Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-996/2024 16.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət məhkəmə tərkibində, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının iştirakı ilə, Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-in və ya CM-in) 204.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 noyabr 2023-cü il tarixli, 1(107)280/2023 nömrəli qərarından Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. Məhkum1 xx.xx.1992-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Mingəçevir şəhəri, AzDress Energetika mehmanxanasında məskunlaşmışdır.
2. Mingəçevir şəhər Məhkəməsinin (sədrlik edən hakim: X1) 08 may 2023-cü il tarixli, 1(051)-8/2023 nömrəli hökmü ilə Məhkum1nun Azərbaycan Respublikası CM-in 204.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasın məhkum edilməsi, Məhkum1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, hökmün icrasının Azərbaycan Respublikası CM-in 79cu maddəsinə əsasən Məhkum1 himayəsində olan azyaşlı xx.xx.2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs8 on dörd yaşına çatanədək, yəni 10 dekabr 2024-cü il tarixədək təxirə salınması, Məhkum1 cəzasının əvvəlinin cəzasını çəkməyə başladığı gündən hesablanması, Məhkum1 üzərinə azyaşlı uşaqlarını tərbiyə etmək vəzifəsinin qoyulması və ona uşaqdan imtina etmənin və ya uşaqları tərbiyə etməkdən boyun qaçırmanın CM-in 79.2-ci maddəsində nəzərdə tutulan hüquqi nəticələrinin izah edilməsi, Məhkum1 üz ərində nəzarət Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilməsi, Məhkum1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması. müəyyən edilmiş, hökmlə həmçinin digər təqsiləndirilən şəxsin məsuliyyət məsələləri, maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir.
3. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X2 (sədrlik edən və məruzəçi), X3 və X6 ibarət məhkəmə tərkibində) 14 noyabr 2023-cü il tarixli, 1(107)280/2023 nömrəli qərarı ilə təqsirləndirilən şəxs Məhkum2 və onun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, dövlət ittihamçısı X4 tərəfindən verilmiş apellyasiya protestinin qismən təmin edilməsi, Məhkum1 ibtidai ist intaq zamanı xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulduğu 01 gün müddət CM-in 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılması və üzərində qəti olaraq 04 (dörd) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrumetmə cəzasının saxlanılması, Məhkum2 təqsirli bilindiyi CM-in 178.2.4-cü maddəsi ilə 1 (bir) il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, CM-in 170.1-ci maddəsi ilə 1 (bir) il azadlıqdan məhrum etmə cəzasına və CM-in 204.1-ci maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, təyin olunmuş cəzaları CM-in 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə CM-in 68.1.1-1-ci maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudluşdarması cəzasının 2 günü azadlıqdan məhru m etmə cəzasının 1 gününə bərabər tutulmaqla 09 ay müddət, CM-in 170.1-ci maddəsi ilə 1 (bir) il azadlıqdan məhrum etmə cəzası və CM-in 204.1-ci maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasının qismən toplanılması və Məhkum2 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Məhkum2 21 oktyabr 2021-ci il tarixdən 23 oktyabr 2021-ci il tarixədək 2 gün şübhəli şəxs qismində həbsdə saxlandığı müddətin (cəmi 2 gün), 23 dekabr 2021-ci il tarixdən 29 aprel 2022-ci il tarixədək həbsdə saxlanıldığı müddət (cəmi 4 ay 6 gün) və 29 aprel 2022-ci il tarixdən 23 may 2022-ci il tarixədək müddət (24 gün), cəmi 5 ay 2 gün müddət CM-in 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində qəti olaraq 5 il 6 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 08 may 2023-cü il tarixli, 1(051)8/2023 nömrəli hökmünün hər iki təqsirləndirilən şəxsə münasibətdə qalan hissədə və Mingəçevir Şəhər Məhkəməsinin 08 may 2023-cü il tarixli, 1(051)-8/2023 nömrəli qərarının isə verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
4. Həmin qərardan dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir.
5. İş kassasiya instansiya məhkəməsində baxılanadək, dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestini Məhkum1 aid hissədə geri götürdüyünü bildirmişdir. II. Hüquqi məsələlər:
6. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir.
7. Məhkəmə kollegiyası cinayət-prosessual qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsaslanmaqla dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızının kassasiya protestinin geri gö türülməsi barədə verdiyi ərizəsini iş materialları ilə əlaqəli şəkildə müzakirə edib belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 noyabr 2023-cü il tarixli, 1(107)-280/2023 nömrəli qərarından Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protesti Məhkum1 aid hissədə geri qaytarılmalıdır.
8. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 noyabr 2023-cü il tarixli, 1(107)-280/2023 nömrəli qəra rından Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protesti Məhkum1 aid hissədə geri qaytarılsın. Dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızının ərizəsi təmin edilsin.