işlər üçün nəzərdə tutulduğundan kəndin perspektiv inkişaf fonduna aiddir. Zərurət olduqda bu torpaq sahəsi satılmaqla ayrı-ayrı şəxslərin mülkiyyətinə keçə bilər. Zərərçəkmiş şəxsin nümayəndəsi də təqsirləndirilən şəxsə heç bir cəza verilməməsini, onun ailəsini tanıdığını, qısa müddət ərzində pul toplamaqla həmin torpaq sahəsini alacaqlarını və etdikləri səhvi düzəldəcəklərini bildirmişdir. Təqsirləndirilən şəxs 21 iyun 2023-cü il tarixdəki son iclas zamanı hakimdən ona 10-15 gün müddətinə vaxt verməsini, pulu topladıqlarını və çox qısa müddət ərzində pulu ödəməklə həmin torpaq sahəsini alqısatqı edəcəklərini bildirmişdir. Lakin hakim məzuniyyətə çıxdığı üçün təqsirləndirilən şəxsin xahişini yerinə yetirməmiş, ona etdiyi səhvi düzəltmək üçün vaxt verməmişdir. Bundan başqa məhkəmə əslində cinayətkar şəxsiyyəti olmayan, tamamilə məcburiyyətdən özünə ev tikmiş şəxsə çox ağır cəza vermişdir. Bundan başqa hesab edirik ki, verilən cəza "Məhkəmə hüquq islahatının həyata keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 03 aprel 2019-cu il tarixli Fərmanında bir daha cəza siyasətinin humanistləşdirilməsi və dekriminallaşdırılması fərmanına, Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humani stləşdirilməsi və cəmiyyətdən təcrid etmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin genişləndirilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamına da ziddir. Məhkum CM- nin 188.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətsə də, hazırda həmin əmələ münasibətdə yaranmış bütün arzuolunmaz nəticələri aradan qaldırmışdır. Müdafiə tərəfi olaraq hesab edirik ki, əslində cinayət şəxsiyyət olmayan, yaşadığı yerdən və hətta zərərçəkmiş şəxs tərəfindən müsbət xarakterizə olunan, məhkumluğu olmayan və hazırda gənc olan Məhkum CM-in 74-cü maddəsini tətbiq etməklə, onu şəraitin dəyişməsi ilə bağlı olaraq cinayət məsuliyyətindən azad etmək mümkündür. Belə ki, CM-in 74-cü maddəsinə görə, şəraitin dəyişməsi nəticəsində tö rədilmiş əməlin və ya bu əməli törətmiş şəxsin ictimai təhlükəli olmadığı müəyyən edildikdə, böyük ictimai təhlükə törətməyən cinayət və ya az ağır cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər. Müdafiə tərəfi olaraq hesab edirik ki, Məhkum hazırda həmin torpaq sahəsini öz mülkiyyətinə keçirməklə əvvəllər mövcud olmuş şəraiti dəyişdirmişdir. Buna görə də, CM-in 74-cü maddəsini onun barəsində tətbiq etmək mümkündür. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəll əsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası məhkumlar Məhkum əməllərinə dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumların təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Məhkum əməlləri Azərbaycan Respublikası CM-in 188.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı onların əməllərinin yuxarıda göstərilən maddələr ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətinin başlıca dəlili məhkumun Azərbaycan Respublikası CM-74-cü maddəsinə əsasən, yəni şəraitin dəyişməsi nəticəsində cinayət məsuliyyətindən azad edilməsi ilə əlaqədardır. Belə ki, Cinayət Məcəlləsinin 74-cü maddəsinə görə, şəraitin dəyişməsi nəticəsində törədilmiş əməlin və ya bu əməli törətmiş şəxsin ictimai təhlükəli olmadığı müəyyən edildikdə, böyük ictimai təhlükə törətməyən cinayət və ya az ağır cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər. “Azərbaycan Respublikası CM-in 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələ rinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 sentyabr 2021-ci il tarixli qərarında qeyd edilir ki, cinayət hüquq nəzəriyyəsində şəraitin dəyişməsi dedikdə, cinayət törədilən ana qədər mövcud olan vəziyyətlə müqayisədə şəxsin həyatında şəraitin ciddi surətdə dəyişməsi başa düşülür. Belə hallarda şəraitin dəyişməsi şəxsin həyatı ilə bağlı olur. Bu, cinayət törədən şəxsin yaşayış yerini dəyişməsində, ali məktəbə daxil olmasında, həqiqi hərbi xidmətə getməsində və s. ifadə oluna bilər. Bundan başqa, şəraitin dəyişməsi siyasi, iqtisadi və sosial sahələrdə baş verən dəyişikliklərlə də bağlı ola bilər. Belə dəyişiklik ölkə miqyasında və ya müəyyən regionda, şəhərdə və s. ərazidə baş verə bilər. Şəraitin dəyişməsinin nisbətən geniş miqyas da baş verməsi ictimai münasibətlər sistemində elə dəyişikliyi nəzərdə tutur ki, bunun təsiri ilə cinayət əməli öz maddi əlamətini - ictimai təhlükəliliyini itirir. Apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarından Məhkum qeyd edilən cinayət əməlini törətdikdən sonra onun barəsində CM-in 74-cü maddəsinin tətbiq edilməsini zəruri edən hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası Məhkum barəsində CM-in 74-cü maddəsinin tətbiqi üçün əsasların müəyyən edilmədiyindən apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşır. Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətinin digər dəlili barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsini tətbiq etməklə, təyin edilmiş cəzanın yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CM-in 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Bundan başqa, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədb irlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələnd irmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş üzrə Məhkum törətdiyi cinayətin məqsədi və motivi, onun cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum barəsində CM-in 62-ci maddəsinin tətbiqi üçün əsaslar olmadığından işə baxan məhkəmələr cinayət qanunun bu normasını tətbiq etməməklə düzgün nəticəyə gəlmişlər. İş materiallarından, o cümlədən hökmdən və qərardan görünür ki, məhkəmələr qeyd olunan normada göstərilən bütün halları təhlil edərək nəzərə alıb məhkuma CM-in 62-ci maddəsinin tətbiqi üçün əsasların olmamasına dair qənaətə gəlmiş və qərarların da şərh etmişlər. Məhkəmələrin gəldiyi bu nəticə iş materiallarına və qanunun tələblərinə tam uyğun olduğundan məhkəmə kollegiyası da həmin nəticə ilə razılaşır. Həmçinin birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən CM-in 59.1-ci maddəsinə əsaslanaraq təqsirləndirilən şəxs Məhkum ilk dəfə cinayət törətməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsaslanaraq, təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar qismində nəzərə alaraq, ona CM-in 188.2-ci maddəsi 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin etmiş, apellyasiya instansiya məhkəməsi isə həmin cəzanı yüngülləşdirərək 1 il müddətinə endirmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası CM-in 188.2-c i maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Apellyasiya instansiyası məhkəməsi Məhkum cəza təyin edilərkən həm cəzanı yüngülləşdirən halların və həm də cəzanı ağırlaşdıran halların olmamasını nəzərə almış və ona təqsirli bilindiyi maddənin sanksiyasının ən aşağı həddində cəza təyin etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, şəxsiyyətinə və işin hallarına uyğundur. Ona görə də kollegiya kassasiya şikayətinin dəlilləri ilə razılaşmır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilən hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməs inin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsində qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Qeyd olunmalıdır ki, apellyasiya məhkəməsi apellyasiya şıkayətinə baxaraq, kassasiya şikayətinin əsasını təşkil edən məsələləri, yəni Məhkum CM-in 74-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsini və ya ona CM-62.1-ci maddəsinə əsasən cəzanın təyin edilməsini obyektiv araşdırmış və buna dair nəticəni öz qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 oktyabr 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılması qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-995/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-995/2024
08.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver