Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-998/2019 02.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və İmran Teymurxan oğlu Hacıqayıbovdan ibarət tərkibdə, katib:Nəsibova Samirə Cavid qızı, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Zərərçəkmiş şəxs, onun nümayəndəsivəkil X3 və qanuni nümayəndəsi X2, Məhkum iştirakları ilə, Bakı şəhər Xəzər rayon məhkəməsinin 17 noyabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 152.1-ci maddələri ilə təqsirli bilini b məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 aprel 2018-ci il tarixli qərarından zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhər Xəzər rayon Məhkəməsinin 17 noyabr 2017-ci il tarixli hökmü ilə (sədrlik edən hakim T.X.Əkbərov) Məhkum-13 sentyabr 1993-cü il tarixdə Xaçmaz rayonunun ********** kəndində anadan olmuş, Azərbaycan Respublikası Vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonunun ********* kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, ***************************************************** nömrəsiz fərdi tikilidə yaşayan, Azərbaycan Respublikası CM-nin 152.1-ci maddələri ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssi səsində çəkməklə 1(bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən 11 avqust 2017-ci il tarixdən 12 avqust 2017-ci il tarixədək iki gün həbsdə yatdığı nəzərə alınaraq üzərində 11 ay 28 gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlansın. Cəzasının əvvəli 17 noyabr 2017-ci il. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, 16 yaşına çatmayan şəxslə seksual xarakterli digər hərəkətlər etmişdir. xx xxxxxxxx 1992-ci il təvəllüdlü Məhkum 2014-cü ilin əvvəllərindən 2014-cü ilin sonlarınadək olan müddət ərzində iki dəfə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Albalılıq dayanacağı 1349-cu keçid 4 nömrəli yataqxanada olan Zərərçəkmiş şəxs yaşadığı mənzildə, sonradan Buzovna qəsəbəsi ərazisində mü xtəlif ərazilərdə **--*** dövlət nömrə nişanlı avtomobildə 28 dekabr 1998-ci il təvəllüdlü 16 yaşına çatmayan şəxs olan Zərərçəkmiş şəxs razılığı ilə onunla mütəmadi olaraq qeyri-təbii yolla cinsi əlaqədə olmaqla 16 yaşına çatmayan şəxslə seksual xarakterli hərəkətlər etmişdir. Hökmdən zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: H.H.Əmədov (sədrlik edən və məruzəçi), M.S.Hüseynov və İ.M.Murquzovdan ibarət tərkibdə) 23 aprel 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, hökm dəyişdirilmiş, məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 1 (bir) il 6 (altı) aya artırılmış, CM-nin 69.3-cü maddəsinə əsasən 11 avqust 2017-ci il tarixdən 12 avqust 2017-ci il tarixədək iki gün həbsdə yatdığı nəzərə alınaraq üzərində 1 (bir) il 5 (beş) ay 28 gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 aprel 2018-ci il tarixli qərarından zərərçəkmiş Zərərçəkmiş şəxs kassasiya şikayəti verərək qərarın dəyişdirilməsini, ona daha ağır cəza təyin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş Zərərçəkmiş şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, təqsirləndirilən şəxsin əməli ağır nəticələrə səbəb olmuş, cinayəti alcaq niyyətlə törətmiş, cinayəti azyaşlı şəxsə qarşı törətmişdirş bu hallar Azərbaycan Respublikası CM-nin 61.1.2, 61.1.6 və 61.17-ci maddələrində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar kimi nəzərə alınaraq onun cəzası ağırlaşdırılmalıd ır. Ona görə də kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə zərərçəkmiş şəxsin, onun nümayəndəsinin və qanuni nümayəndəsinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının və məhkumun çıxışlarını dinləyib hesab edir ki, kassasiya şikayəti təmin edilmədən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 aprel 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun norma larının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Kassasiya şikayətində cəzanın ağırlaşdırılması xahiş edilmişdir. Bu dəlillər onunla əsaslandırılmışdır ki, təqsirləndirilən şəxsin əməli ağır nəticələrə səbəb olmuş, cinayəti alcaq niyyətlə törətmiş, cinayəti azyaşlı şəxsə qarşı törətmişdir ki, bu hallar da Azərbaycan Respublikası CM-nin 61.1.2, 61.1.6 və 61.17-ci maddələrində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar kimi nəzərə alınaraq onun cəzası ağırlaşdırılmalıdır. Kassasiya şikayətində cinayətin konkret hansı ağır nəticələrə səbəb olması konkret göstərilməmişdir. Göründüyü kimi təqsirləndirilən şəxs törətdiyi əməli zərərçəkmiş şəxsin razılığı ilə törətmişdir. Bundan başqa cinayətin 16 yaşına çatmamış şəxsə qarşı törədilməsi d ə əməlin töfcifedici əlaməti kimi nəzərə alınmışdır. Azərbaycan Respublikası CM-nin 61.3-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız hesab edilərək təmin edilməməlidir. Bundan başqa birinci instansiya məhkəməsinin məhkəmə iclasındakı ifadəsində zərərçəkmiş şəxs məhkuma azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının məhkuma təyin etdiyi azadlıqdan məhrum etmə cəzası cinayət işinin faktiki hallarına, cinayətin ictimai təhlükəlilik dərəcəsinə və cəzanın məqsədi barədə qanunun tələbinə uyğundur. O na görə də kassasiya şikayəti təmin edilməməlidir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən cəza təyin edilərkən məhkumun cəzasını ağırlaşdıran halların nəzərə alınmaması barədə kassasiya şikayətinin dəlillərini təsdiq edən sübutlar cinayət işinin materiallarında mövcud deyildir. Cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Ali Məhkəmənin cinayət kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb və cinayət işinin materiallarını nəzərdən keçirib hesab edir ki, kassasiya şikayətinin təmin edilməsi və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 aprel 2018-ci il tarixli qərarının dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Zərərçəkmiş şəxs kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 aprel 2018-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-998/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-998/2019
02.07.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver