Məhkəmə qərarları › İş №1(102)-997/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-997/2023

06.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-997/2023 06.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlundan və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Bəraət almış şəxs - X7, Müdafiəçi - Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Məmmədov Ceyhun Hamlet oğlunun, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Nümayəndə - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Süleymanov Elmar İslam oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 iyul 2022-ci il tarixli hökmü ilə X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2022-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə, Zərərçəkmiş şəxs və nümayəndəsi Süleymanov Elmar İslam oğlu tərəfindən birgə verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 iyul 2022-ci il tarixli 1(101)-428/2022 nömrəli (hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlun dan ibarət tərkibdə) hökmü ilə 03 sentyabr 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə ittiham olunan X8 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsiri sübuta yetmədiyinə görə bəraət verilmiş, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə, bəraət almış şəxsin müdafiəçisi Məmmədov Ceyhun Hamlet oğlu, Zərərçəkmiş şəxs və onun nümayəndəsi (vəkil) Orucov Vüsal Əkbər oğlu tərəfindən verilmiş apellyasiya şikayətl ərinə və sonuncu tərəfindən apellyasiya şikayətinə verilmiş əlavəyə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2022-ci il tarixli 1(103)1790/2022 nömrəli (hakimlər: Abbasov Mirzəli Əbdüləli oğlunun sədrliyi ilə, Qaraqurbanlı Ramin Afad oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə) qərarı ilə apellyasiya protesti, apellyasiya şikayətləri və apellyasiya şikayətinə əlavə təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 iyul 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan dövlət ittihamçısı tərəfindən kassasiya protesti, Zərərçəkmiş şəxs və nümayəndəsi Süleymanov Elmar İslam oğlu tərəfindən birgə kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: İbtidai istintaq orqanı tərəfindən elan olunmuş ittihama əsasən X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə təqsirləndirilir ona görə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xüsusilə külli miqdarda əmlakını ələ keçirib ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, X12 Bakı şəhəri, Xətai Rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsinin kiçik əməliyyat müvəkkili vəzifəsində işləyərkən tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs birgə ticarət fəaliyyəti ilə məşğul olub əldə edəcəkləri gəlirin 70 faizini verəcəyi barədə yalan vəd verib aldadaraq siqaret satışını təşkil etmək adı ilə vahid niyyətlə əhatə olunan qəsdlə sonuncudan xx.xx.2018-ci il tarixdə ünvan 3 ünvanında yerləşən "Diamonds Lounge" çay evində 110000 (yüz on min) manat pulunu al dıqdan sonra cinayət əməlini pərdələmək məqsədilə uğurlu ticarət fəaliyyətini təşkil etdiyinə inandırmaq üçün 2018-ci ilin iyun ayında həmin puldan 7500 (yeddi min beş yüz) manat pulu, 2018-ci ilin iyul ayında isə 10200 (on min iki yüz) manat pulu qazanc adı ilə Zərərçəkmiş şəxs vermiş, bundan sonra o, Bakı Metropoliteninin “Neftçilər” metrostansiyası yaxınlığında mobil telefonların topdan satışını təşkil etmək adı ilə aldadaraq xx.xx.2018-ci il tarixdə Zərərçəkmiş şəxs yaşadığı ünvan 4 ünvanında 500000 (beş yüz min) manat pulunu alaraq elə həmin ay bu puldan qazanc adı ilə 9600 (doqquz min altı yüz) manat pulu Zərərçəkmiş şəxs vermiş, daha sonra o, avtomobil ehtiyat hissələrinin satışını təşkil etmək adı ilə aldadaraq xx.xx.2018-ci il tarixdə ünvan 5 ünvanının qarşısında Zərərçəkmiş şəxs dostu Şahid4 vasitəsilə göndərdiyi 59500 (əlli doqquz min beş yüz) manat pulu, xx.xx.2018-ci il tarixdə də eyni adla aldadaraq Zərərçəkmiş şəxs ünvan 4 ünvanında həmin tarixdə rəsmi bank məzənnəsi ilə 340000 (üç yüz qırx min) manat olan 200000 (iki yüz min) ABŞ dolları pulunu alaraq elə həmin ay bu puldan qazanc adı ilə 10600 (on min altı yüz) manat pulu Zərərçəkmiş şəxs vermiş, həmçinin, o, telefon satışına əlavə pul yatırdaraq daha çox qazanc əldə etmək adı ilə aldadaraq xx.xx.2018-ci il tarixdə Zərərçəkmiş şəxs ünvan 3 ünvanında yerləşən "Diamonds Lounge" çay evində həmin tarixdə rəsmi bank məzənnəsi ilə 153000 (yüz əlli üç min) manat olan 90000 (doxsan min) ABŞ dolları pulunu alaraq elə həmin ay bu puldan qazanc adı ilə 48100 (qırx səkkiz min yüz) manat, 2018-ci ilin noyabr və dekabr aylarında isə 94000 (doxsan dörd min) manat pulu Zərərçəkmiş şəxs vermiş, bundan əlavə o, ehtiyat hissələrinə qoyulmuş pulun məbləğini artırıb daha çox qazanc əldə etmək görüntüsü yaradıb aldadaraq xx.xx.2019-cu il tarixdə Zərərçəkmiş şəxs ünvan 4 ünvanında həmin tarixdə rəsmi bank məzənnəsi ilə 408000 (dörd yüz səkkiz min) manat olan 240000 (iki yüz qırx min) ABŞ dolları pulunu alaraq həmin ilin yanvar və fevral aylarında bu puldan qazanc adı ilə 200000 (iki yüz min) manat pulu Zərərçəkmiş şəxs vermiş, həmçinin o, birgə ticarət fəaliyyətlərini genişləndirilməsinə inandırıb bu adla aldadaraq xx.xx.2019-cu il tarixdə Zərərçəkmiş şəxs yaşadığı ünvan 6 ünvanında yerləşən binanın qarajında həmin tarixə rəsmi bank məzənnəsi ilə 587000 (beş yüz səksən yeddi min) manat olan 340000 (üç yüz qırx m in) ABŞ dolları pulunu alaraq elə həmin ay bu puldan qazanc adı ilə 100000 (yüz min) manat pulu Zərərçəkmiş şəxs vermiş, daha sonra isə o, yenə də, birgə ticarət fəaliyyəti adı ilə aldadaraq ünvan 7 ünvanında yerləşən "Diamonds Lounge" çay evində Zərərçəkmiş şəxs üç dəfə - xx.xx.2019-cu il tarixdə həmin günə rəsmi bank məzənnəsi ilə 170000 (yüz yetmiş min) manat olan 100000 (yüz min) ABŞ dolları pulunu, xx.xx.2019-cu il tarixdə həmin günə rəsmi bank məzənnəsi ilə 170000 (yüz yetmiş min) manat olan 100000 (yüz min) ABŞ dolları pulunu və xx.xx.2019-cu il tarixdə həmin günə rəsmi bank məzənnəsi ilə 51000 (əlli bir min) manat olan 30000 (otuz min) ABŞ dolları pulunu alıb ələ keçirmiş, beləliklə o, uğurlu birgə sahibkarlıq fəaliyyətinin təşkil olunmasına dair vəd verib aldadaraq gəlir əldə etmə görüntüsü yaradıb etibarını qazanmaqla dələduzluq yolu ilə ələ keçirdiyi bütövlükdə ******* (iki milyon beş yüz otuz dqquz min beş yüz) manat puldan 480000 (dörd yüz səkksən min) manat pulu qazanc adı ilə Zərərçəkmiş şəxs verməklə özgə əmlakı olan cəmi ******* (iki milyon əlli doqquz min beş yüz) manat məbləğində pulunu ələ keçirib zərərçəkmiş şəxsə xüsusi ilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmələr yuxarıda qeyd edilən nəticəyə gəlmişlər. KASSASİYA PROTESTİNİN VƏ KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş, o cümlədən şahidlərin ifadələri, ekspertiza rəyləri və digər mötəbər bütün sübutları müqayisəli təhlil etməyərək əmələ düzgün hüquqi qiymət verməmiş, nəticədə X8 ittiham olunduğu CM-nin 178.4-cü maddəsi ilə bəraət verməkdə səhvə yol vermişdir. Məhkəmələr ümumiyyətlə, iş üzrə ittihamın əsasını təşkil edən sübutlara baxmadan və onları təhlil etmədən, X12-in birinci instansiya məhkəməsində verdiyi ziddiyyətli izahatları mötəbər dəlil kimi qəbul etmişlər. Həmin ifadə və izahatları təhlil edərkən, zərərçəkmişə X12-in uğurlu birgə sahibkarlıq fəaliyyətinin təşkil olunmasına dair yalan vəd verib aldadaraq gəlir əldə etmə görüntüsü yaradıb etibarını qazanmaqla dələduzluq yolu ilə ələ keçirdiyi bütövlükdə 2.539.500 manat puldan 480.000 manat pulu qazanc adı ilə ona verməklə cəmi 2.059.500 manat məbləğində pulunu ələ keçirib dələduzluq etməsi tam təsdiq olunur. Beləliklə işə baxan məhkəmələr X12-yə CM-nin 178.4-cü maddəsi ilə bəraət verərkən və bəraət hökmünü qüvvədə saxlayarkən hansı səbəbdən pul məbləğlərinin X12yə verilməsini təsdiq edən qəbzə (hansı ki, hər iki tərəf qəbzi imzalamışdır), Zərərçəkmiş şəxs, şahidlər Şahid3, Şahid2, Şahid1, Şahid4, Şahid7 və qeyrilərinin ibtidai istintaqda, eləcə də məhkəmədə verdikləri ifadələrini sübut kimi qəbul etməməsini əsaslandırılmış hüquqi qiymət vermədən belə bir nəticəyə gəlməsinin motivlərini öz yekun qərarlarında göstərməmiş və bununla da gəldikləri nəticələr işin faktiki hallarına uyğun olmamışdır. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2022-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəx s və nümayəndəsi Süleymanov Elmar İslam oğlu tərəfindən birgə verilmiş kassasiya şikayəti onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsi iş üçün əhəmiyyətli olan faktları nəzərə almamış və işin hallarını səthi araşdırarkən maddihüquq normalarının pozuntusuna yol vermişdir. Belə ki, bu işə baxmış hər iki məhkəmənin əsas məqsədi ondan ibarət olmuşdur ki, işin faktiki hallarına obyektiv qiymət vermək əvəzinə iş üzrə ittiham tərəfindən təqdim edilmiş sübutları dəyərsizləşdirərək onların mənsubiyyət, mümkünlük və mötəbərliyini şübhə altına alıb, ittihamı ehtimallar üzrə qurulduğunu elan edib, X12-in təqsirli olduğuna əsaslı şübhələrin olmasına əsasən sonuncuya bəraət verməkdir. Belə ki, işin faktiki halları, iş üzrə ittiham tərəfindən təqdim edilmiş sənədlər, şahid ifadələri, səs yazıla rı və digər sübutlar X12-yə qarşı irəli sürülmüş ittihamın əsaslı olmasını təsdiq edir. Bundan başqa, müdafiə tərəfinin təqdim etdiyi, dəlil və şahid ifadələrində olan ziddiyyətlər, uyğunsuzluqlar ittihamı daha da möhkəmləndirmişdir. Lakin, məhkəmələr buna obyektiv hüquqi qiymət vermək əvəzinə müdafiə tərəfinin bu yalanlarını üzə çıxara biləcək çoxsaylı vəsatətləri də CPM-nin tələblərini açıq-aşkar pozaraq rədd etmişdir. Məhkəmə qanunvericiliyin bu tələbini pozaraq, müdafiə tərəfindən ifadə vermiş şəxslərin telefon-anten məlumatlarının götürülməsi barədə vəsatətimizi əsassız olaraq rədd etmiş və bu barədə əsaslandırılmış qərar çıxarmamışdır. Məhkəmə qanunvericiliyin bu tələbini pozaraq, iş materiallarında olan sənədlərlə müdafiə tərəfinin təqdim etdiyi şahid ifadələri və digər dəlilləri ar asında olan ziddiyyət və uyğunsuzluğu hərtərəfli, tam və obyektiv tədqiq etməmişdir. Misal üçün X12-in atası X ibtidai istintaqda Elvinin məndən nə qədər pul aldığını və nə qədər pul qaytardığını dəqiq deyə bilməsə də, məhkəmədə bunu dəqiq bildiyini və pulların hamısını qaytarıldığını bildirmişdir. Şahid8, Təşkilatlı Etibar və müdafiə tərəfindən çıxış etmiş digər şahidlər də məhkəmə istintaqında ibtidai istintaqda verdiyi ifadələrə zidd ifadə versələr də məhkəmə buna heç bir hüquqi qiymət verilməmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2022-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edirlər. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prok urorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, X12-in Cinayət Məcəlləsinin 178.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi ibtidai istintaq zamanı tam sübuta yetirildiyini bildirib, verilmiş kassasiya protestinin və kassasiya şikayətinin təmin olunmasını, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2022-ci il tarixli qərarı ləğv olunaraq işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Zərərçəkmiş şəxs və nümayəndəsi Süleymanov Elmar İslam oğlu ayrı-ayrılıqda çıxış edərək, verilmiş kassasiya protestinin və kassasiya şikayətinin təmin olunmasını, Bakı Apellya siya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2022-ci il tarixli qərarı ləğv olunaraq işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində bəraət almış şəxs X12 çıxış edərək, verilmiş kassasiya protestinin və kassasiya şikayətinin təmin olunmamasını, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində bəraət almış şəxsin müdafiəçisi Məmmədov Ceyhun Hamlet oğlu çıxış edərək, ibtidai istintaq orqanı tərəfindən X12-yə elan olunmuş ittiham üzrə məhkəmələrdə aparılan istintaq zamanı toplanmış dəlillər əsasında təqsirsizliyinin təkzibedilməz şəkildə sübuta yetirildiyini, Elvinin heç kimin etibarından sui-istifadə etmədiyini, heç ki mə qarşı dələduzluq törətmədiyini, həmçinin araşdırılan sübutlardan Elvinin zərərçəkmiş şəxslə aralarında birlikdə gəlir əldə etmək məqsədi ilə işgüzar münasibətlər olduğunu, məhkumun zərərçəkmiş şəxsdən dəfələrlə pul götürüb bəzi məhsulların satışı ilə məşğul olduğunu, əldə olunan gəlirdən bir qismini zərərçəkmiş şəxsə ödədiyini bildirib, verilmiş kassasiya protestinin və kassasiya şikayətinin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cin ayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin hökmünün qanuniliyini kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı tərəfindən verilmiş kas sasiya protestində və zərərçəkmiş tərəfindən verilmiş kassasiya şikayətində apellyasiya məhkəməsi tərəfindən məhkumun barəsində əsassız olaraq bəraət verildiyi iddia edilmiş və mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-nin 416.1.1 (məhkəmənin sübutların tətqiqindən əsassız imtina etməsi), 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini və şikayətini CPM-in 419cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasi ya müraciətləri hesab edir və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Apellyasiya məhkəməsinin qərarından görünür ki, kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, X8 verilmiş etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xüsusilə külli miqdarda əmlakını ələ keçirib ziyan vurmaqla dələduzluq etmə ilə bağlı ittihamın ibtidai istintaq zamanı toplanmış materiallarla, həmçinin məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin ifadələri ilə, tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmadığı nəticəsinə gəlmişdir. Apellyasiya məhkəməsini gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi X8 i stinad olunan cinayəti törətməkdə təqsirli olmaması barədə hökmündə zərərçəkmiş şəxsin ifadələrinə, habelə şahidlərin ifadələrinə və digər sübutlara istinad etmiş, bu sübutların hər birini tədqiq etmiş, hər bir sübutun mötəbərlik tələblərinə uyğun olub-olmadığını yoxlayaraq əsaslı olaraq bəraət hökmü çıxarmışdır. Kassasiya məhkəmə kollegiyası kassasiya protestinə və kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, həm protesdə, həm də şikayətdə istinad edilən edilən dəlillərə qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 28-ci maddəsində nəzərdə tutulmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə məhkəmənin vəzifəsidir ki, cinayət mühakimə icraatını həyata keçirərəkən təqsirləndirilən şəxsin təqsirsizli yi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən vəsatətlərə baxsın, cinayət prosesi gedişində qanunun pozulması ilə əlaqədar verilən şikayətləri yoxlasın. Bu prinsipə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mörtəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Pr osessual Məcəllənin 144-cü maddəsi məhkəmədən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməld ə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini is ə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Kassasiya məhkəmə araşdırması zamanı müəyyən olundu ki, X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə bəraət verməsi cinayətprosessual qanunun yuxarıda təsvir edilən prosessual normalarının tələblərinə cavab ver ən nəticələr kimi özünü göstərmir. Kassasiya məhkəmə kollegiyası həm protestin, həm də şikayətin o dəlili ilə razılaşır ki, məhkəmələr ümumiyyətlə, iş üzrə ittihamın əsasını təşkil edən sübutlara təhlil etmədən və qiymət vermədən, X12-in birinci instansiya məhkəməsində verdiyi ziddiyyətli ifadələri mötəbər dəlil kimi qəbul etmişlər. Belə ki, X12 məhkəmədə göstərmişdir ki, Zərərçəkmiş şəxs 1 milyon həddində pul almamışdır. Halbuki onunla Şahid3 arasında olan səs yazısında Zərərçəkmiş şəxs 1 milyon, milyon yarım pulunu qaytarmaq barədə danışır. Məhkəmələr öz yekun qərarlarında bu halı təhlil etməmiş və qiymət verməmiş, X15 Zərərçəkmiş şəxsdən yalnız 683.000 ABŞ dollar pul alması faktının təsdiq olunduğunu qeyd etmişlər. Bundan əlavə, X12-in ibtidai istintaq zamanı verdiyi ziddiyyətli ifadələ rində pulu Zərərçəkmiş şəxs əvvəlcə faizə aldığını göstərmiş, sonrakı ifadələrində guya 30-70% aralığı ilə gəlir bölüşdürdüyünü qeyd etmiş, sonda isə siqaret, telefon və avtomobil avadanlıqları satışı ilə məşğul olduğunu qeyd etmiş, halbuki nə ibtidai istintaq, nə də məhkəmə baxışı zamanı bu fəaliyyəti təsdiq edən hər hansı bir sübut belə təqdim etməmişdir. Halbuki Zərərçəkmiş şəxs X12-in uğurlu birgə sahibkarlıq fəaliyyətinin təşkil olunmasına dair ona yalan vəd verib aldadaraq gəlir əldə etmə görüntüsü yaradıb etibarını qazanmaqla dələduzluq yolu ilə ələ keçirdiyi bütövlükdə 2.539.500 manat puldan 480.000 manat pulu qazanc adı ilə ona verməklə cəmi 2.059.500 manat məbləğində pulunu ələ keçirib dələduzluq etməsinə dair həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqında iş üzrə müə yyən olunmuş faktiki hallarına uyğun digər sübutların məcmusu ilə təsdiq olan eyni məzmunlu ifadələr vermişdir. Eyni zamanda X12-in ona qarşı törətdiyi cinayət əməlləri barədə şahid olan bir sıra şəxslər iş üzrə dindirilmişlər. Şahid2, Şahid1, Şahid3, qardaşı X və bir çox digər şəxslər ifadələrində zərərçəkmişin ifadələrini təsdiq etmişlər. Elvinə 59.500 manat pulu dostu Şahid4 vasitəsi ilə verilməsi, 100.000 ABŞ dollarını isə dostu Şahid5 borc alıb Elvinə verməsi faktıda həmin ifadələrlə təsdiq olunmuşdur. Həmçinin Elvinin dələduzluğu barədə Şahid6 və X6 məlumatları vardır. Bundan əlavə Zərərçəkmiş şəxs həmçinin sahibkarlıqla məşğul olaraq bir çox şəxslər və ticarət obyektlərinin nümayəndələri ilə alış-verişi olduğunu, bunları unutmamaq üçün bütün dövriyyəsinin qeydiyyatını apardığını, o, cümlədən də X12-yə hansı tarixdə nə qədər pul verdiyini siyahı ilə qəbz şəkilində yazdığını, bu qəbzi Elvinin də imzaladığını bildirmiş, qəbzin və Elvinin biznesi ilə bağlı yazdığı qaralama vərəqlərinin surətini araşdırmaya təqdim etmişdir. Lakin məhkəmələr işdə pulun verilməsini təsdiq edən əlyazmaları mənbəyi məlum olmayan kimi qiymətləndirmişdir. Halbuki onların bəziləri ilə bağlı ümumiyyətlə mübahisə olmamış, digərləri ilə bağlı isə Zərərçəkmiş şəxs həmin sənədlərin əslini istintaqda və məhkəmədə təqdim etmişdir. Bundan başqa, ibtidai istintaqda və məhkəmə baxışlarında X12 ifadələrində göstərmişdir ki, guya işlətdiyi siqaret köşklərində kimlərin işlədiyini bilməmiş, bu fəaliyyətinə nəzarət edən Şahid8 da ifadələrində isə sadəcə satıcı işlədiyini, sadələşdirmiş vergi ödəyicisi olduğunu, həmin şəxsləri tanımadığını göstərmişdir. Belə olan vəziyyətdə son məhkəmə iclaslarının birində müdafiə tərəfi beş şahid təqdim etməklə, həmin şəxslər X12-in işlətdiyi siqaret köşklərində satıcı olduğunu bildirmiş, məhkəmələr həmin satıcıların kim tərəfindən işə qəbul olunduqlarını, əmək müqaviləsini kiminlə bağladıqlarını, həmin şəxslərin hansı ticarət nöqtələrində işlədiklərini, kimlərlə əlaqə saxlamalarını, kimlərdən və hansı malları alıb-təhvil vermələrini, nə qədər gəlir etdiklərini, əldə olunmuş gəlirin qeydiyyatının hansı formada aparılmasını (o cümlədən kassa aparatının olubolmamasının) araşdırmadan, şəxslərin istifadələrində olan telefon çıxarışları əldə edilməklə müqayisəli təhlilini aparmadan, faktiki qeyd edilən ifadələrin mötəbərliyini müəyyən etmədən həmin sübutlara istinad etmişlər. Bundan əlavə X12-in atası X ibtidai istintaqda Elvinin zərərçəkmiş şəxsdən nə qədər pul aldığını və nə qədər pul qaytardığını dəqiq deyə bilməsə də, məhkəmədə bunu dəqiq bildiyini və pulların hamısını qaytarıldığını bildirmişdir, Şahid8, Təşkilatlı Etibar və digər müdafiə tərəfindən çıxış etmiş digər şahidlər də məhkəmə istintaqında ibtidai istintaqda verdiyi ifadələrə zidd ifadə versələr də, məhkəmələr buna heç bir hüquqi qiymət verməmişdir. Beləliklə işə baxan məhkəmələr X12-yə CM-nin 178.4-cü maddəsi ilə bəraət verərkən və bəraət hökmünü qüvvədə saxlayarkən hansı səbəbdən zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, şahidlər Şahid3, Şahid2, Şahid1, Şahid4, Şahid7 və qeydlərinin ibtidai istintaqda, eləcə də məhkəmədə verdikləri ifadələrini sübut kimi qəbul etməməsinə əsaslandırılmış hü quqi qiymət vermədən belə bir nəticəyə gəlməsinin motivlərini öz yekun qərarlarında göstərməmiş və bununla da gəldikləri nəticələr işin faktiki hallarına uyğun olmamışdır. Təsvir olunanlar məhkəmələrin sübutların tədqiqinə dair Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərini pozmaqla, ittihamın həlli üçün mühüm əhəmiyyət kəsb edən sübutların tədqiqindən əsassız imtina etməklə, Azərbaycan Respublikası CPM-nin 353.2.2-ci maddəsinin tələbini gözləmədən X7 Azərbaycan Respublikası CM-nin 178.4-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirinin sübuta yetirilməməsi haqqında nəticəyə gəldiklərini, bununla da yuxarıda təsvir olunmuş cinayət-mühakimə icraatının prinsiplərinin tələblərini və məhkəmə hökmünün əsaslılığına dair cinayət-prosessual qaydaları po zduqlarını göstərir. Apellyasiya məhkəməsinin qərarını kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri ilə birgə təhlil edən kassasiya məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi iş üzrə mövqeyini sübutlara, işin digər faktiki hallarına və qanunun tələblərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Ali Məhkəməsinin Plenum Qərarlarına istinad edərək ətraflı şərh etməklə əsaslandırmamışdır. Həmin mövqe iş materiallarına və qanunun tələblərinə uyğun olmadığı üçün məhkəmə kollegiyası onunla razılaşmır və qeyd edir ki, kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas verir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipi hakimlərdən tələ b edir ki, cinayət mühakimə icraatını həyata keçirərkən cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirsinlər. Nəticə olaraq, qanunverici məhkəmənin bəraət hökmünün təsviri-əsaslandırıcı hissəsində məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutların və onun tərəfindən digər sübutların rədd edilməsi motivlərinin göstərilməsi tələbini müəyyən etmişdir. Oxşar yanaşma Avropa İnsan Hüquqları Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) ədalətli məhkəmə baxışına aid müəyyən etdiyi ümumi prinsiplərdə öz yerini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin mövqeyinə görə, məhkəmə baxışının ümumilikdə ədalətli olub-olmamasını müəyyən edərkən, müdafiə tərəfinin hüquqlarının təmin edilib-edilməməsinə diqqət yetirilməlidir (Ayatulla Ay Türkiyəyə qar şı, №№ 29084/07 və 1191/08, § 126, 27 oktyabr 2020). “Ədalətli məhkəmə baxışı” haqda daha geniş konsepsiyanın ayrıca elementini təşkil edən tərəflərin bərabərliyi prinsipi, tərəflər arasında “ədalətli balans”ın təmin edilməsini tələb edir: hər bir tərəfə mümkün qədər imkan yaradılmalıdır ki, o, işi üzrə mülahizəsini qarşı tərəf və ya tərəflərlə müqahisədə vəziyyətinin əhəmiyyətli dərəcədə fərqlənməyən şəraitdə təqdim edə bilsin (Regner Çex Respublikasına qarşı [BP], № 35289/11, § 146, 19 sentyabr 2017). Bundan başqa, tərəflərin vəsatətləri və mülahizələri həqiqətən “dinlədilmədiyi”, yəni tribunal tərəfindən ətraflı araşdırılmadığı halda, ədalətli məhkəmə baxışına hüququn effektiv təmin edildiyi hesab edilə bilməz (Fərzəliyev Azərbaycana qarşı, № 29620/07, § 35, 25 may 2020). Məhkəmə koll egiyası hesab edir ki, kassasiya protestində və kassasiya şikayətində göstərilmiş yuxarıda sadalanan dəlillər X7 barəsində bəraət hökmü çıxarılmasına dair birinci instansiya məhkəməsinin (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı) gəldiyi nəticənin və ümumilikdə qərarın qanuniliyini şübhə altına almağa əsas verir. Belə nəticəyə gələrkən məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısının və zərərçəkmiş tərəfin apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri mübahisələndirərkən sübutların məcmusundan çıxış etmiş, məhkəmənin mövqeyinin cinayət mühakimə icraatının əsas prinsip və şərtləri, sübutlar və sübutetməyə dair cinayətprosessual normaların tələbləri ilə uzlaşmır. Cinayət qanunvericiliyinə müvafiq maddi hüququ normasının tətbiqi məsələsinə qiymət verərək kassasi ya məhkəmə kollegiyası aşağıdakı qeyd etməyi məqsədə müvafiq hesab edir. Belə ki, həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəmələri öz yekun qərarlarında X12-in Zərərçəkmiş şəxs pul götürərkən onun etibarından sui-istifadə edərək və ya onu aldadaraq müvafiq əmlakları ələ keçirmək niyyətinin olmadığını, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin arasında tütün məmulatları, telefon aksessuarları və avtomobil ehtiyyat hissələrinin satılmasına görə birlikdə gəlir əldə edilməsinə dair irəli gələn işgüzar münasibətlər olması kimi mülahizələrə əsaslanmaqla təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 178.4-cü maddəsi ilə bəraət vermişlər. Azərbaycan Respublikası CM-nin 178-ci maddəsinin dispozisiyasına görə dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə həmin maddə ilə məsuliyyət yaradır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 2-ci bəndində qeyd olunur ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma gö rüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerin ə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanma sı zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Qeyd edilən Plenum Qərarında göstərilmişdir ki, “məhkəmələrin diqqəti dələduzluq cinayətinin həm mülkiyyət əleyhinə olan, həm də müəyyən əlamətlərinə görə dələduzluğa oxşar digər cinayətlərdən, habelə mülki münasibətlərdən irəli gələn mübahisələrdən fərqləndirilməsinin zəruriliyinə yönəlsin” (bənd 8). “Mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun” (bənd 27). Yuxarıda qeyd edilən normanın tərkib əlamətlərini, həmçinin bu barədə Ali Məhkəmənin Plenumunun izahlarını baxılan iş üzrə məhkəmələr tərəfindən müəyyən olunmuş işin faktiki halları ilə əlaqəli şəkildə müqayisə etdikdə aydın olur ki, məhkəmələrin yuxarıda göstərilən ziddiyyətlərin aradan qaldırılması barədə heç bir araşdırma aparmadan, eyni zamanda təsdiqini tapmış işin faktiki hallarını nəzərə almadan yaranan münasibətlərin mülki münasibət kimi qiymətləndirilmələri barədə gəldiyi nəticəni qanuni və əsaslı hesab etmək olmaz. Belə ki, təsdiqini tapmış işin faktiki hallarından da müəyyən olunur ki, X12-in Zərərçəkmiş şəxs pul götürərkən tütün məmulatları, telefon aksessuarları və avtomobil ehtiyyat hissələrinin satılmasına görə bi rlikdə gəlir əldə edilməsinə dair vədlər versə də, nəinki həmin vədi əməl etməmiş, hətta onun ümumiyyətlə qeyd edilən fəaliyyətlərlə məşgul olmasını təsdiq edən hər hansı bir sübut müəyyən olunmamışdır. Məhkəmələr nəzərdən qaçırmışlar ki, X12-in ümumiyyətlə vergi ödəyicisi deyil, onun tütün məmulatları, telefon aksessuarları və avtomobil ehtiyyat hissələrinin haradan, necə və hansı məbləğlərdə gətirib satması, nə qədər gəlir əldə etməsi müəyyən olunmamışdır. Belə olduğu halda X12-də etiraf etdiyi kimi zərərçəkmişdən aldığı məbləğlərin cüzi bir hissəsinin mütəmadi şəkildə “gəlir əldə etmə” adı altında qaytarılmasını mülki xarakterli münasibətlər kimi deyil, daha çox dələduzluq niyyətinin pərdələnməsi, böyük bir “biznes fəaliyyəti görüntüsü” yaratması kimi qiymətləndirilməsi üçün mühakimə yü rütmək olar. Bundan əlavə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 sentyabr 2022-ci il tarixli qərarına nəzər yetirdikdə müəyyən olunur ki, Zərərçəkmiş şəxs vəsatətlə məhkəməyə müraciət edərək, verilmiş apellyasiya protesti və apellyasiya şikayətləri üzrə məhkəmə baxışının məhkəmə istintaqı aparılmaqla keçirilməsini xahiş etdiyi, lakin məhkəmə kollegiyasının Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 392.3-cü maddəsinin tələbinə əsasən verilmiş apellyasiya şikayətləri üzrə məhkəmə istintaqının aparılması üçün əsasların olub-olmamasını dair heç bir araşdırma aparmadan, cinayət işi üzrə məhkəmə baxışının məhkəmə istintaqı aparılmadan keçirilməsi barədə qərar qəbul etmişdir. Qeyd edilən hala qiymət verən kassasiya instansiyası məhkəməsi kassasiya protestinin və k assasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə müqayisəli olaraq təhlil edərək belə nəticəyə gəlir ki, ibtidai instintaq və birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı əldə olunmuş məlumatların yoxlanılması istiqamətində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlar arasında mövcud olan ziddiyyətlərin aradan qaldırılması və sübutların mötəbərliyinin sual doğurmaması məqsədilə ən azından mövcud sübutların yenidən tətqiq edilərək qismən istintaq keçirməklə məhkəmə baxışı aparılmalı idi. Kassasiya məhkəmə kollegiyası vəsatətlərin təmin olunması ilə bağlı məhkəmə kollegiyası daxili cinayət və cinayət prosessual qanunvericiliyin normaları ilə yanaşı, Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmə təcrübəsini əsas tutaraq kassasiya protestinin və kassasiya şi kayətinin dəlillərini əsaslı hesab edir. Kassasiya protestində və kassasiya şikayətində apellyasiya məhkəməsi tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunmuş, məhkəmə dinləmələrinin, onların yekununda çıxarılmış bəraət hökmünün və qərarın yuxarıda göstərilən hallarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddialar uyğun olaraq apellyasiya məhkəməsi sözügedən qaydaları pozmuş; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmamaqla aparılmış; məhkəmə tərəfindən sübutun tədqiqindən əsassız imtina edilmiş; sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmamış; araşdırılmış sübutlara isə CPM-in 145-ci madd əsinin tələblərinə müvafiq olaraq qiymət verilməmiş və X7 təqsirsizliyi barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gəlməyən sübutların məcmusu ilə əsaslandırılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi işə mahiyyəti üzrə baxan sonuncu instansiya məhkəməsi olduğu üçün həmin məhkəmənin vəzifəsidir ki, işin nəticəsi üçün əhəmiyyətli olan bütün zəruri halları araşdırsın, işə obyektiv qiymət versin və şəxsin qurama ittihamla məsuliyyətə cəlb olunmasına yol verməsin. Müdafiə tərəfi ittihamın qurma olduğunu irəli sürürsə və bu barədə əsaslı arqumentlər, vəsatətlər gətirdikdə məhz apellyasiya instansiyası məhkəməsinin vəzifəsidir ki, həmin işdə qanunçuluğa əməl olunmasını ciddi yoxlasın. Belə ki, ədalətli məhkəmə araşdırılması zidd iyyətli halların aradan qaldırılmalı olmasını, işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəaların olmamasını qaçınılmaz edir. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Mə hkəməsi Plenumunun N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli Qərarı). Mübahisəsizdir ki, iş üzrə cinayət prosessual qanunvericiliyinin və beynalxalq təcrübənin tələblərinə uyğun araşdırılma aparmadan bu formada qəbul edilən apellyasiya məhkəməsinin qərarı da qanuni və əsaslı hesab edilə bilməz. Beləliklə, yuxarıda təsvir edilənlərdən və apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, həmin qərar cinayət-prosessual normalara və beynalxalq məhkəmə təcrübəsinə qərarına uyğun olmamış və bu səbəbdən apellyasiya məhkəməsinin yekun qərarı ləğv edilməli, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hö km və ya qərarını ləğv etmək və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını təyin etmək haqqında qərar qəbul etməyə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti, Zərərçəkmiş şəxs və nümayəndəsi Süleymanov Elmar İslam oğlu tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 iyul 2022-ci il tarixli hökmü ilə X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 noyabr 2022-ci il tarixli qərarı kassasiya protestinə və kassasiya şikayətinə əsasə n ləğv edilsin və cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar