Məhkəmə qərarları › İş №1(102)-996/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-996/2023

18.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-996/2023 18.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İsgəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs1, Məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi13, məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Alyans Vəkil Bürosunun vəkili Müdafiəçi8, məhkum Təqsirləndirilən şəxs3 müdaf iəçisi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi14 iştirakları ilə, xx xxxx 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum edilmiş, Cəlilabad rayonu Hamarqışlaq kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, hazırda həbsdə olan, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.1, 182.2.4 və 228.1-cü maddələri ilə, xx xxxxxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işsiz, əvvəllər məhkum edilmiş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda həbsdə olan, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.1, 182.2.4 və 228.4-cü maddələri ilə, 09 avqust 1987-ci il tarixdə Cəli labad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum edilmiş, Cəlilabad şəhəri M.Əzizbəyov küçəsi, ev 8-də qeydiyyatda olmaqla, ünvan 3 ünvanında kirayədə yaşamış, hazırda həbsdə olan, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.1, 182.2.4 və 228.4-cü maddələri ilə, xx xxxxxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, işsiz, əvvəllər məhkum edilməmiş, ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşamış, hazırda həbsdə olan, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.1, 182.2.4 və 221.2.1-ci maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 noyabr 2021-c i il tarixli, 1(103)1030/2021 nömrəli qərarından məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi8, məhkum Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi14, məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi13, həmçinin məhkumlar Məhkum və Təqsirləndirilən şəxs3 tərəfindən ayrı ayrılıqda verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim M.M.Ağalarov, hakimlər Ə.M.Abasov və E.Ə.Mikayılovdan ibarət məhkəmə tərkibi) 16 aprel 2021-ci il tarixli, 1(101)-99/2021 nömrəli hökmü (məhkəmə kollegiyasının hökmə edilmiş 19 aprel 2021-ci il tarixli düzəliş qərarı nəzərə alınmaqla) ilə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.1, 182.2.4 və 228.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət ləri törətməkdə təqsirli bilinmiş, ona Cinayət Məcəlləsinin 182.2.1, 182.2.4-cü maddələri ilə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilmiş, Cinayət Məcəlləsinin 66.3cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə onun üzərində 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3 və 67.1-ci maddələrinə müvafiq olaraq Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 11 may 2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs3 barəsində tətbiq edilmiş vaxtından əvvəl şərti olaraq azad etmə ləğv olunmuş və Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 12 sentyabr 2017-ci il tarixli hökmü üzrə çəkilməyə n qalan 9 (doqquz) ay azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin olunmuş cəzaya qismən birləşdirilərək, Təqsirləndirilən şəxs3 hökmlərin məcmusu üzrə qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs3 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 03 mart 2019-cu il tarixdən hesablanmışdır. Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.1, 182.2.4 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinmiş, ona Cinayət Məcəlləsinin 182.2.1, 182.2.4-cü maddələri ilə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzaları tamamilə toplamaq yolu onun üzərində qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Məhkum cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin 03 mart 2019-cu il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.1, 182.2.4 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinmiş, ona Cinayət Məcəlləsinin 182.2.1, 182.2.4-cü maddələri ilə 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edi lmiş azadlıqdan məhrum etmə cəzalarını tamamilə toplamaq yolu ilə onun üzərində qəti olaraq 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin 03 mart 2019-cu il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.1, 182.2.4 və 221.2.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinmiş, ona Cinayət Məcəlləsinin 182.2.1, 182.2.4-cü maddələri ilə 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilmiş, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş aza dlıqdan məhrum etmə cəzalarını qismən toplamaq yolu ilə onun üzərində qəti olaraq 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlamış, Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin 03 mart 2019-cu il tarixdən hesablanmışdır. Həmin hökmlə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 182.2.1 və 182.2.4-cü maddələri ilə məhkum edilmiş, həmçinin maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən Məhkum1 və müdafiəçisi Müdafiəçi6, məhkum Təqsirləndirilən şəxs2 və müdafiəçisi Müdafiəçi8, məhkum Təqsirləndirilən şəxs3 və müdafiəçisi Müdafiəçi1, məhkum Təqsirləndirilən şəxs1 və müdafiəçisi Müdafiəçi2 və Məhkum müdafiəçisi Müdafiəçi7 tərəfindən ayrı ayrıl ıqda apellyasiya şikayətləri və dövlət ittihamçısı Kəngərli Orxan İlqar oğlu tərəfindən apellyasiya protesti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 noyabr 2021-ci il tarixli, 1(103)1030/2021 nömrəli qərarı ilə, (sədrlik edən hakim H.H.Əhmədov, hakimlər H.Ç.Məmmədov və İ.M.Murquzovdan ibarət məhkəmə tərkibi) apellyasiya şikayətləri və apellyasiya protesti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 1(101)99/2021 nömrəli hökmü dəyişdirilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 75ci maddəsinə əsasən məhkumlar Məhkum və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlləri üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən, onlar həmin maddə il ə təyin olunmuş cəzadan azad olunmuşlar, Məhkum üzərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.1, 182.2.4-cü maddələri ilə ona təyin edilmiş 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası, məhkum Təqsirləndirilən şəxs1 üzərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.1, 182.2.4-cü maddələri ilə ona təyin edilmiş 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə dair müddəalar məhkumlar Məhkum və Təqsirləndirilən şəxs1 münasibətdə hökmdən xaric edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 noyabr 2021-ci il tarixli, 1(103)-1030/2021 nömrəli məhkumların müdafiəçiləri Müdafiəçi13, Müdafiəçi8, Müdafiəçi14, həmçinin məhkumlar Məhkum və Təqsirlənd irilən şəxs3 tərəfindən ayrı ayrılıqda kassasiya şikayətləri verilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs3 qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş məhkumluğu dövründə yenidən qəsdən istintaqa məlum olmayan vaxtda naməlum mənbədən qanunsuz olaraq 10 ədəd zavod üsulu ilə istehsal edilmiş, pistonları mərkəzdən alışan, 7,62 mm kalibrli, «Tokarev» (TT) konstruksiyalı tapançada, «PPŞ», «PPS» konstruksiyalı tapança-pulemyotlarda və sair yivli odlu döyüş silahlarında döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş, atəş üçün yararlı patronları və bir ədəd «Tokarev» (TT) konstruksiyalı tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, zavod üsulu ilə hazırlanmış, 08 ədəd 7,62x25 mm kalibrli patron tutumuna malik olan texniki cəhətdən saz və yararlı sandıqçanı əldə edib üzərində saxlamaqla gəzdirmiş, 21 may 2018-ci ildə saat 18:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Ramana qəsəbəsi, Samir Əliyev küçəsində tanışı X7 idarə etdiyi «Chevrolet Malibu» markalı **-CL-*** dövlət nömrə nişanlı avtomobilin sol arxa oturacağının ayaqaltına «Adidas» yazısı olan qara rəngli idman çantasında 10 ədəd 7,62x25 mm kalibrli patron və 01 ədəd sandıqçanı qoyaraq Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində olan «Qəbələ» restoranının qarşısına daşıyaraq gətirmiş, bu barədə daxil olmuş məlumat əsasında Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat- axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs3 polis əməkdaşlarını görüb qaçıb getsədə «Chevrolet Mal ibu» markalı avtomobil Sabunçu Rayon Polis İdarəsinin inzibati binasına gətirilib 22 may 2018-ci ildə baxış keçirilən zaman avtomobilin sol arxa oturacağının ayaqaltına «Adidas» yazısı olan qara rəngli idman çantasından 10 ədəd yivli odlu döyüş silahlarında döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş, atəş üçün yararlı patronları və bir ədəd «Tokarev» (TT) konstruksiyalı tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 08 ədəd 7,62x25 mm kalibrli patron tutumuna malik olan texniki cəhətdən saz və yararlı sandıqça aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs3 tanışları X8, Təqsirləndirilən şəxs1, Məhkum və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda özgə əmlakını əldə etmək məqsədi ilə Zərərçəkm iş şəxs1 şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə əmlakını hədə-qorxu ilə tələb etmə barədə razılıq əldə edib cinayət əlaqəsinə girərək, əvvəlcədən aralarında olan razılaşmaya əsasən o, 28 fevral 2019-cu ildə Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospektində yerləşən «Portofino» çay evinə dəvət edərək Şahid3 olan 15.000 manat borcunu ona, X9a və Məhkum ödəməsini tələb edib həmin tələbi yerinə yetirməyəcəyi təqdirdə onun və ailə üzvlərinin şəxsiyyəti üzərində zor tətbiq edəcəyi ilə hədələmiş, Zərərçəkmiş şəxs1 buna razılıq verdikdən sonra növbəti görüş vaxtı təyin edilmiş, Zərərçəkmiş şəxs1 bu barədə Bakı şəhər Baş Polis İdarəsinə ərizə ilə müraciət etmiş, o, 03 mart 2019-cu ildə saat 01:00-da Zərərçəkmiş şəxs1 yenidən «Portofino» çay evinə dəvət edərək o, tanışlar ı Əhməd Əlizadə, Təqsirləndirilən şəxs1, Məhkum və Təqsirləndirilən şəxs2la birlikdə Zərərçəkmiş şəxs1 15.000 manat pul tələb edib hədə-qorxu gələn zaman Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri zamanı o, tanışları X8, Təqsirləndirilən şəxs1, Məhkum və Təqsirləndirilən şəxs2la birlikdə saxlanılmışdır. Məhkum qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş məhkumluğu dövründə yenidən qəsdən bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməyən, ümumi təyinatlı soyuq silah hesab edilən ov bıçağını əldə edib üzərində saxlamış və tanışları X8, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs h alında xeyli miqdarda özgə əmlakını əldə etmək məqsədi ilə Zərərçəkmiş şəxs1 şəxsiyyəti üzərində zor göstərmə hədəsi İlə əmlakını hədə-qorxu ilə tələb etmə barədə razılıq əldə edib cinayət əlaqəsinə girərək, əvvəlcədən aralarında olan razılaşmayan əsasən Təqsirləndirilən şəxs3 28 fevral 2019-cu İldə Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospektində yerləşən «Portofino» çay evinə dəvət edərək Şahid3 olan 15.000 manat borcunu ona, Təqsirləndirilən şəxs3 və X8-ə ödəməsini tələb edib həmin tələbi yerinə yetirməyəcəyi təqdirdə onun və ailə üzvlərinin şəxsiyyəti üzərində zor tətbiq edəcəyi ilə hədələmiş, Zərərçəkmiş şəxs1 buna razılıq verdikdən sonra növbəti görüş vaxtı təyin edilmiş, Zərərçəkmiş şəxs1 bu barədə Bakı şəhər Baş Polis İdarəsinə ərizə ilə müraciət etmiş, Təqs irləndirilən şəxs3 03 mart 2019-cu ildə saat 01:00-da yenidən «Portofino» çay evində o, tanışları X8, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2la birlikdə Zərərçəkmiş şəxs1 15.000 manat pul tələb edib hədə-qorxu gələn zaman Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri zamanı o, tanışları X8, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2la birlikdə saxlanılaraq Bakı şəhər Baş Polis İdarəsinə gətirilmiş və onun üzərinə baxış keçirilən zaman əynində olan şalvarının sağ yan cibindən 01 ədəd zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan, üzərində təyinatım dəyişdirən əlavə və dəyişiklik edilməyən, ümumi təyinatlı soyuq silah hesab edilən ov bıçağı aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş məhkumluğu dövründə yenidən qəsdən istintaqa məlum olmayan vaxtda naməlum mənbədən qanunsuz olaraq 01 ədəd zavod üsulu ilə istehsal edilmiş, hər iki tərəfi kəsici, ucu deşici xassəyə malik olan, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməyən, soyuq silah hesab edilən xəncəri əldə edib üzərində saxlamış və tanışları X8 Məhkum, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda özgə əmlakım əldə etmək məqsədi ilə Zərərçəkmiş şəxs1 şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə əmlakım hədə-qorxu ilə tələb etmə barədə razılıq əldə edib cinayət əlaqəsinə girərək, əvvəlcədən aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs3 28 fevral 2019-cu ildə Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospektində yerləşən «Portofino» çay evinə dəvət edərək Şahid3 olan 15.000 manat borcunu Təqsirləndirilən şəxs3, X8 və Məhkum ödəməsini tələb edib həmin tələbi yerinə yetirməyəcəyi təqdirdə onun və ailə üzvlərinin şəxsiyyəti üzərində zor tətbiq edəcəyi ilə hədələmiş, Zərərçəkmiş şəxs1 buna razılıq verdikdən sonra növbəti görüş vaxtı təyin edilmiş, Zərərçəkmiş şəxs1 bu barədə Bakı şəhər Baş Polis İdarəsinə ərizə ilə müraciət etmiş. Təqsirləndirilən şəxs3 03 mart 2019-cu ildə saat 01:00-da Zərərçəkmiş şəxs1 yenidən «Portofino» çay evinə dəvət edərək o, tanışları X8, Məhkum, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2la birlikdə Zərərçəkmiş şəxs1 15.000 manat pul tələb edib hədə-qorxu gələn zaman Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri zamanı o, tanışları X8, Məhkum, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2la birlikdə saxlanılaraq Bakı şəhər Baş Polis İdarəsinə gətirilmiş və onun üzərinə baxış keçirilən zaman əynində olan şalvarın arxa sağ tərəfində kəmərinə keçirdiyi qını ilə birlikdə gəzdirdiyi qatlanmayan 01 ədəd zavod üsulu ilə istehsal edilmiş, hər iki tərəfi kəsici, ucu deşici xassəyə malik olan, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməyən, soyuq silah hesab edilən xəncər aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 07 yanvar 2017-ci il tarixdə saat 03:30 radələrində X12 ilə X8 arasında olan mübahisəni araşdırmaq məqsədi ilə X, X8, Təqsirləndirilən şəx s1, X4, Şahid13, X10, Təqsirləndirilən şəxs3 və qeyriləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında ünvan 5 ünvanın qarşısına gələrək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslərin üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlər edərək şəxsiyyəti istintaqa məlum olmayan X10 tanışları ilə mübahisə etmiş, həmin mübahisə davaya çevrilən zaman X10 sərnişin olduğu markası və dövlət qeydiyyat nişanı istintaqa məlum olmayan avtomobillə hərəkətdə olan zaman «SAYQA-410K» markalı hamar yivsiz təhlükəli odlu ov tüfəngindən havaya iki dəfə atəş açmış, Təqsirləndirilən şəxs3 istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi bir ədəd «CA-221» nömrəli Tokarev markalı tapançasından və X9 istintaqa məlum olmayan mənbədən qanunsuz olar aq əldə etdiyi bir ədəd «MA-00746» nömrəli Tokarev (TT) markalı tapançadan atəş açmaqla hadisə yerində olan şəxslərin həyat və ya sağlamlığı üçün real təhlükə yaratmış, ətrafda yaşayan sakinlərin istirahətini pozmuş, onlar üçün qorxu və narahatçılğı səbəb olmuş və onların atəş açmaları nəticəsində güllə hadisə yerində yolun kənarında dayanmış Zərərçəkmiş şəxs2 məxsus «Samand» markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol qabaq farasına dəyməklə məhv edərək 46 manat dəyərində maddi ziyan vurmaqla qərəzli xuliqanlıq hərəkətləri etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs2 tanışları X9 oğlu, Təqsirləndirilən şəxs1, Məhkum və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda özgə əmlakını əldə etmək məqsədi ilə Zərərçəkmiş şəxs1 şəxsiyyəti üzə rində zor göstərmə hədəsi ilə əmlakını hədə-qorxu ilə tələb etmə barədə razılıq əldə edib cinayət əlaqəsinə girərək, əvvəlcədən aralarında olan razılaşmayan əsasən Təqsirləndirilən şəxs3 28 fevral 2019-cu ildə Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospektində yerləşən «Portofino» çay evinə dəvət edərək Şahid3 olan 15.000 manat borcunu Təqsirləndirilən şəxs3, X9 və Məhkum ödəməsini tələb edib həmin tələbi yerinə yetirməyəcəyi təqdirdə onun və ailə üzvlərinin şəxsiyyəti üzərində zor tətbiq edəcəyi İlə hədələmiş, Zərərçəkmiş şəxs1 buna razılıq verdikdən sonra növbəti görüş vaxtı təyin edilmiş, Zərərçəkmiş şəxs1 bu barədə Bakı şəhər Baş Polis İdarəsinə ərizə ilə müraciət etmiş, Təqsirləndirilən şəxs3 03 mart 2019-cu ildə saat 01:00-da yenidən «Portofino» çay evinə dəvət edərək o, tanışları X9, Təqsirləndirilən şəxs1, Məhkum və Təqsirləndirilən şəxs3lə birlikdə Zərərçəkmiş şəxs1 15.000 manat pul tələb edib hədə-qorxu gələn zaman Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri zamanı o, tanışları X9, Təqsirləndirilən şəxs1, Məhkum və Təqsirləndirilən şəxs3lə birlikdə saxlanılmışdır. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi8 kassasiya şikayətini belə əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutlar düzgün tədqiq edilibqiymətləndirilməmişdir. Belə ki, Zərərçəkmiş şəxs1 həm ibtidai istintaq zamanı, həm də məhkəmə iclasında ifadə verən zaman Təqsirləndirilən şəxs2 tanımadığını, hadisə baş verən gün Təqsirləndirilən şəxs2 ümumiyyətlə otaqda kənar stold a oturduğunu, digər şəxslərin söhbətlərinə müdaxilə etmədiyini, təxminən bir neçə dəqiqə sonra isə polis əməkdaşlarının otağa daxil olaraq onların hamısını Bakı Şəhər Baş Polis İdarəsinə apardıqlarını bildirmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs1 istintaq dövründə polis əməkdaşlarının təzyiqi nəticəsində təqsirləndirilən şəxslərə qarşı ifadə verdiyini bildirmişdir. Eyni zamanda məhkəmədə işə baxılan zaman təqsirləndirilən şəxs qismində ifadə vermiş digər şəxslər də Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduqları vaxt onlarla birlikdə çay içmək üçün gəldiyini, ümumiyyətlə Zərərçəkmiş şəxs1 tanımadığını və həmin gün sonuncu ilə görüşəcəkləri barədə məlumatının olmadığını bildirmişdirlər. Göründüyü kimi Təqsirləndirilən şəxs2 törətmədiyi cinayətə görə əsassız və qanunsuz olaraq Azər baycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4 maddələri ilə təqsirli bilinib ağır cəzaya məhkum olunmuşdur. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 noyabr 2021-ci il tarixli qərarının ləğv edilməsini, Təqsirləndirilən şəxs2 münasibətdə təqsirliliyinin sübuta yetirilməməsinə görə cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsini xahiş edir. Məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi13 kassasiya şikayətində məhkəmələr tərəfindən sübutlar CPM-nin 143-146-cı maddələrində göstərilən tələblərə uyğun düzgün tədqiq edilib-qiymətləndirilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 özünü CM-nin 182.2.1 və 182.2.4-cü maddələri ilə təqsirsiz, CM-nin 228.4-cü maddəsi ilə isə təqsirli bilərək məhk əməyə səmimi ifadələr vermiş, onun hədə-qorxu ilə tələb etmə cinayət əməlinin törədilməsinə aidiyyətı və təqsiri cinayət işinin materialları ilə öz təsdiqini tapmamış, əksinə, iş materiallarında olan ifadələr və şübhələr bilavasitə Təqsirləndirilən şəxs1 təqsirsizliyini sübut edir. Həmçinin məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş X5 ifadələrindən də görünür ki, o, Təqsirləndirilən şəxs1 tanımamış, onun hər hansı əməlindən şikayətçi olmamış və yalnız X, X1 və X9 əməlləri barədə polisə məlumat vermişdir. Ona görə də zərərçəkmiş şəxsin ibtidai istintaqda yazılan “X2 və X3 da “XX” sözlərini təsdiqləmiş kimi ifadəsi əsassız olmaqla bilavasitə cinayətin obyektiv cəhətdən hansı hərəkət və ya hərəkətsizlikdə ifadə olunmasını sübut etmir. Məhkəmələr isə belə qənaətə gəlmişlər ki, T əqsirləndirilən şəxs1 ittiham olunduğu cinayətləri törətməkdə təqsirli olması iş üzrə toplanmış sübutlar əsasında təsdiq olunduğundan məhkəmə onun ifadəsinə tənqidi yanaşmış, qərarda sadalanan və bir-birini tamamlayan sübut növlərini mötəbər hesab etmiş, lakin Təqsirləndirilən şəxs1 barəsində düzgün nəticəyə gəlməmiş və o, CM-nin 182.2.1 və 182.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətmədiyi halda əsassız və qanunsuz olaraq bu maddələrlə təqsirli bilinərək məhkum olunmuşdur Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 noyabr 2021-ci il tarixli qərarının ləğv edilməsini, Təqsirləndirilən şəxs1 münasibətdə CM-nin 182.2.1 və 182.2.4-cü maddələri təqsirliliyinin sübuta yetirilməməsinə görə cinayət işi üzrə icraata xita m verilməsini xahiş edir. Məhkum Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi14 kassasiya şikayətini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs3 cəza təyin edilərkən və apellyasiya məhkəməsi tərəfindən cinayət işinə baxılarkən Təqsirləndirilən şəxs3 məsuliyyətini yüngülləşdirən hallar, o cümlədən zərərçəkmiş şəxslə barışığın əldə olunması və sonuncun ona qarşı şikayət və tələbinin olmaması kifayət qədər nəzərə alınmamış, nəticədə o, həddindən artıq ağır cəzaya məruz qalmışdır. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 noyabr 2021-ci il tarixli qərarının dəyişdirilməsini, Təqsirləndirilən şəxs3 təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əs asən şərti tətbiq edilməsini xahiş edir. Məhkum Təqsirləndirilən şəxs3 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin barəsində təyin edilmiş 8 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasından narazı olduğundan apellyasiya şikayəti vermiş, lakin apellyasiya məhkəməsi ədalətli araşdırma aparmadan onun şikayətini təmin etməmişdir. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 noyabr 2021-ci il tarixli qərarının dəyişdirilməsini, ona təyin edilmiş cəzanın azaldılmasını xahiş edir. Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 aprel 2021-ci il tarixli hökmündən apellyasiya şikayəti versə də, apellyasiya məhkəməsi onun cəzasını 7 ilə endirməklə kifayət lənmişdir. Hazırda həmin qərardan narazıdır, bu səbəbdən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 noyabr 2021-ci il tarixli qərarının ləğv edilib, barəsində ədalətli qərarın qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normala rının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi8 və məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi13 ayrı ayrılıqda vermiş olduqları kassasiya şikayətlərində məhkəmələr tərəfindən sübutetməyə dair cinayət-prosessual qaydaların pozulduğunu, nəticədə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs 1 törətmədikləri cinayətlərə görə əsassız olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələri ilə təqsirli bilinib cəzalandırıldıqlarını iddia edərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi və həmin hissədə bəraətverici əsasla cinayət işi üzrə icraata xitam verilməsi haqqında kassasiya tələblərini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. Məhkum Təqsirləndirilən şəxs3 və müdafiəçisi Müdafiəçi14 ayrı ayrılıqda vermiş olduqları kassasiya şikayətlərində məhkəmələr tərəfindən Təqsirləndirilən şəxs3 məsuliyyətini yüngülləşdirən halların kifayət qədər nəzərə alı nmadığını, nəticədə onun həddindən artıq ağır cəzaya məruz qaldığını iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi, məhkumun cəzasının yüngülləşdirilməsi və yaxud onun barəsində şərti məhkum etmənin tətbiq edilməsi haqqında kassasiya tələblərini Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişlər. Məhkum kassasiya şikayətində (şikayətin məzmununa görə) məhkəmələr tərəfindən əməli sübut olunmadığı halda əsassız olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələri ilə təqsirli bilinib cəzalandırıldığını iddia edərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi və həmin hissədə bəraətverici əsasla cinayət işi üzrə icraata xitam verilməsi haqqında kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya verilmiş kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 noyabr 2021-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü madd əsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.1-ci maddəsinə görə hədəqorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etməyə görə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutul muşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və bu əməlin törədilməsində şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi8 və məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi13 tərəfindən ayrı ayrılıqda verilmiş kassasiya şikayətlərindən görünür ki, onlar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsə qarşı cinayət törətmədiklərini və ümumiyyətlə onu tanımadıqlarını iddia etməklə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində əsassız olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələri (apellyasiya məhkəməsinin qərarını yalnız bu hissədə mübahisələndirmişlər) ittiham hökmünün çıxarılması haqqında qənaətlərini və bu qənaətlərindən irəli gələn apellyasiya məhkəməsinin qərarının ləğv edi lməsi haqqında tələblərini məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi və özlərinin işin faktiki hallarına verdikləri fərqli təsvirlər üzərində qurmuşlar. Həmçinin Məhkum tərəfindən verilmiş kassasiya şikayətindən (şikayətin məzmununa görə) görünür ki, o, təqsirliliyinin sübuta yetirilməməsinə baxmayaraq barəsində əsassız olaraq ittiham hökmünün çıxarılmasına dair qənaətini və bu qənaətdən irəli gələn apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, bəraətverici əsasla cinayət işi üzrə icraata xitam verilməsi barədə tələbini işin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallarının inkar edilməsi üzərində qurmuşdur. Bu isə onu göstərir ki, müdafiəçilər Müdafiəçi8, Müdafiəçi13 və Məhkum kassasiya instansiyası məhkəməsini gətirdikləri faktik i halların mövcud olub-olmamasına münasibət bildirməyə, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edirlər. Kassasiya şikayətlərinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası müdafiəçilər Müdafiəçi8, Müdafiəçi13 və Məhkum kassasiya şikayətlərində irəli sürdükləri məhkəmə qərarının ləğv edilməsi barədə tələblərini (o cümlədən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 zərərçəkmiş ş əxsə qarşı cinayət törətmədiklərinə, ümumiyyətlə onu tanımadıqlarına, həmçinin sonuncuların və Məhkum təqsirlərinin sübuta yetirilməməsinə baxmayaraq, onların barəsində Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələri ilə təqsirli bilinmələrinə dair ittiham hökmünün çıxarılması haqqında iddialarının) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müəlliflərin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətlərində gətirdikləri faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətlərində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barə də kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, bu şikayətlərin dəlilləri ilə eyni məzmunda olan dəlillər məhkumlar və onların müdafiəçiləri tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb sübutlar və sübutetmə, cinayəti təşkil edən faktiki halların müəyyən edilməsi, faktiki hallara cinayət qanunu normasının tətbiqi, məhkəməyədək icraatda və birinci instansiya məhkəməsində cinayət-prosessual qanunun tələblərinə əməl olunması məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələrinin dispozisiyasından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Məhkum hərəkətlərində Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4cü maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddə ilə onların təqsirli bilinmələrini və cəzalandırılmalarını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir. Həqiqətən də, cinayət işi üzrə icraatlar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin prinsiplərinə və digər müddəalarına uyğun olaraq həyata keçirilmiş, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olara q yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin yekun qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Məhkum təqsirliliyi barədə yekun nəticələr CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Belə ki, kassasiya şikayətində iddia olunanların əksinə olaraq, Zərərçəkmiş şəxs1 məhkəməyədək icraat dövründə verdiyi ifadələrində ardıcıl olaraq göstərmişdir ki, o, 2016-cı ildə Şahid3 «Mersedes Benz C» markalı **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobili nisyə satmış, sonuncu həmin avtomobilə görə ona 7.000 manat məbləğində pul vermiş, qalan məbləği də hissə-hissə ödəmişdir. 2017-ci ildə o, Şahid3 borc pul alıb qaytarmış, lakin 2018ci ilin sentyabr ayında borcun məbləği 15.000 manata çatmışdır. Bundan sonra Şahid3 ondan pulunu tələb etməyə başlamış, lakin maddi imkanı olmadığından borcunu qaytara bilməmiş və ona imkanı olan kimi pulunu qaytaracağına söz vermişdir. 28 fevral 2019-cu ildə saat 18:00 radələrində onun istifadəsində olan ***-***-**-** nömrəsinə tanımadığı ***-***-**-** nömrədən zəng gəlmiş, danışan şəxs özünü XX kimi təqdim edib Şahid3 yaxını olduğunu, sonuncuya olan borca görə ona zəng etdiyini bildirərək onu görüşə dəvət etmişdir. O, XXa görüşmək istəmədiyini desə də, sonuncu ikinci dəfə ona zəng edib təkidlə görüşməyi təklif etmiş, o, isə məcbur olub X-nın təklifi ilə razılaşmış və sonuncu bu görüşü «Portofino» çay evində təyin etmişdir. Həmin gün saat 21:00 radələrində o, deyilən yerə getmiş və X-la ümumi zalda görüşüb tanış olmuşdur. Sonuncunun yanında Şahid3, sonradan tanıdığı X9, Məhkum və tanımadığı təxminən 3 nəfər şəxs də olmuşlar. Çay evində masa arxasına keçib əyləşəndən sonra Məhkum ondan X3 borcunun olub-olmadığını soruşduqda o, bunu təsdiq etmiş, X9 isə ondan borcu nə zaman qaytaracağını soruşmuş, buna cavab olaraq X9-a yaya kimi borcunu qaytaracağını bildirmişdir. Məhkum onlara «fantastik» vaxt lazım olmadığını, borcun qaytarılması üçün konkret vaxt deməsini tələb etmişdir. Həmin şəxslərin çox olduğunu və onunla hədə-qorxu ilə danışdığını görüb qorxmuş və buna görə də onlara növbəti gün fikirləşib pulun qaytarılması vaxtını konkret olaraq deyəcəyini söyl əmişdir. Bunu eşidən Təqsirləndirilən şəxs3 ayağa qalxıb yanındakı X9-a və XX-a: «bəlkə keçək kabinetə, buna kim olduğumuzu başa salaq» demiş və onların təkidi ilə hamısı çay evindəki kabinetlərin birinə keçmiş, Cəmil isə ümumi zalda qalmışdır. Kabinetə keçən kimi Məhkum Bakı şəhərində onların vurub-tutan oğlanlar kimi tanındıqlarını, əllərindən heç kimin qaça bilmədiyini deyərək ondan, birdən qaçmaq və ya yayınmaq fikrinin olub-olmadığını soruşmuşdur. Sonunculara 4-5 ildir ki, eyni nömrəni işlətdiyini və heç kimdən gizlənmək fikrinin olmadığını bildirdikdən sonra X16 Həsənova çatacaq 15.000 manat pulun artıq onlara çatacağını, borcun artıq onların borcu olduğunu, həmin pulun içəridəki «qardaşlara» gedəcəyini, onların yanında yalançı çıxacağı təqdirdə məsələnin onların şəxsi məsələsinə ç evriləcəyini, borcu qaytarmayacağı təqdirdə onu harda olsa tutub bıçaqlayacaqlarını, qulağını kəsəcəklərini, lazım olsa uşağını belə oğurlayacaqlarını bildirmişlər. Sonuncular bu tonda ona hədə-qorxu gəlməklə yanaşı, tez-tez bellərindəki bıçaqları da ona nümayiş etdirmişlər. Həmin zaman X-ın, X9-un və X10 belində bıçaqlar olmuş və hər üçü də bunu ona nümayiş etdirmişdir. Kabinetdə həmin şəxslər ona təxminən 5-6 dəqiqə ərzində hədəqorxu gəldikdən sonra o, qorxaraq onlarla razılaşmış və növbəti gün konkret vaxt deyəcəyini bildirərək çay evini tərk edib getmişdir. Bundan sonra o, Kamran növbəti dəfə ona zəngə edərək pulu qaytarmaq vaxtını soruşmuş, o, isə X4, XX-un və X9-in əməlləri barədə polis orqanlarına məlumat vermək qərarına gələrək həmin gün Bakı şəhər Baş Polis İdarəsinə müraciət etmi şdir. Polis İdarəsində dinlənildikdən sonra polis əməkdaşı tərəfindən təlimatlandırılmış və həmin şəxslərlə görüş yeri təyin edərkən onlara məlumat verməsi xahiş edilmişdir. 02 mart 2019-cu ildə saat 21:00 radələrində X10 yenə də ona zəng edib, görüşmək istədiyini bildirmiş, əks təqdirdə uşağını oğurlayacaqlarını və bundan sonra pulu qaça-qaça verəcəyini bildirib onu hədələmiş və «Portofino» çay evinə gəlməsini tələb etmişdir. O, polis əməkdaşlarına bu barədə məlumat verib, həmin gün gecə saat 01:00 radələrində çay evinə getmiş və X10 X9 və XXla kabinetdə görüşmüş, bu zaman XXX-la X4-da sonuncuların yanında olmuşlar. Kabinetdə bir masa arxasında əyləşəndən sonra XX ona telefonda onlarla artıq-əksik danışdığını, onları yaxşı tanımadığını bildirib, masanın üzərindəki külqabını ora-bura fırla tmağa başlamış, X9 isə əlini belinə atıb, uzun tiyəli bıçağı çıxarıb masanın üzərinə qoymuş və ona: «sənin nəyin var çıxart görək»-demişdir. X və X6da X9-un dediklərini təkrarlamışlar. X4, X9 və XX onu hədələyərkən X5 və X6 da X7gilin sözlərini təsdiqləmiş və onların hərəkətlərindən bərk qorxmuşdur. Elə bu an polis əməkdaşları içəri daxil olmuş və həmin şəxsləri saxlamışlar. Bu ifadələrin alınması zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 hər hansı şəxs, o cümlədən müstəntiq tərəfindən təzyiqin, fiziki və ya psixi zorakılığın tətbiq edilməsi, aldadılması, nəyəsə inandırılması və sair bu kimi qanunsuz hərəkətlərin edilməsi iş materialları ilə müəyyən edilmir. Xüsusi ilə vurğulanmalıdır ki, Zərərçəkmiş şəxs1 ibtidai araşdırma zamanı verdiyi ifadələrinin yəni ona hədə-qorxu gəlməklə əmlakını n - 15.000 manat pulunun tələb edilməsi hissəsinin, sonuncunun Bakı şəhər Baş Polis İdarəsinə ünvanladığı öz xətti ilə yazdığı ərizəsi ilə, həmçinin iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış digər sübutların məcmusu ilə o cümlədən üzləşdirmə və digər istintaq hərəkətlərinin protokolları, ekspertiza rəyləri, məhkəmədə dindirilmiş çoxsaylı şahid ifadələri üst-üstə düşür. Məhz bu səbəbdən həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi tamamilə haqlı olaraq zərərçəkmiş şəxsin ibtidai araşdırma zamanı verdiyi ifadələrini sübut növü kimi qəbul edərək onun məhkəmə iclasında verdiyi ifadələrini öz maraqlarına əsaslanan, məhkum edilmiş şəxslər barəsində güzəştli qərarın qəbul edilməsi məqsədilə verilmiş ifadələr kimi qiymətləndirmişlər. Məhkəmə kollegiyası zərər çəkmiş şəxsin b u ifadələrinə əsasən onun ünvanına söylənilmiş tələbin, bu tələbin yerinə yetirilməyəcəyi təqdirdə ifadə olunmuş hədənin mahiyyətini təhlil edərək, qeyd edir ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Məhkum və qeyriləri Zərərçəkmiş şəxs1 Şahid3 olan borcu üzrə 15.000 manat məbləğində pulu sonuncuya qaytarmasını deyil, onlara verilməsini tələb etməklə özgənin əmlakını (xeyli miqdarda pulunu) ələ keçirmək niyyətində olmuş, bununla bağlı onların söylədikləri hədəqorxu isə real olmuşdur. Yuxarıda sadalanmış və digər sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya instansiyası məhkəməsinin yekun qərarında ətraflı təsvir edilib müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya şikayətində göstərilən lərlə eyni olan) dəlillərin yoxlanılması üzrə apellyasiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində apellyasiya məhkəməsinin çıxardığı nəticələri təkzib edə biləcək, araşdırmanın obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları və kassasiya şikayətinin əməlin hüquqi tövsifinin mübahisələndirilməsinə həsr olunmuş dəlillərini daha ətraflı şərh etmək, nə də ki, apellyasiya məhkəməsinin Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Məhkum Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələri ilə təqsirli olması haqında yekun qənaətini şübhə altına almaq üçün əsas görmür. Həmçinin Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Məhkum cəzanın təyin edilməsi məsələsi həll olunarkən və həmin məsələ üzrə hökm apellyasiya qaydasında yoxlanılarkən də, məhkəmələr tərəfindən hər hansı pozuntuya yol verilməmiş, birinci instansiya məhkəməsi cinayətlərin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən, təqsirkarların şəxsiyyətini səciyyələndirən hallardan, cəzanı yüngülləşdirən (zərərçəkmiş şəxslə barışıq əldə edilməsini) və ağırlaşdıran halları (baxılan işdə cəzanın Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, yəni Təqsirləndirlən ş və Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddələrin sanksiyalarında daha ağır cəza kimi nəzərdə tutulmuş azadlıqdan məhrum etmənin yuxarı həddinin yarısından az olmamaq şərti ilə təyin edilməsini tələb edən cəzanı ağırlaşdıran halın – residivin olması) müəyyən edilməsindən, təyin olunan cəzanın onların islah olunmasına və ailələrinin həyata şəraitinə təsirindən çıxış edib onlara təqsirli bilindikləri Cinayət Məcəlləsinin müvafiq maddələri ilə, eləcə də cinayətlərin məcmusu üzrə hər üç şəxsə azadlıqdan məhrum etmə cəzalarını təyin etməklə, apellyasiya instansiyası məhkəməsi isə cəza hissəsində hökmü dəyişdirərkən (Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 75-ci maddəsinə əsasən məhkumlar Məhkum və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlləri üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən onları həmin maddə ilə təyin olunmuş cəzadan azad etməklə və onlara münasibətdə Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə dair müddəalar hökmdən xaric etməklə ) - cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsin in ümumi əsaslarına və cəzanın məqsədlərinə, cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsinə (yalnız Təqsirləndirilən şəxs2 münasibətdə) dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 58.3, 41.2 və 66.3-cü maddələrinin tələblərinə əməl etmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipini gözləmişdir. Təsvir edilənlərdən görünür ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələri ilə təqsirli bilinmələri ilə bağlı birinci və apellyasiya instansiyası məhkəmələrinin nəticələri qanuni və əsaslıdır, təyin edilmiş cəza isə ədalətlidir, baxılan işdə apellyasiya instansiyası məhkəməsinin yekun qərarının ləğv edilməsinə və yaxud dəyişdirilməsinə əsas ola biləcək, o cümlədən kassasiya şikayətl əri ilə ehtiva olunan Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməmişdir. Təqsirləndirilən şəxs3 təyin olunmuş, apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmış cəzanın mübahisələndirilməsinə o cümlədən məhkumun cəzasının yüngülləşdirilməsi və yaxud onun barəsində şərti məhkum etmənin tətbiq edilməsinə həsr olunmuş məhkum Təqsirləndirilən şəxs3 və müdafiəçisi Müdafiəçi14 kassasiya şikayətlərinə gəldikdə, kollegiya bu məsələ üzrə də birinci və apellyasiya instansiyası məhkəmələrinin mövqeyi ilə razılaşmamaq üçün əsas görmür. Belə ki, cinayət işi üzrə müəyyən edilmiş hallardan görünür ki, baxılan işdə Təqsirləndirilən şəxs3 cəzanın Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin qaydaları əsasında (CM-in 182.2.1, 182.2.4 və 228.1-ci maddələrinin sanksiyasında daha ciddi cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrum etmənin son həddinin yarısından az olmamaq şərti ilə) təyin edilməsini tələb edən cəzanı ağırlaşdıran hal – cinayətlərin residivi mövcuddur. Birinci instansiya məhkəməsi həmin qaydaya uyğun olaraq Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 228.1, 182.2.1 və 182.2.4-cü maddələri ilə CM-in 65.2-ci maddəsinin yol verdiyi minimal həddə müvafiq olaraq CM-nin 228.1-ci maddəsi ilə - 1 il 6 ay müddətə (sanksiyanın yuxarı həddindən 1 il 6 ay az), həmçinin minimum həddə yaxın Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələri ilə - 7 il (sanksiyanın yuxarı həddindən 3 il az) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Təqsirləndirilən şəxs3 əm əlində cinayətlərin residivi əvvəllər də (12 sentyabr 2017-ci il tarixli hökmlə) CM–nin 228.1 və 221.3-cu maddələri ilə məhkum edilməsindən törəmişdir. Həmin hökmlə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 221.3-cu maddələri ilə qəti olaraq 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş (04 dekabr 2017-ci il tarixli Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarına əsasən cəzası 2 ilə endirilmiş), Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 11 may 2018-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 09 ay müddətindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, lakin həmin dövrdə yenidən hazırkı cinayət əməllərini törətmişdir. Göründüyü kimi, nə əvvəl təyin olunmuş cəzanın, nə də ki, Təqsirləndirilən şəxs3 barəsində cəzadan vax tından əvvəl azad edilmə kimi güzəştli institutun tətbiq edilməsinin Təqsirləndirilən şəxs3 çəkindirici təsiri olmamışdır. Belə olan halda apellyasiya instansiyası məhkəməsinin kassasiya şikayətində göstərilən hallara, o cümlədən ziyanın ödənilməsinə, zərərçəkmiş şəxslə barışığın əldə edilməsinə baxmayaraq, Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirməkdən və yaxud onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsini (şərti məhkum etməni) tətbiq etməkdən imtina etməsi Cinayət Məcəlləsinin cəza təyin edilməsi ilə bağlı nəzərə alınması tələb olunan normalarını, o cümlədən ədalət prinsipini pozan nəticə kimi qiymətləndirilə bilməz. Çünki, apellyasiya məhkəməsi müdafiə tərəfinin istinad etdiyi halları Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələb etdiyi digər hallarla, o cümlədən cinayətin xar akteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, təyin olunan cəzanın Təqsirləndirilən şəxs3 islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri ilə birlikdə götürməklə tarazlaşdırılmış şəkildə nəzərə almışdır. Bu səbəbdən məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən iş üzrə müəyyən olunmuş halları Təqsirləndirilən şəxs3 təyin edilmiş cəzanın yüngülləşdirilməsinə və yaxud onun barəsində şərti məhkum etmənin tətbiq edilməsinə əsas verən hallar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə birinci və apellyasiya instansiyası məhkəmələri kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində göstərilən pozuntuya yol verməmişlər. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətlərinin t əmin edilməsinə dair müdafiəçilər Müdafiəçi13, Müdafiəçi8, Müdafiəçi14 və Zərərçəkmiş şəxs1, eləcə də kassasiya şikayətlərinin təmin edilməməsinə dair dövlət ittihamçısı Hüseynli Ayxan Məhəmmədəli oğlunun çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, verilmiş kassasiya şikayətləri təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Məhkum barəsində olan 25 noyabr 2021-ci il tarixli, 1(103)-1030/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi8, məhkum Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi1 4, məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi13, həmçinin məhkumlar Məhkum və Təqsirləndirilən şəxs3 tərəfindən ayrı ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Məhkum barəsində olan 25 noyabr 2021-ci il tarixli, 1(103)-1030/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar