Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-997/2022 13.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 may 2021-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 avqust 2021-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi ilə, X7 və X2 ibarət tərkibdə) 20 may 2021-ci il tarixli hökmü ilə 17 may 1987-ci ildə Biləsuvar rayonu, Bəydilli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, natamam orta təhsilli, məhkumluğu olmayan, Biləsuvar rayonu, M.F.axundov küçəsi, ev 41-də qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nə zərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməklə 10 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 19 iyun 2020-ci il tarixdən hesablanmış, onun ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması qərara alınmışdır. Hökmlə həmçinin, məhkəmə məsrəfləri və maddi sübut məsələləri də həll edilmişdir. Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı və naməlum şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib birləşərək, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə, qanunsuz olaraq külli miqdarda 367,403 qram narkotik vasit ə olan heroini, külli miqdarda 370,012 qram narkotik vasitə olan tiryəki, külli miqdarda 681,094 qram narkotik vasitə olan həşiş qatranı və külli miqdarda 21007,588 qram narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib Təqsirləndirilən şəxs1 birlikdə öz üzərlərində daşımaqla və yaşadıqları mənzillərdə saxlamış, 19 iyun 2020-ci il tarixdə Xətai RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin gün saat 03:30-da ünvan 2 ünvanın qarşısında Təqsirləndirilən şəxs1 ilə birlikdə saxlanılaraq ünvan 3 ünvanında yerləşən Xətai RPİ-nin 34-cü PŞ-nin inzibati binasına gətirilərək Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə zamanı əynində olan açıq qəhvəyi rəngli şalvarın sol yan cibindən 1 ədəd şəffaf rəngli sellofan torbaya bükül müş bükümdə ümumi çəkisi külli miqdarda 74,437 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, sağ yan cibindən 05 ədəd kibrit qutusunda ayrı-ayrılıqda çəkiləri 1,337 qram, 1,033 qram, 2,032 qram, 1,458 qram, 1,431 qram və 1 ədəd gümüşü rəngli kağıza bükülmüş bükümdə 0,297 qram olmaqla, ümumi çəkisi 7,588 qram çəkidə çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürüldükdən sonra, əməliyyat axtarış tədbirlərinin davamı olaraq həmin gün saat 05:50də yaşadığı ünvan 5 ünvanında keçirilmiş axtarış və götürülmə zamanı evin yataq otağında olan şkafın üstündəki “Star SPORTS” sözləri yazılan qırmızı rəngli idman çantasının içərisindən 01 ədəd elektron tərəzi, təmiz çəkisi külli miqdarda 356,292 qram xaş-xaş bitkisindən kustar üsulla hazır lanmış narkotik vasitə tiryək, ayrı-ayrılıqda təmiz çəkisi, 364,0 qram, 214,0 qram, 80,0 qram olmaqla, ümumi çəkisi külli miqdarda 658,0 qram çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qatranı, saat 06:45-də əməliyyat axtarış tədbirlərinin davamı olaraq ünvan 6 ünvanın qarşısında avtomaşınlar park edilməsi göstərən yol nişanın altından 1 ədəd şəffaf rəngli sellofan torbaya bükülmüş ümumi təmiz çəkisi külli miqdarda 288,205 qram narkotik vasitə heroin aşkar edilərək götürüldükdən sonra, həmin gün saat 08:00-da Zahir Hüseynovun kirayə yaşadığı ünvan 7 ünvanında yerləşən “Memi” paltar mağazasına axtarış və götürmə aparılan zaman oradan 01 ədəd elektron tərəzi, 5 ədəd şəffaf rəngli sellofan torbaya bükülmüş ayrı-ayrılıqda təmiz çəkisi 0,901 qram, 1,013 qram, 1,048 qram, 0,898 qram, 0,901 qram olmaqla külli miqdarda ümumi təmiz çəkisi 4,761 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 2 ədəd şəffaf rəngli sellofan torbaya bükülmüş ayrıayrılıqda təmiz çəkisi 10,282 qram, 3,438 qram olmaqla ümumi təmiz çəkisi 13,720 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, mağazada olan soyuducunun içərisindən 1 ədəd şəffaf rəngli sellofan torbaya bükülmüş təmiz çəkisi 5,007 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan həşiş qatranı, digər otaqdan isə 4 ədəd kisədə ayrıayrılıqda çəkisi 5 kq 550 qram, 5 kq 150 qram, 5 kq 200 qram, 5 kq 100 qram külli miqdarda ümumi təmiz çəkisi 21 kq çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar ü sulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 avqust 2021-ci il tarixli qərarı ilə (hakimlər: Şirinov Ziya Allahverdi oğlunun sədrliyi və məruzəsi ilə, X4 və X5 ibarət tərkibdə) məhkum Təqsirləndirilən şəxs2 özü və müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 may 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 16 avqust 2021-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs2 kassasiya şikayəti verərək barəsində olan cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşə kassasiya instansiyası məhk əməsində baxılanadək məhkum Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 06 saylı Cəzaçəkmə Müəssisəsindən ərizəsi məhkəməyə daxil olmuşdur. Məhkum ərizəsində özü tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmiş və kassasiya şikayətinin baxılmadan geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti kassasiya instansiyası məhkəməsində baxılanadək həmin şikayəti vermiş şəxs onu geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası kassasiya şikayətinin geri qaytarılması barədə dövlət ittihamçısının çıxışını dinləyib, iş materiallarını nəzərdən keçirərək və qanunvericiliyin tələblərinə əsasla naraq kassasiya şikayətinin geri qaytarılmasını mümkün hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 avqust 2021-ci il tarixli qərarından məhkumun özü tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-997/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-997/2022
13.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver