Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-997/2024 25.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül və Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Məhkum – Məhkum iştirakları ilə, Samux Rayon Məhkəməsinin 15 avqust 2023-cü il tarixli hökmü ilə Azə rbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 noyabr 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Samux Rayon Məhkəməsinin 15 avqust 2023-cü il tarixli 1(058)-36/2023 nömrəli (hakim: Şirinov Gündüz Əhməd oğlunun sədrliyi) hökmü ilə xx.xx.1952-ci ildə x rayonu, x kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, xxx qeydiyyatda olmaqla yaşayan Məhkum Azərbaycan Respublikası CM-in 259.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, qazancının 10 faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 2 (iki) il müddətə islah işləri cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 1 (bir) gün müddət, həbsdə saxlamanın bir günü islah işləri cəzasının dörd gününə bərabər hesablanmaqla, 4 (dörd) gün ona təyin edilmiş islah işləri cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə islah işləri cəzasının saxlanılması, cəzasının əvvəlinin qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablanması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, hökmün icrasının onun yaşayış yeri üzrə icra qurumuna tapşırılması, həmçinin hökmlə mülki iddia təmin edilmiş, təqsirl əndirilən şəxs Məhkum təbiətə dəymiş ziyanın əvəzi 3200 (üç min iki yüz) manatın tutularaq 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına ödənilməsi qərara alınmışdır. Hökmdən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Xəlilov Fuad Ağazadə oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 noyabr 2023-cü il tarixli 1(104)-550/2023 nömrəli (hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya şikayəti təmin qismən edilmiş, Samux Rayon Məhkəməsinin 15 avqust 2023cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə təqsirləndirilən şəxsə cəzanın təyin edilməsi hissəsində dəyişdir ilmiş, məhkəmənin hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təyin edilmiş 2 (iki) il müddətinə islah işləri cəzası 1 (bir) il müddətinə endirilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 1 (bir) gün müddət, həbsdə saxlamanın bir günü islah işləri cəzasının dörd gününə bərabər hesablanmaqla, 4 (dörd) gün ona təyin edilmiş 1 (bir) il müddətinə islah işləri cəzasından çıxılaraq, üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə islah işləri cəzası saxlanılmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 noyabr 2023-cü il tarixli qərarından Məhkum tərəfindən kassa siya şikayəti verilmişdir. İŞİN HALLARİ: Samux Rayon Məhkəməsinin 15 avqust 2023-cü il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, o, 2023-cü ilin fevral ayının 9-da istintaqa məlum olmayan dəqiq saatda, x rayonu, x kəndində yerləşən “Dəri sexi” adlanan fabrikin arxasında yerləşən hazırda Samux Rayon Məhkəməsində mülki iş üzrə icraat aparılan mübahisəli torpaq sahəsində 1 ədəd ümumi dəyəri 120 manat olan 12 sm diametrində, 2 ədəd ümumi dəyəri 300 manat olan 14 sm diametrində, 4 ədəd ümumi dəyəri 600 manat olan 16 sm diametrində, 1 ədəd ümumi dəyəri 180 manat olan 18 sm diametrində, 5 ədəd ümumi dəyəri 900 manat olan 20 sm diametrində, 3 ədəd ümumi dəyəri 600 manat olan 24 sm diametrində, 1 ədəd ümumi dəyəri 250 manat olan 26 sm diametrində, 1 ədəd ümumi dəyəri 250 manat olan 28 sm diametrində ümumilikdə isə 3200 manat dəyərində olan yaş köküstə bioloji inkişafda olan 18 ədəd qovaq cinsli ağacların qəsdən qanunsuz olaraq kökündən kəsib məhv etməklə 3200 (üç min iki yüz) manat məbləğində olmaqla xeyli miqdarda Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə xeyli miqdarda ziyan vurmaqla qəsdən qanunsuz olaraq qovaq ağaclarını kəsmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, cinayət işinin ibtidai istintaqı zamanı işin halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, həmçinin onun təqsirli bilinməsinə dair cinayət qanunvericiliyinin normaları kobud şəkildə pozulmuşdur. Özü tərəfindən ə kilmiş ağacları kəsməsinə baxmayaraq məsuliyyətə cəlb edilmişdir. O cümlədən, maddi imkanın zəif olması səbəbindən ona təyin edilmiş dəymiş ziyanın əvəzi olan 3200 (üç min iki yüz) manatın tutularaq 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına ödənilməsini icra edə bilmir. Odur ki, göstərilənlərə əsasən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 noyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Məhkum sözü gedən torpaq sahəsinin ona aid olduğunu, bu barədə müvafiq sübutları olduğunu, kəsdiyi ağacların onun tərəfindən bir neçə il öncə əkildiyini və digər ağaclara maneəçilik törətdiyini, heç bir cinayət törətmədiyini bildirib, verilmiş kassasiya şikayətinin təmin edilməsini xahi ş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkgül oğlu çıxış edərək, verilmiş kassasiya şikayətinin təmin edilməməsini və Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 noyabr 2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiy indən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində onun barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normalar ın pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-nin 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə), 416.1.3 (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) və 416.1.6-cı (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinay ət Kollegiyasının 15 noyabr 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakı xüsusatları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin fak tiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. CPM-nin 143.1-ci maddəsində əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsində göstərilmişdi r ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkum kassasiya şikayətində verilmiş ittiham üzrə təqsirli bilinməsini mübahisələndirmiş və bu barədə tələbini işin faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmaması, faktların düzgün müəyyən olunmaması, nəticə etibarı ilə məhkuma istinad edilən cinayətdə təqsirli bilinməsinə dair məhkəmələr tərəfindən heç bir araşdırılma aparılmaması, bununla da sübutlar və sübutetməyə dair cinayət-prosessual qanunun tələblərinin pozulması ilə əsaslandırmışdır. Kassasiyası məhkəmə kollegiyası əvvəllər qəbul etdiyi qərarlarında sərgilədiyi hüquqi mövqeyinə sadiq qalaraq, prosessual qanunvericiliklə müəyyən olunmuş kassasıya instansiya məhkəməsinin səlahiyyətlərinin təkrarən apellyasiya məhkəmə kollegiyalarının nəzərinə çatdırmağı məqsədə müvafiq hesab edir: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən yuxarıda göstərilən normalarda kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və prosessual qanunvericiliyin normalarının tətbiqinin düzgünlüyünü yox lamaq səlahiyyəti müəyyən edilib. Cinayət-Prosessual Məcəllənin 419.11-ci maddəsinə görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Göründüyü kimi, kassasiya instansiyası məhkəməsinin hüquq məsələləri üzrə nəticələrə gəlmək üçün əsas rolunda onun özünün işin faktik hallarına dair qənaəti, sübutların qiymətləndirilməsinə dair mülahizələri deyil, aşağı instansiya məhkəmələrinin sübutların qiymətləndirilməsi və faktlar barədə qənaətləri çıxış etməlidir. Bu səbəbdən, birinci instansiya məhkəməsinin sübutların qiymətləndirilməsi, faktların müəyyən edilməsi üzrə nəticələri mübahisələndirilməklə bu cür dəlillərlə məhkum edilmiş şəxslərə bəraətin verilməsi və ya əməlinin tövsif edilməsi haqqında tələblər əsaslandırıldıqda, həmin dəlillərin apellyasiya instansiyası məhkəməsində lazımınca yoxlanılması kassasiya instansiyası məhkəməsi üçün mühüm əhəmiyyət daşıyır. Çünki, özü bilavasitə sübutları tədqiq edib faktları müəyyən etmək səlahiyyətində olmayan kassasiya instansiyası məhkəməsi yalnız bu məsələlər apellyasiya instansiyası məhkəməsində tam, hərtərəfli və obyektiv yoxlanıldıqda, onların (həqiqiliyi şübhə doğurmayan faktların) üzərində öz mülahizə və nəticələrini qura bilər. Apellyasiya məhkəməsində aparılmış araşdırmanın həmin meyarlara cavab verməməsi kassasiya instansiyası məhkəməsinin bu cür, yəni sübutetmənin, faktların mübahisələndirildiyi və belə dəlillərlə məhkumun barəsində bəraət verilməsi haqqında tələblərin irəli sürüldüyü kassasiya müraciətləri üzrə nəticiələrə gəlməsi üçün ciddi maneə yaradır. Belə ki, iş materiallarındakı ittiham aktına əsasən müəyyən olunur ki, Məhkum ittiham elan olunmuşdur, ona görə ki, o, qəsdən qanunsuz olaraq meşə fonduna daxil olmayan cəmi 18 ədəd qovaq ağacları kəsib Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinə xeyli miqdarda hesab edilən 3200 manat məbləğində ziyan vurmuşdur.... Birinci instansiya məhkəməsi heç bir əlavə əsaslandırma aparmadan verilmiş ittihamın məzmununu dəyişərək hesab etmişdir ki, Məhkum verilmiş x rayonu, x kəndində yerləşən “Dəri sexi” adlanan fabrikin arxasında yerləşən mübahisəli torpaq sahəsində 18 ədəd qovaq cinsli ağacların qəsdən qanunsuz olaraq kökündən kəsib məhv edilməsi barədə nəticəyə gəlmişdir.... Bundan əlavə iş materiallarında olan “cinayət işinin icraata qəbul edilməsi haqqında” 17 may 2022-ci il tarixli və “zərərçəkmiş şəxs qismində tanınma haqqında” 19 may 2023-cü il tarixli qərarda cinayət işinin başlanmasına səbəb kimi Məhkum məxsus pay torpaq sahəsində... 18 ədəd qovaq cinsli ağacların kəsilməsi nəticəsində 3 200 manat məbləğində ziyan vurulmasına dair toplanmış material olmuşdur. İş materiallarında olan zərərçəkmiş şəxsin nümayəndəsinin dindirmə protokoluna əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinə verilən suala cavab olaraq nümayəndə sözugedən ərazinin x kənd sakini Məhkum məxsusu olduğunu göstərmişdir. Daha sonra şahidlər Şahid1 və Şahid2 verdiyi ifadələrə əsasən həmin torpaq sahələrinin onlara aid olması və bu barədə məhkəmədə mülki mübahisə olduğunu bildirmişlər. Yuxarıda qeyd edilənlərdən çıxış edərək məhkəmələrin gəldiyi nəticələr tədqiq edilərkən müəyyən olunur ki, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya məhkəmə kollegiyası ittiham üzrə qeyd olunan torpaq sahəsinin nəinki Azərbaycan Respublikasinin Torpaq Məcəlləsinin 9.2-ci maddəsində əsasən məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq hansı kateqoriyalara aid olması, hətta kimə mənsub olması barədə heç bir araşdırma aparmamış və bu barədə dəlillərə qiymət vermədən qeyri-qanuni və əsassız nəticəyə gəlmişlər. Bundan əlavə apellyasiya məhkəmə kollegiyası qərarında “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 29 noyabr 2022-ci il tarixli qərarına istinad edərək göstərilmişdir ki, kənd təsərrüfatı məqsədi ilə vətəndaşlara verilmiş pay torpaqların da məhz kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259cu maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin təsiri altına düşür və həmin torpaqlarda yalnız kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqların (əkinlərin) kəsilməsi (götürülməsi) cinayət məsuliyyəti üçün əsas hesab edilə bilməz. Apellyasiya məhkəmə kollegiyası Konstitusiya Məhkəməsinin Plenumunda qeyd edilən hüquqi mövqeyi hazırki işin materiallarına münasibətdə qiymətləndirdikdə müəyyən etmişdir ki, təqsirləndirilən şəxs qeyd edilən kənd təsərrüfatlı təyinatlı torpaq sahəsində kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqları deyil məhz 18 ədəd qovaq cinsli ağa cı qanunsuz olaraq kəsmişdir. Kassasiya məhkəmə kollegiyası bu barədə gəlinən nəticəyə qiymət verərək qeyd edir ki, istinad edilən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 29 noyabr 2022-ci il tarixli qərarında həmçinin göstərilmişdir ki, “Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, “kənd təsərrüfatı bitkiləri” anlayışı qanunvericilikdə müəyyən edilməsə də, nəzəriyyədə kənd təsərrüfatı bitkiləri əsasən ərzaq məhsulları, texniki xammal və heyvandarlıq üçün yem əldə etmək məqsədi ilə becərilən mədəni bitkilər kimi qəbul olunur. Mədəni bitkilər isə “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.1-ci maddəsinə əsasən, insan tərəfindən ərzaq məhsulları, sənaye üçün xammal, yem, dərman, bəzək (de korativ) məqsədi ilə becərilən bitki növləri, sort və formalarıdır”. Bu baxımdan iş materiallarına əsasən müəyyən olunur ki, məhkəmə qərarlarında 18 ədəd qovaq cinsli ağacın kənd təsərrüfatı məhsulları istehsalı üçün nəzərdə tutulmadığını təsdiq edən hər hansı bir sübuta (ekspert rəyi və s.) və ya normativ akta istinad olunmamış, məhkəmələr yalnız şəxsi mülahizələrdən çıxış edərək həmin ağacların kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar olmamasına dair əsassız nəticəyə gəlmişlər. Qeyd edilənlərə əsasən kassasiya məhkəmə kollegiyası hesab edir ki, yuxarıda göstərilən hallar üzrə tam araşdırılma aparılmadan, məhkumun kassasiya şikayətində göstərdiyi sübutların tədqiqi, iş üzrə müəyyən edilmiş faktiki halları mübahisələndirdiyi və barəsində bər aət verilməsi haqqında dəlillərinə qiymət verilməsi qeyri-mümkündür. Məhkəmələrin mübahisəli torpaq sahəsinin mənsubiyyətinin araşdırılması barədə yuxarıda şərh olunan qaydada CM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etməməsi, məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və apellyasiya baxışının yenidən keçirilməsini tələb edən Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1.2-ci maddəsində göstərilən pozuntu kimi çıxış edir. Azərbaycan Respublikası CPM-in 392.3-cü maddəsinə görə “birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticələrin düzgünlüyü üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmadığını güman etməyə əsaslar olduqda, apellyasiya instansiyası məhkəməsi məhkəmə istintaqının tam və ya qismən a parılmasını zəruri hesab edə bilər”. Məhkəmə kollegiyası onu da qeyd etməyi lazım bilir ki, cinayət-prosessual qanun məhkəmə istintaqının keçirilməməsi barədə əvvəl qəbul edilmiş qərar ləğv edilmədən də məhkəmə baxışının gedişində zərurət yarandığı hallarda (məsələn, CPM-in 400.2.2-ci maddəsinin nəzərdə tutduğu vəziyyətdə) apellyasiya məhkəməsi tərəfindən həmin məsələyə yenidən baxılmasının və məhkəmə istintaqının keçirilməsi barədə qərarın qəbul edilməsinin qarşısını almır. Odur ki, qeyd olunanlara əsasən, məhkəmə kollegiyası yuxarıda təsvir olunanları apellyasiya məhkəməsinin sübutları Cinayət-Prosessual Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etməməklə Məhkum barəsində qərar verməsini, CPM-nin 416.1.2-ci maddəsində nəzərdə tutulmuş halları yaradan pozuntul ar kimi qiymətləndirərək, kassasiya şikayətinin dəlillərini qismən əsaslı sayır və qeyd olunan məsələlərin tam, hərtərəfli və obyektiv araşdırılması üçün apellyasiya baxışının yenidən keçirilməsini zəruri hesab edir. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Samux Rayon Məhkəməsinin 15 avqust 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 noyabr 2023-cü il tarixli qərarı ləğv olunmalı, cinayət işi apellyasiya məhkəməsində yenidən baxılmasına təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkə mənin hökm və ya qərarını ləğv etmək və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını təyin etmək haqqında qərar qəbul etməyə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Samux Rayon Məhkəməsinin 15 avqust 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 noyabr 2023-cü il tarixli qərarı ləğv edilsin və cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-997/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-997/2024
25.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver